Məhkəmə qərarları › İş №2(102)-2189/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2189/2023

07.06.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi, iddia müddətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC-yə qarşı işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqın ın və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-857/2023 nömrəli, 10 fevral 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. YYY X1 İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdehndə Mühasibat və İqtisadi təhlil şöbəsinin mühasibi işləmişdir.

2. İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifələrini kobud şəkildə pozduğuna görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

3. İddiaçı onun qanunsuz işdən çıxarıldığı barədə Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə müraciət etmiş və Xidmətin Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, 2021-ci il aprel və may ayları üzrə iş vaxtı uçotu cədvəlləri üzrə işçilərin iş saatlarına uyğun aldıqları əmək haqları üst-üstə düşməməsi səbəbindən xx.xx.2021-ci il tarixli 30/t nömrəli əmrlə İddiaçı intizam tənbehi olaraq “töhmət” verilmişdir. Həmin əmrin 2-ci hissəsinə əsasən aylar üzrə əmək haqlarına təkrar baxış keçirilmiş, həmçinin "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli 2027 nömrəli əmrinə əsasən Mərkəzi Xüsusi Rabitə İdarəsinin maliyyə təsərrüfat fəaliyyətinin daxili auditinin aparılması nəzərdə tutulmuşdur. Aparılmış audit yoxlaması nəticəsində 2021-ci ilin may ayında bayram münasibəti ilə müəyyən olunmuş əlavənin həmin ay üzrə əmək haqqının hesablanmasında və müvafiq tutulmalara cəlb olunmasında nəzərə alınmadığı müəyyən edilmişdir. Təqdim olunmuş sənədlərdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsində keçirilmiş istehsalat müşavirəsində İddiaçı işində törətdiyi əvvəlki xətalar və sonuncu audit yoxlamasının nəticələri əsas götürülərək onun əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq tədbirin görülməsi nəzərdə tutulmuşdur. Nəticədə ərizəçi ilə müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il əmrlə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllə nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ilə xitam verildiyi və son haqqhesabının onun əmək haqqı bank hesabına köçürüldüyü müəyyən edilmişdir. Ərizəçinin əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin (intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozuİduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər) tələbləri pozularaq, həmçinin həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinin (bu Məcəllənin 70-ci maddəsinin “b" və "ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir) tələblərinə əsasən ərizəçinin üzv olduğu Həmka rlar İttifaqı Komitəsinin razılığı olmadan, eyni zamanda xx.xx.2021-ci il tarixli əmək qabiliyyətinin olmaması vərəqinin olduğu nəzərə alınmadan həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozularaq xitam verilmişdir. Qeyd olunan hüquq pozmalarla əlaqədar Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin ərizəçinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 96/k nömrəli əmrin ləğv edilərək onun əvvəlki vəzifəsinə qaytarılmasına dair Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Razılaşmadıqları təqdirdə ərizəçinin müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ vardır.

4. Mərkəzi Xüsusi Rabitə İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Mərkəzi Xüsusi Rabitə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Namiq Nəbiyevə ünvanlanladığı məktubda bildirmişdir ki, MXRİ HİK-nə MİRŞ-05- 06/441 saylı xx.xx.2021-ci il tarixli MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı barədə MXRİ-nin HİK-də baxılması üçün göndərmiş olduğu müraciətə baxılması xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Təyin edilmiş müşavirədə dəvət edilmiş səbəbkar MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı başqa digər MXRİ HİK-nin heyət üzvləri şifahi olaraq müşavirədə iştirak etməkdən imtina etmişlər. Yuxarıda qeyd olunan səbəbə görə MİTŞ-nin mühasibi, xrx mayoru İddiaçı barədə müraciətə HİK-nin müşavirəsində baxılması mümkün sayılmamışdır. 5. 75 nömrəli Şəhər poliklinikasının SN 00007 seriyalı ******* nömrəli və ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqələrinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətsiz hesab edilmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər idarəsinin X2 barəsindəki 10 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh xx.xx.2021-ci il tarixli 96/K saylı əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, onun öz iş yerinə bərpa olunması, məcburi buraxılmış iş müddəti üçün əmək haqqının, nümayəndəyə (vəkilə) ödənilmiş 111 manat, dəymiş mənəvi ziyanın əvəzi kimi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 28 ildir Mərkəzi Xüsusi Rabitə İdarəsində işləyir, işində heç bir nöqsana yol verməmişdir, dəfələrlə Nazirlik, "xxxx" MMC tərəfindən fəxri fərmanlar almışdır. 2021-ci ilin may ayında əmək haqqı hesablayarkən bəzi səhvlərə yol vermiş, həmin səhvləri avqust ayında bilib düzəltmişdir. Ona görə də, rəis vəzifəsini müvəqqəti icra edən N.Nəbiyev ona xx.xx.2021-ci ildə əmrlə töhmət vermişdir. Sonra N.Nəbiyev iclas keçirib onunla işləmək istəmədiyini bildirmiş və ona demişdir ki, Həmkarlar İttifaqı Komitəsinə yazır ki, onun işdə qalıb-qalmamaq məsələsinə baxılsın. xx.xx.2021-ci il tarixdə işə gəldikdə Nümayəndə2 yenidən onu iş otağına çağırıb demişdir ki, 01 dekabrdan işdən azad olunur. Həmin gün halı pisləşdiyi üçün həkiminə zəng vurub, işdən çıxıb getmiş və həkim onun vəziyyətinə görə bülleten açmışdır. Sonradan ona məlum olmuşdur ki, bülletendə olduğu ha lda onun xx.xx.2021-ci il tarixdən işdən azad edilməsi barədə əmr imzalanmışdır. Həmin əmr ona dekabrın əvvəllərində göndərilmişdir. xx.xx.2022-ci ildə onun bülleten vaxtı bitdikdən sonra o, hüquqşünasa müraciət etmiş, hüquqşünas ona əvvəlcə işə bərpa ilə bağlı cavabdeh müəssisəyə, sonra isə əmək müfəttişliyinə müraciət etməsini məsləhət görmüşdür. xx.xx.2021-ci il tarixdə, o, cavabdeh müəssisənin yeni rəisinə işə bərpa olunması ilə bağlı ərizə ilə müraciət etmiş, lakin həmin müraciətinə heç bir cavab almadığı üçün, xx.xx.2022-ci il tarixdə ərizə ilə Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək müfəttişliyinin əməkdaşları həmin vaxt ona bildiriblər ki, o hələ məhkəməyə müraciət etməsin, onlar işəgötürənə məktub yazmışlar, onu işə bərpa edəcəklər. Bir müddət gözləmiş və sonra cavabdeh təşkil ata şifahi müraciət edərkən ona deyiblər ki, işə bərpa olunmayacaq və onlar Əmək Müfəttişliyinin mövqeyi ilə razı deyillər. Bundan sonra mediasiya təşkilatına, sonra da məhkəməyə müraciət etmişdir. Onu işdən çıxararkən cavabdeh müəssisə Həmkarlar İttifaqı Komitəsinin razılığını da almamışdır.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbi ilə razılaşmadığını bildirmiş, həmçinin iddia müddəti ötürüldüyünə görə iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.A.Bağırova) 2(009)2073/2022 nömrəli iş üzrə 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli 96/K saylı əmrdə İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Re spublikası Əməк Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi qeyd olunsa da, onun məhz hansı əsasla işdən azad olunması əmrdə göstərilməmiş, ümumiyyətlə İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərilməmişdir.

12. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əməк müqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməli olduğu halda, iddiaçı ilə əmək müqaviləsinə müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir. 1

3. Məhkəmə həmçinin müəyyən etmişdir ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021ci il tarixli əmrlə xx.xx.2021-ci il tarixdən xitam verilməsinə baxmayaraq, o, iddia tələbi ilə bağlı məhkəməyə 06 sentyabr 2022-ci il tarixdə müraciət etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi fərdi əmək mübahisəsindən (əmrin ləğv edilməsi və işə bərpa edilməsi) irəli gələn iddia olduğu üçün qeyd edilən tələbə Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti şamil edilməlidir. Məhkəmə xüsusilə qeyd edib ki, əmək mübahisələrindən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir və bu zaman Əmək Məcəlləsinin 296.3-cü maddəsinin müddəaları mütləq nəzərə alınmalıdır.

15. İddiaçı 01 dekabr 20 21-ci il tarixindən işdən çıxarıması barədə məlumatlı olmuş, ona əmrin surəti dekabr ayının əvvəllərində göndərilmiş, xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh müəssisənin rəhbərinə, xx.xx.2022-ci il tarixdə isə Əmək Müfəttişliyinə müraciət etsə də, əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Bununla da o, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

16. Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nət icəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 83, 84, 296-cı maddələrinə, Mülki Məcəllənin 375.1, 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) 2(103)-857/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı etiraf edir ki, əmək maqaviləsinə xitam verilməsi barədə əmrin surətini xx.xx.2021-ci il tarixdə alıb (iş v. 8, 11,12, iddiaçının ərizəsi). İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə, yəni əmrin surətinin alınmasından 9 ay sonra verilib. Bununla da iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edil sin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilməmiş, iddiaçı ümumiyyətlə müddətin bərpası barədə vəsatət verməmişdir. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia müddətinin ötürülməsi üzrlü hesab edilməklə iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamışdır. Məhkəmə iş üzrə təqdim olunmuş dəlillərə uyğun nəticəyə gəlməmişdir. Belə ki, əslində iddiaçı iddia müddətini üzrlü səbəbdən ötürmüş dür. Hər iki məhkəmə instansiyası işə birtərəfli, yalnız iddiaçının maraqlarına uyğun şəkildə baxmış və əsaslandırılmamış, işin faktiki halları təhrif edilmiş və prosessual pozuntulara yol verilmişdir. İddiaçı məhkəmənin onun iddia müddətini üzrsüz səbəbdən ötürməsi qənaəti ilə razılaşmadığı üçün apelyasiya şikayəti vermiş, lakin apelyasiya məhkəməsi şikayətin məzmun və dəlillərini ətraflı araşdırmadan bir cümlə ilə vətəndaşın 30 ilə yaxın bir müddətdə əldə etdiyi əmək fəaliyyəti və iş karyerasının taleyini “həll” etmişdir. İddia müddətinin üzrlü və ya üzrsüz səbəbdən ötürülməsinə heç bir münasibət bildirilməmiş, iddiaçının xəstəliklə bağlı əmək qabiliyyətsiz olmasını, işə bərpa üçün ilk olaraq işəgötürənə ərizə verməsini, daha sonra Əmək Müfəttişliyinə müraciət etməsini və bütün bu proses lərə iddiaçının vaxt sərf etdiyini, iddiaçının əvvəlcə işəgötürənə, daha sonra isə Əmək Müfəttişliyinə inanaraq işə bərpa olunacağına ümid etdiyini məhkəmə üzrlü səbəb kimi nəzərə almamışdır. Nəticədə iddiaçının əmək fəaliyyəti ilə bağlı konstitusion hüquqları pozulmuş və əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozmaqla işçini işdən azad etmiş cavabdeh təşkilatın qanunsuz əməllərinə hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "xxxx" MMC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüqu q Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

26. Maddə

11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır:... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;...

27. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

28. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müq aviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

29. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

31. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müə yyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımd an apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, məhkəmələr tərəfindən müəyyən olunan işin hallarına görə, xx.xx.2021ci il tarixli 96/K saylı əmrdə İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əməк Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi qeyd olunsa da, onun məhz hansı əsasla işdən azad olunması əmrdə göstərilməmiş, ümumiyyətlə İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd olunan əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər də göstərilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən əməк m üqaviləsinin ləğv edilməsi müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla həyata keçirilməli olduğu halda, iddiaçı ilə əmək müqaviləsinə müəssisənin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitam verilmişdir.

46. Bu hallar əmrin ləğv edilməsinə əsas verir.

47. Lakin məhkəmələr eyni zamanda müəyyən etmişdir ki, iddiaçı onunla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli əmrin ləğv olunması barədə əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, bununla da, əmək qanunvericiliyi ilə fərdi əmək mübahisələri üçün müəyyən edilmiş iddia müddətini üzrsüz səbəbdən ötürmüşdür.

48. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə qanunun tələbinə və işin hallarına uy ğundur. Belə ki, fərdi əmək mübahisələrinin həlli iddia müddətlərinə tabe tutulur. Çünki fərdi əmək mübahisələrinin həllində iddia müddətlərindən bəhs edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

49. Bu normada bəhs olunan “hüququnun pozulmasının aşkar edildiyi gün” dedikdə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür.

50. İddiaçı onunla əmək müqaviləsinə xitam verilm əsi barədə əmrin surətini xx.xx.2022-ci il tarixdə almış, bundan sonra iddiaçı xx.xx.2022-ci ildə müəssisənin rəhbərinə, xx.xx.2022-ci ildə isə Əmək Müfəttişliyinə müraciət etmişdir. Lakin iddiaçının hazırki iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. Yəni iddiaçı iddia vermə müddətini ötürmüşdür.

51. Kassatorun iddia müddətinin üzrlü səbəblərdən buraxılması barədə dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən heç bir münasibət bildirməməsi barədə dəlilləri əsassızdır. Çünki apelyasiya instansiyası məhkəməsi qətnamədə qeyd etmişdir ki, müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi və ümumiyyətlə iddiaçı müddətin üzrlü hesab olunması barədə vəsatət verməyib.

52. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və qeyd e dir ki, işçinin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar işəgötürənə, daha sonra Əmək Müfəttişliyinə müraciət etməsi, müddətin üzrlü hesab edilməsi üçün qanuni əsaslar sayılmır, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296cı maddəsində ötürülmüş müddətin bərpa edilməsi üçün nəzərdə tutulmuş halların təsiri altına düşmür.

53. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə görə iddia müddətinin üzrlü səbəbləri – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı ola bilər.

54. İddiaçının müddəti ötürməsinə səbəb kimi xəstə olduğuna dair dəlilləri də müddətin ötürülməsinin üzrlü sayılmasına əsas vermir. Çünki təqdim olunan əmək qabiliyyətinin olmaması vərəqələrindən göründüyü kimi, idd iaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, daha sonra xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək işdən azad edilmişdir. Yəni hətta bu müddət üzrlü sayılsa belə, iddiaçı xx.xx.2022-ci il tarixdə iddianı verməklə müddəti ötürmüşdür.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçü n tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-857/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar