Məhkəmə qərarları › İş №2(102)-2189/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2189/2025

09.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh X2rşı iş üzrə QƏRARİ Açar sözləri: əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-600/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıl arı müəyyən etmişlər: 2. 04.08.2017-ci il tarixli, 140 nömrəli əmrə əsasən İddiaçı 7 avqust 2017-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin sosial xidmətçi vəzifəsinə təyin edilmişdir;

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında Qanunun” 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir (xx.xx.2019xx.xx.2020 19 gün);

4. Cavabdeh ilə İddiaçı arasında bağl anmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən birinci ay sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir;

5. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətli olmadığından işdən azad edilmişdir;

6. Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-3/34240/2024 saylı əmrdən görünür ki, Sosial Xidmətlər Agentliyinin X7 filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 27 fevral 2024-cü il tarixindən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir;

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X4 Şəxsinin Mərkəzi-Aran regioanl filialı tərəfindən verilmiş 02/2024 nömrəli hesablama cədvəlinə əsasən, İddiaçı son haqq-hesab olaraq 163.63 manat xx.xx.2024-cü il tarixdə ödənilmişdir;

8. İddiaçı əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X4 Şəxsinin idarə heyətinin sədri Vüqar Behbdovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4240/2024 №-li əmrinin ləğv edilməsi, onun X7 filialında sos ial xidmətçi vəzifəsin bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 4 sentyabr 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir. İqtisadçı peşəsi üzrə ali təhsili vardır. 1997-ci ildən əmək fəaliyyətinə başlamışdır. Müxtəlif peşələrdə işləmişdir. Əmək kitabçasından görünür ki, xx.xx.2017-ci il tarixdə Nazirlik yanında DSMF-nin Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.2020-ci il tarixdə azad edilmişdir, xx.xx.2020-ci ildə Sosial Xidmətlər Hüquqi Şəxsin 15 saylı filiala sosia l xidməti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə isə X7 filialına sosial xidməti vəzifəsinə keçirilmişdir. Eyni ixtisas üzrə üzrə X7 filialında sosial xidmətçi vəzifəsində 6 il işləmişdir. Qüsursuz işləmişdir, barəsində heç bir şikayət, töhmət verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2-H-10393/2024 saylı məktubla ona göndərilərkən bildirmişdir ki, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə (Əmək müqaviləsinin qurtarması) əsasən, xx.xx.2024-cü ildən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində S osial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2H-10393/2024 saylı məktubdan sonra məlumatı olmuşdur ki, xx.xx.2024-cü il tarixdə onun işinə xitam verilmişdir. Onunla müddətli əmək müqavilə bağlanmamışdır. 2023-cü ilin iyun ayında ona hansısa sənədləri imza etdiriblər. Həmin sənədlərin içərisində əmək müqaviləsinin olubolmamasını xatırlamır. Bundan da başqa ona göndərilmiş məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müqavilə müddətinin keçməsi ilə əlaqədar xitam verilmişdir. Maraqlıdır ki, əmək müqaviləsi neçə illik bağlanmışdır. xx.xx.2024-cü il tarixli işdən çıxarılması barədə Sosial Sosial Xidmətlər X4 şəxsin idarə heyətinin sədri Vüqar Behbudovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3- 4-240/2024 № əmri qanunsuzdur. Əmrin surəti ona g öndərilməmişdir.

11. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sosial Müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaranmış və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiq edilmişdir. Həmin Fərmanlarda Sosial Xidmətlər Agentliyinin həmin fərmanlarda göstərilən digər hüquqi şəxslərin hüquqi varisi olması əks olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdırdığı müddətə bağlanılır. “Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial xidmətçi – sosial məişət xidmətləri göstərən şəxsdir. “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda, sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda, tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssis ələrinə yerləşdirildikdə, əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda və sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır. Ona görə də İddiaçı işə qəbul edilərkən əmək fəaliyyətində görəcəyi işlərin müvəqqəti xarakter daşıması ehtimalı nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müddətli bağlanmışdır. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına (mövcud X7 filialına) sosial xidmətçi vəzifəsinə təyin edilmiş, bir neçə dəfə əmək müqaviləsinin müddəti uzadılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73cü maddəsinn tələblərinə əməl edilməklə xx.xx.2024-cü il tarixində xitam verilmiş və bunun əsasında işçiyə son haqq-hesab ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Yasamal Rayon Məhkəməsinin (hakim-Ülkər Xəlil) 2 (004)-3752/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia ərizəsində göstərilən xüsusatlar və iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən, iddiaçı 2022-ci il fevral 27-dən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdə başlanmışdır. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına 24.03 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 27 gün sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmış dır. 29 aprel 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı məhkəməyə 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.4, 47.“f”, 68.2-“b” bəndi, 73.1, 83, 296.2, 296.3-cü, Mülki Məcəllənin 372.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.3,119, 216-220, 227, 233, 358, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müd dətinin tətbiqi ilə bağlı onu bildirmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İddia ərizəsində iddiaçının işdən çıxarılması barədə əmrin iddiaçıya təqdim edilməməsini göstərmişlər. 3 dəfə məhkəmə iclası olmuş, cavabdeh iddiaçıya əmrin surətini təqdim etməmişdir. İddiaçının işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmrlə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə tanış oldular. İddiaçı işdən çıxarılma barədə əmr verilməmiş və onunla son haqq-hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024cü il tarixli əmri ilə tanış olduqda müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbləri baxımından, forma və məzmununa uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmri əmrində işəgötürənin atasının adı göstərilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, Sosial Xidmətlər Agentliyinin X7 filialının sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 27 fevral 2024-cü il tarixdən xitam verilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı xəbərdarlıq edilməmişdir. Ümumiyyətlə İddiaçı onunla müddətli əmək müqaviləsinin bağlanmasından məlumatı olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2024-cü il tarixli əmrindən müəyyən edilir ki, cavabdehin fikrincə İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Ağentliyinin İdarə Heyətinin sədri xx.xx.2024- cü il tarixdə xidm əti məruzə etmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı xəstəliyi ilə bağlı üzürlü səbəbdən işdə olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə həmişəki qaydada müəyyən edilmiş vaxtda, müəyyən edilmiş vəzifəsini icra etməyə başladığı gündən 6 gün sonra 27 fevral 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşçi xx.xx.2024-cü il tarixdə işə çıxdığı üçün, həmin gün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməli idi. Cavabdehin fikrincə qəbul etsələr ki, iddiaçı ilə müddətli əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə bağlanmışdır. Deməli 3 aylıq əmək müqaviləsi 3 il 6 ay ərzində (xx.xx.2024-cü il tarixədək) 14 dəfə uzadılmışdı. Cavabdehin nümayəndəsi məhkəmə iclasında Azərbaycan Respublikasını n Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nın Mingəçevir şəhər şöbəsinin Sosial Xidmətlər Sektorunun hüquqi varisi olmadığını bildirdi. İddiaçı məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2017-ci il tarixdə Nazirlik yanında DSMF-nın Mingəçevir şəhər şöbəsinin SXSna baş mütəxəssis sosial xidmətçi Nazirlik yanında DSMF-nın Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2020ci ildə Sosial Xidmətlər Hüquqi şəxsin 15 saylı filiala sosial xidməti vəzifəsinə təyin edilmişdir. Hər üç əmr şöbə müdiri Emil İsmayılov tərəfindən imzalanmış və eyni möhürlə təsdiqlənmişdir. Bunda n başqa İddiaçı xx.xx.2022-ci il tarixdə X7 Filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdə cavadehin nümayəndəsi tərəfindən məhkəməyə işə götürən tərəfindən xəbərdarlıq bildirişini (müddətli əmək müqaviləsinin müddətin bitməsi ilə bağlı) işçiyə göndərilməsi ilə bağlı heç bir poçt sənədi olmayan sənəd təqdim edildi. Bundan başqa guya ki, işçi xəbərdarlıq bildirişini və işdən çıxarılma barədə əmri qəbul etməkdən imtina etdiyi üçün akt tərtib edilmişdir, həmin aktın surəti də məhkəməyə təqdim edildi. Bundan başqa da guya ki, işçi ilə son haqq-hesab edilmişdir, son haqq-hesab işçinin kartına yüklənilmişdir. Bu sənəd də məhkəməyə təqdim edildi. Məhkəmə tərəfindən akt elan edildi. Aktdan müəyyən edildi ki, (aktın tarixi yadımda deyildir, çünki ərizə verməyimə baxmay araq sənədlər “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə əlavə edilməmişdir) eyni aktda həm işçi xəbərdarlıq bildirişini və işdən çıxarılma barədə əmri almaqdan imtina etmişdir. Əgər həqiqət də belə bir akt tərtib edilmişdirsə, tərtib olunmuş aktda Əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, işçiyə işə götürən tərəfindən işdən çıxarılması barədə xəbərdarlıq bildirişi “Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış” təqdim edilməlidir. Cavabdeh tərəfindən tərtib olunmuş aktdan da görünür ki, işçiyə xəbərdarlıq bildirişi ilə işdən çıxarılma barədə əmr eyni gündə təqdim olunmuş, işçi isə bildirişi və əmri götürmədən imtina etmişdir. Hərçənd ki, belə bir aktın olmasından iddiaçı məlumatsızdır, buna baxmayaraq tərtib ol unmuş aktla cavabdeh iddiaçının hüquqlarını kobud surətdə pozmasını etiraf edir. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xarici ölkədə olmuşdur. İddiaçı məxsus C01947297 saylı xarici pasportundan görünür ki, o, Azərbaycan sərhəddini xx.xx.2024-cü il tarixdə keçmişdir. İşin mübahisələndirilməyən hallarından biri də ondan ibarətdir ki, işçinin əmək məzuniyyəti xx.xx.2024-cü il tarixdə bitmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək xarici ölkədən alınmış xəstəlik kağızı əsasında 10 (on)gün üzürlü səbəbdən işdə olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə işə başlamış xx.xx.2024-cü il tarixdə isə işdən çıxarılmışdır. Bu hal onu da sübut edir ki, xəbərdarlıq bildirişi işçi işdən çıxarılmamışdan 1 həftə öncə işə götürən tərəfindən işçiyə təqdim edilə bilməzdi. Məhkəmə araşdırması zamanı İddiaçı işdən çıxrılması barədə xx.xx.2024-cü il tarixli qanunsuz əmrin işçiyə təqdim olunması sübut olunmadı,əmək kitabçası işçiyə xx.xx.2024-cü il tarixdə (nümayəndə vasitəsi ilə Bakı şəhərində) təqdim edilmişdir, son-haqq hesab isə guya ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə içşinin kart hesabına vurulmuşdur. İddia tələbinin mahiyyəti qanunsuz əmrin ləğvidir. Əmr əldə edilmədiyi halda onun qanunsuzluğunun sübut edilməsi də qeyri-mümkün olur. İşəgötürən üstün hüququndan istifadə edərək,əmri qəsdən işçiyə təqdim etmir. Məhkəmə isə işəgötürənin qanunsuz hərəkətinə qiymət vermək əvəzinə əsassız olaraq iddia müddətini tətbiq edərək iddianı təmin etməmişdir. İddiaçının işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli əmr xx.xx.2024-cü il tarixdə “Elek tron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşirilmişdir. Bundan sonra iddiaçı tərəfindən əmrdə olan qanunsuzluqlarnöqsanlar müəyyən edilmiş, iddia ərizəsinə əlavələr göndərilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Günay Axundov – sədrlik edən və məruzəçi, Xəyal Sarıyev və Fərrux Qasımov) 2(103)-600/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilmişdir.

18. Kollegiya qeyd etmişdir ki, iddiaçıya müvafiq sənədlər təqdim edilməmişdir. Doğrudur, iddiaçının əmək haqqı kartına 163.63 manat xx.xx.2024-cü il tarixdə köçürülmüşdür. Lakin, hesablama cədvəlinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, vəzifə maaşı 800 manat, faktiki işlədiyi günün sayı 4, işlədiyi günə əmək haqqı 133.33 manat, xəstəlik vərəqəsi 14 təqvim gününə düşən 416.49 manat, son haqq hesab artıq ödənilib 413,27 manat, cəmi hesablanıb 136.55 manat, tutulub -27.08 manat, ödənilib əmək haqqı 163.63 manatdır.

19. Kollegiya hesab etmişdir ki, iddiaçının əmək haqqı kartına cəmi 163.63 manat əmək haqqı ödənilməsinə istinad edərək ona hüququnun pozulduğunu bildiyinə istinad edilməsi düzgün olmamışdır. Nəzərə alınsa ki, ayın sonunda onsuzda işçiyə işlədiyi günlərin əmək haqqısı, həmin ayda xəstəlik vərəqəsinə görə ödəniş hər ayın sonu olduğu kimi ödənilməli idi. Cəmi ödənilən 163 manat isə kiçik məbləğ olmaqla iddiaçı tərəfindən son haqq hesab kimi ehtimal edilməməsi də ağlabat görünür. İddiaçı əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Əmək kitabçasında əmrin tarixi və nömrəsi qeyd edilmişdir. Bu səbəbdən də iddia tələbində iddiaçı əmrin tarixi və nömrəsinə istina edə bilmişdir. İşə baxan məhkəmə isə yanlış olaraq işçinin hüququnun pozulduğu müddəti işçinin 27 fevral tarixdən sonra işə çıxmaması, əmək münasibətlərinə faktiki xitam verilməsi günündən hesablamışdır.

20. Kollegiya hesab etmişdir ki, iddiaçıya əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilməsinə baxmayaraq, hazırkı tələb üzrə iddia müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Çünki, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətinin axımı bərpa olunmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etməklə əmək qanunvericiliyində nəzərədə tutulmuş 1 aylıq müddəti ötürməmişdir.

21. Kollegiya hesab etmişdir ki, iddiaçı ilə 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz bağlandığı halda və iddiaçının 3 il işlədikdən sonra eyni vəzifəyə sınaq müddəti ilə 3 ay müddətinə təyin edilməsi, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətinin artırılması, sonuncu dəfə, yəni 2024-cü ilin fevral ayında isə müddətin qurtarması əsas götürülərək onunla əmək müqaviləsinə xitam verməsi Əmək Məcəlləsinin 47-ci maddəsi ilə uyğunluq təşkil etmir. Belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosi al Xidmətlər X4 Şəxsinin 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 №-li əmri əsassız olduğu üçün ləğv edilməlidir.

22. İddiaçının digər tələbi - məcburi işburaxma müddəti üçün dəymiş zərərin ödənilməsi tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının işə bərpa tələbi əsaslı olduğundan ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

23. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 45.1, 45.4, 45.5-ci, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 21.5, 21.6, 34.2.2, 35.1, 35.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 358.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianı n təmin edilməməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin ötürülməsi səbəbilə iddia ərizəsi təmin olunmamalı idi. Lakin apellyasiya məhkəməsi qeyd olunan halı nəzərə almamış, hüquqazidd qətnamə qəbul etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən, iddiaçı işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli aktla təsdiq olunur ki, iddiaçı ona təqdim olunmuş bildirişə və işdən çıxan işçinin təhvil-təslim sənədinə imza atmaqdan imtina etmiş və həmin tarixdən sonra işə çıxmamışdır. 2024-cü ilin fevral ayında qüvvədə olmuş Əmək Məcəlləsinin 73.1-ci maddəsinə uyğun olaraq (müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə xx.xx.2024-cü il tarixində Azərbayc an Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi işçi ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitdiyinə görə cavabdeh xx.xx.2024 tarixinə qədər qarşı tərəfə bildiriş göndərə bilərdi. Məhz bu səbəblə xx.xx.2024-cü il tarixində işçiyə əmək müqaviləsinin xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. Həmçinin 2024cü ilin fevral ayında qüvvədə olmuş Əmək Məcəlləsinin 73.2-ci maddəsində işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxd ıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə biləcəyi müəyyən olunmuşdu.

26. Bakı Apellyasiya məhkəməsi əmək müqaviləsinə xitam verilməsinin iddiaçıya xx.xx.2024-cü il tarixindən məlum olmasını, işçinin həmin tarixdən işə çıxmamasını, iddiaçının ona təqdim olunmuş bildirişə və işçinin təhvil-təslim sənədinə imza atmaqdan imtina etməsini nəzərə almamış, əsassız olaraq iddia müddət axımının başlanmasını xx.xx.2024-cü il tarixindən hesablamışdır. Məhkəmə iddia müddətinin axımının başlanma tarixinin nəyə əsasən xx.xx.2024-cü il tarixi seçilməsini əsaslandırmamış, iddia müddətinin ötürülməmiş hesab olunması məqsədilə qərəzli və formal olaraq xx.xx.2024-cü il tarixini iddia müddətinin başlanğıcı kimi seçmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı kassasiya şikayətinə qarşı təqdim etdiyi yazılı etirazında göstərilmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-600/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

28. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

29. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.

30. Maddə 45.3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.

31. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

32. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

33. Maddə

47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. "Mediasiya haqqında” Azərbaycan Respublikası nın Qanunu:

34. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.

35. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks e tdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

36. Maddə 32.4.2. Bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə aşağıdakı gündən xitam verilir.

37. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

38. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş he sab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.

45. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi həm iddianın mahiyyəti, həm də iddia müddəti ilə bağlı halları ətraflı şəkildə araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının tələbi qanuni və əsaslıdır, eyni zamanda iddia müddəti ötürülməmişdir.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər t utulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-600/2025 nömrəli, 6 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar