Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2190/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X6 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işçilərin sayı və ya ştatlarının ixtisarına görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmək müqaviləsinə xitam veril məsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2(103)-6131/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 03.08.2009-cu il tarixdə "xxxx" ASC-nin "xxxx" MMC-də 2 saylı mühafizə hissəsinə 7-ci dərəcəli qarovul rəisinin köməkçisi vəzifəsinə qəbul edilmiş, 08.08.2014-cü il tarixdə həmin mühafizə hissəsində hissə rəisinin müavini vəzifəsinə keçirilmiş, 03.09.2015-ci il tarixdə həmin mühafizə hissəsinə müvəqqəti hissə rəisi vəzifəsinə keçirilmiş, 08.12.2017-ci il tar ixdə 6 saylı mühafizə bölməsinə 9-cu dərəcəli müvəqqəti bölmə rəisi vəzifəsinə təyin edilmişdir. 12.02.2019-cu il tarixdə 6 saylı mühafizə qrupu 7 saylı mühafizə qrupu adlandırılmışdır. 2. "xxxx" ASC-nin "xxxx" MMC-nin fəaliyyətinin yenidən təşkil olunması haqqında DƏ42 saylı 10.02.2020-ci il tarixli əmrə əsasən, "xxxx" MMC-də müasir standartlara cavab verən, səmərəli və operativ idarəetmə mexanizminin yaradılması məqsədilə idarəetmə strukturunun təkmiləşdirilərək yenidən formalaşdırılması qərara alınmışdır. 3. "xxxx" ASC-nin "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin 4-cü bəndinə əsasən, ləğv olunmuş qrup, bölmə və hissələrin rəisi əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. 4. "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən işçi İddiaçı ünva nlanan 07.05.2020-ci il tarixli bildiriş-təklifdə “ünvan 1 mühafizə qrupunun rəisi ştatı vəzifəsində çalışan İddiaçı onun vəzifəsinin ləğv olunduğu bildirilmiş və ona "xxxx" MMC-nin Şirvan regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. 5. 07.05.2020-ci il tarixli aktda əksini tapmış məlumatlara görə "xxxx" MMC-də struktur dəyişikliyi barədə 16/k saylı 02.03.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar İddiaçı "xxxx" MMC-nin Bakı şəhərində yerləşən inzibati binasında keçirilən komissiyanın iclasına dəvət olunmuş və ona böyük atıcı vəzifəsi təklif olunmuşdur. 7 saylı mühafizə qrupunun rəisi İddiaçı iş təklifini qəbul etməmiş, həmin vəzifədən imtina etmiş, hər hansı bir sənədi imzalamayacağını bildirmiş və iş təklifi haqqında bildirişə imza etməmişdir. 6. "xxxx" ASC- nin "xxxx" MMC tərəfindən işçi İddiaçı ünvanlanmış 07.05.2020-ci il tarixli xəbərdarlıqda İddiaçı ona yeni iş barədə təklifi qəbul etmədiyinə görə, Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən, müəssisədəki əmək stajı 10 ildən çox olduğu üçün 9 həftə xəbərdarlıq müddəti verildiyi, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla bir iş günü əmək funksiyasının icrasından azad olunması və verilmiş müddət bitdikdən sonra ona aylıq əmək haqqının 2 misli məbləğində müavinətin ödənilməsi barədə xəbərdar edilmişdir. İddiaçı xəbərdarlıqla tanış olmuş, xəbərdarlığın surətini götürməkdən və xəbərdarlığa imza etməkdən imtina etmişdir və bu barədə 07.05.2020-ci il tarixli akt tərtib edilmişdir. 7. "xxxx" MMC X4 Komitəsinin sədri C.B.Abuşova 01.07.2020-ci il tarixli məktubla müraciət edərək, qrup rəisi İddiaçı işdən azad olunmasına razılığın verilməsi barədə məsələyə baxılmasını xahiş etmiş və "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 06.07.2020-ci il tarixli iclasında İddiaçı xəbərdarlıq müddəti başa çatdıqdan sonra işdən azad olunmasına razılığını bildirmişdir. 8. "xxxx" ASC-nin "xxxx" MMC-nin 52/k saylı 09.07.2020-ci il tarixli əmri ilə MMC-nin 7 saylı mühafizə qrupunun rəisi vəzifəsində işləyən İddiaçı ilə 09.07.2020-ci il tarixdən Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı) əmək müqaviləsinə xitam verilmişdir. 9. 2020-ci il iyul ayı üçün hesablaşma vərəqində olan məlumatlara görə İddiaçı işdən çıxarkən ödənilməmiş məbləğ və 2 aylıq çıxış müavinətı olaraq 1173.2 manat hesablanmışdı r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-yə (bundan sonra MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.07.2020-ci il tarixli 52/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya görə cavabdehin 09.07.2020-ci il tarixli 52/k saylı əmri qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. İddiaçının bu əmr barədə məlumatı olmamış, yalnız müəssisəyə müraciət etdikdən sonra işdən azad olunması barədə məlumat almış, əmrdən çıxarış, əmək kitabçası ona poçt vasitəsi ilə 12.11.2020-ci il tarixdə göndərilmişdir. İddiaçı hə min müəssisədə 03.08.2009-cu ildən çalışmış və bu müddət ərzində ona heç bir intizam tənbehi və barəsində digər hər hansı cəza tədbiri görülməmişdir. Ona heç bir xəbərdarlıq olunmadan 09.07.2020-ci il tarixdə 52/k saylı əmrlə işdən azad edilmişdir. İddiaçıya guya onun işlədiyi ştat ləğv olunduğu üçün işdən azad edildiyi bildirilmiş, ona 07.05.2020-ci tarixdə rəis əvəzi vəzifəsi təklif olunmuş və o, bildirişi imzalamamışdır. İddiaçı bildirir ki, bu həqiqətə uyğun deyil, belə ki, o, həmin vaxt Bakıda olmamışdır. İddiaçı qeyd edir ki, ona 2020-ci ilin iyul ayında Həmkarlar ittifaqının 7 nəfərdən ibarət tərkibdə iclasının keçirildiyi bildirilmiş, lakin iddiaçıya görə pandemiya zamanı belə iclasın keçirilməsi şübhəlidir, rəhbərlikdən hansı əsasla və hansı maddə ilə işdən azad olunduğunu soruşdu qda bu barədə ona heç bir məlumat verilməmişdir. Bir müddət sonra iddiaçı bu barədə məlumat almış və buna əsasən də məhkəməyə müraciət etmişdir. İşdən çıxan gün bununla bağlı mübahisə olmuş, həmin gün səhər tezdən işdən çıxması ona bildirilmiş, o, isə belə niyyətinin olmadığını bildirdikdən sonra mübahisə yaranmışdır.
12. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh MMC-nin nümayəndəsi və vəkili C.B.Alıyev iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçı işlədiyi müddətdə barəsində 3 dəfə töhmət və 1 dəfə sonuncu xəbərdarlıqla töhmət növündə intizam tənbehləri tətbiq edilmişdir. MMC-də aparılmış struktur dəyişiklikləri ilə əlaqədar "xxxx" ASC-nin Prezidentinin 10.02.2020-ci il tarixli əmrinin icrasını təmin etmək məqsədilə yeni ştat cədvəli hazırlanmış və həmin cədvəldə edilmiş dəyişikliklər nəzərə alınmaqla MMCnin tabeliyindəki bütün hissə, bölmə və qruplar ləğv olunaraq, əvəzində yeni struktura uyğun olaraq 9 ədəd Regional mühafizə xidmətləri və ləğv edilmiş qrup, bölmə və hissələrin rəisi ştatı əvəzinə müvafiq region üzrə böyük atıcı ştatı yaradılmışdır. Qeyd edilən əmrin icrası ilə əlaqədar 07.05.2020-ci il tarixdə iddiaçıya işlədiyi "xxxx" MMC-ni mühafizə edən 7 saylı mühafizə qrupunun rəisi ştatı əvəzinə böyük atıcı ştatı yaradıldığına görə Şirvan regionu üzrə mühafizə xidmətində böyük atıcı vəzifəsi təklif olunmuşdur. Lakin iddiaçı iş təklifini qəbul etməmiş və iş təklifi barədə bildirişi də imzalamaqdan imtina etmiş, göstərilənlər cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 07.05.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçıya tə klif olunan işdən imtina etdiyinə görə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən 9 həftə xəbərdarlıq müddətinin verilməsi, həmin müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olunması, verilmiş müddət bitdikdən sonra orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət ödəniləcəyi və bu müddətin əvəzinə öz razılığı ilə orta aylıq əmək haqqının 2 misli məbləğində birdəfəlik ödənişin də verilə biləcəyi barədə 07.05.2020-ci il tarixli yazılı xəbərdarlıq təqdim olunmuşdur. Lakin iddiaçı xəbərdarlıqla tanış olsa da, onu götürməkdən və imzalamaqdan imtina etmiş, göstərilənlər cavabdeh MMC-nin əməkdaşlarının tərtib etdikləri 07.05.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Belə olan təqdirdə cavabdeh MMC- nin direktoru tərəfindən X4 Komitəsinə 01.07.2020-ci il tarixli 01/16/2/293 saylı məktubla müraciət olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi məsələsinə münasibət bildirilməsi xahiş olunmuşdur. HİK-nin 06.07.2020-ci il tarixli 26 saylı protokoluna əsasən həmin məsələyə baxılaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmiş, əmək qanunvericiliyinə uyğun olaraq müvafiq iş təklifindən imtina etdiyini və xəbərdarlıq müddətinin başa çatdığını nəzərə alaraq, cavabdeh MMC-nin 09.07.2020-ci il tarixli 52/k saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublıkası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən həmin tarixdən xitam verilmiş, ona işdənçıxma müavinəti və son haqq-hesabı ödənilmişdir. Həmçinin, hazırkı işdə iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci və 79-cu maddələrinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işdə saxlanmağa üstünlüyü olan şəxslər və ya əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla ləğv olunması qadağan edilən işçilər kateqoriyasına aid olmamışdır. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi YYY iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X10 bildirmişdir ki, iddiaçını işlədiyi müəssisədən tanıyır, onu müəssisənin iclasında görmüş, müəssisənin rəhbərliyi və rəis heyəti də iclasda iştirak etmişdir. İclası müəssisəsnin direktoru aparmış və iclas müəssisənin inzibati binasında keçir ilmişdir. İclasda müəssisənin rəhbəri tərəfindən onlara bəzi ştatların ləğv olunduğu bildirilmiş və əmrə əsasən yeni iş təklif ediləcəyi bildirilmişdir. Müvafiq əmrlər və bildirişlər orada onlara təqdim edilmiş və onlar həmin sənədlərlə tanış olmuşlar. Müəssisənin rəhbəri vəziyyəti izah edərək hamıya baş atıcı vəzifəsinin təklif edildiyini bildirmiş, arzu edən şəxslərin yeni ştata uyğun müvafiq vəzifəyə təyin ediləcəyini, razı olmayanlara isə 9 həftəlik xəbərdarlıq müddəti veriləcəyi bildirilmişdir. Bu barədə bildirişlər də onlara təqdim edilmiş, həmin bildirişlər və sənədlər həmçinin İddiaçı də təqdim olunmuşdur. Bildiriş imzalandıqdan sonra onun bir nüsxəsinin iclasın iştirakçılarında qalacağı bildirilmişdir. İddiaçı bildirişi oxuduqdan sonra həmin vəzifə ilə razılaşmamış, bildirişi imza lamaqdan imtina etmiş və əsəbiləşib iclas zalını tərk etmişdir.
14. Məhkəmə iclasında ifadə verən digər şahid X1 Ayaz Əliqulu oğlunun ifadəsinə uyğun ifadə vermişdir.
15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)1207/2021 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) İddiaçı cavabdeh "xxxx" ASC-nin "xxxx" MMC-nə qarşı "xxxx" MMC-nin 09.07.2020-ci il tarixli 52/k nömrəli əmrin ləğv olunması, işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma vaxtına görə 09.07.2020-ci il tarixdən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsinə xitam verilərkən mühafizə qrupunun rəisi vəzifəsində işləmişdir. Həmin ştat ləğv edilmiş, iddiaçının ştatı yeni ştat cədvəlində nəzərdə tutulmamış, ona cavabdeh tərəfindən müvafiq olan böyük atıcı vəzifəsi təklif edilmişdir. İddiaçı həmin təklifi qəbul etməmişdir. İddiaçının tutduğu vəzifənin ixtisar olunması səbəbi ilə ona 9 həftəlik xəbərdarlıq müddəti və əmək haqqı saxlanılmaqla 1 iş günü əmək funksiyasının icrasından azad olmaq hüququ barədə xəbərdarlıq edilmişdir. X4 Komitəsinin əmək müqaviləsinə xitam verilməsinə razılığı olmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ona orta aylıq əmək haqqının 2 misli məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Bununla belə əmək müqaviləsinin ləğv olunmasını istisna edən, həmçinin cavabdehin qərəzli davranışına dair hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə İddiaçı “əmək müqaviləsinə xitam verilərkən işəgötürənin qərə zli olması” barədə irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab etmişdir. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, işəgötürən ona qarşı qərəzli olmaqla onu işdən azad etmişdir. Lakin iddiaçı qeyd olunanlar arasında səbəbli əlaqənin olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının “işlədiyi ştatın ləğv edilməsi barədə müvafiq xəbərdarlığın edilməməsi, ona yeni iş təklifi edilməməsi və əmək müqaviləsinə xitam verilərkən xəbərdarlıq müddətinin verilməməsi” barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materialları, o cümlədən şahid ifadələri ilə, əmək müqaviləsinə xitam verilərkən iddiaçının lazımi qaydada xə bərdarlıq edildiyi, müvafiq iş ştatlarının ləğv edilməsi və yeni ştat cədvəlinə uyğun iş təklif edilməsi barədə ona bildirişin cavabdeh tərəfindən təqdim edildiyi öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab etmişdir ki, işəgötürən tərəfindən iddiaçının işlədiyi ştat vahidinin ləğv edilməsindən sonra iddiaçıya yeni iş yeri təklif olunduğundan və iddiaçı yeni iş təklifinə razı olmadığından cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməkdə haqlı olmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 68, 70, 71, 77, 79, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmi şdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə cavabdeh tərəf yalan ifadə verərək bildirmişdir ki, guya iddiaçı bütün qanuni prosedurlara uyğun işdən azad edilmiş, iclas keçirilərək bu barədə o, xəbərdar edilmiş, cavabdeh tərəfindən məhkəməyə saxta şahidlər dəvət edilmiş və onlar da, güya “keçirilmiş iclasda” iştirak etmələri barədə məhkəmədə yalan ifadə vermişlər. İddiaçıya heç bir xəbərdarlıq olunmamış və heç vaxt əmək funksiyanın icrasından azad olunmamışdır. Belə ki, işdən qanuni şəkildə azad edilsəydi həm də, qanunvericiliyin tələb etdiyi kimi təhvil təslim baş verməli idi, lakin heç bir təhvil təslim aktı mövcud olmamışdır. İddiaçıya görə işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan bu hallarına heç bir hüquqi qiymət verməmişdir.
20. İddiaçı apellya siya şikayətinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77 və 83-cü və Mülki Prosessual Məcəllənin 385, 388 və 389-cu maddələrinə istinad etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2(103)-6131/2021 saylı qətnaməsi ilə (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi) A.Ə.İsgəndərov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(011)-1207/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanlmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia tələbinin faktiki əsası tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir və formal mülahizələrə əsaslanmışdır. Belə ki, Əmək Məcə lləsinin 77-ci maddəsinin tələbinə əsasən ştatlar ixtisar olunduğuna görə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsini ləğv etməzdən əvvəl cavabdeh tərəfindən iddiaçıya əmək stajının müddətinə uyğun doqquz təqvim həftəsi əvvəl rəsmi xəbərdarlıq edilməsinə və xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə bir iş günü əmək funksiyasının icrasından azad edilməsinə və ona böyük atıcı vəzifəsi təklif etməsinə dair iş materialında sübutlar mövcuddur. İddiaçı həmin sənədləri saxta sübutlar hesab etsə də, beş nəfər şəxs tərəfindən tərtib edilmiş həmin aktların saxta olması da inandırıcı və ağlabatan deyildir. İş üzrə dindirilmiş iki şahid də ştatların ixtisar olunacağından və buna görə də ona yeni iş təklif edilm əsindən iddiaçının məlumatlı olduğunu təsdiq etmişlər. Hətta şahid 000 bu barədə iddiaçı ilə müzakirə apardığını da demişdir. Ona görə də ştatların ixtisarına görə əmək müqaviləsinə xitam verilməsindən işdən azad olunduğu gün məlumatı olduğu barədə iddiaçının göstərdikləri özü inandırıcı və ağlabatan deyildir. Bundan əlavə Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən riayət edilməsinə dair də işdə sübutlar mövcuddur. Apellyasiya şikayətində əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı X2baqcadan razılığının alındığı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bununla yanaşı, həmin maddənin tələblərinin də pozulduğu iş materialları ilə təkzib edilir.
23. Daha sonra apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən Əmək Məcəlləsinin 77-ci m addəsinin tələbləri pozulduğuna görə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini tələb edir, bu isə o deməkdir ki, iddiaçı işlədiyi vəzifə ştatının ləğv olunduğunu mübahisələndirmir. Ləğv edilmiş ştat üzrə vəzifəyə bərpa olunma üçün isə hüquqi mexanizm olmalıdır. Belə bir mexanizm olmasa da iddiaçı bunu tələb edir. Belə çıxır ki, iddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə cavabdeh tərəfindən riayət edildiyinə inanmış olsaydı, yəqin ki, əmək müqaviləsinə bu əsasla xitam verilməsinə razı olardı yaxud ona təklif edilən aşağı vəzifəni qəbul edərdi. Ancaq cavabdehin məhz bu tələbləri pozduğuna əmin olduğu üçün hazırki iddianı irəli sürərək məhz əvvəlki vəzifəsinə bərpa olunmaqda israrlıdır. Apellyasiya baxışı zamanı tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamaq təklif edilsə də iddiaçı yalnız hal-hazıradək işləmədiyi dövr üçün əmək haqqının ona veriləcəyi təqdirdə təklif edilən atıcı vəzifəsinə işə bərpa olunmağa razılaşacağını bildirdi, cavabdeh tərəfin isə hər hansı bir məbləğ ödəmədən atıcı vəzifəsinə işə bərpa edəcəklərinə razı ola biləcəkləri müəyyən olunmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəninin hüquqi əsası kimi Əmək Məcəlləsinin 77-ci və 80-ci maddələrinə əsaslanmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı a)Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsində irəli sürülmüş və apellyasiya şikayəti ilə eynilik təşkil edən dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, işdəki sübutlara düzgün qiymət vermədən, işə maddi və prosessual hüquq normalarını pozulması ilə baxaraq qətnamə çıxarmışdır. a)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Prosessual məsələlər
28. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
29. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsa tət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; Maddə
12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsas larla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə
71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə
76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə
77. Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 1.İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə
78. İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Maddə
300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticəl əri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
31. Azərbaycan Re spublikasının Mülki-Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416.1)
33. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 41 8.3)
34. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfin dən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbinin hüquqi əsaslarından biri kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: 1. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi;
2. Əmək Məcəlləsinin 71, 76-cı maddələri ilə m üəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi;
3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsini müəyyən etmişdir.
38. İşə baxmış məhkəmə kollegiyası da işin hallarını bu normanın dispozisiya şərtləri əsasında yoxlayaraq, əmrin ləğv olunması üçün əsasların olmadığını müəyyən etmiş və əmrin qanunauyğun olduğu barədə nəticəyə gəlmişdir.
39. Məhkəmə müəyyən etmişdir ki, əmr verilərkən Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən olunan zəruri tədbirlər işəgötürən tərəfindən görülmüş, 77-ci maddəsində nəzərdə tutulan təminatlara riayət olunmuş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının işdə saxlanmağa üstünlüyü olan şəxslər kateqoriyasına aid olan hallar olmamışdır.
40. Kassat orun işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına aid dəlilləri kassasiya instansiyası məhkəməsində araşdırılmır və onlara qiymət vermir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2(103)6131/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.