Məhkəmə qərarları › İş №2(102)-2194/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2194/2020

01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2194/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(060)-15789/2017, hakim İ.M.Mahmudov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşıiddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə İddia çı QSC arasında bağlanmış xx.xx.2006-cı il tarixli kredit xətti müqaviləsinə, xx.xx.2007-ci il tarixli və xx.xx.2010-cu il tarixli sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 78.278 ABŞ dolları məbləğində əsas kredit borcu, 15.884 ABŞ dolları məbləğində faiz borcu və 674 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 94.836 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manata məzənnəsi ilə tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetləri olan Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41A saylı evin 14 saylı mənzili və Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilinin açıq hərracdan satılması, bu əmlakların satışından əldə olunan vəsait hesabına borcun ödənilməs i, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41A saylı evin 14 saylı mənzili ilkin satış qiymətinin 28.189 manat məbləğində, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətininisə 62.744 manat məbləğində müəyyən edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-167/2019, hakimlər L.M.Məmmədova, S.A.Qafari, F.Ə.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə əsas borcun məbləği və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 78.204 ABŞ dolları məbləğində əsas kredit borcu, cəmi 94.763 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manata olan məzənnəsi ilə tutulması, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41A saylı evin 14 saylı mənzilin ilkin satış qiymətinin 140.000 manat məbləğində, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilinin ilkin satış qiymətinin isə 115.000 manat məbləğində müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2(102)-4796/2019, hakimlər Ə.M.Rüstəmov, M.T.Əhmədova, Ə.G.Nurməmmədov) İddiaçı QSC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 20 19-cu il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(105)-3526/2019, hakimlər Ş.R.Abasov, Z.İ.Məmmədov, T.Q.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41A saylı evin 14 saylı mənzilin ilkin satış qiymətinin 60.000 manat məbləğində, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 sayl ı mənzilinin ilkin satış qiymətinin isə 70.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilib işin həmin hissədə yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2006-cı il tarixli kredit xətti müqaviləsi əsasında 60 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, sonradan kredit məbləği artırılaraq 500.000 ABŞ dolları, müddət isə 169 ay müəyyən edilmişdir. Həmin kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41A saylı evin 14 saylı mənzili və Sumqayıt şəhəri, 16-cı m əhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzili İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanılmışdır. Kredit xətti müqaviləsi üzrə bank tərəfindən borcluya xx xxxxxx 2013-cü il tarixli kredit razılaşması əsasında aylıq 1 % olmaqla, 48 ay müddətinə 100.000 ABŞ məbləğində kredit verilmişdir. İddiaçı QSC xx xxxxxxx 2017-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini on unla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi həqiqiliyi şübhə doğuran qiymətləndirmə rəylərinə istinad edərək ipoteka predmetləri olan mənzillərin ilkin satış qiymətini müəyyən etmişdir. Halbuki, həmin rəylərdə mənzilin real bazar dəyərindən aşağı qiymətlər göstərildiyindən onlar mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, apellyasiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və dəbbə pulunun borclu və zaminlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, həmin qətnamə apellyasiya məhkəməsi tərəfindən əsas borcun tutulması və ipoteka predmetləri olan mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmişdir. Kassasiya instansiya məhkəməsi tərəfin dən apellyasiya məhkəməsinin qətnaməsi iddiaçı bankın kassasiya şikayəti əsasında ipoteka predmetləri olan mənzillərin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə ipoteka predmetinə tutmanın yönəldilməsinin əsaslarını müəyyən edən “İpoteka haqqında” Qanunun 39-cu maddəsinin tələblərinə görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından göründüyü kim i,tərəflər arasında ipoteka predmeti olan mənzillərin ilkin satış qiymətinə dair mübahisə yaranmış və iş üzrə ekspertizalar keçirilmiş; - “xxxx” X1 MMC-nin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilin bazar qiyməti 115.000 manat, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41a saylı binanın 14 saylı mənzilinin bazar qiyməti 140.000 manat; - - “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilin bazar qiyməti 60.000 manat, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41a saylı binanın 14 saylı mənzilinin bazar qiyməti 69.000 manat; “xxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli qiymətləndirmə rəyinə əsasən Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilin bazar qiyməti 70.000 manat, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41a saylı binanın 14 saylı mənzilinin bazar qiyməti 60.000 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi qiymətləndirmə rəylərini müqayisəli şəkildə tədqiq etmiş və sonuncu qiymətləndirmə rəyini əsas götürərək hesab etmişdir ki, mənzillərin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 41/6 saylı evin 12 saylı mənzilin bazar qiyməti 70.000 manat, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 31/41a saylı binanın 14 saylı mənzilinin bazar qiyməti 60.000 manat təşkil etdiyindən, ilkin satış qiymətləri də həmin məbləğlərdə müəyyən edilməlidir. Cavabdehin ipoteka predmetlərinin qiymətləndirmə rəylər i ilə müəyyən edilmiş ilkin satış qiymətinin aşağı olmaqla onun real dəyərini əks etdirmədiyi barədə dəlilləri əsassız olmaqla, o, istinad etdiyi halı təsdiq edən və qiymətləndiricinin rəyini təkzib edən sübutu apellyasiya məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin lə ğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar