Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2194/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa (Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən), mənəvi zərər)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), X3 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının, gecikdirilmiş gün üçün faiz məbləğinin ödənilməsi, 4000 manat maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki k ollegiyasının 17 mart 2025-ci il tarixli 2(103)1219/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 12 nömrəli xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı 3 ay Şəki Sukanal TSC-in mühəndis xidmətləri şöbəsinə 9-cu dərəcə ilə mühəndis (Asan xidmət) vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı "xxxx" ASC-in Birləşmiş Sukanal MMC-in X5 ASC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdən onunla bağlanmış əmək müqaviləsinə başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xitam verilməsini xahiş etmişdir. 3. "xxxx" ASC-in sədr müavin i K.Həsənovun Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə və Birləşmiş Sukanal MMC-in direktoru Tural Abbasova ünvanladığı məktubdan müəyyən olunur ki, Şəki Sukanal TSC-in Abonentlərlə iş şöbəsinin iş əmrlərinin icrası qrupunun mühəndis-qrup rəhbəri İddiaçı Nəsimi rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinə (Məmmədli Leyla Vaqif qızının sosial məzuniyyətdə olduğu müddətdə) mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə təyin olunmasının icrasını təmin etmək Nəsimi rayon Sukanal İdarəsinin rəisi Elşən Həsənzadəyə tapşırılmışdır. 4. "xxxx" ASC-nin Birləşmiş Sukanal MMC-in Şəki Sukanal TASC-in xx.xx.2022-ci il tarixli 19-K nömrəli əmrinə əsasən işçi İddiaçı ilə başlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin başqa iş əgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas İddiaçı ərizəsi olmuşdur.
5. İddiaçı "xxxx" ASC-in Nəsimi rayon Sukanal İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən müəyyən olunur ki, o, xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir.
6. İşçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 09 nömrəli xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsininin 2.3-cü bəndinə əsasən əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin “a” bəndinə əsasən “vəzifəsi saxlanılmaqla qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda müəyyən sə bəblərdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zərurəti ilə əlaqədar olaraq” xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə bağlanılmışdır. 7. "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 27-K nömrəli əmrinə əsasən işçi İddiaçı ilə başlanmış əmək müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətə işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsində abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. Əmrin verilməsinə əsas "xxxx" ASC-in xx.xx.2022-ci il tarixli 03/01-1/1/12494 nömrəli məktubu, İddiaçı ərizəsi və əmək müqaviləsi olmuşdur. 8. xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmrə əsasən, işəgötürən "xxxx" ASC-nin Nəsimi Sukanal İdarəsi tərəfindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə işçi İddiaçı əmək müqaviləsinə xitam vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri şəhərlərin X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz və ya ən az hazırkı müqavilənin ümumi müddətində işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, ödənilməli olan əmək haqqının gecikdirilimiş hər bir gün üçün 1 % məbləğində cərimənin, maddi və mənəvi zərərə görə isə 4000 manat məbləğində kompensiyasiyanın tutulması, vəkil xərci olaraq ödənilmiş 300 ma nat və mediasiya sesiyası üçün rüsum haqqı kimi ödənilmiş 60 manat məbləğindəki pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC Nəsimi Rayon Sukanal İdarəsindən iddiaçıya zənglə analıq məzuniyyətinə çıxan işçinin geri qayıtdığını və buna görə də İddiaçı əmək müqaviləsinə müddətin bitməsi əsasında xitam veriləcəyi bildirilmişdir. İddiaçının müqavilə müddətinin bitmədiyini xatırlatmasına və bildirməsinə baxmayaraq, yenə də onunla bağlanan əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli, 11-k saylı əmr imzalanmışdır. İddiaçı ilə bağlanan əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək olan müddəti əhatə etmişdir. İşəgötürən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilməsi üçün xx.xx.2024-cü il tarixinə azı 1 həftə qalmış xəbərdarlıq edilməli və həmin müqaviləyə xx.xx.2024-cü il tarixində xitam verilməli idi. Əlavə edilmiş əmək müqaviləsinin xitamı bildirişindən aydın olur ki, işəgötürən qeyd edilən hüquq normalarını kobudcasına pozaraq xx.xx.2024-cü il tarixli, 11-k saylı əmr imzalayaraq xx.xx.2024-cü il tarixindən işçinin müqaviləsinə müddətin bitməsi əsası ilə xitam vermişdir. Əmək müqaviləsinin müddəti bitmədən, müqavilənin müddətinin bitməsi əsası ilə əmək müqaviləsinə xitam verilmişdir ki, bu da İddiaçı konstitusion hüququ olan əmək hüququnun pozulması deməkdir. 11.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 noyabr 2024-cü il tarixli, e-2(004)- 4607/2024 nömrəli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddianın qismən təmin edilməsi, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki işinə bərpa edilməsi, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Qətnamə onunla əsaslandırılmışdır ki, müvafiq işə daxil olma, iş dəyişmə (xitam vermə), yeni əmək müqaviləsinin bağlanması, müvafiq əmrlərin, kadr sənədlərinin tərtib edilməsi və digər formal hüquqi hərəkətlər edilsə də, "xxxx" ASC-nin "xxxx" Törəmə ASC və "xxxx" ASC-nin Nəsimi Sukanal İdar əsi əmək münasibətləri kontekstindən müstəqil subyekt kimi nəzərə alınmamalıdır. Yəni, işçi İddiaçı əmək münasibətlərinin işəgötürən kimi "xxxx" ASC ilə yaranması hesab edilməlidir. Aşkardır ki, münasibətlər məhz "xxxx" ASC-nin koordinasiyası altında sonuncunun tabeliyində olan ayrı-ayrı iki qurumda həyata keçirilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, işçinin "xxxx" Törəmə ASC-dən Nəsimi Sukanal İdarəsinə iş yerini dəyişməsi "xxxx" ASC-nin tapşırığı (müvafiq məktub iş materiallarına əlavə edilmişdir) ilə həyata keçirmişdir. Həmçinin, həm 2018-ci il tarixli həm də 2022-ci il tarixli əmək müqavilələri məhz "xxxx" ASC tərəfindən bağlanmışdır (sözügedən orqanlar işəgötürən səlahiyyətlərini həyata keçirən qurum olmuşlar). Digər mülki hüquq münasibətlərində həmin qurumları müstəqil subyekt hesab etmək olsa da, məhkəmə hazırki situasiya üzrə, yəni, əmək münasibətlərində işəgötürən kimi məsələyə formal əsaslarla yanaşmayaraq mahiyyəti üzrə işəgötürənin yuxarı orqan, yəni "xxxx" ASC ilə yaranması xüsusatını, sonuncunun hüquqi varisinin isə “İri şəhərlərin X4” publik hüquqi şəxsi olmasına diqqət yetirir. Nəticə olaraq, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Deməli, mübahisə predmeti üzrə əmək münasibətləri xx.xx.2023-cü il tarixdən fasiləsiz (müddətsiz) xarakterə keçid etmişdir. Əmək münasibətlərinin qanunun tələbi əsasında öz-özlüyündə müddətsiz xarakterə keçid etməsi hüquqi nəticədir. Həmin nəticənin sanki məhkəmə qərarı əsasında təmin edilirmiş kimi qeyd edilməsinə hüquqi zərurət yoxdur. Yəni mə hkəmə qətnaməsində qeyd edilib- edilməməsindən asılı olmayaraq tərəflər arasında əmək münasibətləri 5 ildən artıq müddətə davam etdiyindən müddətsiz əmək müqaviləsi hesab edilir və iddiaçı ilə əmək müqaviləsi müddətsiz formada bağlanmalıdır. Ümumiyyətli işçinin əmək müqaviləsinə xitam verilməsi barədə mübahisə predmeti olan əmr qanunsuzdur. Belə ki, əmək müqaviləsinin bitməsinə 80 gün qalmış, müddətin bitməsi əsası ilə əmək münasibətlərinə qanunsuz olaraq xitam verilmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi “əmək haqqının hər gecikdirilmiş gün üçün faizinin ödənilməsi” hissəsində əsassızdır və təmin edilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni işəgötürən işçi yə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirtməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə isə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən, işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu barədə gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər və ya MPM-in 232-ci maddəsinin tələblərinə əsasən ödənilməli olan məbləğin indeksasiyası aparıla bilər.
14. Məhkəmə vurulmuş maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı 4000 manat pul tələbi hissəsində qeyd etmişdir ki, iddia əsassızdır və sübuta yetirilmir. Mahiyyəti üzrə də işəgötürən tərəfindən hər hansı əmr verilmişsə, həmin əmrin qanunsuzluğuna məhkəmə qərarı ilə hüquqi qiymət verilir. Bu hal özü-özlüyündə işəgötürəndən digər maddi və ya mənəvi zərərin tutulması üçün əsas qismində çıxış edə bilməz. Ədalət mühakiməsinin mahiyyəti də əmrin qanuniliyinin yoxlanılmasıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 47, 73, 172, 1096.1, 1096.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsində ləğv etməklə, vurulmuş mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması, habelə iddiaçının məhz müddətsiz əmək müqaviləsi əsasında işə bərpası barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillər inə istinadən onunla əsaslandırılmışdır ki, mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsinə qanunsuz formada xitam verilməsi yolu ilə cavabdehin iş yerini itirməsini özü təsdiq etsə də, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbini rədd etmiş, bu barədə mövqeyini əsaslandıra bilməmişdir. Belə ki, hər hansı şəxsin işəgötürənin qanunsuz əməllərinə məruz qalaraq iş yerindən məhrum olmasının onun şüurunda mənfi psixi reaksiyaya səbəb olacağı hamıya məlum olan məsələdir. Bu mənada şəxsə dəymiş mənəvi zərərin əvəzinin ödənilməməsi mülki qanunvericiliyin pozulmuş hüquqların bərpası prinsipinin də pozulduğunu təsdiq etməkd ədir. Hazırda mübahisələndirilən qətnamədə məhkəmənin işin faktiki hallarına tətbiq etdiyi hüquqdan irəli gələn nəticəsi qəti formada şərh edilməmiş və nəticədə qətnamənin əsaslandırma və nəticəvi hissələri arasında ziddiyət əmələ gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsinin əsaslandırıcı hissəsində aşağıdakıları qeyd etmişdir: “Nəticə olaraq, işçi ilə işəgötürən arasında fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi xüsusatı qəbul edilir. Deməli, mübahisə predmeti üzrə əmək münasibətləri xx.xx.2023-cü il tarixdən fasiləsiz (müddətsiz) xarakterə keçid etmişdir”. Lakin məhkəmə qətnaməsinin nəticə hissəsində işçinin işə bərpası qət edilsə də, bu zaman müddətli yoxsa müddətsiz əmək müqaviləsi əsasında onu iş yerinə bərpa olunacağı göstərilməmiş və qeyri-müəyyənlik yaranmışdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilən xüsusatların məhkəmə qətnaməsinin nəticə hissəsində yer verilmədiyi, qətnamənin əsaslandırıcı və nəticəvi hissələri arasında ziddiyətlərin yarandığını və qeyd olunan hissədə məhkəmə qətnaməsinin əsaslı olmadığı hesab edilir.
18. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə "xxxx" TASC-də başlayarkə n müddətli əmək müqaviləsi bağlamışdır və əmək müqaviləsinin müddətli bağlanmasına hər hansı bir etirazını bildirməmişdir. 3 il 9 ay "xxxx" TASC-də işlədikdən sonra iddiaçı ərizə ilə Nəsimi rayon Sukanal İdarəsinə müraciət edərək qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yerinə götürülməsini xahiş etmiş və işə qəbul edilmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan işçilərin yerinə işçi götürülərkən yerinə götürülən işçi ilə müddətli əmək müqaviləsi bağlanılır. Həmin işçi məzuniyyətdən qayıtdıqda yerinə götürülmüş işçi ilə müqaviləyə xitam verilir və işəgötürənin əvəzedən işçini hər hansı bir işlə təmin etməsi öhdəliyi Əmək Məcəlləsi ilə işəgötürənin vəzifəsi kimi müəyyən edilməmişdir. Əgər işçi müvəqqəti işə çıxa bilməyən işçinin yerinə işə g ötürülübsə, bu zaman, onun ilə bağlanılan əmək müqaviləsi müddətli hesab edilir. Bu cür müqaviləyə köhnə işçi işə çıxan kimi xitam verilə bilər. Həmçinin iddiaçının "xxxx" TASC-də 3 il 9 ay işlədiyini və sonrakı iş yerinin müddətli olduğu nəzərə alınarsa, məhkəmənin ümumilikdə müddətin 5 ildən çox olduğuna istinad edərək iddiaçını işə bərpa etməsi əsassız olmuşdur. Əgər iddiaçı sosial məziniyyətdə olan əməkdaşın yerində çalışmasaydı, öz ştatı üzrə əmək müqaviləsinin müddəti bitdiyinə görə müqaviləyə xitam verilsəydi, məhkəmə 5 illik müddətə istinad edib işə bərpa etsəydi, məhkəmənin gəldiyi nəticə ilə razılaşmaq olardı, lakin bu vəziyyətdə iddiaçı sosial məzuniyyətdə olan işçinin yerində işləmiş və işçi məzuniyyətdən qayıtdığı gün əmək müqaviləsinə xitam verilmişdir. Digər tərəfdən məhkəmə qətnamə çıxararkən onun icrasının mümkünlük vəziyyətini də nəzərə almamışdır. Belə ki, məhkəmə qətnamə ilə cavabdehin üzərinə iddiaçının əvvəlki işinə bərpa edilməsi öhdəliyi qoymuşdur. İş materiallarından göründüyü kimi iddiaçının əvvəlki işi qismən ödənişli sosial məzuniyyətdə olan işçinin yeri olmuşdur. Məhkəmənin gəldiyi nəticədən belə qənaətə gəlmək olur ki, cavabdeh tərəf sosial məzuniyyətdən qayıdan işçi ilə əmək müqaviləsinə xitam verməli və iddiaçını həmin işə qəbul etməlidir. Bu isə Əmək Məcəlləsinin tələblərinə zidd olmaqla əsas işçinin hüquqlarının pozulması ilə nəticələnir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1219/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.R.Səlimova (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və M.Ə.Rüstəmli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, işçi İddiaçı ilə işəgötürən "xxxx" ASC arasında bağlanmış 09 nömrəli xx.xx.2022-ci il tarixli müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmiş hesab edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixinədək məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi vəzifəsinin “İri şəhərlərin X4” publik hüquqi şəxsinə həvalə edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
21. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında ilk əvvəl qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmış, daha sonra bu müqaviləyə işçinin ərizəsi ilə xitam verilmiş, bundan sonra iddiaçı ərizə ilə işəgötürənə müraciət edərək onun xx.xx.2022-ci il tarixdən əsas işçi Məmmədli Leyla Vaqif qızının qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə Abonentlərlə iş şöbəsinə 12-ci dərəcə ilə mühəndis (ASAN xidmət üzrə) vəzifəsinə işə qəbul edilməsini xahiş etmiş, bundan sonra tərəflər arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 11-k nömrəli əmri ilə xitam verərkən həmin əmri Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun əmək müqaviləsini n müddətinin bitməsi əsası ilə əsaslandırdırmışdır. Baxmayaraq ki, tərəflər arasında bağlanan müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə deyil, xx.xx.2024-cü il tarixdə bitməli idi.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verməklə qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququ olmuş, lakin işəgötürənin bu barədə əmri müqavilənin müddətinin bitdiyi tarixdə deyil, xx.xx.2024-cü il tarixdə qəbul edildiyindən həmin əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla verilmişdir. Bu əmrin ləğv edilməsi isə cavabdehin etibarlı əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək hüququnu aradan qaldırmır, sadəcə bu hüququn realizəsini gecikdirir. Belə ki, cavabdeh müddətin bitm əsinə görə iddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam vermək barədə iradəsini açıq şəkildə ifadə etmiş, bu barədə əmr vermişdir. Tərəflərin hər biri isə əmək münasibətlərinə daxil olarkən bu münasibətlərin əsas işçinin sosial məzuniyyətdən qayıdacağı xx.xx.2024cü il tarixədək mövcud olacağı ilə razılaşmışlar.
23. Kollegiya iddiaçının digər tələbləri ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ilk müddətli əmək müqaviləsinə iddiaçının ərizəsinə əsasən xitam verildiyindən, daha sonra tərəflər arasında yeni şərtlərlə yeni müddətli əmək müqaviləsi bağlandığından, sonuncu müqaviləyə əsasən iddiaçı yeni işə, yəni sosial məzuniyyətdə olan işçinin yerinə işə müvəqqəti qəbul edildiyindən bu müqavilərin fasiləsiz olaraq 5 ildən artıq davam edən müddətli əmək müqaviləsi kimi qiymətlənd irilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun deyildir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış müddətli əmək müqavilərinin müddətsiz əmək müqaviləsinə keçməsinə dair əsaslandırması ilə razılaşmamışdır. Belə ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırkı işdə isə tərəflər arasında bağlanan ilk müddətli əmək müqaviləsinə xitam verildikdən sonra yeni müddətli əmək müqaviləsi bağlanmış, hər bir müqavilədə onun hansı səbəbdən müddətli bağlanmasının halı fərqli olmuş, iddiaçı təkrarən müddətli əmək müqaviləsi bağlayarkən sosial məzunuiyyətdə olan işçinin yerində sonuncunun qayıtması müəyyən olunan xx.xx.2024-cü il tarixədək işləyəcəyini bilmişdir. Daha sonra sosial m əzuniyyətdə olan işçinin yerinə işə qəbul olan, xx.xx.2024-cü il tarixədə isə əmək müqaviləsinə xitam veriləcəyini bilən iddiaçının məhz bu iş yerini itirdiyinə görə, müqavilə müddətində ala biləcəyi əmək haqqı istisna olmaqla, əlavə maddi və mənəvi ziyan çəkməsi halı da qeyrimümkündür. Belə ki, bağladığı müqavilənin müddətli olması, həmin müqavilə üzrə müddətin sonuna olan dövrədək əmək haqqı ala biləcəyi, əsas işçinin öz iş yerinə qayıda biləcəyi iddiaçıya hələ bu işə qəbul edilməsi üçün işəgötürənə ərizə yazarkən məlum olmuşdur.
24. Kollegiya qeyd etmişdir ki, hazırkı işdə, birinci instansiya məhkəməsi iddiaçının əvvəlki vəzifəsinə bərpa olunması və bu barədə qətnamənin icra olunduğu, yəni onun işinə bərpa olunduğu vaxtadək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə gə ldiyi nəticə Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinin düzgün tətbiq olunmaması deməkdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, 60, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45 (1, 4, 5-ci hissələri), 47 (“a” və “f” bəndləri), 68 (2-ci hissə, “b” və “e” bəndləri), 73 (1, 2-ci hissələri), 83 (1-ci hissə), 84 (1, 2- ci hissələri), 172 (1 və 5-ci hissələri), 300 (1-ci hissə) maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış hər iki əmək müqaviləsi zamanı işəgötürən qismində "xxxx" ASC çıxış etmişdir. Belə ki, müvafiq işə daxil olma, iş dəyişmə (xitam vermə), yeni əmək müqaviləsinin bağlanması, müvafiq əmrlərin, kadr sənədlərinin tərtib edilməsi və digər formal hüquqi hərəkətlər edilsə də, "xxxx" ASC-nin "xxxx" Törəmə ASC və "xxxx" ASC-nin X6 İdarəsi əmək münasibətləri kontekstindən müstəqil subyekt kimi nəzərə alınmamalıdır. Yəni, işçi İddiaçı əmək münasibətlərinin işəgötürən kimi "xxxx" ASC ilə yaranması hesab edilməlidir. Aşkardır ki, münasibətlər məhz "xxxx"ASC-nin koordinasiyası altında sonuncunun tabeliyində olan ayrı-ayrı iki qurumda həyata keçirilmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, işçinin "xxxx" Törəmə ASC-dən X6 İdarəsinə iş yerini dəyişməsi "xxxx" ASC-nin tapşırığı (müvafiq məktub iş ma teriallarına əlavə edilmişdir) ilə həyata keçirtmişdir. Həmçinin, həm 2018-ci il tarixli həm də 2022-ci il tarixli əmək müqavilələri məhz "xxxx" ASC tərəfindən bağlanmışdır (sözügedən orqanlar işəgötürən səlahiyyətlərini həyata keçirən qurum olmuşlar).
28. Bundan başqa, hər iki müqavilə üzrə iddiaçı eyni əmək funksiyaları üzrə fəaliyyətini həyata keçirdiyindən işəgötürən qarşısında yerinə yetirdiyi əmək fəaliyyəti fasiləsiz xarakter daşımışdır. İlkin müqavilənin xitamı ilə digər müqavilənin bağlanma tarixləri eyni günə, daha dəqiq desək, 14 sentyabr 2022-ci ilə təsadüf edir və həmin yerdəyişmə, "xxxx" ASC rəhbərliyinin istəyinə uyğun formada həyata keçirilib, belə olan halda sadəcə yeni müqavilənin bağlanması halı yerinə yetirilən eyni iş üzrə əmək fəaliyyətinin fasiləsiz həyata keçirilməm əsi üçün əsas kimi qiymətləndirilməməlidir. Belə yanaşma formal və səthi hesab edilməlidir. Belə ki, işin faktiki hallarından aydın olur ki, iddiaçı 2018-ci ildən əmək müqaviləsinə xitam verildiyi 2024-cü il tarixə kimi fasiləsiz olaraq 5 il ərzində "xxxx" ASC-nin tabelyində abonentlərlə iş şöbəsində mühəndis kimi çalışmış, ilkin müqaviləyə xitam verilməklə digər müqavilənin bağlanması tarixləri eyni günə təsadüf etdiyindən əmək fəaliyyətindəki fasiləsizlik qorunub saxlanılmışdır. Deməli, yuxarıda qeyd olunanlar, başqa sözlə, ilkin əmək müqaviləsinə xitam verilməsi və digər əmək müqaviləsinin bağlanılması tarixlərinin eyni günlə bağlı olması və fasiləsizliyin qorunub saxlanılması bir daha əmək münasibətlərindəki dəyişikliklərin sadəcə formal xarakter daşıdığını təsdiq etməklə təsadüfi xara ktr daşımır.
29. İlkin əmək müqaviləsinə xitam verilməklə yeni əmək müqaviləsinin bağlanılmasının əsasında faktiki olaraq iddiaçının deyil, işəgötürənin iradə ifadəsi dayanmışdır. İş materiallarından aydınolur ki, şəxsin yerdəyişmə barədə məktubu ilə onun "xxxx" ASC-yəkeçidi şəxsin müddətli müqavilə bağlaması üçün əsas olmuşdur. Bu isə, şəxsin müddətli müqavilə bağlamasına həqiqi razılığının olmadığını göstərməkdədir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Plenum qərarına əsasən, İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Ko nstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olubolmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Göründüyü kimi, şəxsin əmək müqaviləsini müddətli olaraq bağlanmasındakı razılıq ərizəsi formal xarakter daşımaqla, bərabərhüquqlu kimi müəyən edilsə də, reallıqda güclü tərəf olan işəgötürənin təktərəfli şəkildə öz iradə i fadəsini diqtə etmək niyyəti daşımışdır. İddiaçı məhkəmə iclasında da təkrarən qeyd etmişdir ki, onunla həmin müqavilələri bağlamaq məcburiyyəti yaradılmış, bu baxımdan həmin müqavilələri imzalamışdır. İddiaçının ilkin əmək müqaviləsinə xitam verilməsi və yeni əmək müqaviləsinin bağlanmasının əsasında işəgötürən "xxxx" ASC-nin iradə ifadəsi dayandığından və hər iki iş üzrə əmək fəaliyyətinin xarakteri eyniyyət təşkil etməklə fasiləsizlik qorunduğundan hazırkı iş üzrə iddiaçının müddətsiz əmək müqaviləsi əsasında işə bərpası üçün hüquqi əsaslar mövcuddur.
30. Qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi maddivə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə formal yanaşmışdır. Belə ki, şəxsin həm müddətsizəmək müqaviləsi hüquqi təsisatından faydalanmasının bir hüquq kimi realizə edilməsi nə mane olunması, həm də müddətli əmək müqaviləsinin vaxtından əvvəl pozulması şəxsə maddi və mənəvi zərər vurmuşdur. Cavabdehin təqsiri, Əmək Məcəlləsinin maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi prinsipin pozulması ilə iddiaçıya mənəvi iztirab yaratmışdır, apellyasiya məhkəməsi isə, bu halı nəzərə almamışdır. Cavabdehin əməlləri nəticəsində şəxsin müddətsiz əmək müqaviləsindən məhrum edilməsi ilə yanaşı, bir telefon zəngi ilə əmək müqaviləsinə xitam verilməsi şəxsin mənfi psixi reaksiyasına səbəb olmadığı qənaətinə gəlmək doğru deyildir, əsassızdır. Həmçinin qeyd olunur ki, şəxsin borc müqaviləsi bağlaması onun müəyyən maddi itkiyə məruz qalması mənasına gəlir. Belə ki, iş materiallarında olan 25 noyabr 2024-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı borc alan qismində borc verən Həsənova Qalibədən 4000 (dörd min) AZN məbləğində pul vəsaitini borc götürmüş və həmin məbləği 25 iyun 2025-ci il tarixindən etibarən hissəvi formada ödəməklə bağlı öhdəlik götürmüşdür.
31. Bundan əlavə, apellyasiya məhkəməsinin əmək haqqının hər gecikdirilmiş gün üçün faizin ödənilməsi tələbinə yanaşması doğru deyildir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Yəni, işəgötürən işçiyə son haqq hesab ödənişlərini həyata keçirtmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanun la müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirtməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə isə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən, işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz.
32. Yuxarıda göstərilənlərdən əlavə, apellyasiya məhkəməsi öz mövqeyini əsaslandırmağa çalışarkən Ali Məhkəməsinin iddiaçı X1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə 2(102)-539/2025 nömrəli Qərarına istinad etmiş, həmin faktiki halları və hüquqi əsasların tamamilə fərqli olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
34. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müdd ətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
35. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
36. Maddə 45 (5-ci hissə). Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
37. Maddə 47 (“a” və “f” bəndləri). Əmək müqaviləsi işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə ç ıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanıla bilər.
38. Maddə
61. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişl əndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
39. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səb əblərə görə imkanı olmadığı hallara şamil edilmir.
40. Maddə
195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
41. Maddə 290. (1-ci hissə) Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar.
42. Maddə 290. (2-ci hissə) İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir.
43. Maddə 290 (3-cü hissə) İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyəti nin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə aşağıdakılara əsasən qismən ləğv edilərək həmin hissədə yeni qərar qəbul edilməlidir.
50. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh tərəf arasında iki müddətli əmək müqaviləsi bağlanmış, ikinci müqavilə birinci müqavilə xitam verildikdən sonrakı gün bağlandığından müqavilələr arasında fasilə olmamışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə bağlanmış birinci müqaviləyə xx.xx.2022-ci il tarixdə xit am verilmiş, ikinci müqavilə isə növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə bağlanmış və qüvvəsi xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir.
51. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bu normada göstərilən qayda işçi ilə əmək müqaviləsinin istər bir dəfə bağlanması, istərsə də hazırkı işdə olduğu kimi, arada zaman fasiləsi olmadan iki və ya daha artıq sayda rəsmiləşdirilməsi nəticəsində əmək münasibətlərinin 5 ildən artıq müddətdə davam etməsini özündə ehtiva edir.
52. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, hazırkı halda iddiaçı ilə eyni işəgötürən arasında bağlanmış müddətli əmək müqavilələrinin ümumilikdə müddə ti fasiləsiz 5 ildən artıq davam etmişdir. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, işəgötürən iddiaçı ilə bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam verməklə əmək qanunvericiliyinin tələbini pozmuşdur.
53. Apellyasiya instansiyası məhkəməsi işəgötürənin xx.xx.2024-cü il tarixli, 11-k saylı əmrinin ləğv edilməsi və işə bərpa ilə bağlı iddia tələblərinə hüquqi qiymət verərkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tətbiq edilməli olmadığına dair nəticəyə gəlməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.
54. Kollegiya eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə bağlanmış ikinci müddətli müqavilə əsasında sosial məzuniyyətdə ola işçinin əmək funksiyasını icra etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci his səsinin hazırkı mübahisəyə tətbiqini istisna etmir. Nəzərə alınmalıdır ki, qeyd edilən normanın dispozisiyasında bütün müddətli müqavilələrin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi müqavilənin müddətsiz hesab edilməsinin əsas şərti olaraq nəzərdə tutulmuş, müqavilənin müddətli bağlanmasının səbəbləri ilə bağlı bu normanın tətbiqini istisna edən hər hansı hal müəyyən edilməmişdir.
55. İşdəki "xxxx" MMC-nin "xxxx" Törəmə ASC-yə ünvanlanmış məktubu ilə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubu nəzərə alınaraq iddiaçının Nəsimi rayon Sukanal İdarəsinə yerdəyişməsi ilə əlaqədar zəruri məsələlərin müvafiq qaydada icra edilməsi ASC-yə həvalə edilmiş, iddiaçı isə Nəsimi rayon Sukanal İdarəsinə xx.xx.2022-ci il tarixdə bu yerdəyişməyə etiraz etmədiyinə dair ərizə vermişdir. Yəni iddiaçının sosial məzuniyyətdə olan şəxsin boş qalmış vəzifəsinə işə götürülməsi "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubu, yəni işəgötürənin göstərişi əsasında baş vermişdir.
56. Kollegiya qeyd edir ki, işçiyə işəgötürən tərəfindən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasının həvalə edilməsi ilə bağlı məsələlər Əmək Məcəlləsinin 61-ci maddəsi ilə tənzimlənir. Həmin normaya əsasən əgər işçi işəgötürənin göstərişi ilə müəyyən müddətdə iş yerində olmayan işçinin əmək funksiyasının icrasını həyata keçirməyə razılaşırsa işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydada işçini əvvəlki vəzifəsində qalması və ya iş yerinin saxlanılması şərti ilə boş vəzifəyə təyin etməsini təmin etməli, bu vəziyyət heç bir halda işçinin əmək hüquqlarının pozulması və iş yerini itirm əsinə əsas olmamalıdır. Apellyasiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən bu halları nəzərə almamışdır.
57. MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
58. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsinin xx.xx.2024- cü il tarixli, 11-k saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməli, iddiaçının hazırkı iddianın qaldırılması üçün çəkdiyi xərclər MPM-nin 119 və 121-ci maddələrinə əsasən cavabdehdən tutulmalıdır.
59. Kollegiya apellyasiya instansiya məhkəməsinin təmin edilməmiş iddia tələblərinə verdiyi hüquqi qiymətlə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarı ilə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəasının fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edildiyi göstərilsə də, nəzərə alınmalıdır ki, 172-ci maddənin “Qeyd” hissəsində işçiyə əmək haqqının gecikdirilməsinə görə həmin məbləğin azı bir faizi məbləğində ödənc verilməsinin iki şərti qeyd edilmişdir: əmək haqqı ödənişinin gecikdirilməsi və bu gecikmənin işəgötürənin təqsiri üzündən baş verməsi. Hazırkı işə mahiyyəti üzrə baxmış məhkəmələr faiz tələbi üzrə qeyd edilən normanın dispozisiya şərtlərinin iddiaçı tərəfindən sübuta yetirilmədiyi qənaətinə gəlmişlər. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
60. İddiaçı tərəfindən tələb edilən 4000 manat mənəvi ziyan tələbinin rədd edildiyi hissədə kollegiya apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi işəgötürəndən tələb etdiyi mənəvi ziyan məbləğini iddia ərizəsində qeyd etməlidir. Bu normaya qeyddə göstərilmişdir ki, işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən hallardan hər hansı birinin mövcudluğuna istinad edilmədiyindən işəgötürəndən mənəvi ziyan tutulmasına dair tələbin rədd edildiyi hissədə məhkəmənin maddi və prosessual hüquq pozuntusuna yol ver diyi müəyyən edilmir.
61. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1219/2025 nömrəli 17 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilməli, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsinin xx.xx.2024- cü il tarixli, 11-k saylı əmri ləğv edilməli, İddiaçı əvvəlki işinə bərpa edilməli, cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələr və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilməli, ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat pul cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
62. Azərbaycan Respublikası MPM-in 119, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1219/2025 nömrəli 17 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək, iddia qismən təmin edilsin. Cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsinin xx.xx.2024- cü il tarixli, 11-k saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki işinə bərpa edilsin. Cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsi tərəfindən İddiaçı məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı (əlavələ r və mükafatlar daxil olmaqla) hesablanaraq ödənilsin. Ödənilmiş 60 (altmış) manat mediasiya xərci, hüquqi xidmətin göstərilməsi üçün 300 (üç yüz) manat pul cavabdeh “İri şəhərlərin X4” publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.