Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2196/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3rşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, əlilliyi olan şəxslərin işlə təmin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)846/2025 nömrəli qətnaməsindən iddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh İB-də işləmiş və İB tərəfindən tərtib edilmiş İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 13 iyul 2018-ci il tarixli, 02 nömrəli aktına əsasən, o, 26 iyun 2018-ci il tarixdə əmək funksiyalarını yerinə yetirərkən hündürlükdən yıxılması nəticəsində xəsarət almışdır. 2. 29 yanvar 2019-cu il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, İddiaçı ikinci dərəcəli əlilliyi olmaqla, ona kəllədaxili travmaların nəticələri, QKBT, baş beynin sağ yarımkürəsinin alın payının əzilməsi, sağ mil bilək oynağının sınıq-çıxığı, sağ m il və dirsək sümüklərinin bitişmiş sınıqları, oynaqların kontrakturası, sağ düz və mil bilək oynağının postravmatik kontrakturası, eşitmənin dəqiqləşdirilməmiş nevrosensor tipli itirilməsi, İV dərəcəli karlıq, eşitmə sinirinin travması, sol tərəfi postravmatik koxlear nevrit, postravmatik ensefolopatiya, ağ ciyərin digər travmaları, ağ ciyərlərin sıxılması, bud sümüyü cisminin (diafizinin) sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, sağ bud sümüyü cisminin bitişmiş sınığı, birinci boyun fəqərəsinin köhnə bitişmiş sınığı, sağ bud sümüyünün intramedulyar osteosintez və skafoid asteosintezi əməliyyatlarından sonrakı vəziyyət. Sağ orbitanın yuxarı divarının və alın cibinin alt divarının bitişmiş sınığı, OuMiopliya VİS OD=0.VİS OS=1.0 digər ensefalit, mielle və ensefolomlelit, postravmatik stress, asteno-depressiv təzahürlər, vegetativ disfunksiya diaqnozu qoyulmuş, əlilliyin səbəbi əmək zədəsi olmuşdur. 3. 07 may 2019-cu il tarixli əmrlə Səfərov X6 Metrologiya Departamentinin X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi üzrə işə qəbul olunmuşdur.
4. Cavabdeh 02 noyabr 2020-ci il tarixli əmri ilə İddiaçı ilə bağlanmış “Əmək müqaviləsi”nə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq, əmək funksiyasını yerinə yetirməməsi ilə əlaqədar xitam verilmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbi təmin edilsə də, son nəticədə qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 may 2022-ci il tarixli qətnamə si ilə iddia rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda alınmış xəsarətlərini nəzərə alaraq, səhhətinə uyğun Cavabdeh İB-də onun iş yeri ilə təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh İB-də 08 avqust 2008-ci il tarixdən çalışmışdır. İşlədiyi dövr ərzində 3-cü dərəcəli nəzarətçi, 3-cü dərəcəli çilingər, qəza-bərpa işləri üzrə 5-ci dərəcəli çilingər, qəza dispetçer xidmətinin 10-cu dərəcəli usta, qəza-bərpa işləri üzrə 6-cı dərəcəli çilingər, X1 nəzarət-ölçü cihazları və avtomatika üzrə 6-cı dərəcəli çilingər əmək funksiyalarını yerinə ye tirmişdir. 26 iyun 2018-ci il tarixdə gecə vaxtı, vəzifəsini icra etdiyi zaman, abonentin yaşayış evində qaz sızmasını aradan qaldıraraq yıxılmış, nəticədə ciddi və çoxsaylı baş və bədən xəsarətləri almış və ona İİ qrup əlillik təyin olunmuşdur. 2019-cu il tarixdən yaranmış xəstəliyi ilə əlaqədar olaraq Cavabdeh X2 Departamentinin sayğacların müayinəsi laboratoriyasına, çilingər peşəsinə keçirilmişdir. Səhhəti ilə əlaqədar olaraq mütəmadi müalicə olunmasına zərurət olmuşdur. İşəgötürən xəstəlik vərəqəsinin mövcud olmasına baxmayaraq iddiaçını 07 iyul 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə, əmək funksiyalarını yerinə yetirmədiyinə görə işdən azad etmişdir. İddiaçı şikayətlə əmək müfəttişliyinin xidmətinə müraciət etmiş, həmin qurumun araşdırması vaxt aparmış v ə sonra iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldırmışdır. Birinci və apellyasiya instansiyaları məhkəmələri onun xeyrinə (işə bərpa edilməsinə dair) qətnamə qəbul etmişdir. Lakin yuxarı məhkəmə instansiyası iddia müddətinin ötürülməsinə görə əvvəl xeyrinə qəbul edilmiş qərarları ləğv etmişdir. Himayəsində 3 azyaşlı uşaqları vardır. Özü daimi dərman preparatları qəbul edir. İstehsalatda baş vermiş hadisə nəticəsində onun əmək qabiliyyətinin 70 faizini itirmişdir. Maddi vəziyyəti dözülməz səviyyəyə çatmış, o, işlə təmin olunmasa uşaqlarını və özünü dolandıra bilməz.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)5185/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlilliyinin olması iş materialları ilə təsdiq edildiyindən, iddiaçı istehsalatda almış olduğu xəsarətlər nəzərə alınmaqla səhhətinə uyğun iş yeri ilə təmin edilməsi ilə bağlı işə götürənə müraciət etsə də, cavabdeh təşkilat bundan imtina etdiyindən və qanunvericiliklə işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borclu olduğundan iddia təmin edilməlidir.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddə sinin İ və İİ hissələrinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.1, 22.1, 22.2, 22.4, 22.5, 24.1, 24.2, 24.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-846/2025 nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(011)-5185/2024 qətnaməsi ləğv edilmiş, İ ddiaçı Cavabdehnə qarşı “iş yeri ilə təmin edilmə” tələbinə dair iddiası rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericilik normalarının məzmununa görə əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması qadağandır.
14. İşəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bun un nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. Əlilliyi olan şəxslə əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir.
15. Eyni zamanda “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə işə qəbul edilirlər. İşə dü zəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar.
16. Yuxarıda göstərilənlərdən belə nəticə hasil olur ki, qanunverici əlilliyi olan şəxslərin, əmək hüquqlarının həyata keçirilməsi üçün məşğulluğunun təmin edilməsi (birbaşa və müvafiq icra hakimiyyəti orqanının göndərişinə əsasən) qaydalarını fərqləndirir.
17. Hazırkı işin halları üzrə müqayisəli təhlil apara rkən apellyasiya kollegiyası qeyd etmişdir ki, istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindən biri olsa da nəzərə alınmalıdır ki, iddiaçı, istehsalatda bədbəxt hadisə baş verdikdən sonra əmək qabiliyyətini qismən itirmiş və bunun nəticəsində əlilliyi olan işçi olaraq müvafiq qaydada işəgötürən tərəfindən işlə təmin olunmuş, lakin hadisədən sonra bağladığı 07 may 2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 02 noyabr 2020-ci il tarixli əmr ilə xitam verilmişdir. İşçi ilə bağlanmış sonuncu əmək müqaviləsinə Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunub olunmadığı uzun müddət ərzində davam edən məhkəmə çəkişmələrinin predmeti olmuş, iddiaçının tutduğu vəzifəyə bərpa olunması üçün əsaslar olmadığı qənaətinə gəlinmişdir.
18. Hazırda əlilliyi olan iddiaçı məşğulluğunun istinad etdiyi qaydada təmin edilməsi üçün məhkəməyə müraciət edir. Halbuki iş üzrə müəyyən edilmiş faktiki halların məcmusu baxımından iddiaçının əmək hüquqlarının müdafiəsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
19. Belə ki, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Kvota müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslər müvafiq icra hakimiyyəti orqanını n göndərişi ilə işə qəbul edilirlər. İşə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olmaqla, mülkiyyət növündən və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.
20. Kvota üzrə müəyyən olunmuş iş yerlərinə işçilərin qəbulu müəssisələr tərəfindən vətəndaşların birbaşa müraciəti və ya şəhər, rayon Məşğulluq Mərkəzlərinin göndərişi ilə həyata keçirilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar işə düzəlmək üçün birbaşa müəssisələrə müraciət etdikləri hallarda işəgötürənlər şəhər, rayon Məşğulluq Mərkəzlərinə ən geci 5 gün müddətində məlumat vermək şərti ilə, müəyyən olunmuş kvota hesabına onları işə qəbul edə bilərlər.
21. Göründüyü kimi hazırkı halda müvafiq icra hakimiyyəti orqanının göndərişi olmadan iddiaçının birbaşa işlə təmin olunması barədə öhdəliyin cavabdeh-təşkilatın üzərinə qoyulması, yəni müəyyən davranışı ondan tələb etməsi üçün əmək münasibətlərini tənzimləyən qanunvericiliyə görə hər hansı hüquqi əsas müəyyən edilməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “i” bəndinə, 70-ci maddəsinin “ç” bəndinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 21, 22, 23, 24.1-ci, “Məşğulluq haqqında” Qanunun 11.1 və 11.2-ci və Mülki Prosessual Məcəlləsinin 9, 14.1, 14.2, 88, 217.1, 217.3 və 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
23. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-846/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.1, 22.1, 22.2, 22.4, 22.5, 24.1, 24.2, 24.4-cü və Mülki Prosessual Məcəllənin 386-cı maddələrinin tələbləri pozulmuşdur.
25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
26. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası mülki pr osessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. İddiaçı apellyasiya in stansiyası məhkəməsinin qətnaməsini tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 12-ci maddəsinin bənd “i” bəndinə əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək əmək münas ibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 10.1-ci maddəsinə əsasən Dövlət əlilliyi olan şəxslərə maksimum müstəqilliyə, fiziki, əqli, sosial və peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. 22.1-ci maddəsinə əsasən dövlət əmək bazarında əlavə iş yerləri və əlilliyi olan şəxslər üçün uyğun şəraitə malik müəssisə və təşkilatlar yaratmaq yolu ilə, eləcə də xüsusi proqramlar üzrə təlim təşkil etməklə, əlilliyi olan şəxslərin məşğulluğunu təmin edir. 22.2-ci maddəsinə əsasən “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilir. 22.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilliyi olan şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər qanunla müəyyən edilmiş məsuliyyət daşıyırlar. 24.1-ci maddəsinə əsasən işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş X4 nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar. 24.2-ci maddəsinə əsasən bu Qanunun 24.1-ci maddəsində göstərilən əlilliyi olan şəxslərin iş yerlərinin onların istifadəsi üçün uyğunlaşdırılması məqsədi ilə işəgötürən əlilliyi olan şəxslərin iş yerlərindən istifadə imkanlarını asanlaşdıran texniki avadanlıq və qurğuların alınması, mövcud olan texniki avadanlıq və qurğuların əlilliyi olan şəxslərin tələbatına uyğunlaşdırılması, ixtisaslaşmış vasitəçilərin xidmətləri ilə təmin edilməsi kimi ağlabatan tədbirlər həyata keçirir. 24.4-cü maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, bu Qanunun 24.1-ci maddəsində göstərilən işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. 31. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, hab elə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. 11.2-ci maddəsinə əsasən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-c i maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi q iymət verilmişdir (bax bənd 13-22). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
35. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 22 və 24-cü maddələri əlilliyi olan şəxslərin işlə təmin olunmasının fərqli əsasları və prosedurlarını müəyyən edir.
36. Belə ki, Qanunun 24-cü maddəsi işəgötürənin üzərinə həmin istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin işlə təmin olunması öhdəliyini qoyur.
37. Qanunun 22-ci maddəsi isə, ümumilikdə dövlət əmək bazarında əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi dövlətin öhdəliyi kimi müəyyən edilməklə, onların müvafiq icra hakimiyyəti orqanının göndəriş i ilə kvota əsasında işlə təmin olunması prosedurunu təsbit edir.
38. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdeh Birlikdə işlədiyi zaman istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əlil olduğu üçün Qanunun 24-cü maddəsinə əsasən sonradan işlə təmin olunmuş, lakin 02 noyabr 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmr iddiaçı tərəfindən mübahisələndirilsə də, son nəticədə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə iddia təmin edilməmişdir.
39. Beləliklə, iddiaçının “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən olunmuş hüququ işəgötürən tərəfindən əvvəllər təmin olunduğu üçün, onun yenidən bu əsaslar tələb irəli sürmək hüququ aradan qalxmışdır.
40. Belə o lan halda, hazırda iddiaçı qeyd olunan Qanunun 22-ci maddəsində nəzərdə tutulan prosedur və əsaslarla işlə təmin olunmaq hüququna malikdir.
41. Lakin, apellyasiya instansiyası məhkəməsinin də göstərdiyi kimi, iddiaçı müvafiq icra hakimiyyəti orqanının göndərişi olmadan, birbaşa cavabdeh Birlikdə işlə təmin olunmasını tələb edir ki, hazırda bu tələbi əsassızdır.
42. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il i tarixli, 2(103)-846/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.