Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2198/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X2 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X2 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-815/2025 nömrəli, 4 mart 2025-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilən kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 7 aprel 2020-ci il tarixli, 22113 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı 07 aprel 2020-ci il tarixdə "xxxx" şirkətində mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.2-ci bəndində işçinin əsas iş yeri Salyan rayonu, Kürsəngi və Qarabağlı neft yataqları müəyyən olunmuşdur. Müqavilənin 2.3-cü bəndində qeyd edilir ki, işçinin vəzifələri bu əmək müqaviləsinə qoşma B kimi əlavə olunan vəzifə təlimatında ətraflı təsvir olunur.
2. Təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifə təlimatından görünür ki, növbə zamanı müəssisənin istehsal sahəsində, inzibati binasında, anbarlarda və digər yardımçı sahələrdə mühafizə xidmətinin təşkilini həyata keçirmək, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi barədə təkliflər vermək, növbə müddətində müəssisənin ərazisinə və istehsal sahəsinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək təhlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələridir. İddiaçı təlimat ilə tanış olduğunu imzası ilə təsdiq etmişdir. 3. 02 iyul 2024-cü il tarixli intizam tənbehi verilməsi haqqında əmrin surətindən görünür ki, İddiaçı xəbərdarlıq verilmişdir. 4. 29 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, anbar balansında xx.xx.2024cü il tarixinə 27/8 borular üzrə qalıq 11239 ədəd təşkil edir və onlardan 5464 ədədi “Garaj anbarı” adlanan əraziyə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinə qədər müvafiq mədaxil-məxaric sənədlərinə uyğun olaraq daşınmışdır. Baş vermiş hadisədən sonra “Garaj anbarı” adlanan ərazidə yoxlama aparılmış və 402 ədəd borunun çatışmazlığı müəyyən edilmişdir. 5. 30 iyul 2024-cü il tarixli komissiyanın yaradılması haqqında əmrinə əsasən 402 ədəd borunun oğurlanması faktı üzrə araşdırılma aparılması üçün "xxxx" Limited Şirkəti tərəfindən komissiya yaradılmışdır. 6. “Salyan Oil Limited” şirkətinin 31 iyul 2024-cü il tarixli 1318 saylı əmrinə əsasən şirkətin əsaslı vəsaiti olan külli miqdar hesab edilən boruları oğurlamaqda şübhəli şəxslər kimi hesab edilən şirkətə çox ciddi maddi və mənəvi zi yan, həmçinin onun işgüzar nüfuzuna xələl gətirmiş Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı və mühafizəçi X3 31 iyul 2024-cü il tarixindən daxili təhqiqat ilə bağlı yekun qərar verilənədək işdən kənar edilmiş və ona işdən kənarlaşdırılan günlər üçün əmək haqqı ödənilməməsi qərara alınmışdır. 7. “Salyan Oil Limited” şirkəti tərəfindən yaradılmış komissiyanın 02 avqust 2024-cü il tarixli məlumatında qeyd olunmuşdur: “Araşdırma nəticəsində məlum olmuşdur ki, mühafizəçi Quliyev Kənan öz iş növbəsində olarkən oğurluq etmiş və bunu bir dəfə yox, 2 dəfə 23 iyun 2024-cü il tarixdə 80 ədəd boru, 2-ci dəfə 19 iyul 2024-cü il tarixdə 97 ədəd boru oğurlanmasını təşkil edib həyata keçirdiyini etiraf etmiş və izahatında bunu təsdiq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar 19 iyul 2024-cü il tarixdə TX-nin növbə rəisləri və mühafizəçilər idarəyə dəvət olunmuş, izahatlar alınmışdır. Hər 2 tarixdə - 23 iyun 2024-cü il və 19 iyul 2024-cü il tarixdə növbə rəisi İddiaçı olmuşdur.... Həmin gün növbədə olan növbə rəisi İddiaçı və patrul Nuruşov Taleh 4 saat müddətində əraziyə baxış keçirməmişlər. Halbuki digər vaxtlarda ən azı 2 saatdan bir postlara və ərazilərə baxış keçirirlər - bu həm də növbə rəisi olaraq İddiaçı bilavasitə vəzifə funksiyalarına aiddir və bu barədə məsul şəxsdir. İddiaçı mühafizəçi Şirinov Surətin icazə aldığını (Şirinov Surətin həmin gün icazə alması şübhəli görünür və əlavə olaraq icazə alması barədə hər hansı bir ərizə və ya buna oxşar hüquqi sənəd təqdim edilməmişdir) və Quliyev Kənanın postda tək olduğunu bilə - bilə o, əraziyə nəzarəti gücləndirməli olduğu halda səhlənkarlıq edərək öz işinə məsuliyyətlə yanaşmamışdır və bz vəzifə funksiyalarına əməl etməmişdir. Nəticədə müəmmalı olan oğurluq hadisəsi baş vermişdir. Komissyia belə nəticəyə gəlir ki, bilavasitə İddiaçı səhlənkarlığa və öz vəzifə funksiyalarına əməl etməyərək yol vermiş və oğurluq hadisəsinin baş verməsinə ya şərait yaratmış, ya da bilavasitə bu əməldə iştirakçıdır.... İddiaçı işində yol verdiyi nöqsandan biri də odur ki, o, özünün idarə etdiyi Əməliyyat şirkətinə məxsus avtomobili qaraj anbarında saxlayaraq patrul maşını ilə əraziyə çıxmışdır. Təxminən 4 saatdan sonra avtomobili götürmüşdür ki, burada da onun bilavasitə bu hadisədə maraqlı və ya iştirakçı olması şübhəsini daha da gücləndirir. Araşdırma zamanı o da məlum olmuşdur ki, o, həmişə belə edir. Maşını müxtəlif yerlərdə sa xlayaraq patrullarla ğir yerdə əraziyə çıxır. Halbuki, özü ona təhkim olunan maşınla ərazidə olmalı və patrullara da nəzarət etməlidir. Əlavə olaraq ona xidməti vəzifələrinin yerinə yetirilməsi üçün ayrılmış avtomobillə oğurluq hadisələri törədilən müddətlər ərzində dəfələrlə xətdən kənara çıxmış və əldə olan sübutlara (GPS sistemi) əsasən öz şəxsi işlərinin həlli üçün istifadə etmişdir Elə bu faktın özü onun tam olaraq Əmək Məcəlləsinin tələblərinə ziddinə olmaqla öz vəzifə funksiyalarını kobud şəkildə pozmasını sübut edir.” 8. “Salyan Oil Limited” şirəktinin Həmkarlar İttifaqının 30 iyul 2024-cü il tarixli protokoluna əsasən İddiaçı qanunsuz əməlin törədilməsinə şərait yaratdığından o cümlədən məsul şəxs kimi öz vəzifə təlimatına və əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozuduğunda n və bu fakt müvafiq daxili komissiya tərəfindən təsdiq olunduğundan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğvedilməsinə razılıq verilmişdir. 9. “Salyan Oil Limited” şirkətinin 23 avqust 2024-cü il tarixli HR/1328 saylı əmrinə əsasən əsaslı vəsait kimi balansda olan boruların külli miqdarda mühafizə olunan yerdən oğurlanmasında iştirak etmiş Təhlükəsizlik Xidmətinin müahfizəçisi X4 və bu əməlin baş verməsinin qarşısının alınması üçün məsul olan, o cümlədən işdə yol veodiyi əmək vəzifələrinin kobud surətdə pozulması ilə müşayiət olunan əmək müqaviləsi şərtlərinin pozulması və bunların nəticəsində şirkətə külli miqdarda maddi və mənəvi ziyan vurmuş, onun işgüzar nüfuzuna xələl gətirmiş şirkətin Təhlükəsizlik Xidmətinin növbə rəisi İddiaçı v ə mühafizəçi X3 23 avqust 2024-cü il tarixdən Əmək Məcəlləsinin 72-ci maddəsinin c), e) bəndlərinin tələblərini kobud surətdə poduqlarından onlarla bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi məhkəməyə müraciət edərək, X2 Oyl Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 02 iyul 2024-cü il tarixli, HR/1312 saylı intizam tənbehinin verilməsi barədə, 31 iyul 2024- cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin özünə aid olan hissədə, 23 avqust 2024-cü il tarixli. HR/1328 saylı əmək müqavilələrinə xitam verilmə barədə əmrinin özünə aid olan hissədə ləğv edilməsi, qanunsuz olaraq məcburi i ş buraxmaya görə ödənilməmiş əmək haqqı, 10000 manat mənəvi zərərin və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş 60 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, 8 il "xxxx" Əməliyyat Şirkətində işlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. Şirkət tərəfindən HR-1318 saylı, xx.xx.2024- cü il tarixli “İşçilərin işdən kənar edilmələri haqqında” qanunsuz əmr verilmişdir. Əmr verilərkən aşağıdakı hallar nəzərə alınmamışdır. Təlimata əsasən mühafizə postlarında ən azı 2 nəfər olmalıdır. 1 nəfərin olması təbii ki oğurluq hadisəsinə şərait yaradacaqdır. Eyni zamanda 2 nəfər olsa belə onlar yenə də əlbir olaraq oğurluq törətmək ehtimalını istisna etmir və burada növbə rəisi kimi onun ittiham olunması əsassızdır. Oğurluq baş verən anda o, ərazidə olmuşdur və bunu xidmətdə olan zaman olduğu avtomobillərə quraşdırılan GPS aparatına baxış keçirib müəyyən etmək olar. Həmçinin 4 növbəli müfaizə təşkil edilmişdir ki, əlavə qeyd olunan 402 borunun oğurlanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməmişdir. Bu oğurluq istənilən növbədə zamanı baş verə bilər. Təlimata əsasən mühafizə patrulları da 2 nəfər olmalıdır ki, sərbəst şəkildə mühafizəni təşkil edə və ediləcək oğurluq hadisələrinin qarşısını ala bilsinlər. Eyni zamanda bu şərtlərin ikisi o qədər vacibdir ki, 2 hissədən ibarət olan mühafizə zonasında növbə rəisi və patrul maşınlarının mühafizə nöqtələrini mühafizədə saxlaması üçün az olması və ərazi üzrə hərəkət etməsi müəyyən vaxt alır ki, həmin ara müddətdə is tənilən oğurluq hadisəsini istər mühafizəçilər, istərsə də kənar şəxslər tərəfindən törədilməsi mümkündür və bunun da məsuliyyətinin onun üzərinə qoyulması əsassızdır. Mühafizə xidmətində 4 növbə var və o, ayda 15 gün işdə, 15 gün evdə olur, 7 gün gecə, 7 gün gündüz işdə olur. Bu vəziyyətdə onun hansı iş günündə və növbəsində oğurluq edilməsi sübuta yetirilmədiyi və təkcə 1 hadisənin aşkar edilməsi və bunun da onun növbəsi ilə üst - üstə düşməsi o demək deyildir ki, oğurluq hadisələrinin hamısı onun növbəsində olmuşdur. Olsa da belə mühafizəçinin cinayət törətməsinə görə onun heç bir məsuliyyəti yoxdur. Şirkətin daxilində olan mühafizə xidmətinin qanuni fəaliyyəti üçün lisenziası yoxdur və mühafizə aparan işçilərə heç bir peşəkar fəaliyyət aparmaq üçün təlim keçirilməyib. Ona təlimatın təl əblərinin pozulması ittihamı verilməsinə dair heç bir əsas yoxdur. Çünki belə bir təlimata o, imzalamaqla tanış edilməmişdir. Eyni zamanda oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməyib və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır. Mühafizə nöqtəsi kimi göstərilən anbar isə şirkətdə anbar kimi rəsmi qeydiyyatı yoxdur. Çünki bu anbarın standartlara cavab vermədiyi və rəsmi anbardar ştatı olmadığından orada baş verənlərin növbə rəisi olaraq onun üzərinə atılması mənim işgüzar nüfuzuma xələl gətirir. Qaraj anbarı postunun mövcud olan qeydiyyat kitabçasında mühafizəçilər tərəfindən növbənin təhvil təslimi aparılır və orada olan və saxlanılan, təhvil verilən mal materiala aid siyahı və ya onların təhvili göstərilmir. Göründüyü kimi onun barəsində işd ən kənarlaşdırılma əmri deyil, ittiham aktı verilmişdir. Halbuki, ona qarşı heç bir istintaq təhqiqat orqanlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmağım barədə qərar yoxdur.
12. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, "xxxx"in mühafizə olunan anbarından xx.xx.2024–xx.xx.2024 tarixləri arasında 402 ədəd boru oğurlanmışdır. İlkin araşdırma nəticəsində məlum olub ki, təhlükəsizlik xidməti işçisi Quliyev Kənan 177 ədəd borunu oğurladığını etiraf etmiş, lakin ümumi çatışmazlıq 402 ədəd olmuşdur. Bu səbəbdən təkrar daxili təhqiqat komissiyası yaradılmış və nəticədə oğurluq hadisəsinin növbə rəisi İddiaçı səhlənkarlığı ilə baş verdiyi qeyd edilmişdir. Komissiya müəyyən etmişdir ki, Babayev öz vəzifə borcunu vaxtında yerinə yetirməmiş, əraziyə nəzarət zəif olmuş və xidməti və zifələrini pozmuşdur. Həmçinin onun digər əməkdaşlara qarşı etik normalara zidd davranışları da müəyyən edilmişdir. Əmək funksiyasını vicdanla yerinə yetirmədiyinə görə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onunla əmək müqaviləsinə xitam verildiyi bildirilir. İşdən çıxarılma qanun çərçivəsində və HİK-in etiraz etmədiyi qərar əsasında aparılmışdır.
13. Səbail Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(009)-2044/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: İlkin Rüstəmli).
14. Qətnamə onunla əsaslandırılmışdır ki, əmrlərin ləğvinə əsas yoxdur. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi ilə razılaşdırılmışdır ki, növbə ərzində müəssisədə və istehsal sahələrində reydlər keçirmək və həmin yerlərin mühafizəsini təmin edə biləcək tədbirlərin görülməsi tə hlükəsizlik xidməti üzrə növbə rəisinin vəzifələrindəndir. Lakin iddiaçının əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində şirkətin anbarında oğurluq hadisəsi baş vermiş və bu halın obyektiv araşdırılması üçün həmin müddət ərzində oğurluq hadisəsində iştirakları şübhəli bilinən digər işçilərlə yanaşı iddiaçı müvəqqəti olaraq işdən kənar edilmişdir. Yoxlama nəticəsində iddiaçının öz əmək funksiyalarına səhlənkarcasına yanaşması nəticəsində baş vermiş bu qanunsuz əməlin törədilməsinə şərait yaratdığı müəyyən edilmiş və nəticədə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
15. İşdən göründüyü kimi iddiaçının yol verdiyi nöqsan nəticəsində cavabdeh şirkətə kifayət qədər yüksək məbləğdə zərər dəymişdir. Belə olan halda id diaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsində əmək qanunvericiliyinin tələbinə zidd hal mövcud deyildir.
16. İşəgötürən tərəfindən daxili təhqiqatın nəticəsində işçi tərəfindən yol verilmiş kobud nöqsanların təsdiqindən sonra qanunvericiliyin tələbinə uyğun olaraq Həmkarlar İttifaqına müraciət edilmiş və iclasın razılığı alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasında işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilərkən əmək qanunveric iliyin tələblərinə əməl edilmişdir.
17. İddiaçının dəlilləri formal mülahizələrdən ibarət olub, qanunun tələblərinə riayət edilərək qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsinə dair əmrin, habelə xx.xx.2024-cü il tarixli intizam tənbehinin verilməsi və xx.xx.2024-cü il tarixli işçilərin işdən kənar edilmələri barədə əmrin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70, 72, 80, 186 və 183-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-815/2 025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Kayman Adalarının "xxxx" şirkətinin 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə ləğv edilməsi, 31 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinin rədd olunduğu hissələrdə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmuş, Kayman Adalarının "xxxx" şirkətinin 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmri İddiaçı aid hissədə ləğv edilmiş, 31 iyul 2024cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqı Kayman Adaları nın "xxxx" şirkəti tərəfindən İddiaçı ödənilməsi qərara alınmışdır. 21. 02 iyul 2024-cü il tarixli xəbərdarlıq verilməsi haqqında əmrin ləğvi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmır. Bu barədə əmrin verilməsinə əsas "xxxx" şirkətində çalışan əksər işçilərin İddiaçı tərəfindən işçilərin şəkil və videolarını qanunsuz çəkməsi, səs yazılarını qanunsuz paylaşması, onlara hədə-qorxu gəlməsi və digər əməlləri ilə bağ müraciətləri olmuşdur. Məhz bu müraciətlər əsasında İddiaçı xəbərdarlıq edilmişdir. Hətta iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra digər işçilər şirkət rəhbərliyinə müraciət edərək onun yenidən işə qayıtmasına etiraz etdiklərini bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, həmin əmrin ləğvi üçün hər hansı bir əsas mövcud deyildir. Belə ki, iddiaçı tərəfindən şikayət ərizələrində göstərilən məlumatların düzgün olmaması ilə bağlı hər hansı əsaslandırma aparılmamış və sübut təqdim olunmamışdır.
22. X1 "xxxx" şirkətinin 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə ləğv edilməsi hissəsi ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” 12 yanvar 2022-ci il tarixli qərarında konkret olaraq qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini q orumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. Yəni, bu haldan biri mövcud olmadığı təqdi rdə işçi işdən kənarlaşdırıla bilməz. Yəni, bu haldan biri mövcud olmadığı təqdirdə işçi işdən kənarlaşdırıla bilməz.
23. Qeyd olunan hallardan heç biri mövcud olmadığından məhkəmə kollegiyası bu qənaətə gəlir ki, 31 iyul 2024-cü il tarixli, HR/1318 saylı işçilərin işdən kənar edilmələri barədə əmrinin İddiaçı aid hissədə qanunsuzdur və ləğv edilərək 31 iyul 2024-cü il tarixdən 23 avqust 2024-cü il tarixədək müddət ərzində məcburi iş buraxmaya görə əmək haqqı ona ödənilməlidir. 24. 23 avqust 2024-cü il tarixli. HR/1328 saylı əmək müqavilələrinə xitam verilmə barədə əmrlə bağlı iddiaçının əsaslandığı hallar bundan ibarət olmuşdur ki, ona təlimatın tələblərinin pozulması ittihamı verilməsinə dair heç bir əsas yoxdur, çünki belə bir təlimata o, imzalamaqla tanış edilməmişdir, 402 borunun oğur lanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməmişdir, oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməyib və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır, mühafizə nöqtəsi kimi göstərilən anbar isə şirkətdə anbar kimi rəsmi qeydiyyatı yoxdur, çünki bu anbar standartlara cavab vermir, ona qarşı heç bir istintaq təhqiqat orqanlarında şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunmağı barədə qərar yoxdur.
25. Məhkəmə kollegiyası ilkin olaraq bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsası ilə xitam verilmədiyindən onun istintaq və təhqiqat orqanların da şübhəli və təqsirləndirilən şəxs kimi cəlb olunması barədə qərarın mövcud olmaması əmrin ləğvi üçün əsas ola bilməz.
26. İddia ərizəsində iddiaçının təlimatla tanış olmadığına, imzalamadığına istinad olunsa da, bu xüsusat da təkzib olunur. İş materiallarından görünür ki, iddiaçı təlimatla tanış olaraq onu imzalamışdır. 27. 402 borunun oğurlanmasının birbaşa onun növbəsində törədilməsi sübuta yetirilməməsi barədə arqumentlə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, mühafizəçi Quliyev Kənan öz iş növbəsində olarkən oğurluq etmiş və bunu bir dəfə yox, 2 dəfə 23 iyun 2024-cü il tarixdə 80 ədəd boru, 2-ci dəfə 19 iyul 2024-cü il tarixdə 97 ədəd boru oğurlanmasını təşkil edib həyata keçirdiyini etiraf etmiş və izahatında bunu təsdiq etmiş, hər 2 tarixdə - 23 iyun 2024-cü il və 19 iyul 2024-cü il tarixdə növbə rəisi İddiaçı olmuşdur. İddiaçı tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut təqdim olunmamış və bu istiqamətdə əssalandırma aparılmamışdır.
28. Həmçinin araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin gün növbədə olan növbə rəisi İddiaçı və patrul Nuruşov Taleh 4 saat müddətində əraziyə baxış keçirməmişlər. Halbuki digər vaxtlarda ən azı 2 saatdan bir postlara və ərazilərə baxış keçirirlər - bu həm də növbə rəisi olaraq İddiaçı bilavasitə vəzifə funksiyalarına aiddir və bu barədə məsul şəxsdir. İddiaçı özünün idarə etdiyi Əməliyyat şirkətinə məxsus avtomobili qaraj anbarında saxlayaraq patrul maşını ilə əraziyə çıxmışdır. Təxminən 4 saatdan sonra avtomobili götürmüşdür ki, burada da onun bilavasitə bu hadisəd ə maraqlı və ya iştirakçı olması şübhəsini daha da gücləndirir. Halbuki, özü ona təhkim olunan maşınla ərazidə olmalı və patrullara da nəzarət etməlidir. Əlavə olaraq ona xidməti vəzifələrinin yerinə yetirilməsi üçün ayrılmış avtomobillə oğurluq hadisələri törədilən müddətlər ərzində dəfələrlə xətdən kənara çıxmış və əldə olan sübutlara (GPS sistemi) əsasən öz şəxsi işlərinin həlli üçün istifadə etmişdir. Qeyd olunan hallar da iddiaçı tərəfindən əmək funksiyalarını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini təsdiq edir.
29. Apellyasiya şikayətinin dəlillərindən biri kimi ona istinad olunmuşdur ki, oğurlanmasında ittiham edildiyi borular rəsmi şəkildə ona təhvil verilməmiş və birbaşa həmin boruların qorunması ona həvalə olunmamışdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd etmişdir ki, qeyd olunan hal onun barəsində tətbiq olunmuş intizam tənbehinin əsasını təşkil etmir, yəni, boruların ona təhvil verilməsinin mübahisənin həlli baxımında əhəmiyyəti yoxdur, əmrin əsasını iddiaçının öz üzərinə düşən, müqavilədə və təlimatda nəzərdə tutulan funksiyaların icra olunmaması təşkil edir.
30. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qeyd olunan digər hissələrdə iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri həmin hissələrdə işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin lə ğvinə və ya dəyişdirilməsinə əsas vermir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilinə görə, iddiaçı ilə bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi əsasında xitam verilməsinə münasibətdə məhkəmə kollegiyası nəzərə almamışdır ki, oğurluq zamanı İddiaçı Kürsəngi deyil, Qarabağlı yatağında olmuş, hadisə baş verən anda əraziyə məsul şəxs – patrul mühafizəçisi Taleh Nuruşov olmuş və nə GPS, nə də video registrator məluma tları istintaq tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək, şikayətin əsassız olduğu üçün təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 34. 68-ci maddəsinin a) bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. 35. 70-ci maddəsinin ç) bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 36. 71-ci madd ənin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 37. 72-ci maddəsinin e) bəndinə əsasən, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 38. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 41. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 42. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 43. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 44. 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və y axud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 45. 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyə n edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. İddiaçı kassasiya şi kayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mö vqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkə məsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-815/2025 nömrəli iş üzrə 4 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıl