Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-22/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-22/2021 Açar sözlər: ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar olmadığı halda həmin rəyin əsaslı və şübhədənkənar sübut kimi qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 28% hesablanmaq şərtiilə 23000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi ipoteka predmeti kimi qeydə alınmış və ipoteka predmeti müstəqil qiymətləndirici tərəfindən 50000 (əlli min) manat məbləğində qiy mətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı BOKT ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 2015/00178-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, 4500,24 (dörd min beş yüz dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manat olan məzənnəsi nəzərə alınmaqla, manatla) borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka p redmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4500,24(dördmin beş yüzdollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbi ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehi n ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 (altmış) ay müddətinə illik 28 faizlə 23000 (iyirmi üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evini ipoteka predmeti kimi “İddiaçı BOKT” ASC-yə təqdim etmiş və bu barədə xx xxxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq iddiaçı tərəfindən Cavabdeh dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən iddiaçı tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə üzrə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çı xarmışdır.
5. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 2015/00178-01 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, 4500,24 (dörd min beş yüz dollar iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində (ödəniş gününə Mərkəzi Bankın manat olan məzənnəsi nəzərə alınmaqla, manatla) borcu və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsa itinin tutulması, tutma ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50 000 (əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına 14185,85 (on dörd min bir yüz səksən beş dollar səksən beş sent) ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 4500,24(dördmin beş yüzdollar iyirmi dördsent) ABŞ dolları məbləğində faiz borcu, cəmi 18686,09 (on səkkiz min altı yüz səksən altı dollar doqquz sent) ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin İddiaçı BOKT ASC-yə ödənilməsi, iddia tələbi ipoteka predmeti açıq hərr acda satıldıqdan sonra cavabdehin ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması hissəsində rədd edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh göstərilən kredit və faiz üzrə yaranmış borcunu qaytarmamış, iddiaçının hüquqlarını kobud şəkildə pozmuşdur.
7. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyindən borcun tutulması ipoteka predmetinə yönəldilməlidir.
8. Bundan başqa xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti müstəqil qiymətləndirici tərəfindən 50000 (əlli min) manat məbləğində qiymətləndirilmişdir.
9. Bununla yanaşı ipotekaya qoyulmuş mənzil satılmadığı, münasibətlərə yeni mülkiyyətçi daxil olmadığı, sabiq mülkiyyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş vermədiyi üçün həmin hissədə iddia təmin edilə bilməz. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 319.1, 385.1, 421.1, 421.2, 449.1-ci, “İpoteka haqqında” Qanunun 26.1.3, 33, 34.1.1, 59.3-cü, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217 və 218.3cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019- cu il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu ümumilikdə 18.788,55 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas kredit borcu 14.237,34 ABŞ dolları, faiz borcu üzrə 4551,20 ABŞ dolları təşkil edir.
13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-78/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşa yış evinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, İpoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 98.000 (doxsan səkkiz min) manat müəyyən edilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Muxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22), 350 (üç yüz əlli) manat pulun S-X1 Mərkəzinin hesabına köçürülməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, keçirilmiş ekspertiza tədqiqatı ilə tələbdə göstərilən əsas bor c və əsas borca hesablanmış faiz məbləği ekspertin hesabladığı məbləğdən az olduğundan, tələbdə göstərilən əsas borc və faiz məbləği əsas götürülməlidir.
15. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi təminatı kimi bağlanmış kredit müqaviləsi üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evinə tutma edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsa slıdır.
16. Bundan başqa qeyd etmək lazımdır ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ilkin satış qiyməti 2 qaydada müəyyənləşdirilə bilər: 1)razılaşma əsasında; 2)qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması olsa da, 39.3.3-cü maddədə “razılaşma” deyiləndə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulub. İpoteka müqaviləsi bağlanarkən hələ ipoteka predmetinə tutma yönəldilibyönəldilməyəcəyi bəlli olmadığından tərəflər onun ilkin satış qiymətini müəyyənləşdirməyiblər, onlar ipoteka predmetinin qiymətini müəyyən ləşdiriblər. “Qiymət” anlayışı ilə “ilkin satış qiyməti” anlayışı eyniləşdirilməli deyil, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. O cümlədən nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddətdə ipoteka predmetinin dəyərinin dəyişməsi mümkündür. Bu səbəbdən ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət razılaşdırılmış ilkin satış qiyməti hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhv aradan qaldırılmaqla keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində müstəqil qiymətləndirici (“S-X1 Mərkəzi” MMC) ipoteka predmetinin ilkin satış qiyməti barədə rəy vermiş, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0.03 ha torpaq sahəsində yerləşən, 550D saylı fərdi yaşayış evi bazar dəyərinin 98.000 manat olmasını müəyyən etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məh kəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mühasibatlıq ekspertizası rəyi əsaslı deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının əsas və faiz borcunun tutulması hissəsində ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı əsas və faiz borcunun tutulması hissəsində yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
26. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
27. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc ve rməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
28. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
29. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
30. Öhdəl iyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. (maddə 443)
31. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
32. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
33. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul ö hdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda əhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449) “İpoteka haqqında” Qanun
34. Borclu əsas öhdəliyini icra etəmədikdə və ya lazımınca icra etmədikdə, həmçinin faizlərin ödənilməsini iki dəfə ardıcıl olaraq pozduqda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 34-cü maddə)
35. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. (xx xxxxx 2005-ci ildən xx xxxxxx 2018-ci ilə kimi qüvvədə olan 39.1-ci maddə )
36. İpoteka predmetin in ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
37. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. (maddə 59.3.1) Mülki Prossesual Məcəllə
38. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
39. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut et məlidir. (maddə 77.1)
40. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
41. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. (maddə 416)
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xx xxxx 2019-cu il tarixli mühasibatlıq ekspertizası rəyinin əsaslı olmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. 46. “X2rşı işi üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-78/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.