Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2201/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3nə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, X10 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın qiymətlənirilməsinin və hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3nə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti, X10 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8915/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xalıq Sadıxov (vəkil X11) tərəfindən verilmiş kassasiya şikayətinə 2 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2756/2015 nömrəli, 18 avqust 2015-ci tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2014-cü il tarixli 319/E saylı kredit müqaviləsi üz rə 393.280 manat əsas borcun, 35.957 manat faiz borcunun, ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 429.267 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması, İddiaçı iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 80 manatın dövlət nəfinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-451/2016 nömrəli, 15 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2756/2015 nömrəli, 18 avqust 2015-ci tarixli qətnaməsi iddia tələbinin borcun ipotekaya qoyulmuş əmaka yönəldilməsinin rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin olunmaqla, kredit borcunun X4 mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2, ünvanda 0,114055 ha torpaq sahəsində yerləşən 2 ədəd, 1 mərtəbəli, 4 otaqlı, 117,5 kv.m. yaşayış, 104.7 kv.m. köməkçi sahəsindən ibarət 25/3 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X4 adına olan A tik-3 otaq (yaşayış sahəsi 56,0 kv.m. ümumi sahəsi 84,0 kv.m.) və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların acıq hərracda satılması, mənzilin açıq hərracdan şatıldıqdan ən geci 1 ay ərzində boşaldılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Cavabdeh2nə göndərilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-451/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinin icrası məqsədilə Bakı şəhəri Cavabdeh2 xx.xx.2017-ci il tarixli 1/17B saylı sifariş məktubu əsasında Cavabdeh3 MMC tərəfindən X8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi 60.000 (altmış min) manata qiymətləndirilmiş və bu barədə xx.xx.2017-ci il tarixdə “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” tərtib edilmişdir. 4. 2427 nömrəli xx.xx.2017 və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, Bakı şəhəri Cavabdeh2 xx.xx.2017-ci il tarixli 19/11B saylı sifariş məktubu əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birli kdə fərdi yaşayış evinə dair 29 iyun 2017-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi 2A-da (Monolit Plaza) hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. Həmin bildirişinin X5 göndərilməsi barədə 067189 №-li qaimənin üzərində aparılmış qeydlərdən görünür ki, "xxxx" MMC tərəfindən Xaliq Sadıxova ünvan 2 ünvanına göndərilmiş qaimənin üzərində xx.xx.2017-ci il tarixdə “yaşamır” qeydi aparılmaqla geri qaytarılmışdır. 5. 3111 nömrəli xx.xx.2017 və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, Bakı şəhəri Cavabdeh2 xx.xx.2017-ci il tarixli 19/11B saylı sifariş məktubu əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə fə rdi yaşayış evinə dair 2 avqust 2017-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşfiq küçəsi 2A-da (Monolit Plaza) hərracın keçiriləcəyi barədə məlumat göndərilmişdir. Həmin bildirişinin X5 göndərilməsi barədə 606111 №-li qəbzin üzərində aparılmış qeydlərdən görünür ki, Xaliq Sadıxova ünvan 2 ünvanına göndərilmiş bildiriş xx.xx.2017-ci il tarixdə ünvanda qəbul edilərək “Sadıxov” soyadlı şəxs tərəfindən imzalanmışdır.
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə dair hərracların keçirilməsi barədə “Market” və “Birja” qəzetlərində elanlar verilmişdir. 7. "xxxx" MMC tərəfindən tərtib edilmiş Hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y-143 N-li Protokolundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2, ünvanda 0,114055 ha torpaq sahəsində yerləşən 2 ədəd, 1 mərtəbəli, 4 otaqlı, 117,5 kv.m. yaşayış, 104,7 kv.m. köməkçi sahəsindən ibarət 25/3 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə X4 adına olan A tik-3 otaq (yaşayış sahəsi 56,0 kv.m. ümumi sahəsi 84,0 kv.m.) və 34 ha torpaq sahəsi 60.000 (altmış min) manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, qalib alıcı X2 tərəfindən 51.000 manata alınmış, həmin Protokol əsasında həmin əmlakın Cəlil Talıbova satılmasına dair alğı-satqı müqaviləsi bağlanmışdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2186/2024 nömrəli, 27 noyabr 2025-ci tarixli qətnaməsinə əsasən iddiaçı X4 cavabdehlər X2, X3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Bakı şəhəri Cavabdeh2 və ("xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) - Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli 17-361 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabatın”, habelə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin 51.000 manata Cəlil Talıbova satılması ilə əlaqədar xx.xx.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin və həmin tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci insta nsiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2nə və Cavabdeh3nə (bundan sonra cavabdehlər, yaxud Hərrac Mərkəzi, İcra Şöbəsi, Qiymətləndirici MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması, mənzilin satılması ilə əlaqədar təşkil edilmiş hərracın və yekun protokolun etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə mənzilin ilkin atış qiyməti 60.000 manat məbləğində göstərilmişdir ki, bu da real bazar qiymətindən çox aşağıdır. Halbuki xx.xx.2014-cü il tarixdə 2,0114055 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərt əbəli, 4 otaqlı, 117,5 kv.m. yaşayış, 104,7 kv.m. köməkçi sahədən ibarət 25/3 nömrəli fərdi yaşayış evi "xxxx" ASC tərəfindən göndərilən qiymətləndirmə komissiyası tərəfindən hər iki tərəfin razılığı əsasında 300.000 manata qiymətləndirilmişdir. Bununla yanaşı hərrac təşkilatı bildirişləri qanunla müəyyən olunmuş müddətdə göndərməməklə iştirakı olmadan keçirilərək qanunun tələblərini pozmuşdur. Təsadüfi deyildir ki, bu səbəbdən də icra sənədinə dair yeni məhkəmə mübahisəsi yaranmışdır və tərəfindən hazırkı iddia tələbi irəli sürülmüşdür və hesab etmişdir ki, hazırkı şərtlərlə hərracın keçirilməsi mümkün deyildir.
11. Məhkəmə tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti, X10 və X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişlər.
12. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. "xxxx" MMC-nin 22 fevral 2018-ci il tarixli, ƏEM/F 80-212/18 saylı rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, döngə 2-də 19 nömrəli A tik. 3 otaqlı ümumi sahəsi 84 kv.m. və 0,04 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixi üçün və hazırkı bazar (satış) dəyəri 60.000 manat təşkil edir.
13. Bak şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-283/2018 nömrəli, 23 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim Nürəddin Bağırov) iddia tələbi təmin edilməmiş, ekspertiza tədqiqatının dəyəri 150 manatın iddiaçıdan tutulub "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsinin mövqeyinə görə hərracın predmeti olmuş Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2-də 19 nömrəli “A” tikilisinin (3 otaqlı, ümumi sahəsi 84,0 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə) 60.000 (altmış min) manat ilkin satış qiymətinin müəyyən olunmasına dair Cavabdeh3 MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Əmlakm qiymətləndirilməsinin nəticələri haqqında Hesabat” qiymətin aşağı olması əsasları ilə ləğv edilə bilməz. xx.xx.2014-cü il tarixli 17-361 saylı “Əmlakm qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”da iddiaçıya əvvəl məxsus olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2-də 19 nömrəli “A” tikilisinin (3 otaqlı, ümumi sahəsi 84,0 kv.m və 0,04 ha torpaq sahəsi ilə birlikdə) 60.000 manat dəyəri "xxxx" MMC tərəfindən keçirilmiş ekspert rəyi əsasında müəyyən olunmuş 60.000 manat qiyməti ilə eynilik təşkil etdiyi üçün, həmin hesabat ipoteka predmeti olan əmlakın həqiqi dəyərindən aşağı qiymətlə hərraca çıxarılaraq satılması kimi qiymətləndirilə bilməz. Cavabdeh3 MMC tərəfindən mübahisəli evə dair qiymətləndirməmə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada aparılmış və ipoteka predmeti olmuş Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2-də 19 nömrəli “A” tikilisinə (3 otaqlı, ümumi sahəsi 84,0 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi məqsədilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli 17-361 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”ın ləğvi üçün hər hansı bir əsas olmadığından iddia təmin edilə bilməz.
15. Məhkəmə eyni zamanda iddia tələbinin Bakı şəh əri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, döngə 2-də 19 nömrəli “A” tikilisinin (3 otaqlı, ümumi sahəsi 84,0 kv.m. və 0,04 ha torpaq sahəsi ilə birlikdə) satılmasına dair Hərrac Mərkəzinin tərtib etdiyi Hərracın nəticələrinə dair xx.xx.2017-ci il tarixli Y-413 N-li Protokolun ləğv edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olub, Cavabdeh3 MMC tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 17-361 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” Hesabatdan yarandığından, həmin hesabat isə qanuni və əsaslı hesab olunduğu halda hərracın nəticələrinin ləğvinə əsaslar yoxdur.
16. Birinci instansiya məhkəməsi mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə tərəflərin onun işdə iştirakı təmin edilməmişdir. Həmçinin hərracda evi alan şəxs uydurma adam olmaqla həqiqi şəxs olmamışdır. Ekspertiza aparan şəxs Azərbaycan Respublikası MPM-in 101.2ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh3 MMC evin qiymətləndirilməsində o, iştirak etməmişdir.
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməs i) 2(103)-8915/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Vüsalə Baxışova və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi iddiaçının şikayətinə münasibətdə qeyd etmişdir ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə müvafiq məhkəmə bildirişləri tərəflərə poçt vasitəsilə göndərilmiş, bu barədə “Azərpoçt" MMC tərəfindən təsdiq edilmiş müvafiq reyestrlər mülki işə əlavə edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi iclasının vaxtı və yeri ilə bağlı tərəfləri lazımınca məlumatlandırmış, bununla bağlı üzərinə düşən vəzifələri yerinə y etirmiş, heç bir prosessual pozuntuya yol verilməmişdir.
21. Məhkəmə kollegiyası hərracda evi alan şəxs uydurma adam olmaqla həqiqi şəxs olmamışdır kimi dəlilə münasibətdə qeyd etmişdir ki, iddiaçı hərracda evi alan X1 uydurma adam olduğunu bildirsə də, bu hal işin araşdırlmış hər hansı bir halı ilə təsdiq olunmur. İddiaçı ümumiyyətlə bu nəticəуə gəlməsini əsaslandıran hər hansı mötəbər sübuta istinad etməmişdir.
22. Məhkəmə kollegiyası ekspertiza tələblərini pozması ilə bağlı qeyd etmişdir ki, MPM-nin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları mü əyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Hazırkı iş üzrə ekspert qarşısında mübahisəli ipoteka ilə yüklü edilmiş əmlakın xx.xx.2017-ci il tarix üçün və hazırkı bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. Qoyulmuş sual üzrə təhqiqat aparılaraq rəy verilmişdir. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr göstərilmiş və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilmişdir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, onun, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməsi imperativ qayda deyildir və özündə yalnız ekspertin hüquqlarını ehtiva edir. Bu norma, ekspert rəyi verilməsi nəzərdə tutulan büt ün işlərə şamil edilə bilməz və ümumiyyətlə ekspertin belə halların müəyyən etməsinə dair rəydə məlumat göstərməməsi və ya mülahizələrini öz rəyinə daxil etməməsi həmin rəyin Əsassızlığı demək deyildir.
23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, qiymətləndirmə rəyi kifayət qədər əsaslandırılmış və rəy verilərkən əmlakın yerləşdiyi yer, evin vəziyyəti və qiymətin müəyyən edilməsi üçün əsaslı ola biləcək bütün hallar nəzərə alınmışdır. Belə olan halda nə qiymətləndirmə rəyinin, nə də hərracın keçirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.2-ci və Mülki Prosessual Məcəllənin 372, 382, 384.0.1-ci maddələri nə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
25. Qətnamədən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xalıq Sadıxov (vəkil X11) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-8915/2018 nömrəli, 14 mart 2025-ci il tarixli qərardadı ilə üçüncü şəxs Xalıq Sadıxovun kassasiya şikayəti vermək üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi müddəti üçüncü şəxs Xalıq Sadıxova münasibətd ə bərpa edilmişdir.
27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onu məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırmadığından, ünvanına hər hansı bir bildiriş göndərmədiyindən məhkəmə iclaslarında iştirak edib iddia tələbinə dair fikir bildirə bilməmişdir. Eyni zamanda, məhkəmə qətnamələri lazımi qaydada təqdim edilmədiyindən, onlardan vaxtında apellyasiya və kassasiya şikayətləri verə bilməmişdir. Belə ki, bu müddət ərzində axtarışda və həbsdə olub (bu, iddia ərizəsinə əlavə etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2016 nömrəli iş üzrə 21 sentyabr 2016-cı il tarixli hökmü ilə təsdiq olunur), məhkəmə iclaslarının və hərracların keçirilmə yeri və vaxtı barədə bildirişlər ona vaxtında və lazımi qaydada təqdim edilməyib. Bundan əlavə, həm in bildirişlərin keçmiş arvadı X6 tərəfindən alınması da onlardan onun xəbərdar olduğu kimi qiymətləndirilməməlidir. Belə ki, X6 ilə onun rəsmi nikahı 2011-ci ildə pozulmuşdur.
28. Hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Belə ki, icra şöbəsinin icra icraatı, hərracın keçirilməsi ilə bağlı qərarları, qiymətləndiricinin hesabatı, eləcə də hərracı keçirən təşkilatın hərracın keçirilməsi ilə bağlı bildirişləri, hərracın nəticələri haqqında protokolu, hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi barədə onun heç bir məlumatı olmamışdır. Bundan əlavə, ona tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məlumat verilməmiş, hərracı keçirən təşkilat onun razılığı olmadan seçilmiş, hərracın təşkilatçısı ona sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməmiş, onun hərracda iştirak hüququ təmin edilməmişdir.
29. Bundan əlavə, ona tutmanın ipoteka predmetinə yönəldilməsi barədə məlumat verilməmiş, hərracı keçirən təşkilat onun razılığı olmadan seçilmiş, hərracın təşkilatçısı ona sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərməmiş, onun hərracda iştirak hüququ təmin edilməmişdir.
30. Cavabdeh3 MMC-nin xx.xx.2017-ci il tarixli 17-361 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”ına əsasən sözügedən əmlakın Hesabatın tərtib olunduğu günə qiyməti 60.000 manat müəyyən edilməsidə işin faktiki halları və həmin vaxt bu tipli əmlakların real bazar qiymətlərinə uyğun deyildir. Belə ki, "xxxx" ASC ilə bağlanılmış ipoteka müqaviləsinə əsasən sözügedən əmlakın dəyəri 295.000 manat müəyyən edilmişdir. Onda sual olunur ki, həmin müqavilən in tarixindən təqribən iki il sonra qiymətləndirmə keçirən Cavabdeh3 MMC daşınmaz əmlakların real bazar qiymətlərinin daima artması fonunda əmlakın qiymətini necə 6 dəfə aşağı göstərir? Ona görə də, bu halın özü hərracın formal olaraq, əmlakın onun əlindən son dərəcə ucuz qiymətə alınması məqsədilə keçirildiyini sübut edir.
31. Apellyasiya instansiyası məhkəməsi əmlakın real bazar qiymətinin dəqiqləşdirilməsi üçün müstəqil ekspertizaya (indiki halda Məhkəmə Ekspertiza Mərkəzinə) müraciət edə bilərdi ki, bunu etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
32. Üçüncü şəxs ləğv prosesində olan "xxxx" ASC üçüncü şəxs Xalıq Sadıxov tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz vermiş, kassasiya şikayətinin rədd edilməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəy işdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
34. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar o lmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
35. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.
36. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec ol mayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
37. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qa ytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.
38. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
39. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfi ndən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.
40. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hə rrac keçirilir.
41. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
42. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərr acdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
43. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
44. Maddə
44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qa nunu.
45. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.
46. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.
47. Maddə 10.4. Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətləndirilən obyektin dəyərinin həqiqiliyi il ə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Hesabatda qiymətləndirmə obyektinin dəyərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
50. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, iş də iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş də lillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə üçüncü şəxs Xaliq Sadıxov tərəfindən tam mübahisələndirilsə də apellyasiya instansiyası məhkəməsinin aktı Xaliq Sadıxova aid hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
61. Məhkəmə koll egiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
62. Kassasiya şikayətində hərrac qanunvericiliyin tələbləri pozulmaqla aparılması qeyd olunsa da, həmin dəlil hər hansı qaydada əsaslandırılmamışdır. Eyni zamanda "xxxx" ASC ilə bağlanılmış ipoteka müqaviləsinə əsasən sözügedən əmlakın dəyərinin 295.000 manat müəyyən edilməsi qeyd olunsa da, iş materiallarından belə bir hal müəyyən edilmir.
63. Bu baxımdan kassa siya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən üçüncü şəxs Xaliq Sadıxovun kassasiya şikayəti ilə eyni məzmunda olan İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir.
64. Kassasiya şikayətində üçüncü şəxs Xaliq Sadıxov bildirişin arvadı X6 tərəfindən alınmasının onun hərracın keçirilməsindən xəbərdar olduğu kimi qiymətləndirilməməsini, Dilarə Xəlilova ilə nikah ının 2011-ci ildə pozulmasını qeyd etsə də, bildirişin Xaliq Sadıxovun həmin vaxt qeydiyyatda olduğu ünvana göndərilməsi, habelə ipoteka predmeti olmuş fərdi yaşayış evinə dair hərracların keçirilməsi barədə “Market” və “Birja” qəzetlərində elanların verilməsi, bununla da Hərrac Mərkəzi tərəfindən tərəflərin qanuna müvafiq qaydada məlumatlandırılması işin mübahisəsiz halıdır. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.
65. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə üm umilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
66. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmdə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələr indən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
68. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
69. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8915/2018 nömrəli, 25 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.