Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2205/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilələrin ləğv edilməsi və sair tələbləri barədə” iddiası, Cavabdeh1 iddiaçı MMC-yə qarşı “pulun ödənilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: Tələblərin qanuni əsasının tapılmasında səhvə yol verilmişdir) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Murat Alyar, onu n vəkili Vəkil, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 ilə bağlanmış 02.06.2017-ci il (qeyri notarial), 04.06.2017-ci il və 12.09.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi və.s.tələbləri, Cavabdeh1 iddiaçı MMC-ə qarşı pul və.s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3865/2020 nömrəli iş üzrə 02.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC və Cavabdeh1 tərəfindən vermiş olduğu kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Murat Alyar ilə Cavabdeh1 arasında 02.06.2017-ci il, 04.06.2017-ci il, 12.09.2017-ci il və 12.09.2017-ci il tarixli müqavilələ r bağlanmışdır. İddiaçının məqsədi həmin müqavilələr əsasında cavabdehə məxsus olan binadakı əmlakları hotel kimi gələcəkdə istifadə etmək olmuşdur. Eyni zamanda həmin müqavilələrə əsasən iddiaçı cavabdehin əmlakının hotel kimi istifadə olunması üçün təmir olunmasına (təmirin tezləşdirilməsinə) müəyyən məbləğdə vəsait sərf etmişdir. Müqavilələrin on il müddətinə bağlanması göstərilsə də, qıssa müddətdən sonra tərəflər arasında müqavilə münasibətləri pozulmuş və onlar bir-birinə qarşı hazırkı mübahisəni başlatmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” MMC Cavabdeh1 və digərlərinə qarşı müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində dəymiş zərərin və təmir-bərpa işləri üçün ödənilmiş pul vəsaitinin geri qaytarıl ması, qeyri-yaşayış sahəsinin istismara hazır vəziyyətdə icarədara təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12.09.2017-ci il tarixli icarə müqaviləsi üzrə öhdəliyini pozduğuna görə 1 000 000 (bir milyon) manat dəymiş ziyan, təmir bərpa işlərinə görə ödənilmiş 360 000 manat, əldən çıxmış faydaya görə dəymiş maddi ziyana görə 240 000 manat olmaqla, cəmi 1 600 000 (bir milyon altı yüz min) manat pulun tutularaq iddiaçıya ödənilməsi və Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin istismara hazır vəziyyətdə "xxxx” MMC şirkətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır: Onunla cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair 10 il müddətinə 12.09.2017-ci il tarixli notarial müqavilə bağlanmışdır. Müqavilə üzrə icarə haqqı aylıq 15000 (on beş min) manat müəyyən edilmişdir. Müqavilə şərtləri üzrə onlar tərəfindən 9 dəfəyə cəmi 360 min manat icarəyəverənə təmir bərpa işlərinin sürətləndirilməsi üçün pul ödənilmişdir. Sonuncu 34. 000 manat ödəniş 06.06.2018-ci il tarixdə edilmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehdən müqavilə şərtlərinə əməl edərək, obyekti istismar üçun iddiaçıya təhvil verilməsini istəsələr də, cavabdeh öhdəliklərini yerinə yetirməmişdir. Sonuncu dəfə şirkətlərinin nümayəndələri, qeyd olunan ərazidə təmir işlərinə baxmaq istəsələr də, cavabdehin nümayəndələri tərəfindən obyektə buraxılmamışlar. Hazırda isə onlara məlum olmu şdur ki, onlarla notarial icarə müqaviləsi olmasına baxmayaraq, cavabdeh başqa icarəçi ilə danışıqlar apararaq obyekti onlara icarəyə vermək istəyir. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması nəticəsində şirkətlərinə külli miqdarda maddi ziyan dəymişdir. Belə olan halda dəymiş ziyanın ödənilməsi və obyektin istismara hazır vəziyyətdə icarədar olaraq onlara ”xxxx” MMC şirkətinə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər.
3. Daha sonra, iddiaçı cavabdehlər qismində Cavabdeh2, “xxxx” MMC və 24 saylı Notariat Kontorunu da qeyd etməklə iddia ərizəsinə əlavə ərizə təqdim edərək bildirmişdir ki, işin məhkəmə araşdırması zamanı əlavə sübutlar müəyyən edildiyindən iddia ərizəsinə əlavə vermək zərurəti yaranmışdır. Belə ki, iddiaçı "xxxx” MMC şirkəti Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi icarəyə götürmək məqsədilə cavabdeh X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 14.06.2006-cı il tarixli çıxarışa əsasən icarə müqavilələri bağlamışdır. 02.06.2017-ci il, 04.06.2017-ci il, 12 09 2017cil tarixdə 2 müqavilə olmaqla 4 icarə müqaviləsi bağlanmışdır. 04.06.2017-ci il tarixli və 12.09.2017-ci il tarixli icarə müqavilələri notarial bağlanmışdır. Onlar tərəfindən verilmiş iddia ərizəsində də qeyd olunduğu kimi, 12.09.2017-ci il tarixli icarə müqaviləsinin 2-ci səhifəsində qeyd edilmişdir ki, “tərəflərin razılaşmasına əsasən təmir bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən otel təhvil verilənədək (aprelin 20-dək,6 aylıq) hər ayın 20-si 50 000 (əlli min manat) icarədar tərəfindən ıcarəyəverənə verilməlidir. Bu ödənişlər sonradan icarə haqqından çıxılacaq." Qeyd olunan öhdəliyə əsaslanaraq onlar tərəfindən 9 dəfəyə cavabdeh X3 və hazırkı Cavabdeh2 qəbz vasitəsilə 360 000 manat pul ödənilmişdir. 12.09.2017-ci il tarixli reyestr nömrəsi 3M-302 olan 2-ci notarial icarə müqaviləsi bağlanan zaman Notarius tərəfindən yüklülük barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış üçün sorğu verilməmiş və həmin arayış notariat işində mövcud deyil. Bu onunla əlaqəlidir ki, həmin vaxt artıq cavabdeh X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 14.06.2006-cı il tarixli çıxarışda qeyd olunmuş daşınmaz əmlak “xxxx MMC-yə satılmışdır. Yəni, Cavabdeh1 mövcud olmayan daşınmaz əmlakı icarəyə vermiş və notarius isə daşınmaz əmlakı n yüklülüyü ilə bağlı müvafiq orqana heç bir sorğu vermədən həmin icarə müqaviləsini təsdiq etmişdir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” TƏLİMAT-ın 48-ci bəndində qeyd edilmişdir ki, daşınmaz əmlak (o cümlədən, tikintişi başa çatdırılmamış daşınmaz əmlak) obyektlərinə sərəncam verilməsi haqqında müqavilələr təsdiq olunarkən, notarius daşınmaz əmlaka sərəncam verənin və ya onun nümayəndəsinin (vəkil edilmiş şəxsin) ərizəsi və daşınmaz əmlak obyektinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı, habelə "Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və X12"nə daxil olan Azərbaycan Respublik asının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin məqsədləri üçün tələb olunan məlumatları (kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyət qrupları, şərti ballar) “Elektron notariat" informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Ərizədə arayışın daşınmaz əmlakın sərəncam verilməsinə dair notariat hərəkətinin aparılması məqsədi ilə əldə edilməsi göstərilməli və müraciət edən şəxsin imzasının həqiqiliyi notarius tərəfindən təsdiq edilməlidir. Göründüyü kimi, notariusun qeyd olunan təlimatdan kənara çıxması etibarsız icarə müqaviləsinin bağlanması ilə nəticələnmişdir ki, nəticədə iddiaçıya küllü miqdarda maddi ziyan dəymişdir. Cavabdeh1 və Cavabdeh2 mübahisəli qeyri-yaşayış sahəsini etibarsız icarə müqaviləsi bağlanan ərəfədə 29.11.2017-ci il tarixdə “xxxx" MMC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından keçirməklə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişlər. “xxxx" MMC barədə məhkəməyə təqdim edilmiş Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X11 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 31.07.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Cəmiyyətin dövlət qeydiyyatına alındığı tarix-27.07.2011-ci il Cəmiyyətin təsisçiləri Cavabdeh1- 50%, Abbasov X1521,4% və Cavabdeh2-28,6% - Cəmiyyətin qanuni təmsilçisi Cavabdeh2. Bu halda cavabdehlər tərəfindən bağlanmış icarə müqaviləsinin faktiki tərəfi yəni, icarəyəverən -“xxxx” MMC olduğundan 12.09.2017-ci il tarixli icarə müqaviləsi qismən etibarsız hesab edilməklə icarəyəverən kimi -“xxxx" MMC hesab edilməlidir. Cavabdehlər tərəfindən icarə müqavilələri üzrə əhəmiyyətli pozuntu nəticəs ində heç bir öhdəlik yerinə yetirilməmişdir. Belə ki, İcarə müqaviləsi təhvil-təslim aktı əsasında icarədara təhvil verilməli idi. (müqavilənin 2-ci bəndi). Müqavilənin qüvvəyə minməsi təhvil-təslim aktının imzalanması ilə şərtləndirilmişdir ki, bu halda da icarəyəverən tərəfindən icarə obyekti razılaşdırılmış 6 aylıq müddətdə (2018-ci ilin aprelin 20-dək) təhvil verilməmişdir. (12.09.2017-ci il tarixli müqavilənin 2-ci səhifəsi). Bunun əksi olaraq iddiaçı-icarədar tərəfindən 6 aylıq 50 000 manat icarə ödənişi etmək öhdəliyi yerinə yetirilmişdir. Bütün bu hallar onu sübut edir ki, cavabdehlər tərəfindən icarə müqaviləsinin bağlanması zamanı Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 10 il müddətinə iddiaçıya icarəyə verməsi niyyəti olmuşdurs a da, bu da ancaq həmin əmlakın hazırkı mülkiyyətçisi olan icarəyəverən kimi “xxxx" MMC ilə rəsmiləşdirilməli idi.
4. Nəticə etibarı ilə iddiaçı məhkəmdən xahiş etmişdir: Cavabdeh X5 ilə bağlanmış 02.06.2017-ci il (qeyri notarial), 04.06.2017-ci il və 12.09.2017-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi, 12.09.2017-cil tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi -“xxxx" MMC-nin tanınması, “xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 123 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № 1190478, qeydiyyat nömrəsi-********** olan 29.11.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi ist ismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 Yaqubəli oğlu və Cavabdeh2 müştərək qaydada 12.09.2017-ci il tarixli qeyri-notarial icarə müqaviləsi öhdəliyini pozduğuna görə 1 000 000 (bir milyon) manat dəymiş ziyan, təmir bərpa işlərinə görə ödənilmiş 360 000 manat, əldən çıxmış faydaya görə dəymiş maddi ziyana görə 240 000 manat olmaqla cəmi 1 600 000 (bir milyon altı yüz min) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılsın.
5. Cavabdeh1 “xxxx” MMC-nə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx" MMC-dən təmir-bərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş 917180.66 manat, müqavilə üzrə öhdəl iklərin yerinə yetirilməməsinə görə ******* (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda, icarədarın hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə 6 000 000 (altı milyon) manat cərimə, 50 000 (əlli min manat) mənəvi zərər olmaqla, cəmi 9717180.66 ( doqquz milyon yeddi yüz on yeddi min yüz səksən manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiasını belə əsaslandırmışdır: Murat Alyar uzun illər otel işlətməsi ilə məşğul olduğunu və "xxxx" MMC-nin direktoru olaraq Azərbaycanda bir çox otelləri icarəyə götürürərək işlətdiyini və bu sahədə böyük təcrübəyə malik olduğunu bildirmişdir. Cavabdeh ona məxsus Bakı şəhəri, B.Səfəroğlu 121 ünvanında yerləşən qe yri-yaşayış sahəsini otel kimi işlətməyi təklif etmişdir. Həmin təklif onu maraqlandırmış, lakin ona bildirmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsinin otel kimi fəaliyyət göstərməsi üçün təmir tikinti aparılmalıdır. Murat ona qeyri-yaşayış sahəsini təmir edərək otel səviyyəsinə çatdırmaq üçün tələb olunan vəsaiti hissə-hissə verə biləcəyini və gələcəkdə otel fəaliyyətə başladıqdan sonra təmir üçün qoyacağı pulu hissə-hissə icarədən çıxa biləcəyini demişdir. Razılaşmalarına əsasən binanın ilk dörd mərtəbəsinin icarə haqqısı 75 000 manat təşkil edirdi. X16 istəyinə əsasən iki müqavilə imzalanmalı, yəni ki, öz aralarında bağlanan müqavilədə icarə haqqı olaraq 65 000 manat göstərilməli, notarial müqavilədə isə 10 000 manat göstərilməli idi. Cavabdehlə aralarında 02 iyun 2017-ci il tarixdə b ağlanmış icarə müqaviləsinin tələblərinə əsasən, icarəyə verən, yəni o, AR DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Mlİ seriyalı, ******* saylı, 14.06.2006-cı il tarixli Çıxarışa əsasən, xüsusi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsini (icarədara) cavabdehə otel kimi icarəyə vermişdir. 02.06.2017 və 04.06.2017-ci il tarixlərində bağlanmış icarə müqavilələri ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilk 4 mərtəbəsinin icarəyə verilməsi məqsədilə bağlanmışdır. Cavabdehin təklifi ilə iki ayrı müqavilə imzalanmışdır. Bu müqavilələrin hər ikisi eyni hüquqi qüvvəyə malikdir, yalnız icarə haqqları fərqlidir. Cavabdehlə aralarında 02 iyun 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən aylıq icarə haqqı 65000 manat təşkil edir və hər ayın 10-na kimi nağd şəkildə ödənilməli idi. Bundan başqa, cavabdehlə 04 iyun 2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən ********** nömrəli sorğu verilərək Daşınmaz əmlakın dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış alınaraq, 3M-İ07N reyestr nömrəli notarial müqavilə imzalanmışdır. İcarə Müqaviləsinin tələblərinə əsasən, aylıq icarə haqqı 10.000 (on min) manat təşkil edir və icarə haqqı hər ayın 10-na qədər köçürmə yolu ilə ödənilməli idi. O, xüsusi mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsini otel kimi icarəyə vermişdir. Cavabdeh hazırkı müqavilənin şərtlərinə əsasən icarə obyektinin istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götür müşdür. Hər iki müqavilənin şərtlərinə əsasən, icarə müddəti tərəflər bu müqaviləni imzaladığı tarixdən 10 il təşkil edir. Müqavilənin şərtlərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə cərimə verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə icarənin birinci ilində xitam verildiyi təqdirdə 2 000 000 (iki milyon) manat cərimə ödənilməlidir. Daha sonra, cavabdeh həmin qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi arzusunu bildirmişdir. Cavabdehlə aralarında olan danışıqlara əsasən, icarə obyektinin təmir-bərpa işlərinin aparılması üçün yetərli vəsaitinin olmadığını bildirmiş və icarə haqqı barədə danışıqları olmuşdur. Həmçinin, icarədə olan əmlaklarını təmir-bərpa işlərinin ap arılması üçün Badamdar qəsəbəsində yerləşən iki torpaq sahəsini və üç qeyri-yaşayış sahəsini 2017-ci ilin avqust ayında 14 saylı notariat kontorunda AN-İ.Yg 0632! 70, 0032161, 0632/62, ******* və ******* nömrəli beş alqı-satqı müqaviləsi əsasında sataraq ordan gələn 1 228 203 (bir milyon iki yüz iyirmi səkkiz min iki yüz üç) manat vəsaiti binanın təmirinə yönəltmişdir. Danışıqlarının sonunda Murat Alyar təmir-bərpa işlərinin sürətləndirilməsi üçün müəyyən ödənişlər edəcəyini və bu barədə müqavilədə də üzərinə öhdəlik götürəcəyini bildirmişdir. Razılığa əsasən təmir-tikinti işlərinin sürətləndirilməsi üçün müqavilə ilə nəzərdə tutulan vəsaiti Murat otel təhvil verilənə qədər ona ödəməli idi. Həmçinin razılığa gəlmişlər ki, otel fəaliyyətə başladığı gündən ona məxsus "xxxx" MMC tərəfindən on lara aylıq icarə haqqı olaraq 250 000 manat pul ödəniləcəkdir. Lakin ilkin olaraq təmir üçün onun tərəfindən sərf olunacaq məbləğ icarə haqqından çıxılacaqdır. Görüşlərinin sonunda təmir-bərpa işlərinin sürətləndirilməsi üçün cavabdeh ödənişlər edəcəyi barədə öhdəlik götürmüşdür. Cavabdehin tələbi ilə aralarında 12 sentyabr 2017-ci il tarixində qeyri-yaşayış sahəsinin digər mərtəbələrinin də ona icarəyə verilməsi ilə bağlı razılaşmışlar. Danışıqlar nəticəsində qarşılıqlı razılaşma əsasında 12 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat kontorunda aylıq icarə haqqı 15000 manat (on beş min) olan (Reyestr nömrəsi 3M-302) və həmin tarixdə aralarında bağlanmış və notariat kontorunda təsdiqlənmiş (Reyestr nömrəsi İS-2866) aylıq icarə haqqı 130000 manat (bir yüz otuz min) təşkil e dən 2 müqavilə imzalanmışdır. Öz aralarında bağlanmış və Bakı şəhəri 24 saylı notariat kontorunun xüsusi notariusu X8 tərəfindən təsdiq olunmuş (Reyestrdə 1S-2866 N ilə qeyd edilmiş) müqavilənin şərtlərinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən (aprelin 20-nə qədər, 6 aylıq) hər ayın 20-si 50000 manat (əlli min) ödəyəcəyi barədə öhdəlik götürmüşdür. 12 sentyabr 2017-ci il tarixdə Bakı şəhəri 24 say 11 notariat kontorunda bağlanmış (aylıq icarə haqqı 15000 manat), reyestrdə 3M-302 nömrə ilə qeydə alınmış İcarə Müqaviləsinin şərtlərinə (İcarədarın hüquq və öhdəlikləri) görə, cavabdeh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixdən etibarən otel təhvil verilənə qədər hər ayın 20-si 50000 manat (əlli min) ödəyəcəyi barədə öhdəlik gö türmüşdür. Müqavilələrin şərtlərinə əsasən icarə müqaviləsinin müddəti tərəflər bu müqavilələri imzaladığı andan 10 il təşkil edir. Müqavilənin tələblərinə əsasən, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə icarədarın hərəkətləri və ya hərəkətsizliyi səbəb olduğu hallarda icarədar icarə verənə cərimə verməyi öhdəsinə götürmüşdür. İcarənin birinci ilində xitam verildiyi təqdirdə 4 000 000 (dörd milyon) manat cərimə ödəməyi öhdəsinə götürmüşdür. 25.05.2018-ci il tarixdə cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, həmin qeyri-yaşayış sahəsinin -1,-2 və l-ci mərtəbələri də cavabdehə icarəyə verilmiş, cavabdeh isə bunun müqabilində 01.06.2018-ci il tarixindən otel binası təhvil verilənə kimi təmir-bərpa işlərinin sürətləndirilməsi üçün hər ay 30000 manat (otuz min) ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri, Yasamal ravonu, Bəşir Səfəroğlu küçəsi 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bütün mərtəbələrinin aylıq icarə haqqısı 250.000 manat (iki yüz əlli min) təşkil etmişdir. Belə ki, cavabdehlə aralarında 02 iyun 2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə görə cavabdeh aylıq 10000 (on min) manat, 04.06.2017-ci il tarixdə bağlanmış İcarə müqaviləsinə görə aylıq 65000 (altmış beş min) manat, 12 sentyabr 2017-ci il tarixdə imzalanan l-ci müqaviləyə görə aylıq 15000 (on beş min) manat, həmin tarixdə bağlanmış digər müqaviləyə görə aylıq 130000 (bir yüz otuz min) manat və aralarında olan şifahi razılaşmaya görə həmin qeyri-yaşayış sahəsinin -1,-2 və l-ci mərtəbələrinə görə aylıq 30 000 (otuz min) manat olmaqla, icarə haqqı 250000 manat ödəməyi öhdəsinə götürmüşdür. 12 sentyabr 2017-ci il tarixdə bağlanmış İcarə müqavilələrinin şərtərinə əsasən, cavabdeh təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017- ci il tarixdən otel təhvil verilənə qədər hər ayın 20-ə kimi 50.000 (əlli min) manat olmaqla 01 may 2019-cu il tarixinə kimi 916666.66 manat (20.10.2017-ci ildən 01.05.2019-cu ilədək 18 ay 10 gün) ödəniş etməli olsa da, bu müqavilə üzrə heç bir ödəniş etməmişdir. 12 sentyabr 2017-ci il tarixdə cavabdehin təkidi ilə öz aralarında bağlanmış icarə müqaviləsinə əsasən təmir-bərpa işlərinin sürətləndirilməsi üçün 20.10.2017-ci il tarixindən 6 ay müddətində hər ayın 20-ə kimi 50000 Azn (əlli min) manat, 6 ay ərzində cəmi 300 000 manat ödəməli olsa da, cavabdeh yalnız 299486 (iki yüz doxsan doqquz min dörd yüz səksən altı min) manat ödəniş etmişdir. Bundan əlavə, binanın -1.-2 və l-ci mərtəbələrinin icarəsi barədə aralarında olan razılığa əsasən, 01.06.2018-ci il tarixdən bu günə kimi aylıq icarə haqqı olaraq 30000 (otuz min) manat olmaqla, 01 may 2019-cu il tarixinə kimi (11 ay üçün) cəmi 330000 (üç yüz otuz min) manat ödəməli olduğu halda, cavabdeh tərəfindən cəmi 30000 (otuz min) manat ödəniş edilmişdir. Cavabdehin İcarə Müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi həmin qeyri-yaşayış binasının təmir-bərpa işlərinin bitməməsinə səbəb olmuşdur. Bu da öz növbəsində ******* (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda edir. Belə ki, əgər cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmiş olsa idi, otel binasının təmir-bərpa işləri 2018-ci ilin iyun ayında bitmiş olacaqdı. Cavabdehin təqsiri üzündən otelin təmir-bərpa işləri vaxtında bitmədiyindən ötən 11 ay müddətində (1 aylıq icarə haqqı 250000 manat) ümumi ******* (iki milyon yeddi yüz əlli min) manat əldən çıxmış fayda edir. Aralarında olan son görüşlər zamanı onlar bu barədə cavabdehlə dəfələrlə söhbət edərək ona vurduğu ziyan barədə bildirmişlər. Həmin görüşlərin birində cavabdeh özü tərəfindən öz xətti ilə "Para makbuzu" yazaraq 20.05.2018-ci il tarixdə 50 000 manat, 20.06.2018-ci il tarixdə 50 000 manat, 20.07.2018-ci il tarixdə 150 000 manat, 20.08.2018-ci il tarixdə isə 150 000 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin yazılı öhdəlik götürməsinə baxmayaraq həmin puldan heç bir məbləğ ödəməmişdir. Cavabdehlə dəfələrlə icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməsinə dair şifahi və yazılı xəbər darlıqlara baxmayaraq, cavabdeh tərəfindən maqavilənin icrası istiqamətində hər hansı hərəkət edilməmişdir. Məhz cavabdehin icarə müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində gəlirindən məhrum olmuş, bunun da nəticəsində başqa şəxslər qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilmədiyindən işgüzar nüfuzuna da zərər dəymişdir.
7. Daha sonra, qarşılıqlı iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “xxxx" MMC-dən təmir-bərpa işlərinin aparılmasının sürətləndirilməsinə görə ödənilməmiş 917180.66 manat, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə ******* (iki milyonyeddi yüz əlli min) manat əldən çıxmış fayda, i carədarın hərəkətsizliyi nəticəsində müqaviləyə vaxtından əvvəl xitam verilməsinə görə onunla “xxxx" MMC-nin təsisçisi və direktoru Murat Alyar arasında bağlanmış 04.06.2017-ci il tarixli müqavilə üzrə ******* manat, 12.09.2017-ci il tarixli müqavilə üzrə isə ******* manat olmaqla, cəmi ******* (altı milyon) manat cərimə, 50 000 (əlli min manat) mənəvi zərər olmaqla, cəmi 9717180.66 ( doqquz milyon yeddi yüz on yeddi min yüz səksən manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulması, “xxxx" MMC-nin təsisçisi və direktoru Murat Alyarla onun arasında bağlanmış icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İlkin id dia Cavabdeh1 münasibətdə qismən təmin edilmiş, ilkin iddiaçı “xxxx” MMC ilə ilkin iddia üzrə Cavabdeh1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilələr üzrə təmir- bərpa işlərinə görə ödənilmiş 360.000 (üç yüz altmış min) manat pul Cavabdeh1 alınaraq, “xxxx” MMC-nə ödənilməsi, qarşılıqlı iddianın qismən təmin edilərək Cavabdeh1 ilə qarşılıqlı iddia üzrə cavabdeh “xxxx” MMC arasında bağlanmış 04.06.2017-ci il tarixli müqavilə üzrə 2.000.000 manat və 12.09.2017-ci il tarixli müqavilə üzrə 4.000.000 manat cərimə olmaqla, cəmi 6.000.000 (altı milyon) manat pulun “xxxx” MMC-dən tutularaq, Cavabdeh1 ödənilməsi, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2017-ci il, 04.06.2017-ci il və ayrı-ayrılıqda bağlanmış 12.09.2017-ci il tarixli icarə müqavilələrinin vaxtından əvvəl ləğv edil məsi, ilkin iddianın qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Rayon Məhkəməsi mübahisəni həll edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə, Həmin Məcəllənin 385.1-ci, 386.1-ci, 389.1-ci, 399.1ci, 425.1-ci, 442-ci, 404.1-ci, 404.2-ci, 424.2-ci, 424.3-cü maddələrinə və eləcə də MPM-nin sübuetmə ilə bağlı prosessual normalarına istinad etmişdir.
10. Məhkəmənin mövqeyi belə olmuşdur ki, tərəfldər arasında etirablı icarə müqavilələri mövcud olmuş, müqavilə münasibətləri iddiaçının təqsiri üzündən pozulduğu üçün müqavilələr ləğv edilməli, eyni zamanda ilk iddiaçının müqavilə üzrə ödəmiş olduğu vəsait cavabdehdən tutulmalı və müqavilə şərtlərini pozduğu üçün iddiaçıda n cavabdehin xeyrinə müqavilədə nəzərdə tutulan cərimə məbləği tutulmalıdır.
11. Həmin qətnamədən narazı qalan hər iki tərəf iddialarının təmin olunmayan hissələrindən, eləcə də qarşı tərəfin iddiasının təmin olunan hissəsində apelyasiya şikayətləri vermişlər. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimləri X2 (sədrlik edən və məruzəçi), X4 və X6) 2(103)-3865/2020 nömrəli iş üzrə 02.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 dekabr 2019-cu il tarixli qətnamə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən Cavabdeh1 xeyrinə tut ulmalı olan cərimə pulunun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimə azaldılaraq 1.000.000 (bir milyon) manat, 12 sentyabr 2017-ci il tarixli müqavilə üzrə tutulmalı olan cərimə azaldılaraq 2.000.000 (iki milyon) manat müəyyən edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi 19 dekabr 2019-cu il tarixli qətnaməsi (qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə 24.12.2019-cu il tarixli qərardad nəzərə alınmaqla) qalan hissədə, yəni iddiaçı MMC-nin iddiasının Cavabdeh1 münasibətdə qismən təmin edilməsi, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2017-ci il tarixli müqavilələr üzrə təmir-bərpa işlərinə görə ödənilmiş 360.000 manat pulun Cavabdeh1 alınaraq iddiaçı MMC-yə ödənilməsi; Cavabdeh1 iddiasının qismən təmin edilməsi, Cavabdeh1 ilə MMC arasında bağlanmış 04.06.2017-ci il tarixli və 12.09.2017-ci il tarixli müqavilələr üzrə cərimə məbləğinin MMC-dən tutularaq Cavabdeh1 ödənilməsi, Cavabdeh1 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 40%-nin onun özünə, 60%-nin MMC-yə aid edilməklə, MMC-dən 18 manat pulun Cavabdeh1 xeyrinə tutulması, iddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2017-ci il, 04.06.2017-ci il və ayrı- ayrılıqda bağlanmış 12.09.2017-ci il tarixli icarə müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, hər iki iddianın qalan hissələrdə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1 bir-birinin xeyrin ə tutulmalı olan məbləğlər əvəzləşdirilərək və son nəticədə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 2.640.000 (iki milyon altı yüz qırx min) manat tutularaq Cavabdeh1 verilməsi qət edilmişdir.
13. Apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı 1-ci instansiya məhkəməsinin əsaslanması ilə razılaşmış, əlavə olaraq 360.000 manat pulun ilk iddiaçının xeyrinə tutulması tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1091.1 və 1092.2. maddələrinə, cərimə məbləğinin azaldılması ilə bağlı Mülki Məcəllənin 467-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətləri və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
14. Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnamədən narazı qalan hər iki tərəf iddialarının təmin olunmayan hissələrindən, eləcə də qarşı tərəfin iddia sının təmin olunan hissəsində kassasiya şikayətləri vermişlər. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiasının tam təmin olunması, Cavabdeh1 iddiasının tam rədd edilməsi haqqında, cavabdeh isə ilk iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. İddiaçı kassasiya şikayətini iddia ərizəsində qeyd olunanlarla əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, müqavilələr bağlanarkən əmlakın hüquqi vəziyyəti ilə bağlı onların vəsatətlərini məhkəmə əsassı olaraq təmin etməmiş, iş üçün əhəmiyyət kəsb edən halın təsdiq olunmasını təmin etməmişdir. Vəsatətə reyestr xidməti tərəfindən cavab verilsəydi təsdiq olunardı ki, bağlanmış müqavilələrə əhəmiyyətsiz müqavilələr olmuşdur. Çünki qarşı tərəf olmayan əmlaka dair müqa vilələr bağlamışdır. Məhkəmələr dörd müqavilə bağlanmasına istinad etsələr də, əslində həmin müqavilələr bir-birni əvəz edən bir müqavilə olmuşdur. İcarə obyekti olmamış, icarə obyekti tərəfə təqdim edilmədən, təhvil-təslim aktı olmadan icarə münasibətlərinin mövcudluğu və ona görə cərimənin tutulması qanunsuz olmuşdur.
16. İddiaçı sonradan kassasiya şikayətinə əlavə təqdim etmişdir. Həmin əlavədə də eyni qaydada qərar qəbul edilməsi xahiş olunmuş, əlavə olaraq belə bir əsaslanma aparılmışdır ki, tərəflər arasında bağlanmış müqavilələr əslində yalan əqd olmuşdur. Müqavilələr ardıcıl olaraq bağlanmış, müqavilənin əsas şərtləri barədə razılaşma olmamış, əmlakın nə vaxt təhvil verilməsi göstərilməmiş, əmlak həmin əmlak olmamışdır. Məhkəmə MM-nin 405-ci maddəsinin tələblərinə riayət olunmaması nı yoxlamamış, MM-nin 700-cü maddəsinin düzgün tətbiq etməmiş, müqavilələri MM-nin 404-cü maddəsinə uyğun təfsir etməmişdir. Apelyasiya Məhkəməsi cərimənin azaldılması ilə bağlı MM-nin 467-ci maddəsini də düzgün tətbiq etməmişdir.
17. Cavabdeh kassasiya şikayətini qarşılıqlı iddia tələbinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ilk iddiaçının xeyrinə pulun tutulması ilə bağlı hala maddi hüquq normasını düzgün tətbiq etməmiş, eyni zamanda qarşılıqlı iddianı qismən təmin edərəkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk iddianı təmin edərəkən əsassız varlanmadan irəli gələn maddi hüquq normalarının tətbiq olunması əsaslı deyil. Çünki müqavilənin pozulmasına qarşı tərəfin hərəkətləri əsas olmuşdur. Ona görə həmin vəsait geri qaytarıla bilməz di. Məhkəmə müqavilə və öhdəlik hüquq münasibətlərini nizama salan maddi hüquq normalarını tətbiq etməklə qarşılıqlı iddia tələbini tam təmin etməli idi. Eyni zamanda cərimə məbləğinin azaldılması ilə bağlı məhkəmənin MM-nin 467-ci maddəsinə istinad etməsi əsasız olmuşdur.
18. Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə1 qarşı tərəfin kassasiya şikayətinə etiraz edərək özlərinin şikayətində qeyd etdikləri əsaslarla qarşı tərəfin kassasiya şikayətinin təmin olunmaması, ilk iddianın rədd olunması və qarşılıqlı iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Murat Alyar, onun vəkili Vəkil izahat verərək onların verdikləri kassas iya şikayətinin təmin olunması, qarşı tərəfin şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1 öz kassasiya şikayətlərini müdafiə edərək ona uyğun izahat vermiş, qarşı tərəfin şikayətini qəbul etməmiş və rədd edilməsini xahiş etmişdir.
20. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqda n istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
23. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilm əli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
26. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. «İcarə haqqında» Azərbaycan Respublikası Qanunu:
28. Maddə
4. Əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur.
29. Maddə
7. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəy əri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun
30. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır.
31. Maddə 19.3. Binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqlar ın icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.
32. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdir ilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Eyni zamanda həmin qərarda göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin fak tiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hər iki tərəf-“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (nümayəndəsi Murat Alyar) və Cavabdeh1 müqavilə bağlayarkən Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən 16 mərtəbəli qeyriyaşayış sahəsini hotel kimi istifadə edilməsi üçün icarəyə verilməsi ilə bağlı razılığa gəlmişlər. Bu faktı hər iki tərəf öz iddialarında təsdiq edirlər.
40. Məhkəmələr də, mübahisəni həll edərkən icarə müqaviləsindən irəli gələn maddi hüquq normalarına, o cümlədən müqavilə öhdəlikləri və müqavilənin ləğv edilməsi ilə bağlı maddi hüquq normalarına istinad edərək yekun nəticəyə gəlmişlər.
41. Lakin, Apelyasiya Məhkəməsi tərəflərin razılaşdığı əmlakın Cavabdeh1 məxsus olan əmlak olub-olmaması, onu (16 mərtəbəli binanı) icarəyə verməyə səlahiyəti olub-olmaması ilə bağlı heç bir dəyərləndirmə aparmamışdır. Hansıki, mübahisəni həll etmək üçün ilk növbədə tərəflər arasında bağlanmış müqavilələrin etibarlı icarə müqavilələri olması halına qiymət verilməli idi. Bunun üçün icarəyəverənin hansı əşyanı icarə verməsi, həmin əşyanı icarəyə vermə yə onun hüququnun olub-olmaması, bağlanmış müqavilələrin analoji əqdləri (icarə müqavilələrini) tənzimləyən normaların tələblərinə uyğun bağlanıb-bağlanmaması, əqdlərin forma və məzmununa riayət edilib-edilməməsi yoxlamalı idilər. Belə yoxlamadan sonra müqavilələrin etibarlılığı təsdiq olunuğu təqdirdə müqavilədən irəli gələn öhdəliklərin kimin tərəfindən pozulması halına qiymət verilə bilərdi.
42. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış icarə müqavilələri etibarlı müqavilələr olmamışdır.
43. Beləki, Məhkəmələr mübahisəni həll edərkən hər dəfə qərarlarında onu vurğulamışlar ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsini iddiaçıya icarəyə vermiş və onlar arasında icarə münasibətləri mövcud ol muşdur.
44. Əvvəla, tərəflər Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən 16 mərtəbəli qeyri-yaşayış sahəsinin hotel kimi istifadə olunması ilə bağlı razılığa gəlmişlər. Məhkəmələrin istinad etdiyi və icarə müqavilələrində göstərilən əmlak həmin əmlak deyil. Məhkəmələr müəyyən etmişlər ki, 14.06.2006-cı il tarixli, ******* nömrəli Çıxarışla (müqavilələr bağlanarkən təqdim edilmiş çıxarış) Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 121 ünvanında yerləşən qeyri-yaşayış sahəsi icarə müqaviləsinin predmetini təşkil edən əmlak deyil. Cavabdeh1 qarşılıqlı iddia ərizəsində ətraflı olaraq öz adına olan çıxarışda qeyd edilən əmlakı deyil, 16 mərtəbəli binanın müxtəlif mərtəbələrini hotel kimi istifadə üçün icarəyə verdiyini şərh edir. Müqavilələrin bağ lanması zamanı təqdim edilən həmin çıxarışda nəzərdə tutulan əmlak məhv olmuşdur. Çıxarışda qeyd olunan əmlakın cəmi sahəsi 567.4. kv.m təşkil edir (mülki iş 1-ci cild 276-cı səhifə) və bir mərtəbədən ibarədir. Həmin əmlak bir neçə il əvvəl məhv edilərək yerində 16 mərtəbəli bina inşa edilmişdir. İcarə müqavilələri bağlananda Çıxarışda qeyd olunan əmlak mövcud olmamışdır.
45. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflərin razılığa gəldiyi əmlak hal-hazırda “xxxx" MMC-nin mülkiyyətindədir və sahəsi 15964.9 kv.m təşkil edir. Həmin əmlak tərəflər arasında icarə müqaviləsi bağlandıqdan iki ay sonra şirkətin mülkiyyətinə keçmişdir. Özü də Cavabdeh1 ona məxsus olan əmlakın məhv olması barədə ərizəsi əsasında əmlak bütövlükdə şirkətin mülkiyyətinə keçmişdir.
46. Ona görə icarə müqavilələ ri əhəmiyyətsiz əqd olaraq heç bir hüquq və nəticələr yaratmamışdır. Həmin müqavilələrin şərtlərini rəhbər tutaraq hansısa cərimə məbləği hesablanması, müqavilə öhdəliyinin kimin tərəfindən pozulması halının yoxlanılması üçün əsaslar olmamışdır.
47. Apelyasiya Məhkəməsi əslində ilk iddiaçının vermiş olduğu (təmirə görə) pulun qaytarılması iddiasını təmin edərkən zidiyyətli mövqe nümayiş etdirmiş, bir tərəfdən maddi hüquq normasını düzgün tətbiq etməyən 1-ci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə qüvvəsində saxlamış, digər tərəfdən yenə də müqavilələrin ilk iddiaçının təqsiri üzündən pozulması halına istinad etmişdir. Həmin hallar bir-birini təkzib edir. Apelyasiya Məhkəməsi həmin məbləğin qaytarılmasının maddi hüquqi əsası kimi əsassız varlanmadan irəli gələn normaları tətbiq ed irdisə, onda qətnamənin əsaslanması fərqli olaraq dəyişməli idi. Bu zaman ilk iddiaçının müqavilə şərtlərini pozması halına, müqavilələrin etibarlı müqavilə olması və ləğvi ilə bağlı əsaslandırmadan kənarlaşmalı, əqdlərin etibarsızlığı ilə bağlı normaları tətbiq etməli idi.
48. İddiaçı tərəf mübahisə başlayan vaxtdan dəfələrlə vəsatət verərək icarəyə verilən əmlakın kimə məxsus olmasına dair sənədlərin tələb olunaraq götürülməsini xahiş etmiş, icarəyəverənin mülkiyyətçi olmamasını bildirsə də, məhkəmələr buna diqqət yetirməmiş, zəruri sənədləri reyestr xidmətidən tələb edib götürməmiş, sonradan həmin idarədən daxil olan məlumtalarla əmlakın mülkiyyətçisinin icarəyəverən olmaması təsdiq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yenə də sorğuya cavabı tam verməmiş, Cavabdeh1 ona m əxsus olan əmlakın məhv olması barədə ərizəni həmin xidmətə nə vaxt təqdim etməsi ilə bağlı məlumatı göstərməmişdir. Lakin, hər bir halda həmin ərazidə 16 mərtəbəli bina inşa edilib başa çatmışdırsa, deməli Cavabdeh1 məxsus olmuş bir mərtəbəli qeyri-yaşayış sahəsi icarə müqaviləsi bağlanandan xeyil müddət (bir neçə il) əvvəl məhv olmuşdur.
49. Qərarın 32-ci bəndində qeyd olunan maddi hüquq normasının göstərişlərinə əsasən əmlakı icarəyə vermək hüququ mülkiyyətçiyə, əmlakı icarəyə vermək üçün onun vəkil etdiyi orqanlara, təşkilatlara və fiziki şəxslərə, habelə əmlak üzərində digər əşya hüquqlarına malik olan şəxslərə məxsusdur.
50. Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulan əmlaka yuxarıda qeyd olunan hüquqlardan hər-hansına sahib olmadığından həmin əmlakı (16 mərtəbəli qeyri-yaşayış sah əsini) icarəyə verməyə səlahiyyətli olmamışdır.
51. Bundan başqa, Apelyasiya Məhkəməsi etibarlı müqavilə kimi qəbul etdiyi əqdləri müqavilə hüquq münasibətlərini nizama salan maddi hüquq normalarının dispazisiya şərtlərinə uyğunluğunu yoxlamamışdır. İlk növbədə, yuxarıda qeyd edildiyi kimi əmlakın ona səlahiyyti olmayan şəxs tərəfindən verilməsi məsələsi və eləcə də tərəflər arasında bağlanmış müqavilə şərtəlirinin qeyri-müəyyənliyi məsələsi.
52. Müqavilə o halda bağlanmış hesab olunur ki, tərəflər onun əsas şərtləri barədə razılığa gəlmiş olsunlar (MM-nin 405-ci maddəsi).
53. İcarə müqasiləsinə xas olan əsas şərtlər «İcarə haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. Həmin qanuna görə (7-ci maddə) icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haq qının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi. və.s nəzərdə tutulmalıdır. Tərəflər arasında bağlanmış icarə müqavilələrində qeyd olunan əsas şərtlərin əksəriyyəti barədə qeyd yoxdur. Məsələn: təkcə obyektin icarəyə götürənə təhvil verilməsi tarixinin konkretləşdirilməməsi həmin müqavilənin etibarlı olmamasına dəlalət edir. Müqavilədəki anlaşılmaz şərtlərin nəticəsidir ki, cavabdeh tərəf iddia edir ki, obyektin nə vaxt təhvil verilməsinin göstərilməməsinə baxmayaraq iddiaçı tərəf obyekt təmir olunub qurtarana qədər hər ay ona 50.000 manat pul ödəməlidir. Amma, obyektin təmirini nə vaxt başa çatacağını bildirmir.
54. Bundan başqa, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun müddəalarına əsasən (Maddə 19.1.) daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İddaçı qeyd olunan icarə müqaviləsi üçün özünün icarə hüquqlarını dövlət qeydiyyatına aldıra bilməzdi. Ona görə onun icarə müqaviləsi bağladığı əmlak mövcud olmamışdır. Çünki qeyd olunan Qanuna görə (Maddə 19.3.) binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icar əsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır.
55. Göründüyü kimi icarəyə götürən həmin müqavilələrlə özünün icarə hüquqlarını dövlət qeydiyatına aldırmaq imkanından da məhrum olmuşdur.
56. Məhkəmə kollegiyası bir məsələyə də qiymət verməyi zəruri hesab edir. Apelyasiya Məhkəməsi “xxxx" MMC-nin və onun səhmdarının Cavabdeh1 bağlamış olduğu müqavilənin şərtlərinə qarşı tərəfin əməl edəcəyi halda müqaviləni bəyənərək davam etdirməyə hazır olmaları barədə izahtlarına da istinad etmişdir. Lakin hazırkı halda müqavilə bağlamağa səlahiyyəti olan şəxslərin bağl anmış müqaviləni bəyənməsindən söhbət gedə bilməz. Həmin müqavilələri tərəflərin nəzərdə tutduğu qaydada bərpası mümkün deyil. Əvvəla, ilk iddiaçının tələblərindən biri Cavabdeh X5 ilə bağlanmış 12.09.2017-cil tarixli qeyri-notarial müqavilənin qismən etibarsız hesab edilməklə, icarədar kimi -“xxxx" MMC-nin tanınması, “xxxx" MMC-nin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küç 123 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş seriya RX № 1190478, qeydiyyat nömrəsi-********** olan 29.11.2017-ci il tarixli çıxarış) icarə obyekti kimi istismara hazır vəziyyətdə iddiaçıya təhvil verilməsi barədədir və qarşı tərəf iddianı qəbul etmir. Qarşı tərəf icarə münas ibətlərini o şərtlə davam etdirmək istəyir ki, müqavilədə nəzərdə tutulan qeyri-müəyyən şərtlər onların xeyrinə şərh edilsin (məs: obyekt hazır olan vaxta qədər hər ay 50.000 manat pul ödənilsin). Digər tərəfdən qeyri-müəyyən şərtlərlə bağlanmış müqavilə əsasında icarə münasibətlərinin davam etdirilməsi istisnadır, tərəflər bunu ancaq yeni müqavilə bağlamaq yolu ilə aradan qaldıra bilərlər və bu müqavilənin “xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi həyata keçirə bilər.
57. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi izahat verərkən etiraf etmişdir ki, (mülki iş 2-ci cild, səhifə 17) “mövcud müqavilələr icarə müqaviləsi olmamışdır. Adı icarə müqaviləsi olsa da, əmlakın icarəyə verilməsinə heç bir əsas yoxdur. Beləki, icarəyə hazır əmlak götürülür. Hazır olmayan əmlak necə icarəyə veril ə bilər. Müqavilədə qeyri-yaşayış sahəsinin hotel kimi icarəyə verildiyi göstərilmişdir. Lakin həmin vaxt hotel mövcud olmamışdır.”
58. İşə baxan Apellyasiya Məhkəməsi cavabdehin ziddiyyətli izahatlarını yuxarıda sadalanan digər sübutlarla birgə dəyərləndirməmiş, əqdlərin əhəmiyyətsiz əqd olması və heç bir hüquqi nəticə yaratmaması ilə bağlı normaların tətbiqi imkanlarını yoxlamamışdır.
59. Məhkəmə kollegiyası yuxarıda şərh edilən dəyərləndirmədən çıxış edərək hesab edir ki, Apelyasiya Məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Hər iki tərəfin şikayəti qətnamənin ləğvinə yönəldiyindən şikayətlər qismən təmin olunaraq qətnamənin ləğv edilməklə mülki iş yeni məhkəmə baxışına göndərilməlidir.
60. İşə yenidən baxılarkən tərəflər arasında b ağlanmış müqavilələrin əhəmiyyətsizliyi ilə bağlı yuxarıda şərh edilən hallarla bağlı araşdırma aparmaqla onun nəticəsində asılı olaraq hansı tərəfin irəli sürdüyü tələbin əsaslılığı yoxlanmalıdır.
61. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı “xxxx” MMC-nin və Cavabdeh1 kassasiya şikayətləri qismən təmin edilsin. İddiaçı MMC-nin Cavabdeh1 ilə bağlanmış 02.06.2017-ci il (qeyri notarial), 04.06.2017-ci il və xxx-ci il tarixli (notarial) müqavilələrin ləğv edilməsi və.s.tələbləri, Cavabdeh1 iddiaçı MMC-ə qarşı pul və.s. tələblərinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3865/2020 nömrəli iş üzrə xxxci il tarixli qətnaməsi ləğv edilsin. Mülk i iş yenidən baxılması üçün apelyasiya icraatına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.