Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2206/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkili Qulamov Ağazahid Şirzad oğlunun, ilkin iddia üzrə Cavabdeh qızının vəkili Əlixanov Elgün İsa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qızına qarşı əmlakın evdən çıxarılaraq evin boşaldılması ( qarşılıqlı iddia: azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması) tələbinə dai r mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)2244/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və vəkili Qulamov Ağazahid Şirzad oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(027)-473/2019 saylı saylı qətnaməsi ilə (hаkim X.Q.Tağıyev) İddiaçı Cavabdeh qızına qarşı əmlakın evdən çıxarılaraq evin boşaldılması tələbinə dair ilkin iddiası təmin edilərək Cavabdeh məxsus soyuducu, qaz sobası, elektrik sobaları, paltaryuyan maşın, mikrodalğalı soba, ayaqqabı yığan, şkaf, xalçalar, kovrolit, soba, odeyal, servant, çaynik, çaşka, rumka, sac, gecə işığı, vaz dəsti, tefal qazanlar və tavalar, qəfədanlar, samovar, hamam tazları, stol və s tullar, paltar yığan rəflər, yazı stolu, servant, divan-kreslo, taxt, yorğan, döşək, yastıq, trümo, iki ədəd tumba, şifoner, pərdə, tül, çilçıraqlar, plastmas stol, krovat-divan, pokrıval dəstləri, yorğan ağları, tozsoran, odeyallar, ətçəkən maşın, 15 karobka qab-qacaq, vedrələr, tazlar, qazanlar, su filterli tozsoran, vazlar, şirəçəkən, göy güllü sintefon yorğan dəsti, 2 ədəd yun yorğan, 2 ədəd böyük və 2 ədəd kiçik sintefon yastıq, 4 ədəd balaca nalça, 2 ədəd yastıq, 1 ədəd pastel, 3 ədəd çaynik, 12 ədəd armudu stəkan, balaca korobkada xrustal stəkan, 2 ədəd xrustal konfet qabı, 1 korobka xrustal stəkan, 3 ədəd güldan, 2 ədəd şərbət qabı, qara güllü yemək servizi, çay servizi qara güllü, 2 ədəd bohema qabı, 6 ədəd fujer, sarı zərli 1 ədəd dolça və 6 ədəd fujer, 2 ədəd sadə çay dəsti, ağ rəngdə tefal çaynikin İddiaçı məxsus Quba şəhəri, SMU-30-da yerləşən yaşayış evindən çıxarılması, Həsənova (Rəhimova) Aynur Tofiq qızının İddiaçı qarşı azyaşlı uşaqları ilə birlikdə evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2244/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov, A.Ə.Abbasov) ilkin iddia üzrə Cavabdeh qızının apelyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 2(027)473/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, X.X.X. qızının uşaqları-X. 2008-ci il t əvəllüdlü X9 və X. 2011-ci il təvəllüdlü X11 ilə birlikdə 20 mart 1981-ci il tarixli, 12 nömrəli xüsusi orderə əsasən İddiaçı verilmiş X. ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri, İddiaçı Cavabdeh qızına qarşı əmlakın evdən çıxarılaraq evin boşaldılması tələbinə dair ilkin iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus soyuducu, qaz sobası, elektrik sobaları, paltaryuyan maşın, mikrodalğalı soba, ayaqqabı yığan, şkaf, xalçalar, kovrolit, soba, odeyal, servant, çaynik, çaşka, rumka, sac, gecə işığı, vaz dəsti, tefal qazanlar və tavalar, qəfədanlar, samovar, hamam tazları, stol və stullar, paltar yığan rəflər, yazı stolu, servant, divan-kreslo, taxt, y orğan, döşək, yastıq, trümo, iki ədəd tumba, şifoner, pərdə, tül, çilçıraqlar, plastmas stol, krovat-divan, pokrıval dəstləri, yorğan ağları, tozsoran, odeyallar, ətçəkən maşın, 15 karobka qab-qacaq, vedrələr, tazlar, qazanlar, su filterli tozsoran, vazlar, şirəçəkən, göy güllü sintefon yorğan dəsti, 2 ədəd yun yorğan, 2 ədəd böyük və 2 ədəd kiçik sintefon yastıq, 4 ədəd balaca nalça, 2 ədəd yastıq, 1 ədəd pastel, 3 ədəd çaynik, 12 ədəd armudu stəkan, balaca korobkada xrustal stəkan, 2 ədəd xrustal konfet qabı, 1 korobka xrustal stəkan, 3 ədəd güldan, 2 ədəd şərbət qabı, qara güllü yemək servizi, çay servizi qara güllü, 2 ədəd bohema qabı, 6 ədəd fujer, sarı zərli 1 ədəd dolça və 6 ədəd fujer, 2 ədəd sadə çay dəsti, ağ rəngdə tefal çaynikin ona məxsus Quba şəhəri, SMU-30-da yerləşən yaşayı ş evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, oğlu X5 2007-ci il avqustun 10-daCavabdehqızı ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş, birgə nikahlarından 21.07.2008-ci ildə Ləman və 18.02.2011-ci ildə Rəvan adlı uşaqları anadan olmuşdur. Cavabdehlə oğlunun ailə münasibətləri tamamilə pozulduğundan Quba Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli, 2(027)-6019/2016 saylı qətnaməsi ilə aralarında olan nikahları pozulmuşdur. Cavabdeh iki ildən artıqdır valideynlərinin evində yaşadığı halda gəlin gələrkən özü ilə gətirdiyi cehiz əmlakları hələ də ona məxsus yaşayış evindədir. Həmin yaşayış evi darısqal olduğundan cavabdehə məxsus əmlaklar evdə sıxlıq yaradır və o, öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. O, evini təmi r etdirə bilmir, cavabdehin əmlakları buna maneçilik yaradır. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 21 iyul 2008- ci il təvəllüdlü X9 və 18 fevral 2011-ci il təvəllüdlü X11 ilə birlikdə X. ünvanında yerləşən İddiaçı məxsus mənzilə köçürülməyi və həmin mənzildən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 10.08.2007ci il tarixdə İddiaçı oğlu Altay Rəhimovla ailə qurub İddiaçı məxsus X. ünvanında yerləşən mənzilə gəlin köçmüş və cehiz əşyalarını da həmin mənzilə gətirmişdir. X5 ilə birgə nikahlarından X. 2008-ci il tarixdə X9 və X.2011-ci il tarixdə X11 anadan olmuşlar. Altay Rəhimovla bir ailə kimi yaşaya bilmədiyindən aralarında olan nikah Quba Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli, 2(027)-6019/ 2016 saylı qətnaməsi ilə pozulmuşdur. Bundan sonra gəlin köçdüyü evdə yaşayış üçün heç bir şərait, yəni kommunal şərait olmadığından, uşaqları azyaşlı olduğundan uşaqları da götürərək müvəqqəti olaraq valideynlərinin evinə getmişdir. Lakin valideynlərinin yaşadığı ev bir mərtəbəli, iki otaqlı olduğundan, orada ondan başqa qardaşı da yaşadığından, yaşamaq üçün darısqal olduğundan, o, bir müddət sonra Quba şəhərində kirayə ev tutaraq orada yaşamağa başlamışdır. Onun gəlin köçüb yaşadığı mənzili İddiaçı 20.03.1981-ci ildə müqavilə ilə almışdır. Onun uşaqları ilə birlikdə yaşamağa başqa yeri yoxdur, cehiz əşyaları da mübahisəli mənzildədir. X15 və İddiaçı arasında hüquq münasibəti onun gəlin köçdüyü 10.08.2007-ci il tarixdə yaranmışdır. O, dövlət mənzil fonduna aid olan mübahisəli mənzilin i carədarı İddiaçı razılığı ilə mənzilə köçmüş, orada ailə üzvü kimi yaşamış, övladları da həmin mənzildə doğulmuş, buna görə də mənzildən istifadə hüququ əldə etmişdir.İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib ilkin iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə İddiaçı və vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası xidməti mənzillərlə bağlı maddi hüquq normalarına istinad etsə də, faktiki olaraq onları düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və vəkili Qulamov Ağazahid Şirzad oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrəCavabdehqızının vəkili Əlixanov Elgün İsa oğlu kassasiya şikayətinin dəlill ərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrəCavabdehqızı üzrlü səbəb olmadan iştirak etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə İddiaçı, vəkili Qulamov Ağazahid Şirzad oğlunun, ilkin iddia üzrə Cavabdeh qızının vəkili Əlixanov Elgün İsa oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi ki mi qiymətləndirilməməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli, 2(027)-6019/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, iddiaçı X5 ilə Cavabdeh arasında Quba rayonu Qeydiyyat şöbəsində 10 avqust 2007-ci il tarixdə bağlanmış akt qeydləri kitabında 236 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, X. 2008-ci il təvəllüdlü X6 və X. 2011-ci il təvəllüdlü X1 və tərbiyə olunması üçün anası Cavabdeh yanında saxlanılması qət edilmişdir. İşdə olan müqavilənin surətindən görünür ki, 20 mart 1981-ci il tarixli, 12 nömrəli xüsusi orderə əsasən İddiaçı verilmiş X. ünvanında yerləşən mənzilinə dair 30 saylı TəmirQuraşdırma Tresti ilə İddiaçı Şıxlətif oğlu arasında xidməti yaşayış s ahəsinin icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 08.10.2018-ci il tarixli, 3034 saylı arayışdan görünür ki, Rəhimov X4 şəhəri, SMU-30 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın Quba Mənzil İstismar Sahəsinin 28 mart 2019-cu il tarixli məktubundan görünür ki, Quba şəhəri, SMU-30 ünvanında yaşayan X7 qayınatası İddiaçı yaşadığı Quba şəhəri, SMU-30 ünvanındakı bina ünvan 3 İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Quba şəhəri, SMU-30 ünvanında yerləşən yaşayış sahəsi 20 mart 1981-ci il tarixli, 12 nömrəli xüsusi orderə əsasən xidməti yaşayış sahəsi kimi İddiaçı verilmiş və onunla xidməti yaşayış sahəsinin icarə müqaviləsi bağlanmış, X. qızı 10 avqust 2007-ci il tar ixdə İddiaçı oğlu A.Rəhimovla rəsmi nikaha daxil olaraq ailə qurmuş, mübahisəli mənzilə köçmüş, özünə məxsus cehiz əmlakını da həmin mənzilə gətirmişdir. Quba şəhəri, SMU-30 ünvanında yerləşən mübahisəli mənzil özəlləşdirilməmiş, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsini tətbiq edərək Cavabdeh mübahisəli evə istifadə hüququ yaranmış olsa belə, həmin mənzildən könüllü olaraq başqa yerə köçüb getməsi və 2 ildən artıq müddətdə həmin evdə yaşamaması, evdən istifadə hüququnu itirməsi əsası ilə ilkin iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmişdir. Apelyasiya instansi yası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Belə ki, işin mübahisə edilməyən hallarından görünür ki, Quba şəhəri, SMU-30 ünvanında yerləşən yaşayış sahəsi 20 mart 1981-ci il tarixli, 12 nömrəli xüsusi orderə əsasən xidməti yaşayış sahəsi kimi İddiaçı verilmişdir, onun mülkiyyətində deyildir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən, mübahisəli mənzi l xidməti yaşayış sahəsi olduğundan hazırki mənzil hüquq münasibətlərinə həmin dövrədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. -103-cü maddəsinin 5-ci hissəsinə əsasən xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. -53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həmin maddənin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. -54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabə r surətdə istifadə etmək hüququ əldə edirlər. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ilkin iddia üzrəCavabdehqızı ilkin iddia üzrə iddiaçının oğlu X5 ilə 10 avqust 2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub mübahisəli mənzilə köçdüyündən, cehiz əmlakını da həmin mənzilə gətirdiyindən, orada 9 ildən artıq ailə üzvü kimi yaşadığından, mənzilə köçərkən tərəflər arasında hər hansı başqa razılaşma olmadığından mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrəCavabdehqızının mübahisəli mənzildən istifadə hüququnun yaranmasını müəyyən etsə də, başqa yerə köçüb getməsi və 2 ildən artıq müddətdə yaşamamasına görə mübahisəli mənzildən istifadə hüququnu itirməsi nəticəsinə gəlmişdir. Ha lbuki, iş üzrə ilkin iddia üzrəCavabdehqızının mübahisəli mənzildən istifadə hüququnu itirməsi ilə bağlı tələb irəli sürülməmişdir. X.qızının daimi yaşamaq üçün uşaqları ilə birlikdə başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasını təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, aralarında yaranmış münaqişə ilə əlaqədar ilk iddia üzrə Cavabdeh qızının uşaqları ilə birlikdə mübahisəli mənzildən getməsi və iki ilə yaxın müddətdə orada yaşamaması ilk iddianın təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsi nə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İşdən görünür ki, ilk iddia üzrə iddiaçının oğlu X5 ilə X.qızının nikahından iki uşağı vardır. Məhkəmə kollegiyasının hüquqi mövqeyinə görə həmin uşağın da ailədə valideyni birgə yaşamaq, ondan qayğı görmək hüquqları vardır. “Uşaq hüquqları haqqında” Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, X. 20 mart 1981-ci il tarixli, 12 nömrəli xüsusi orderə əsasən İddiaçı verilmiş Quba şəhəri, SMU-30 ünvanında yerləşən 8 saylı evin 1 saylı mənzilindən istifadə hüququ əldə etdiyindən, bu mənzildən istifadə hüququ tanınmalı və uşaqları-21 iyul 2008-ci il təvəllüdlü X9 və 18 fevral 2011-ci il təvəllüdlü X10 ilə birlikdə həmin mənzilə köçürülməli, ilkin iddia təmin edilməməlidir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən xidməti mənzillərlə bağlı maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmi n nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə ə sasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2244/2019 saylı, 08 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2206/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2206/2020
03.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver