Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2208/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (İşə bərpa tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1732/2024 nömrəli, 12 mart 20 24-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək kitabçasının surətinə əsasən xx.xx.1996-cı il tarixdə Gəncə Lokomotiv deposuna elektromaşın sexinə 1-ci dərəcə ilə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə 2-ci dərəcə, xx.xx.1997-ci il tarixdə 3-cü dərəcə, xx.xx.1998-ci il tarixdə 4-cü dərəcə, xx.xx.2000-ci il tarixdə 5-ci dərəcə, xx.xx.2002-ci il tarixdə 6-cı dərəcə verilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın və akkumlyator sexinə 1 ay sınaq müddəti ilə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu il tarixdə elektromaşın sexinə 6-cı dərəcə ilə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci il tarixdə elektromaşın və akkumlyator sexinə müvəqqəti olaraq usta vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə elektrik maşınları sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdə akkumlyator və elektrik maşınları təmiri sexinə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixdə elektromaşınların təmiri sexinə usta vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-nin Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərinin təmiri deposu elektrovozların təmiri sexinə usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2- ci hissəsinin “b” bəndinə əsasən onunl a bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
2. İddiaçı ilə "xxxx" QSC Lokomotivlərin təmiri departamenti ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı həmin tarixdən 1 il müddətinə usta vəzifəsinə işə qəbul edilmişdir. 3. xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposu Elektrovozların təmiri sexində usta vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" QSC-nin Lokomotivlərin Təmiri Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciə t edərək, "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentinin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi haqqında barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, 1992-ci ildən 1996-cı ilədək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1996-cı ildə atəşkəs elan olunduqdan sonra o, 1996-cı ilin oktyabr ayında qanunun tələblərinə uyğun olaraq, 706 saylı h/h-dən təxris olunaraq evə buraxılmışdır. 1996-cı ilin dekabr ayında keçmiş "xxxx" Gəncə Lokomotiv deposunda, indiki "xxxx" QSC-nin Lokomotivlərin təmiri Departamentində çilingər vəzifəsinə işə qəbul olunmuşdur. Bu vəzifədə 28 il qüsursuz olaraq işləmişdir. Bu illər ərzində çilingər vəzifəsində ən yüksək dərəcə olan 6-cı dərəcəyə qədər yüksəlmişdir. Sonra vəzifəsində yüksəliş olmaqla usta vəzifəsinə təyin olunmuşdur. Bütün bu illər ərzində o, öz vəzifəsini heç bir qüsur və nöqsan olmadan vicdanla və məsuliyyətlə icra etmişdir. İşlədiyi dövrdə işini layiqincə yerinə yetirmiş və işinə nöqsan gətirəcək heç bir hal baş verməmişdir. İşində olan uğurlara görə daima təqdirə layiq görülmüş işçilər arasında müsbət rəğbət qazanmışdır. Kadrlar şöbəsinin rəisi işçilərə bildirmişdir ki, cəmiyyətin adının dəyişdirilməsi və əmək haqqının artırılması üçün yenidən sənədlər işlənib hazırlanmalıdır. Bu səbəbdən də, bütün işçilərin ərizə yazması zəruridir. İşçilərdə müdriyyətin sözünə inanaraq onların tədqim etdiyi boş kağızlara imza etmişlər. Sonradan işçilərə məlum olmuşdur ki, rəhbərlik bu yolla onları aldadıb, onların müddətsiz əmək müqaviləsini ləğv edərək, əvəzində 1 illik müddətinə yeni müavilə bağlamışdır. Daha sonra isə 1 illik müqavilənin müddəti bitdikdən sonra, müqavilənin şərtlərinə uyğun olaraq işdən azad etmişdir. Bu yolla da öz məqsədinə qeyri-qanuni yolla nail olmuşdur. Faktiki olaraq onlara müdriyyət tərəfindən əmək müqaviləsinin ikinci nüsxəsi təqdim edilməmişdir. Bundan əlavə rəhbərlik onu işdən çıxardarkən əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, rəhbərlik ona işdən çıxarılması ilə əlaqədar 1 ay əvvəldən heç bir məlumat verməmiş və onun ünvanına heç bir rəsmi xəbərdarlıq göndərməmişdir. Rəhbərlik ona sonuncu iş günü, yəni xx.xx.2023-cü il tarixdə bildirmişdir ki, sabahdan işə gəlməsin, işdən azaddır. O, əmək qanunvericiliyinin tələblə ri pozularaq işdən çıxarıldığı üçün rəhbərliyə müraciət etmişdir ki, onu öz işinə bərpa etsin və ya mümkün olmadığı halda başqa işlə təmin etsin. Lakin rəhbərlik onu qanuni tələbinə heç bir məhəl qoymamış və işinə bərpa etməmişdir. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir.
6. Cavabdeh əsl cavabdeh "xxxx" QSC ilə əvəz edilmişdir.
7. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırılmışdır ki, İddiaçı ilə ADY-nin Gəncə Lokomotiv deposu arasında bağlanmış əmək müqaviləsinə əsasən o, 25 dekabr 1996-cı il tarixdə 1-ci dərəcə çilingər vəzifəsinə qəbul edilmişdir. Bundan sonra, 18 iyul 2022-ci il tarixdə iddiaçının öz ərizəsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndi ilə əmək müqav iləsinə xitam verilmişdir. Daha sonra, iddiaçı ilə 19 iyul 2022-ci il tarixli 279 nömrəli yeni əmək müqaviləsi bağlanmış, o, yeni yaradılmış Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposunun elektrovozların təmiri sexində usta vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən yəni, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək bağlanmışdır. İddiaçı müddətli əmək müqaviləsi bağlamağa onun razılığı olmadığını iddia etsə də, faktiki olaraq əmək müqaviləsi bağlanarkən müddətli olması barədə məlumatı olmuş, öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. İddiaçı ilə bağlan mış əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyi üçün sözügedən əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-4817/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nail Abbasov ) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əsasən, iddiaçı ilə "xxxx" QSC arasında xx.xx.2022-ci il tarixdən 19 iyul 2023-cü il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmışdır. Əmək qanunvericiliyinin tələbindən göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda həmin əmək müqaviləsinə xitam verilir. Əgər əmək münasibətləri davam etdirilirsə və bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə müqavilə həmin müddətə uzadılmış hesab olunur.
10. Məhkəmə qeyd etmişdir ki, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır.
11. Məhkəmə hesab etmişdir ki, "xxxx" QSC tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə xx.xx.2023-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Bu səbəbdən də iddia təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11.1, 45.1, 68.2, 73.1, 73.2, 146-cı maddələrinə, Azərbayca n Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 89.1, 106.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, rayon məhkəməsi işə baxarkən birtərəfli mövqe tutaraq, onun işdən qanunsuz çıxarılmasına hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələn qətnamə qəbul edilmişdir,
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1732/2024 nömrəli, 12 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və mə ruzəçi), Kamran Əkbərov və Elşən Kazımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Nəsimi Rayon Məhkəməsinin 2(006)-4817/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsi, cavabdeh "xxxx" QSCnin 19 iyul 2023-cü il tarixli, 13-1-16/3-10-1493/2023 nömrəli əmrinin ləğv olunması, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı (digər ödənişlərlə birlikdə) ödənilməklə, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilməli olan (100+50=150) 150 manat dövlət rüsumunun isə "xxxx" QSC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
16. Apellyasiya insta nsiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, rayon məhkəməsi hazırki iş üzrə işin faktiki hallarına, əmək münasibətlərinin xarakterinə yetərincə qiymət verməmiş, maddi hüquq normalarının təfsirində səhvə yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir.
17. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 1996-cı ildən müddətsiz əmək müqaviləsi ilə eyni müəssisədə, eyni xarakterdə iş gördüyü halda, məhz “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi bir il müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabat an bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanması daha inandırıcı görünür.
18. Hazırkı işin faktiki hallarından məlum olur ki, iddiaçı 1996-ci ildən 2022-ci ilə qədər fasiləsiz olaraq eyni müəssisədə, eyni yerdə, eyni işi gördüyündən və iddiaçının gördüyü işin xarakteri Əmək Məcələsinin 47-ci maddəsində sadalanan hallara aid olmadığından, onunla müddətli əmək müqaviləsinin bağlanması iddiaçının iradəsinə uyğun olmamaqla qanunvericiliyin tələblərinə zidd olmuşdur.
19. İddiaçı bildirir ki, o, digərləri ilə birlikdə əmək haqqının az olmasına görə sosial şəbəkələrdə etiraz bildirmiş, bundan dərhal sonra onu, müqavilə müddətinin bitməsi bəhanəsi ilə işdən azad etmişlər.
20. Bu baxımdan, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bənd inin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında təsbit olunmuş hüquqi mövqe də hazırkı işin faktiki halları baxımından olduqca əhəmiyyətlidir. Həmin Qərarda xüsusi olaraq vurğulanmışdır ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır.
21. Bundan başqa, cavabdeh tər əf şikayətə etirazının əsası kimi göstərmiş olduğu “iddiaçının müxtəlif müəssisələrdə (departamentlərdə) çalışması”na və “həmin departamentlərin işəgötürənlərinin fərqli olması” dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdehin bu dəlili hazırkı halda əsaslı sayıla bilməz. Ona görə ki, cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC-nin zamanın tələblərinə müvafiq, daxilində struktur dəyişikliklərinin həyata keçirilməsi, müxtəlif idarə və bölmələrin birləşdirilməsi və ya ayrılması, onların tabelilik qaydasının dəyişdirilməsi, müxtəlif idarə və departament adlarının müasirləşdirilərək yenilənməsi və sair kimi inzibati-təşkilati məsələlər, heç bir vəchlə, uzun müddət və fasiləsiz olaraq eyni işi yerinə yetirən işçinin əmək hüquqlarının məhdudlaşdırılması, eləcə də işçi ilə müddətli müqavilən in bağlanması üçün əsas deyildir.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1, 3, 4-cü hissələrinə, 47-ci maddəsinə, 59-cu maddəsinin 1, 2-ci hissələrinə, 68-ci maddənin 1-ci hissəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 74-cü maddənin 2-ci hissəsinə, 296-cı maddəsinin 2, 3-cü hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1732/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş edirik.
24. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ADY-nin Yük daşımaları departamentində usta vəzifəsində çalışarkən əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə ilə işəgötürənə müraciət etmiş və onun ərizəsinə əsasən əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Daha sonra, iddiaçı ilə ADY-nin Lokomotivlərin təmiri departamenti arasında xx.xx.2022-ci il tarixli 279 nömrəli əmək müqaviləsi bağlanılmış, o, Lokomotivlərin təmiri departamentinin Gəncə lokomotivlərin təmiri deposunun elektrovozların təmiri sexində usta vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən yəni, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən 1 (bir) il müddətinə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixi nədək bağlanmışdır. İddiaçı müddətli əmək müqaviləsi bağlamağa onun razılığı olmadığını iddia etsə də, faktiki olaraq əmək müqaviləsi bağlanarkən müddətli olması barədə məlumatı olmuş, öz iradəsi ilə qəbul edərək əmək müqaviləsini imzalamışdır. Lakin qətnamədə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırkı halda mövcud olmamışdır, çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. Hesab edirik ki, məhkəmənin belə yanaşması tamamilə əsassızdır. İddiaçı tərəfindən qarşılıqlı razılığının olmaması fikrini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 300-cü maddəsində göstərilən əsaslar, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı mövcud deyildir və qanunvericiliy in tələblərinə ciddi şəkildə əməl olunmuşdur. Lakin sadalanan xüsusatlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Məhkəmə tərəflərin münasibətlərinin həqiqi xarakterini və işəgötürənin əsl niyyətini müəyyən edərkən nəzərə almamışdır ki, əvvəl iddiaçı öz ərizəsi ilə işdən azad olunmuşdur. Nəzərə almaq lazımdır ki, müddətli əmək müqaviləsinin bağlanmasına səbəb işəgötürənin ona qarşı qərəzli münasibəti və ya onu 1 il sonra işdən çıxarma niyyəti olsa idi, iddiaçı işdən azad olunduqdan sonra işəgötürən onunla yeni əmək müqaviləsi bağlamazdı.
25. Apelyasiya instansiyası məhkəməsi nədənsə qanunvericiliyin normalarına diqqət yetirməmi şdir. İddiaçı ilə cavabdeh arasında bağlanılan əmək müqaviləsinin bu cür bağlanmasına hər hansı tərəfin məcbur edilməsi faktı öz təsdiqini tapmamışdır. Sərbəst şəkildə bağlanılan əmək müqaviləsi bağlanılan zaman işçi tərəfindən mübahisələndirilməmiş, hətta işçi tərəfindən müqavilənin hər hansı bəndlə bağlı narazı olması barədə heç bir müraciət belə daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyindən belə çıxır ki, guya iddiaçı bu cür müqavilənin bağlanmasına cavabdeh tərəfindən məcbur edilmiş, lakin bu barədə heç bir sübuta istinad olunmamış, başqa sözlə, qətnamə bu hissədə əsaslandırılmamışdır. Cavabdeh əmək müqaviləsini bağlayarkən əmək müqaviləsinin məzmunu və quruluşunu əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə tərtib etmişdir. Hər bir halda xx.xx.2022-ci ildə bağlanılan əmək müqaviləsinə 20 aydan sonra hüquqi qiymət vermək qanunvericliyin tələblərinə ziddir.
26. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlara lazımi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan iddiaçının yazdığı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəyə diqqət yetirildikdə məlum olur ki, hazır şablon ərizə formasıdır, boş xanalar iddiaçının özü tərəfindən doldurulmuş və sonda özü tərəfindən imzalanmışdır. Ərizənin yuxarı hissəsində başlıqda “əmək müqaviləsinin ləğv edilməsi barədə ərizə” qeyd edilmişdir. Yəni, ən azından iddiaçı bu başlıq hissəsini görmüş və ərizənin nə barədə olduğu həmin an ona məlum olmuşdur. Eyni zamanda, iddiaçı ilə sonradan bağlanılmış xx.xx.2022-ci il tarixli 279 nömrəli əmək müqaviləsinə diqqət edildikdə məlum olur ki, iddiaçı əmək müqavilə si ilə tanış olmuş, müddətli bağlanılması barədə məlumatlanmış, qarşılıqlı razılıq əsasında ilk və sonuncu vərəqləri imzalayaraq öz ad və soyadını qeyd etmişdir. Yəni, iddiaçının boş vərəqlərə imza atmışam fikri absurddur, öz təsdiqini tapmır. Həmin vərəqlərin boş olması və iddiaçı tərəfindən imza atıldıqdan sonra hazırlanması qeyri mümkündür. Lakin məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan bu hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərəfindən sübutların tam və hərtərəfli dəyərləndirilmədiyini hesab edirlər.
27. Kassator şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 43, 47-ci maddənin f bəndinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək, kassasiya şikayətinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
29. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.[68]
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqav iləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
30. Maddə 47 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiyada) Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəb ildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f ) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
31. Maddə 68
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:... c) əmək müqaviləsinin müddətinin qurtarması;...
32. Maddə 73(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya).
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münas ibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
33. Maddə 74
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutul muş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.
34. Maddə 296(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya)
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
35. Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarı.
36. Müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən tərəflərin münasibətlərinin həqiqi xarakteri müəyyən edilməli, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət edilməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin halları və tərəflərin dəlilləri hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əh əmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olu nmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əs asən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 mart 2024-cü il tarixli 2(103)1732/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.