Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2209/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ İş № 2(102)-2209/22 (Açar sözlər: əldən çıxmış fayda və mənəvi zərər) Bakı şəhəri, 18 may 2022-ci il Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyət i üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* saylı, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olur ki, ünvan 1 ünvanda yerləşən 459,5 m2 olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
3. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1993-cü ildə Zəngilan rayonundan qaçqın düşdükdən sonra ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində məskunlaşmışlar. Həmin qeyri-yaşayış sahəsində onlardan başqa 8 ailə məskunlaşmışdır. Həmin qeyri-yaşayış evinin bir tərəfində indiyədək fəaliyyət göstərən poçt vardır. 1998-ci ildə İddiaçı atası X2 məcburi köçkünlərin yaşadığı qeyri-yaşayış sahəsini özəlləşdirmiş, sonradan həmin əmla k bölünərək yarısı İddiaçı İbrahim oğlunun, yarısı isə onun bacısının payına düşmüşdür.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-2251/2019 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmaları və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq İddiaçı verilməsi, qətnamənin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsas olması qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.
5. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədinə xitam verilmişdir. Həmin qərara əsasən, icra sənədinin təmin etmək məqsədi lə xx.xx.2020-ci il tarixə, saat 11:00-a icra təyin edilmiş, borclular özlərinə məxsus şəxsi geyim əşyalarını, qızıl-zinət əşyalarını, qiymətli kağızlarını götürərək qeyri-yaşayış sahəsindən çıxarılmış, onlara məxsus digər məişət xarakterli əşyalar yəni stol, stul, mebel, divan və sair əşyalar qeyri-yaşayış sahəsinin giriş qapısının açarı dəyişdirilməklə tələbkarın etibarnamə üzrə nümayəndəsinə AR CM-in 303-cü maddəsinin tələbləri izah olunmaqla təhvil verilmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir.
6. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nəsimi İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/1739 nömrəli məktuba ə sasən, komissiya tərəfindən aparılan araşdırılma ilə Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmişdir. Bildirilmişdir ki, AR Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir.
7. İddiaçı məhkəmə qətnaməsinin icrasından sonra mülkiyyət hüquq larının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən yenidən pozulduğunu bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əvvəlcə iddia ərizəsi, sonra isə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əldən çıxmış fayda olaraq 64.000 manat, cavabdehlər ona məxsus qeyri-yaşayış sahəsini tərk edənədək hər ay üçün 1000 manat pulun, 50.000 manat mənəvi ziyanın, 500 manat hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlər məcburi köçkündür. Onlar uzun illərdir iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə cavabdehlər oradan çıxarılsalar da, sonradan qıfılları sındıraraq, yenidən həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmişlər. Həmçinin, icra mərhələsində münaqişəyə son qoyulması üçün cavabdehlərə 5000 manat pul da verilmişdir. Polisə qanunsuz zəbtlə bağlı şikayət olunsa da, heç bir nəticə verməmişdir. Cavabdeh1 arvadı və qızının adına mənzillər olduğuna görə AR Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara əsasən, cavabdehlərə mənzil verilməyəcəyini bildirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyətindəki qeyri-yaşayış sahəsini icarə verə biləcəyi halda, verə bilməmiş, nəticədə xeyli miqdarda gəlirdən məhrum olmuş, həmçinin, həmin hərəkətlər nəticəsində mənəvi sarsıntı keçirmişdir.
10. Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia rədd edilmişdir.
11. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, yaşadıqları yerdə şərait yaxşı olmadığına görə Cavabdeh2 2016-cı ildə "xxxx" MTK-dan ipotekaya ev götürmüşdür. Ödənişləri vaxtı-vaxtında ödəyə bilmədiyinə görə ev əlindən alınmış, evin satışdan 10.000 manat pul verilmişdir.
12. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia tələbində cavabdehlərin onlara məxsus evlərinin olmasına baxmayaraq, onun mülkiyyətində olan qeyri-yaşayış evindən çıxmamaqla ona maddi və mənəvi ziyan vurulduğunu iddia etsə də, məhkəməyə onların adına hər-hansı bir, ən azı onların qeyri-yaşayış evindən çıxarıldığı anda yaşayış sahəsinin qeydə alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.
13. Məhkəmənin cavabdehlərin yaşayış sahəsi ilə təmin olunub-olunmaması və ya hansı əsaslarla təmin olunmadıqları ilə bağlı sorğusu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən cavabsız qalmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin 22 yanvar 2021-ci il tarixli №**********33 saylı məktubunda bildirilmişdir ki, cavabdehlərin adına hər hansı bir daşınmaz əmlak aşkar olunmamışdır. Be lə olan halda, məhkəmə hesab etmişdir ki, cavabdehlər məcburi köçkün kimi məskunlaşdığı qeyri-yaşayış sahəsi üçün iddiaçı tərəfindən tələb olunan maddi və mənəvi zərərə görə məsuliyyət daşımır.
14. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 157.4-cü maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
15. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin nədən ibarət olmasını anlamamışdır. 1 ildən çox məhkəmə prosesi davam etsə də, birinci instansiya məhkəməsi ədalətli araşdırma aparmadan, cavabdehlərə bəraət qazandırmaql a, sübutları düzgün dəyərləndirmədən qətnamə qəbul etmişdir. İddia tələbinin əsası kimi Avropa Məhkəməsinin 10-dan çox qərarına istinad olunmuşdur. Həmin qərarlardan da görünür ki, məcburi köçkünün çıxarılmamasına görə əldən çıxmış fayda tutulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-845/2021 nömrəli, 26 aprel 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir s übut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur.
19. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 200 8-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir.
20. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi dəfələrlə bildirmişdir ki, cavabdehlərə yaşayış sahəsi verilməyəcəkdir. Bununla bağlı, qafqazinfo.az xəbər saytınd a da xəbər dərc olunmuşdur. Məhkəmə isə, sorğuya cavab verilməməsini əsas gətirərək iddia tələbini rədd etmişdir. Cavabdehlərin yaşayış sahəsi ilə təmin edilib-edilməməsi iddiaçının problemi deyil. Heç bir qanunvericilik aktında qeyd edilməyib ki, məcburi köçkünlərin çıxarılmaları barədə qətnamə icra edilərkən mütləq məcburi köçkünə yaşayış sahəsi verilməlidir və bu mülkiyyətçinin problemidir. Cavabdehlər yalan deyərək, ipotekaya götürdükləri mənzili 10.000 manata satdıqlarını bildirsələr də, bu yalandır. Belə ki, mənzil 53.500 manata satılmışdır. Həmin məbləğin 10.000 manatı alıcı tərəfindən birbaşa, 43.500 manat isə bank tərəfindən cavabdehlərə ödənilmişdir.
22. Kassasiya şikayətində Mülki Məcəllənin 21.2, 152.1, Mülki Prosessual Məcəllənin 82.3, 88, 372.1, 372.7, 385.1, 389, 390-cı madd ələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: «İnsan hüquqları və əsas Konvensiyasının 1 saylı protokolu: azadlıqlarının müdafiəsi haqqında» Avropa
24. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən ist ifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyası:
25. Maddə 13, hissə
1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29, hissə 1 və
2. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
32. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna v urulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
36. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
37. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur.
38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
39. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
45. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə bütövlükdə tam yoxlanılır.
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
48. Belə ki, iddianın rədd edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21, 152.1 və 157.4-cü, apellyasiya məhkəməsi isə həmin Məcəllənin 21, 1096 və 1097-ci maddələrinə istinad etmişlər.
49. Bununla belə məhkəmələr iddia tələbinin qanuni əsası kimi həmin normaların dispozisiya şərtləri ilə tərəflərin bildirdiyi və işin müəyyən edilmiş faktiki halları arasında uyğunluğuna (uyğunsuzluğuna) dair hüquqi dəyərləndirmə aparmamışlar.
50. Halbuki, hər ha nsı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
51. Məlum olduğu kimi, MM-in 157-ci maddəsi mülkiyyətin müdafiəsi ilə bağlı məsələləri tənzimləyən normadır: mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, eyni zamanda mülkiyyətə qəsd və ya başqa maneələr törədildikdə, o, qəsd edəndən bu hərək ətlərə son qoymağı tələb edə bilər (§ 30-31).
52. Göründüyü kimi, bu normalar əşyadan məhrum olan və ya ondan istifadə edə bilməyən mülkiyyətçinin əşyanın geri qaytarılması və manelərin aradan qaldırılması haqqında tələblərinin qanuni əsaslarıdır. Hazırkı işdə bu məzmunda tələblər irəli sürülməmişdir.
53. İddiaçı, xüsusi mülkiyyətində olan daşınmaz əşyanın bir hissəsinin cavabdehlərin qanunsuz sahibliyində saxlanılması nəticəsində əldən çıxmış faydanı və mənəvi zərərin əvəzini tələb edir.
54. Qanunverici, mülkiyyətçinin əşyanın onun sahibliyində olmadığı müddətdə əldən çıxmış faydanı əsassız varlanmış qanunsuz sahibdən tələb etmək hüququnu ayrıca normalarla tənzimləmişdir.
55. Əşya üzərində hüquqa malik olan şəxsin tələbi ilə qanunsuz sahibin əşyanın onda olduğu vaxt ərzində götürdüyü və y a götürməli olduğu bütün gəlirləri qaytarmaq və ya əvəzini ödəmək, əşyanın onda olması ilə bağlı yaranan zərərlərin əvəzini ödəmək vəzifəsi Mülki Məcəllənin 157.5-ci maddəsində açıqca göstərilmişdir. Bu norma, əsassız varlanma ilə bağlı qaydalarla əlaqəli şəkildə vicdansız sahibə qarşı tələb hüquqlarını tənzimləyir. Təsadüfi deyil ki, MM-in 1092.1.1-ci maddəsi həmin Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydanı varlanmış şəxsin qaytarma vəzifələrindən biri kimi müəyyən edir (§ 32, 39). Mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulan mənəvi zərərin əvəzi isə MM-in 1097.1-ci maddəsinə əsasən tələb edilə bilər (§ 33-35).
56. Buna baxmayaraq, işə mahiyyəti üzrə baxan məhkəmələr iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.5-ci, 1092.1-ci maddələrini müzakirə etməmiş, işin halları ilə həmin normalar arasındakı əlaqəyə dair bir təhlil aparmamışlar.
57. Məhkəmələr iddianı o əsasla rədd etmişlər ki, cavabdehlərin iddiaçıya məxsus sahədən çıxarılmaları haqqında məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Nəsimi rayon İcra və probasiya şıbəsinə göndərilmiş, icra tədbirləri zamanı cavabdehlər mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmışlar. Lakin cavabdehlər yaşamağa yerləri olmadığına görə yenidən məcburiyyət qarşısında həmin mübahisəli qeyri-yaşayış sahəsinə girmişlər və hal hazırda da həmin sahədə yaşamaqdadırlar. İddiaçı onların adına hər-hansı bir, ən azı onların qeyri yaşayış evindən çıxarıldığı anda yaşayış sahəsinin qeydə alınması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. C avabdehlər iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarıldığı zaman Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışlar.
58. Halbuki, şəxsin əşyaya sahibliyinin qanuni hesab edilməsi, mülkiyyətçinin hüquqlarının isə məhdudlaşdırılmlasının əsasları kimi göstərilən hallar mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Başqa sözlə, cavabdehlərin məcburi köçkün olmaları və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunmamaları mülkiyyətçinin hüquqlarının müdafiə edilməməsi, habelə onun əsassız varlanmaya söykənən tələblərinin rədd edilməsi üçün əsas ola bilməz.
59. Əks yanaşma «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, Azərb aycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 152 və 157-ci maddələri ilə təminat altına alınan və qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olardı.
60. Mülkiyyətçiyə məxsus əşyaya məcburi köçkünlərin sahiblik etməsi nəticəsində əldən çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı Avropa Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqelər vardır. Məsələn, Gülməmmədova Azərbaycana qarşı xx.xx.2010-cu il tarixli qərarın 55-ci bəndində qeyd olunmuşdur ki, “tələbin itirilmiş icarə haqlarına aid olan hissəsinə gəldikdə, Məhkəmə hesab edir ki, tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbiyyət əlaqəsi var və yəqin ki, ərizəçi mənzil üzərində nəzarəti itirməsi nəticəsində maddi ziyana məruz qalıb.Məhkəmə tərəflərin a rqumentlərini araşdıraraq və ədalət prinsipi əsasında qərar çıxararaq hesab edir ki, ziyanın hesablanması üçün Hökumətin təklif etdiyi baza qiyməti ağlabatandır və itirilmiş icarə haqlarına görə ərizəçiyə 11.042 avro təyin edir...”.
61. Kollegiya vurğulayır ki, işin düzgün hüquqi həlli üçün hazırkı mübahisənin aşağıdakı xüsusi halları da nəzərə alınmalıdır.
62. Əvvəla, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/1739 nömrəli məktuba əsasən, Cavabdeh2 mülkiyyətində Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən, X1 mülkiyyətində isə Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsində yerləşən ayrıca yaşayış sahələrinin olması aşkar edilmiş, Həmin qurum Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli Qərarı ilə təsdiq edilmiş məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.11.2-ci bəndinə əsasən, bildirmişdir ki, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən, ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (şəhid ailələri istisna olmaqla) yeni yaşayış sahəsi verilmir.
63. Eyni zamanda, cavabdehlər özləri də mənzil almaq üçün onlara müvafiq güzəştli imkan yaradıldığını, bu çərçivədə bəzi müqavilələrin bağlandığını, ödənişlər edildiyini təsdiq etmişlər, lakin əşyanın dəyərini tam ödəyə bilmədikləri üçün nəticə etibarilə mənzil mülkiyyətçisi olmadıqlarını bildirmişlər.
64. İkincisi, cavabdehlərin iddiaçıya məxsus sahədə qanunsuz yaşadıqları, bununla da iddi açının mülkiyyət hüququnun pozulduğu məhkəmə qərarı ilə təsbit edilmiş, onların iddiaçıya məxsus qeyri-yaşayış sahəsindən çıxarılmaları qət olunmuş və qətnamə qanuni qüvvəsini almışdır (§ 4).
65. Üstəlik qətnamə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya şöbəsi tərəfindən icra edilərək cavabdehlərin oradan çıxarılmasına və qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə qərarı icra olunduqdan sonra yenidən hüquqi əsas olmadan həmin sahəyə daxil olmuşlar və orada yaşayırlar.
66. Göründüyü kimi, iddiaçı hətta məhkəmə qərarı icra edildikdən sonra da cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində öz əmlakından və onu iqtisadi dövriyyədə dəyərləndirmək imkanından məhrum olmuşdur.
67. Üçüncüsü, iddiaçı, əldən çıxmış faydasına dair məhkəməyə müəyyən məlumat və sübutlar təqdim edərək bildirmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin bir hissəsini icarəyə vermiş, bu barədə müvafiq icra haqqı göstərilən müqavilə bağlamışdır. Cavabdehlərin qanunsuz olaraq öz sahibliklərində saxladığı sahədən isə eyni qaydada yararlanmaq imkanından məhrumdur.
68. Bütün bu hallara baxmayaraq, iddianın məhkəmələrin göstərdikləri səbəblə (§57) təmin olunmaması, mülki dövriyyədə özbaşınalığın qadağan edilməsi (MM, m.164), mülkiyyət hüququnun müdafiəsi, mülkiyyətçinin zərərlərinin ödənilməsi (MM, m.157.5, 1092.1) barədə maddi hüquq normalarına uyğun olmadığı kimi, həm də ədalətsiz bir nəticədir.
69. Beləliklə, Kollegiya bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış, mübahisənin düzgün həlli üçün əhəmiy yət kəsb edən xüsusatları, o cümlədən iddia tələbinin əhatə etdiyi dövrdə cavabdehlərin ayrı yaşayış sahələrinə, yaxud belə sahələri əldə etmək üçün maddi vəsaitə (imkana) malik olub-olmadıqlarını çəkişmə prinsipinə riayət etməklə tam və hərtərəfli araşdırmamış, cavabdehlərin məhkəmə aktı ilə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarıldıqdan sonra bir daha həmin sahəyə daxil olmalarını, bu vəziyyətin qeyri-müəyyən vaxtadək davam etməsinin iddiaçının hüquqlarına təsirini, cavabdehlərin yenidən (özü də məhkəmə qərarına zidd olaraq) iddiaçının əmlakından istifadə etməklə bu cür istifadə üçün adi mülki dövriyyədə çəkəcəyi xərc(lər)dən azad olduqlarını, bu halın onlar baxımından əsassız varlanma təşkil edib-etmədiyini, işdəki sübutları lazımi şəkildə qiymətləndirməmiş, yuxarı da sadalanan maddi hüquq normalarını tətbiq etməmişdir.
70. Belə olan halda, apellyasiya məhkməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə, qanunvericliyə uyğun şəkildə əsaslandırılmış akt hesab edilə bilməz.
71. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-3291/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gönd ərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov