Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-221/2021 02.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin bağışlanması ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Cavabdeh2, cavabdehlərin vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” ilk iddiasına, Cavabdeh2 iddiaçı MMC-yə qarşı “kredit müqaviləsinin ləğv edilmə si və sair tələbi barədə” qarşılıqlı iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-854/2020 nömrəli iş üzrə 24 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 na qarşı “kredit üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə imzalanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 xx xxxxxxx 2014-cü il tarixli SUMG1- 10650-6157 nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə 30.897,42 (otuz min səkkiz yüz doxsan yeddi dollar qırx iki sent) ABŞ dolları əsas borc, 7.825,68 (yeddi min səkkiz yüz iyirmi beş dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu, 14.425,81 (on dörd min dörd yüz iyirmi beş dollar səksən bir sent) ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 53.148,91 (əlli üç min yüz qırx səkkiz dollar doxsan bir sent) ABŞ dolları məbləğində borcun və bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat, işə məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun birgə qaydada Cavabdeh2 və Cavabdeh1 “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,3 kv.metr, yaşayış sahəsi 72,6 kv.metr, yardımçı sahəsi 49,7 kv.metr olan 3 otaqlı 50 nömrəli mənzilin ilkin satış qiymətinin 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, mənzilin hərrac keçirildikdən və o satıldıqdan sonra bir ay müddətində boşaldılması, Cavabdeh2 və Cavabdeh1 qeyd olunan mənzilə istifadə hüquqlarına xitam verməklə mənzildən çıxarılmaları haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh2 arasında ikinciyə illik 30%-dən artıq olmayan faizlə, 120 ay müddətinə 80.000 (səksən min) ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində kreditin verilməsini nəzərdə tutan xx xxxxxxx 2014-cü il tarixli SUMG1-106506157 nömrəli kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gə lən öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,3 kv.metr, yaşayış sahəsi 72,6 kv.metr, yardımçı sahəsi 49,7 kv.metr olan 3 otaqlı 50 nömrəli mənzili ipoteka ilə yüklü edilməsini nəzərdə tutan xx xxxxxxx 2014-cü il tarixli SUMG1-10650-6157+C********** nömrəli ipoteka müqaviləsi, Cavabdeh1 ilə xx xxx 2016-cı il tarixli SUMG1-10650- 6157+SUMG1-10651 nömrəli Zaminlik müqaviləsi imzalanmışdır. xx xxxxxxx 2014-cü il tarixli SUMG1-106506157 nömrəli xxxx ilə Cavabdeh2 illik 21% olmaqla 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit verilmiş və kreditin 60 ay müddətində hər ay 1.044 (bir min qırx dörd) ABŞ dolları olmaqla qaytarılması müəyyən edilmişdir. xx xxxx 2015-ci il tarixli “SUMG1- 10650-6157 nömrəli xxxxya dəyişiklik edilməsinə dair” Sazişə əsasən Cavabdeh2 verilmiş kreditin faiz dərəcəsi 21%-dən 19%-a endirilmiş, kreditin qaytarılma müddəti əlavə olaraq uzadılmış və ödənişin son günü kimi xx xxxxxx 2019-cu il tarixi müəyyən edilmişdir. Daha sonra xx xxx 2016-cı il tarixli “SUMG1-10650-6157 nömrəli xxxxya dəyişiklik edilməsinə dair” Sazişə əsasən isə Cavabdeh2 verilmiş kreditin faiz dərəcəsi 19%-dən 12%-ə endirilmiş, kreditin qaytarılma müddəti əlavə olaraq yenidən uzadılmış və ödənişin son günü kimi xx xxxxxx 2021-cı il tarixi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, kredit üzrə ödənişlər 30 gündən artıq gecikdirilsə kreditin faiz dərəcəsi 19%-dək qaldırılacaqdır. Lakin Cavabdeh2 kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə gör ə İpotekasaxlayan tələbin ipoteka predmeti hesabına ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 xx xxx 2018-ci il tarixədək xx xxxxxxx 2014- cü il tarixli SUMG1-10650-6157 nömrəli xxxxya əsasən verilmiş kredit üzrə 30.897,42 (otuz min səkkiz yüz doxsan yeddi dollar qırx iki sent) ABŞ dolları əsas borc, 7.825,68 (yeddi min səkkiz yüz iyirmi beş dollar altmış səkkiz sent) ABŞ dolları faiz borcu, 14.425,81 (on dörd min dörd yüz iyirmi beş dollar səksən bir sent) ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 53.148,91 (əlli üç min yüz qırx səkkiz dollar doxsan bir sent) ABŞ dolları məbləğində borcu yaranmış və ödənilməmişdir. İpoteka predmeti olan ev kreditin qaytarılması üçün ipoteka qoyulmuş və rəsmi qeydiyyatda olan ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər. Daşınmaz əmlak bazarında mövcüd olan tələb-təklif nisbətini nəzərə alaraq Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,3 kv.metr, yaşayış sahəsi 72,6 kv.metr, yardımçı sahəsi 49,7 kv.metr olan 3 otaqlı 50 nömrəli mənzilin ilkin satış qiyməti 175.000 (bir yüz yetmiş beş min) manat məbləğində müəyyən edilməlidir Cavabdeh2 iddiaçı “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi, cərimənin silinməsi və artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, borcu vaxtından əvvəl tam ödədiyini nəzərə alaraq “ xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə onun arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, SUMGİ-10650-6157 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cərimənin silinməsi və artıq ödədiyi 1.173 (bir min bir yüz yetmiş üç) ABŞ dollarının cavabdeh “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətindən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2014-cü il tarixli, SUMGİ-10650-6157 nömrəli müqavilə ilə o “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətindən illik 21% dərəcəsi ilə 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Belə ki, 2014-cü ilin oktyabr ayında 30.000 (otuz min) manat məbləğində pul vəsaitinə ehtiyacı olmuş və manatla kredit verilmədiyinə görə həmin və sait ona dollara yəni, məzənnəyə uyğun olaraq, 1 dollar 0,78 manat olmaqla 38.500 (otuz səkkiz min beş yüz) ABŞ dolları olaraq verilmişdir. Hər ay 820 (səkkiz yüz iyirmi) manatı dollara dəyişməklə məzənnəyə uyğun 1.044 (bir min qırx dörd) ABŞ dollarını cədvəl üzrə ödəmiş və birinci devalivasiyayadək ödənişdə gecikmə halı olmamışdır. O, kredit götürdükdən sonra Azərbaycan manatının ABŞ dolları qarşısında indiki qaydada, yəni yüksək faizlə ucuzlaşması onun həmin müqavilə üzrə öhdəliklərinin icrasını qeyrimümkün etmişdir. Çünki, kredit verilərkən əmək haqqı nəzərə alınmış, lakin devalivasiyadan sonra əmək haqqı cədvəl üzrə ödənişə yetməmişdir. Bu müqavilə bağlanarkən, o, eləcə də hamı, milli valyutanın məzənnəsinin bu qədər sürətlə və hətta bir dəfəyə 50% düşəcəyini ağlabatan şəkildə əvvəlcəd ən görə bilməzdilər. Onlar nəinki manatın belə sürətlə və yüksək faizlə ucuzlaşmasını görə bilməzdilər, həm də dövlət rəsmilərinin çıxışlarında manatın sabitliyi ilə bağlı dedikləri fikirlərə əsaslanaraq, bu prosesin tam əksini düşünürdülər. Borc götürəndən sonra bu qaydada ödəniş etmişdir. 5 ay 1.044 (bir min qırx dörd) ABŞ dollarından = 5.220 (beş min iki yüz iyirmi) ABŞ dolları, 8 ay 1.005 (bir min beş) ABŞ dollarından = 8.040 (səkkiz min qırx) ABŞ dolları, 8 ay 700 (yeddi yüz) ABŞ dollarından = 5.600 (beş min altı yüz) ABŞ dolları, 14 ay 300 (üç yüz) ABŞ dollarından = 4.200 (dörd min iki yüz) ABŞ dolları, 1 ay 100 (bir yüz) ABŞ dollarından = 100 (bir yüz) ABŞ dolları, xx xxx 2018-ci il tarixdək 23.160 (iyirmi üç min bir yüz altmış) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. xx xxxxx x 2018-ci il tarixdə isə FJB **********785 nömrəli qəbzlə 35.000 (otuz beş min) ABŞ dolları ödəmiş və qoyduğu girov ipotekadan həmin tarixdə azad olunmuşdur. Vəsatəti əsasında milki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, xx xxxxxx 2019-ci il tarixli 19356 nömrəli rəy verilmişdir. Həmin rəyə əsasən onun xx xxx 2018-ci il tarixə 32.118 (otuz iki min bir yüz on səkkiz) ABŞ dolları əsas və 2.009 (iki min doqquz) ABŞ dolları faiz borcu olmuş, ümumilikdə borcu 34.127 (otuz dörd min bir yüz iyirmi yeddi) ABŞ dolları olmuşdur. Onun xx xxx 2018-ci il tarixdə SA-300-DSAE nömrəli qəbz üzrə ödədiyi 300 (üç yüz) ABŞ dolları ekspertiza rəyində ödəniş kimi göstərilməmişdir. Lakin məhkəməyə təqdim etdiyi xx xxxx 2018-ci il tarixli vəsatətində digər qəbzlərlə birlikdə xx xxx 2018-ci il tarixdə SA-300-DSAE nömrəli qəbz də əlavə olunmuşdur. Onun borcu 34.127-300=33.827 (otuz üç min səkkiz yüz iyirmi yeddi) ABŞ dolları olmuş, lakin o, xx xxxxxx 2018-ci il tarixli FJB **********785 nömrəli qəbzlə 35.000 (otuz beş min) ABŞ dolları ödəmiş, 35.000-33.827=1.173 (bir min bir yüz yetmiş üç) ABŞ dolları artıq ödəmişdir. Göründüyü kimi, “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə onun arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, SUMGİ10650- 6157 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi vaxtından əvvəl yerinə yetirmiş və 1.173 (bir min bir yüz yetmiş üç) ABŞ dolları artıq ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim G.Əsədova) qarşılıqlı iddianın rədd edilməsi, ilk iddianın təmin edilməsi, kreditor olan MMC ilə borclu olan Cavabdeh2 arasında bağlanmış SUMG1-10650-6157 №-li, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.936,16 ABŞ dolları, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 381,06 ABŞ dolları, cəmi isə 5.317,22 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün müəyyən olunacaq rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə Cavabdeh2 və onun MMC qarşısında üzərində götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı MMC-yə ödənilməsi, iddialar üzrə ödənilmiş dövlət rüsumlarının Cavabdeh2 aid edilməsini qət etmişdir. İlk iddianı təmin edən biri nci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 423, 424, 425427, 442, 443, 445, 448, 470, 472, 477-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-854/2020 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdehlər Cav abdeh2 və Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya şikayəti qarşılıqlı iddia tələbindəki faktiki hallarla əsaslandırılmış, eyni zamanda məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutları düzgün qiymət vermədiyini önə çəkmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və cavabdehlərin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək ona uyğun izahat verməklə şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçı məhkəmə iclasının yeri v ə vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin xxxxsı müqavilə sayılır. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə
546. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam veril ir, bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Маддə 547. birgə borclulardan birinə borcun bağışlanması digər birgə borcluları da azad edir, amma kreditorun onlara qarşı tələbini özündə saxlaması halı istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müqaviləsi üzrə tutulmalı olan faizlərin müqavilə müddətinə hesablanması əsaslı hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İlk növbədə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkə məsi işin faktiki halları ilə bağlı sübutları düzgün qiymətləndirməmişdir. Beləki, “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətinin pul tələbi tərəflər arasında sonuncu dəfə imzalanmış xx xxx 2016-cı il tarixli “SUMG1-10650-6157 nömrəli xxxxya dəyişiklik edilməsinə dair” Sazişə əsasən tələb edilir. Həmin xxxxya görə Cavabdeh2 verilmiş kreditin faiz dərəcəsi 19%-dən 12%-ə endirilmiş, kreditin qaytarılma müddəti əlavə olaraq yenidən uzadılmış və ödənişin son günü kimi xx xxxxxx 2021-cı il tarixi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunmuşdur ki, kredit üzrə ödənişlər 30 gündən artıq gecikdirilsə kreditin faiz dərəcəsi 19%-dək qaldırılacaqdır. 1-ci instansiya məhkəməsi iş üzrə mühasibatlıq ekspertizası keçirmiş və xx xxxxxx 2019-ci il tarixli 19356 nömrəli rəylə müəyyən edilmişdir ki, həmin saziş ə uyğun hesabladıqda cavabdehin əsas borcu 32.118 (otuz iki min bir yüz on səkkiz) ABŞ dolları və faiz borcu 2.009 (iki min doqquz) ABŞ dolları, cəmi 34.127 (otuz dörd min bir yüz iyirmi yeddi) ABŞ dolları borcu var (borcu 12%-lə hesablamışdır). Lakin bundan sonra 1-ci instansiya məhkəməsi yenidən mühasibatlıq ekspertizası keçirərək faizlərin 12% deyil, 19%-dən hesablanması barədə göstəriş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 10043 №-li rəylə müəyyən edilmişdir ki, kredit borcu 12% (xx.xx.2016-cı il tarixli sazişə əsasən) hesablandıqda, maliyyə arayışı məlumatları, ödəniş qəbzləri, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin”, xx.xx.2014-cü il tarixli “xxxxnın”, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli “xxxx” şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2019-cu il tarixə MMC-yə borcu müəyyən edilmir. Kredit borcu 19% (xx.xx.2016-cı il tarixli Sazişdə gecikmələrə görə tətbiq olunması nəzərdə tutulan faiz) hesablandıqda, maliyyə arayışı məlumatları, ödəniş qəbzləri, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin”, xx.xx.2014-cü il tarixli “xxxxnın”, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli “xxxx” şərtləri əsas götürülməklə Cavabdeh2 xx.xx.2019-cu il tarixə MMC-yə olan borcu 5.317,22 ABŞ dolları, o cümlədən əsas borcu 4.936,16 ABŞ dolları, faiz borcu isə 381,06 ABŞ dolları müəyyən edilir. İşə baxan məhkəmələr borcun 19%-dən hesablanması barədə ekspert rəyini əsas tutaraq ilk iddianı təmin etmişlər. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki s öz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdırlar. Qeyd olunan saziş ona görə imzalanmışdır ki, ölkədə baş verən devalvasiyadan sonra borcluya güzəştlər edilsin, faiz məbləği aşağı salınsın və müqavilə müddəti uzadılsın. Saziş imzalanmaqla kreditin faizi 12%-ə endirilmişdir. Ohdəlik vaxtında icra olunmadığı təqdirdə borcun 19%-lə hesablanması barədə sazişdə qeyd olunan şərt, əslində cərimə faizi kimi dəyərləndirilməli idi. Çünki tərəflər kreditin ödənilməsi faizini qarşılıqlı razılama ilə 12%-ə endirmişdilər. Kreditə görə eyni vaxtda iki müxtəlif faiz məbləği barədə xxxx ola bilməz. Öhdəlik vaxtında icra edilmədiyi təqdirdə borcun daha çox faizl ə hesablanacağı barədə qeyd edilənlər artıq borc alana hesablanacaq sanksiya, cərimə tədbirləridir. Çünki faizlə bağlı şərt müqavilənin əsas şərtlərindən biridir və ancaq müqavilə formasında dəyişdirilə bilər. Ona görə işə baxan məhkəmələr xxxx şərtlərini düzgün təfsir etməmişlər. İşin mübahisəsiz halıdır ki, borclu Cavabdeh2 xx xxxxxx 2018-ci il tarixli FJB **********785 nömrəli qəbzlə 35.000 (otuz beş min) ABŞ dolları ödəniş etmiş, bundan sonra “xxxx” Bank Olmayan Kredit X1 Cəmiyyətininnin direktoru xx.xx.2018-ci il tarixdə borcluya məktub verərək SUMGİ-10650- 6157 nömrəli xxxx üzrə qalıq borcu ilə bağlı heç bir iddiası və tələbi olmadığını, gələcəkdə də belə tələb irəli sürməyəcəyini bildirmişdir. Apellyasiya Məhkəməsi həmin məktubla bağlı qeyd etmişdir ki, Cavabdeh2 istinad etdiyi mə ktubda cavabdehin kredit müqaviləsi üzrə borcunun olmaması barədə qeyd yoxdur. Həmin məktubun məzmunundan aşkar görünür ki, xx.xx.2014-cü il tarixli SUMGİ106506157 №-li “Kredit müqaviləsi” və həmin müqavilənin təkib hissəsi olan eyni tarixli “xxxx” üzrə Cavabdeh2 MMC-yə qalıq borcu vardır. Lakin MMC, qalıq borc üzrə gələcəkdə heç bir iddia və tələb irəli sürməyəcəyini bildirmişdir. Məhkəmə hesab edir ki, qalıq borc üzrə tələb irəli sürməkdən MMC-nin məktubda ifadə olunmuş imtinası etibarsızdır. Çünki, MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-nin 4.2-ci maddəsinə görə, məh kəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Odur ki, qeyd edilən məktubun heç bir hüquqi qüvvəsi yoxdur. Məhkəmənin belə dəyərləndirməsi ilə xxxxq olmaz. Əvvəla, yuxarıdakı şərh nəzərə alınmaqla (borcun 12%-lə hesablanmalı olması barədə şərh) Cavabdeh2 35.000 ABŞ dolları birdəfəlik ödəniş etdikdən sonra borcu qalmamışdı, əksinə ekspert rəyinə əsasən cavabdeh artıq vəsait ödəmişdi. Bundan başqa, nəzəri olaraq hesab etsək ki, Cavabdeh2 ödənilməmiş müəyyən məbləğdə borcu qalmışdır, yenə də iddia təmin oluna bilməzdi. Çünki bankın səlahiyyətli nümayəndəsi borclunun birdəfəlik ödəniş etməsini nəzərə alaraq qalıq borcunu bağışlamaqla cavabdehin öhdəliinə xitam vermişdir. Hətta işin mübahisəsiz halıdır ki, sonuncu ödənişdən sonra bank ipoteka ilə yüklü edilmiş əmlakı da azad et mişdir. Kreditorun borclunu onun üzərinə düşən vəzifədən azad etməsi (borcun bağışlanması) ilə öhdəliyə xitam verilir (MM-nin 546-cı maddəsi), bu şərtlə ki, həmin hərəkət kreditorun əmlakı barəsində başqa şəxslərin hüquqlarını pozmasın. Birgə borclulardan birinə borcun bağışlanması digər birgə borcluları da azad edir (Маддə 547.), amma kreditorun onlara qarşı tələbini özündə saxlaması halı istisna təşkil edir. İşə yenidən baxan apellyasiya məhkəməsi yuxarıda şərh olunan məsələlərə (borcun hansı faizlə hesablanması, bundan sonra yaranmış borc məbləği, cavabdehin etmiş olduğu ödənişdən sonra kimin-kimə borclu qalması) ardıcıllıqla qiymət verilməli və bundan sonra ilkin və yaxud qarşılıqlı iddia tələbinin təmin olunub-olunmaması məsələsinə hüquqi qiymət verməlidir. Göstərilənlərə əsasən və MP M-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nın kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-854/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.