Məhkəmə qərarları › İş №2(102)-2210/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2210/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2210/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğvi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, torpaq sahəsinə dair alqı-satqı müqaviləs inin bağlanması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-390/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,52 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ayrılmışdır.

2. Şəmkir rayon, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir.

3. Cavabdeh2 17 may 2010-cu il tarixli iltizamla Şəmkir rayonu Qa panlı kəndində yerləşən 2,53 ha torpaq sahəsini 120000 manata İddiaçı satdığını, gələcəkdə həmin torpaqla bağlı heç bir iddiasının olmayacağını, iddiası olacağı halda, aldığı pulun 2 qatını qaytaracağını göstərmişdir.

4. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini xx.xx.2024 il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh5 satmışlar.

5. Cavabdeh5 da qeyd edilən torpaq sahəsini xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh6 satmışdır.

6. Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh6 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiq ləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə digər Cavabdeh5 arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyestrində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş çıxarışın, X2 ilə qızı Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 adına verilmiş çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu ildə Cavabdeh2 ailəsinin mülkiyyətində olan 2. 52 ha. torpaq sahəsini 120.000 manata almışdır. Həmin vaxt Cavabdeh2 ərinin Rusiya Federasiyasında olmasını bildirərək torpaq sahəsinin notarial qaydada alqı-satqı etməsinin mümkün olmamasını bildirmişdir. Ancaq torpaq sahəsinə dair dövlət aktının əslini ona verərək ərinin Rusiya Federasiyasından qayıtdığı zamanda sözügedən torpaq sahəsini alqı-satqı edəcəyinə vəd vermişdir. Əks halda ondan aldığı 120.000 manat pulun iki qatı məbləğində qaytaracağına dair iltizamda qeyd etmişdir. Cavabdehlərdən aldığı torpaq sahəsi 13 ildir iddiaçının istifadəsindədir. Həmin torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir, torpaq sahəsində bağ salmış, bir hissəsində taxıl əkmiş, torpaq sahəsinin münbitliyinin yaxşılaşdırılması işləri aparmışdır. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 Rusiya Federasiyası ndan qayıtmış, Cavabdeh2 isə Rusiya Federasiyasındadır. Cavabdeh1 iddiaçıya iltizam əsasında satdıqları torpaq sahəsini arvadının verdiyi etibarnamə əsasında 02 fevral 2024-cü il tarixdə Cavabdeh5 notarial qaydada alqı-satqı etmişdir. Cavabdeh ondan 120.000 manat pul almasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əksinə onun istifadəsinə verdiyi torpaq sahəsini üçüncü şəxslə alqı-satqı etmişdir.

9. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh5 ona qarşı ədavət aparmış, bir çox yerlərə şikayətlər etmişdir. Cavabdehlərin torpaq sahəsini Cavabdeh5 mülkiyyətinə keçirməsi və sonuncunun öz qızı ilə alqı-satqı etməsi formal olmuşdur. Bu hərəkətləri etməyində məqsəd ona qarşı ziyan vurmaqdır.

10. Cavabdehlər iddiaya etirazla müraciət edərək, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, 2010-cu ildə 120000 manata ən azı 20 ha torpaq almaq olardı. Cavabdehlər iddiaçıdan 2,52 ha torpağa görə 120000 manat almış olsa idilər, iddiaçı da, cavadehlər də alqı-satqı müqaviləsini bağlamaqda maraqlı olardılar. Torpağı iddiaçının icarəsinə veriblər, keçən 14 il ərzində iddiaçı hər il 5000 manat, bu günə kimi 67500 manat gəlir götürüb. Torpağı satmaq fikirləri olsa idi, bunu notariat kontorunda rəsmiləşdirərdilər.

12. Məhkəmə başıxında Cavabdeh1 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsini heç kimə satmamış və heç kimdən pul almamışdır. İltizam verilən vaxt Rusiyada işləyirdi. Azərbaycana qayıtdıqdan sonra iddiaçının təsərrüfatında mü hafizəçi işləmişdir. Torpaq sahəsini Cavabdeh5 satmışdır. Cavabdeh5 həmin torpaq sahəsinin əvəzində ona avtomobil vermişdir.

13. Məhkəmə baxışında Cavabdeh4 iddianı qəbul etməyərək bildirmişdir ki, torpaq sahəsinin alqı-satqısından məlumatı olmamışdır. Belə ki, anası torpaq sahəsini iddiaçıya satmış, torpaq sahəsi hazırda iddiaçının istifadəsindədir. Torpaq sahəsini geri qaytarmaq məqsədi ilə Cavabdeh5la mübahisəli torpaq sahəsinə dair alqı-satqı etmişlər. Lakin Cavabdeh5 ona heç nə ödəməmiş, məhkəmə mübahisəsi bitdikdən sonra ona ya torpaq sahəsi və ya onun əvəzini verəcəyini söz vermişdir.

14. Məhkəmə baxışında Cavabdeh5 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh1 torpaq sahəsinin iddiaçıdan alınıb ona verilməsində kömək istəmişdir. Cavabdeh1 kömək məqsədi ilə torpaq sahəsini alqı -saqtı müqaviləsi bağlayaraq öz mülkiyyətinə keçirtmişdir. İddiaçı Cavabdeh1 pulunu verəndən sonra torpağı iddiaçıya verə bilər. Əks halda hazırki məhkəmə mübahisələri bitdikdən sonra torpaq sahəsinin əvəzini Cavabdeh1 və ailə üzvlərinə ödəyəcək, ya da torpaq sahəsini özlərinə geri qaytaracaq. Hazırda torpaq sahəsini 24000 manata qızı Lamiyəyə satmışdır.

15. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 2 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Həvayət Məhəmmədi)

16. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 47 nömrəli qərarı ilə JN422 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətin ə verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 satmışlar. Həmin torpaq sahəsi **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Cavabdeh5 tam mülkiyyətinə verilmişdir. Daha sonra Cavabdeh5 mülkiyyəttində olan 2.5199 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 satmış və torpaq sahəsi xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarış əsasında Cavabdeh6 mülkiyyətinə verilmişdir. Həmçinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olmuş Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 17 may 2010-cu il tarixdə Cavabdeh2 tərəfindən 120000 manata iddiaçıya oğluna satılmış və torpaq sahəsi 2010-cu il tarixdən hazırki vaxta kimi mübahisəsiz olaraq iddiaçının istifadəsində olmaqla onun tərəfindən torpaq sahəsində bağ salınmış və əkin işləri aparılmışdır.

17. Birinci instansiya məhkəməsi işin qeyd edilən faktiki h allarına əsasən göstərmişdir ki, iddiaçının cavabdehlərə qarşı 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2010-cu il tarixdən torpaq sahəsinin mülkiyyətçilərindən olan Cavabdeh2 tərəfindən ona satıldıqdan sonra hazırki vaxta kimi tam olaraq mübahisəsiz istifadəsində olduğundan onun mübahisəli torpaq sahəsinin sahibi kimi müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Belə olan halda isə, yoxlanılmalı olan ikinci məsələ, cavabdehlərin etirazı nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub–olmaması məsələsidir.

18. Birinci instansiya məhkəməsi yoxlanılmalı olan ikinci məsələ ilə bağlı qeyd etmişdir ki, iddianın hazırki vəziyyətdə əsaslı olub–olmamasını müəyyən etmək üçün ilk növbədə iddiaçı tərəfindən mübahisələndirilən, 02 fevral 2024-cü il tarixli, AN-İ ** ***** saylı alqı-satqı müqaviləsinin etibarlı olub-olmaması məsələsi işin müəyyən edilmiş faktiki halları və təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır.

19. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlaka dair 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin Cavabdeh5 ilə cavabdehlər arasında bağlanmasına baxmayaraq, nə cavabdehlər əml akı Ş. Hüseynovun mülkiyyətinə (sahiblik və istifadəsinə) verməmiş, nə də Cavabdeh5 alqısatqı müqaviləsi üzrə cavabdehlərə hər hansı məbləğdə pul ödəməmişdir. Belə ki, cavabdehlər hər biri izahatında alqı-satqı müqaviləsində nəzərdə tutulmuş pulun onlara verilmədiyini, Cavabdeh5 onların torpağını İddiaçı sahiblik və istifadəsindən geri almaq məqsədilə alqı-satqı müqaviləsi bağladığını qeyd etmişdir.

21. Göründüyü kimi 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi ona uyğun heç bir hüquqi nəticə, yəni tərəflər özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik yaratmaq niyyəti olmadan, sırf başqalarını aldatmaq məqsədilə bağlamışlar. Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri baxımından Cavabdeh5 alıcı hesab etmək mümkün deyildir.

22. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, “Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada-əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər olaraq qruplaşdırılmışdır. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiq i mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.”

23. Birinci instansiya məhkəməsi iddiaçı ilə cavabdehlər arasında olan mübahisəli torpaq sahəsinin satılmasına dair iltizamla bağlı diqqətə çatdırmışdır ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır.

24. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Beləcə, qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfin dən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir.

25. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehlərin iddiaçı ilə eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirməsi, iddiaçı tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, torpaqdan istifadə etməsi, orada müxtəlif növ ağaclar əkməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Hətta, Mülki Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

26. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 4 04.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

27. Birinci instansiya məhkəməsi bildirmişdir ki, işin müəyyən edilən mübahisəsiz hallarına görə Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2010-cu ildən iddiaçının faktiki istifadəsindədir. İddiaçı həmin torpaq sahəsində müxtəlif növ ağaclar əkm iş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmaqla illik əkinlər əkmiş, hazırda torpaq sahəsi onun istifadəsindədir. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən etirazsız şəkildə iddiaçının istifadəsindədir.

28. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitami) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin "razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur" müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənə dlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

29. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına əsasən göstərmçişdir ki, cavabdehlərin ümumi birgə mülkiyyətində olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.5199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 tərəfindən xx.xx.2010-cu il tarixdə iddiaçıya satılsa da, torpaq sahəsinin digər mülkiyyətçilərinin həmin alqı-satqıdan məlumatlı olmaları, ötən illər ərzində alqı-satqı ilə bağlı hər hansı etiraz bildirməmələri, torpaq sahəsinin 2010-cu ildən iddiaçının sahibliyinə keçməsi və hazırkı vaxta kimi maneəsiz istifadəsində olması sonuncunun mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malik olmasına dəlalət edir. Göründüyü kimi, iddiaçının bu sahibliyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən olan Cavabdeh2 ilə torpaq sahəsinin alqı-satqısına da müqavilə və ondan sonrakı uzun illər ərzində hazırkı iş üzrə cavabdehlərin davranışı ilə müəyyən edilən rəftarı və əsl iradə ifadəsində inikasını tapan qanunvericilik normalarına əsaslanır.

30. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında torpaq sahəsini alqı-satqısına görə 02 fevral 2024-cü il tarixdə bağlanmış, AN-İ ******* saylı alqısatqı müqaviləsi bağlanarkən tərəflərin həqiqi iradə ifadələrini əks etdirmədiyindən mübahisəli torpaq sahəsinin alqı–satqı müqaviləsi kimi qiymətləndirilə bilməz və həmin müqavilə bağlandığı andan etibarsızdır.

31. Birinci instansiya məhkəməsi iddianın mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab etmişdir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

32. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinə dair Cavabdeh5 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsindən törənmişdir. Buna görə də mübahisəli torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli olduğundan, iddia həmin hissədə də təmin edilərək, törəmə hüquq münasibəti olan mübahisəli torpaq sahəsinə dair Cavabdeh5 adına Dövlət Reyesterində aparılmış qeyd və qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış da ləğv edilməlidir.

33. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Mülki Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər.

34. Bundan başqa Mülki Məcəllənin 324.1-324- 4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin Cavabdeh5 ilə onun qızı Cavabdeh6 arasında bağlanmasına baxmayaraq həmin əmlak nə Cavabdeh5 istifadəsində və sahibliyində olmamış, nə də Cavabdeh5 əmlakı Cavabdeh6 mülkiyyətinə (sahiblik və istifadəsinə) verməmişdir. Eyni zamanda Cavabdeh6 Cavabdeh5 qızı olması onun mübahisəli torpaq sahəsinin atasının sahiblik və istifadəsində olmamasını və Ş. Hüseynovun həmin mübahisəli torpaq sahəsini mülkiyyət əldə etmək məqsədilə alqı-satqı bağlamamasını bilməməsi istisna edilir. Mülki Məcəllənin 567-ci maddəsinin tələbləri baxımından nə Cavabdeh5 satıc ı, nə də Cavabdeh6 alıcı hesab etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Buna görə də xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi də uydurma əqd olduğundan bağlandığı andan etibarsızdır.

35. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almışdır ki, Cavabdeh6 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin torpaq sahəsinə dair Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən törəndiyindən, qeyd olunan alqı-satqı müqaviləsi də etibarsız hesab edildiyindən “Daşınmaz əmlakın dövlət re yestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinə dair Cavabdeh6 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarış da ləğv edilməlidir.

36. Birinci instansiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər - Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, faktiki olaraq tərəflər arasında alqı-satqı münasibətləri yaranmış olduğundan həmin hissədə iddia təmin edilməməlidir.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 324.1324.4, 340.1-ci və “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 notarial qaydada ondan 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini satmasına vəd versə də, sonradan onunla notarial alqı-satqı müqaviləsi bağlamadan üçüncü şəxslə alqı-satqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdeh2 ilə olan münasibətlər, yəni onun satılacaq torpaq sahəsinə görə 120.000 manat pulun verilməsi, Cavabdeh2 əri, Cavabdeh1 Rusiya Federasiyasından qayıdandan sonra notarial-al qı satqı edilməsinin planlaşdırılması da müqavilənin hazırlanması prosesi kimi dəyərləndirilməlidir. Tərəflər arasında öhdəlik müqaviləsi olmasa da, Cavabdeh2 notarial qaydada təsdiqlənmiş qəbzlə özünə və ailəsinə məxsus 2,50 ha. torpaq sahəsini ona satması barədə verdiyi qəbz faktiki olaraq “öhdəlik müqaviləsi” kimi qiymətləndirilməlidir. Ancaq məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir.

40. Cavabdeh5 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

41. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh2 beh olaraq pul verməsinə dair qəbzində qeyd olunan “cavabdeh özünə məxsus 2,51 ha torpaq sahəsini guya iddiaçıya satmaq məqsədilə 120000 manat (əslində 6000 manat) pulu almışdır” sözlərini daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin cavabdehlərdən alqısatqı müqaviləsi əsasında satın alması kimi qiymətləndirməyə çalışmışdır. Ümumi paylı mülkiyyətdə olan mübahisəli 2,51 ha torpaq səhəsinin mülki qanunvericiliyin tələblərinə tam əməl edilməklə, yəni torpaq sahibləri ilə onun arasında notarial qaydada imzaların təsdiq edildiyi alqı-satqı müqaviləsi əsasında iş üzrə cavabdeh olan Cavabdeh5, onun da vicdanlı alıcı olan Cavabdeh6 satmağına dair müqavilələri isə mahiyyət etibarı ilə formal xarakterli əqdlər statusunda olması kimi qiymətləndirməklə etibarsız hesab etmişdir. Reallıqda isə iddiaçının Cavabdeh2 ailəsinə məxsus 2,51 ha torpaq sahəsini gələcəkdə notarial qaydada təsdiq olunacaq müqavilə əsasında satın alacağını vəd etməklə verdiyi ilti zama görə ilkin beh olaraq 12000, əslində isə 6000 manat pulun verilməsininə dair iltizamı isə məhkəmə, təkcə Cavabdeh2 deyil, digər cavabdehlərə də məxsus olan 2,51 ha torpaq sahəsinin iddiaçı tərəfindən tamamilə satın alınması kimi qiymətləndirməyə çalışmışdır.

42. Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

43. Cavabdeh6 apellyasiya şikayəti Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

44. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

45. Cavabdeh1 apellyasiya şikayəti də Cavabdeh5 apellyasiya şikayə tinin dəlilləri ilə eyni eyni məzmunda əsaslandırılmışdır.

46. Apellyasiya baxışında Cavabdeh5 bildirmişdir ki, Cavabdeh1 ona arvadı Cavabdeh2 torpağı iddiaçıya 6000 manata satmasını, 12000 manata imza etməsini demiş, buna görə torpağın alınıb ona verilməsində köməklik etməsini xahiş etmişdir. Bu səbədən ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanarkən, 18000 manat dəyərində pomidor istilikxanasını və özünə məxsus “Mersedes” avtomobilini verməklə Arzumanla alqı-satqı barədə razılaşıblar. Bu barədə torpaq mülkiyytəçiləri müqavilə bağlayıb, sonra isə həmin torpaq sahəsini qızı Lamiyəyə satmışdır. Torpağın real qiyməti 25000 manatdır.

47. Apellyasiya baxışında Cavabdeh1 göstərmişdir ki, arvadı Xaitrə Əsədovanın torpağı iddiaçıya satmasından xəbəri olmayıb. Torpağı iddiaçıdan alm aqda köməklik etməyi Cavabdeh5 xahiş etmiş və bu məqsədlə sonuncu ilə müqavilə bağlamışdır. Lakin bununla bağlı pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana verilməmişdir.

48. Apellyasiya baxışında Cavabdeh4 bildirmişdir ki, onun 20 yaşı olanda anası torpaq sahəsini iddiaçıya satıb, hazırda da torpaq sahəsi iddiaçının istifadəsindədir. Torpaq sahəsini geri qaytarmaq üçün Cavabdeh5la alqı-satqı ediblər. Lakin Cavabdeh5 onlara heç nə ödəməmiş, məhkəmə mübahisəsi bitdikdən sonra ona torpaq sahəsi və ya onun əvəzini verəcəyinə söz vermişdir. Atasını əqli qüsuru var, nə etdiyini bilmir. Torpaq sahənin iddiaçıda qalmasını istəyir.

49. Apellyasiya baxışında Cavabdeh3 bildirmişdir ki, anası torpaq sahəsini 12000 manata iddiaçıya satıb, hazırda torpaq sahəsi iddiaçını istifadəsindəd ir, həmin torpaq sahəsinin iddiaçıda qalmasına etiraz etmir.

50. Cavabdeh apelyasiya instansiuyası məhkəməsinə teleqram vuraraq apelyasiya şikayətindən imtina etdiyini bildirmişdir.

51. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-390/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qərardadı ilə Cavabdeh1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və onun apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir.

52. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-390/2025 nömrəli iş üzrə 13 mart 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayətləri təmin edilər ək, birinci instansiya məhkəməsinin qətnaməsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 2 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissələ rdə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Şamil Rzaquliyev)

53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əsasən mübahisə olunan torpaq sahəsinin alğı-satqısı barədə tərəflər arasında yazılı formada hər hansı bir əqd bağlanılmamış və notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda, iddiaçının əsaslandığı dəlil və sübutlar iddianın təmin edilməsinə əsas vermir.

54. Apellyasiya instansiyası məhkəməsi xx.xx.2010-cu il tarixli iltizamla bağlı qeyd etmişdir ki, həmin aktda Cavabdeh2 Şəmkir rayon Qapanlı kəndində yerləşən 2,53 ha torpaq sahəsini iddiaçıya satdığı əks olunmuşdur. Halbuki, **********87 nömrəli Hüquqların dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Şəmkir rayon, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə olmuşdur və həmin mülkiyyətçilər aktın tərtibi zamanı iştirak etməmişlər. Digər tərəfdən, mülkiyyətçilərin payları müəyyən olunmadığından ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin özünə aid hissəsinin Cavabdeh2 tərəfindən iddiaçıya satılması da mümkünsüzdür.

55. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər edilərkən, həmin Məcəllənin 335-ci maddəsi Məcəllənin mətnindən çıxarılmış və həmin dəyişiklik nəticəsində xx.xx.2005-ci il tarixdən sonra yaranmış münasibə tlərlə bağlı məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün deyildir. Buna görə də birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz

56. Apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilmiş mübahisəli torpaq sahəsi ilə bağlı bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi hissəsi ilə bağlı isə diqqətə çatdırmışdır ki, iddiaçı tələbini Cavabdeh2 tərəfindən verilməsi güman olunan xx.xx.2010-cu il tarixli iltizamına istinad edərək irəli sürmüşdür. Halbuki həmin iltizam torpaq sahəsi üzərində hər ha nsı bir hüququn yaranması üçün heç bir hüquqi nəticə doğurmur. Buna görə də, iddiaçının digər şəxslər arasında torpaq sahəsinə dair bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur ki, bu hal da iddianın rədd edilməsinə hüquqi əsas yaradır.

57. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 144.1, 146.1, 152.1, 213.1, 222.2, 334.1, 334.2, 389.2, və 394, 567-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

58. İddiaçı (vəkil- Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yenidən apellyasiya instansiyasında baxılması üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

59. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında faktiki münasibət ondan ibarətdir ki, 2010-cu ildən Cavabdeh2 və onun ailə üzvlər olan digər payçılar real vəziyyətlə barışmış, iddia qaldırılanadək ötən 14 il müddətində paylı mülkiyyətçiləri olduqları torpaq sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması ilə barışmış bu haqda susmuşlar. Bu da ona dəlalət edir ki, Cavabdeh2 ailə üzvləri pay torpaqlarının satılması ilə razılaşmışlar. Hər bir halda alqı-satqı müqaviləsinin tərəflərinin iradə ifadəsi ortadadır, torpaq sahəsinin geri qaytarılması haqda uzun müddət, yəni 14 il tərəflər susmuşdur.

60. Cavabdeh2 notarial qaydada iddiaçıdan 2010-cu ildə 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini iddiaçıya satması, bundan sonra həmin torpaq sahəsini iddiaçını n istifadəsinə və sahibliyinə verməsi, sonradan İddiaçılə notarial alqısatqı müqaviləsi bağlamadan üçüncü şəxslə alqı-satqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Ancaq Məhkəmə kollegiyası qətnamədə Cavabdeh2 120.000 manat pulun alınması müqabilində ailəsinə məxsus 2.52 ha. torpaq sahəsini iddiaçının sahibliyi və istifadəsinə verilməsinə, 14 il ərzində həmin torpaq sahəsilə bağlı heç bir mübahisənin olmaması və s. faktiki hallara hüquqi münasibət bildirməmiş, Mülki Məcəllənin 335.1, 385.1, 386.1-ci maddələri düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilm əsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təs diqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Maddə 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərə flərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şika yətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsin ə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

64. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

66. İşin müəyyən edilmiş hallarına görə Şəmkir rayon Aqrar İslahat Komiss iyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,52 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ayrılmış, Cavabdeh2 17 may 2010-cu il tarixli iltizamla Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,53 ha torpaq sahəsini 120000 manata iddiaçıya satdığını, gələcəkdə həmin torpaqla bağlı heç bir iddiasının olmayacağını bildirmiş, iddiası olacağı halda, aldığı pulun 2 qatını qaytaracağın göstərmişdir. Torpaq sahəsi 2010-cu ildən iddiaçını istifadəsinə verilmiş, hazırda da istifadəsindədir. Sonradan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini xx.xx.2024 il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh5 satmış, sonuncuda xx.xx.2024-cü il tarixli a lqı-satqı müqaviləsi ilə torpağı qız Cavabdeh6 satmışdır. Hazrıda torpaq sahəsi Cavabdeh6 mülkiyyətindədir.

67. İddiaçı qeyd edilən müqavilələrin – cavabdehlərlə Cavabdeh5 ilə bağlanmış xx.xx.2024 il tarixli, sonradan isə Cavabdeh5 ilə Cavabdeh6 arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqavilələrinin – etibarsızlığını xahiş edir.

68. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin yarandığı zaman Mülki Məcəllənin 335-ci maddəsinin artıq qüvvədən düşməsinə istinad edərək, iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir.

69. Məhkəmə kollegiyası apellyasiya instansiyasının bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsində Cavabdeh5 Cavabdeh1 torpaq sahəsinin iddiaçıdan alınıb ona verilməsində kömək istədiyini, bu məqsədlə torpaq sahəsini alqısaqtı müqaviləsi bağlayaraq öz mülkiyyətinə keçirtməsini, İddiaçı Cavabdeh1 pulunu verəndən sonra torpağı iddiaçıya verə biləcəyini, əks halda hazırki məhkəmə mübahisələri bitdikdən sonra torpaq sahəsinin əvəzini Cavabdeh1 və ailə üzvlərinə ödəyəcəyəni, ya da torpaq sahəsini özlərinə geri qaytaracağınını bildirmişdir.

69. Apellyasiya baxışında isə Cavabdeh5 fərqli mövqe nümayiş etdirərək, ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanarkən, sonradan isə 18000 manat dəyərində pomidor istilikxanasını və özünə məxsus “Mersedes” avtomobilini verməklə Arzumanla alqı-satqı barədə razılaşdığını göstərmişdir.

70. Həmçinin apellyasiya baxışında Cavabdeh1 torpağı iddiaçıdan almaqda köməklik etməyi Cavabdeh5 xahiş etməsini və bu məqsədlə sonuncu ilə müqavilə bağlamasını, lakin bunun müqabilində Cavabdeh5 ona pul, minik avtomobili, torpaq sahəsi və üzərində istilikxana vermədiyni göstərmişdir.

71. Eyni zamanda cavabdehlər Cavabdeh4 və Cavabdeh3 da apellyasiya baxışında anası tərəfindən torpaq sahəsinin iddiaçıya satılması, hazırda da torpaq sahəsinin iddiaçının istifadəsində olmasını, Cavabdeh5 onlara heç nə ödəmədiklərini, torpaq sahəsinin iddiaçıda qalmasına etiraz etmədiklərini göstərmişlər.

72. İşin apellyasiya baxışında olduğu zaman Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinə teleqram ünvanlayaraq, iddiaçı ilə olan bütün mübahisələrin səbəbkarı və alqı-satqı müqavilələrinin bağlanmasının təşkilatçısının Cavabdeh5 olmasını göstərən məzmunda məlumat vermişdir. (İİ cild, iş v.192)

73. İşin müəyyən edilən hallarından görünür ki, torpaq sahəsi iki dəfə alqı-satqı predmeti olub, mülkiyyətçiləri dəyişsə də, torpaq hələ də iddiaçının faktiki sahiblik və istifadəsindədir. 73.Göründüyü kimi, alqı-satqı müqaviləsinin tərəfləri olan şəxslər həmin müqaviləni bağlamaqda məqsədlərinin torpaq sahəsini iddiaçıdan geri almaq məqsədi güddüyünü bildirmişlər.

74. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

75. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin yalnız Mülki Məcəllənin 335-ci maddəsinə istinadən iddiaçının subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə düzgün olmamış, apellyasiya instansiyası məhkəməsi işin hallarını, iddiaçının dəlillərini, cavabdehlərin etirazlarında göstərdikləri dəlilləri müqayisəli şəki ldə təhlil edib onlara, eləcə də iddiaçının subyektiv hüququna aid məsələyə Mülki Məcəllənin 340.1-ci maddəsinin tələbləri baxımından qiymət verməmişdir.

76. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

77. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əqdlərə yuxarıda göstərilən şərtlər daxilində qiymət verməmiş, Mülki Məcəllənin 340.1-ci ma ddəsinin dispozitiv şərtlərinin hazırkı işdə mövcud olub-olmamasına münasibət bildirmədən iddiaçının subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Halbuki qeyd edilən müqavilələr üzrə iddiaçının subyektiv hüququ işin halları baxımından həm də Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozitiv şərtləri daxilində yoxlanmaqla qiymətləndirilməli idi.

78. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bunun nəticəsi olaraq tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn ma ddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

79. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-390/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar