Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2215/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ iş № 2(102)-2215/2023 Açar sözlər: sığorta ödənişinin tutulması, icbari sığorta üzrə sığortaedənin məsuliyyətinin həcmi Bakı şəhəri, 03 avqust 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı, Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)-147/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 03 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X5 (bundan sonra – iddiaçı) məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC (bundan sonra – cavabdeh) tərəfindən 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək 25.000 manat məbləğində daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmışdır. 2. "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli məktubuna əsasən, xx.xx.2017-ci il, saat 11:14-də Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanının yaxınlığında su təchizatı xəttində baş vermiş qəza ilə bağlı Qaynar xətt (955) mərkəzinə edil miş müraciət əsasında Xətai rayon Sukanal idarəsinin Su və Kanalizasiya şəbəkələri istismarı sahəsinin nümayəndələri tərəfindən həmin qəza aradan qaldırılmışdır. 3. "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli zərər aktına əsasən, İddiaçı məxsus evə dəymiş zərərin məbləği 31.100 manat müəyyən edilmişdir
4. İddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 saylı ev "xxxx" ASC tərəfindən 20 iyul 2017-ci il tarixdən 19 iyul 2018-ci il tarixədək 25.000 manat məbləğində daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmışdır.
5. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının xx.xx.2017-ci il tarixli, 356 nömrəli arayışına əsasən, İddiaçı müraciəti əsasında onun evinin yerləşdiyi əraziyə vizual mühəndis-geoloji baxış keçiri lmiş, əraziyə düşən atmosfer yağıntıları və texnogen mənşəli suların yamac boyu süzülərək həmin ünvanın yerləşdiyi ərazidə toplanması səbəbindən və texnogen amillərin təsirindən torpaq qatında kiçik çatlar və deformasiyalar müşahidə olunmuşdur, təbii və texnogen amillərin təsirindən prosesin dinamikasında aktivləşmə proqnozlaşdırılmışdır.
6. Xətai rayon MKTB-nin, 25 saylı MKİS-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2017-ci il tarixli akta əsasən, sözügedən evə baxış zamanı evin fasadında, 1-ci mərtəbədə, dəhliz, mətbəx, hamam otağında, hamamın döşəməsində çatlar var, mətbəxdən həyətə çıxan qapı çökmə nəticəsində açılıb-bağlanmır, 2-ci mərtəbədəki dəhliz və mətbəxdə çatlar var, giriş qapısı çökmə nəticəsində açılıb-bağlanmır, evdə olan çatların gündəlik genişlənməsi müşahidə olunur. 7. " xxxx" ASC-nin İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı izahatına əsasən, 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Sığorta şirkəti bildirmişdir ki, baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Sığorta hadisəsi Azərbaycan Respublikası MM-nin 922.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya olunana və ya digər faydalanan şəxsə ödənilməsi üçün əsas olan sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə v ə ya yaranan hal hesab edildiyindən, yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz.
8. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışa əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/033/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır.
9. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoyma mərkəzinin iddiaçının sifarişinə əsasən evə dəymiş zərərin qiymətləndirilməsini həyata krçirmiş və xx.xx.2018-ci il tarixli məktubla təqdim etdiyi rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin 141.548,38 manat məbləğində olduğunu qeyd etmişdir. 10. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, onun əmlakına dəyən zərər sığorta şirkəti tərəfindən 6. 260 manat müəyyən edilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğlə razı olmadığını bildirmişdir. Bununla əlaqədar müstəqil ekspertlərdən birini seçərək şirkətə məlumat verilməsi xahiş olunmuş, eyni zamanda zərərin qiymətləndirilməsi prosesində sığorta şirkətinin və "xxxx" ASC-nin əməkdaşlarının iştirakının zəruri olması da bildirilmişdir.
11. İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2018-ci il tarixli müraciətdən görünür ki, o, müstəqil ekspert dəvət etməkdən imtina etdiyini, mübahisənin həlli üçün məhkəməyə müraciət olunacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli BA 648444 sayl ı “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin, cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş əlavə zərərə görə 116548 manat məbləğinin, iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğinin, əlavə xərclərin (qiymətləndirmə ekspertizaları, dövlət orqanlarına müraciət və s.) əvəzi olaraq 3000 manat məbləğinin onun xeyrinə, habelə ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, 2017-ci ilin yanvar ayının sonunda evin daxili divarlarından suyun sızdığını görüb, dərhal usta gətirmişdir. Usta suyun təzyiqi nəticəs ində partlayışın baş verdiyini bildirmiş və suyun axmasının qarşısı alınmışdır. Fevral ayının əvvəlində isə küçədən suyun qaynadığını görüb, dərhal "xxxx" ASC-nin 955 qaynar xəttinə məlumat vermişdir. 2017-ci ilin aprel ayında evin divarlarında çatların əmələ gəldiyini görmüş və bu barədə dərhal cavabdehə məlumat vermiş, 29 aprel 2017-ci il tarixində hadisə qeydə alınmışdır. Cavabdeh tərəfindən baxış keçirildikdən sonra ona sığorta müqaviləsinin ancaq yanğın hadisələrini əhatə etdiyi və istilik sistemi kimi istifadə olunan samovarın düzgün yerdə yerləşmədiyinə görə su sızması olduğunu və bunun sığorta hadisəsi hesab olunmadığı bildirilmişdir. “Azərsu ASC-nin ona ünvanlanan 19 iyun 2017-ci il tarixli cavab məktubu əldə olunduqdan sonra cavabdeh şifahi qaydada 6250 manat məbləğində sığorta ö dənişi edə biləcəyini ona bildirmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının məsləhəti ilə 08 iyun 2017-ci il tarixində evə dəymiş zərərin qiymətləndirilməsi üçün müstəqil ekspertə müraciət etmiş və həmin qiymətləndirmə şirkəti evə dəymiş zərərin 31100 manat olmasını müəyyən etmişdir. Lakin cavabdeh ekspertizanın rəyi ilə razılaşmamış və ona evi özlərinin təmir edəcəklərini bildirilmiş, o, bu təklif ilə razılaşmış, lakin təmirin hansı məbləğdə ediləcəyi ona bildirilməmişdir. 2017-ci ilin iyul ayında sığorta müqaviləsinin müddətinin bitməsini nəzərə alaraq, həmin evi sığortalanması ilə bağlı cavabdeh ilə həm könüllü, həm də icbari sığorta müqavilələri imzalamışdır. Sonra cavabdeh tərəfindən "xxxx" LLC Azerbaijan şirkətinə evdə əmələ gələn çatların hansı səbəbdən yaranması ilə bağlı mürac iət edilmiş və bu şirkətin rəyində çatların yaranma səbəbi kimi evin düzgün inşa edilməməsi göstərilmişdir. Cavabdeh tərəfindən sığorta ödənişin vaxtında edilməməsi və evin təmir edilməməsi səbəbindən, 2017-ci avqust ayında həmin çatlar böyüməyə başlamış, evin qapı və pəncərələri sıxılmış və evə dəymiş zərər artmağa başlamışdır. Çatların hansı səbəbdən yaranmasının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. xx.xx.2017-ci il tarixində FHN-nin TTNDAnin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş rəyi cavabdehə təqdim etmiş və 7 iş günü ərzində sığorta ödənişinin verilməsini tələb etmişdir. Lakin cavabdeh yenə öhdəliyini yerinə yetirməmiş və o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi Tikintidə Qiymətqoym a mərkəzinə müraciət edərək evə dəymiş zərərin qiymətləndirilməsini xahiş etmişdir. Qiymətqoyma mərkəzi öz rəyində çatların böyüməsi nəticəsində evin qəzalı vəziyyətə düşməsi ilə əlaqədar dəymiş zərərin artaraq 141548.38 manat məbləğində olduğunu qeyd etmişdir. O, həmin zərər aktını cavabdehə təqdim etmiş, lakin cavabdeh həmin məbləğlə razılaşmayaraq yenidən xx.xx.2018-ci il tarixində 6260 manat məbləğ ödəyə biləcəklərini bildirmişdir. Bu məbləğ isə faktiki dəymiş zərərdən dəfələrlə az olduğundan xx.xx.2018-ci il tarixində yenə onlara həmin məbləğlə razılaşmadığını bildirmiş, cavabdeh ona və "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktublarında hər üç tərəfin iştirakı ilə evə dəymiş zərərin yenidən qiymətləndirilməsinin keçirilməsini tələb etmiş, lakin həmin məktubda cavabdeh qe yd etmişdir ki,alınacaq qiymətləndirmə rəyi ilə razılaşmaya bilər. Göründüyü kimi sığorta hadisəsi baş verən andan 1 ildən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən ona sığorta ödənişi edilməmiş, işin araşdırılması və digər müxtəlif bəhanələr ilə sığorta ödənişinin edilməsi yubadılmış və bunun nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. 14. "xxxx" ASC maraqı şəxs kimi işə cəlb edilmişdir.
15. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 noyabr 2018-ci il tarixli 20368 saylı rəyinə əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qəzalı vəziyyətdə olduğu müəyyən edilmişdir. FHN-nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışına əsasən, fərdi yaşayış evində yaranmış çatlar xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bununda nəticəsində bünövrədə qeyri- bərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(006)-283/2019 nömrəli, 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim:N.Tağıyeva) iddia qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 119956.25 manat məbləği ndə pul vəsaitinin cavabdehdən alınması və iddiaçıya verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi 26 noyabr 2018-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edərək mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən vurulmuş zərərin məbləği məhz 119.956,25 manat müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
18. Həmçinin, birinci instansiya məhkəməsi iddiaçının “cavabdehlə onun arasında bağlanmış 20 iyul 2016-cı il tarixli “Daşınmaz əmlakın icbari sığorta müqaviləsi”nə əsasən baş vermiş sığorta hadisəsi üzrə 25000 manat məbləğində sığorta ödənişinin cavabdehdən tutulması” tələbinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, 20 iyul 2017-ci il tarixində tərəf lər arasında əmlak sığortası üzrə sığorta müqaviləsi bağlanmışdır. 28 avqust 2017-ci il tarixində iddiaçı ASCyə müraciət edərək sığortalanmış yaşayış evinə zərər dəyməsi barəsində məlumat vermişdir. Lakin 2016-cı il tarixində yağış sularının axması ilə baş vermiş subasma hadisəsi nəticəsində 2017-ci ilin aprel ayından etibarən iddiaçının yaşadığı evin divarlarında çatlar əmələ gəlmiş və əmlakına zərər dəymişdir. Baş vermiş hadisə əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş vermiş və sığorta müqaviləsinin müddətini əhatə etmir. Yuxarıda sözügedən hadisə sığorta hadisəsi hesab edilmir və bu hadisə üzrə heç bir sığorta təminatı nəzərdə tutula bilməz. Odur ki, iddia həmin hissədə rədd edilməlidir.
19. Bundan əlavə, məhkəmə İddiaçının “iddiaçıya vurulmuş mə nəvi ziyanın əvəzi olaraq 10000 manat məbləğinin və əlavə xərclərin (qiymətləndirmə ekspertizaları, dövlət orqanlarına müraciət və s.) əvəzi olaraq 3000 manat məbləğinin cavabdehdən tutulması” tələbi ilə bağlı hesab etmişdir ki, iddia həmin hissədə də təmin edilə bilməz. Belə ki, iddiaçıbuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 925, 1096.1, 1097.1, 1114-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 107, 119.1, 217.4-cü maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya insta nsiyası məhkəməsində birinci icraat
21. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsizdir. Belə ki, məhkəmə mənəvi ziyanın ödənilməsi hissəsində, eləcə də əlavə xərclərlə bağlı hissədə əsassız olaraq onun iddia tələbini təmin etməmişdir.
23. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisənin baş vermə səbəblərini əks etdirən, bir-birini təkzib edən iki mühüm rəy vardır. Belə ki, "xxxx" MMC tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, mənzildə yaranan çatların səbəbi su təchizatı xəttində baş vermiş qəza deyil, fərdi yaşayış evinin tikinti normalarına uyğun olaraq inşa edilməməsidir. Yəni, fərdi yaşayış evi həmin nasazlıq baş verməmişdən əvvəl qəzalı vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası FHN Tikintidə X4 Agentli “Azkommunlayihə” KLİ tərəfindən verilmiş rəyə əsasən, yaşayış evində yaranmış çatlar əsasən xx.xx.2017-ci tarixində su təchizat xəttində baş vermiş qəzadan sonra yaranmışdır. Belə ki, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki mexaniki xüsusiyyətini dəyişmişdir. Bunun nəticəsində bünövrədə qeyri-bərabər çökmələr, yükd aşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözügedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşmüşdür. Fərdi yaşayış evinin texniki vəziyyəti qəzalıdır. Məhkəmə bu iki rəy arasında ziddiyyətli məqamların aradan qaldırılması üçün heç bir addım atmamış, həmçinin maraqlarına toxunulan üçüncü şəxsin təkrar ekspertiza ilə bağlı vəsatətini rədd etmiş, qətnamədə bu barədə qeyd aparılmamışdır. Azərbaycan Respublikası FHN Tikintidə X4 Agentli “Azkommunlayihə" KLİ tərəfindən verilmiş rəydə həmçinin qeyd edilir ki, su təchizat xəttində baş vermiş qəza nəticəsində su “binanın” kürsü hissəsinə dolaraq qruntun fiziki mexaniki xüsusiyyətlərini dəyişir. Binanın kürsü hissəsinə dolan suyun binadan xeyli uzaq məsafədə yerləşən fərdi yaşayı ş sahəsi olan daşınmaz əmlakın yükdaşıyan divarlarında çatlar yaratması nə dərəcədə mümkün olması mübahisəlidir. Əgər, mümkündürsə, qeyd olunan daşınmaz əmlakla eyni yerdə yerləşən digər əmlaklarda çatlar niyə yaranmamışdır sualı da maraq doğurur. Bu qədər açıq və cavabsız sualların mövcudluğu belə məhkəmənin gəldiyi nəticəyə təsir göstərməmişdir. Bundan əlavə, dəymiş ziyanın əvəzinin cavabdehdən (sığortaçıdan) tutulması Mülki Məcəllənin sığorta və mülki hüquq pozuntuları fəslinin normalarına ziddir.
25. Məhkəmə tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2021-ci il tarixli 10/3610 saylı rəyinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bünövrə sində çökmələr, yükdaşıyan divarlarında iki tərəfli (keçici) çatların olduğu müəyyən edilir. FHN nin TTNDA-nin “Azkommunlayihə” KLİ tərəfindən təsdiq edilmiş xx.xx.2017- ci il tarixli mütəxəssis rəyinə, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planalma Ekspedisiyası tərəfindən verilmiş xx.xx.2017-ci il tarixində su təchizat xəttində baş vermiş qəzadan (qəza barəsində "xxxx" ASC-nin 07/03- 3/1/10034 saylı məktubunda öz əksini tapmışdır) sonra yaranmış, qəza nəticəsində su binanın kürsü hissəsinə dolaraq qruntun fiziki-mexaniki xüsusiyyətini (geoloji arayışa əsasən) dəyişmişdir. Bunun da nəticəsində bünövrədə qeyribərabər çökmələr, yükdaşıyan divarlarda isə keçici çatlar əmələ gəlmişdir. Sözü gedən evdə çatlar əmələ gəldikdən sonra bərpa-güclən dirmə işləri aparılmadığından ev qəzalı vəziyyətə düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası FHN-nin TTNDA-nin Tikintidə Qiymətqoyma Mərkəzinin xx.xx.2018-ci il tarixli xx/xx-00124 saylı məktubuna əlavə edilmiş müqavilə qiymətləri və artım əmsallarının hesabatlarına əsasən 377 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 119956.25 manat (ƏDV-siz) olduğu müəyyən edilmişdir.
26. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(103)-87/21 nömrəli qətnaməsi ilə (hakimlər: Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdeh və maraqlı şəxs "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi və s. barədə iddiasının qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 manat, əlavə xərclərə görə ödənilmiş 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi baş vermiş hadisəni sığorta hadisəsi kimi qəbul etməmiş, lakin zərərin tutulmalı olması barədə nəticəyə gəlmiş, bununla da sığorta təminatı ərzində baş verməyən hadisəyə görə zərərin tutulmalı olması barədə gəldiyi nəticə əsaslı olmamışdır.
28. Belə ki, iddiaçıya məxsus sözügedən yaşayış evi (daşınmaz əmlak) xx.xx.2016-cı il tarix li Daşınmaz əmlakın icbari sığorta şəhadətnaməsi ilə 25.000 manat sığorta haqqı müqabilində cavabdeh tərəfindən sığortalanmışdır. İddiaçı qeyd edilən ünvanda ümumi su xəttində baş vermiş partlayış nəticəsində daşınmaz əmlaka dəymiş ziyana görə sığorta ödənişinin edilməsi üçün cavabdehə sığorta tələbi ilə müraciət etmişdir. Lakin sığorta məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün sığorta ödənişi həyata keçirilməmişdir. Cavabdeh həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində verdiyi izahatlarda sığorta hadisəsinin baş verdiyini qəbul edərək, iddianı qismən qəbul etmişdir. Odur ki, sığorta hadisəsi baş vermiş və cavabdeh sığorta hadisəsinə görə xx.xx.2016-cı il tarixli Daşınmaz əmlakın icbari sığorta müqaviləsinə görə sığorta ödənişi üçün məsuliyyət daşıyır.
29. Məhkəmə kollegiyası iddia tələbinin dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı hesab etmişdir ki, həmin tələb də əsaslıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür. Yəni cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmamış, bunun nəticəsində də iddiaçı əlavə zərərə məruz qalmışdır. Bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir.
30. Bundan əlavə apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqların ın bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziyyətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermişdir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb etməsi ağlabatan hesab olunmayaraq mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatandır və eyni zamanda həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Həmçinin, məhkəmə kollegiyası iddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 manat məbləğinin ödənilməsi hissəsini də əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaç ı tərəfindən ödənilməsi öz təsdiqini tapır.
32. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 883.1, 886, 888.1, 888.2, 899.1.1, 903.1, 922.1, 923, 924.1, 925.1, 925.2, 925.3, 925.4, 925.5, 925.6, 926.1, 933.1, 934.1, 1096.1, 1097.1, 1114-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
33. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırki münasibətlərə “İcbari sığorta haqqında” Qanunun müddəal arı şamil edilməlidir ki, məhkəmə qətnaməsi yalnız Mülki Məcəllənin sığorta münasibətlərini tənzimləyən normaların sıralanmasından ibarətdir. Hansı ki, Mülki Məcəllənin özündə birbaşa göstərilmişdir ki, hazırki münasibətlərə icbari sığortalar haqqında qanunun müddəaları tətbiq olunmalıdır. Həm Mülki Məcəllədə, həm də İcbari Sığortalar haqqında qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Yəni sığortaçının məsuliyyətinin son həddi qanunla imperativ qaydada müəyyən olunmuşdur. Həm Mülki Məcəllənin, həm İcbari Sığortalar haqqında qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdirilmişdir. Hazırki vəziyyətdə sığorta öhdəliyinin yar anma əsası delikt (mülki hüquq pozuntusu) deyil, məhz tərəflər arasında bağlanmış müqavilədir və müqavilə ilə tərəflər arasında olan qarşılıqlı öhdəliklərin həcmi və həddi müəyyənləşdirilmişdir. Yəni delikt öhdəliklərinə görə məsuliyyət daşımalı olan şəxs sığortaçı şirkət deyil, həmin su borularında baş vermiş qəzaya görə məsuliyyət daşımalı olan şəxsdir. Cavabdeh tərəfindən sığorta ödənişinin vaxtında edilməməsinə görə qanun sığortaçının məsuliyyətini birmənalı olaraq tənzimləmişdir. Göründüyü kimi məhkəmə tətbiq etməli olduğu hüquq normasını tətbiq etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Göstərilənlərdən əlavə, məhkəmə mənəvi zərəri və şəxsin çəkdiyi xərcləri, itkisini də sığorta təminatına, məbləğinə daxil etmişdir ki bu qanunun tələbinə tamamilə ziddir. Eyni zamanda işin halların dan da görünür ki, zərərin artmasına səbəb olan hallardan biri iddiaçının özünün hərəkətsizliyidir. Belə ki, iddiaçı qeyd edir ki, zərərin müəyyənləşdirilməsi ilə bağlı xərclər çəkmişdir. Hansı ki, həmin vəsaiti zərərin daha da artmaması üçün təmir-bərpa işlərinə sərf edə bilərdi. Bu hərəkətsizlik onu göstərir ki, iddiaçı zərərin həcminin artmasında xüsusi ilə maraqlı olmuşdur. Əfsuslar olsun ki, məhkəmələr tərəfindən bu əhəmiyyətli hallar hüquqi müəyyənlik prinsipi baxımından ümumiyyətlə nəzərə alınmamış, məhkəmə aktlarında bu hallara aydınlıq gətirilməmişdir.
35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki sığorta hadisəsi ilə əlaqədar dəfələrlə cavabdehə müraciətlər etmiş, lakin cavabdeh qanunvericiliklə müəyyən edilmiş müddətdə evə baxış keçirməmiş və şifahi olar aq 6250 manat məbləğində sığorta ödənişi edəcəyini bildirmişdir. Beləliklə, cavabdeh vaxtında sığorta müqavilələri üzrə öz öhdəliyini yerinə yetirmədiyinə görə evinə böyük məbləğdə maddi ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya sığorta ödənişi edilmədiyi halda o, evində çatlar əmələ gəldikdən sonra bərpa-gücləndirmə işləri apara bilməzdi. Kassator kassasiya şikayətində ümumiyyətlə sığorta müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərdən imtina edərək göstərir ki, delikt öhdəliklərinə görə məsuliyyət daşımalı olan şəxs sığortaçı şirkət deyil, həmin su borularında baş vermiş qəzaya görə məsuliyyət daşımalı olan şəxsdir, halbuki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olmuş) və çatışmazlığını, eyni zamanda əmlak hüquqlar ının itirilməsi ilə bağlı risklər sığortalanır. Buna görə də sığorta müqavilələri üzrə sığorta hadisəsi ilə əlaqədar maddi məsuliyyət daşıyan şəxs cavabdehdir. Bundan əlavə, birinci instansiya məhkəməsində izahat verən cavabdehin nümayəndəsi də iddianı qismən qəbul etməsini bildirmişdir.
36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)5832/2021 nömrəli, 29 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: Z.Əliyev (sədrlik edən və məruzəçi), A.Hüseynov və İ.Xələfov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
37. Kassasiya instansiyası məhkəməsi 119.956,25 manatın ümumi şəkildə zərər kimi (özü də bir qisminin delikt normaları əsasında) cavabdehdən tutu lması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, baş vermiş hadisəyə (hadisələrə) görə cavabdehin iddiaçı qarşısında məsuliyyətinin həcmi və əsası dəqiqliklə müəyyən edilməli, onun hüquqi əsasları aydın şəkildə göstərilməlidir.
38. Belə ki, bunun üçün iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin nə vaxt və neçə dəfə baş verdiyi, hər bir sığorta müqaviləsinin əhatə etdiyi sığorta müddətinə daxil olub-olmadığı, sığorta hadisəsi nəticəsində (əgər birdən artıq sayda hadisə baş veribsə hər biri üzrə ayrı-ayrılıqda) əmlaka dəyən zərərin miqdarı, beləliklə cavabdehin sığorta müqavilərindən irəli gələn öhdəliyinin həcmi müəyyən olunmalıdır. Bununla da, cavabdehdən tutulan məbləğin hansı hissəsinin sığorta müqavilələri əsasında verilməli olan sığorta ödənişini təşkil etməsi aydınlaşdırılamalıdır.
39. Məhkəmə kollegiyası həmçinin, qeyd etmişdir ki, iddiaçının bildirdiyi hallar nəzərə alınmaqla, sığorta müqavilələrində göstərilən sığorta məbləğindən artıq olan zərərə görə cavabdehin məsuliyyətinin hüquqi əsas(lar)ı yoxlanılmalıdır.
40. Sığortaçının sığorta ödənişini gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyət daşıması üçün həmin ödənişin verilməsindən imtinanın əsassız olması, əlavə zərərin sığortaçının öhdəliyini təqsirli şəkildə pozması nəticəsində əmələ gəlməsi, başqa sözlə həmin zərərlə sığortaçının hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməlidir. Belə ki, əgər 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsinə görə yaranan zərər məbləği cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olmamışsa, yəni bu məbləğdən artıq həcmdə ödənişə görə imtina əsaslı olmuşsa, sözügedən çatların vaxtında aradan qaldırılmaması nəticəsində əmələ gələn zərər üçün sığorta şirkəti məsuliyyət daşıya bilməz.
41. Buna baxmayaraq məhkəmə, 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmini dəqiqliklə müəyyən etməmiş, bundan asılı olaraq həmin hadisəyə görə cavabdehin sığorta ödənişini verməkdən imtinasının əsaslı olub-olmamasını araşdırmamışdır. Halbuki bu xüssuatlar müəyyən edilmədən cavabdehin sığorta məbləğindən artıq olan həcmdə zərərə görə məsuliyyət daşıması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilə bilməz.
42. Kassasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 448.1, 883.1, 897.1, 897.3-cü, “İc bari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 8.1, 10.1, 13.1, 15.1, 18.1, 18.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.3, 416-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
43. Məhkəmə xx.xx.2022- ci il tarixdə (cild- 2, səh-131) əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında xx.xx.2017-ci il tarixində baş vermiş birinci sığorta hadisəsi nəticəsində ikinci sığorta hadisəsi (xx.xx.2017) baş verənədək Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 337 saylı evə dəymiş zərərin həcmini müəyyən etmək mümkündürmü? - sualı qoyulmuşdur, lakin, xx.xx.2022-cil tarixində Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olmuş Məlumatdan görünür ki, sübutların təqdim edilməməsi səbəb ilə ekspertiza aparılmasından imtina edilmişdir.
44. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-147/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, dəymiş ziyanın əvəzi olaraq 119956.25 manat, iddiaçıya dəymiş mənəvi zərərə görə 2000 manat, əlavə xərclərə görə ödənilmiş 3000 manat məbləğində pul və ödənilmiş 50 manat dövlət rüsumu, cəmi 125006,25 məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.
45. Məhkəmə kollegiyası 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcminin dəqiqliklə müəyyən edilməsi ilə əlaqədar kassasiya instansiyasının göstərişi ilə bağlı qeyd etmişdir ki, hazırda daşınmaz əmlak ikinci sığorta hadisəsindən əvvəlki vəziyyətində olmadığından sözügedən zərərin dəqiqliklə müəyyən edilməsi qeyri-mümkündür. Buna baxmayaraq, həmin vaxt yaranan zərər məbləğinin cavabdehin qiymətləndirdiyi və təklif etdiyi məbləğdən çox olması iş materiallarında olan zərər aktı ilə müəyyən edildiyindən bu sənəd mötəbər sübut kimi qiymətləndirilməlidir.
46. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli hesabat və 13 aprel 2018-ci il tarixli məktubunda iddiaçının ASC-yə müraciətinə cavab olaraq əmlaka dəymiş zərər tərəflərindən 6260 manat müəyyən edilməsinin bildirilməsi ilə iddiaçının razılaşmaması özü-özlüyündə cavabdehin qeyd edil ən hesabatının düzgün olmasının sübutu deyildir. Cavabdeh xx.xx.2017-ci il tarixli «zərər akt»ında göstərlən 31100 manat məbləğinin düzgün müəyyən edilməməsini təkzib edən sübutları təqdim etməmişdir.
47. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, sığortaçının sığorta ödənişinin gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyəti məhz həmin ödənişin verilməsindən imtinanın əsassız olması ilə birbaşa bağlıdır və 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmi xx.xx.2017-ci il tarixli «zərər akt»ında göstərlən 31100 manat məbləği düzgün hesablanmış məbləğ kimi qəbul edilməlidir.
48. Belə ki, iddiaçının sığorta etdirdiyi daşınmaz əmlak su xəttində baş vermiş qəzadan sonra yaranmış, qəza nəticəsində evdə çatlar əmələ gəldikdən son ra bərpa gücləndirmə işləri aparılmadığından, ev qəzalı vəziyyətə düşmüşdür ki, bu da 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək dövrü əhatə edən «Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsi»nin təsiri altına düşür.
49. Məhkəmə kollegiyası həmçinin, gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyindən, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, sığorta məbləği 25.000 manat göstərilmiş daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsi bağlandığından əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə dü şməsi də sözügedən sığorta müqaviləsinin təsiri altına düşür.
50. Bununla da baş vermiş hadisənin əmlakının sığortalandığı sığorta müqaviləsinin qüvvəyə minmə tarixindən əvvəl baş verməsi və sığorta müqaviləsinin müddətini əhatə etməməsinə dair cavabdehin dəlilləri təkzib edilir. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş sənədlərdən də görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus və artıq yaşayış üçün yararsız olan ünvan üzrə tərəflər arasında icbari sığorta üzrə yeni müqavilələr də tərtib edilməklə, sığorta münasibətləri davam etdirilir.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən sığorta ödənişinin vaxtında edilməməsi, qəzanın nəticələrinin vaxtında aradan qaldırılmaması ilə (həmin zərərlə bağlı sığortaçının hərəkətsizliyi) iddiaçının əlavə zərərə məruz qalması arasında səbəbli əlaqə mövcuddur ki, bu da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməlidir. Ona görə də, iddiaçının evində 2017-ci ilin avqust ayındakı qəzalı vəziyyət (həmin vəziyyətə görə müəyyən olunan 119.956,25 manat zərər) 2017-ci ilin əvvəlində yaranan çatların vaxtında aradan qaldırılmadığına (bərpa-gücləndirmə işləri aparılmadığına) görə yarandığından cavabdeh sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərəri ekspertiza rəyləri ilə müəyyən edilmiş həddə, yəni, 119956,25 manat məbləğində iddiaçıya ödəməlidir.
52. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı 2017-ci ilin fevral ayından pozulmuş hüquqlarının bərpası üçün müraciət etsə də, hüququ bərpa olunmamış, qəzalı vəziy yətdə olan yaşayış sahəsindən istifadə edə bilməmiş və bunun nəticəsində də mənəvi iztirab və sarsıntı keçirmişdir. Bu da cavabdehin qanunsuz hərəkəti və hərəkətsizliyi nəticəsində baş vermişdir. İddiaçının mənəvi zərərin əvəzi kimi 10.000 manat tələb etməsi ağlabatan hesab edilmir. Odur ki, işin hallarını nəzərə alınaraq, mənəvi zərərin 2000 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edilməli və eyni zamanda, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
53. Digər tərəfdən, məhkəmə kollegiyası iddia tələbinin əlavə xərclərin (dövlət orqanlarına müraciət, qiymətləndirmə ekspertizası və s.) əvəzi olaraq 3000 manat məbləğinin ödənilməsi hissəsini də əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərlə tələb olunan məbləğin iddiaçı tərəfindən ödənilməsi öz təsdiqini tapır.
54. Həmçinin, iddiaçının apellyasiya məhkəməsinə təqdim etdiyi ərizədə göstərdiyi 12000 manat kirayə haqqı, 5436,20 manat əlavə xərclərlə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iş materialları ilə müəyyən edildiyi kimi, iddiaçının iddia tələbində kirayə haqqı və ərizədə göstərdiyi əlavə xərclər tələb edilmədiyindən, həmin ərizənin təmin edilməsi üçün əsaslar yoxdur.
55. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 448.1, 883.1, 897.1, 897.3-cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1, 8.1, 10.1, 13.1, 15.1, 18.1, 18.2ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 217.3, 372.6, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etməklə əsas landırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
56. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
57. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evin qəzalı vəziyyətə düşməsinin 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsinin də təsiri altına düşdüyü qənaətinə gəlmişdir. Halbuki, məhkəmənin özü əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində” qeyd etmişdir ki, bu da hadisənin məhz 20 iyul 2016-cı il tarixdən 19 iyul 2017-ci il tarixədək dövrü əhatə edən Daşınmaz Əm lakın İcbari Sığortası şəhadətnaməsi çərçivəsində baş verdiyinə dəlalət edir. Eyni zamanda “evin qəzalı vəziyyətə düşməsi” səbəb deyil, nəticədir. Bu xüsusda “İcbari sığortalar haqqında” Qanunun 36-cı maddəsinə də diqqət yetirmək xüsusilə əhəmiyyətlidir.
58. Həmçinin, məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı bu tələbləri kobud surətdə pozmuş, heç bir əsas olmadan cavabdehin zərər dəymiş əmlakın qiymətləndirilməsinə dair xx.xx.2017-ci il tarixli hesabatını düzgün hesab etməmiş, əksinə, iddiaçının təqdim etdiyi "xxxx" şirkətinin xx.xx.2017-ci il tarixli zərər aktına əsaslanmışdır.
59. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli zərər aktını təkzib edən hər hansı sübutun təqdim edilməməsini qeyd etmişdir. Halbuki, xx.xx.2017-ci il t arixli hesabat özü-özlüyündə xx.xx.2017-ci il tarixli zərər aktını təkzib edən sübutdur. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 925-ci maddəsinə əsasən dəymiş zərərin miqdarını sığortaçı müəyyən edir və sığortaçı dəymiş zərəri bilavasitə özü qiymətləndirə bilər.
60. Bundan əlavə, məhkəmə xx.xx.2022-ci il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert qarşısında xx.xx.2017-ci il tarixli hadisə nəticəsində evə dəymiş zərərin həcminin müəyyən edilməsi ilə bağlı suallar qoymuşdur. Qətnamədən də göründüyü kimi məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi haqqında qərarını (ekspert vəsatəti üzrə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 337 saylı evdə olan əşyalar barədə məlumat ekspertə təqdim edilməmişdir) məhkəmə iclasında araşdırark ən iddiaçının Məhkəmə Ekspertizası Mərkəzinin göstərişlərini hazırda icra etməyin mümkün olmadığı barədə çıxışına istinad edərək zərərin həcminin dəqiqliklə müəyyən edilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlmişdir. Halbuki, məhkəmə ekspert vəsatətinin (daşınar əşyalar barədə məlumatların ekspertə təqdim edilməsi) ekspertizanın təyin edilməsi barədə qərardadı və ümumilikdə mübahisənin predmeti (daşınmaz əmlaka dəymiş zərər) ilə heç bir əlaqəsinin olmamasını nəzərə almamış, bu kimi əhəmiyyətli məqamın aydınlaşdırılmasına cəhd göstərməmişdir.
61. Eyni zamanda, iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, baş vermiş hadisəyə görə cavabdehin iddiaçı qarşısında məsuliyyətinin həcmi və əsası dəqiqliklə müəyyən edilməmiş, onun hüquqi əsasları aydın şəkildə göstərilməmişdir. Sığorta hadisəsi nəticəsində əmlaka dəyən zərərin miqdarı, cavabdehin sığorta müqavilələrindən irəli gələn öhdəliyinin həcmi müəyyən olunmamışdır. Sığorta müqavilələrində göstərilən sığorta məbləğindən artıq olan zərərə görə cavabdehin məsuliyyətinin hüquqi əsasları yoxlanılmamışdır. Yaranmış əlavə zərərlə sığortaçının hərəkətsizliyi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, həm Mülki Məcəllədə, həm də İcbari Sığortalar haqqında qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Göründüyü kimi həm Mülki Məcəllənin həm İcbari Sığortalar haqqında qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdiril mişdir.
62. Kassator şikayətini Azəbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 217.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
63. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh məhkəmənin diqqətini yalnız icbari sığorta müqaviləsinə yönəltmək istəsə də, tərəflər arasında icbari sığorta müqaviləsindən sonra könüllü sığorta müqaviləsi də bağlanmışdır ki, iş üzrə məhkəmələr artıq buna hüquqi qiymət vermişdir. Kassasiya baxışının hədləri
64. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
65. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin edilən hissəsinin yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi
66. Maddə
442. Öhdəliyin icra edilməm əsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
67. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
68. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
69. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cava bdehdir.
70. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
71. Maddə 897.1.İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu
72. Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əm lakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
73. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
74. Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
75. Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüv vədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
76. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
77. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.
78. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənəd lərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
79. Maddə 18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqə li şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: 80. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz.
81. Bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi müəyyən edilmiş sığorta məbləğini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçiri lir.
82. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
83. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
84. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
85. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olun mamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
89. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya dü zgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişləri əsasında müvafiq araşdırma aparsa da, qətnamənin cavabdeh "xxxx"ASC-dən iddiaçı X2 xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, həmçinin kassasiya instansiya məhkəməsinin bu hissə ilə bağlı göstərişlərini tam icra etməmişdir.
91. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bi ldirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
92. Tərəflərin məhkəməyə bildirdiyi və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan görünür ki, tərəflər arasında iki dəfə - 20 iyul 2016-cı ildən 19 iyul 2017-ci ilədək və 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən daşınmaz əmlakın icbari sığorta müqavilələri bağlanmışdır. Müqavilələrdə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat göstərilmişdir. Eyni zamanda iddiaçının əmlakına münasibətdə sığorta hadisəsinin baş verməsi işdə mübahisə olunmur. Bununla belə, 2017ci ilin əvvəlində su xəttində baş verən qəzaya görə iddiaçının evində çatların əmələ gəlməsi, habelə həmin ilin avqust ayından sonra çatların genişl ənərək evin qəzalı vəziyyətə düşməsi haqqında işdə məlumatlar var.
93. İddiaçı tələbində sığorta ödənişin görə 25.000 manat, əmlaka dəymiş əlavə zərər görə isə 116.548 manat pul tələb etmiş, kassasiya instansiya məhkəməsinin bu hissə ilə bağlı müvafiq göstərişi olmasına baxmayaraq yenə də apellyasiya məhkəməsi bu iki tələbə ayrı-ayrılıqda qiymət verməmiş və 119.956,25 manatın ümumi şəkildə zərər kimi (özü də bir qisminin delikt normaları əsasında) cavabdehdən tutmuş və bununla da iddia tələbi həddindən kənara çıxmış, baş vermiş hadisəyə görə cavabdehin iddiaçı qarşısında icbari sığorta müqaviləsindən irəli gələn məsuliyyətinin həcmini nəzərə almamışdır. 94. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən sığorta müqaviləsinin qüvvədə olduğu müddət ər zində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. 95. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında da eyni hüquqi mövqe müəyyən edilərək,göstərilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 10, 20.4, 56 və 58.3-cü maddələrinə əsasən, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Sığorta hadisəsi nəticəsində dəymiş zərəri n məbləği icbari sığorta üzrə sığorta ödənişini aşdığı halda zərərçəkən zərərin sığorta ödənişindən artıq olan hissəsinin ödənilməsini zərərvurandan tələb edə bilər.
96. Kassasiya instansiya məhkəməsinin göstərişlərinə əsasən apellyasiya instansiyası məhkəməsi 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmi ilə bağlı müəyyən etmişdir ki, hazırda daşınmaz əmlak sığorta hadisəsi baş verən zamankı vəziyyətində olmadığından ilkin zərərin dəqiqliklə müəyyən edilməsi qeyrimümkündür. Buna baxmayaraq, həmin vaxt yaranan zərər məbləğinin cavabdehin qiymətləndirdiyi və təklif etdiyi 6260 manat məbləğdən çox olması iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2017-ci il tarixli 31.100 manat zərər barədə aktla təsdiq edilir. Buna görə də, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, sığortaçının sığorta ödənişinin gecikdirilməsi nəticəsində yaranan zərərə görə məsuliyyəti məhz həmin ödənişin verilməsindən imtinanın əsassız olması ilə birbaşa bağlıdır və 2017-ci ilin əvvəlində baş vermiş sığorta hadisəsi nəticəsində yaranmış zərərin həcmi xx.xx.2017-ci il tarixli «zərər akt»ında göstərlən 31100 manat məbləği düzgün hesablanmış məbləğ kimi qəbul edilməlidir.
97. Belə olduğu halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı qarşısında icbari sığorta müqaviləsində göstərilən həddə məsuliyyət daşımalı olduğundan iddiaçının tələbi yalnız həmin hissədə təmin edilə bilər. Bu zaman icbari sığorta müqaviləsində göstərilən 250 manat azadolma məbləği çıxılmaqla, cavabdehdən 24750 manat sığorta ödənişi tutulmalıdır.
98. Məhkəmə kolle giyası hesab edir ki, cavabdeh tərəfindən sığorta ödənişi vaxtında edilmədiyinə, qəzanın nəticələri vaxtında aradan qaldırılmadan mövcud vəziyyətdə tərəflər arasında 20 iyul 2017-ci ildən 19 iyul 2018-ci il tarixədək olan dövrü əhatə edən, daşınmaz əmlakın yeni icbari sığorta müqaviləsinin bağlanması, əvvəlki sığorta dövrünə təsadüf edən qəza nəticəsində evdə çatlar əmələ gəldikdən sonra bərpa gücləndirmə işləri aparılmadığından, sözügedən evin qəzalı vəziyyətə düşməsinin ikinci sığorta hadisəsi olması barədə apelyasiya məhkəməsinin gəldiyi qənaət əsassız olmuşdur. Belə ki, “evin qəzalı vəziyyətə düşməsi” ikinci sığorta hadisəsi deyil, baş vermiş sığorta hadisəsinin nəticəsidir.
99. Apellyasiya məhkəməsi cavabdeh tərəfindən 25.000 manat sığorta ödənişinin vaxtında edilməməsi, qəzanın nətic ələrinin vaxtında aradan qaldırılmaması ilə (həmin zərərlə bağlı sığortaçının hərəkətsizliyi) iddiaçının əlavə zərərə məruz qalması arasında səbəbli əlaqənin mövcud olduğuna və bunun da cavabdehin hüquqa zidd əməli kimi qiymətləndirilməli olmasına istinad edərək iddiaçının evində 2017-ci ilin avqust ayındakı qəzalı vəziyyət görə müəyyən olunan 119.956,25 manat zərəri cavabdeh tərəfindən iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir.
100. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin bu mövqeyi əsassızdır. Belə ki, əvvəlki kassasiya instansiyası məhkəməsi qərarında bu məsələ ilə bağlı müəyyən etmişdir ki, sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, o nun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşıs ında məsuliyyət daşıyır.
101. Lakin qeyd edilən göstərişləri apellyasiya məhkəməsi düzgün qiymətləndirməmişdir. Belə ki, ödənilməli olan sığorta ödənişinin vaxtında ödənilməməsinə görə vurulmuş zərərlə, baş vermiş sığorta hadisəsi nəticəsində əmlaka dəymiş zərər fərqli anlayışlardır. Sığortaçı sığorta ödənişini(pul öhdəliyini) vaxtında icra etmədiyinə görə “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə əsasən həmin ödənişi bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməlidir. Həmçinin Mülki Məcəllə ilə pul öhdəliklərinin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin heç bir halda bu zərər əmlaka sığorta hadisəsi nəticəsində vurulmuş real zərərin tam olaraq sı ğortaçıdan tutulması ilə nəticələnə bilməz. Çünki əmlaka dəyən zərərin tam ödənilməsinə sığortaçı deyil, zərərvuran şəxs məsuliyyət daşıyır. Buna görə də, əmlaka dəyən əlavə zərər görə 116.548 manat pul tələbi hissəsində iddia rədd edilməlidir.
102. Cavabdehin kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası onu qismən əsaslı hesab edir, çünki məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cavabdehdən mənəvi ziyana görə 2000 manat, əlavə xərclərə görə 3000 manat tutulması hissəsində qətnaməni əsaslı hesab edir.
103. Belə ki, iddiaçıya sığorta ödənişi vaxtında ödənilmədiyindən mənəvi iztirab və sarsıntı keçirmişdir. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, əmlaka dəyən zərərin müəyyən edilməsi üçün iddiaçının dövlət orqanlarına müraciət, qiymətlən dirmə ekspertizası və s. əvəzi olaraq 3000 manat məbləğinin ödənilməsi iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır.
104. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə apellyasiya instansiya məhkəməsində mahiyyəti üzrə araşdırma aparıldığından, iş üzrə əlavə sübutların araşdırılmasına zərurət olmadığından və məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallara əsasən maddi hüquq normaları düzgün tətbiq edilməklə nəticəyə gəlmək mümkün olduğundan işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə zərurət yoxdur.
105. Buna görə də, qətnamə qismən, cavabdeh "xxxx"ASC-dən iddiaçı X2 xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində, ləğv edilməli, həmin hissədə iş üzrə yeni qərar qəbul edilərək, iddiaçı X2 iddiası qismən təmin edilməli "xxxx"ASC-dən iddiaçı X2 xeyrinə 24.750 manat sığorta ödənişi tutulmalı, iddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilməli, qətnamə 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
106. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" ASC oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2023-cü il tarixli, 2(103)147/2023 nömrəli tarixli qətnaməsi qismən, cavabdeh "xxxx"ASC-dən İddiaçı xeyrinə dəymiş ziyanın əvəzi olaraq 119.956,25 manat tutulması hissəsində, ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X2 iddiası qismən təmin edilərək,”X” ASC-dən iddiaçı X2 xeyrinə 24.750 manat sığorta ödənişi tutulsun. İddianın cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının əmlakına dəymiş əlavə zərərə görə 116.548 manat pul tələbi rədd edilsin. Qətnamə 2000 manat mənəvi ziyanın və 3000 manat əlavə xərclərin tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.