Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2749/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı icbari sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2102/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı mərhum əri polkovnik X3 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövründə vəfat etmişdir.
2. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən İddiaçı ünvanlanan məktubda göstərilib ki, X2 özünü öldürməsi faktı ilə əlaqədar aparılan araşdırma üzrə xx.xx.2021-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq cinayət hadisəsi və əmə ldə cinayət tərkibi olmaması əsaslarına görə cinayət işinin başlanması rədd edilmişdir.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Dövlət Xidmətinin Zərdab Rayon Bölməsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 8 nömrəli arayışda qeyd olunub ki, X4 X1 Rabitə şöbəsinin rəisi xx.xx.1972-ci il təvəllüdlü polkovnik X3 xx.xx.1989-cu il tarixdən xx.xx.2021-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci il tarixdə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünə qəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil.
4. İddiaçı ərinin vəfatı ilə əlaqədar qanunla müəyyən edilmiş 11.000 manat sığorta ödənilməsi barədə Azərbaycan Respublikası Dövlə t Sığorta Kommersiya Şirkətinə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ərinin ölümünə görə 11000 manat sığorta ödənişi, hüquqi yardım üçün ödədiyi 100 manat və 123 manat dövlət rüsumu olmaqla, cəmi 11223 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı hərbi xidmət dövründə vəfat etmişdir. Həyat yoldaşı “Hərbı qulluqçuların dövlət icbarı şəxsı sığortası haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmətə daxil olarkən sığortalanmışdır. Həyat yoldaşı hərbi xidmət dövründə vəfat etdiyinə görə 11000 manat məbləğində sığorta ödənişinin ona verilməsi üçün o, xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ərizə ilə müraciət etmişdir. Lakin ərizə bu günədək cavabsız və nəticəsiz qalmışdır. Ərizənin cavablandırılmamasını cavabdeh tərəfindən imtina kimi qiymətləndirir.
7. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 8 nömrəli arayışa əsasən, mərhum X3 xx.xx.1989-cu ildən xx.xx.2021-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci ildə “mexaniki asfiksiya asılma, boyun orqanlarının ilgəklə sıxılması” özünəqəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsi sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Qanunun 8.1.5-ci maddəsinə əsasən, sığorta olunan özünə qəsd etdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin verilməsindən imtina edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935-ci maddəsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina əsaslarını təsbit edir və həmin Məcəllənin 935.1.8-ci maddəsinə görə, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; yenə hə min Məcəllənin 935.1.10cu maddəsinə görə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda sığorta ödənişinin verilməsindən imtina edilir. Qeyd olunanlara əsaslanaraq iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(006)-933/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia təmin edilməmişdir.
9. Birinci instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçının mərhum əri xx.xx.1989-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabitlərin hərbi xidməti üzrə hərbi xidmət keçmiş və xx.xx.2021-ci ildə “mexaniki asfiksiya, boyun orqanlarının ilgəklə sıxılması” özünə qə sd nəticəsində vəfat etmişdir. Sığorta olunanın özünə qəsd etməsi faktı sığorta hadisəsi hesab edilmədiyinə və bu səbəbdən sığorta təminatına daxil olmadığına görə, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi tam qanunauyğundur.
10. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935, 935.1.8, 935.1.10-cu, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şik ayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3727/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İskəndərov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5805/20 22 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (məruzəçi), E.Şamayev və A.Abbasov) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir.
16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8.1.5-ci maddəsinə istinad edərək, sığorta olunanın özünə qəsd etməsinin və həmin halın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunmasının sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğu qənaətinə gəlmişdir. İstinad olunan maddə xx.xx.2021-ci il tarixli 418-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, № 286, Azərba ycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 12, maddə 1317) yeni redaksiyada verilmiş və sığorta hadisəsi baş verən zaman, yəni xx.xx.2021-ci il tarixdə qüvvədə olmamışdır. Buna görə də, mübahisəyə həmin maddənin sığorta hadisəsi baş verən zaman qüvvədə olan redaksiyası tətbiq edilməklə cavabdehin imtinasının qanuniliyinə qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Yeni apellyasiya baxışında cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının mərhum əri özünə qəsd nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidmət vəzifələrinin icrası ilə bağlı deyil. İş materiallarında olan ölüm haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci ildə ölmüşdür. Şəhadətnamə xx.xx.2021-ci il tarixinə aiddir. "Dövlət icbari şəxsi s ığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2022-ci il tarixli, 1718 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 2.7-ci bəndinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır: “sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi nin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.” "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına xx.xx.2022-ci il tarixində edilmiş dəyişikliyin hazırkı işə tətbiqi baxımından, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən ölüm haqqında şəhadətnamənin tarixi 2020-ci il yanvarın 1dən sonraya – xx.xx.2021-ci il tarixinə aid olduğundan, baş vermiş ölüm hadisəsinin sığorta hadisəsi hesab edilə bilən hallara aid edilməsi və sığorta ödənişinin verilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin səlahiyyətlərinə aid edilmişdir. Bu səbəbdən, Şirkətə qarşı qaldırılmış iddia tələbinin hüquqi əsası mövcud deyildir və iddiaçı sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə müraciət etməlidir.
18. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-2102/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), R.Eyvazov və G.Axundova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 8-ci maddəsinə xx.xx.2021-ci il tarixli qanunla dəyişiklik edilərək, sığorta ödənişi almaq hüququ ola n şəxsə sığorta ödənişinin verilməsindən imtina edilməsinin əsası kimi sığorta olunanın özünə qəsd etməsi və həmin halın məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq olunması əsası kimi bənd əlavə edilmişdir. Göründüyü kimi, iddiaçının mərhum həyat yoldaşının vəfat etdiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən “özünə qəsd” sığorta ödənişinin edilməsindən imtina edilməsi üçün əsas olmamışdır.
20. Kollegiya, apellyasiya şikayətinə etirazın dəlillərini əsassız hesab edərək, bildirmişdir ki, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 1340 nömrəli, 18 may 2021-ci il tarixli Azərbaycan Respublikası Fərmanına 18 iyun 2022-ci il tarixdə dəyişiklik edilərək aşağıdakı məzmunda 2.8-ci bənd əlavə edi lmişdir. 2.8-ci bəndə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Fərmanın 2.8ci bəndində qeyd edildiyi kimi, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid olan və şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla, sığorta ödənişi nin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən Fond təmin edir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişini tələb etməklə bağlı subyektiv hüququ olmuş və cavabdehin də həmin dövrdə imtinası qanunsuz olmuşdur.
21. Bundan başqa, kassasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında cavabdehin etirazında qeyd etdiyi dəlillərlə bağlı apellyasiya instansiya məhkəməsi üçün hər hansı göstəriş qeyd edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddi anın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, sənədin tarixi 2021-ci ilə aid edilmiş sığorta hadisəsinin Şirkətin öhdəliyinə aid edilməsi yuxarda adı çəkilən Fərmanın istinad olunan normasının düzgün tətbiq edilməməsinə gətirib çıxarır. Fərman bilavasitə geriyə qüvvə üçün nəzərdə tutulmuşdur. Həmçinin, imtinanın qanunsuz olması iki məhkəmə instansiyasında mübahisələndirilmiş, lakin öz təsdiqini tapmamış, Fərmana dəyişiklik isə məhz məhkəmə icraatının davam etdiyi dövrdə edilmişdir. Bu səbəbdən, hazırda qüvvədə olan redaksiya bilavasitə geriyə qüvvə üçün nəzərdə tutulduğundan, tətbiq edilməsi MPM-in 217.2-ci maddəsinin tələbinin pozulması kimi qiymətləndiri lə bilməz. Fərmanla Şirkətin deyil də, digər qurumun səlahiyyətinə aid edilmiş bir məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Şirkətin üzərinə qoyulsa belə, həmin aktın icrası mexanizmi olmayacaqdır. Belə ki dövlət qurumları arasında səlahiyyət bölgüsü Fərmanla dəqiq müəyyənləşdirildiyindən, icra prosesində bu, aidiyyəti üzrə digər quruma yönləndiriləcəkdir. Bu səbəblə, məsələyə doğru hüquqi qiymət verilməməsinin qətnamənin icrasında problem yaradacağı istisna olunmur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməs indən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu (03 dekabr 2021-ci il tarixində edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyası)
26. Maddə
8. Sığorta olunana və ya onun vərəsələrinə sığorta məbləğinin verilməsindən aşağıdakı hallarda imtina edilir: sığorta edilənin sığorta hadisəsi ilə birbaşa bağlı olan qəsdən cinayət törətdiyi barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, yaxud sığorta edilən alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunma sı nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə, habelə sığorta olunan və ya onun vərəsələri tərəfindən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq sənədlər təqdim olunmadıqda. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halla rın aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul e dilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Cavabdeh kassasiya şikayətində, iddiaçının əri İlham Seyidovun xx.xx.2021-ci il tarixdə hərbi xidmət dövründə olməsinə apelyasiya instansiyası məhkəməsinin sığorta hadisəsi kimi qəbul etməsini mübahisələndirmir. Kassatorun əsas dəlili, ödənişin onun tərəfindən deyil, Fond tərəfindən həyata keçirilməli olması barədədir. Bu dəlilə apelyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bu qərarın 20 və 21-ci paraqrafı) və məhkəmə kollegiyası apelyasiya insyansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşır.
37. Çünki, həqiqətən də iddiaçı iddia t ələbi ilə məhkəməyə xx.xx.2021-ci ildə müraciət etmişdir və həmin dövrdə “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 may 2021-ci il tarixli Fərmanın 2.7-ci bəndinin qüvvədə olmuş rdaksiyasına əsasən, 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirirdi.
38. Buna görə də cavabdeh kimi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən sığorta ödənişini tələb etməklə bağlı subyektiv hüququ olmuş və cavabdehin də həmin dövrdə imtinası qanunsuz olmuşdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2102/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.