Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2571/2023 27.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin verilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)694/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi kassasiya şikayəti üzrə işə 27 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları BB 057100 saylı “Daşınmaz əmlakın icbari sığortası” Şəhadətnaməsinin surətinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında sığorta müqaviləsi bağlanaraq, Bakı şəhəri, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsi 06 saylı fərdi yaşayış evi 13 dekabr 2019-cu ildən 12 dekabr 2020-ci il tarixədək 25.000 manat məbləğində sığortalanmışdır. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 fevral 2021-ci il tarixli qərarının surətinə əsasən, 22 aprel 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsi 06 saylı fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə fərdi yaşayış evinin ikinci yataq otağının tavanı ilə çəkilmiş elektrik naqillərində elektrik qəza/qısa-qapanma, yüksək keçid müqaviməti və sair halının yaranmasından əmələ gələn temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məstəqil ekspert C tərəfindən hazırlanmış hesabata əsasən, yanğın nəticəsində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsində yerləşən 06 saylı fərdi yaşay ış evinə dəymiş ziyanın məbləği 7.387,20 manat müəyyən edilmişdir. 21 may 2020-ci il tarixli, CPİ 000420 saylı sığorta aktının surətinə əsasən, "xxxx" ASC tərəfindən əmlakın yanğın sığorta hadisəsinə görə İddiaçı 250 manat azadolma məbləği və 8.02 manat əlavə sığorta haqqı çıxılaraq 7.129,18 manat məbləğində sığorta ödənişi edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçıA leksandrovna (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-nə qarşı iddia ərizəsi ilə 02 mart 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASCdən onun xeyrinə 25.000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, himayəsində 3 azyaşlı uşağı vardır və uşaqları təkbaşına böy üdür. Cavabdehin xidmətlərindən istifadə etmək üçün ünvan ünvanda yerləşən fərdi yaşayış evini sığorta etmişdir. 22 aprel 2020-ci il tarixində sözügedən fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi zamanı ona dəymiş əmlak üzrə 35.000 manat, daşınar əmlak üzrə isə 25.000 manat zərər dəyib. Lakin evi sığorta edən cavabdeh ona dəymiş zərəri tam ödəməyib və hüquqlarını pozub. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaiti və dəstəyi olmadığından uşaqları ilə küçədə yaşamağa başlayıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 17.870,82 manat sığorta ödənişinin tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəymiş zərə r 30019.90 manat məbləğində qiymətləndirildiyi halda, iddiaçı cavabdeh tərəfindən ona ödənilmiş 7129.18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür. Bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavabdehin həmin öhdəliyinin tam icrası kimi qiymətləndirilə və qəbul oluna bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia olunan 25.000 manat məbləğdən ödənilmiş 7.129,18 manat çıxılmalı və qalan 17.870,82 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 926.1-ci maddəsinə, “İcbari sığortalar haqqında” Qanunun 3.1, 3.1.2, 8.2, 9.1, 10.1, 16.2, 35.1-ci m addələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 113.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən yazılı əqd olan sığorta aktı imzalanmış və o, sığorta ödənişi məbləği ilə razılaşmış və sığorta ödənişi cavabdeh tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbinə əsasən təyin etdiyi sı ğorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün müstəqil ekspertin təyin edilməsi haqqında 25 aprel 2020-ci il tarixli razılaşma aktı ilə X2 müstəqil eskpert təyin edilmiş və sığortalıiddiaçı həmin aktı imzalayaraq qeyd olunanlarla razılaşmışdır. Bundan sonra, əmlaka baxış keçirilmiş, dəymiş zərər məbləği müəyyən edilmiş və sığorta ödənişi sığortalıiddiaçının hesabın a ödənilmişdir. Sığortalı-iddiaçı 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktını imzalayaraq sığorta ödənişinin məbləği və üsulu ilə razı olduğunu və cavabdehə qarşı heç bir şikayət və iddiasının olmadığını təsdiqləmişdir. Tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq edilmiş əqd- sığorta aktı olduğundan, həmin əqd etibarsız hesab edilmədən zərərin məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan mümkün deyil. Lakin məhkəmə tərəfindən ümumiyyətlə əqdin etibarsızlığı məsələsinə və göstərilən maddələrin məzmununa toxunulmamış, qanunvericiliyin hansı normalarına və işin faktiki hallarında konkret olaraq hansı əsaslara istinad etməsi aydın deyil. Eyni zamanda bununla bağlı cavabdeh tərəfindən müvafiq qaydada etiraz verilsə də, təmin edilməmişdir. Mülki Məcəllənin 927.1-ci maddəsində göstərilir ki, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Belə ki, iddiaçı, tərəflərin qarşılıqlı razılığı ilə təyin edilmiş müstəqil ekspertin rəyi ilə tanış olaraq zərər məbləği ilə razı olduğunu bildirmiş, ekspert rəyində rəylə tanış olması barədə qeyd etməklə onu imzalamış və müvafiq qaydada sığorta ödənişinin həyata keçirilməsi tədbirlərinə öz razılığını ifadə etmişdir. Dəymiş zərər məbləği əmlaka dəymiş zərərə mütənasib olaraq hesablanmışdır. Belə ki, iddiaçı cavabdehdən daha artıq məbləğdə pul əldə edərək əmlakını tam yenidən tikdirmək niyyətində olmuşdur. Hal buki zərər dəymiş əmlak tamamilə sökülməyə və təmir edilərək əvvəlki vəziyyətə qaytarıla bilərdi. Lakin iddiaçı fürsətdən istifadə edərək zərər dəymiş fərdi yaşayış evinin yerində daha geniş ev tikdirməyə başlamış və təbii olaraq verilmiş sığorta ödənişi məbləği onu qarşılaya bilməmişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin 11 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Qərarında, həmçinin işlə bağlı digər qərarlarda da yanğının ikinci yataq otağının tavan səviyyəsində olduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası FHN X1 Xidmətinin 22 aprel 2020-ci il tarixli yanğın baş vermiş hadisə yerinə baxış protokolunda da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə zərər dəymədiyi qeyd edilmişdir. Göründüyü kimi, səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Hadisədən sonra əməkdaşlar tərəfindən çəkilmiş fotoşəkillərlə də qeyd olunan hal sübut olunur. Lakin iddiaçı, sığorta hadisəsindən sonra evi tamamilə sökdürərək və konstruksiyasına dəyişiklik edərək əvəzində yeni və geniş ev tikdirməyə başlamış və təbii olaraq, aldığı sığorta ödənişi məbləği buna kifayət etməmişdir. İddiaçının qeyd etdiyi məbləğ və məhkəmənin gəldiyi nəticə isə heç bir məntiqə əsaslanmamış və sanki məhv olmuş əmlakın qiymətləndirilməsi kimi əks etdirilmişdir. Məhkəmə prosesi zamanı göstərilən halların qeyd edilməsinə və bununla bağlı sübutlar təqdim olunmasına baxmayaraq həmin hallar məhkəmə tərəfindən nəzərə alınmamış və zərərin real qiymətini müəyyən edən hallarla bağlı məsələyə heç bir münasibət bildirilməmişdir. Məcəllənin göstərilən maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri müəyyən edilmiş və maddənin 3.1-ci bəndinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat şəklində müəyyən edilmişdir. Məhkəmə tərəfindən sığorta ödənişinin məbləği müəyyən olunarkən göstərilən maddənin tələbi nəzərə alınmamış, nəticə etibarilə maddi hüquq norması pozulmuşdur. Məhkəmə qərarda qiymətlə bağlı məhkəmə tərəfindən təyin edilməyən və yanğından sonra həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli ekspert rəyinə istinad et miş və ekspertin hesabladığı zərər məbləğini əsas kimi götürmüşdür. Lakin, məhkəmənin istinad etdiyi ekspert rəyi işin hallarına uyğun olmayıb, rəydə məhkəmənin digər ekspertiza qarşısında qoyduğu suallara cavab olmamışdır. Beləliklə, məhkəmənin istinad etdiyi ekspert rəyi işin hallarını araşdırması ilə bağlı keçirilmiş ekspertiza deyil və məhkəmə, işin hallarına uyğun olmayan və əmlakın sığorta baxımından (yəni hadisədən əvvəlki vəziyyətinin bərpa olunması üçün çəkilən xərclərin hesablanması) qiymətləndirilməsi ilə bağlı olmayan ekspert rəyinə istinad edə bilməzdi. Aydındır ki, məhkəmə qərarı- dəymiş zərər məbləği sübut edilmədən qəbul edilmişdir. Məhkəmə prosesi dövründə təyin edilmiş ekspertiza rəyində isə ekspert, qarşısında qoyulmuş suallara cavab tapa bilməmiş, bu halı isə əmlakın ha disədən sonrakı vəziyyətdə olmaması ilə izah etmişdir. Bu hal isə həqiqətən də, hadisədən sonra əmlakın tam söküldüyünü və yerində yeni evin tikildiyini sübut edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)694/2023 saylı qətnaməsi ilə (hakimlər G.T.Axundova sədrlik edən, məruzəçi, F.V.Abdıyev və F.F.Babayev) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qətnaməsı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sığorta aktı sığorta edilmiş əmlaka dəymiş zərəri müəyyən edən sənəddir, tərəflərin qarşılıqlı olaraq hüquq və vəzifələri müəyyən edilmədiyindən, habelə mülki hüquqi əqdlə bağlı qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən sığorta aktı əqd kimi qiymətləndirilə bilməz. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsində qeyd edilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı, 21 may 2020-ci il tarixdə sığorta aktına əsasən 7.129,18 manat sığorta ödənişini aldıqdan sonra müəyyən etmişdir ki,həmin məbləğ dəymiş zərəri qarşılamır və bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza rəyləri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 22 aprel 2020-ci il tarixdə baş vermiş və hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. M əhz araşdırma nəticəsində qəbul edilmiş qərara əsasən keçirilmiş ilkin ekspertizanın nəticəsinə əsasən tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12.812 manat müəyyən edilmişdir. Daha sonra iddiaçı, aparılan müvafiq araşdırma ərəfəsində yenidən müraciət edərək təmir bərpa işləri apardığı zaman yanğının təsirindən evin divarlarının çatladığını, təmir məqsədilə dəvət etdiyi ustaların evin sökülərək yenidən bərpa olunmasına ehtiyac olduğunu, dəymiş ziyanın tərtib olunmuş tikinti smetasında göstərilmədiyini bildirmişdir. Keçirilmiş ikinci ekspertizanın nəticəsinə əsasən yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymət lərinə uyğun olaraq 30.019,90 manat olduğu müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilən ekspertiza zamanı artıq hadisənin baş vediyi tarixdən 1 ildən çox vaxt keçmişdir və tikili artıq mövcud olmadığından və yaşayış evinin mövcud olmadığı və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin olduğu müəyyən edildiyindən sonuncu rəyə uyğun zərərin məbləği qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin “iddiaçının yeni və geniş ev tikdirməyə başlaması və aldığı sığorta ödənişi məbləğinin buna kifayət etməməsi” barədə cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan fotoşəkillərdən və 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktdan da müəyyən olunduğu kimi yanğın nəticəsində evin yana r konstruksiyaları yanmışdır. Habelə, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat müəyyən edilərkən isə iddiaçının bildirdiyi kimi, ölçü baxımından daha geniş ev deyil, məhz yanmış vəziyyətdə olan tikilinin bərpa xərci nəzərə alınmışdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 883.1, 884.3, 884.4, 904.2, 922.1, 926.1, 927.1-ci maddələrinə, habelə “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 8.1, 16.2, 35.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vək il2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassator, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işin sübut olunmuş faktiki hallarına görə, apellyasiya instansiyası məhkəməsi tətbiq olunmalı norma olaraq Mülki Məcəllənin 927.2-ci maddəsini tətbiq etməli olduğu halda, tətbiq etməyərək maddi hüquq normasının pozuntusuna yol vermişdir. Belə ki, həmin maddənin mənasına görə, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir). Həmin Məcəllənin 927.2.1-ci ma ddəsi zərər məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişinin pul formasında faydalanan şəxsə ödənilməsini nəzərdə tutur. Mülki iş materialları ilə təsdiq edilir ki, qeyd edilən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı barəsində tərəflər arasında razılıq əldə edildikdən, sığortalının dəymiş zərər məbləği ilə razı olmasını təsdiq etməsindən sonra Mülki Məcəllənin 927.2.1-ci maddəsinə əsasən, zərər məbləği sığortaçı tərəfindən pul şəklində ona ödənilmişdir. Belə ki, sığortalı, sığorta ödənişi qismində ödəniləcək zərər məbləği ilə razılaşmış və tərtib edilmiş aktları imzalamaqla razılığını təsdiq etmişdir. Kassator həmçinin kassasiya şikayətində göstərmişdir ki, iddiaçının icbari qaydada sığortalanmış əmlakında baş vermiş yanğın hadisəsi, sığorta h adisəsi kimi tanınmış, dəymiş zərər məbləğinin müəyyən edilməsi üçün sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq müstəqil ekspert təyin edilmiş, iddiaçı müstəqil ekspert tərəfindən müəyyən edilən zərər məbləğinə etiraz etməmiş, müstəqil ekspert rəyi ilə tanış olaraq zərər məbləği ilə razı olduğunu bildirmiş, müstəqil ekspert rəyini rəylə tanış olması barədə qeyd göstərməklə imzalamış və müvafiq qaydada sığorta ödənişinin həyata keçirilməsi tədbirlərinə öz razılığını ifadə etmiş, qeyd edilənlərə əsasən tərtib edilmiş 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktında zərərin miqdarı, sığorta ödənişinin məbləği və üsulu ilə razı olduğunu, həmçinin cavabdehə qarşı heç bir şikayət və iddiasının olmadığını ifadə edərək, sığorta aktını imzalamış və təsdiqləmişdir. Göründüyü kim i, sığortaçıya ödəniş etmək öhdəliyi, sığortalıya isətələb etmək hüququ verən dəymiş zərər məbləğinin tərəflər arasında tam olaraq razılaşdırıldığı 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktı tərəflərin sərbəst iradələri əsasında və onların qarşılıqlı razılığına əsasən bağlanmışdır. Mülki Məcəllənin 324.1-ci maddəsinə görə, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir. Sığorta hadisəsi üzrə dəymiş zərər məbləğinin müəyyən edilməsi və ödənilməsi ilə bağlı tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş əqd olaraq sığorta aktı mövcud olduğundan, bu əqd etibarsız hesab edilmədən tərəflər arasında razılaşdırılmış zərər məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan doğru deyil. Belə ki, 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktı dəymiş zərər məbləği və bunun əsasında sığorta ödənişinin həyata keçirilməsi üzrə qarşılıqlı razılığın əsası qismində çıxış edir və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirir. Kassasiya şikayətinə dair etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra-icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqavil əsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Məcəllənin 904.1-ci maddəsində qeyd edilir ki, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. (Maddə 925.1. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 927.1. Əmlakın s ığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 927.2. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4cümaddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığort a predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.1. İcbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan- fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Maddə 8.1. İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı a rasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Qanunun 10.1-ci maddəsində qeyd edilir ki, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəx s vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya in stansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 20 aprel 2020-ci il tarixdə iddiaçının mülkiyyətində olan BB 057100 saylı “Daşınmaz əmlakın icrabi sığortası haqqında” Şəhadətnaməyə əsasən cavabdeh tərəfin dən 25.000 manat məbləğində 13 dekabr 2019-cu ildən 12 dekabr 2020-ci il tarixədək sığorta təminatı verilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi Ə.Əlizadə küçəsində yerləşən 06 saylı fərdi yaşayış evində yanğın baş verib. Bundan sonra, iddiaçının fərdi yaşayış evində baş vermiş yangın hadisəsi cavabdeh tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilib və cavabdehin əməkdaşlarının, o cümlədən iddiaçının iştirakı ilə “Müstəqil ekspertin təyin edilməsi haqqında razılaşmaya dair” 25 aprel 2020-ci il tarixli Aktı tərtib edilib və tərəflər həmin Aktı imzalamaqla sığorta hadisəsinin səbəbini, dəymiş zərərin məbləğini müəyyən etmək üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan Rafiq Əlişovun müstəqil ekspert təyin edilməsinə dair qarşılıqlı razılığa gəlib. Müstəqil ekspert Rafiq Əlişov tərə findən tərtib edilmiş 27 aprel 2020-ci il tarixli “Daşınmaz əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair” ekspert rəyindən görünür ki, ekspert tərəfindən iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin təsnifatı aparılıb, zərərin hesablanmasının smetası tutulub və yekunda 2019-cu ilə aid bazar qiymətləri nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin məbləği 7.387,20 manat müəyyən edilib. İddiaçı, sözügedən rəylə tanış olub onu imzalamaqla, dəymiş zərərin məbləği ilə razılaşıb. 21 may 2020-ci il tarixdə tərəflərin iştirakı ilə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalı evə dəymiş maddi ziyanın aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair CPİ 0004/20 saylı Sığorta Aktı tərtib edilib və iddiaçı, cavabdehin bu sığorta aktına müvafiq olaraq sığorta ödənişinin məbləği və üsulu ilə tam razı olduğunu, cavabdehə qarşı heç bir şikayətinin və iddiasının olmadığını göstərərək Akta imza atıb. İddiaçı həmçinin həmin aktda qeyd edib ki, onun təqsirkar şəxsdən zərərin əvəzini tələb etmək hüququnun ona verilən məbləğdə cavabdehə keçməsinə etiraz etmir. Göründüyü kimi, sığorta hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan evə dəymiş zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən və iddiaçı sığorta ödənişini 21 may 2020-ci il tarixdə aldıqdan 9 ay sonra hazırki iddia tələbi ilə məhkəmyə müraciət edib. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara əhəmiyyət verməyib və nəticədə Mülki Məcəllənin 925, 926, 927-ci maddələrinin tələblərini pozub. Halbuki, həmin maddələrin mənasına görə, sığorta hadisəsi nəti cəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində məhz sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və Mülki Məcəll ənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. Müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs Mülki Məcəllənin 925-1.2-ci maddəsinə uyğun olaraq zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə həmin maddədə nəzərdə tutulmuş qaydada zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Müstəqil ekspert zərərin qiymətləndirilməsinin nəticələrini sığortaçıya, həmçinin müvafiq hallarda sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə təqdim etməlidir. Sığorta ödənişi isə sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında Mülki Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi və sair. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi ca vabdehin kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçının evinə dəymiş zərərin miqdarı barədə tərəflər arasında qarşılıqlı razılıq əldə edildikdən və sığorta ödənişi iddiaçının seçimi əsasında pul şəklində ona ödənildikdən sonra, onun yenidən zərərin miqdarını mübahisələndirərək əlavə sığorta ödənişi tələb etməsi, mülki hüququn hüquqa uyğun həyata keçirilməməsi kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqasına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedə n sığorta hadisəsi üzrə dəymiş zərərin miqdarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş sığorta aktı mövcud olduğu üçün, tərəflər arasında razılaşdırılmış zərər məbləğinin yenidən mübahisələndirilməsi hüquqi baxımdan doğru olmayıb. Belə ki, 21 may 2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktı dəymiş zərər məbləği və bunun əsasında sığorta ödənişinin həyata keçirilməsi üzrə qarşılıqlı razılığın əsası qismində çıxış edir və hər iki tərəfin iradə ifadəsini özündə əks etdirir. Tərəflər arasında mövcud razılaşmanın apellyasiya instansiyası məhkəməsi tərəfindən diqqətə alınmaması tərəflərin iradə sərbəstliyi prinsipinə zidd olmaqla yanaşı, mülki münasibətlərdə hüquqi baxımdan qeyri-müəyyənlik yaradacaqdır. Apellyasiya instan siyası məhkəməsi, həmçinin cavabdehin apellyasiya şikayətində iddiaçının yuxarıda sadalanan bütün mərhələlərdə iştirak edərək öz razılığını bildirməsi, sonradan onun cavabdehdən daha artıq məbləğdə sığorta ödənişi alıb evini tam yenidən və əvvəlkindən fərqli, daha geniş ölçüdə inşa etmək niyyətində olması, təbii ki, ödənilmiş sığorta məbləğinin əlavə tikililəri qarşılaya bilməməsinə dair dəlilləri üzrə heç bir araşdırma aparmayıb, xüsusi bilik tələb edən bu sualları aydınlaşdırmaq üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almayıb. Əksinə, apellyasiya instansiyası məhkəməsi göstərilən məsələlərə münasibət bildirərək qeyd edib ki, mülki iş materiallarında olan fotoşəkillərdən, 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktdan müəyyən olunduğu kimi yanğın nəticəsində evin y anar konstruksiyaları yanıb. Habelə, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30.019,90 manat müəyyən edilərkən isə cavabdehin bildirdiyi kimi, ölçü baxımından daha geniş ev deyil, məhz yanmış vəziyyətdə olan tikilinin bərpa xərcləri nəzərə alınıb. Halbuki, Azərbaycan Respublikasının FHN Əməliyyat-İstintaq İdarəsinin 11 fevral 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında, həmçinin bu işlə bağlı digər qərarlarda yanğının sadəcə ikinci yataq otağının tavan səviyyəsində olduğu qeyd edilib. Həmçinin, Azərbaycan Respublikası FHN X1 Xidmətinin 22 aprel 2020-ci il tarixli “Yanğın baş vermiş hadisə yerinə baxış protokolun”da da yanğın nətic əsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə isə zərər dəymədiyi qeyd göstərilib. Mülki Məcəllənin 925.6-cı maddəsinə əsasən əmlakın tam məhv olması dedikdəhəmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. Göründüyü kimi, səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Bu baxımdan işə baxan məhkəmələrin qeyd edilən evin tamamilə məhv olmuş əmlak kimi qiymətləndirilmələri düzgün deyil. Apellyasiya instansiyası məhkəməsinin öz qərarında istinad etdiyi 24 aprel 2020-ci il tarixli yanğın haqqında Aktda və digər sə nədlərdə sadəcə yanğının baş verməsi faktı aydın olub, dəymiş zərərin həcmi barədə heç bir məbləğ qeyd edilməyib. Qətnamədə dəymiş zərərin həcmi ilə bağlı istinad edilən sonuncu 10 dekabr 2021-ci il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilən fərdi yaşayış evinin əvvəlki vəziyyətdə inşa olunmasına nə qədər pul vəsaitinin tələb olunmasını dəqiqliklə müəyyən etməyin mümkün olmadığı göstərilib. Buna səbəb isə fərdi yaşayış evinin ilkin vəziyyətinə dair mülki iş materialında məlumatların (texniki pasport, plan-sxem, tikilinin ilkin konstruktiv elementləri və sair) olmaması, həmçinin faktiki olaraq yaşayış evinin mövcud olmaması göstərilib. Həmçinin, həmin ekspert rəyində ekspert qiymətləndirmə apara bilməyəcəyini bildirərək, Məhkəmə Ekspertiza Mərkəzinin 22 sentyabr 202 0-ci il tarixli təmir-bərpa işlərinin təqribi dəyərinin 30.010,90 manat müəyyən edilməsinə dair rəyə istinad edib. İstinad edilən həmin rəyi isə iş üzrə sayca ikinci ekspert rəyidir və həmin ekspertiza keçirilən zaman ev artıq hadisədən sonrakı vəziyyətdə olmayıb, əksinə ekspertiza aparılan zaman ev artıq sökülərək ilkin vəziyyətə nisbətən daha geniş ölçülərdə tikilməkdə idi. Halbuki, 10 iyun 2020-ci il tarixində ilk dəfə keçirilən ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən hadisədən sonra evə baxış keçirilib və 12 avqust 2020-ci il tarixli ekspertiza rəyi ilə təmir-bərpa işlərinin dəyərinin cəmi 12.812 manat olduğu müəyyən edilib. Beləliklə, mülki iş materiallarında olan sonuncu (üçüncü) ekspert rəyində ekspert, niyə hadisədən dərhal sonra aparılan, evin hadisədən sonrakı vəziyyətdə olduğu və zərərin 12.812 manat müəyyən edildiyi birinci ekspertiza rəyini deyil, zərərin 30.010,90 manat müəyyən edildiyi və evin yanğından sonrakı vəziyyətini əks etdirməyən və yenidən inşa edildiyi zaman aparılan ikinci ekspert rəyini əsas tutmasını rəydə əsaslandırmayıb. Apellyasiya instansiyası məhkəməsi isə bu hallara ümumiyyətlə diqqət yetirməyib və qətnamədə sonuncu ekspertiza tərəfindən zərər məbləğinin müəyyən edilməməsi əsası kimi hadisənin baş verdiyi tarixdən 1 ildən çox vaxt keçməsi, tikilinin artıq mövcud olmaması, yeni yaşayış evinin mövcud olması və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin olması hallarını qeyd edib. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Aydındır ki, məhkəmə ekspert rəyi düzgün olmadığı halda həmin rəyə əsaslanaraq qərar qəbul etmək öhdəliyi daşımır. Həmin Məcəllənin 97.1-ci maddəsinin mənasına görə məhkəmə, mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda ekspertiza təyin edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməsə də, formalaşmış məhkəmə təcrübəsi nəticəsində belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsə lələr istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən sualların aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin edilə bilər. Nəzərə alınmalıdır ki, ayrı-ayrı hallarda ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olsa da, bu hal da ekspert rəyinin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz və ekspertin rəyi də məhkəmə iclasında tədqiq edilməli və işə əlavə edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 103.1 və 205.1-ci maddələri). Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəm ə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi, yuxarıda göstərilənl əri və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(103)-694/2023 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul