Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3184/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) 20.09.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-769/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 20 se ntyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ünvan 4 fərdi yaşayış evi 0.04557 ha torpaq sahəsi ilə birlikdə mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 2. "xxxx" ASC tərəfindən İddiaçı adına tərtib edilmiş xx.xx.2019-cu il tarixli, RPA seriyalı ********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığortalı - İddiaçı mülkiyyətində olan Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evini 15000 manat məbləğində xx.xx. 2020-ci il tərixədək sığortalatmışdır. Daşınmaz risklərinin – yanğın, ildırım düşməsi, məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, buxar qazanlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cıhazların partlayışı, su, istilik, kanalizasiya kəmərlərinin və yanğın söndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma, hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri, yerüstü nəqliyyat vasitəsinin dəyməsi, təbii fəlakətlər – zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi, üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində zədələnməsi, məhv olması, yahud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmuşdur. 3. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, İ-Pİ-0115/19 nömrəli əmlak sığortası üzrə kvotasiyaya əsasən sığortalı - İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini 80000 manat məbləğində xx.xx.2020-ci il tərixədək sığortalatmışdır. Sındırmaqla oğurluq nəticəsində əmlakın zədələnməsi və ya məhv olması, yanğından standart risklər, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfindən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması sığorta hadisəsi hesab olunmuşdur. Şərts iz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1000 manat, digər risklər üzrə - daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği həddində müəyyən olunmuşdur.
4. İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəyə əsasən ünvan 2da yerləşən ona məxsus olan yaşayış evinin divarı xx.xx.2020-ci il tarixdə naməlum səbəbdən uçmuşdur. Dəymiş ziyana görə sığorta ödənişinin verilməsinə göstəriş verilməsini xahiş etmişdir.
5. İddiaçı xx.xx.2020-ci il tarixli izahatına əsasən Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən ona məxsus olan fərdi yaşayış evinin divarları 2020-ci ilin avqust ayının təxminən 20-sindən ayın sonuna qədər yağan yağışlardan sonra çatlar yaranmışdır. Həmin bu ərəfədə çatlar çox az idi. xx.xx.2020-ci il tarixdə səhər saat 07:40 radələrində evinin divarı naməlum səbəbdən uçmuşdur. Uçan hissədə əvvəldən çat var idi. 6. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli AZSB-300/20 nömrəli hesabata əsasən İddiaçı məxsus olan Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin divarlarında xx.xx.2020-ci il tarixdə yaranmış çatların səbəbi torpaq çökməsi olmuşdur. Bunun nəticəsində evə dəymiş ziyanın məbləği 3188,75 manat müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin "xxxx" ASC-yə ünvanladığı ünvan 3ə mühəndis-geoloji şəraiti haqqında xx.xx.2021-ci il tarixli arayışa əsasən Hidrogeologiya və mühəndis-geologiyası qrupunun mütəxəssisləri tərəfindən 5 mart 2021-ci i l tarixdə Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndis-geoloji baxış keçirilmişdir. Baxış zaman məlum olmuşdur ki, Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında İddiaçı məxsus fərdi tikili relyefin düzən hissəsində yerləşmişdir. Tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geolojigeomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin divarlarında müxtəlif ölçülü (eni 3-5 mm) və istiqamətli çatlar əmələ gəlmişdir. 15 oktyabr 2020-ci il tarixində sözügedən ünvanda çökmə prosesinin baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirmişlər ki, Milli Geoloji Kəşfiyyat Xidmətinə vətəndaşlar tərəfindən ekzogen geoloji prose slərin baş verməsi ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilmişdir. Məlumat üçün bildirilmişdir ki, Xidmətə Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında 15 oktyabr 2020-ci il tarixində çökmə prosesinin baş verməsi ilə əlaqədar məlumat daxil olmamışdır.
8. Daşınmaz əmlaka dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında 0,16 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 165,1 kv.m, yaşayış sahəsi 57,6 kv.m olan 4 otaqlı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği cəmi 13843 manat məbləğində müəyyən edilmişdir. 9. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktuba əsasən “PAŞA Sığorta" ASC ilə Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən yaşayış evinin sığortalanması üçün “Daşınmaz əmlakın icbari sığortası” üzrə BB034245 saylı sığorta müqaviləsi bağlanmışdır. 15 oktyabr 2020-ci il tarixində şirkətə müraciət edərək sığortalanmış əmlaka zərər dəyməsi barədə məlumat verilmişdir. Müraciət dərhal qeydiyyata alınmış və əmlaka dəymiş zərərin yaranma səbəbinin aydınlaşdırılması üçün tərəfindən müvafiq lisenziya əsasında qiymətləndirmə və sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan “Azsurvey" MMC-yə müraciət olunmuşdur. "Azsurvey” MMC-nin təqdim etdiyi AZSB-300/20 saylı hesabatda bildirilmişdir ki, sözügedən əmlakda çökmə nəticəsində çatlar yaranmışdır. Bildirilmişdir ki, hadisənin təfərrüatlarının daha detallı araşdırılması məqsədi ilə tərəfindən AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq təqdim edilən müvafiq sənədlərdə sığortalı əmlakın yerləşdiyi ərazidə təbii amillərin təsirindən çökmə prosesi müşahidə olunduğu, bunun nəticəsində tikilinin divarlarında çatlar əmələ gəldiyi qeyd olunmuşdur. Bu hal isə əmlakın sığortalandığı “Daşınmaz əmlakın icbari sığortası” üzrə sığorta riskləri sırasına daxil edilməmişdir. AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən "xxxx" ASC-nin 15 oktyabr 2020-ci il tarixli müraciət ilə əlaqədar məsuliyyəti yaranmamışdır.
10. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci tarixli məktubuna əsasən 2020-ci ilin avqust ayında Ağsu hidrometeoroloji stansiyasında qeydə alınan yağıntı haqqında məlumata əsasən yağışın növü və miqdarı mülayim, zəif mülayim və güclü yağış kimi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – Sığorta Şirkəti və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh iddiaçının xeyrinə 95000 manat sığorta ödənişi məbləğinin, 34675 manat dəbbə pulunun, yekun olaraq 129675 manat pul vəsaitinin və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Sığorta Şirkəti Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad e dərək baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbini əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sığorta Şirkətinin bu imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, onunla Sığorta Şirkəti arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi (müqaviləsi) və eyni zamanda İ-Pİ-0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalanacaq risklər sadalanmış, o cümlədən, təbii fəlakətlər sırasında tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi və s. göstərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 20/M-294 saylı 20 avqust 2021-ci il tarixli məlumatından gö ründüyü kimi Ağsu şəhərində 22 avqust 2020-ci il saat 22:20-dən 23 avqust 2020-ci il saat 19:00-a qədər olan dövr üzrə güclü yağış yağmış və bunun nəticəsində "xxxx" MMC-nin verdiyi hesabata əsasən evin divarlarında çatların torpaq çökməsi nəticəsində yarandığı, qiymətləndirici ekspertin 19 aprel 2021-ci il tarixli rəyində tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi, bundan əlavə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 saylı arayışında Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin-tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edilməsini və baş vermiş hadisənin təbii amillərin, atmosfer çöküntülərinin təsirindən çökmə prosessinin baş verdiyini rəsmən bildirilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra sığortaçıya məlumat verilmiş, 15 oktyabr 2020-ci il tarixində daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazılmış, Sığorta Şirkətinin dəvət etdiyi "xxxx" MMC AZSB-300/20 saylı 28 oktyabr 2020-ci il tarixli hesabat tərtib edərək dəymiş ziyanın məbləğinin 3188,75 manat olması, müstəqil ekspert qiymətləndirici X4 19 aprel 2020-ci il tarixli rəyində dəyən ziyanın məbləğinin 13843 manat olması və eyni zamanda bu rəylərdə tikilinin bünövrəsində yaranmış çökmə səbəbindən hadisənin baş verməsi göstərilmişdir. Tərəflər arasında bağlanılmış daşınmaz əmlakın icbari sığortasıRPAl907915308 saylı sığorta şəhadətnaməsi üzrə 1 5000 manat sığorta məbləği, İ-Pİ0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi üzrə 80000 manat sığorta məbləği müəyyən edilmişdir ki, sığortaçı sığorta ödənişini bu sığorta məbləği həddində həyata keçirməlidir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək bildirmişdir ki, işdə olan materiallar prosesin düzgün və tam tənzimləndiyini, Sığorta Şirkətinin müvafiq müraciət üzrə məsuliyyətinin yaranmadığını sübut etmişdir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixində verdiyi izahatda Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanındakı fərdi yaşayış evinin divarlarının 2020-ci ilin avqust ayının təxminən 20sindən ayın sonuna qədər yağan yağışlardan sonra çatladığını bildirmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş arayışında xx.xx.2021-ci il tarixində həmin fərdi yaşayış evinin yerləşdiyi əraziyə keçirilmiş baxışa əsasən həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesinin müşahidə edildiyi, lakin çökmə prosesinin baş verməsi ilə əlaqədar məlumatın daxil olmadığı qeyd edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2021-ci il tarixli 20/14294 nömrəli məlumatında 2020-ci ilin avqust ayı ərzində qeydə alınan yağıntı növü kimi yağış göstərilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinə əsasən nə çökmə, nə də yağış sığorta hadisəsi hes ab olunmur. İddiaçı izahatında da qeyd etdiyi kimi divarların çatladığını 2020-ci ilin avqust ayında müşahidə etmiş, Sığorta Şirkətinə isə xx.xx.2020-ci il tarixində müraciət etmişdir. Mülki Məcəllənin 923-cü maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Lakin iddiaçı nə Sığorta Şirkətinə, nə də səlahiyyətli dövlət orqanına zamanlı məlumat vermişdir. Bunun nəticəsi o olmuşdur ki, çoxsaylı rəylər və arayışlar mövcud olmuşdur. Yəni Sığorta Şirkəti həm çinin zərərin dəqiq yaranma səbəbini müəyyənləşdirmək imkanından məhrum olmuşdur ki, bu da Mülki Məcəllənin 935.1.1-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsindən imtinanın əsaslarından biridir. Göründüyü kimi Sığorta Şirkəti qanunvericiliklə və müqavilə İlə öhdəliklərini düzgün və tam icra etmiş, müvafiq müraciət üzrə isə məsuliyyəti yaranmamışdır. Bu səbəbdən məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə ekspertizası (məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq) təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2350-9/2629 saylı ekspert rəyinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evindəki divarların zədələnməsi hadisəsinin nə v axt baş verdiyini müəyyən etmək mümkün olmamışdır. İkinci, üçüncü və dördüncü suallar üzrə yuxarıda göstərilən əlamətlər nəzərə alınmaqla tədqiq olunan yaşayış evinin ayrı-ayrı konstruktiv elementləri üzrə zədələrin, o cümlədən divarlarda yaranan çatların, tavan və divarların, divar və döşəmənin birləşmə yerlərindəki aralanmaların, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatların, tavanın aşağı doğru çökməsinin və s. əmələ gəlməsi, hər hansı təsir zamanı yaranan silkələnmələr, atmosfer çöküntüləri ilə əlaqədar torpaq sürüşməsi, zəlzələ və eləcə də söküntü, qazıntı, tikinti-quraşdırma işləri və s. nəticəsində yaranan silkələnmələrdən əmələ gələ bilər. Tədqiq olunan yaşayış evinin yaxınlığında hər hansı söküntü, qazıntı, tikintiquraşdırma işləri aparılmadığını, eləcə də iş mate riallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin "xxxx" ASC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli 18/79 saylı məktubda qeyd olunan məlumatları nəzərə alaraq, ünvan 4 ünvanda yerləşən İddiaçı Qarkişi oğluna məxsus fərdi yaşayış evində əmələ gəlmiş qüsurların, həmin ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir. Tədqiq olunan yaşayış evinin daxili və xarici divarlarında şaquli və üfüqi istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəldiyini, suvaq qatının bəzi yerlərdə qopub töküldüyünü, divarların bir hissəsinin uçub töküldüyünü, hörgü daşlarının, ağac konstruksiyaların, divarların tava na və döşəməyə birləşmə yerlərinin birbirindən aralandığını, pəncərə və qapı boşluqlarının kənarlarında iri həcmli çatlar əmələ gəldiyini və s. əlamətləri nəzərə alaraq, həmin evin faktiki vəziyyətdə bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlərinin sökülərək yenidən inşa edilməsinin zəruri olduğu müəyyən edilmişdir. Lakin yaşayış evinə dəymiş ziyanın məbləği, həmin ev üzrə müvafiq təşkilatların mütəxəssisləri tərəfindən müayinə tədqiqat işləri aparılaraq, bərpa işləri ilə əlaqədar yerinə yetirilməli söküntü, tikinti-quraşdırma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirildikdən və həmin işlərə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Baxış zamanı evin ziyan dəymiş əşyaları təqdim edilmədiyindən, məhkəmə-əmtəəşünaslıq tədqiqatı aparılmamış dır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1180/2022 nömrəli iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının könüllü və icbari qaydada sığorta etdirdiyi fərdi-yaşayış evi qəzalı vəziyyətə düşmüşdür. Belə ki, iddia ərizəsindən və iddiaçının sığorta şirkətinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatdan aydın olmuşdur ki, o, həmin tarixdə baş vermiş hadisəni 2020-ci ilin avqust ayının 20-dən ayın sonuna qədər yağan yağışlardan sonra evin divarında çatların əmələ gəlməsi, bunun nəticəsində divarın dağılması ilə əlaqələndirmişdir. İddiaçıya mülkiyyət hüququ ilə məxsus olan Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, 8 ünvanında yerləşən yaşayış evinin zədələnməsinin səbəbinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2350-9/2629 nömrli ekspert rəyinə əsasən sözügedən yaşayış sahəsindəki divarın dağılmasının həmin ərazidə təbii amillərin (ərazinin geolojigeomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın sığortası (icbari və könüllü) müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcudluğu və həmin münasibətlər qüvvədə olduğu dövrdə iddiaçının mülkiyyətində olan v ə cavabdeh tərəfindən sığortalanmış fərdi-yaşayış evinə zərər dəyməsi işin mübahisəsiz halları olmuşdur. Lakin iş materiallarına əsasən hazırkı mübahisəyə səbəb olan amil (güclü yağış) icbari sığorta üzrə verilmiş şəhadətnamədə sığorta riski kimi nəzərə alınmamış, yəni daşınmaz əmlakın sığortası üzrə təbii fəlakətlər sığorta hadisəsi hesab olunsa da, şəhadətnamədə sadalanmış təbii fəlakət hesab edilən sığorta riskləri sırasında güclü yağışın yağması sığortaçının sığorta ödənişi üzrə öhdəliyin yaranması səbəbi kimi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar sığortaçının RPA********** nömrəli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi üzrə sığorta ödənişinin verilməsi öhdəliyi yaranmamışdır.
18. Bund an başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli, İ-Pİ-0975/19 seriyalı daşınmaz əmlakın sığortası müqaviləsinə əsasən iddiaçıya məxsus olan Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, 8 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək Sığorta Şirkəti tərəfindən təbii fəlakətlər riski üzrə şərtsiz azadolma - “Daşınmaz əmlakın icbari sığortası” üzrə müəyyən olunmuş sığorta məbləği olmaqla, 80000 manat məbləğində könüllü sığorta növü ilə sığortalanmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, baxılan iş üzrə tərəflər arasında imzalanmış sığorta müqaviləsindən əsasən sığorta riskləri bölməsində sındırmaqla oğurluq nəticəsində əmlakın zədələnməsi və ya məhv olması, yanğından standart risklər, təbii fəlakətlər, oğurluq, qarət, üçüncü şəxslər tərəfi ndən əmlakın qəsdən məhv edilməsi və ya zədələnməsi, su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər, nəqliyyat vasitələrinin vurması sığorta hadisəsi hesab olunmuşdur. Həmin müqavilə üzrə şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği (hazırki halda 15000 manat) ilə müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AZSB-300/20 saylı hesabata əsasən iddiaçıya məxsus olan Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin məbləği 3188,75 manat, daşınmaz əmlaka dəymiş zərərə dair xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən 13843 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən isə iş üzrə məhkəmə-əmtəəşünaslıq tədqiqatının aparılmasının mümkün olmadığı bildirilmişdir.
20. Məhkəmə hesab etmişdir ki, könüllü sığorta üzrə baş vermiş hadisənin sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (təbii fəlakətlər) kimi qəbul edilməsi mümkün olsa da, yəni sığorta müqaviləsinə əsasən sığorta ödənişi həyata keçirmək üzrə qarşı tərəfin məsuliyyəti yaransa da, iş materiallarında olan mütəxəssis rəyləri ilə müəyyən edilmiş zərərin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtsiz azadolma məbləğindən az olduğu üçün hazırki iddianın bu əsasla təmin edilməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Çünki azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əha tə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883, 898, 922, 926, 935-ci, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36, 39-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Sığorta Şirkəti arasında daşınmaz əmlakın icbari sığortası üzrə RPA********** saylı sığorta şəhadətnaməsi üzrə 15000 manat sığorta məbləği, 150 manat azadolma məbləği müəyyən edilmiş, İ-Pİ-0975/19saylı könüllü sığorta müqaviləsinə uyğun olaraq 80000 manat sığ orta məbləği, 1000 manat azadolma məbləği müəyyən edilmişdir. Bu müqavilədən də görünmüşdür ki, burada azad olma halı ancaq oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərərə görə) 1000 manat azad olma məbləği nəzərdə tutulmuş, digər sığorta hadisələri üçün azad olma nəzərdə tutulmamışdır. Bu mülki iş üzrə Sığorta Şirkətinın dəvət etdiyi müstəqil ekspert, qiymətləndirici X4 19 aprel 2020-ci il tarixli rəyində dəyən ziyanın məbləğinin 13843 manat olması barədə rəy vermişdir. Yəni, icbari müqavilədə azad olma məbləği 150 manat, könüllü müqavilədə isə azad olma məbləği bu sığorta hadisəsi üçün (təbii fəlakət halı üçün) nəzərdə tutulmamışdır. Ona görə də məhkəmənin “iş materiallarinda olan mütəxəssis rəyləri ilə müəyyən edilmiş zərərin məbləği müqavilə ilə müəyyən edilmiş şər tsiz azad olma məbləğindən az olması” barədə yazdıqları tamamilə əsassız olmuşdur. Mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tikinti ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 28 iyul 2022-ci il tarixli 10/2350-9/2629 saylı müvafiq rəy verilmişdir. Ekspertiza bu rəyində Ağsu şəhəri, D.Bünuadzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evində əmələ gəlmiş qüsurların atmosfer çöküntüləri və s. təsirindən çökmə prosesi nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilməsi nəticəsinə gəlmiş, lakin yaşayış evinə dəymiş ziyanın məbləği barədə bildirmişdir ki, belə bərpa işləri üçün yerinə yetirilməli söküntü, tikinti, quraşdırılma, gücləndirmə və təmir işlərinin ümumi həcmi dəqiqləşdirilməli və həmin işlərə dair layihə-smeta sənədləri tərti b edildikdən sonra müəyyən oluna bilər. Ona görə məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatı aparılmadığı qeyd edilmişdir. Lakin məhkəmə bunun üçün əlavə ekspertiza təyin etməmiş və ya tərəfə bunun üçün müstəqil qiymətləndiricidən rəy təqdim etməyi təklif etməmişdir.
24. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən verilmiş 3-1420/2-021/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən yaranma şəraitindən asılı olaraq yağıntılar 3 qrupa bölünür: 1.aramsız 2.leysan 3.çiskin. Leysan yağıntıları konveksiyanın inkişafı ilə birbaşa əlaqədar olub topa-yağış buludlardan qar, dolu və yağış şəklində düşür. Bu cür yağıntılar qəfil başlanması və qurtarması, kəskin tərəddüdü, intensiv və nis bətən az davamiyyətli olması ilə fərqlənir. Adətən leysan yağıntılar çox böyük olmayan ərazini əhatə edir, lokal xarakterli olur. Leysan xarakterli yağıntıların damcılarının diametri 1,0 mm-dən çox olur. İntensivliyi adətən 1-3 mm/dəq və daha çox olması ilə fərqlənir. Leysan yağış - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən maye yağışdır. Əsasən topa - yağış buludundan yağır, ildırım və dolu ilə müşaiət olunur. Leysan yağışın damcıları adətən aramsız yağışların damcılarından cox böyük olur. Leysan yağışı zamanı adətən yağan yağıntının çoxluğu üstünlük təşkil etməyinə baxmayaraq, bəzən lap az miqdarda da yağıntı verir. Yay leysan yağışları tez-tez ildırımlarla və güclü küləklərlə müşaiət olunur. Leysan qar - qəflətən başlama və qurtarmaya malik, birdən güclənən az vaxt ərzində d aha güclənən bərk yağıntıdır. Leysan qar topa-yağış buludundan yağır. Leysan sulu qar - güclü (şiddətli) ərimiş qar şəklində yer səthinə düşən yağıntıdır. Xüsusi təhlükəli yağıntılar və onların meyarları: sel və leysan təhlükəli rayonlarda 12 saat və daha az vaxt ərzində 30 mm və daha çox miqdarda yağan yağış, qalan ərazilərdə 12 saat və daha az vaxt ərzində 50 mm və daha çox miqdarda yağan yağış və yağışla qar; 1 saat və daha az vaxta 30 mm və daha çox miqdarda leysan yağışı; 20 mm və daha böyük diametrli dolucuqdan ibarət olan dolu və həmçinin xalq təsərrüfatına böyük ziyan vuran kiçik ölçülü intensiv dolu; 12 saat və daha uzun müddət ərzində 20 mm və daha çox miqdarda yağan qar. Ağsu hidrometeoroloji stansiyasının məlumatlarına əsasən 23 avqust 2020-ci il tarixində miqdarı 25,0 mm olan güclü yağış müşahidə edilmişdir. Həmin tarixdə ona qonşu olan rayonlarda leysan xarakterli güclü yağışlar müşahidə edilmiş, yağıntının miqdarı 35-71 mml aralığında olmuşdur. Bu da Ağsu rayonunda yağıntının leysan xarakterli olmasını istisna etməmişdir. Qeyd: Leysan yağıntıların meyarları Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Hidrometeoroloji stansiya və məntəqələr üçün təlimat"ının 3-cü buraxılışının 1-ci hissəsinə əsasən, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 oktyabr 2007ci il tarixli 589/Ü No-li əmri ilə təsdiq edilmiş "Təhlükəli və təbii fəlakət törədə bilən hidrometeoroloji hadisələrin təsnifatı, meyarları və xəbərdarlıqların verilməsi haqqında Əsasnamə"yə uyğun olaraq müəyyən edilir.
25. Apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Agentliyi tərəfindən verilmiş 3-14-18/2006/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 5 ünvanı ərazisində, iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi sahənin hidrogeoloji və mühəndis-geoloji şəraiti Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən bilavasitə vizual baxış keçirilməklə araşdırılmışdır. Fərdi yaşayış evinin texniki vəziyyəti və konstruktiv elementlərinin qiymətləndirilməsi Milli Geoloji Kəşfıyyat Xidmətinin fəaliyyət istiqamətinə aid olmamışdır. Milli Geoloji Kəşfıyyat Xidməti Əsasnamənin tələblərinə uyğun olaraq yalnız fərdi yaşayış evinin yerləşdiyi sahədə baş vermiş geoloji prosesləri öyrənir. Tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edildiyi dedikdə həmin ərazini təşkil edən süxurların əmələ gəlmə şəraiti, möhkəmliyi, fiziki xüsusiyyətləri (yumşaqlığı, yuyulmaya, şişməyə, sıxılmaya, dağılmaya meyilliyi), tərkibi (qum, gil, qumca, gilcə), atmosfer çöküntülərinin intensivliyi, subasma və qrunt sularının yer səthinə qalxması kimi proseslərin təsirindən relyefdə baş verən destruktiv dəyişikliklər nəzərdə tutulur. Tikilinin yerləşdiyi ərazidə müşahidə olunan destruktiv proseslərin formalaşmasında geoloji amillər və atmosfer çöküntülərinin təsiri nəzərə alınmalıdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, "xxxx" Qiymətləndirmə Şirkəti MMC -nin 7 mart 2023-cü il tarixli, MB 16/0348 nömrəli mütəxəssis rəyinə əsasən Ağsu şəhəri, D.Bünuadzadə küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinin divarının zədələnməsi hadisəsinin dəqiq nə vaxt baş verdiyini müəyyən etmək mümkün olmasa da, 2020-ci ilin ayının təxminən 20-30-u arası güclü leysan yağışları nəticəsində baş verə biləcəyini ehtimal etmək mümkün olmuşdur. Məhlədə torpaq boşalması, yəni iddia tələbində göstərilən təbii amillərin nəticəsində evin xarici və daxili divarlarında çatlar əmələ gəlmiş, hörgü daşları bir-birindən aralanmışdır. Ağsu şəhəri, D.Bünuadzadə küçəsində yerləşən 8 nömrəli fərdi yaşayış evinə dəymiş zərərin miqdarı (evin tikinti materiallarının istismar olunma və köhnə dərəcəsi nəzərə alınmaqla) 30000 manat məbləğində müəyyən olunmuşdur.
27. Bakı Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-769/2023 nömrəli mülki iş üzrə 17 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Namiq Cəfərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən icbari sığorta müqaviləsi üzrə azadolma məbləği çıxılmaqla 13693 manat tutulub iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
28. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin mübahisəsiz halı o olmuşdur ki, iddiaçının mülkiyyətində olan sözügedən fərdi yaşayış evi həm icbari, həm də könüllü müqavilə əsasında sığortalanmışdır. İddiaçı sığorta müqavilələrinin qüvvədə olduğu dövrdə sığorta hadisəsinin baş verdyinə görə cavabdehə müraciət etmiş, cavabdeh isə uzun araşdırmadan sonra yekun olaraq Mülki Məcəllənin 935.1.8-ci maddəsinə istinad edərək, yəni baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən məsuliyyəti yaranmadığını qeyd edərək faktiki olaraq sığorta ödənişi verməkdən imtina etmişdir. Məhz bu imtina ilə bağlı iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia irəli sürülmüşdür. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi qənaət tam olaraq 6-cı paraqrafda da qeyd olunmuşdur. Ona görə də həm iddianın, həm də şikayətin əsaslılığının yoxlanılması üçün hadisənin sığorta hadisəsi olub-olmamasının yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün yuxarıda qeyd olunan prosessual hərəkətlər yerinə yetirilərək cavablar alınmışdır.
29. İlk növbədə icbari sığorta müqaviləsi üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, həm Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsində, həm də “İcbari Sığortalar Haqqında” Qanunun 36.1 və 36.1.7-ci maddəsinə əsasən daşınmaz əmlakın təbi fəlakətlər, o cümlədən leysan nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Qeyd olunduğu kimi, sığorta predmeti olan fərdi yaşayış evinin zədələnməsi, yəni ona ziyan dəyməsi işin mübahisəsiz halı olmuşdur. Mübahisəli hal bu zərərin məhz sığorta hadisəsi sayılan hal nəticəsində yaranması və zərərin məbləği ilə bağlı olmuşdur. Milli Hidro meteorologiya Xidməti tərəfindən verilmiş 3-14-20/2-021/2023 nömrəli xx.xx.2023-cü il tarixli arayışında da bir daha təsdiq olunmuşdur ki, Ağsu hidrometeoroloji stansiyasının məlumatlarına əsasən 23 avqust 2020-ci il tarixində miqdarı 25,0 mm olan güclü yağış müşahidə edilmiş, həmin tarixdə ona qonşu olan rayonlarda leysan xarakterli güclü yağışlar müşahidə edilmiş, yağıntının miqdarı 35-71 mml aralığında olmuş, bu da Ağsu rayonunda yağıntının leysan xarakterli olmasını istisna etməmişdir. Demək ki, zərərin məhz leysan yağışlar nəticəsində yaranmış olduğu təsdiq olunmuşdur.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Sığorta Şirkətinin sığorta ödənişini verməkdə imtinası həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən 12 mart 2021-ci il tarixli 18/79 nömrəli məktubu ilə Sığorta Şirkətinə göndərilmiş arayışı ilə bağlı olmuşdur. Lakin qeyd olunan Xidmətin apellyasiya baxışı zamanı verilmiş sorğuya xx.xx.2023-cü il tarixli cavab arayışında da onların yalnız fərdi yaşayış evinin yerləşdiyi sahədə baş vermiş geoloji prosesləri öyrəndiyi, tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geoloji-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesi müşahidə edildiyi dedikdə həmin ərazini təşkil edən süxurların əmələ gəlmə şəraiti, möhkəmliyi, fiziki xüsusiyyətləri (yumşaqlığı, yuyulmaya, şişməyə, sıxılmaya, dağılmaya meyilliyi), tərkibi (qum, gil, qumca, gilcə), atmosfer çöküntülərinin intensivliyi, subasma və qrunt sularının yer səthinə qalxması kimi proseslərin təsirindən relyefdə baş verən destruktiv dəyişiklikl ər nəzərdə tutulduğu göstərilmişdir. Deməli, qeyd olunan Xidmətin həm sığorta şirkətinə, həm də məhkəməyə verdiyi arayışdan məlum olmuşdur ki, göstərilən hallar hadisənin sığorta hadisəsi olmasını nəinki inkar etməmiş, əksinə çökmə prosesinin, həm də təbii fəlakətlərin, o cümlədən su basmanın təsirindən yarandığı təsdiq olunmuşdur. Yəni, çökmə leysan nəticəsində yaranmış, evdə yaranmış qüsurlar da torpaq qatının çökməsindən baş vermişdir. Ona görə də qeyd olunan normada sığorta hadisəsi kimi leysan nəzərdə tutulmuş, çökmənin sığorta hadisəsi kimi göstərilməməsi də hüquqi məntiqə söykənməyən bir yanaşma olmuşdur. Yəni, çökmə deyil, daşınmaz əşyanın zədələnməsi sığorta hadisəsi hesab edilir. Başqa sözlə torpaq qatının çökməsi nəticəni, yəni sığorta hadisəsini yaradan səbəbin (halın) - leysan ın nəticəsində, sığorta hadisəsi isə çökmənin nəticəsində baş vermişdir. Ona görə də cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsində bu dəlillərdən istifadə edərək ziddiyyətli vəziyyət yaratmağa cəhd etməsi anlaşılan olsa da başadüşülən olmamışdır.
31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, fərdi yaşayış evinə dəymiş zərərlə bağlı işdə üç rəy (hesabat) mövcud olmuşdur. Bunlardan ikisi cavabdehin sifarişi əsasında əldə edilmişdir. Başqa sözlə birinci hesabat sığorta ekspertizası fəaliyyəti ilə məşğul olan "xxxx" MMC tərəfindən verilmiş, dəymiş ziyanın məbləği 3188,75 manat, Sığorta Şirkətinin dəvət etdiyi müstəqil ekspert, qiymətləndirici X4 19 aprel 2021-ci il tarixli rəyində isə dəyən ziyanın məbləğinin 13843 manat olması barədə rəy vermişdir. Apellyasiya baxışı zamanı "xxxx" Qiy mətləndirmə Şirkəti MMC tərəfindən verilmiş rəydə isə zərərin məbləğinin 30000 manat olduğu göstərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi isə faktiki olaraq zərərin məbləği ilə bağlı rəy vermək iqtidarında olmadığını öz rəyində büruzə vermişdir. Apellyasiya instansiyası məhkəməsi dəyən ziyanın məbləğinin 13843 manat olması barədə müstəqil ekspert, qiymətləndirici X2 19 aprel 2021-ci il tarixli rəyini real və mötəbər hesab etmişdir. Çünki, bu rəy hadisədən bir neçə ay sonra fərdi yaşayış evinə baxış keçirilməklə verilmiş, dəymiş zərərin real məbləğini daha dolğun əks etdirmişdir. Digər rəylərin birində zərərin məbləği daha az, digərində isə daha yüksək olduğu göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi könüllü sığorta ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə ma hiyyət etibarı ilə razılaşmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış daşınmaz əmlakın sığortası müqaviləsində qeyd olunan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci tarixədək təbii fəlakətlər riski üzrə şərtsiz azadolma - “Daşınmaz əmlakın icbari sığortası” üzrə müəyyən olunmuş sığorta məbləği (15000 manat) olmaqla, 80000 manat məbləğində könüllü sığorta növü ilə sığortalanmışdır. “İcbari sığortalar haqqında” Qanunun 39.3-cü maddəsinin tələblərinə görə yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri Bakı şəhərindən, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindən başqa digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15000 manat, azadolma məbləği 150 manat kimi müə yyən edilmişdir. Müqavilə üzrə şərtsiz azadolma məbləği oğurluq, qarət riskləri, hava nəqliyyat vasitələrinin vurduğu zərər üzrə 1000 manat, digər risklər üzrə - Daşınmaz əmlakın icbari sığortası üzrə müəyyən olunmuş sığorta məbləği (hazırki halda 15000 manat) ilə müəyyən edilmişdir. Zərərin məbləği ilə bağlı apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti 13843 manat məbləğində olduğundan, könüllü sığorta üzrə baş vermiş hadisənin sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi (təbii fəlakətlər) kimi qəbul edilməsi mümkün olsa belə, yəni sığorta müqaviləsinə əsasən sığorta ödənişi həyata keçirmək üzrə qarşı tərəfin məsuliyyəti yaransa da, ziyanın məbləği ilə bağlı müstəqil ekspert rəyi ilə müəyyən edilmiş zərərin məbləği müqavilə üzrə müəyyən edilmiş şərtsiz azadolma məbləğ indən az olduğu üçün hazırki iddianın bu əsasla təmin edilməsi əsaslı olmamışdır. Çünki, azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Başqa sözlə, iddiaçı müqavilənin bu şərti ilə könüllü olaraq razılaşmışdır. Ona görə könüllü sığorta müqaviləsi üzrə sığorta ödənişinin tələb edilməsi əsassız olduğundan təmin edilməməlidir.
33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin dəbbə pulu ilə bağlı hissəsi də əsaslı olmadığından təmin edilə bilməz. Çünki, Sığorta Şirkəti bu gün də hadisəni sığorta hadisəsi hesab etməmişdir. Başqa sözlə qeyd olunan fərdi yaşayış evinə sığorta hadisəsi nəticəsində zərər dəyməsini qəbul etməmiş və birinci instansiya məhkəməsi də bu mövqe il ə qismən də olsa razılaşmışdır. Əlbətdə ki, bu cür vəziyyətdə gecikdirilmiş gün üçün dəbbə pulunun tutulması da əsaslı sayıla bilməz.
34. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulamışdır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən tam imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşkilatları zərər çəkə bilər, eləcə də sığorta münasibətləri iflic vəziyyətə düşə bilər.
35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883, 884, 898, 922, 923, 925, 926, 935-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16, 35, 36, 39-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsi, cavabdehdən 14850 manat sığorta məbləğinin, 5475 manat dəbbə pulunun, yekin olaraq 20325 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
37. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi zərərin məbləğinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəmə sinin özünün 23 yanvar 2023-cü il tarixli qərardadı ilə fərdi yaşayış evinə dəymiş zərərin məbləğinin müəyyən edilməsini "xxxx" Qiymətləndirmə şirkətinə tapşırmış, şirkət özü evə baxış keçirmiş, görülməli işlərin həcmi barədə hesabat tərtib etmiş və hesabatda görüləcək işlərin adı, ölçü vahidi, işin həcmi və dəyəri barədə məlumatları yazmış və işlərin dəyərinin 56885,58 manat olması barədə rəy vermişdir. Lakin yekunda aşınma (istismar olunan və köhnəlmə dərəcəsi) olaraq bu məbləğin 47,26 faizi (26,884,17) manatı çıxılmış və yekun olaraq 30000,51 manat zərər məbləği təsdiq edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 39.3 və 39.4-cü maddəsinə əsasən zərərin məbləği 30000,51 manat, lakin sığorta məbləği digər rayon və şəhərlərdə 15000 manat olduğundan, 15000 manatdan 150 manat azadolma m əbləği çıxılmaqla, 14850 manat cavabdehdən tutulması qət etməli idi.
38. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun tutulması hissəsində də səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə özü hadisəni sığorta hadisəsi olmasını qəbul etmiş, ona görə birinci instansiya məhkəməsinin qətnaməsini də ləğv etmişdir. Belə olan halda Sığorta Şirkətinin hadisəni sığorta hadisəsi hesab edibetməməsinin bir mənası olmamışdır. Sığortaçı 15 oktyabr 2020-ci il tarixində daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin akt yazmış, lakin daşınmaz əmlakın icbari sığortası RPA********** nömrəli sığorta şəhadətnaməsi üzrə 15000 manat sığorta məbləğini, İ-Pİ0975/19 saylı könüllü əmlak sığortası şəhadətnaməsi üzrə sığorta məbləğini bu günə kimi ödəməmişdir. Ona görə də 15 okt yabr 2020-ci ildən 15 oktyabr 2021-ci il tarixinədək (365 gün) üçün icbari sığorta müqaviləsi üzrə 15000 manatın gecikdirilmiş hər günü üçün 0,1 faizi, yəni (15.000 x 365) = 5.475 manat dəbbə pulu da iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi dəbbə pulunun tutulmasının əsassız olması barədə arqumenti əsassız olmuş və Mülki Məcəllənin 933 və 934-cü maddələrinin normalarını pozmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 898, 926, 933, 934-cü maddələrinə və “İcbari sığortalar haqqında” Qanunun 39-cu maddəsinin müddəalarına uyğun olaraq, cavabdeh 14850 manat sığorta məbləğini, 5475 manat dəbbə pulunu, yekun olaraq 20325 manat pul vəsaitinin tutulmasını qət etməli idi.
39. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898, 926, 933, 934- cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
40. Cavabdeh (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sığorta Şirkəti ilə iddiaçı arasında “Daşınmaz əmlakın icbari sığortası” üzrə bağlanmış RPA********** nömrəli şəhadətnamə ilə “İcbari sığortalar haqqında” Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş hallara təminat verilmişdir. Eyni tərəflər arasında “Əmlak sığortası” üzrə bağlanmış İ-Pİ-0975/19 nömrəli şəhadətnamə ilə isə həmin şəhadətnamənin "xxxx" bölməsində sadalanmış risklərə təminat verilmişdir (Sığorta Şirkətinin “Əmlakın yanğın və digər əlavə risklərdən sığortası” Qaydalarında sözügedən hər bir riskə detallı anlayış verilmişdir). Əlavə olaraq “Əmlak sığortası” çərçivəsində “Şərtsiz azadolma” məbləğinin nəzərdə tutulduğu xüsusi olaraq vurğulanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin sığorta hadisəsinin mövcudluğu və sığorta ödənişinin həyata keçirilməli olduğu ilə bağlı gəldiyi qənaətdən fərqli olaraq, iş üzrə materiallar əmlaka zərər dəyməsinə səbəb olan hadisənin nə “Daşınmaz əmlakın icbari sığortası”, nə də “Əmlak sığortası” çərçivəsində təminat altına alınmadığını təsdiq etmişdir.
42. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, heç bir eti barlı sübut olmadan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş zərərin məhz leysan yağışları nəticəsində yaranmış olduğu qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin Milli Hidrometeorologiya Xidmətinin 314-20/2-021/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda ehtimal xarakterli müddəaya (qonşu olan rayonlarda leysan xarakterli güclü yağışların müşahidə edildiyi, bunun Ağsu rayonunda yağıntının leysan xarakterli olmasını istisna etmədiyi) istinad edərək, Ağsu rayonunda da leysan yağışlar yağdığı nəticəsinə gəlməsi tamamilə yanlış olmuş, sübuta düzgün qiymət verilməməsinin nəticəsi olmuşdur. Əlavə olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2021-ci il tarixli 18/79 nömrəli məktubuna qoşma olaraq əlavə edilmiş arayışında x x.xx.2021-ci il tarixində fərdi yaşayış evinin yerləşdiyi əraziyə keçirilmiş baxışa əsasən tikilinin yerləşdiyi ərazidə təbii amillərin (ərazinin geolojigeomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) təsirindən çökmə prosesinin müşahidə edildiyi qeyd olunmuşdur. Milli Geoloji Kəşfiyyat Xidmətinin xx.xx.2023-cü il tarixli izahedici məktubunda da bu məqamlar təkrarlanmışdır. Apellyasiya instansiyası məhkəməsinin öz təsdiqini tapmamış fakta (leysana) istinad etməsi və bunun davamı olaraq Milli Geoloji Kəşfiyyat Xidmətinin rəyini “leysan nəticəsində çökmə” kimi şərh etməsi tamamilə əsassız olmuşdur. Milli Geoloji Kəşfiyyat Xidmətinin sözügedən məktublarını detallı təhlil etdikdə başa düşmək mümkün olmuşdur ki, fərdi yaşayış evinə dəymiş zərər tədricən baş verən proseslərin (ərazinin geoloj i-geomorfoloji quruluşu, atmosfer çöküntüləri və s.) nəticəsi olmuşdur ki, bunu hər hansı təbii fəlakət ilə birbaşa əlaqələndirmək heç bir məntiqə söykənməmişdir.
43. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iddianı qismən təmin etməkdə mövqeyinin əsasını onun leysanın yağması və bunun nəticəsində əmlaka zərər dəyməsi ilə əlaqədar sırf subyektiv fikri təşkil etmişdir. Nə leysanın yağması, nə də ki, məhz leysanın yağması nəticəsində əmlaka zərər dəyməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmamışdır. Yəni qətnamədə mötəbər sübutlarla təsdiq olunmayan faktlar əks etdirilmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır.
44. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 88, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
46. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
47. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
48. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
49. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır.
50. Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər.
51. Maddə 898.2. Azadolma məbləği sığor ta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
52. Maddə 898.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən çox olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
53. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.
54. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, s ığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
55. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
56. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir.
57. Maddə 926.1. Sı ğorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
58. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
59. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
60. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir. “İcbari sığo rtalar haqqında” Azərbaycan Respublikasının Qanunu
61. Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
62. Maddə 18.2.
63. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası d aşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
64. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
65. Maddə 36.1.Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab ol unur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tuf an, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9).
66. Maddə 39.3. Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir: 39.3.1. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat; 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat; 39.3.3. digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.
67. Maddə 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
74. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşa ğı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
75. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
76. Kassasiya instansiyası məhkəməsi 13693 manat zərər məbləğinin tutulması hissəsində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Mülki Məcəllənin 926cı maddəsinin tələblərinə tam uyğundur. Ona görə də bu hissədə kassasiya şikayətinə əsasən əlavə müzakirə aparma ğa lüzum yoxdur və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
77. Lakin, kassasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iddianı gecikdirilmiş gün üçün dəbbə pulunun tutulması hissəsində rədd etməklə Mülki Məcəllənin 934.2-ci maddəsinin tələbini pozub. Həmin maddənin mənasına görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
78. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini nəzərə almadan, iddiaçının dəbbə pulu tələbinin tutulmamasına dair mövqeyində qeyd etmişdir ki, cavabdeh sığorta şirkəti hadisəni sığorta hadisəsi hesab etməmiş, başqa sözlə qeyd olunan fərdi yaşayış evin ə sığorta hadisəsi nəticəsində zərər dəyməsini qəbul etməmiş və birinci instansiya məhkəməsi də bu mövqe ilə qismən də olsa razılaşmışdır. Əlbəttə ki, bu cür vəziyyətdə gecikdirilmiş gün üçün dəbbə pulunun tutulması da əsaslı sayıla bilməz.
79. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh iddiaçıya sığorta ödənişini vermədiyindən və onun imtinasının əsassız olması məhkəmə tərəfindən təsdiq olunduğundan, iddiaçının Azərbaycan Respublikası MM-in 934.2-ci maddəsinə uyğun dəbbə pulu tələb etmək hüququ olmuşdur. Lakin, məhkəmənin iddiaçının bu hüququndan doğan və mövcud iddia tələbini təmin etməməsinə dair mövqeyi haqlı olmamışdır.
80. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
81. Ona görə də kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı, cavabdehin kassasiya şikayətini isə əsassız sayıb hesab edir ki, işə dəbbə pulunun tutulm aması hissəsində yenidən apelyasiya qaydasında baxılmalı, dəbbə pulunun hesablanması müddətinin başlanğıcı və qurtarması dəqiq müəyyən edilməli və iddia tələbinin həmin hissəsinə maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir.
82. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayət qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayət təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “17” “aprel” “2023”-cü il tarixli 2(103)-769/2023 saylı qətnaməsi qismən, yəni “dəbbə pulunun tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.