Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2215/2025 22.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi kolleci Publik Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işəbərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, əmək funksiyalarının yerinə yetrilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə qarşı işə bərpa tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 mart 2025-ci il tarixli 2(104)-428/2025 nömrəl i qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı əmək müqaviləsi əsasında Tovuz Dövlət Sosial İqtisad Kollecində dalandar vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı əmək funksiyalarını yerinə yetirməkdən imtina etməsinə görə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktlar tərtib edilmiş, xx.xx.2024-cü il tarixli əmrlə ona Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin a bəndinə istinadən “töhmət”, daha sonra xx.xx.2024-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsini n b bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
3. Tovuz Dövlət Sosial X2 Təşkilatının 15 iyul 2024-cü il tarixli 6 saylı protokolu ilə İddiaçı ilə bağlanmış əmək müqavləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz olunmadığı qərara alınmışdır.
4. İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
5. Mübahisə əmrin qanunsuzluğu və işə bərpa barədədir.
6. Mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
7. İddiaçının himayəsində xx.xx.2020-ci il təvəllüdlü xxxvə xx.xx.2021-ci il təvəllüdlü xxx adlı uşaqları vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı (bundan sonra “iddiaçı” və ya “işçi”) id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz Dövlət Sosial İqtisad Kollecinin (bundan sonra “cavabdeh”, və ya “işəgötürən”, yaxud “Kollec”) 30 iyul 2024-cü il tarixli, 65 saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə – dalandar vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı əmək müqaviləsinin şərtlərinə uyğun olaraq üzərinə düşən vəzifələri yerinə yetirmiş və əmək funksiyasını pozmamışdır. Kollecin direktoru dəyişəndə iddiaçı öz vəzifənin dəyişdirilməsi ilə bağlı müraciət etmiş, lakin barəsində işdən çıxarılma haqqında əmr verilmişdir. Həmin əmr qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması üçün həmin məcəllənin 72-ci maddəsində göstərilən hallar olmalıdır. İddiaçının isə əməlində həmin maddədə göstərilən hallar yoxdur. Bundan başqa, iddiaçı əmək müqaviləsinə əsasən vəzifələrini layiqincə yerinə yetirmiş və əmək intizamına riayət etmişdir. xx.xx.2023-cü il tarixli mediasiya sazişinə əsasən xx.xx.2020-ci il tarixdə anadan olmuş qızı xxxvə xx.xx.2021-ci il tarixdə anadan olmuş xxx adlı oğlu iddiaçının himayəsində saxlanılmışdır. Həmin saziş hüquqverici sənəddir. Cavabdeh təşkilat onu işdən çıxararkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsini qadağan edən hallar barəsində imperativ norma var. Həmin maddədə qeyd edilir ki, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçi lərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddiaçının himayəsində iki azyaşlı uşaq var və məktəb yaşlı deyillər. Kollecdəki işindən başqa iddiaçının dolanacaq və işləyəcək yeri yoxdur.
10. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (atası) X5 iddianı müdafiə edərək, göstərmişdir ki, iddiaçını əvvəllər Azərbaycan Dili və Ədəbiyyatı müəllimi kimi işə götürmüşlər, sonradan orta təhsilli olduğuna görə laborant kimi çalışmaq üçün vəzifəsini dəyişdirmişlər. Sonradan yəni 2024-cü ilin may ayında Kollecin müdiri dəyişən zaman, onlara məlum olmuşdur ki, iddiaçı laborant kimi deyil, dalandar kimi fəaliyyət göstərməlidir. İddiaçı həmin vaxt o vəzifədə çalışmaq istəməmiş, buna görə də laborant vəzifəsini icra edənlərlə birlikdə oturmuşdur. İddiaçı əvvəllər həmin kollecdə müəllim işl ədiyinə görə sonradan dalandar işləməsi onun şəxsiyyətini alçaltdığına görə əmək funksiyasını yerinə yetirməmiş, dalandar vəzifəsini icra etməmişdir. Buna görə də iddiaçını 30 iyul 2024-cü il tarixində işdən çıxarmışlar. Hazırda iddiaçı dalandar kimi çalışmaq istəyir.
11. Cavabdehin nümayəndəsi X3 iddiaya etiraz edərək göstərmişdir ki, 30 iyul 2024cü il tarixli əmr qanuni və əsaslıdır. İddiaçı uzun müddət öz vəzifəsi, yəni dalandar vəzifəsi üzrə işə çıxmamış, bu barədə hər dəfə akt tərtib olunmuşdur. Buna görə də əmr əsaslıdır.
12. Tovuz Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli 2(062)-2696/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Qafil Baxşıyev)
13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmək müqaviləsi əsasında Kollecdə dalandar vəzifəsi nə işə qəbul edilmiş, lakin may ayından sonra iddiaçı işləməmiş və öz vəzifəsini yerinə yetirməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq yenidən dalandar kimi əmək funksiyalarını yerinə yetirməmiş, dalandar vəzifəsini icra etməmişdir. İddiaçıya dalandar işinə çıxmadığına görə xəbərdarlıq məktubu gəlmiş və üzrlü səbəb göstərmədiyindən 30 iyul 2024-cü il tarixində işdən azad olunmuşdur. İşdən azad olunarkən müəssisə üzrə həmkarlar ittifaqına müraciət olunmuş X1 15 iyul 2024-cü il tarixli 6 saylı protokolu ilə iddiaçının əmək müqavləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz olunmadığı qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi himayəsində məktəb yaşına çatmayan iki uşağının olması, buna görə də onunla əmək müqaviləsinə xitam verilməsinin Əmək Məcəllə sinin 79-cu maddəsi ilə qadağan olunması barədə iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi mediasiya prosesində imzalanmış barışıq sazişinə əsasən iddiaçı əri Elnur Cəfərovla razılığa gəlmiş, azyaşlı uşaqlar analarının himayəsində saxlanılmış və Elnur Cəfərov azyaşlı uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 165 manat, cəmi 330 manat aliment ödəməyi öhdəsinə götürmüşdür.
15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə bu hal onu deməyə əsas verir ki, iddiaçı uşağını təkbaşına böyüdən işçi sayılmır. İddiaçı o halda uşaqlarını təkbaşına böyüdən valideyn hesab oluna bilərdi ki, digər valideyn ölmüş olsun (məhkəmə qaydasında ölmüş elan edilsin, itkin düşmüş elan olunsun), valideynlik hüququndan məhrum edilsin, müəyyən müddətə müali cə müəssisəsində olsun, yaxud da azadlıqdan məhrumetmə yerlərində olmuş olsun. Bu göstərilən halların heç biri isə müəyyən edilməmişdir. Belə olan halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri iddiaçı barəsində tətbiq oluna bilməz.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 70, 72, 79-cu maddələrinin müvafiq hissə və bəndləri, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrni ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış, birinci instansiya məhkəməsinin qətnaməsinin mad di və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasına, iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamasına və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsinə istinad etmişdir.
19. Apellyasiya baxışında iddiaçının nümayəndəsi (atası) X5 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəmsində verdiyi izahatla eyni məzmunlu izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının maddi vəziyyəti ağırlaşmış, nikahı pozulmuş və himayəsində azyaşlı uşaqları vardır. Bu səbəbdən hansı vəzifə olsa, iddiaçı vəzifə funksiyalarını icra etməyə razıdır.
20. Apellyasiya baxışında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh təşkilat iddiaçı ilə əmək müqaviləsi bağlamaq istəmir. Çünki əvvəllər rəhbərlik tərəfindən id diaçıya dəfələrlə əmək funksiyalarını icra etməsi barədə xəbərdarlıq edilmiş, iddiaçının əmək qanunvericiliyinə zidd olan hərəkətsizlikləri barədə aktlar tərtib olunmuş, həmkarlar ittiaqının da razılığı alınmaqla iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının tutmuş olduğu vəzifəyə artıq başqa işçi təyin edilmişdir. İddiaçının cavabdeh təşkilatda əvvəllər hansı iş gördüyü barədə məlumatı yoxdur.
21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-428/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Rüfət Məcidov)
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəm əsinin mövqeyi ilə razılaşaraq, göstərmişdir ki, işin müəyyən olunan və mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq əmrlə cavabdeh təşkilatda dalandar vəzifəsində işə qəbul edilmiş, cavabdeh müəssisənin xx.xx.2024-cü il tarixli 65 saylı əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək intizamını pozduğuna və rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl etmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən ona xx.xx.2024-cü il tarixli 24 saylı əmrlə töhmət verilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə əmək vəzifələrini icra etmədiyi üçün Əmək Məcəlləsinin 186-cı maddəs inin “b” bəndinə əsasən ona xx.xx.2024-cü il tarixli 27 saylı əmrlə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə yenə əmək vəzifələrini icra etməmiş; bu barədə cavabdeh təşkilatın səlahiyyətli subyektləri tərəfindən müvafiq aktlar tərtib edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi də (atası) apellyasiya baxışı zamanı verdiyi izahatında «Cavabdeh təşkilatda rəhbərlik dəyişdikdən sonra iddiaçıdan tutduğu vəzifə üzrə funksiyalarını icra etməsi tələb olunsa da, lakin iddiaçı həmin işi yerinə yetirməyə utandığından tutduğu vəzifə üzrə funksiyalarını icra etməmişdir» deyə bildirmişdir. Cavabdeh təşkilatın 15 iyul 2024-cü il tarixli 6 nömrəli qərarı ilə iddiaçı tərəfindən əmək və icra intizamı pozulduğuna görə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi şərh olunanlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edildiyi və onun əmək və icra intizamını pozaraq Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hallara yol verdiyi qənaətinə gəlməkdə haqlı olmuşdur.
25. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçıya müntəzəm şəkildə əmək vəzifələrini icra etmədiyinə və işinə məsuliyyətsiz yanaşdığına görə iki intizam tənbehi verilmiş, lakin iddiaçı əm ək qanunvericiliyinə zidd hərəkətsizliyini davam etdirməklə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə təkrarən əmək vəzifələrini icra etməmişdir.
26. İşin yuxarıda sadalanan hallarına əsasən iddiaçıya əvvəlcə töhmət və şiddətli töhmət, sonradan isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmiş, bu zaman əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş olması, habelə əvvəllər də iddiaçının intizam tənbehi aldığı əsas götürülmüşdür.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 10, 68, 70 (“ç” bəndi), 71 (2), 72, 80 (1), 80 (2), 83, 84, 186, 187, 189 (3)-cu maddələri ilə əsaslandırmışdır. Kas sasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırlmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən cavabdeh tərəfin təqdim etdiyi sübutlarla kifayətlənib və istinad etdiyi maddi normalarla iddiaçının işə bərpa hüquqlarını pozub. Cavabdeh təşkilatın rəhbərliyi dəyişdikdən sonra iddiaçı barəsində məqsədli şəkildə əmək müqaviləsinin pozulması üçün onun xəbəri olmadan aktlar tərtib edilib. İşdə olan sübutlar Kollecin direktorunun diktəsi ilə vəzifə cəhətdən ondan asılı olan işç ilər tərəfindən tərtib olunub və həmin sənədləşmələr iddiaçıya elan olunmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri ü zrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 68 “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 70 “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə 71 (2). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizam ının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 79(1). İşəgötürən tərəfindən: - yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci h issəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186 (2). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət ve rmək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
32. Kassasiya şi kayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdiril məsi üçün əsas yoxdur.
35. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
36. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
37. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
38. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, əmək funksiyasını yerinə yetirmədiyinə görə iddiaçının barəsində iki dəfə intizam tənbeh tədbirinin görülmüş, buna baxmayaraq iddiaçı əmək funksiyasını pozmaqda davam edərək, müqavilə üzrə yerinə yetirlməli olduğu işi görməkdən imtina etmiş, iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı həmkarlar təşkilatının razılığı alınmışdır. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.
39. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 70 “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
40. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətb iq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
41. Həmçinin iddiaçının öz əmək funksiyasını yerinə yetirməməsini onun nümayəndəsi olan atası da məhkəmə baxışlarında etiraf etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
43. İddiaçının kassasiya şikayətinin dəlillərinə – himayəsində məktəb yaşına qədər iki uşağı təkbaşına böyütməsi – gəldikdə qeyd edilməlidir ki, əvvəla bu dəlilə birinci instansiya məhkəməsi qiymət verib və nəyə görə onu qəbul etməməsini əsaslandırıb. (bax:14 və 15-ci bəndlər)
44. Məhkəmə kollegiyası da bu dəlillə bağlı öz növbəsində qeyd edir ki, i ddiaçı mediasiya sesiyasında əri Elnur Cəfərovla razılığa gəlmiş, azyaşlı uşaqlar onun himayəsində saxlanılmaqla, Elnur Cəfərov həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 165 manat, cəmi 330 manat aliment ödəməyi öhdəsinə götürmüşdür.
45. Belə olan halda iddiaçı uşaqları təkbaşına böyüdən şəxs (işçi) saylmır. Uşağını təkbaşına böyüdən şəxs (işçi) o şəxslər sayılır ki, onlar uşaqlarının saxlanması üçün digər valideyndən aliment və ya hər hansı dolancaq xərci almaq imkanı yoxdur. Boşanmış, üstəlik aliment alan şəxsin himayəsində uşaqların olması faktı özlüyündə həmin şəxsi uşaqları təkbaşına böyüdən şəxs kimi qiymətləndirmək üçün əsas deyil.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-428/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.