Məhkəmə qərarları › İş №2(102)-222/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-222/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-222/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)18/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxx” ASC və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməs inin xx xxxx 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, İ.S.Şirinov və A.V.Tanrıverdiyevdən ibarət tərkibdə) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” ASC və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(102)5520/2020 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilm işdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Məmməd Məmmədov məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(103)-18/2020 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndər ilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il il tarixli, 2(102)-5520/2020 nömrəli qərardadı l əğv edilsin. Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar