Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-222/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1, üçüncü şəxslər AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə, AR ƏMDK-nın Ucar Ərazi İdarəsinə, Göyçay Rayon İcra Hakimiyyətinə və Göyçay Rayon Ərəbcəbirli Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi örüş sahəsinin ümumi istifadəyə qaytarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh1 vəkili Cavabdeh2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1358/2 021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı bildirir ki, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 1.0 ha hissəsi cavabdeh tərəfindən qanunsuz şəkildə istifadə olunur, kənd sakinləri həmin sahədən istifadə edə bilmirlər.
2. Cavabdeh isə etiraz edir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə onun istifadəsi üçün icarəyə verilmişdir. Torpaq sahəsindən istifadəsi qanunidir və iddia əsassızdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin Cavabdeh1 tərəfindən hüquqi əsaslar olmadan 1.0 hektarından istifadəsinə son qoyulması, cavabdehin həmin ərazidən çıxarılması, öz başına tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması və örüş sahəsinin əhalinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Cavabdeh1 Göyçay rayonunun Mlrzəhüseynli kəndinin şimal hissəsində yerləşən “araba sınan dərəsi” adlanan örüş sahəsi təyinatlı ərazinin 1,0 hektar hissəsini özbaşına şəkildə zəbt etmiş, həmin ərazinin ətrafını hasar formasında bağlamaqla şəxsən özünün istifadəsi üçün ayırmış, həmin hissədə müxtəlif özbaşına tikililər tikmiş və qurğular quraşdırmış, həmin hissədən tamamilə və ətraf hissələrdən qismən olmaqla kənd sakinlərinin eləcə də onun istifadəsinə yolverilməz şəkildə əngəllər yaratmışdır. Belə ki, cavabdeh həmin ərazidəki torpaq sahəsinin müvəqqəti olaraq dincə qoyulmasından sui-istifadə edərək özünün xüsusi torpaq sahəsi kimi orada qoyun yatağı salmış, balaca daxal bina, həmçinin 300,0 kv.m-dən artıq sahəsi olan palçıqla suvanmış tövlə tikmişdir. 8,0 hektar ərazidən ibarət həmin sahədən 1990-cı illərdən keçmiş S. Vurğun adına kolxozun ərazisi kimi atası X1 istifadə etmiş, ərazi arpa və buğda əkini sahəsi olmuşdur. 2000-ci ildən həmin əraz ini istifadə etmiş, digər sakinlərin həmin sahədən istifadəsinə hər hansı maneə yaratmamışdır. Hazırda məlum olmuşdur ki, 2015-ci il tarixdən cavabdeh həmin ərazini heç bir hüquqi əsasları və razılıq olmadan öz istədiyi kimi istifadə edir. Cavabdeh bu hərəkətləri ilə onun örüş sahəsi kimi həmin torpaq sahəsindən mal-qaranın otarmaq məqsədi ilə istifadə hüquqları pozulmuşdur.
5. Cavabdeh1 iddianı qəbul etməyərək birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Göyçay rayon Mirzəhüseynli kəndində yerləşən 1 ha torpaq sahəsini Göyçay rayon Mirzəhüseynli kənd Bələdiyyəsi ilə bağladığı icarə müqaviləsinə əsasən istifadə edir. Örüş sahəsini zəbt etməmişdir.
6. Göyçay rayon Ərəbcəbirli kənd bələdiyyəsinin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, Cavabdeh1 2 006-cı ilin sentyabr ayında Mirzəhüseynli kənd Bələdiyyəsi ilə 50 il müddətinə 1ha örüş sahəsini icarə müqaviləsinə əsasən icarəyə götürməsi ilə bağlı göstərdikləri əsassızdır. Belə ki, həmin müqavilənin əslini aşkar etmək mümkün olmamış, müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, həmin müqavilə dövlət qeydiyyatına alınmamışdır. Hazırda örüş sahəsi çəpərlənərək Cavabdeh1 istifadəsindədir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ağsu Layihə Tədqiqat İdarəsinin mütəxəssisi birinci instansiya məhkəməsinin iclasında təqdim edilmiş rəy üzrə izahat verərək bildirmişdir ki, Cavabdeh1 Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış ör üş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə etdiyi və həmin torpaq sahəsində tikililərə inşa etdiyi müəyyən edilmişdir. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmamışdır.
8. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 04 aprel 2021-ci il tarixli, 2(046)-67/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə əhalinin ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından Cavabdeh1 çıxarılması, Cavabdeh1 tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin vəsaiti hesabına sökülməklə əvvəlki vəziyyətinə qaytarılması, örüş sahəsi əhalinin ümumi istifadəsinə verilməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə çəkilmiş 180.26 manat məhkəmə xər cinin Cavabdeh1 alınaraq Kadastr və Yerquqluşu Layihə Tədqiqat Mərkəzinin hesabına keçirilməsi, iş üzrə ekspertiza xərcləri olan 100 manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qətnamənin icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh1 istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikililər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil veril mişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh1 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh1 torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir. Cavabdeh1 Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə edir və həmin torpaq sahəsində tikililər inşa etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), Ə.Məcidov və A.Mahmudov) 08 iyul 2021-ci il tarixli, 2(107)-1358/21 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 01 aprel 2021-cu il tarixli, 2(046)-47/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, onun icarəsində olan torpaq sahəsi bələdiyyəyə məxsusdur və örüş sahəsidir. Göründüyü kimi İddiaçı həmin torpaq sahəsinin heç bir aidiyyətı yoxdur. O da Cavabdeh1 kimi həmin ərazidə yerləşən digər torpaq sahəsindən istifadə edir. Yəni, mübahisəli torpaq sahəsi ilə əlaqədar iddiaçının iddia qaldırmaq üçün heç bir subyektiv hüququ olmamışdır. AR MPM-də kimlərin iddia qaldırmaq hüququnun olması dəqiq şəkildə göstərilmişdir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunun mənasından da göründüyü kimi fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İddiaçının hansı hüquqlarını, azadlıqlarını və maraqlarının pozulması həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya məhkəməsinin qətnaməsində əks olunmamışdır. Məhkəmələr bu halı araşdırmamış, iddiaçının həmin iddianı qaldırmaqla hansı hüquqlarını müdafiə etmək istədiyini araşdırmamışdır. Qeyd olunan mübahisəli torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir, buna görə də həmin torpaq sahəsi ilə əlaqədar mülkiyyətçi, yəni bələdiyyə iddia qaldıra bilərdi. İddiaçı mübahisəli torpaq sahəsinin əvvəllər onun atasının istifadəsində olmasını iddia etsə də, qeyd olunan torpaq sahəsini onların istifadəsində olmasını təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Görü ndüyü kimi icarə müqaviləsi Cavabdeh1la bələdiyyə arasında bağlanmışdır. O, həmin torpaq sahəsini özbaşına zəbt etməmişdir. 2006-cı ildən hal-hazıra kimi bələdiyyəyə icarə haqqı ödəmişdir. Qeyd olunduğu kimi torpaq sahəsi özbaşına zəbt edilməmişdir. O ki qaldı müqavilədə tarix və nömrə göstərilməməsi Cavabdeh1 günahı deyildir. Bələdiyyə onunla müqavilə bağlamışdır və müqavilədə bələdiyyə sədrinin imzası vardır. Lakin, onu qeydə almaq və tarix və nömrə yazmaq bələdiyyənin səlahiyyətinə aiddir. Bunun təqsiri məndə deyildir. Bu məsələlər qərəzli şəkildə məhkəmələr tərəfindən araşdırılmamışdır. Digər tərəfdən iddiaçının bələdiyyə torpağı ilə əlaqədar iddia qaldırmaq hüququnun olub-olmaması da araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı eti raz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
17. Maddə 16.1-16.4. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxsl ərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
18. Maddə 16.8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
19. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyətı üzrə geri qaytarılmalıdır Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu:
20. M addə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
21. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki halla rını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması h alları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
29. Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətinə Cavabdeh1 istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikililər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyç ay Rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh1 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh1 torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüseynli bələdiyyəsinə aiddir.
30. Bundan əlavə Cavabdeh1 Göyçay rayon Mirzəhüseynli kəndinin şimal hissəsində yerləşən “arabasınan dərəsi” adlanan ərazidə kənd camaatının ümumi istifadəsi üçün ayrılmış örüş torpaq sahəsinin 0.20 hektarından qanunsuz istifadə edir və həmin torpaq sahəsində tikililər inşa etmişdir. Cavabdeh1 tərəfindən naturada istifadə edilən 0.20 ha torpaq sahəsinin sərhədi boyunca kanal qazıl mışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyəti kimi qeydiyyata alınmamışdır.
31. Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İ.Vəliyevin imza ilə təsdiq edilmiş məktubuna əsasən, Cavabdeh1nın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Odur ki, həmin tikililər tikinti normalarına uyğun inşa edilməmişdir.
32. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin 16 saylı Ucar ərazi idarəsi tərəfindən verilmiş məktubla müəyyən edilmişdir ki, Cavabdeh1 adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində torpaq sahəsi qeydiyyata alınmamışdır.
33. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İcra Hakimiyyəti tərəfindən verilm iş 04.02.2020-ci il tarixli məktubla müəyyən edilmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh1 tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir.
34. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən 03.02.2020-ci il tarixdə verilmiş məktubla müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə olunan və onun tərəfindən tikilmiş tikililərin altında yerləşən torpaq sahəsi kəndin ümumi örüş təyinatlı torpaq sahəsidir.
35. Məhkəməyə təqdim edilmiş Torpaq sahəsinin icarəyə verilməsi haqqında 2006-cı il tarixli müqavilənin surəti ilə müəyyən edilmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsi 50 il müddətin ə Cavabdeh1 istifadəsi üçün icarəyə verilmişdir. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir.
36. Məhkəməyə təqdim edilmiş Göyçay Rayon Ərəbcəbirli kənd Bələdiyyəsi tərəfindən 24.07.2020ci il tarixli məktubla müəyyən edilmişdir ki, 29.04.2010-cu il tarixdə Mirzəhüseynli kənd bələdiyyəsinin fəaliyyəti dayandırılmış, bələdiyyənin balansında olan inventar və tikililər aktla Ərəbcəbirli bələdiyyəsinə təhvil verilmişdir. Keçən müddət ərzində bələdiyyənin fəaliyyətinə aid olan sənədlər Göyçay rayon Arxivinə verilmişdir. Göyçay Rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh1 torpaq sahəsi ayrılması barədə qərar verilməmişdir. 08.08.2006-cı il tarixli 09 saylı iclas protokolu keçmiş Mirzəhüsey nli bələdiyyəsinə aiddir.
37. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Göyçay Arxiv Filialının 17.07.2020-ci il tarixli arayışı ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh1 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır.
38. Məhkəmə tikinti-texniki ekspertizasının 30.12.2020-ci il tarixli 10/1595 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Ağsu LTİ-nin mütəxəssis rəyində aşağıdakılar qeyd olunur: Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh1 tərəfindən naturada istifadə edilir. Cavabdeh1 tərəfindən naturada istifadə edilən 0.20 ha t orpaq sahəsinin sərhəddi boyunca kanal qazılmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi və digər köməkçi tikililər mövcuddur. Qeyd olunanlar nəzərə alınmaqla mütəxəssis tərəfindən verilmiş rəyin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Ekspert tərəfindən qeyd olunur ki, mülki iş materiallarının yeddinci səhifəsində yer alan Göyçay rayon İcra Hakimiyyəti Başçısının birinci müavini İ.Vəliyevin imza ilə təsdiq edilmiş məktuba əsasən, Cavabdeh1nın sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Odur ki, həmin tikililər tikinti normalarına uyğun inşa edilməmişdir.
39. Cavabdeh şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin “örüş təyinatlı” olması işin mübahisəs iz halıdır, amma kimin mülkiyyətində olması isə konkretləşdirilməmişdir. Ona görə də hazırki iş üzrə iddia qaldırmaq hüququ mübahisəli ərazinin kimin mülkiyyətində olmasından asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyəyə məxsusdur. İddiaçının apellyasiya şikayəti vermək üçün subyektiv hüququ yoxdur və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyinə görə iddiaçının razılığı ilə ilk iddiaçını əsl iddiaçı ilə əvəz etməli, iddiaçı özünün əsl iddiaçı ilə əvəz edilməsinə razı olmadıqda isə işə irəli sürülmüş tələblər üzrə baxmaqla iddianı rədd etməli idi.
40. Apellyasiya məhkəməsi bu dəlillə razılaşmayaraq qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi v ə ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfin dən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların isti qamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.
41. Göründüyü kimi həm dövlət mülkiyyətində olan örüş və biçənək sahələri, həm də Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ayrılır. Eyni zamanda müddətsiz. İddiaçı isə mübahisəli torpaq sahəsinin yerləşdiyi torpaq sahəsinin fəaliyyət göstərdiyi Bələdiyyə ərazisində yaşayır. Cavabdehin zəbt etdiyi torpaq sahəsi iddiaçının da maraqlarına toxunur. Belə ki, iddiaçı kəndin ümumi istifadəsinə verilmiş örüş sahəsindən təyinatına uyğun istifadə edə bilmir. Özünə məxsus mal-qaranı örüş sahəsində otara bilmir. Odur ki, iddiaçının subyektiv hüququnun olmamasına dair cavabdehin dəlilləri əsassızdır.
42. Apellyasiya kollegiyası cavabdehin mübahisə predmeti olan 1.0. ha torpaq sahəsinin onun tərəfindən 2006-cı ildə, Göyçay rayon Mirzəhüseynli bələdiyyəsindən 50 il müddətinə icraya götürülməsi, icarə haqqını vaxtı vaxtında verməsi, bununla bağlı müqaviləni birinci instansiya məhkəməsinə təqdim etməsi barədə dəlillərinə dair bildirmişdir ki, Göyçay rayon Mirzəhüseynli kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsinin 50 il müddətinə Cavabdeh1 istifadəsi üçün icarə yə verilməsi barədə dəlil əsassızdır. Həmin müqavilədə tarix və müqavilənin nömrəsi qeyd edilməmiş, müqavilənin əsli məhkəməyə təqdim edilməmişdir. Yəni cavabdehlə Bələdiyyə arasında hər hansı bir icarə müqaviləsi mövcud deyildir. Bundan başqa Göyçay rayon Mirzəhüseynli Bələdiyyəsinin 2006-cı ilə dair iclas protokolları yoxlanılarkən, Cavabdeh1 1.0 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında heç bir qeyd tapılmamışdır. Göyçay rayon Ərəbcəbirli bələdiyyəsi öz fəaliyyəti dövründə Mirzəhüseynli kənd sakini Cavabdeh1 torpaq sahəsi ayrılması barədə qərar verməmişdir. Daha sonra Cavabdeh1 sözügedən torpaq sahəsində hər hansı bir tikinti işlərinin aparılmasına rayon icra hakimiyyəti tərəfindən icazə verilmədiyi müəyyən olunmuşdur. Cavabdeh1 adına Göyçay rayonu Mirzəhüseynli kəndi ərazisində to rpaq sahəsi qeydiyyata alınmamışdır. Göyçay rayon Mirzəhüseynli kənd sakini Cavabdeh1 tərəfindən Göyçay rayon Mirzəhüseynli kəndində istifadə edilən torpaq sahəsi ümumi örüş təyinatlı torpaq sahəsidir.
43. Göyçay rayonu Mirzəhüseynli kəndinin şimal hissəsində 0.20 ha ümumi istifadədə olan örüş torpaq sahəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq naturada istifadə edilir. Göründüyü kimi cavabdeh bu qanunsuz hərəkətləri ilə iddiaçının örüş otlaq sahəsindən istifadə etmək hüququnu pozur, məhdudlaşdırır. Beləliklə kollegiya hesab etmişdir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilə bilməz.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hü quqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
45. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
46. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
47. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1358/2021 nömrəli iş üzrə 08 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.