Məhkəmə qərarları › İş №2(102)-2222/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2222/2022

23.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2222/2022 23.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbi ) Hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsindən çıxarılması, orada inşa edilmiş hasarın və tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3622/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh t ərəfindən verilmiş kassasiya şikayətinə 23 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamı ilə Xudat şəhəri H.Əliyev küçəsi ev 29B, mənzil 7-də yaşayan İddiaçı yaşadığı mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi dövlət torpaq fonduna aid 0,006 ha torpaq sahəsi onun daimi istifadəsinə verilmiş və orada tikinti işlərinin aparılmasına icazə verilmişdir.

2. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-492/2019 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddiası təmin olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci inst ansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh qarşı (bundan sonra-cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəsi ilə yaranan mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması, torpaq sahəsinin boşaldılması, cavabdeh tərəfindən torpaq sahəsində aparılan tikinti işlərinin dayandırılması və torpaq sahəsinin tam şəkildə boşaldılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri H.Əliyev küçəsi-29B/7 ünvanda yerləşən mənzilin qarşısında uzun müddət çəpərə alıb istifadə etdiyi 0,006 ha torpaq sahəsi Xaçmaz rayonu İHB-nın xx.xx.2006-cı il tarixli sərəncamına əsasən ona ayrılmış və ona həmin sahədə tikinti işlərinin aparılmasına ic azə verilmişdir. Cavabdeh ona məxsus və istifadəsində olan torpaq sahəsindən istifadəsinə imkan vermir, mülkiyyətinə qəsd edir. Cavabdeh onun yerində tikinti işləri aparmağa başlamış, ev tikmək üçün özül atmış, mişar daşları, qum, sement boşaltmışdır. Xaçmaz Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən cavabdehin ona qarşı qaldırdığı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması barədə ərizələri təmin edilməmiş və onun bu torpaq sahəsi üzərində heç bir hüququnun olmadığı öz təsdiqini tapmışdır. Lakin cavabdeh yenə də öz hərəkətlərindən əl çəkmir, onun torpaq sahəsindən istifadəsinə qəsdən maneçilik törədir.

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək onun istifadəsinə verilmiş ünvan 2 ünvanında yerləşən mənzilin qarşı sındakı dövlət torpaq fonduna aid olan 0,006 ha torpaq sahəsindən Cavabdeh istifadəsinə son qoyulması və cavabdehin həmin torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində ölçüləri 0.8 m x 5,80 m və 1,0 m x 10,0 m olan mişar daşından inşa edilmiş hasarın cavabdehin hesabına sökülməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, həmin torpaq sahəsində hasar inşa etmişdir və sökmək fikri yoxdur.

7. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1483 nömrəli ekspert rəyinə əsasən tərəflərin naturada təqdim etdiyi torpaq sahəsinin faktiki olaraq Cavabdeh istifadəsində olduğu və həmin torpaq sahəsində ölçüləri 0,8 m x 5,80 m və 1,0 m x 10,0 m olan mişar daşından hasarın inşa edildiyi müəyyən olunmuşdur.

8. Xaçmaz Rayon Məhkəməsinin (hakim A.Sadıqov) 17 avqust 2021-ci il tarixli, 2(067)-170/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 302/1 saylı sərəncamına, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)- 492/2019 nömrəli qətnaməsinə və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/1483 nömrəli ekspert rəyinə əsaslandırmışdır.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 157.2-ci, Torpaq Məc əlləsinin 84 və 111-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-ci maddələri göstərmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsi 30 ildən çoxdur ki, onun faktiki istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsi yaşadığı evin qarşısında yerləşir. 30 il onun istifadəsində olan torpaq sahəsi Rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 sərəncamı iddiaçıya verilməsi inandırıcı deyildir. Məhkəmə mübahisəli torpaq sahəsinin kimin balansında olduğunu müəyyən etməmiş, əsassız qətnamə qəbul etmişdir.

13. Sümquyıt Apellyas iya Məhkəməsi mülki kollegiyasının (hakimlər-G.F.Tağızadə (sədrlik edən və məruzəçi), L.M.Məmmədova və T.O.Quliyev) 13 dekabr 2021-ci il tarixli, 2(105)-3622/21 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(067)-170/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi birinci instansiya məhkəməsinin mövqeyi ilə eynilik təşkil etmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsi, Mülki Məcəllənin 152 157ci, Torpaq Məcəllənin 84 və 111-ci, “Torpaq islahatı haqqında” Azərbaycan R espublikası Qanununun 10-cu, Mülki Posessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə) dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin rədd olunması barədə qərar çıxarılmısını xahiş etmişdir.

17. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh kassasiya şikayətində işin faktiki hallarını öz mövqeyinə uyğun şəkildə təhrif edərək göstərmiş, dəlillərini əsaslandıra bilməmişdir. Hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamı verilən zaman qüvvədə olan normaları)

20. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaanması əsaslarından biri müvafiq icra hakimiyyəti orqanlarının qərarlarıdır.

21. Maddə 66, 1-ci bənd. Dövlət və bələdiyyə mülkiyyətind ə olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

22. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvilrəninin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

23. Maddə 65 2-ci 3-cü və 6-cı bəndləri. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

24. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir.

25. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

26. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdı rmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 417.1.3. Kassasiya məhkəməsi apellyasiya instansiya sı məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

34. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

35. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalar ının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisəli hissədə ləğv edilərək qarşılıqlı iddia tələbinin rədd olunmasına dair yeni qə rar çıxarılmalıdır.

39. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə mübahisənin predmeti olan torpaq sahəsi dövlət torpaq fonduna aiddir və iddiaçya məxsus Xudat şəhəri H.Əliyev küçəsi-29B/7 ünvanda yerləşən mənzilin qarşısında yerləir. Həmin torpaq sahəsi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamı ilə idddaçının istifadəsinə ayrılmış və orada tikinti işlərinin aparılmasına razılıq verilmişdir. Qanuni qüvvəyə Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-492/2019 nömrəli qətnaməsi ilə Cavabdeh həmin torpaq sahəsinə heç bir hüququnun olmaması müəyyən edilmşidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr iddianın təmin olunması qənaətinə gələrkən tərəflərin təqdim etdikləri sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam və hərtərəfli baxmamış, tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

41. Mübahisənin predmeti olan torpaq sahəsinə İddiaçı hüququnun olması nəticəsinə gələn məhkəmələr Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının 05 sentyabr 2006-cı il tarixli 302/1 saylı sərəncamını kifayət hesab edərkən nəzərə almamışdır ki, həmin vaxt qüvvədə olan torpaq qanunvericiliyinin tələblərinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən son ra yaranır.

42. Hazırkı iş üzrə Rayon İcra hakimiyyəti başçısının torpaq sahəsinin daimi istifadəyə verilməsinə dair sərəncamı verilməmişdən əvvəl torpaq ayrılması üçün sahə seçilməli, onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilməli, qərar qəbul ediləndən sonra isə həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilməli idi.

43. Lakin iş materiallarında göçtərilən sənədlər mövcud deyildir, iddiaçı tərəfindən təqdim olunmamışdır. İşdə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi-29B/7 ünvanda yerləşən mənzilin (qarşısında mübahisəli torpaq sahəsi olan) iddiaçıya məxsus olması bapədə də hər hansı hüquq müəyyənedici sənəd yoxdur.

44. Belə vəziyyətdə Rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə iddiaçının daimi istifadəsinə verilmiş 0,006 ha torpaq sahəsinin harada yerləşmə sini, sərhədlərini, hazırda mübahisələndirilən ərazi olmasını müəyyən etmək mümkün deyildir.

45. İddiaçının torpaq sahəsinə hüququnun olmasını təsdiq edən sübut kimi göstərilən Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(067)492/2019 nömrəli qətnaməsinə gəldikdə isə, həmin qətnamə ilə Cavabdeh mübahisəli ərazidə 100 kv metr torpaq sahəsindən istifadəsinə hazırkı iş üzrə iddiaçı tərəfindən törədilən maneələrə son qoyulması, hasarın sökülməsi və torpaq sahəsinə girişin qadağan olunması barədə iddiası ona görə rədd edilmişdir ki, Cavabdeh torpaq sahəsinə dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququnun olmaması müəyyən edilmişdir, qətnamədə məhkəmənin cavabdeh İddiaçı torpaq sahəsinə hüquqlarının olması barədə qənaətə gəlməsi öz əksini tapmamışdır. 4

6. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. 4

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

48. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

49. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

50. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-3622/2021 nömrəli, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar