Məhkəmə qərarları › İş №2(102)-2223/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2223/2019

05.04.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2223/2019 05.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 xx və İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim C.T.Qədimov) 2(010)-643/2018 nömrəli, 06 iyul 2018-ci il tarixli qətnaməsi ilə İlk iddia üzrə iddiaçılar İddiaçı1 xxnun və İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair ilk iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 x və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), V.Ə.Baxışova və N.Ş.Cəfərov ) 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-643/2018 saylı 06 iyul 2018-ci il tarixli qətnaməsi iddiaçılar İddiaçı1 x və İddiaçı2 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaç ılar İddiaçı1 xx və İddiaçı2 Cavabdeh qarşı qızıl-zinət əşyalarının geri qaytarılması tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən girov predmeti olan qızıl-zinət əşyalarının alınaraq onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Daha sonra Cavabdeh iddiaçılar İddiaçı1 x və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılardan 3 girov bileti əsasında 48 ay (10 may 2014-cü ildən 10 may 2018-ci ilədək) ərzində yaranmış 62.400 manat, 1 girov bileti əsasında isə 47 ay (09 iyun 2014-cü ildən 10 may 2018-ci ilədək) ərzində yaranmış 3.055 manat, ümumilikdə 65.455 manat (38.400 manat İddiaçı2, 27.055 manat isə İddiaçı1 x aiddir) və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 xx və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçıların kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçıların vəkili X2 teleqram göndərərək xəstəliyi ilə bağlı işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: 07 may 2014-cü il tarixli girov biletinə əsasən İddiaçı1 xx 07 may 2014-cü ildə 1 ədəd boyunbağı, 2 ədəd qolbağı, 2 ədəd saat, 6 ədəd üzük, 1 cüt sırğa 583 əyarlı cəmi çəkisi 209,6 qram, 2 ədəd onbeşlik, 2 ədəd onluq cəmi çəkisi 43,9 qram, 5 ədəd bilərzik, 3 ədəd boyunbağı, 1 ədəd qolbağı, 2 cüt sırğa, 1 ədəd komplekt, 1 ədəd üzük, 1 ədəd saat 750 əyarlı cəmi çəkisi 211,5 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq 10.000 manat pul götürmüşdür. 09 may 2014-cü il tarixli girov biletinə əsasən İddiaçı2 09 may 2014- cü ildə əyarı 583 çəkisi 219,3 qram, əyarı 750 çəkisi 151,8 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq 7.000 manat pul götürmüşdür. ABÖ seriyalı 078578 nömrəli 10 may 2014-cü il tarixli girov biletindən görünür ki, İddiaçı2 10 may 2014-cü ildə 750 əyarlı çəkisi 112,9 qram, 585 əyarlı çəkisi 317, 4 qram, 4 ədəd onluq çəkisi 39,2 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq 9.000 manat pul götürmüşdür. 09 iyun 2014-cü il tarixli girov biletinə əsasən İddiaçı1 xx 09 iyun 2014-cü ildə 750 əyarlı çəkisi 112,9 qram, 585 əyarlı çəkisi 317, 4 qram, 4 ədəd onluq çəkisi 39,2 qram olan qızıl-zinət əşyalarını girov qoyaraq 9.000 manat pul götürmüşdür. Girov biletlərinin məzmunundan aydın olur ki, «Lombard tərəfindən kreditlər (ssudalar) 1 ay müddətinə verilir». Girov biletləri ********** nömrəli VÖEN əsasında lombard fəaliyyəti göstərən Cavabdeh tərəfindən verilib. Onlar ********** nömrəli VÖEN əsasında lombard fəaliyyəti göstərən Cavabdeh möhürü, həmçinin İddiaçı1 xxnun (07 may və 09 iyun 2014-cü il tarixli girov biletləri) və İddiaçı2 (09 və may 2014cü il tarixli girov biletləri) imzaları ilə təsdiqlənmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeyinə görə iddiaçılar İddiaçı1 xx və İddiaçı2 mübahisələndirdikləri qızıl-zinət əşyalarını lombard fəaliyyəti ilə məşğul olan Cavabdeh qarşısında girovla yüklü edərək 1 (bir) ay müddətində qaytarılması şərtilə ondan ümumilikdə 27.300 manat məbləğində kredit götürmüşlər. Tərəflər arasındakı müvafiq müqavilələr (razılaşmalar) Azərbaycan Respublikası MM-nin 302.2-ci maddəsinin tələblərinə riayət olunmaqla lombardın girov bileti verilməsi yolu ilə rəsmiləşdirilmişdir. İddiaçılar İddiaçı1 xx və İddiaçı2 yuxarıda qeyd olunan müqavilələrdən irəli gələn pul öhdəliklərini əvvəlcədən razılaşdırılmış müddət ərzində və sonrakı müddətdə icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 276.1-ci maddəsinə əsasən, ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 302.7-ci maddəsinə əsasən «Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadı qda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən, “Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçılar İddiaçı1 xx və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11558/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar