Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2223/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı5, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alğı-satqı müqaviləsinin etibarsızlığı, çıxarışın ləğvi, hüquqdan suiistifadə, apellyasiya şikayətinin hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı5, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızının cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və xxxn oğluna qarşı “alğı- satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-154/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh xxxn oğlunun kassasiya şikayətinə 12 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X8, X4, İddiaçı5, X5, X6, İddiaçı4 xxx oğlu və X2 ümumi birgə mülkiyyətinə Şəki rayonu, Cunud kəndində kənd təsə rrüfatı məhsulları istehsalı məqsədi ilə 2,43 ha torpaq sahəsi ayrılmışdır.
2. X8 2003-cü il tarixdə, X4 isə xx.xx.2020-ci il tarixdə vəfat ediblər.
3. Cavabdeh4 notarial qaydada təsdiq edilmiş 07 iyun 2006-cı il tarixli alğı-satqı müqaviləsinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 2.10 ha hissəsini satın alıb. Həmin 2.10 ha torpaq sahəsi üzərində Cavabdeh4 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 17 avqust 2006-cı il tarixdə qeydiyyata alınıb.
4. Cavabdeh3 isə notarial qaydada təsdiq edilmiş 16 avqust 2006-cı il tarixli alğısatqı müqaviləsinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin 0.33 ha hissəsini satın alıb. Cavabdeh3 həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata 29 may 2008-ci il tarixdə qeydə alınıb.
5. Mübahisə qeyd edilən müqavilələrin etibarlılığı ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı5, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi, Cavabdeh3 və xxxn oğluna qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Şəki Rayon Məhkəməyə müraciət edərək: - Şəki rayonu Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən Şəki rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod: 40409028, JN-190 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə onların (ailə üzvlərinin) adına verilmiş Şəki rayonu Cunud kəndində yerləşən 2.43 ha torpaq sahəsinin 2.10 ha hissəsi ilə bağlı Cavabdeh4 ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/317 saylı müqavilənin etibarsız sayılması, həmin müqavilə əsasında Cavabdeh4 adına verilmiş 17 avqust 2006-cı il tarixli Çıxarışın ləğv edilməsi; - 2.43 ha torpaq sahəsinin 0.33 ha hissəsi ilə bağlı Cavabdeh3 ilə bağlanmış xx.xx.2006-cı il tarixli, 4Ə-2/356 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş 29 may 2008-ci il tarixli çıxarışın ləğv edilməsi; - ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş ediblər.
7. İddiaçılar tələblərini belə əsaslandırıblar ki, xx.xx.2021-ci il tarixdə 2,43 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınaraq çı xarışın verilməsi ilə bağlı DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişlər. Həmin orqan mübahisəli torpaq sahəsinin 2,10 ha hissəsinin Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2006-cı il tarixli 4Ə1/317 saylı və 0,33 ha hissəsinin isə xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alğı-satqı müqavilələrinə əsasən satıldığını bildirmişdir.
8. Mülkiyyətlərində olan torpaq sahəsi müxtəlif vaxtlarda hissə-hissə iddiaçıların xəbərləri və razılıqları olmadan satılmışdır. İddiaçılara məxsus torpaq sahəsi onların razılıqları olmadan satıla bilməz. Həmin müqavilələrdən də onların xəbərləri olmamışdır. Bununla da iddiaçıların hüquqları pozulmuş və onlar qanunsuz olaraq öz mülkiyyətlərindən məhrum olmuşlar.
9. Qanunvericiliyin paylı və birgə mülkiyyətlə bağlı normalarının tələbindən də göründüyü kimi ümumi birgə mülkiyyətlərində olan 2,43 ha torpaq sahəsinin onların xəbərləri və razılıqları olmadan başqa şəxslərə satılması onların hüquq və mənafelərinə toxunmuşdur. Qanunvericiliyin tələbinə uyğun olaraq ümumi birgə mülkiyyətdə olan torpaq sahəsi mülkiyyətçilər arasında bölünərək paylar müəyyən edildikdən sonra hər bir paylı mülkiyyətçi öz payını sata bilər.
10. İddiaçılar tələblərini hüquqi əsası kimi Mülki Məcəllənin 213, 218.1, 218.2, 222, 223, 324.2, 324.4, 337.1-337.4, 389.1 və 389.2-ci maddələrinə istinad ediblər.
11. Birinci instansiya məhkəməsində Cavabdeh3 nümayəndəsi (oğlu) X9 iddiaya etiraz olaraq göstərib ki, müqavilə iddiaçılar tərəfindən imzalanıb. Hazırda da həmin torpaq sahəsi istifadələrindədir.
12. Birinci instansiya məhkəməsində cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi də iddiaya etiraz edərək göstərib ki, Cavabdeh4 və Cavabdeh3 adına verilmiş çıxarışlar alqı-satqı müqavilələri əsasında verilib. Çıxarışların verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilib.
13. Birinci instansiya məhkəməsi xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı və xx.xx.2006cı il tarixli 4Ə-2/356 saylı alğı-satqı müqavilələrində olan imzaların iddiaçılara məxsus olub-olmamasını müəyyən etmək məqsədilə xətşünaslıq ekspertizası təyin etmişdir.
14. Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 4/548 nömrəli ekspert rəyinə əsasən 4Ə-2/317 nömrəli notariat işində olan 07 iyun 2006-cı il tarixli alğı-satqı müqaviləsində və 4Ə-2/356 nömrəli notariat işində olan 16 avqust 2006-cı il tarixli alğısatqı müqaviləsindəki imzalar İddiaçı5, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən imzalanmışdır. Həmçinin həmin müqavilələrdə olan imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə edilməmişdir.
15. Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, 2(075)-262/2022 saylı qətnaməsi ilə iddia təmin olunmuş, Şəki rayon Torpaq Şöbəsi tərəfindən torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X4, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı iddiaçılar İddiaçı5, X4, xx xl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx.2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilmiş, dövlət rüsumu iddiaçıların xeyrinə, ekspertiza xərci isə dövlət nəfinə cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada tutulmuşdur. (hakim Pərviz Hacıyev)
16. Birinci instansiya məhkəməsi müəyyən edib ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 28 may 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə X8, X4, İddiaçı5, X5, X6, İddiaçı4 və X3 Şəki rayonu Cunud kəndi ərazis indən 2,43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış, Şəki rayon Torpaq Şöbəsi tərəfindən onların adına bununla bağlı torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 2,10 hektarı 07 iyun 2006-cı il tarixli, 4Ə-2/317 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4, 0,33 hektar hissəsi isə 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Mübahisəli birgə mülkiyyətdə olan torpaq sahəsi satılarkən hazırkı iş üzrə iddiaçılar tərəfindən alqı-satqı müqavilələri imzalanmamışdır.
17. Birinci instansiya məhkəməsi qeyd edib ki, Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüy ündə etibarsız olan əqddir.
18. İstənilən bir tələblə bağlı iddia icraatının ən əsas və vacib vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının məhkəmə tərəfindən müəyyən olunması vəzifəsidir. Məhkəmə, bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Çünki məhkəmələrin ən əsas və ümdə vəzifəsi pozulmuş hüquqların bərpasını təmin etməkdir. Hüququn pozulub-pozulmadığı isə, qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilir. Bu səbəblə də müqaviləyə istinad olunaraq hər hansı bir tələb irəli sürüldüyü təqdirdə, məhkəmə icraatının ilk vəzifəsi və aydınlıq gətirməsi lazım gələn xüsusat həmin müqavilənin etibarlı olub-olmadığının müəyyənləşdirilməsidir. Çünki iddia tələbinin əsaslandığı müqavilənin etibar sız olması, birbaşa həmin müqavilə üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə haqq (hüquq) və öhdəliyin yaranmadığını göstərir. Alacaq haqqı (tələb hüququ) yaranmadığı təqdirdə isə, aydın məsələdir ki, onun pozulmasından da söhbət gedə bilməz. Buna görə də müqaviləyə istinad edilərək irəli sürülən tələbin hüquqi əsasının olub-olmaması ilk növbədə istinad olunan müqavilənin etibarlı olubolmamağından asılıdır.
19. Birinci instansiya məhkəməsinin mövqeyinə görə əhəmiyyətsiz əqdin haqq və öhdəlik əmələ gətirmək keyfiyyəti və xüsusiyyəti olmadığına görə, yalnız əqdin tərəfləri deyil, istənilən maraqlı şəxs əqdin əhəmiyyətsizliyinə istinad edə bilər. Əqdin puç, yəni əhəmiyyətsiz olub-olmadığı barəsində mübahisə yaranarsa, bu mübahisənin aradan qaldırılması üçün məhkəmədə etibars ızlıq halının təsbiti üçün iddia qaldırıla bilər. Belə bir iddianın qaldırılması hər hansı bir müddətlə məhdudlaşmır. İstənilən bir iddia icraatında tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq işin hallarından əhəmiyyətsizlik halının mövcudluğu anlaşılarsa, məhkəmə mütləq bunu nəzərə alaraq qərar verməlidir: Digər tərəfdən nəzərə almaq lazımdır ki, hər bir əqdin əsas məqsədi və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçün isə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvericilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərtlər - yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üç ün fəaliyyət qabiliyyətinə malik olmalıdır; əqdin məzmununa aid olan şərtlər - yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir; əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid olan şərtlər - yəni tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər; əqdin formasına aid edilən şərtlər - yəni bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir. Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
20. Birinci instansiya məhkəməsinin qənaətinə görə tərəflərin bağlamış olduğu müqavilə yuxarıda qeyd edilən şərtə cavab vermir, yəni bağlanmış əqd qanuni ol mamış, qanunvericiliyin tələblərinə uyğun gəlməmişdir.
21. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən göstərib ki, mübahisə predmeti olan alqı-satqı müqaviləsi iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasına daxili iradəsinin olmamasına və beləliklə də həmin müqavilənin etibarsızlığına dəlalət edir.
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 215.4, 337.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki icraat
23. Cavabdeh xxxn oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayətinin dəlilləri belə olub: - məhkəmənin işin hallarını düzgün araşdırmadan, aydınlaşdırmadan qəbul etdiyi qətnamə ləğv edilməlidir; - Cavabdeh4 məhkəmə iclasında iştirakı təmin edilməyib. Bu səbəbdən iddiaçıların dediklərinin tam yalan olmasını sübut edəsi sənədləri məhkəməyə təqdim edə bilməyib; - tоrpаq sаhəsini Cavabdeh4 2005-ci ildə оlаn rаzılıq əsаsındа pul verərək аlıb, sоnrаdаn da nоtаriаl qаydаdа müvаfiq sənədləşmələr аpаrılıb; - məhkəmə alqı-satqı müavilələrin etibarsız sayarkən ekspert rəyinə istinad edib. İddiaçılar tərəfindən icra olunmaqla e kspertə təqdim edilən imza nümunələrini bilərəkdən dəyişmələri labüddür; - habelə müqavilənin bağlandığı həmin dövrə olan müvafiq sənədlərdə qeyd olunmuş imza nümunələrinin məhkəmə tərəfindən tələb olunmaması və iddiaçılar tərəfindən həmin dövrə aid imza nümunələri olan istənilən sənədlərin əsillərinin məhkəməyə təqdim edilməməsi bir daha deməyə əsas verir ki, ekspertə təqdim olunmuş imza nümunələri iddiaçılar tərəfindən bilərəkdən saxtalaşdırılmışdır. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır.
25. Apellyator apellyasiya şikayətinə iddiaçıların razılıq ərizələrinin surətini də təqdim etmişdir.
26. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-154/2023 nömrəli iş üzrə 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia təmin edilmiş, torpağa mülkiyyət hüququna dair JN-190 KOD 40409028 saylı dövlət aktına əsasən verilmiş 2,43 hektar torpaq sahəsinin 2,10 hektar hissəsi ilə bağlı İddiaçı5, X4, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı ilə Cavabdeh4 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsi və 0,33 hektar hissəsi ilə bağlı İddiaçı5, X4, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı ilə Cavabdeh3 arasında Şəki rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış 16 avqust 2006-cı il tarixli, 4Ə-2/356 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh4 adına verilmiş xx.xx.2006-cı il tarixli **********77 reyestr nömrəli və Cavabdeh3 adına verilmiş xx.xx. 2008-ci il tarixli **********53 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışlar ləğv edilmiş, dövlət rüsumu iddiaçıların xeyrinə, ekspertiza xərci isə dövlət nəfinə cavabdehlər Cavabdeh3 və X1 müştərək qaydada tutulmuşdur. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Vəzirxan Məlikov)
27. Apellyasiya instansiyası məhkəməsinin ilk növbədə qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, məhkəmə işə baxılmanın yeri və vaxtı barədə cavabdeh xxxni lazımi qaydada məlumatlandırmamış, eyni zamand a MPM-in 147-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş şəxsin iştirakı olmadan işə baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi hallarından biridir.
28. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinə hüquqi qiymət verərək qeyd edib ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində ə sas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
29. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, hazırki işin mübahisəsiz halına görə xx.xx.2006-cı il tarixli 4Ə-1/317 saylı alqı-satqı müqaviləsinin predmeti olan 2,10 ha torpaq sahəsi və xx.xx.2006-cı il tarixli 4Ə-2/356 saylı alqı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsi 7 nəfərin ümumi mülkiyyətində olsa da, həmin müqavilə bütün mülkiyyətçilər tərəfindən imzalanmamışdır. Torpaq sahələrininin alğı-satqısı zamanı (2006cı ilin iyun-avqust ayları) alğı-satqı predmeti olmuş torpaq sahələrinin mülkiyyətçilərindən İddiaçı4 xxx oğlu xx.xx.1989-cu il təvəllüdlü, xxx qızı xx.x x.1992-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışlar. Yəni müqavilələr bağlanarkən İddiaçı4 16 yaşında olduğundan o, yalnız qanuni nümayəndənin razılığı ilə müqaviləni imzalaya bilərdi, Gülsüm Həmidova isə 13 yaşında olduğundan onun yerinə qanuni nümayəndəsi imza edə bilərdi. Lakin iş materiallarına əlavə edilmiş notariat işlərinin təsdiq olunmuş surətlərindən görünür ki, bu baş verməmişdir. Müqavilələrin mətnində də onları bağlamalı olan şəxslərin bir qisminin yetkinlik yaşına çatmayan şəxslər olduğu göstərilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayb ki, Məhkəmə Ekspertizаsı Mərkəzinin 22 iyun 2022-ci il tarixli, 4/548 nömrəli rəyinə əsasən 4Ə-2/317 nömrəli notariat işində olan 07 iyun 2006-cı il tarixli və 4Ə-2/356 nömrəli notariat işində olan 16 avqust 2 006-cı il tarixli alqı-satqı müqavilələrindəki imzalar İddiaçı5, xxxl qızı, xxxl qızı, İddiaçı4 və xxx qızı tərəfindən deyil, başqa şəxs və ya şəxslər tərəfindən imzalanmışdır. Bu da ona dəlalət edir ki, torpaq sahələrinin digər mülkiyyətçiləri olmuş hazırkı iş üzrə iddiaçılardan İddiaçı5, xxxl qızı və xxxl qızı da həmin müqavilələri imzalamamışlar. İddiaçı5 müqavilərin bağlandığı zamanı nə qanuni nümayəndə (ana) qismində, nə də sərbəst satıcı (paylı mülkiyyətçi kimi) qismində iştirak etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi başqa bir mövqeyinə görə JN-190 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında paylı mülkiyyətçi kimi göstərilmiş X8 2003-cü il tarixdə vəfat etmişdir. Lakin alqı-satqı müqavilələri bağlanarkən mərhum Sona Nəsibovadan miras qalmış torpaq sahəsinin qəbul edilib-edilməməsi (edilibsə, kim tərəfindən) aydınlaşdırılmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlili bağlı qeyd edib ki, cavabdeh xxx müqavilənin mərhum xxx Həmidov və hazırkı iddiaçılar tərəfindən imzaladığını bəyan etsə də, iş üzrə alınmış məhkəmə məhkəmə-xətşünaslıq ekspertizasının rəyi və işin diqqətəlayiq digər halları cavabdeh xxxnin bəyanını təkzib etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar da müqavilə(lər)in yalnız mərhum xxx Həmidov tərəfindən imzalanmış olduğunu bildirmişlər. Alğı-satqı müqavilələrinin İsrayıl Həmidov tərəfindən imzalandığı qəbul edilsə belə, iddiaçıların sonradan həmin müqavilələri bəyənmələri müəyyən edilməmişdir. Ona görə də, hazırki iş üzrə iddiaçılar müqavilələrin bağlanmasına iradə ifadəsinin bildir mələri müəyyən edilmədiyi və sonradan bəyənmələri istisna edildiyi halda, əqdlər əhəmiyyətsiz hesab olunmalıdır.
33. Apellyasiya instansiyası məhkəməsi sonda belə nəticəyə gəlib ki, mübahisə predmeti olan alqı-satqı müqavilələri iddiaçılar tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır. Bu isə öz növbəsində iddiaçıların mübahisəli alqı-satqı müqavilələrinin bağlanmasına iradə sərbəstliyinin və iradə ifadəsinin olmamasına və beləliklə də həmin müqavilələrin etibarsızlığına dəlalət edir. Müqavilələr etibarsız sayıldığına görə, həmin müqavilələr əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar da ləğv edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 28.2, 28.3, 29.1, 30.1, 144.1, 213, 215.5, 215.6, 324.4, 337.1-337.3, 354.1, 357, 358.2, 425.1, 1243.1, 1243.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 147-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh Məmmədli Qüdrət (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etm əklə şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçılar tərəfindən imzalanmaqla, notarial qaydada təsdiqlənmiş ərizələri belə araşdırmayan apellyasiya məhkəməsi iddiaçıların məhkəməyə verdikləri yanlış məlumatları aşkar surətdə görməsinə baxmayaraq, qətnamədə iş üzrə təyin edilmiş ekspertiza rəyinin nəticələrini sadalamaqla kifayətlənmiş, iddianın təmin olunması barədə iş üzrə yeni qətnamə qəbul edərkən, iddiaçıların 2006-cı ildə olan imza nümunələri olan istənilən sənədlər təqdim edilməklə ekspertizanın təyin olunması barədə vəsatətdən imtina barədə heç bir əsaslandırma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 16.1 və 560-cı maddələrinin tələblərini pozmuşdur. Belə ki, 2005-ci ildən torpaq sahəsinin satılmasından, sonradan isə cavabdehin adına qeydə alınmasın dan iddiaçıların xəbərləri olmuşdur. 2006cı ildən etibarən iddiaçılar dövlətdən sosial yardım alıblar. Bu illər ərzində torpağı cavabdeh əkib. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün ilk növbədə şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Buna görə də hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyən edərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını araşdırımalıdır. Apellyasiya instansiya məhkəməsi bu halları araşdırlmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 144.1. Daşı nmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair b aşqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kass asiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
40. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməs inin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
42. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh4la bağlanmış 07 iyun 2006-cı il tarixli, 4Ə-İ/317 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırıb ki, qeyd edilən müqavilədəki imzalar iddiaçılara məxsus deyil, həmçinin iddiaçılar sonradan da həmin əqdi bəyənməyiblər.
43. Mülki Məcəllənin 331.1-ci maddəsinə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki Məcəllənin 334.1-ci maddəsinə görə əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sən əddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların qeyd edilən əqdin onların tərəfindən imzalanmaması ilə bağlı dəlilləri həqiqətən də Mülki Məcəllənin 337.1-ci maddəsi baxımından əqdin etibarsız hala gətirilməsi barədə məhkəməyə müraciət etməyə əsas verir.
45. İşdən görünür ki, iddiaçılar tələblərinin əsası kimi Cavabdeh4la bağlanmış 07 iyun 2006-cı il tarixli müqavilədəki imzaların onlara məxsus olmamasına, torpaq sahəsinin satılmasından xəbərsiz olmalarına istinad etmiş, apellyasiya instansiyası məhkəməsi də xətşünaslıq ekspertizasının rəyinə əsasən müqavilədəki imzaların iddiaçılar tərəfindən icra edilməməsini müəyyən edərək iddianı tə min etsə də, Cavabdeh4 2,10 ha torpaq sahəsini faktiki olaraq 2005-ci ildən, rəsmi olaraq isə qeyd edilən müqavilə ilə 2006-cı ildə alması, əmlakın mülkiyyət hüquq ilə 2006-cı ildən adına qeydiyyata alınması, 2005-ci ildən həmin torpaq sahəsinin onun istifadəsində olması, torpağı əkdiyinə görə subsidiyanın da məhz ona verilməsi, bu müddət ərzində iddiaçıların ona hər hansı etiraz bildirməmələri barədə apellyasiya şikayətinin dəlillərinə qiymət verməmişdir. Halbuki işin müəyyən edilmiş halları da ondan ibarətdir ki, Cavabdeh4la 2006-cı ildə alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi onun aşkar sahibliyində və istifadəsindədir, iddiaçılar torpaq sahəsinin yerləşdiyi kəndin sakinləri olmaqla, həqiqətən də Cavabdeh4 satılan torpaq sahəsindən 2006-cı ildən istifadə etməyib və bununla bağlı Cavabdeh4 hər hansı etiraz bildirməyiblər. İddiaçılar bu faktı apellyasiya baxışında öz izahatları ilə də təsdiq ediblər.
46. Apellyasiya instansiyası məhkəməsinin sorğusu əsasında X17 İnkişaf Mərkəzinin 01 fevral 2023-cü il tarixli arayşında 2,10 ha torpaqda aparılan əkinə görə 2015-ci ildən başlayaraq 2021-2022-ci il əkin ili üzrə subsidiyaların Cavabdeh4 ödənilməsi qeyd edilib.
47. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilədəki imzaların iddiaçılara məxsus olmaması ekspert rəyi ilə müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi iddiaçıların özlərinin də etiraf etdiyi kimi onların atası tərəfindən imzalanan müqavilənin yuxarıda qeyd edilən hallar kontekstində (təxminən 15 il ərzində torpağın Cavabdeh4 olmasına dair hər hansı etiraz bildirməmələri) iddiaçıl arın sonradan bəyənməsinə yönələn hərəkətlər olub-olmamasına lazımi qiymət vermədən, yalnız formal olaraq iddiaçıların həmin müqaviləni bəyənmədiklərini göstərməklə kifayətlənməsi işin qanuni və obyektiv həlli baxımından düzgün olmamışdır.
48. Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin 360.2-ci maddəsinə görə isə təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.
49. Mülki hüququn bəyənmə – sonradan verilə n razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
50. Məhkəmə kollegiyası hazırki işin halları baxımından diqqəti Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli qərarına yönəldir.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda əks edilən hüquqi mövqeyinə görə “Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərə findən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan mü əyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prins iplərinə zidd nəticənin yaranmasına səbəb olar”.
52. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı da (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Buna görə də əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin hallarını tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət vermədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına gətirib çıxarır.
53. Hazırki işdə isə apellyasiya instansiyası məhkəməsi qeyd edilən yöndə hər hansı araşdırma aparmadan yalnız iddiaçıların imzasının olmamasına və iddiaçıların həmin əqdi sonradan bəyənməməsinə formal istinad etməklə Cavabdeh4la bağlanmış müqavilənin etibarsızılığı nəticəsinə gəlmişdir.
54. Mülki Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
55. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə görə isə mülki hüquqla r hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
56. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.
57. Məhkəmə kollegiyasının mövqeyinə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi iddiaçıları n iddiasının hüquqdan sui-istifadə olub-olmasına da qiymət verməyib.
58. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən yalnız Cavabdeh4 apellyasiya şikayəti verib və şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini özünə aid hissədə mübahisələndirməklə iddianın ona qarşı təmin edilən hissəsinin ləğv edilməsini xahiş edib, dəlillərindən biri kimi də məhkəmə baxışında iştirakının təmin edilməməsinə istinad edib. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qətnaməni Cavabdeh4 iştirakının təmin edilməməsi əsası ilə digər Cavabdeh3 münasibətdə də eyni əsasla ləğv edib, Cavabdeh3 qarşı iddiaya qiymət verməklə, apellyasiya şikayətinin hədlərindən kənara çıxmışdır. Halbuki Cavabdeh3 apellyasiya şikayəti olmadığı üçün, apellyasiya instansiyası məhkəməs i Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri üzrə qətnaməni yalnız Cavabdeh4 münasibətdə yoxlamalı idi. Çünki işdən görünür ki, iddia tələbləri Cavabdeh4 və Cavabdeh3lə bağlanmış ayrı-ayrı alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı olmaqla, bölünən tələblərdir. Bununla da apellyasiya instansiyası məhkəməsi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur ki, bu da öz növbəsində Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsinin özünə aid hissəsindən apellyasiya şikayəti vermək və əsaslandırılmış dəlillərini irəli sürmək kimi fundamental hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir.
59. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Cavabdeh3 münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissəsi ilə də bağlı apellyasiya məhkəməsinin möv qeyini apellyasiyanın hədləri gözlənilmədiyi üçün qanuni və əsaslı saymır.
60. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, X16 xxx oğlunun apellyasiya şikayəti üzrə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
61. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh xxxn oğlunun kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəmə sinin Mülki Kollegiyasının 2(107)-154/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. X16 xxx oğlunun apellyasiya şikayətinə yenidən baxılması üçün apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.