Məhkəmə qərarları › İş №2(102)-2223/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2223/2025

06.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2223/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1061/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə ona Qeydiyyat vəsiqəsi (ÖM seriyalı, 018058 nömrəli) verilmişdir. Sonradan həmin mənzilə Yeni qaydalarla: ünvan 1 ünvanı təyin edilmiş və bununla bağlı iddiaçının mülkiyyət hüququ ilə bağlı xx.xx.2024-cü il tarixdə (qeydiyyat nömrəsi: **********) həmin ünvan nəzərə alınmaqla qeydiyyat aparılmışdır.

2. Cavabdeh iddiaçının oğludur, o, 2008-ci il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına getmiş və həmin vaxtdan arvadı və uşaqları ilə birlikdə SanktPeterburq şəhərində arvadına məxsus mənzildə yaşayır. Arvad və uşaqlar Rusiya Feder asiyasının vətəndaşıdır. Cavabdeh sonuncu dəfə 2023-cü ilin iyun ayında ölkə ərazisinə gəlmiş və xx.xx.2023-cü il tarixdə ölkəni tərk etmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının, həm də artıq Rusiya federasiyasının vətəndaşıdır. O, hazırda da iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. Bundan başqa, cavabdeh 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barədə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubunda onun tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən Azərbaycan Respublikasının vətəndaşlığından çıxmağın mümkün olmadığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 48 saylı evin, 54 saylı mənzilindən (yeni qaydalarla: ünvan 1) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil ona məxsusdur. Həmin mənzildə onunla bərabər X4, X5, X3, Cavabdeh və X1 rəsmi qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan cavabdeh faktiki olaraq, 2008-ci ildən evdən çıxmış və Rusiya Federasiyasına köçmüşdür. 2011-ci ildən isə tam olaraq, onunla və digər ailə üzvləri ilə əlaqəsini kəsmişdir. Faktiki olaraq, 13 ildən çoxdur ki, ona məxsus olan mənzildə yaşamır, təsərrüfat aparmır, onunla əlaqə saxlamır. Daha sonra, məlum olmuşdur ki, o Rusiya Federasiyası vətəndaşlığını almış, Azərbaycan Respublikasına səfər edəndə də müvəqqəti olaraq dostunun evinə qeydiyyata düşüb orada yaşayır. Həmçinin Azərbaycan Respublikasının Rusiya Federasiyası Sankt-Peterburq şəhərində yerləşən konsulluğundan evə məktub daxil olmuş, məktubdan görünür ki, cavabdeh Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq üçün müraciət etmiş, lakin prosessual pozuntulara görə ona bu barədə imtina gəlmişdir. Hazırda cavabdehin mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını, konkret sərəncam vermək hüququnun icrasını məhdudlaşdırır.

5. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-6229/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim: Pərviz Zamanlı).

6. Məhkəmə toplanmış sübutlara hü quqi qiymət verərək, qeyd etmişdir ki, cavabdeh iddiaçının oğludur. Cavabdeh 1996-cı il tarixdən iddiaçının ailə üzvü olaraq mənzildə onunla birlikdə yaşamış və pasport qeydiyyatına alınmışdır. Cavabdeh mənzilin xx.xx.1996-cı il tarixdən mülkiyyətçisi olmuş iddiaçının ailə üzvü (oğlu) olduğu üçün onun mənzildən istifadə hüququ yaranmışdır. Lakin cavabdeh 2008-ci ildən etibarən ölkədən çıxaraq Rusiya Federasiyasına getmiş və daimi olaraq Rusiya Federasiyasında arvadına məxsus mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bu hal əvvəlki məhkəmə iclası zamanı cavabdehin verdiyi izahatı və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəməyə daxil olmuş məlumat ilə təsdiq olunmuşdur. Cavabdeh uzun müddətdir ki, Azərbaycan Respublikasını tərk edərək daimi yaşamaq ü çün başqa ölkəyə getmiş, hazırda da orada yaşayır. Məhkəmə onun mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi və xarici ölkəyə köçüb orada daimi yaşaması ilə bağlıdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, o, Rusiya Federasiyasında ailəsi, yəni arvadı və övladı ilə birlikdə arvadına məxsus fərdi yaşayış evində yaşayır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının SanktPeterburqdakı Baş Konsolluğu tərəfindən cavabdehə ünvanlanmış müraciətə cavab məktubundan görünür ki, cavabdeh Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etmiş, lakin zəruri sənədlər təqdim olunma dığından bu mümkün olmamışdır. Həmçinin, cavabdeh də izahatında Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etdiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müvafiq dövlət orqanlarına yazdığı ərizəsində ölkəni yalnız işləmək üçün tərk etdiyini qeyd etsə də, iş materiallarında olan sübutlar, tərəflərin izahatları onun müvəqqəti olaraq işləmək üçün deyil, daimi olaraq xarici ölkədə yaşamaq üçün getdiyini deməyə əsas verir. Cavabdehin Azərbaycan Respublikası vətəndaşlığından çıxmaq üçün Konsolluğa müraciət etməsi də, onun Azərbaycan Respublikasında daimi yaşamaq niyyətinin olmadığını bir daha sübut edir. İş materialları ilə təsdiq olunur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbi təmin edilərək cavabdehin mənzilə olan istifadə hüququ itirilməlidir

7. Məhkəmə gəldiyi nəticəni xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 60-cı, 87-ci, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.2-ci, 217.4cü maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarlarına istinadla əsaslandırmışdır. b) apellyasiya instansiya məhkəməsində icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1061/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsini qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Fuad Abdıyev - sədrlik edən və məruzəçi, Cəmilə Musayeva, Fuad Babayev)

10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddiaçının oğludur və cavabdeh mülkiyyətçisi iddiaçı olan mübahisəli mənzildə iddiaçı ilə birlikdə yaşamış və birgə təsərrüfat aparmışdır. Bununla da, həmin mənzildən istifadə edilməsi ilə bağlı cavabdehlə iddiaçı arasında münasibətlər xx.xx.2009-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu d övrdə yaranmışdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri baxımından da bu münasibətlərə məhz qeyd edilən Məcəllənin aidiyyəti müddəaları tətbiq edilməlidir.

11. Bununla belə, məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilib-itirilməməsinə qiymət verməzdən əvvəl, onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüquqlarının mövcud olub-olmaması məsələsinin araşdırılmasının zəruriliyini, habelə mənzillə bağlı mübahisəli hüquq münasibətlərinin 1996-cı ildə yaranmasını və bu baxımdan hazırki mübahisənin xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun həll edilməli olmasını nəzərə alıb, qeyd etmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olduğundan və 1996-cı ildən iddiaçının razılığı il ə mənzildə yaşadığından cavabdehin mənzildən istifadə hüququ yaranmışdır.

12. Hazırda iddiaçı cavabdehin 2008-ci ildən həmin mənzildə yaşamadığını, ümumiyyətlə Azərbaycan Respublikasını tərk etdiyini və hazırda ailəsi (arvadı və uşaqları) ilə birlikdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşadığını, hətta vətəndaşlığını qəbul etdiyini bildirir və bu əsasla da cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir.

13. Cavabdeh isə iddia tələbini qəbul etmir, ildə ən azı 1 dəfə özünün və ya ailə üzvlərinin qeyd edilən mənzilə gəldiyini, həmin mənzildə yaşamaqla təsərrüfat apardığını, ailəsinin həmin mənzil üzrə müvəqqəti qeydiyyata düşdüyünü, Rusiya Federasiyasına müvəqqəti olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq üçün getdiyini bildirir.

14. La kin işin hallarından, cavabdehin birinci instansiya məhkəməsi zamanı verdiyi izahatının məzmunundan və iş materiallarında olan mötəbər sübutlardan cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması, ümumiyyətlə ölkədə daimi əsaslarla qalmaması, sonuncu dəfə 2023-cü ilin iyul ayında ölkədə olması, Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı Rusiya Federasiyasının vətəndaşı da olması, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı hələ 2013-cü ildə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsolluğuna müraciət etməsi, hazırda Rusiya Federasiyasında arvadına bağışlanmış mənzildə ailəsi ilə birlikdə yaşaması öz təsdiqini tapır.

15. Məhkəmə kollegiyası xüsusilə qeyd etmişdir ki, cavabdehin arvadı və uşaqları da Rusiya Federasiyasının vətəndaşlarıdır. Cavab deh son 5 ildə cəmi 3 dəfə ölkəyə giriş etmiş (xx.xx.2019-xx.xx.2019, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023- xx.xx.2023) və bu səfərinin ən uzun davametmə müddəti 20 gün olmuşdur. Cavabdehin sonuncu dəfə 2023cü ildə ölkəyə gəliş səbəbi də məhz atasının vəfatı ilə bağlı olmuş, atasının dəfni ilə əlaqədar mərasimlərdən sonra ölkəni tərk etmişdir. Başqa sözlə, cavabdehin mübahisəli mənzilə 2023-cü ildə gəlməsi də zərurətlə əlaqədar olmuş, həmin zərurət aradan qalxdıqdan sonra nəinki mənzili, ümumiyyətlə ölkəni tərk etmişdir. Məhkəmə o halı da xüsusilə qeyd edir ki, cavabdehin arvadı və övladları xx.xx.2023- xx.xx.2023-cü il tarixlərdə mübahisəli mənzilə müvəqqəti qeydiyyata düşdüyü zaman səfərin məqsədi olaraq ailə üzvlərinin/ dostların ziyarəti qeyd edilmişdir.

16. Bununla belə, cavabdeh özü də apellyasiya şikayətində atasının vəfatından sonra mübahisəli mənzildəki ona vərəsəlik qaydasında keçən payından da imtina etdiyini bildirir. Başqa sözlə, cavabdeh özü də apellyasiya şikayətində mübahisəli mənzillə bağlı heç bir maraq və ehtiyacının qalmadığını özü də bəyan edir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan cavabdeh 1996cı ildən iddiaçının mülkiyyətinə keçmiş həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Belə ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olmaqla bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məblə ğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir.

18. Cavabdeh apellyasiya şikayətində işləmək üçün Rusiya Federasiyasına getdiyini, mütəmadi olaraq mübahisəli mənzilə gəldiyini, son dövrlərdə pandemiya və yaşadığı ölkədəki hərbi əməliyyatlarla bağlı gəlişinin mümkün olmadığını bildirsə də, cavabdehin Rusiya Federasiyasının da vətəndaşı olması, 2013-cü ildən Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlı müraciəti, bu müraciətinin onun istəyi ilə bağlı olmayan səbəbdən mümkün olmaması cavabdehin bu mövqeyinin və apellyasiya şikayətinin bu qəbildən olan dəlillərinin, o cümlədən Rusiya Federasiyasına müvəqqəti işləməyə getməsi barədə mövqeyinin əsassız olduğunu göstərir

19. Eyni za manda, qeyd olunmalıdır ki, cavabdehin Bakı şəhərinə gələndə həmin mənzilə qalması ümumiyyətlə sübuta yetmir. İddiaçı tərəf bu halı qəbul etmir və cavabdehin həmin mənzildə qalmadığını bildirir (məsələn, iddiaçının nümayəndəsi ilə sual cavab, (i.v. səhifə 125). Cavabdehin atasının ölməsi ilə bağlı mənzildə olması, habelə onun ailə üzvlərinin ölkəyə səfərləri zamanı mənzilə müvəqqəti qeydiyyata düşməsi isə onun mənzilə olan istifadə hüquqlarının itirilməməsinə dəlalət etmir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi bir sıra hallar isə (valideynləri ilə təmasda olması, onların yanına gedib-gəlməsi, ailə əlaqələrinin saxlanılması, onların qayğısına qalması və sair) cavabdehin mənzildən istifadə hüquqlarının itirilməməsini deyil, bir qohum olaraq valideyni və bacı-qardaşı ilə yaxşı müna sibətdə olmasını təsdiq edir. Halbuki, cavabdeh bu məsələdə də biri-birinə zidd olan fikirlər söyləyir. Belə ki, cavabdeh tərəf bu fikirlərlə yanaşı, məhkəmə iclasında da iddiaçı ilə yaxşı münasibətdə olduğunu, pensiya kartının iddiaçıda olmasını göstərsə də, apellyasiya şikayətində iddiaçı istisna olmaqla digər ailə üzvləri ilə etibarlı ailə əlaqələrinin olduğunu vurğulamışdır.

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin də istinad etdiyi hüquq normalarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (Vəkil2) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

22. Şikayətin ilkin dəlilinə gö rə, mübahisəli mənzil iddiaçıya 4 uşağı nəzərə alınmaqla verilmiş, orderdə cavabdehin də adı qeyd edilmişdir. Bu günədək də cavabdeh həmin evdə qeydiyyatdadır, özünün və arvadının cehiz əşyaları da oradadır. Bu səbəbdən, onun həmin mənzildən iddiaçı ilə bərabər istifadə hüququ mövcuddur.

23. Kassator şikayətində apellyasiya məhkəməsi tərəfindən xx.xx.2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü, Mülki Prosessual Məcəllənin 14.2, 217.3-cü maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu ilədək qüvvədə olan redaksiya)

25. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşa yış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

26. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahə si altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

27. Maddə 87. yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

28. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməm işsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar ı sübut etməlidir.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmam asını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

42. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayət lənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

43. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil e tmir.

46. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2025-ci il tarixli, 2(103)1061/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar