Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-223/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-223/21 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi işə buraxmağa görə əmək haqqı, mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 22 fevral 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, cavabdeh Cavabdeh MMC-nin vəkili Nümayəndə1 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məc buri işburaxmaya görə əmək haqqının ödənilməsi vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)-1649/2020 nömrəli qətnaməsindən iddiaçı İddiaçı Rafiq oğlunun kassasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-yə çilingər işinə qəbul edilmişdir.
2. İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli əmrin l əğv edilməsi, sonuncu çalışdığı çilingər vəzifəsinə bərpa olunması, məcburi işdən çıxarıldığı xx.xx.2019-cu il tarixdən başlayaraq əmək haqqı və əmək haqqının 1 faizi həcmində ödənc hesablanması və vurulan mənəvi ziyana görə 3.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı xx.xx.2010-cu ildə “X2” LTD şirkətində yükləyici vəzifəsində işə başlayıb, həmin vaxtdan xx.xx.2016-cı ilə kimi müxtəlif şirkətlərdə müxtəlif vəzifələrdə işləyib.
5. İddiaçı xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilə kimi “xxxx” MMC-də fəhlə vəzifəsində işləyib, qeyd olunan şirkətdə fəhlə işləməsinə baxmayaraq çilingər vəzifəni yerinə yetirib. İşlədiyi müddət ərzində rəhbərlik tərəfindən xəbərdarlıq və töhmət almayı b. 6. xx.xx.2019-cu il tarixdə işlədiyi şirkətin rəhbərliyi iddiaçıya elektrik və çilingər işini yerinə yetirən işçilərin işdən azad olmaları barədə ərizə yazmalı olduğunu və əmək fəaliyyətlərini Cavabdeh MMC-də davam etdirəcəklərini bildirmişlər.
7. İddiaçı da öz xahişi ilə işdən azad olunması barədə ərizə verərək işdən azad olunmuş, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də çilingər vəzfəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində vəzifəsini icra etməklə bərabər rəhbərlik tərəfindən verilən digər tapşırıqları da yerinə yetirmişdir.
8. İddiaçıya xx.xx.2019-cu il tarixdə şirkətdə sarımsaq məhsulunun yeşiklərə doldurulması və daşımalı olmasını bildirmişlər.
9. İddiaçı göstəriş verən şəxsə sarımsağa qarşı allergiyası olduğunu və onu yeşiklərə doldura bilməyəcəyini bildirmişdir.
10. Həm in tarixdə onunla bağlanan əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə qanunsuz işdən azad olunması ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli məktubla ona cavab olaraq məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
11. Həmçinin işdən çıxarılma haqqında əmrin çıxarışını istəməsinə baxmayaraq, qeyd olunan əmrin ona verilməsidən imtina edilmişdir.
12. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68, 70, 71,72, 74.2, 80, 195, 196 və 300-cü maddələrinə istinad etmişdir.
13. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verib, eləcə də iddiaya etiraz olaraq bildirib ki, iddiaçı iş yerində intizam qaydalarını pozmuşdur.
14. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 08 nömrəli xx xxxx 2019-cu il tarixli əmrdə Cavabdeh MMC-nin çilingər peşəsində çalışan İddiaçı xx xxxx 2019-cu il tarixdə şirkətdaxili nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət elan edilmişdir.
15. Binəqədi rayon məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(001)-7666/2019 saylı qətnaməsi ilə iddia təmin olunmamışdur. (hakim Günel Abbasova)
16. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, tərəflərin izahatlarını, şahid ifadələrini qiymətləndirib müəyyən etmişdir ki, İddiaçı mövcud Əmək Məcəlləsinə və bağladığı əmək müqaviləsinə uyğu n olaraq öz işinə məsuliyyətsiz yanaşmış, habelə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmək və icra intizamını pozmuşdur. Halbuki işçinin əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək funksiyası qanunla təsbit edilmişdir.
17. Məhkəmə qeyd edib ki, buna görə də işəgötürən tərəfindən, İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanuni və əsaslı olaraq ləğv edilmişdir.
18. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsinə dair ərizəsinə münasibətdə qeyd edib ki, iddia müddəti İddiaçı tərəfindən ötürülməmiş, çünki sözügedən əmrin surətinin iddiaçıya rəsmi qaydada təqdim edilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
19. Məhkəmə mövqeyini Əmək Məcəl ləsinin 10, 70, 71, 80, 186, 187-ci maddəsinin 1-ci hissəsi, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmaqla yanaşı, iddiaçı şikayətdə işlədiyi müddət ərzində ona, ümumiyyətlə, töhmət verilmədiyi halda xx.xx.2019cu il tarixində şirkət daxili nizam-intizam qaydalarını pozduğu üçün töhmət verildiyi bildirmişdir. Sözegedən əmrin sonradan məhkəmədə cavabdehin haqsız mövqeyinə qanuni don geyindirmək məqsədilə verilməsi istisna olunmur.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 iyun 2020-ci il tarixli, 2(103)-1649/2020 nömrəli qətnaməsi ilə apell yasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Aida Hüseyn (sədrlik edən və məruzəçi) Baxışova Vüsalə, Nərminə Murquzova)
22. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, İddiaçı mövcud Əmək Məcəlləsinə və bağladığı əmək müqaviləsinə uyğun olaraq öz işinə məsuliyyətsiz yanaşması, habelə əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi nəticəsində əmək və icra intizamını pozmuşdur. Buna görə də işəgötürən tərəfindən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyasına göndərilməsini xahiş edib.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla şikayətdə işin faktiki hallarına, maddi və prosessual hüquq normalarının pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazının dəlilləri
25. Kassasiya şikayətinə cavabdehin yazılı etiraz daxil olmuşdur. Etirazda kassasiya şikayətinin dəlillərinin əsasız olmasına istinad edilib. c) Kassasiya icraatı iştirakçılarının izahatları
26. İddiaçı İddiaçı vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilməd i.
27. Məhkəmə kollegiyasının iclasında cavabdeh ”Cavabdeh” MMC-nin vəkili Nümayəndə1 kassasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 10. əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri; a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işə götürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işə götürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən əsaslarla ləğv edilə bilər. Maddə 71. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə
72. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186. (2-ci hissə) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya ins tansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozun tu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam (biri nci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanan iddianın təmin edilən hissəsində ) yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apelyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
32. Baxılan iş üzrə apelyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
33. İddia tələbi işə bərpa barədədir. İddiaçı onunla əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyiniə istinad etmişdir.
34. Belə olan halda İddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyi pozulmayıb, əksinə, iddiaçıya xx.xx.2019-cu il tarixdə şirkətdaxili nizam-intizam qaydalarını pozduğu üçün töhmət verilmişdir.
36. Müəyyən edilmişdir ki, iddiaçı qeyd edilən intizam tənbehindən nəticə çıxarmamış, əmək funksiyasının icrasından yayınmaqla əmə k funksiyasını və əmək müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə xx xxx 2019-cu il tarixli əmrlə onunla əmək müqaviləsinə xitam verilmişdir.
37. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir.
38. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
39. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
40. Kassasiy a şikayətində istinad edilən digər dəlillər isə işin faktiki halları ilə əlaqəlidir. Qeyd edildiyi kimi apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmır.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(103)1649/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv