Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2233/2025 29.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa), işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 70-ci maddəsi), ƏMin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla: işçi əmək vəzifələrini kobud şəkildə pozduqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2075/2025 nömrəli, 14 aprel 2025-ci il ta rixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 29 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 552/K saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (72-ci maddənin “a” bəndi) əsasən xitam verilmişdir.
2. Həmin əmrdə göstərilmişdir ki, Cavabdeh MMC-nin İnsan Resursları X1ması Departamentində mütəxəssis vəzifəsində çalışan işçi İddiaçı xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.20 24, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində işəgötürənə (birbaşa rəhbərinə) qabaqcadan xəbər vermədən, müvafiq icazə almadan və qanunvericiliklə nəzərdə tutulmuş hər hansı üzrlü səbəb bildirmədən bütün iş günü ərzində işə gəlməmişdir.
3. İşçi İddiaçı ünvanına xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bildirişlər göndərilərək, işə gəlməməsinin səbəbi barədə məlumat verməsi xahiş edilmiş, lakin işçi tərəfindən hər hansı əsaslı cavab təqdim edilməmişdir. Bununla da İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərində, 72-ci maddəsinin “a” bəndində müəyyən edilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
4. İşçi İddiaçı ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin Azərbaycan R espublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə) işəgötürən tərəfindən xx.xx.2024-cü il tarixindən etibarən ləğv edilməsi və işçinin həmin tarixdən etibarən işdən çıxarılması, cəmiyyətin Maliyyə Departamentinə işçi tərəfindən xx.xx.2024-cü il tarixədək istifadə olunmamış 5.25 təqvim günü müddətində ona məzuniyyət üçün kompensasiya qismində son haqq-hesab ödənişinin ödənməsinin tapşırılması, bu Əmrin icrası ilə əlaqədar əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş növbəti digər prosessual hərəkətlərin həyata keçirilməsinin Cəmiyyətin insan Resursları Direktorluğuna həvalə edilməsi əmr edilmişdir.
5. Cavabdeh MMC tərəfindən cəmiyyətin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli t əqdimata əsasən Cəmiyyətin İnsan Resursları X3 idarə olunması Departamentində mütəxəssis vəzifəsində çalışan işçi İddiaçı əmək müqaviləsinə işəgötürən Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələblərini pozması səbəbi ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə yazılı razılıq verilməsi xahiş edilmişdir.
6. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişə əsasən, İddiaçı üzrlü səbəb olmadan işə gəlməməsi barədə ofisə yaxınlaşaraq yazılı izahat verməyi və ya yazılı izahatını poçt vasitəsi ilə göndərilməsi xahiş edilmişdir, əks təqdirdə bu yazılı izahat verməkdən imtina kimi qiymətləndiriləcək və onun barəsində Əmək Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş intizam tədbirləri həyata keçiril əcəkdir.
7. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixli bildirişlərə əsasən ondan işə gəlməyi və ya işə gələ bilməməyinin qanunvericiliklə nəzərdə tutulmuş üzrlü səbəbləri və təsdiqedici sənədləri ən geci 2 iş günü ərzində cəmiyyətə yazılı məlumat verilməsi xahiş edilmiş, əks halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. 8. "xxxx" tərəfindən təqdim edilmiş qaimələrə əsasən MMC tərəfindən İddiaçı ünvanlanmış (ünvan 1 edilmişdir.
9. Cavabdeh MMC-nin X5 xx.xx.2024-cü il tarixli aktına əsasən, X8 Departamentində mütəxəssis vəzifəsində çalışan İddiaçı 6 və 7 iyun 2024-cü il tarixlərində işəgötürənə əvvəlcədən xəbər vermədən və icazə almadan, üzrsüz səbəbdən işə gəlməmişdir. Onunla əlaqə yaratmaq mümkün olmamış, bu isə iş prosesində gecikmələrə və ümumi iş ahənginin pozulmasına səbəb olmuşdur.”
10. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, mütəxəssis vəzifəsində çalışan İddiaçı 10-14 iyun 2024-cü il tarixləri arasında, yəni bir iş həftəsi ərzində işəgötürənə əvvəlcədən xəbər vermədən və icazə almadan üzrsüz səbəbdən işə gəlməmişdir. Onunla əlaqə saxlamaq mümkün olmamış, nəticədə iş prosesində ləngimələr yaranmış və normal iş ahəngi pozulmuşdur.
11. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, mütəxəssis vəzifəsində çalışan İddiaçı 20 və 21 iyun 2024-cü il tarixlərində işəgötürənə əvvəlcədən xəbər vermədən və icazə almadan, üzrsüz səbəbdən işə gəlməmişdir. Onunla əlaqə qurmaq mümkün ol mamış, bu səbəbdən iş prosesində ləngimələr yaranmış və ümumi iş ahəngi pozulmuşdur.
12. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı 1-5 iyul 2024cü il tarixləri arasında işəgötürənə əvvəlcədən məlumat vermədən, icazə almadan və üzrsüz səbəblə işə gəlməmişdir. Onunla əlaqə qurmaq mümkün olmamış, bu hal iş prosesində ləngimələrə və iş ahənginin pozulmasına səbəb olmuşdur.
13. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı 8-12 iyul 2024cü il tarixləri arasında işəgötürənə əvvəlcədən məlumat vermədən, icazəsiz və üzrsüz səbəblə işə gəlməmişdir. Onunla əlaqə yaratmaq mümkün olmamış, nəticədə işin icrasında ləngimələr baş vermiş və bu hal iş mühitinin pozulmasına səbəb olmuşdur. 14. 5 saylı Bakı “DOST” Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına əsasən, İddiaçı 1-ci dərəcə əlilliyi olan atası X6 qulluq etdiyi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona müddətsiz əsasda aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur.
15. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 247-1/M saylı əmrinə əsasən, İddiaçı xx.xx.2024–xx.xx.2024 tarixlərindəki 21 günlük əmək məzuniyyəti dövründə xx.xx.2024– xx.xx.2024 tarixlərini əhatə edən əmək qabiliyyətsizliyi barədə vərəqə təqdim etdiyi üçün, Əmək Məcəlləsinin 137.3-cü maddəsinə uyğun olaraq istifadə olunmamış 12 günlük məzuniyyətin pulunun geri tutulmaması və həmin günlərin xx.xx.2024–xx.xx.2024 tarixlərində ödənişsiz əmək məzuniyyəti kimi nəzərə alınması qərara alınmışdır.
16. Cavabdeh MMC-nin təqdim etdiyi “Çıkış hareketleri X14” çıxarışına görə, işçi xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə dək əsas əmək məzuniyyətində və xəstəlik icazəsində olmuş, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində xəbərsiz işə gəlməmişdir. xx.xx.2024-xx.xx.2024 tarixlərində ödənişli xəstəlik icazəsi olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona işdən çıxarıldığı tarixdə n etibarən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqının Cavabdeh MMC tərəfindən ödənilməsi, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat, hüquqi yardıma görə ödənilmiş 320 manat, cəmi isə 380 manat cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə isə həmin MMCdə mütəxəssis vəzifəsinə keçirilib və bu vəzifədə xx.xx.2024-cü il tarixədək işləyib. Cavabdeh MMC-nin 552/k saylı, xx.xx.2024-cü il tarixli əmri ilə onunla cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilib. Hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, işəgötürən tərəfindən onun pozulmuş hüquqları bərpa olunmalıdır. Belə ki, onun qeydiyyatda olduğu ünvana xx.xx.2 024-cü il tarixdə poçt vasitəsi göndərilmiş 552/k saylı, xx.xx.2024-cü il tarixli əmrlə onunla işəgötürən Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilib. Həmin əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) qeyd olunub. Həmin məktub onun qardaşı tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim olunub. Yuxarıda qeyd olunduğu kimi, o, xx.xx.2018-ci il tarixdən Cavabdeh MMC-də baş direktorun köməkçisi, daha sonra isə mütəxəssis vəzifələrində işləyib, vəzifəsində işlədiyi müddətdə barəsində hər hansı inzibati tənbeh tədbiri tətbiq ed ilməyib, yerinə yetirdiyi işə qarşı heç bir irad bildirilməyib. O, işçi kimi qəsdən, səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi hallarına yol verməyib, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olan hərəkətlərə yol verməyib, onun hər hansı hərəkəti nəticəsində işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməyib. Lakin bütün bunlara baxmayaraq işəgötürən olan Cavabdeh MMC tərəfindən onunla əmək münasibətlərinə heç bir səbəb olmadan xitam verilib. Onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin hər hansı səbəbinin olmaması 552/K saylı, xx.xx.2024-cü il tarixli əmrdə də öz əksini tapıb. Belə ki, həmin əmrdə onunla əmək münasibətlərinin bitməsinin ə sasları açıqlanmayıb, əmr əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Yuxarıda qeyd olunduğu kimi, hazırki iddia ərizəsinə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, əmrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi göstərilsə də, həmin əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib. Bu kimi sənədlərin göstərilməməsinin səbəbi isə onun Cavabdeh MMC-də işlədiyi müddət ə rzində heç bir pozuntuya yol verməməsi, intizam tənbehi almaması olub. Onun əmək müqaviləsini ləğv etməzdən əvvəl də ondan hər hansı izahat alınmayıb, işlədiyi müddətdə hansı pozuntuya yol verilməsi diqqətinə çatdırılmayıb. İşlədiyi müddət ərzində barəsində heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması ilə verilib. Bu baxımdan hesab edir ki, əmr etibarsızdır. Çünki Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsinə görə, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə b ilər. Bunlardan başqa, işəgötürən və işçi arasında bağlanmış əmək müqaviləsi, müqavilə tərəflərinin hüquq və vəzifələrinin bərabərliyini tələb etsə də, bu bərabərlik formal xarakter daşıyır. Bu münasibətlərdə işəgötürənin mövqeyi həmişə üstün olub. Əmək qanunvericiliyi də əmək münasibətlərinə xitam verilməsi zamanı işəgötürən tərəfindən üstün mövqeyindən sui-istifadə etməsinin, habelə işçinin hüquqlarının əsassız pozulmasının qarşısını almaq məqsədilə Əmək Məcəlləsində bir sıra normalar təsbit edib. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılı ğı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilmişdir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan normaların mənasından göründüyü kimi, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının razılığının alınması vacibdir. İşçinin bu əsasla işdən çı xarılması məsələsi həmkarlar ittifaqı təşkilatının iclasında müzakirə olunduqda, işçi həmin iclasın yeri və vaxtı barədə məlumatlandırılmalı, iclasda iştirakı üçün müvafiq tədbirlər görülməlidir. Lakin o, işdən azad edilərkən həmkarlar ittifaqının qabaqcadan razılığı alınmayıb, ümumiyyətlə həmin təşkilatın bu məsələ ilə bağlı iclası keçirilməyib. Əks halda, o, Həmkarlar təşkilatının iclasına dəvət edilə və hüquqlarının müdafiə etmək, işəgötürənin dəlillərinə qarşı etirazlarını bildirmək üçün ona imkan yaradılardı. Qeyd edir ki, Həmkarlar təşkilatının iclasına dəvət olunmayıb, ona bu barədə hər hansı vasitə ilə məktub, bildiriş, xəbərdarlıq təqdim olunmamışdır. Bundan başqa, onunla əmək müqaviləsinin ləğv edilməsinə dair Həmkarlar təşkilatının razılığı olduğu halda, bu xx.xx.2024-cü il tari xlə əmrdə öz əksini tapmış olardı. Göründüyü kimi, onun işlədiyi Cavabdeh MMC-də Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərməsinə baxmayaraq, o, işdən çıxarılan zaman həmin təşkilatın razılığı alınmayıb. Göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh MMC Əmək Məcəlləsinin tələblərinə əməl etməmişdir. İşəgötürən tərəfindən yol verilmiş bu pozuntu isə xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi üçün əsaslardan biridir. Bunlardan başqa, hesab edir ki, Cavabdeh MMC tərəfindən, onunla arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli əmr qanunsuz və əsassızdır. Bu səbəbdən hesab edir ki, həmin əmr ləğv edilməli və o, əvvəlki işinə bərpa olunmalıdır. Həmçinin hesab edir ki, əmrin verilməsi nəticəsində ona maddi zərər dəyib, o xx.xx.2024-cü il tarixdən aldığı əmək haqqından əsassız olaraq məhrum olub. Ona görə hesab edir ki, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə. Əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barı şıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Onu da qeyd edir ki, o, əmri aldıqdan sonra dərhal mediasiya ilə bağlı təklif göndəriblər, daha sonra isə mediasiya təşkilatına müraciət ediblər, xx.xx.2024-cü il tarixli mediasiya arayışı tərtib olunub. Cavabdeh ilə iddiaçı arasında mediasiya yolu ilə razılıq əldə olunmayıb.
19. Cavabdeh məhkəməyə etirazla müraciət edərək bildirmişdir ki, iddiaçı Cavabdeh MMC-də insan resursları mütəxəssisi kimi çalışıb. Lakin işəgötürənə (birbaşa rəhbərinə) qabaqcadan xəbər vermədən, müvafiq icazə almadan və qanunvericilikdə nəzərdə tutulmuş hər hansı üzrlü səbəb göstərmədən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.20 24, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərində bütün iş günü ərzində işə gəlməmişdir. Məsələ ilə bağlı iddiaçının ünvanına xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli bildirişlər göndərilmiş, işə gəlməsi və ya gəlməmə səbəbi barədə məlumat verilməsi xahiş olunmuşdur. Lakin iddiaçı səbəbləri barədə heç bir məlumat verməyib və işə gəlməməkdə davam etmişdir. Bundan başqa, MMC tərəfindən iddiaçının ünvanına xx.xx.2024-cü il tarixli bildiriş (əlavə edilmişdir) göndərilmiş və həmin bildirişdə iddiaçının işə gəlməməsi barədə intizam icraatın başladıldığını və onun xx.xx.2024-cü il tarixində yaxınlaşaraq ya zılı izahat verməsini və ya yazılı izahatını poçt vasitəsilə cəmiyyətə göndərməsini xahiş etsələr də, iddiaçı nə cəmiyyətə gələrək izahat verib, nə də poçt vasitəsi ilə yazılı izahatını göndərib. Əlavə olaraq, bildirirlər ki, iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən əvvəl Həmkarlar İttifaqı Komitəsinin də yazılı razılığı alınıb. Belə ki, məsələ ilə bağlı cavabdeh tərəfindən Həmkarlar İttifaqı Komitəsinə yazılı təqdimat verilmiş, təqdimata Həmkarlar İttifaqı Komitəsində müzakirəyə çıxarılaraq baxılarkən işəgötürənlə bərabər iddiaçının da iştirakı üçün tədbirlər görülüb, xx.xx.2024-cü il tarixli məktub (əlavə edilmişdir) iddiaçının ünvanına göndərilib, ondan xx.xx.2024-cü il tarixində saat 11:00-da Həmkarlar İttifaqı Komitəsində müzakirədə iştirak edilməsi xahiş edilib. Buna baxmay araq, iddiaçı həmin müzakirə iclasına da gəlməyib. Bununla da Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli protokolu ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilib. Yalnız bundan sonra onun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. Beləliklə, müvafiq qanunvericilik normalarından da aydın olur ki, İddiaçı cavabdehə öncədən məlumat vermədən və heç bir səbəb üzrlü səbəb olmadan günlərlə bütün iş günü işə gəlməməsini nəzərə alaraq əmək vəzifələrini kobud şəkildə pozduğu əsası ilə onunla bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə xitam verilməsi tamamilə əsaslıdır. Qeyd edilə nlərə əsasən iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
20. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaya etirazda göstərilənlər əsassızdır. Belə ki, yalnız xx.xx.2024-cü il tarixdə kredit kartına qoyulmuş məhdudiyyət səbəbindən bankla əlaqə saxladıqdan sonra işdən çıxarılması barədə məlumat əldə etmişdir. Eyni tarixdə ona “Azərpoçt” vasitəsilə işdən çıxarılmasına dair əmr çıxarışı, bildiriş və son haqq-hesab cədvəli göndərilmişdir. Qeyd olunanadək cavabdeh tərəfin heç bir nümayəndəsi bu barədə ona məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli müraciətində iddiaçı məsələ ilə bağlı açıqlama tələb etmiş, əks təqdirdə məsələnin ictimailəşdiriləcəyini və aidiyyəti dövlət qurumlarına müraciə t olunacağını bildirmişdir. X13 Departamentinin müdiri Emil Ağarzayev yalnız xx.xx.2024-cü il tarixdə göndərdiyi cavab məktubunda iddiaçının iyun ayında işdə olmadığını, lakin təqdim olunmuş xəstəlik vərəqəsi əsasında əməkhaqqının hesablanaraq ödənildiyini qeyd etmişdir. Bu məktub onun e-mailinin “spam” bölməsinə düşdüyündən gec oxunmuş və o, xx.xx.2024-cü il tarixdə Emil Ağarzayevə və baş direktor müavini Fatih İslamoğluna cavab məktubu göndərmişdir. İddiaçı həmin məktubda bildirmişdir ki, 2022-ci ildən səhhəti imkan verdiyi müddət ərzində dəfələrlə işə başlamaq istədiyini X11 bildirmiş, lakin işə buraxılmamışdır. xx.xx.2024-cü il tarixli görüşdə Emil Ağarzayev ona işinə xitam veriləcəyini bildirdikdə etiraz etmiş və nəticədə xx.xx.2024-cü il tarixində ona 4 ay müddətinə mövcud vəziyyətin saxlanılması barədə məlumat verilmişdir. Bundan əlavə, iddiaçı iyun və iyul aylarına dair əmək haqqının avqust ayında birgə köçürüləcəyi barədə Emil Ağarzayevdən məlumat aldığını və bu barədə yazışmaların mövcud olduğunu qeyd etmişdir. İddiaçı, həmçinin bəzi əcnəbi işçilərin saxta diplomlarla işlədiklərini və bu barədə dövlət qurumlarına müraciət etməyi planlaşdırdığını, bu məsələdə şirkət rəhbərliyinin məlumatlı olub-olmadığını soruşmuşdur. xx.xx.2024-cü il tarixli məktubdan sonra korporativ WhatsApp yazışmalarının silinməsinə cəhd edilmişdir. Bu məqsədlə həmin nömrənin dublikatı çıxarılmış və başqa cihazda aktivləşdirilmişdir. Lakin onun şəxsi cihazında Google və iCloud hesabları vasitəsilə yazışmalar qorunub saxlanılmışdır. Bu hərəkətlərin məqsədi iddiaçının şirkət rəhbərliyi ilə olan yazışmalarını, işə gəlmək istədiyinə dair müraciətlərini və şirkətin bu müraciətlərə cavablarını gizlətmək olmuşdur. Cavabdeh MMC məhkəməyə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli iclas protokolunu təqdim etmiş, lakin həmin tarixdə Emil Ağarzayev müvafiq şəxs ilə WhatsApp vasitəsilə əməkhaqqı məsələsini müzakirə etmiş, amma nə həmin gün, nə də sonrakı günlərdə iclas və ya qəbul olunmuş qərarlar barədə iddiaçıya məlumat verməmişdir. Bu hal protokolun saxta olduğunu göstərir. “Həmkarlar İttifaqı haqqında” Qanuna əsasən, bu qurum işçilərin hüquqlarını müdafiə edən müstəqil orqandır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi üçün həmkarlar ittifaqının qabaqcadan razılığı alınmalı, işçiyə iclasın yeri və vaxtı barədə məlumat ve rilməlidir. İddiaçı heç bir şəkildə bu iclasa dəvət edilməmiş, onun iştirakının təmin olunması üçün tədbirlər görülməmişdir. Həmkarlar İttifaqının razılığı həqiqətən alınsaydı, bu xx.xx.2024-cü il tarixli əmrdə öz əksini tapmalı idi. Lakin belə bir qeyd yoxdur. Əlavə olaraq, iddiaçı işdən çıxarılanadək intizam tənbehi almamış, heç bir pozuntuya yol verməmişdir. Əmrin əsaslandırılmaması, hüquqi sənədlərin göstərilməməsi, Əmək Məcəlləsinin 84-cü maddəsinin pozulması deməkdir. İddiaçıya təqdim olunan əmr əsaslandırılmamış, lakin məhkəmə iclasında cavabdeh tərəf artıq əsaslandırılmış versiyanı təqdim etmişdir ki, bu da işəgötürənin öz pozuntusunu sonradan aradan qaldırmaq cəhdini göstərir. Ən sonda iddiaçı məhkəməyə müraciət etdikdən sonra müxtəlif yollarla təhdid və təzyiqlərə məruz qalmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin İdarə Heyətinin sədri tərəfindən zəng olunaraq iddiadan imtina etməsi tələb olunmuş, əks təqdirdə zorla idarəyə gətiriləcəyi bildirilməklə təhdid edilmişdir. Bu telefon danışığının səs yazısı CD disk şəklində əlavə olunmuşdur.
21. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə təqdim etdiyi əlavə etirazda göstərmişdir ki, işçinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq həyata keçirilib və bu halda iddiaçının Məcəllənin 79-cu maddəsinə istinad etməsi əsassızdır. Cavabdeh hesab edir ki, heç bir üzrlü səbəb olmadan dəfələrlə işə gəlməyən işçinin əmək müqaviləsinə xitam verilməsi qanunidir və işçinin əlil ailə üzvünün olması bu pozuntunu qanuniləşdirmir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərli yi əsas prinsiplərdəndir və bu bərabərlik işçinin hüquqlarının işəgötürənin haqlarını məhdudlaşdıracaq formada geniş təfsirinə imkan vermir. Bu kontekstdə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)929/2024 saylı, üç ulduzlu qərarı mövcuddur. Həmin qərarda bildirilmişdir ki, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş imtiyazlı hallar yalnız həmin hallar ilə əmək pozuntusu arasında səbəbli əlaqə olduqda tətbiq edilə bilər. Əgər belə səbəbli əlaqə yoxdursa, sadəcə 79-cu maddəyə istinadla işə bərpa tələb edilə bilməz. Cavabdeh konkret olaraq iddiaçının xx.xx.2024-xx.xx.2024 tarixləri arasında dəfələrlə işə gəlmədiyini və onun bu hərəkətini atasının əlilliyi ilə deyil, uzaqdan iş rejimi ilə əsaslandırdığını qeyd edir. Lakin cavabdehə görə, məsafədən iş re jiminin hüquqi əsası və razılaşdırılmış şərtləri mövcud olmayıb. Bu baxımdan, iddiaçının işə davamlı olaraq gəlməməsi Əmək Məcəlləsinin 72-ci maddəsinə uyğun kobud pozuntu hesab edilməli və bu halda 70-ci maddənin “ç” bəndi ilə əmək münasibətlərinə xitam verilməsi qanunidir. İşçinin əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70.1(ç)-ci maddəsinə əsasən qanuni və əsaslı olmuşdur. İddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməsi və onun 1-ci dərəcəli əlil olan atasına qulluq etməsi ilə əmək müqaviləsinin ləğvini qeyri-qanuni sayması əsassızdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında da göstərilmişdir ki, 79-cu maddənin müdafiə mexanizmi yalnız həmin imtiyazlı statusla səbəb əlaqəsi olan pozuntu hallarına tətbiq edilir. Bu halda isə iddiaçının üzrsüz səbəbdən iş ə gəlməməsi onun imtiyazlı statusu ilə bağlı olmayıb. Məhkəmə iclaslarında iddiaçı özü də atasının əlilliyi ilə yox, məsafədən işlədiyini əsas gətirib. Həmçinin, işəgötürənə atasının statusu ilə bağlı heç bir məlumat təqdim etməyib. Məlum olmuşdur ki, işdən çıxarıldıqdan sonra iddiaçı atasını himayəsinə götürərək təqaüd almağa başlayıb. Əvvəllər həmin təqaüd iddiaçının qardaşının adına rəsmiləşdirilmişdir. Vəkil sorğularına əsasən, iddiaçının atası faktiki olaraq Neftçala şəhərində tək yaşayıb və yaşayır. Cavabdeh həmçinin qeyd etmişdir ki, iddiaçı distansion iş rejimində çalışması ilə bağlı həqiqəti əks etdirməyən arqumentlər irəli sürüb. Davamiyyət tabellərində onun daha çox xəstəlik bülletenlərində və məzuniyyətdə olduğu görünür, heç bir distansion fəaliyyət qeydə alınmayıb. Üstəlik, Ca vabdeh MMC-də distansion iş rejimi tətbiq edilmir və bu barədə Əmək Məcəlləsində də heç bir norma yoxdur. Bütün bu halları nəzərə alaraq, cavabdeh iddiaçının əmək hüquqlarından suiistifadə etdiyini, məsuliyyətini yerinə yetirmədiyini və Əmək Məcəlləsinin 79-cu maddəsinin bu işə tətbiqinin hüquqi əsasının olmadığını qeyd etmişdir.
22. Məhkəmə iclasında iddiaçı göstərmişdir ki, onun ünvanına MMC tərəfindən hər hansı məktub daxil olmamış, nə də evinə məktub gətirildiyi zaman qapı döyülmüşdür. İddiaçı qeyd etmişdir ki, şirkət tərəfindən göndərilmiş məktubların çatdırılmasına dair məsafə göstəricilərində ziddiyyətlər var. Belə ki, əvvəlki dörd məktub göndərilərkən göstərilən məsafə ilə sonuncu məktubun çatdırıldığı gün göstərilən məsafə fərqlidir və bu, yalnız sonuncu məktubun həqiqətən çatdırı ldığını göstərir. Onun əmək qabiliyyətsizliyə dair bülletenləri yalnız 2022-ci ilin sentyabr və dekabr aylarında, həmçinin 2023-cü ilin mayında olub, digər hallarda ya işləmiş, ya da üzrlü səbəbdən işə gəlməmişdir. O, 2022-ci ilə dair şirkət tərəfindən təqdim olunan təqvim məlumatlarının da səhv olduğunu bildirmişdir. Cavabdeh tərəfin onun X11 keçidindən sonra iş davranışında pozuntular olduğu barədə iddialarını rədd edən iddiaçı qeyd etmişdir ki, ona heç vaxt xəbərdarlıq, töhmət və ya intizam tənbehi verilməyib. Əksinə, ABŞ-da İnsan Resursları üzrə onlayn kurs keçərək sertifikat aldığı üçün Cavabdeh MMC-nin sahibi Abdolbari Gozal tərəfindən təşəbbüskar şəkildə X11 keçirilib. İddiaçı qeyd etmişdir ki, bu şöbədə çalışarkən müxtəlif qanunsuzluqların şahidi olmuş, o cümlədən bəzi əcnəbi işç ilərin saxta diplomlarla rəhbər vəzifələrdə çalışması barədə rəhbərliyə şifahi şəkildə məlumat vermişdir. Bunun ardınca ona evə getməsi, gözləməsi və lazım gəldikdə çağırılacağı bildirilmişdir. Həmin dövrdə o, həm X9, həm də şəxsi olaraq Abdolbari Gozalın işlərini yerinə yetirib və şirkətə məxsus ***-***-**-** nömrəsindən istifadə edib. Bu müddət ərzində Abdolbari Gozalın köməkçisi statusunda fəaliyyət göstərmiş, nazirlik və digər dövlət qurumları ilə yazışmaları aparmış, eləcə də onun həyatı ilə bağlı kitabın redaktəsini həyata keçirmiş və elektron poçt vasitəsilə göndərmişdir. İddiaçı bu faktlara dair sübutlarının mövcud olduğunu da vurğulamışdır. İddiaçının sözlərinə görə, o MMC-də məsafədən işləyən yeganə şəxs olmamış, tərcüməçi Cəmilə Qasımova da məsafədən çalışmışdır. Hər ikisi eyni zamanda Abdolbari Gozalın köməkçisi olmuşlar. 2018-ci ilədək atasına anası baxıb, anasının vəfatından sonra isə atasına baxmaq məqsədilə əvvəlcə baxıcı axtarmış, lakin bu çətin olduğundan 2020-ci ildə pandemiya dövründə atasını Bakıya gətirmiş və həmin müddətdə baxıcı tutaraq onun xərclərini özü qarşılamışdır. O, həmin dövrdə 2750 manat əmək haqqı alırmış və atasının təqaüdə ehtiyacı olmamışdır. Yalnız işdən çıxarıldıqdan sonra 2024-cü ilin avqust ayında maddi çətinlik səbəbindən atasının təqaüdünü öz adına keçirib. Baxıcının aylıq maaşı 400 manat olub, o qadın olmadıqda iddiaçı özü atasına baxmışdır. İddiaçı hazırda "xxxx" MMC-də müvəqqəti əsaslarla çalışdığını, lakin MMC-ki işinə bərpa olunması üçün məhkəməyə iddia verdiyini və bu barədə hazırkı iş yerinin məlumatlı olduğunu bildirmişdir. İddiaçı əmək haqqı və mükafatların bütün əməkdaşlara eyni şəkildə verilmədiyini, fərdi yanaşma tətbiq edildiyini vurğulamış, 24 və 28 iyun tarixlərində xəstə olduğu üçün işləmədiyini bildirmişdir. O, işəgötürən tərəfindən evinə heç bir bildirişin gəlmədiyini, atası və baxıcının bütün günü evdə olduğunu, evdəki balaca itlərin isə qapı döyülən kimi səs-küy saldığını əlavə etmiş, bu səbəbdən üç məktubu qəbul etməməsinin, yalnız birini qəbul etməsinin qeyri-mümkün olduğunu bildirmişdir. O, 6 iyun 2024-cü il tarixində şirkətin binasına getdiyini, ona gözləməsi və evdə qalması barədə göstəriş verildiyini, 5 iyul tarixində isə Emil Ağarzayevin ona səsli mesaj göndərərək rəhbərliyin 4 aylıq gözləmə mövqeyinə razı olduğunu bildirdiyini, lakin iyun ayının əmək haqqısı ödənilmədiyindən yazışmalara başladığını, əməkdaşlar Şahin və Abbasdan səbəbi öyrənməyə çalışdığını, 15 və 16 iyul tarixlərində Emil Ağarzayevin ona Abbasın məzuniyyətdə olduğunu dediyini, 6 iyun tarixindən sonra dəfələrlə cavabdeh şirkətə müraciət etdiyini, hər dəfə gözləməsinin bildirildiyini, yalnız 11 iyulda şirkətə gəlməyə icazə verildiyini məhkəməyə təqdim etmişdir.
23. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3033/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Qumru Əliyeva).
24. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli əmək müqaviləsi bağlanmış, o, əvvəlcə baş direktorun köməkçisi, sonradan müxtəlif daxili əmrlər və qərarlarla 2022-ci ilin sentyabr ayına qədər digər vəzifələrə təyin edilmişdir. Sonuncu olaraq o, İnsan Resursları X1ması Departamentində mütəxəssis kimi çalışmışdır. İşəgötürən tərəfindən xx.xx.2024cü il tarixli, 552/K saylı əmrlə işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməməsi əsas götürülməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verildiyi və həmin tarixdən etibarən işdən azad olunduğu bildirilmişdir. İddiaçı isə həmin əmrə etiraz edərək əmrin ləğvini və nəticə etibarilə digər hüquqlarının bərpasını tələb etmişdir.
25. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2018-ci ildə Cavabdeh MMCdə baş direktorun köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2022-ci ildə Cəmiyyətin İnzibati Təsərrüfat Departamentinin rəhbərlik ofis sahəsində assistent vəzifəs inə təyin edilmiş, 2022-ci ilin sentyabr ayından etibarən isə distant rejimdə işlədiyini bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının bu müddətdə iş yerinin dəyişdirilməsi və ya distant rejimə keçməsi ilə bağlı əmək müqaviləsinə hər hansı dəyişiklik edilməsi barədə sənəd, habelə distant rejimdə işlədiyi dövrdə konkret olaraq hansı işləri yerinə yetirdiyinə dair mötəbər sübut təqdim olunmamışdır. Bu hallar məhkəmə tərəfindən təsdiq edilməmişdir. İş materiallarından məlum olmuşdur ki, iddiaçı 2024-cü il ərzində bir sıra dövrlərdə əsas əmək məzuniyyəti və xəstəlik vərəqəsi əsasında işdən kənarda olmuşdur. Belə ki, o, xx.xx.2024–xx.xx.2024 və xx.xx.2024–xx.xx.2024 tarixlərində əsas əmək məzuniyyətində, xx.xx.2024–xx.xx.2024, xx.xx.2024–xx.xx.2024, xx.xx.2024–xx.xx.2024 və xx.xx.20 24-xx.xx.2024 tarixlərində isə xəstəlik icazəsində olmuşdur. Bununla yanaşı, iddiaçının xx.xx.2024, xx.xx.2024, 10–xx.xx.2024, 20–xx.xx.2024, 01–xx.xx.2024, 08– xx.xx.2024, eləcə də 15–xx.xx.2024 tarixlərində işə gəlmədiyi müəyyən edilmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixlərində məktublar göndərilərək üzrlü səbəb olmadan işə gəlməməsi barədə izahat verməsi tələb edilmiş və cavab vermədiyi təqdirdə zəruri tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin iddiaçı həmin məktubları qəbul etməkdən imtina etmişdir. İddiaçı həmin məktubların ona çatdırılmadığını, göndərişlərin saxta olduğunu, qəbzlərdəki tarixlərə uyğun nömrə ardıcıllıqlarının pozulduğunu iddia etsə də, bu hallar sübuta yetirilməmişdir. Cavabdeh həmin məktubların iddiaçıya çatdırılması üçün "xxxx" MMC-nin xidmətlərindən istifadə etmiş və məktubların çatdırılması, eləcə də iddiaçının onları qəbuldan imtina etməsi ilə bağlı poçt qaimələri və çıxarışları məhkəməyə təqdim etmişdir. Bu sənədlərin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməmişdir.
26. İddiaçı mübahisələndirilən əmrin qəbul edilməsi üçün əsas olmuş halların əsassız və mövcud olmamasına, 2022-ci ilin sentyabr ayından distant rejimdə işləməsinə, işə gəlməməsi üçün əsas olmuş hallar (əsas əmək məzuniyyəti və əmək qabiliyyətinin müvəqqəti itirilməsi) aradan qalxdıqdan sonra işə gəlməsi, işə çıxmasına cavabdeh tərəfindən maneələr yaradılmasına və ya cavabdehlə arasında hər hansı başqa bir razılıq əldə edilməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məh kəməyə hər-hansı əsaslı sübut təqdim etməmidir. Məhkəməyə iddiaçı tərəfindən ona məxsus elektron poçt ünvanından mailto:bahadur.memmedov@azersun.comElektron ünvan 1, mailto:emil.agarzayev@azersun.comElektron ünvan 2, Elektron ünvan 3 adlı poçt ünvanlarına göndərilmiş məktublar və Şahin adlı şəxslə aralarında olan yazışmaların (“Whatsapp” proqramında) surətləri təqdim edilmişdir. Şahin adlı şəxslə edilən söhbət əmək qabiliyyətinin olmaması vərəqəsi (bülleten) və əmək haqqı ilə bağlı, elektron poçt ünvanlarına göndərilən müraicətlər isə 2023-cü və 2024-cü illərdə iddiaçı ilə bağlanmış əmək müqaviləsi ləğv edildikdən sonra ünvanlanmışdır. Bu səbəbdən iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.
27. Bundan başqa məhkəmə iclasında iddiaçının himayəsində olan 1-ci qrup əl il atası X2 iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən xitam verilməsinə qadağan edildiyi qeyd olunmuşdur. Lakin iddiaçının nümayəndəsi və vəkili hazırkı iddianın həmin əsasla mübahisələndirmədiyini vurğulamışdır.
28. Məhkəmə həmçinin qeyd etmişdir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-929/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının 71-ci bəndində qeyd olunur: “Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qanunla qorunan hallar arasında səbəbli əlaqə nin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaradır. Hazırki iş üzrə isə iddiaçının əmrdə göstərilən tarixlərdə işə gəlməməsi ilə atasına qulluq etməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir.
29. Məhkəmə son olaraq qeyd etmişdir ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi əmək qanunvericiliyinin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilərkən həmin Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddələrinin tələblərinə c iddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmrin ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. Çünki işəgötürən tərəfindən iddiaçının konkret hansı öhdəlikləri pozduğu müəyyən edilmiş və bu lazımi sənədlərlə təsdiq olunmuşdur. Bu səbəbdən iddiaçı tələbi “Cavabdeh MMC-nin qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmrinin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Həmçinin, iddiaçının əvvəlki vəzifəsinə – Cavabdeh MMC-nin İnsan Resursları X1ması Departamentində mütəxəssis vəzifəsinə – bərpa edilməsi, eləcə də işdən çıxarıldığı tarixdən bərpa olunduğu günədək məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi barədə tələbləri ilkin tələbdən törədiyinə görə, əsas tələb təmin edilmədiyindən, bu hissədə də i ddia rədd olunmalıdır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7.2-1, 42, 45, 68, 70-ci maddəsinin “ç” bəndinə, 71.2, 71.3, 72 və 72-ci maddəsinin “a” bəndinə, 80.1, 80.2, 83 və 186.2-ci və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 80, 81, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında iddiaçının distant rejimdə işləməsini sübut etmədiyi göstərilsə də, iş materiallarından və cavabdehin öz izahatından görünür ki, iddiaçının 2022-ci il in sentyabr ayından etibarən distansion (evdən) rejimdə işləməsi tərəflər arasında formalaşmış əmək münasibətlərinin real tərkib hissəsi olmuşdur. Bu hal MMC tərəfindən də dəfələrlə qəbul edilmişdir. Cavabdehin etiraz ərizəsində və məhkəməyə təqdim olunmuş izahatlarında göstərilir ki, iddiaçıya X4 Departamentinin rəhbəri vasitəsilə rəhbərliyin onun ofisdə deyil, yalnız distant rejimdə işləməsini istədiyi bildirilmiş və o da bununla razılaşaraq evdən iş funksiyalarını icra etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunmuş əməkhaqqı sənədlərindən görünür ki, iddiaçıya 2022-ci ilin sentyabrından 2023-cü ilin dekabrına qədər hər ay əmək haqqı ödənilmiş, hətta xx.xx.2023 və xx.xx.2024 tarixlərində “13-cü əmək haqqı” və mükafat şəklində əlavə ödənişlər də verilmişdir. Bu ödənişlər əmək funksiyalarının yerinə yetirildiyini və əmək münasibətlərinin faktiki olaraq davam etdiyini göstərir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 552/K nömrəli əmrlə əmək müqaviləsinə xitam verildiyi göstərilsə də, iddiaçıya təqdim edilmiş əmrdən çıxarışda bu qərarın hüquqi əsası və həmin qərarın qəbul edilməsinə səbəb olan əsaslandırıcı sənədlər göstərilməmişdir. İşəgötürən yalnız məhkəmə iclasında - iddia qaldırıldıqdan sonra - əsaslandırılmış əmr təqdim etmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci hissələrinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə mütləq qaydada xitamın hüquqi əsası, onun səbəbləri və əsaslandırıcı sənədlər əks olunmalıdır. Bu tələblər pozulduqda, müvafiq əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Halbuki işəgötürən tərəfindən təqdim olunmuş ilkin çıxarışda bu vacib məlumatların olmaması, yalnız sonradan məhkəməyə təqdim edilmiş düzəlişli versiya ilə əvəzlənməsi əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır. Əgər işçi bu əmrə qarşı məhkəməyə müraciət etməsəydi, onun hansı əsasla işdən çıxarıldığını belə öyrənə bilməyəcəkdi. İş materiallarında təqdim olunmuş e-poçt yazışmaları (xüsusilə Emil Ağarzayev və Fateh İslamoglu ilə) və digər təqdim olunmuş sənədlər (bülletenlər, “13-cü əmək haqqı”, əməkhaqqı çıxarışları və s.) iddiaçının 2022-ci ilin sentyabrından 2024-cü ilin iyununa qədər distansion iş rejimində fəaliyyət göstərdiyini təsdiqləyir. Hətta iddiaçı öz müraciətlərində rəhbərliyə ofisdə işləmək istəyini bildirmiş, lakin ona bu şərait yaradılmamışdır. İddiaçının işə gəlməməsi ilə bağlı tətbiq olunan tədbirlə r bu baxımdan əsassız və qeyri-obyektivdir. Çünki o, qanuni olaraq evdən işləməyə yönləndirilmiş və işini bu şəkildə davam etdirmişdir. Mülki Prosessual Məcəlləsinin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar sübut edilməmişdirsə və ya qeyri-mötəbər, ziddiyyətli sübutlara əsaslanmışsa, qətnamə ləğv edilməlidir. Hazırkı iş üzrə də məhkəmə distant rejim faktını, əməkhaqqı ödənişlərini və digər vacib sübutları ya nəzərə almamış, ya da onları yanlış qiymətləndirmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2075/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3033/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxl anılmışdır (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), N. Cəfərov və İ. Şirinov).
34. Məhkəmə mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, iddianın irəli sürülən faktiki əsasları tətbiq edilən hüquqi norma - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə uyğunluq təşkil etmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuna uyğun hesab edilir. İş materiallarında mövcud sübutlar, cavabdehin apellyasiya şikayətinə etirazı və əlavə edilmiş sənədlər əsasında məhkəmə müəyyən etmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulan pozuntuya – üzrlü səbəb olmadan bütün iş günü ərzində işə gəlməmə halına yol vermiş və bu əsasla əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilmişdir. Bu əsasın tətbiqi üçün yaln ız işə gəlməmənin qeydə alınması kifayət deyil – eyni zamanda, bu hərəkətin nəticəsində müvafiq iş yerində istehsalatın, əmək və icra intizamının pozulması, işəgötürənin, mülkiyyətçinin və ya əmək kollektivinin qanunla qorunan hüquq və mənafelərinə ziyan dəyməsi halları da müəyyən olunmalıdır. Məhkəməyə təqdim olunmuş sübutlar, o cümlədən 2024-cü ilin iyun və iyul ayları ərzində 22 iş günündə iddiaçının üzrsüz səbəbdən işə gəlməməsi, bu zəruri halların mövcud olduğunu təsdiqləyir və əmək nizam-intizamının pozulmasına səbəb olmuşdur.
35. Cavabdeh tərəfin iddiaçının distant (məsafədən) iş rejimində çalışmasına dair hər hansı bir sübut təqdim etmədiyi müəyyən edilmişdir. Əksinə, cavabdeh həm iddia ərizəsinə, həm də apellyasiya şikayətinə verdiyi etirazda iddiaçının distant rejimdə işləməsini təkzib etmiş, onun bu rejimdə hər hansı əmək funksiyası yerinə yetirdiyini təsdiqləyən sənəd və ya sübut təqdim etməmişdir. Həmçinin, 2022-ci ilin sentyabr ayından 2024-cü ilin iyul ayına qədər olan dövrün əhəmiyyətli hissəsi iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirildiyi və məzuniyyətdə olduğu müddətləri əhatə etmişdir. Cavabdeh etirazlarında, o cümlədən apellyasiya instansiyasında da qeyd etmişdir ki, iddiaçı iş yerində əcnəbi vətəndaşlara daha yüksək əmək haqqı ödənilməsi ilə bağlı ayrı-seçkilik edildiyini iddia etmiş, bu barədə kadr sənədlərini dövlət orqanlarına və media qurumlarına göndərməklə cəmiyyətin işgüzar nüfuzuna xələl yetirəcəyi ilə hədələyici davranışlar sərgiləmişdir. Cavabdeh bu davranışları iş yerində intizamın pozulması kimi qiymətləndirmiş və bildirir ki, iddiaçı işə gəlib əmək funksiyalarını icra etmədiyi halda ona əmək haqqı ödənilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçının 2022-ci ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək faktiki olaraq iş görmədiyini və bu müddət ərzində ona əmək haqqı ödənilməsinin səbəblərini izah etmişdir. İddiaçı bu iddialara qarşı tutarlı etiraz təqdim etməmişdir. Bu səbəbdən də, hərçənd qeyd olunan dövrdə iddiaçıya əmək haqqı və “13-cü əmək haqqı” məbləğləri ödənilmiş olsa da, onun distant iş rejimində faktiki fəaliyyət göstərməsi sübut edilmədiyindən, bu fakt qətnamənin ləğv edilməsinə əsas verə bilməz.
36. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdeh tərəfindən əvvəlcə əmrdən çıxarışın, daha sonra isə əmrin göndərilməsinin baş verdiyi barədə irəli sürdüyü dəlil əsaslı hesab edilm ir. Əvvəla, əmrin etibarsız hesab edilməsi səlahiyyəti yalnız məhkəməyə məxsusdur. Əmr mətnində 84.2-ci maddədə nəzərdə tutulan hüquqi qüsurlar aşkarlanmayıb. Əmək Məcəlləsində “əmrdən çıxarış” termini birbaşa nəzərdə tutulmasa da, bu sənədin təqdim edilməsi qanunla qadağan olunmamış və praktikada geniş yayılmışdır. Əmək qanunvericiliyində birbaşa nəzərdə tutulmasa da əmək münasibətləri sahəsində bu cür çıxarışların verilməsi təcrübəsi həmişə mövcud olub. Bu hallar iddiaçı barəsində iki fərqli əmr verilməsi anlamına gəlmir. Nə əmrdən çıxarışda, nə də əsas əmrdə fərqli məlumatlar olmamış, buna görə də bu dəlil də şikayətin əsaslı olduğunu təsdiq etməmişdir.
37. İddiaçının cavabdeh MMC-nin X7ması Departamentinin müdirinə mobil telefon vasitəsilə apardığı danışıqların səs yazısını təqdim et məsi, iddianın hüquqi əsaslılığını təsdiq etmir. Belə ki, Emil Ağarzayev işəgötürən hüququna malik şəxs olmamış və cavabdeh MMC tərəfindən bu iddia üzrə onun səlahiyyətli nümayəndəsi kimi çıxış etməsinə dair hər hansı səlahiyyət verilmiş sənəd mövcud deyil. Hətta cavabdeh tərəfindən onun iddiaçı ilə bu cür danışıqlar aparması əsassız sayılmış və bu səbəbdən Emil Ağarzayevə intizam tənbehi tətbiq olunmuşdur. Digər tərəfdən, iddiaçının distansion rejimdə işlədiyini təsdiqləmək üçün təqdim etdiyi bu səs yazısı daha əvvəl hüquqi qiymət almışdır və bu məsələyə dair əlavə hüquqi dəyərləndirməyə ehtiyac olmadığı qənaətinə gəlinmişdir.
38. İddiaçı tərəfindən həmçinin poçt qəbzlərinin saxta olmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Qəbzlərdəki sıra ardıcıllığının gözl ənilməməsi də onların saxta olmasına dəlalət etmir. Bununla yanaşı, həmin qəbzlərin mötəbər olmaması belə iddianın əsaslı olmasına heç bir təsir etmir. Çünki iddiaçının 2024cü ilin iyun və iyul aylarındakı tarixlərdə işə gəlməməsi işin mübahisəsiz halıdır. Başqa sözlə, iddiaçı da həmin tarixlərdə işə gəlməsini israr etmir.
39. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixədək əmək müqaviləsinə xitam verilməsindən əvvəl iddiaçı tərəfindən üzrlü səbəbin mövcudluğunu təsdiqləyən sənədin təqdim olunması ehtimalını nəzərə alaraq gözləmə mövqeyində qalması anlaşılandır. Belə ki, iddiaçı 2024-cü ilin yanvar ayından başlayaraq ardıcıl şəkildə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair bülletenlər təqdim etmiş, bəzi hallarda isə üzrsüz səbəbdən işə gəlməmiş və əmək funks iyalarını faktiki olaraq icra etməmişdir. Məhkəmə bu halları işəgötürənin hüquqlarının pozulması və əmək hüquqlarından suiistifadə kimi qiymətləndirmişdir. Qanunvericiliyə əsasən, əmək qabiliyyətinin olmaması dövründə əmək müqaviləsinə xitam verilməsi yolverilməz olduğundan, cavabdehin həmin müddətdə iddiaçının ünvanına rəsmi bildirişlər göndərməsi ehtiyatlı və qanuna uyğun davranış kimi qiymətləndirilməlidir. Həmçinin, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehi əmək qabiliyyəti vəziyyəti barədə vaxtında məlumatlandırmamış və ya bu məlumatı təqdim etməkdən yayınmışdır. Bu səbəbdən də cavabdehin həmin müddət ərzində iddiaçının ünvanına rəsmi bildirişlər göndərməsi, onun əmək qabiliyyətinin vəziyyəti ilə bağlı cavabdehi məlumatlandırmaması və ya bu barədə məlumat təqdim etməkdən yayı nması ehtimalına əsasən, hüquqi baxımdan əsaslandırılmış və qanunvericiliyə uyğun addım kimi qiymətləndirilməlidir.
40. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 11 “b”, 70 “ç”, 71.2, 71.3, 72 “a”, 79.1, 80.1, 186.1, 186.2, 187.2-ci, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.3, 217.4, 372.1, 384.0, 384.0.1 və 385.2ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2075/2025 saylı qətnaməsinin ləğvini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
42. Kassasiya şikayəti Azərbaycan Res publikasının Əmək Məcəlləsinin 70-ci, 72-ci, 84-cü və 154.1-ci maddələrinin pozulmasına əsaslanmış və aşağıdakı dəlillərlə əsaslandırılmışdır: - Məhkəmə qətnamədə qeyd etmişdir ki, cavabdehin iddiaçının distant (məsafədən) rejimdə işləməsini etiraf etməsinə dair işdə hər hansı sübut yoxdur. Əksinə, həm iddia ərizəsinə, həm də apellyasiya şikayətinə etirazda iddiaçının distant rejimdə işləməsi təkzib edilmiş, bu rejimdə faktiki olaraq hər hansı iş yerinə yetirməsi təsdiqlənməmişdir. Lakin bu əsaslandırma tam əsassız və ziddiyyətlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli iclasında məhkəmə kollegiyası özü açıq şəkildə qeyd etmişdir: “Əgər əmək haqqı ödənilirsə, bu artıq işəgötürənin işçinin faktiki işlədiyini qəbul etməsi deməkdir.” Bu ifadə iclasda səslə ndirilmiş və videoçəkilişlə qeydə alınmışdır. Bu isə iddiaçının həmin dövrdə əmək funksiyalarını icra etməsinin və cavabdeh tərəfindən bu halın qəbul edildiyinin sübutudur. - İddiaçının işəgötürənin göstərişi ilə distansion qaydada işləməyə davam etdiyi, bu barədə cavabdehin məlumatlı olduğu və bu rejimə qarşı etiraz etmədiyi müxtəlif sənədlərlə - o cümlədən WhatsApp yazışmaları, audioyazılar və elektron məktublarla sübuta yetirilmişdir. Bu sübutlardan görünür ki, distansion iş rejiminin dəyişdirilməsi və ya ofisdə işə qaytarılma barədə iddiaçıya heç bir bildiriş və göstəriş verilməmişdir. - xx.xx.2024-cü il tarixində iddiaçı cavabdeh MMC-nin X4 Departamentinə müraciət etmiş və departament müdiri Emil Ağarzayevlə görüş keçirmişdir. Görüş zamanı Emil Ağarzayev rəhbərlik tərəfindən iddiaçını n işdən çıxarılması məsələsinin müzakirə edildiyini, onun ixtisara salınmasının planlaşdırıldığını bildirmişdir. İddiaçı isə 4-5 ay sonra ərizə ilə könüllü olaraq işdən ayrılacağını bildirmiş, Emil Ağarzayev isə bu təklifi rəhbərliklə müzakirə edib nəticə barədə məlumat verəcəyini demişdir. Nəticə olaraq, xx.xx.2024-cü il tarixində Emil Ağarzayev iddiaçıya WhatsApp vasitəsilə səsli mesaj göndərmiş və rəhbərliyin 4 ay müddətində distansion iş rejiminin davam etdirilməsinə razılıq verdiyini bildirmişdir. Bu yazışmalar və görüşün detalları iş materiallarında sübutlarla təsdiq olunmuşdur. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.3-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin forması və məzmunu 84.1-ci maddədə göstərilən məlumatları tam əks etdirməlidir. Lakin id diaçıya əvvəlcə təqdim edilən əmrdən çıxarış bu tələblərə cavab verməmiş, yalnız məhkəmə iclası zamanı cavabdeh tərəfindən düzəliş edilmiş əmr təqdim olunmuşdur. Bu isə işəgötürənin əmək qanunvericiliyinin tələblərinə əməl etmədiyini və əmrin ilkin təqdim olunan formasının hüquqi cəhətdən əsaslandırılmadığını göstərir. Əmrin bu formada verilməsi, həmçinin işçiyə əmək müqaviləsinə xitam verilməsinin konkret səbəbləri və əsasları barədə məlumat verilməməsi Əmək Məcəlləsinin 84-cü maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Bu pozuntu isə həmin əmrin etibarsız hesab edilməsi üçün əsasdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
44. Maddə 70, bənd “ç”. Əmək müqavi ləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
45. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
46. Maddə 71.3. İşəgötürən bu Məcəl lənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
47. Maddə 72, bənd “a”. İşçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
48. Maddə 79.1. İşəgötürən tərəfindən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır: -öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin;
49. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmka rlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
50. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
51. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlə rindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvə si yoxdur.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələ binə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası məruzəçini din ləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
61. İddiaçı kassasiya şikayətinin dəlilləri ilk iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaql a Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
62. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
63. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2075/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.