Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2238/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(022)419/2019, hakim P.T.Əhmədov) İddiaçı Cavabdeh XXXoğluna qarşı əmlak tələbinə dair iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(106)-2940/2019, hakimlər Z.B.Babayev, Q.B.Babayev və N.F.Mirzəyev) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçı ilə cavadehin birgə nikah dövründə əldə etdikləri, dəyəri 800 manat təşkil edən əşyaların 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi, həmin əşyaların dəyərinin 1/2 hissəsini təşkil edən 400 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı kassasiya verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh XXXoğlu ilə İddiaçı ilə 2005-ci ildə faktiki ailə qurmuş, nikahl arını xx xxxxxx 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə Gülər və xx xxxxxx 2007-ci il tarixdə Vüsal adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah xx xxxx 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh XXXoğluna qarşı cehiz, geyim və qızılzinət əşyalarının qaytarılması, eləcə də birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələblərinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qə bul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə təqdim edilmiş sübutlara tam, obyektiv və hərtərəfli hüquqi qiymət verilməmiş, gəlinən nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə 2005-ci ildə faktiki ailə qurmuş, nikahlarını xx xxxxxx 2007-ci il tarixdə rəsmiləşdirmiş, xx xxxxxx 2006cı il tarixdə Gülər və xx xxxxxx 2007-ci il tarixdə Vüsal adlı uşaqları doğulmuşdur. Tərəflər arasındakı nikah xx xxxx 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçı 89 adda və ümumilikdə dəyəri 4.962 manat dəyəri olan cehiz əşyasının, özünə aid 8 adda və ümumilikdə dəyəri 378 manat dəyəri olan geyim əşyasının, 5 adda və ümumilikdə dəyəri 3.645 manat dəyəri olan qızıl-zinət əşyasının, qızı Gülərə məxsus 21 adda və ümumilikdə dəyəri 357 manat dəyəri olan geyim əşyasının, 1 ədəd telefon və 1 ədəd planşet və ya onların dəyəri olan 600 manat məbləğində pulun, eyni zamanda birgə nikah dövründə əldə edilmiş 28 adda və ümumilikdə dəyəri 1809 manat təşkil edən məişət əşyasının 2\3 hissəsinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onu və uşaqlarını birlikdə yaşadıqları evdən qovmuşdur, göstərilən əşyalar da həmin evdə qalmışdır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Sonradan həmin evin qonşuluğunda yaşayan şəxslərdən xəbər tutmuşdur ki, cavabdeh həmin əşyaları maşına yükləyərək aparmışdır. O, həmin evə gedərək, həqiqətən, yaşadıqları evin boşaldılmasının şahidi olmuşdur. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, iddia tərəflərin birgə nikah dövründə əldə etdikləri və dəyəri 800 manat təşkil edən əşyaların 1/2 hissəsinə iddiaçının payının müəyyən edilməsi, həmin əmlakların dəyərinin 1/2 hissəsini təşkil edən 400 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. İddiaçı hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə ni kah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddiaçının mülkiyyətində olmalı, həmin əmlak cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgü n həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 62.1-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin normaların məzmununa görə şahid izahatları sübut hesab olunur və o şəxs şahid hesab edilir ki, o, işin mübahisələndirilən halı barədə bilavasitə, əsaslı şübhələrdən uzaq olan məlumata malik olsun. Apell yasiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsində göstərilən bütün əşyaların – cehiz, qızıl-zinət əşyalarının, özünə və uşaqlarına aid geyimlərin, ümumiyyətlə, mövcud olması iş üzrə təsdiq edilmiş heç bir sübutla təsdiq edilməmişdir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərildiyi kimi, yalnız şahidlər Elnarə Tağıyeva və Pakizə Ağayeva qeyd edilən cehiz, qızıl-zinət və geyim əşyalarının mövcudluğunu bildirmişlər ki, həmin şahidlər də iddiaçının yaxın qohumları (anası və bacısı) olmaqla, verdikləri ifadələr işin müəyyən edilmiş halları və təqdim edilmiş digər sübutlarla təsdiq edilmədiyindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2238/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2238/2020
24.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver