Məhkəmə qərarları › İş №2(102)-2239/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2239/2022

16.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2022 16.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətə, "Külək” Məhdud Məsuliyyətli Cəmiyyət Hərrac mərkəzi və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X5 Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2239/2022 Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Bakı şəhəri, 16 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Raqiq qızının məruzəsi ilə, Şamayev Elşad Yaquboviçdən və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası “Tərəqqi”MMC, "K ülək” MMC Hərrac mərkəzi və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" KB ASC-yə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10031/2021 nömrəli, 23 noyabr 2021ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron Rayon Məhkəməsinin 2(012)-3275/2017 saylı, 21.12.2017-ci il tarixli qətnaməsi və onun əsasında verilmiş icra vərəqəsinə əsasən “Unibank" KB ASC-nin iddiası qismən təmin edilərək, İddiaçı 19.509,70 manat əsas borc, 2.852,39 manat faiz borcu, 100 manat məbləğində cərimə olmaqla, cəmi 22.462,09 manat məbləğində kredit borcu, 10 manat məhkəmə xərci və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, “Unibank" KB ASC-nin xeyrinə verilməsi, tələbin ipoteka predmeti olan İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaitinin hesabına İddiaçı "xxxx" KB ASC-yə olan cəmi 22.462,09 manat kredit borcunun, 30 manat məhkəmə xərcinin və iş üzrə ödənilmiş manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 46.000 manat müəyyən edilməsi, "xxxx" KB ASC-yə ödənilməli olan kredit borcu, məhkəmə xərci və dövlət rüsumunun əvəzi Ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsai tinin qalan hissəsinin cavabdeh İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzili ilkin satış qiyməti 46.000 manat olmaqla 29.07.2019-cu il tarixdə birinci hərraca çıxarılmış, həmin qiymətə alınmadığından, 15% aşağı qiymətə 39.100 manat qiymətə 14.08.2019-cu ildə təkrar hərraca çıxarılmış, lakin satılmadığından təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə 29.325 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 26.08.2019cu il tarixdə ipoteka saxlayan "xxxx" KB ASC tərəfindən əldə edilmiş, bu barədə həmin tarixdə hərracın yekunları barədə protokol tərtib edilmişdir.

3. Həm birinci, həm də ikinci hərrac barə də iki dəfə tərəflərə bildiriş göndərilmişdir. 4. “Birja yenilikləri” qəzetinin 28 iyun-04 iyul 2019-cu il tarixli və 12-18 iyul 2019-cu il tarixli buraxılışlarında ilkin hərrac barədə, 02-08 avqust 2019-cu il tarixli və 16-22 avqust 2019-cu il tarixli buraxılışlarında təkrar hərrac barədə elanlar dərc edilmişdir. 5. 24.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, Hərrac Mərkəzi ”Külək” MMC tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1, mənzil 21 ünvanında yaşayan Səfiyyə Hüseynova Kazım qızı, X3, X1 çatdırılması üçün “Fabo Express” şirkətinə 22.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, Səfiyyə Hüseynova Kazım qızı məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 24.07.2019-cu il tarixində “X7 MMC-yə geri qaytarılmışdır. 6. 08.07.2019-cu il tarixli Aktın surətindən görünür ki, Hərrac Mərkəzi ”Külək” MMC tərəfindən Xırdalan şəhəri, məhəllə 27, ev 1, mənzil 21 ünvanında yaşayanlara İddiaçı Kazım qızı, X3, X4 və X2 çatdırılması üçün “Fabo Express” şirkətinə 01.07.2019-cu il tarixində məktub təqdim olunmuşdur. Kuryer həmin ünvanda olmuş, X4 məktubu qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən, göndəriş ünvan sahibinə təqdim olunmadan 08.07.2019-cu il tarixində Hərrac Mərkəzi ”Külək” MMC-yə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Xammal və Əmtəə Birjası "xxxx" MMCyə, "Külək” MMC Hərrac mərkəzinə və Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" X5 Səhmdar Cəmiyyətinə qarşı “hərracın nəticələrinin et ibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilin satılmasına dair Respublika Xammal və Əmtəə Birjası “Külək" MMC tərəfindən təşkil edilmiş 26.08.2019-cu il tarixli hərracın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının məlumatı olmadan ödənilməli olan kreditin təminatı qismində ipoteka predmeti kimi Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzili barədə Cavabdeh2 tərəfindən Respublika Xammal və Əmtəə Birjası “Külək'' MMC-yə sifariş göndərilmiş, sonuncu tərəfindən iddiaçıya hər hansı bildiriş göndərilmədən ipoteka predmet i olan Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin 21 saylı mənzilini həddindən artıq ucuz qiymətə satılmışdır. Hərracın keçirilməsinin vaxtı və yeri barədə iddiasçıya heç bir məlumat verilməmişdir. Eyni zamanda nəzərə alınmamışdır kı, borclu tərəfindən imkan olduqca ödəniş icra edilmişdir. Bu məqsədlə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul məbləği iddiaçı tərəfindən tələbkara ödənilmişdir. Hərrac təşkilatı qeyd olunan hüquq normasının tələblərini pozaraq ipoteka predmeti olan mənzili öz mülkiyyətinə keçirmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova, iş № 2(005)-3269/2021) iddia təmin edilməmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, Respublika Xammal və Əmtəə Birjası Cavabdeh1 açıq hərracın keç irilməsinə dair bildirişləri ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evin, 21 saylı mənzilin açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək hərracın vaxtı və yeri barədə iddiaçını məlumatlandırmaq üçün lazımi hərəkətləri icra etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır.

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 269.1, 317.1, 319.1, 416-cı maddələrinin və “İpoteka haqqında” Qanunun 41, 42, 44, 53-cü maddələrin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsin də icraat

13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov rayon məhkəməsinin 10.8.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericlikdə nəzərdə tutulduğu kimi hərracın keçirilməsinə 30 gün qalmış bildiriş göndərilməli olduğu halda, iddiaçının şəxsində və ya ünvanına hər hansı bildiriş göndərilməmişdir. Mülki Məcəllənin 415.2-ci maddəsinə əsasən, Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. İş materiallarında qanunvericilkdə nəzərdə tutulmuş sifarişli poçt göndərişinin surətinin olmaması hərracın təşkilatçısının qanunvericiliyin tələblərini kobud surətdə pozduğunun bariz nümunəsidir. Kreditor ipoteka predmetı olan mənzili qanunvericiliyin tələblərini pozaraq öz mülkıyyətıne keçirmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)-10031/2021) apellyasiya şikayəti təmin edilməmiş, Nərimanov rayon məhkəməsinin 10.8.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İddiaçı kredit və ipoteka müqavilələrində göstərilən şərtlərlə razılaşaraq bankla həmin müqavilələri bağlamış və qeyd olunan müqavilələr əsasında öz üzərinə borcun vaxtında və tam şəkildə ödənilməsi ilə bağlı öhdəlik götürmüşdür. Habelə, İddiaçı Bank ilə müqavilələri bağlayarkən hə min müqavilələrin şərtləri ilə tanış olmağa ona hər hansı maneçiliyin olunması, Bank tərəfindən aldadılması halı öz əksini tapmamışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Mülki Məcəllənin ümumi yanaşmasına görə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Lakin, İddiaçı tərəfindən göstərilən hallardan hər hansı birinin mövcudluğuna dair sübutlar təqdim olunmamışdır.

18. Mübahisəsi gedən mənzillə bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni 39.100 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 14.08.2019-ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Birja yenilikləri” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmiş, lakin borclu tərəfindən hər iki bildiriş qəbul edilməkdən imtina edilmişdir.

19. Göründüyü kimi, iddiaçı və "xxxx" KB ASC arasında yaranmış öhdəlik münasibətləri ilə bağlı tərəflərin arasında mübahisənin məhkəmədənkənar həlli barəsində razılaşma olmamış və əmlaka tutma yönəldilməsi haqqında məhkəmə qətnaməsi qəbul edilmişdir.

20. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən iddia tələblərinin əsaslı hesab edilməsi üçün hüquqi əsaslar mövcud olmadığı və bu səbəblə də iddianın təmin edilməməli olduğu nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayətində ona məxsus əmlakın hərraca çıxarılması, hərracın keçirilməsi və nəticəsi barədə məlumatlı olmadığını, bu barədə ona rəsmi qaydada məlumat verilmədiyini, bildiriş göndərilmədiyini, əmlakın qiymətləndirilməsində və hərracın keçirilməsində iştirakı təmin edilmədiyini və hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyini göstərsə də, həmin dəlillər formal mülahizələr olmaqla qətnamənin ləğvi üçün əsaslı hesab edilə bilməz.

22. Belə ki, iddiaçı ilə bank arasında bağlanmış ipoteka müqaviləsindən aydın olur ki, iddiaçı ipoteka müqaviləsini imzalayarkən bank qarşısında olan kredit öhdəliyini vaxtında və lazımınca icra etmədiyi halda borcun ipoteka predmetinə yönəldilməsi qaydası və halı ilə tanış edilmiş və bundan sonra o, ipoteka müqaviləsini imzalamışdır. Lakin o, bankdan götürmüş olduğu 22.000 manat məbləğində borcdan borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilnəsi barədə qətnamə qəbul edilən 21 dekabr 2017-ci il tarixə kimi olan müddətdə cüzi məbləğdə ödəniş etmişdir ki, onun qətnamə qəbul edildiyi tarixə əsas borca görə 19.509,70 manat ödənilməmiş əsas, 2.852,39 manat faiz kredit borcu qalmışdır.

23. Qeyd edilənlərdən aydın olmuşdur ki, iddiaçı kredit götürdüyü zamandan banka cüzi ödəniş etməklə, yəni öhdəliyini tam icra etməməklə ipoteka predmetinin taleyinin həmin zamandan keçən uzun müddət ərzində hansı qaydada həll ediləcəyi barədə məlumatlı olmuş, həmçinin kredit müqaviləsinin etibarsızlığı, ipoteka müqaviləsinin etibarsızlığı, ipoteka predmetinin qiymətləndirilməsi barədə qiymətləndirmə aktı müxtəlif məhkəmə proseslə rində mübahisələndirilmiş və həmin məhkəmə proseslərində ipoteka predmetinin hərraca çıxarılmasından məlumatlı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2(103)-10031/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. İddiaçı (Vəkil1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası mülki Məcəlləsinin 415.2-ci, “İpoteka haqqında” Qanunun 42.1-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 385.1, 386, 390-cı maddələrinin tələbləri poz ulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 27.Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmay ıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 28.Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 29.Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 30.“İpoteka haqqında” Azər baycan Respublikası qanununun mübahisə yaranan dövrdə qüvvədə olan redaksiyasına əsasən: 31.Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracd a iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 32.Maddə 42.3.”İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 33.Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutul muş nəticələrə səbəb olur. 34.Maddə. 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqısatqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək”) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas”öhdəlik üzrə”bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 35.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 37Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 38.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hə dləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

40. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsind ən iddiaçı kassasiya şikayəti verdiyindən qətnamə tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi 41.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 42.Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri əsasən apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya şikayətində olduğu kimi kasasiya şikayətində də iddiaçı onun mülkiyy ət hüququnun pozulması, onun hərracın keçirilməsi barədə məlumatlandırılmaması, hərracın keçirilməsi ilə bağlı onun məlumatlandırılmalı olmasına dair qanunvericiliklə müəyyən edilmiş müddətin pozulması ilə əsaslandırmışdır. 43.Kassasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, hər iki hərracın keçirilməsi ilə bağlı iddiaçının qeydiyyatda olduğu ünvana(ipoteka qoyulmuş mənzilə) hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi vaxtı ilə bağlı müvafiq bildiriş göndərilmişdir, iddiaçı və onun ailə üzvü həmin bildirişləri almaqdan imtina etmişdir. Bu isə həmin ünvana göndərilmiş bildirişin çatdırılması hesab edilir. 44.Məhkəmə kollegiyası hesab edir ki, hərrac barədə bildirişləri almaqdan imtina edən iddiaçı əmlakının hərraca çıxarılmasından məlumatlı olmuş, lakin həmin əmlakı əldə etməyə c əhdlər etməmişdir. Buna görə də, onun hərrac barədə bildirişin ona göndərilməməsi və bunun nəticəsində əmlakını hərracdan əldə etmək imkanınından məhrum olması barədə dəlilləri keçirilən hərracın etibarsız hesab edilməsinə əsas vermir. 45.Beləliklə, hərracın təşkili, keçirilməsi qaydası və proseduru ilə bağlı hərrac təşkilatı tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. İddiaçının hərracın keçirilməsi proseduru barədə ümumiyyətlə məlumatlandırılmaması iş materialları ilə təkzib olunmuşdur. 46.Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. 47.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. 48.Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. 49.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmi n edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10031/2021 nömrəli iş üzrə 23.11.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar