Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2239/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2239/2024 (Açar sözlər: özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məhdudiyyətli Cəmiyyətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-96/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə) tərəfindən verilmiş kas sasiya şikayətinə 24 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh İddiaçı MMC-nin baş direktoruna 07 yanvar 2020-ci il tarixdə ərizə ünvanlayaraq MMC-nin əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsini və ünvan 1 ünvanda yerləşən telefon dirəyinin yerinin dəyişdirilməsi üçün müvafiq göstəriş verilməsini xahiş etmişdir.
2. İddiaçı MMC-nin xətt sahəsinin rəisi və mühəndisi 23 dekabr 2020-ci il tarixdə mübahisəli əraziyə baxış keçirmiş, abunəçi Cavabdeh tərəfindən şəxsi mənzilinin qarşısında əlavə tikinti aparılaraq MMC-yə məxsus rabitə qurğularının mühafizə qaydalarının pozulduğu müəyyən edilmiş və bu barədə akt tərtib edilmiş, lakin abunəçi Cavabdeh həmin aktı imzalamaqdan imtina etm işdir.
3. İddiaçı MMC tərəfindən Cavabdeh 24 dekabr 2020-ci il tarixdə mübahisəli ərazidə çoxsaylı abunəçini rabitə xidmətləri ilə təmin edən rabitə qurğularının (o cümlədən 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və rabitə kanallarının) üstündə aparılan qeyriqanuni tikintinin dayandırılması və yarımçıq tikilinin 3 gün ərzində sökülüb rabitə qurğularının mühafizə zonasının boşaldılmasının təmin edilməsi barədə bildiriş ünvanlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı Məhdud Məhdudiyyətli Cəmiyyəti (bundan sonra iddiaçı və ya MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli ərazidə iddiaçıya məxsus 1 ədəd rabitə dirəyi və yeraltı rabitə qurğularının üzərində cavabdeh tərəfindən inşa olunmuş qeyri-qanuni tikilinin (əlavə tikili) sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı-Telefon şəbəkəsində iri telefon operatorlardan biri olan İddiaçı MMC özünün 424/436/464/465/480/489/490/496 indeksli ATS-ləri vasitəsilə Bakı şəhərinin Qara Şəhər, Şərq Bazarı, Gənclik, Montin, NZS və UPD qəsəbələri, Yasamal rayonunun bir hissəsi və bir sıra digər bölgələrində 50.000-ə yaxın iş və ev abunəçilərinə müasir telli telefon rabitəsi xidmətini göstərməkdədir. Belə ki, cavabdehin 07 yanvar 2021ci il tarixli müraciəti əsasında MMC-nin mütəxəssisləri əraziyə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh tərəfindən həmin ünvanda fərdi yaşayış evinin qarşısında əlavə tikilinin inşasına başlanılmış və nəticədə MMC-yə məxsus 1 ədəd rabitə dirəyinə giriş məhdudlaşdırılmışdır. Həmçinin çoxsaylı abunəçini rabitə xidmətləri ilə təmin edən yeraltı rabitə qurğuları və rabitə kabelləri tikilinin daxilində qalmışdır. Nəticədə rabitə qurğularına giriş məhdudlaşdırılmış və çoxlu sayda əhali, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətləri təhlükə altında qalmışdır. Qeyri-qanuni tikinti işləri, içindən abunəçilərə xidmət göstərən müxtəlif tutumlarda çoxsaylı kabelin keçdiyi kanalları təhlükə altında qoyur, bu da qəza vəziyyəti yaranacağı zaman çox sayda ev və iş abunəçilərinin rabitəsiz qalması ilə nəticələnər. Eyni zamanda, MMC tərəfindən cavabdehə bildiriş ünvanlanaraq qeyri-qanuni tikinti işlərinin dayandırılması, yera ltı rabitə qurğularının üzərində inşa edilən tikilinin sökülməsi və rabitə qurğularının mühafizə zonasının boşaldılması tələb edilmiş, lakin edilmiş xəbərdarlığa cavabdeh tərəfindən məhəl qoyulmamışdır. Abunəçilər ilə aralarında bağlanmış müqavilənin şərtlərinə görə, MMC abunəçilərə müxtəlif telekomunikasiya xidmətlərini göstərməyi və bu xidmətlərin maneəsiz və qüsursuz işləməsini təmin etməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh isə fərdi yaşayış evinin qarşısında əlavə tikili inşa edərək MMC-yə məxsus kabel-kanalizasiya qurğularının təhlükə altına düşməsi nəticəsində mübahisəli ərazidə telekomunikasiya xidmətlərindən istifadə edən abunəçilərin, həmçinin MMC-nin hüquqlarını kobud şəkildə pozmuşdur.
6. Cavabdeh izahatında bildirmişdir ki, mübahisəli ərazidə yerləşən fərdi yaşayış evinə əlav ə olaraq tikilmiş 3 divardan ibarət qeyd edilən tikili özbaşına tikili olmaqla dövlət qeydiyyatına alınmamış və iddiaçının heç bir hüququnu pozmamaqla ona maddi zərər vurmamaqdadır. Belə ki, o, fərdi yaşayış evini 10 il əvvəl almış, alarkən rabitə dirəyi evin yanında mövcud olmuşdur. O, özü evin qarşısında rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirmişdir. Bundan sonra MMC ona qarşı hazırkı iddianı irəli sürmüşdür. Halbuki quyular tikilinin xaricində yerləşir, onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır və MMCnin işçiləri istədikləri vaxt quyulara daxil olub işlərini görə bilirlər.
7. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilərək müvaf iq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/3496 nömrəli rəyi ilə mübahisəli ərazidə inşa edilmiş tikilinin İddiaçı MMC-yə məxsus yeraltı rabitə qurğularının üzərində inşa edildiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli, 227 saylı qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1-ci bəndinə zidd olaraq inşa edildiyi və tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 18 may 2022-ci il tarixli, 10/1084 nömrəli rəyi ilə Cavabdeh tərəfindən mübahisəli ərazidə inşa edilmiş tikilinin (əlav ə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törətdiyi müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə mübahisəli əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarət hörülmüş tikili, həmin tikilinin sağında və solunda 2 ədəd telefon xəttinə baxış quyusu, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı və həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tik ili 3 divardan ibarət təxminən 5-6 kvadrat metr sahəsi olan aynabəndir və beton örtüklüdür. Özünün bildirməsinə görə cavabdeh həmin evi 10 il əvvəl almışdır. Cavabdeh özü evin qarşısında rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı MMC-yə müraciət etmiş və zəruri olan xərcləri də çəkməyə hazır olduğunu bildirmiş, lakin İddiaçı MMC ona qarşı iddia qaldırmışdır. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmağa maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə nasazlıq baş verəcəyi təqdirdə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı həmçinin müəyyən edilmişdir ki, qeyd edilən quyular və rabitə d irəyi tikilinin xaricində yerləşir, onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tikilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilmişdir ki, tikili 3 divarla hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaranacağı təqdirdə həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(011)-103/2022 nömrəli, 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia tələbi rədd edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə baxışı dövründə 2 dəfə ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1 8 may 2022-ci il tarixli, 10/1084 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikili (əlavə tikili-hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törətməsi müəyyən edildiyindən qismən maneçiliyin nədən ibarət olmasını müəyyən etmək üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdır. Baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa edilmiş tikiliyə yaxın İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, evin qarşısında 3 divardan ibarət hörülmüş tikili, həmin tikilinin sağında və solunda isə 2 ədəd telefon xəttlərinə baxış quyusu mövcuddur, həmin quyunun içərisində isə yeraltı rabitə kanalları mövcuddur. Cavabdehin faktiki sahibliyində və istifadəsində olan fərdi yaşayış evi 2 otaqdan ibarətdir və cavabdeh həmin evdə 4 övladı, həyat yoldaşı ilə birlikdə yaşayır. Evin qarşısında tikilmiş mübahisəli tikili 3 divardan ibarət təxminən 5-6 kv.m. sahəsi olan aynabənddir və beton örtüklüdür. Baxış zamanı iştirak etmiş İddiaçı MMC-nin Xətt xidməti bölməsinin mühəndisi Vüqar Dadaşov bildirmişdir ki, tikilinin olması səbəbindən həmin quyulara və rabitə dirəyinə daxil olmaq maneçilik törətməsə də, quyular arasında olan xəttlərdə birdən nasazlıq baş versə onların üstü sökülməli olduğundan həmin tikili maneçilik törədəcək. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, qeyd edilən quyular və rabitə dirəyi tikilinin xaricində yerləşir və onlara daxil olmaq imkanları məhdudlaşdırılmamışdır. Həmçinin tik ilinin daxilinin müayinəsi nəticəsində müəyyən edilmişdir ki, tikili 3 divardan hörülmüşdür, yeri betondur, üzərinə heç bir örtü materialı vurulmamışdır. Cavabdeh bildirmişir ki, hər hansı nasazlıq yaransa həmin nasazlığın aradan qaldırılması üçün yer örtüyünün qazılmasına etiraz etməyəcək.
12. Birinci instansiya məhkəməsi mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş 3 divardan ibarət olan tikilinin iddiaçıya məxsus olan 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə maneçilik törətməsi, iddiaçıya hər hansı zərərin vurulması müəyyən edilməmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Konstitus iyasının 43-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 11.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4, 77.1 və 101.3-cü maddəslərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçı ondan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti işin hallarına və iddia ərizəsinə uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddianı rədd edərkən yalnız iş materiallarında olan xx.xx.2022-ci il tarixli yerli müayin ə protokoluna istinad etmişdir. Lakin məhkəmə iş materiallarında olan 15 oktyabr 2021-ci il tarixli və 18 may 2022-ci il tarixli ekspert rəylərini görməzdən gəlmişdir. Belə ki, 15 oktyabr 2021-ci il tarixli rəydən görünür ki, sözügedən tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularının mühafizə Qaydalarının 2.1.1-ci bəndinə zidd olaraq inşa edilmiş və tikinti norma və qaydalarına uyğun deyil. Ekspertin 18 may 2022-ci il tarixli rəyindən isə görünür ki, sözügedən tikili (əlavə tikili hasar) İddiaçı MMC-yə məxsus 1 ədəd rabitə dirəyi, 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmətin göstərilməsinə qismən maneçilik törədir.
16. İşə apellyasiya instansiya sı məhkəməsində baxılan zaman yenidən məhkəmə texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İki telefon baxış quyusu arasındakı məsafə üzərində inşa edilmiş divar yeraltı rabitə kanallarına xidmətin göstərilməsi üçün telefon baxış quyusuna giriş-çıxışa hər hansı maneə törədirmi? -İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabitə kanalları üçün hər hansı təhlükəsi vardırmı?
17. Məhkəmə Ekspertizası Mərkəzinin 04.11.23-cü il tarixli rəyinə görə, Cavabdeh tərəfindən mübahisəli ərazidə inşa edilmiş tikili (əlavə tikili hasar) İddiaçı MMC-yə məxsus 2 ədəd telefon baxış quyusu və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törədir. İki telefon baxış quyusu arasındakı məsafə üzərindəki divarın yeraltı rabitə kanalları üçün hər hansı bir təhlükə yaradıb-yaratmamasının müəyyən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir.
18. Qeyd edilən qərardad üzrə qoyulan suallara tam cavab verilmədiyindən, məhkəmə kollegiyası yenidən xx.xx.2023-cü il tarixli qərardadla əlavə ekspertiza təyin edilməsi qərarına gəlmişdir. Həmin qərardadla ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: -İki telefon baxış quyusu arasındakı məsafə üzərində inşa edilmiş divar yeraltı rabitə kanallarına xidmətin göstərilməsi üçün telefon baxış quyusuna giriş-çıxışa hansı şəkildə və nə dərəcədə maneə törədir? -İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabitə kanallarının tikinti – texniki baxımından zədələnməsi üçün fiziki olara q hər hansı təhlükəsi vardırmı (məs: divarın ağırlığının həmin yeri çökdürə bilməsi)?
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə tədqiq olunan ünvanda iki telefon baxış quyusu arasındakı məsafə üzərində mövcud olan divar baxış quyusuna bitişik və 2 metr məsafədən yaxın (yəni mühafizə zonası daxilində) inşa edildiyindən həmin divarın baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik yaratdığı müəyyən olunmuşdur. Lakin, hansı şəkildə və nə dərəcədə maneçilik törətməsi həmin sahə üzrə müvafiq mütəxəssislər cəlb edilməklə müəyyən edilə bilər. İki telefon baxış quyusu arasında olan məsafə üzərindəki divarın yeraltı rabiət kanallarının tikinti-texniki baxımından zədələnməsi üçün fiziki olaraq hər hansı təhlükənin olub-olmamasının müəyy ən edilməsi tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyil.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-96/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hər iki ekspert rəyində tikilinin telefon baxış quyusuna giriş-çıxışa mane törədib-törətməməsinə dair birmənalı cavab verilməmiş, həmçinin qeyd edilmişdir ki, maneçiliyin hansı şəkildə və nə dərəcədə olması həmin sahə üzrə müvafiq mütəxəssisl ər cəlb edilməklə müəyyən edilə bilər.
22. Məhkəmə kollegiya qeyd etmişdir ki, ekspert hansı sahənin mütəxəssisinin cəlb edilməli olmasını rəydə qeyd etməmişdir. Bundan əlavə, ekspert divarın baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik yaratdığını müəyyən edə bildiyi halda, həmin maneənin hansı şəkildə və nə dərəcədə olmasına cavab verə bilməməsi tikilinin baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törətməsinə dair gəldiyi nəticəni də sual altında qoyur və kollegiyada rəyin mötəbərliyinə və əsaslılığına dair şübhə yaradır.
23. Ekspert qarşısına qoyulmuş ikinci suala münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, qərardadda aydın şəkildə texniki baxımından zədələnməsi təhlükəsinin olubolmamasının fiziki təsi rlər nəticəsində olması qeyd edilmiş, hətta misal olaraq divarın ağırlığının həmin yeri çökdürə bilməsi də qeyd olunmuşdur. Buna baxmayaraq, ekspert qeyd edilən suala başqa sahənin mütəxəssisi tərəfindən cavab verilməli olmasını qeyd etmiş, lakin hansı sahənin müətəxəssisinin cavab verməli olmasını göstərməmiş, həmçinin bununla bağlı vəsatətlə məhkəməyə müraciət etməmişdir.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, işə apellyasiya instansiyasında baxılan zaman mübahisəli yerin yerində müayinəsi zamanı aşkar şəkildə baxış quyusuna və yeraltı rabitə kanallarına əməkdaşın rahat şəkildə daxil ola bilməsi müəyyən edilmişdir. Bu da özlüyündə tikilinin baxış quyusuna və yeraltı rabitə kanallarına xidmət göstərilməsinə qismən maneçilik törətməsinə dair ekspert rəyinin düzgünlüyünə şübhə yar adan haldır. Qeyd edilən anlaşılmazlıqların aradan qaldırılması üçün ekspert məhkəmə iclaslarına dəvət edilsə də, o, məhkəmə iclaslarına gəlməkdən yayınmışdır. Bu da, rəydə olan anlaşılmazlıq və ziddiyyətlərin aydınlaşdırılmasına imkan verməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci, Mülki Məcəllənin 11.1 və 11.2-ci və Mülki Prosessual Məcəllənin 13.4, 77.1 və 101.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
26. Qətnamədən iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasi ya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
27. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həm birinci instansiya məhkəməsi zamanı, həm də apellyasiya instansiyası məhkəməsi zamanı təyin edilmiş ekspertizaların rəylərindən göstərilən tikilinin mühafizə zonasına düşməsi və özbaşına tikilinin 2 ədəd telefon xəttinə baxış quyusuna və həmin quyunun içərisində yeraltı rabitə kanallarına maneçilik (qismən) törətməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu halları nəzərə almadan, qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasın ın Konstitusiyası.
28. Maddə
43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu.
29. Maddə
1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar mün asibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
31. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutl ara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
38. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsas landırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış v ə (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kolleguyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessu al hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və pros essual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegi yası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
51. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-96/2024 nömrəli, 26 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və