Məhkəmə qərarları › İş №2(102)-2240/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2240/2025

17.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2240/2025 17.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tikililərin sökülməsi, bağ sahəsinin təhvil verilməsi, maddi zərər, əldən çıxmış fayda və mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-122/2025 nö mrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər X10 İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə X3 Şüvəlan qəsəbəsi Bağ tikinti kooperativinin 51 nömrəli massivində bağ sahəsinin ayrılması qərara alınmışdır.

2. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatınının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativdə B/S nömrəli orderə əsasən X3 Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli, 15/558 nömrəli qərarı ilə Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 800b nömrəli bağ ayrılmışdır.

3. Bağlar Təsər rüfatının inkişafı və istismarı X1 tərəfindən ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizəyə əsasən o, həmin ərizə ilə adına Şüvəlan qəsəbəsində olan 800b nömrəli bağ sahəsini oğlu - İddiaçı adına keçirilməsinə etiraz etmədiyini qeyd etmişdir.

4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin 03 saylı orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, P2:2B B.T.B saylı qərarı ilə İddiaçı Şüvəlan bağlar sahəsində 51 saylı BTK nəzdində 0.11 ha torpaq sahəsi olan 800b nömrəli bağ ayrılmışdır.

5. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi idarəsinin xx.xx.2016-cı il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800b nömrəli bağ sahəsinin sərhədl ərinin və döngə nöqtələrinin koordinatlarının müəyyən olunması barədə İddiaçı Ağasəg oğlunun müraciətinə cavab olaraq bildirmişdir ki, göstərilən 800b nömrəli bağ sahəsi digər fiziki şəxslər tərəfindən zəbt edilərək hasarlanmış, Bakı şəhər Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən sözügedən bağ sahəsi 800b nömrəli bağın ərazisidir. Mübahisəli bağ sahəsinin istifadə edilməsində məhkəmə baxış predmetinin olmasını nəzərə alaraq, aidiyyəti üzrə müraciət etməsi məqsədəuyğun hesab etmişlər.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi idarəsinin xx.xx.2018-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 800b nömrəli bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə İddiaçı müraciətin ə cavab olaraq bildirmişdir ki, göstərilən bağ sahəsi digər fiziki şəxs tərəfindən hasarlanmış, üzərində bağ evi və həyət tikililəri mövcuddur. Mütəxəssis tərəfindən texniki baxış keçirilməsinə şərait yaradılmadığından naturada bağ sahəsinin koordinatlarını və sərhədlərini təyin etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Şüvəlan bağlar səhəsindəki 0,11 ha ərazisi olan 800 b nömrəli zəbt olunmuş bağ sahəsində tikilmiş ev və həyatyani tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəsaiti hesabına sökülməsi və bağ sahəsinin boşaldılaraq İddiaçı verilməsi, bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə bağlanan müqavilə xərci olan 350 manatın, 30 manat dövlət rüsumunun, 760 manat ödənilmiş ekspertiza xərclərinin, eləcə də məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, bağ sahəsinin zəbt olunması nəticəsində 10000 manat həcmində əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi, 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən x ahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisəli bağ sahəsi cavabdehlər tərəfindən zəbt olunmuş, orada qanunsuz ev tikmişlər. Bu iş üzrə tərəflərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 800b nömrəli bağ sahəsinin koordinatlarının müəyyən olunması barədə 2 dəfə müraciət olunmuşdur. Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2018-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, həmin bağ sahəsi fiziki şəxs tərəfindən zəbt edilərək hasarlanmış, üzərində bağ evi və həyət tikililəri inşa edilmişdir. Yalnız elektron kadastr baza məlumatlarına və sxematik xəritəyə əsasən müəyyən edilmişdir ki, zəbt olunmuş torpaq sahəsi 800b nömrəli sahədir. Torpağın zəbt olunması faktı həmin məktublarla təsdiq edilmişdir. Yaranmış vəziyyətlə bağlı iddiaçı və onun oğlu X9 dəfələrlə Cavabdeh2 ilə görüşmüş və bağ sahəsinin onlara məxsus olduğunu bildirmiş, torpaq sahəsini boşaldaraq onlara təhvil verilməsini tələb etmişlər. Lakin Cavabdeh2 bildirmişdir ki, “o buranı zəbt etmiş, bağ təsərrüfatının işçilərinə pul verib oturmuşdur burda”. Başqa sözlə rüşvətlə həmin bağ sahəsini zəbt etmiş Cavabdeh2 könüllü olaraq bağ sahəsini tərk etmək istəməmişdir. Digər tərəfdən sözügedən bağ sahəsi hazırda 0,11 ha olmaqla iddiaçının mülkiyyətindədir. Həmin ərazidə bir sot torpağın qiyməti 10000-12000 manat civarındadır. Başqa sözlə dəyəri 10000 manatla götürsək minimum 110000 manat dəyərində olan torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Torpağın zəbt olunması sə bəbindən iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mülkiyyət hüququnun tanınması üçün müraciət edə bilmir. Çünki ərazi zəbt olunubsa mübahisəli ərazi olduğundan Çıxarışın verilməsindən imtina edilir. Torpağı zəbt etməklə cavabdehlər tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Torpağın zəbt olunması nəticəsində iddiaçıya minimum 5000 manat həcmində mənəvi ziyan dəymişdir. Bundan başqa məhkəmədə iddia qaldırılması və prosesin aparılması üçün vəkillə müqavilə bağlanılmış və müqavilə xərci olaraq 350 manat ödənilmişdir. Əlavə olaraq məhkəmə işlərinin aparılması üçün əlavə xərclər də çəkiləcəkdir. Buna uyğun olaraq cavabdehlərdən 1000 manat əlavə pulun alınaraq iddiaçıya qaytarılması zəruridir. Digər tərəfdən əgər iddiaçıya məxsus bağ sahəsi zəbt olunmasa idi həmin bağ sahəsindən səmərəli istifadə oluna bilərdi. Hazırda iddiaçı həmin torpaq sahəsində heç bir əkin-biçin, yaxud tikinti işləri apara bilmir. Təkcə bir halı qeyd etmək kifayətdir ki, torpaq zəbt olunmasa iddiaçı tərəfindən həmin bağ sahəsində kiçik ölçülü evlər tikilə və ən azı kirayəyə verilə bilərdi. Bu baxımdan əldə çıxmış fayda kimi ən azı 10000 manat vəsaitin də cavabdehlərdən alınması vacibdir.

9. İddiaçının vəkili Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etməklə izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Boş torpaq sahəsi olmuş və iddiaçı daimi olaraq 2014-2015-ci il tarixədək gedib-gəlmişdir. 2015-ci ilin sonunda müəyyən etmişdir ki, cavabdehlər tərəfindən orada tikili tikilmişdir.

10. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədir yoxdur, lakin 70 ildir ki həmin torpaq sahəsində yaşayırlar. Belə ki, torpaq sahəsi 1950-ci ildə qayınatasına verilmişdir. O, öləndən sonra miras kimi qızı, onun arvadı – Cavabdeh1 qalmışdır. Qeyd etmişdir ki, onun tərəfindən iddiaçının torpaq sahəsi zəbt edilməmiş, torpaq sahəsində olan tikililər isə onlar tərəfindən inşa edilmişdir. Həmçinin izahatında bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi başqa yerdə yerləşmişdir.

11. Məhkəmə iclasında mütəxəssis X7 izahatında bildirmişdir ki, məhkəmənin sorğusuna əsasən araşdırma aparılmışdır. Lakin, 800b nömrəli bağ sahəsinə dair arxiv qovluğunda koordinatları barədə cizgisi olmadığına görə həmin bağ sahəsinin dəqiq yerləşməsi yeri barədə rəyin verilməsi mümkün olmamışdır. Belə ki, həmin torpaq sahəsi X6 və İstismarı Birliyi tərəfindən verilmiş bağ sahəsidir. Bağ qovluğundan bağların yerləşmə yerlərinə dair xəritə var, lakin həmin xəritədə bağların yerləşməsi barədə miqyasları qeyd olunmamışdır. Rəy verilən zaman ƏMDX “DƏDKR” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq şöbələri tərəfindən araşdırma aparılır və ümumi nəticə əsasında rəy verilir. Hazırkı iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin xəritəyə əsasən 800a, 800b və 800v nömrəli bağların bir hissəsinə uyğun olması müəyyən edilmişdir.

12. Məhkəmənin qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX “Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin "xxxx" MMC-nin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi nəzərə alınmaqla Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1683 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə 1 saylı Bakı Ərazi İdarəsinin xidməti məlumatına əsasən Bakı şəhəri İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.2006-cı il tarixli, 03 nömrəli orderi ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində ayrılmış 800b nömrəli 0.11 ha torpaq sahəsinin arxiv qovluğunda cizgisi olmadığından, bağ sahəsinin naturada yerini (dəqiq kordinatlarını), həmçinin cavabdehlərin istifadələrində olan bağ sahəs i ilə üst-üstə düşüb-düşməmələrini müəyyən elmək mümkün olmamışdır. Ümumi iddia olunan 1824 kv.m ərazi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 800a, 800b və 800v nömrəli bağların bir hissəsi ilə uyğun gəlmişdir. Əgər qonşu bağlara dair çıxarış verilibsə, onda həmin bağlara dair müvafiq cizgi də mövcud olmuşdur. Belə ki, bağların bir hissəsinin arxivdə cizgiləri var, digər hissələrinin isə yoxdur.

13. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin Texnik-inventarlaşdırıcısı X7 tərəfindən v erilmiş mütəxəssis rəyi nəzərə alimaqla, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/8724 nömrəli, xx.xx.2023cü il tarixli ekspert rəyi ilə 800b saylı bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddia olunan 1824 kv.m ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınmışdır. Həmin ərazidə bağ evi, köməkçi və həyət tikililəri inşa olunmuşdur. Bundan əlavə sxematik xəritəyə əsasən 800a, 800b və 800v nömrəli bağların bir hissəsinə uyğun gəlmişdir.

14. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 21.07 2 006-cı il tarixli, 03 nömrəli orderi ilə İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəzdində ayrılmış 0,11 ha torpaq sahəsi olan 800b nömrəli bağ torpaq sahəsinin bağların sxematik xəritəsinə əsasən naturada yeri müəyyən edilmiş, koordinatları rəyə əlavə edilmiş sxemdə qeyd edilmişdir. Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi 800b nömrəli bağın tam olaraq hüdudları daxilində yerləşmişdir.

15. Məhkəmənin qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü məktubuna əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800b nömrəli bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamış, iddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuş, vahid elektron kadastr baza məlumatlarına və bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsi “800b” nömrəli bağın ərazisidir. “800b” nömrəli bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst-üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmamışdır. Bu səbəblərdən mütəxəssis rəyinin verilməsi tərəflərindən mümkün olmamışdır.

16. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın aparılmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli məlumatına əsasən ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan R espublikası İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməməsi səbəbindən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

17. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-53/2023 nömrəli iş üzrə 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsində inşa edilmiş (“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililərin, eləcə də daş hasarın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsinin (“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlham Cəfərzadə).

18. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 nömrəli orderi ilə İddiaçı ayrılm ış “800b” saylı bağın ərazisidir.

19. Belə ki, iş üzrə cavabdeh tərəf iddiaçıya məxsus bağ sahəsinin başqa yerdə yerləşməsini bildirsə də iş materiallarında olan AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktublarından, həmin İdarə tərəfindən verilmiş mütəxəssis rəylərindən görünmüşdür ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsinin bir hissəsi iddiaçıya məxsus torpaq sahəsindən ibarətdir.

20. Həmçinin işin araşdırılmış hallarından müəyyən olunmuşdur ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdeh tərəfdən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunmuşdur ki, cavabdehlərin istifadələri ndə olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur.

21. Məhkəmə iş üzrə sübutları qiymətləndirərkən hesab etmişdir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götürülməlidir. Belə ki, həmin rəydən görünmüşdür ki, mübahisə predmeti olan 800b nömrəli bağ sahəsinin naturada yerinin müəyyən edilməsinə əsas olmuş sənəd bağların sxematik xəritəsi olmuşdur. Həmin rəyə zidd olan hər hansı bir sübut isə məhkəməyə təqdim edilməmişdir. Əksinə AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfin dən verilmiş mütəxəssis rəyləri həmin rəyin əsaslı olmasına dəlalət etmişdir.

22. Eyni zamanda AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəylərinin mübahisə predmeti olan 800b nömrəli bağ sahəsinin dəqiq koordinatlarının müəyyən edilməsinin mümkün olmaması hissəsində əsassız hesab etmişdir. Belə ki, AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş 800b nömrəli bağ sahəsinin əks olunduğu sxematik xəritənin surətindən görünmüşdür ki, 800b nömrəli bağ sahəsi 800a və 800v nömrəli bağ sahələrinin ortasında yerləşmişdir. 800v sahəsindən sonra 801 nömrəli bağ sahəsi gəlməklə həmin sıra 801 nömrəli bağ sahəsi ilə yekunla şmışdır.

23. Məhkəmə hesab etmişdir ki, həmin sxematik xəritədə bağ sahələrinin yerləşmə yerləri, onların ölçüləri, sıra nömrəli, başlanğıc və bitmə nöqtələri barədə hallar nəzərə alınmadan yalnız 800b nömrəli bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin edilməsinin mümkün olmaması qənaətinə gəlinməsi əsassız olmuşdur. Belə ki, qeyd olunan hallar, müvafiq sxematik xəritədə ardıcılıqla yerləşən torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi mümkünsüzlüyünü istisna edir.

24. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsində inşa edilmiş (“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməli və həmin bağ sahəsi (“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməlidir.

25. Belə ki, iş üzrə araşdırılmış bütün hallardan müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800 “b” nömrəli bağ sahəsi cavabdehlərin istifadəsindədir, həmin torpaq sahəsi qanunsuz olaraq onlar tərəfindən özbaşına tutulmuş və həmin torpaq sahəsində ev və həyətyanı tikililər, eləcə də daş hasar inşa edilmişdir. 2

6. Məhkəmə iddia tələbinin ikinci hissəsinə, yəni “bağ sahəsində tikilmiş ev və həyətyanı tikililərin cavabdehlərin vəsaiti hesabına sökülüb torpaq sahəsinin iddiaçıya verilməsi mümkün olmadıqda 110000 manat maddi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya verilməsi müəyyən olunduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir.

27. Bundan başqa məhkəmə, iddia tələbinin “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun, bağ sahəsinin zəbt olunması nəticəsində 10000 manat həcmində əldən çıxmış faydanın və 5000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” hissələrini əsassız hesab e tmişdir. Belə ki, “məhkəmə işlərinin aparılması üçün əlavə çəkiləcək xərclərin dəyəri kimi 1000 manat pulun” cavabdehlərdən tələb olunsa da həmin xərclərin nədən ibarət olması, hansı əsaslarla cavabdehdən tələb olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin bağ sahəsinin zəbt olunması nəticəsində əldən çıxmış fayda kimi 10000 manat vəsaitinin cavabdehlərdən tələb olunsa da iddiaçı tərəfindən həmin bağ sahəsində hər hansı bir fayda əldə edilməsi üçün işlərin aparılması niyyətində olmasına, bu halla bağlı cəhdlərin edilməsinə və həmin cəhdlərə cavabdehlər tərəfindən maneçilik törədilməsinə, eyni zamanda həmin bağ sahəsindən bəhrələnməklə cavabdehlər tərəfindən gəlir əldə edilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

28. İddiaçı, iddia ərizəsi ndə torpağın zəbt olunması nəticəsində ona minimum 5000 manat həcmində mənəvi ziyan dəydiyini bildirsə də bu barədə də hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi zərər dəyməsi hissəsində də əsassızdır.

29. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 152, 157, 180-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 68, 111-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 99.2, 101.7, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Ap ellyasiya instansiyası məhkəməsindəki icraat

30. Cavabdehlər birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia tələbi araşdırılan zaman təqdim edilmiş 6 mütəxəssis rəyi və məktubları əsaslı hesab edilməmiş, iddianın təmin edilməsi üçün yalnız iddiaçın məhkəməyə təqdim etdiyi özəl mərkəz olan “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsas götülmüşdür. Birinci instansiya məhkəməsi təqdim edilmiş mütəxəssis rəylərini hətta tədqiqat aparmış mütəxəssisin məhkəməyə verdiyi eyni məzmunlu izahatları hansı əsasla qəbul etmə diyini əsaslandırmamış və hesab etmişdir ki, 350 manat xidmət haqqı almış MMC-nin rəyi düzgün və əsaslı olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 1 saylı Ərazi İdarəsinin məktubundan da görünmüşdür ki, arxiv qovluğunda movcud olan sənədlərə əsasən Şüvəlan qəsəbəsində yerləşən 0,45 ha torpaq sahəsi olan 345a/1023 nömrəli bağ sahəsinə dair X5 xx.xx.1954-cü il tarixdə bağlanmış müqavilədə bağın nömrəsi “420” kimi qeyd edilmişdir. Arxiv qovluğunda saxlanılan xx.xx.1963-cü il tarixli aktla Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli, 33/1218 nömrəli qərarına əsasən bağın sahəsi 0,025 ha müəyyən edilmişdir. Belə ki, xx.xx.1967-ci il tarixdə bağlanmış müqavilədə bağın nömrəsi 420, sahəsi 0,25 ha qeyd edilmişdir. Daha sonra xx.xx.1974-cü il tarixdə tərtib edilmiş aktla bağın yeni nömrəsi 799 olmuşdur. Əzizbəyov Rayon Xalq Məhkəməsinin 2292 nömrəli, xx.xx.1984-cü il tarixli qərarı ilə Bağlar Təsərrüfat İdarəsinin X5 və ailə üzvlərinin bağdan köçürülməsi, həmin bağın alınması tələbi təmin edilmiş və bağ sahəsi bağların boş balansına verilmişdir. Sonradan Əzizbəyov Rayon Məhkəməsinin 2-379 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı ilə 799 nömrəli bağ sahəsinə dair X5 ilə yenidən müqavilə bağlanması qərara alınmışdır. Şüvəlan qəsəbəsi, 799 nömrəli bağ sahəsi xx.xx.1989-cu il və xx.xx.2000-ci il tarixli müqavilələr 2479 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilə əsasında xx.xx.2018-ci il tarixdə X2, yəni Cavabdeh1 atasının adına dövlət reyestrində qeydiyyata alınmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haq qında şəhadətnamə əsasında özgəninkiləşdirilmişdir. Bağ sahəsinin cavabdehlərin sahibliyində istifadəsində olmasına dair kifayət qədər dəlillərin rəsmi sənədlərin olmasına baxmayaraq, məhkəmə yalnız yeganə xidmət haqqı qarşılığında sifarişçinin istəyini əks etdirilən rəyə əsaslanmaqla belə bir nəticəyə gəlmişdir. İddia olunan bağ sahəsi 800b nömrəlidir, cavabdehlərə məxsus bağ sahəsi isə 799 nömrəli bağ sahəsidir. Sıralama nəzərə alınsa təbii ki, 799-dan sonra 800, 800a gəlir. Bağ sahəsi 1953-cü ildə cavabdehlərin valideyinlərinin sahibliyində istifadəsində olmuş və rəsmiləşdirilmişdir. İddiaçı heç bir zaman ona verilsə də bağ sahəsinə sahiblik etməmiş, həmin bağların yerləşdiyi ərazidə yolların çəkilməsi, kommunikasiya xətlərinin qaz, su, işıq və s. qurulmuşdur. Bütün göstərilənlər əhalin in yaşayışının yaxşılaşdırılması istiqamətində dövlət proqramı əsasında həyata keçirilmişdir. Məhkəmə işin faktiki hallarına düzgün qiymət vermədən maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Qətnamədə istinad edilən maddi hüquq norması ilə yekun nəticə ziddiyyət təşkil etmişdir.

32. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə mübahisəli ərazinin tərəflərin və Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinəsi aparılmışdır. Müəyyən olunmuşdur ki, cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi 0,1824 ha təşkil etmişdir. Həmin sahəyə cavabdehlərin hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Cavabdehlərin dediklə rinə görə həmin torpaq sahəsi 70 ildən çoxdur ki, onların ailələrinin istifadəsində olmuşdur. İş materiallarına əlavə olunmuş sxematik xəritəyə görə və mübahisə olunan torpağın müayinəsi zamanı müəyyən olunmuşdur ki, sxematik xəritədə öz əksini tapmış 799 və 800 nömrəli bağ sahələri mübahisəli torpaq sahəsi ilə hasar qonşuluğunda yerləşmişdir. Yəni mübahisəli torpaq sxematik xəritəyə görə 800a, 800б, 800в sahəsində yerləşmişdir. 799 nömrəli bağ sahəsi əvvəllər Cavabdeh1 atasına məxsus olmuş, hazırda həmin sahə cavabdehin qohumlarının mülkiyyətindədir. İddiaçı iddia edir ki, sxematik xəritəyə görə onun torpaq sahəsi 800“б” torpaq sahəsidir. Cavabdehlər isə bildirirlər ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onların istifadəsində olan torpaqla üst-üstə düşmür. Mübahisəli torpaq sahəsinin üzərində cavabdehlər tərəfindən ev və digər tikililər inşa edilmişdir.

33. Məhkəmənin qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən torpaq sahəsinin arxiv cizgisi olmadığından torpaq sahəsinin dəqiq koordinatlarının təyin etmək mümkün olmamışdır. Bu səbəbdən mütəxəssis rəyinin verilməsi tərəflərindən mümkün olmamışdır.

34. Məhkəmənin qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla, Məhkəmə Ekspertizası Mərkəzinin 10/7012 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800b nömrəli bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. İddia olunan ərazi digər fiziki şəxslər tərəfindən ümumi hasara alınaraq üzərində bağ evi və köməkçi tikililər inşa olunmuşdur. Sözügedən ümumi ərazi faktiki olaraq 0.1839 ha təşkil etmişdir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən “800b” nömrəli bağ sahəsi iddia olunan ərazi daxilində yerləşmişdir. “800b” nömrəli bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst-üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmamı şdır. Həmçinin, qərardadda qeyd olunan 800v nömrəli bağ sahəsinə dair arxivdə məlumat aşkar olunmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Sözügedən bağ sahələrinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından qərardadda qeyd olunan sualların cavablandırılması mümkün olmamışdır. İddiaçı sözügedən 0.1839 ha ümumi mübahisəli ərazinin cavabdehlərin bağ evi yerləşməyən şimal tərəfdəki hissəsində 0.11 ha torpaq sahəsinin qeydiyyata alınmasına razı olduğunu şifahi olaraq bildirmişdir. Həmin 0.11 ha torpaq sahəsinin cənub-şərq tinində 3.0 metr enində yola çıxışı var. Sahənin üzərində cavabdehlər tərəfindən inşa olunmuş köməkçi tikililər mövcuddur. Ümumi mübahisəli ərazinin yerdə qalan 0.0739 ha torpaq sahəsində cənub tərəfdən yola çıxışı mövcuddur. Sahə üzərində yaşayış evi, köməkçi tikili və natamam tikilinin az bir hissəsi yerləşmişdir. Yuxarıda qeyd olunan 0.1839 ha olan ümumi ərazinin, iddiaçının qeydiyyata alınmasına razı olduğu 0.11 ha torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı baş plan rəyə əlavə olunmuşdur.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Sabit Bəhrəmzadə) 2(103)-122/2025 nömrəli mülki iş üzrə 7 aprel 2025-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800b nömrəli bağ sahəsində inşa edilmiş (“X12 və Ekspertiza Mərk əzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində inşa edilmiş) ev və həyətyanı tikililər, eləcə də daş hasar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsi (“X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə cizgisində olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağlar sahəsində yerləşən 0.11 ha ərazisi olan 800б (kiril) (800b - latın) nömrəli bağ sahəsində inşa edilmiş (AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İd arəsinin xx.xx.2025-ci il tarixli, 3-213-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş izahlı baş planda olan koordinatlar daxilində inşa edilmiş) tikililərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və həmin bağ sahəsinin (AR İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/2-4956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş izahlı baş planda olan koordinatlar daxilində yerləşən torpaq sahəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi (qətnamənin əaslandırıcı hissəsində təsvir edilmiş izahlı baş planda göstərilənlərə uyğun olaraq), qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırda cavabdehlər iddiaçının iddia etdiyi torpaq sahəsinin onların istifadəsində olan torpaqla üstüstə düşməməsini bildirsələr də, iş materialları ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdehlərin istifadələrində olan torpaq sahəsinin bir hissəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı ayrılmış 800b (latın) nömrəli bağın ərazisidir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritədə (i.v 172) qeyd edilən 800б (kiril əlifbası) ilə bağ sahəs i, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin tarixsiz orderində göstərilən 800б (kiril əlifbası) ilə eyni bağ sahələridir.

38. Həmçinin kollegiya hesab etmişdir ki, məhz cavabdehlərin istifadəsində olan torpaq sahələrinin bir hissəsi Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə əsasən İddiaçı verilən bağ sahəsi 800b (latın əlifbası ilə) göstərilmişdir.

39. Kollegiya qeyd etməyi zəruri saymışdır ki, Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritəyə əsasən 800в (kiril əlifbası ilə) bağ sahəsi hazırkı mübahisənin predmetinə aid sahə olmamışdır. Eləcə də müəyyən edilmişdir ki, 799, 800, 801 və 800a sahələrinin müəyyənedici sənədləri olmaqla digər vətəndaşların mülkiyyətindədirlər (İİ cild, i.v. 50-137). Cavabdeh tərəf isə apellyasiya şikayətində əsassız olaraq 799 nömrəli bağ sahəsinin onlara məxsusluğunu göstərmişdir. Halbuki, kollegiya tərəfindən yerində müayinə keçirilən zaman cavabdehlər 799 nömrəli göstərilən bağın qohumlarına aid olmasını bildirmişlər.

40. Kollegiya həmçinin qeyd etmişdir ki, sonuncu rəydə təqdim edilmiş 800b nömrəli bağ sahəsinin sxematik planı ilə Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin birinci instansiyası məhkəməsinə təqdim edilmiş sxematik xəritəsi uyğunluq təşkil etmişdir.

41. İş üzrə c avabdehlərin istifadələrində olan torpaq sahəsinə dair hər hansı bir hüquqi nəticəyə səbəb olan sənədləri mövcud deyil. Bu halla bağlı cavabdehlər tərəfindən hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Bununla da müəyyən olunmuşdur ki, cavabdehlərin istifadələrində olan torpaq sahəsi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrindən ibarətdir və torpaq sahəsində bağ evi və köməkçi tikililər inşa olunmuşdur.

42. Bununla belə birinci instansiya məhkəməsinin iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə yerinə (koordinatlarına) dair sübut kimi “X12 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinin əsas götürülməsi barədə gəldiyi nəticə düzgün olmamışdır.

43. Eyni zamanda apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən xx.x x.2024-cü il tarixdə mübahisəli ərazinin tərəflərin və 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə yerində müayinəsi aparılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi sxematik xəritəyə görə 800a, 800б, 800в sahəsində yerləşməsi yerli müayinə zamanı öz təsdiqini tapsa da, araşdırma zamanı müəyyən edilmişdir ki, 800a (kiril) sahəsinin öz mülkiyyyətçisi var. Hazırda cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi sxematik xəritəyə görə 800б, 800в sahəsində yerləşmişdir.

44. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllində Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-cü il tarixli, 3-21-3-30/24956/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş qeyd olunan 0.1839 ha olan ümumi ərazinin, iddiaçının qeydiyyata alınmasına razı olduğu 0.11 ha torpaq sahəsinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı baş plana istinad edilməlidir.

45. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7, 152.1, 157.2, 180.1-180.3cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 68, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

46. Cavabdehlər (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “07”aprel 2025-cü il tarixli, 2(103)- 122/2025 nömrəli qətnaməsinin iddianın cavabdehlərə qarşı təmin olunan hissədə ləğv edilməsini və işi həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər.

47. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi “07” aprel 2025-cü il tarixli, 2(103)-122/2025 nömrəli qətnaməsində nəinki Konstitusiyasının 13,29,125-ci maddələrinə, ümumiyyətlə əmlaka dair mülkiyyət hüququnun əldə edilməsi, qorunması ilə bağlı hər hansı qanunvericilik aktına əsaslanmamış, yalnız Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 15/558 saylı qərarına, Bakı şəhər İcra Hakimiyyəti Aparatının Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyinin xx.xx.2006-cı il tarixli 03 saylı orderinə və mənbəyi bəlli olmayan sxematik təsvirə əsaslanmaqla müvafiq maddi hüquq normalarını tətbiq etməmişdir.

48. Bakı Apellyasiya Məhkəməsinin qətnam əsindən göründüyü kimi, məhkəmə həqiqətin müəyyən edilməsi üçün istinad etməli olduğu qanunvericiliyi tətbiq etməmiş, nəticədə maddi hüquq normasını pozmuşdur.

49. Cavabdehlər (və cavabdeh olan Cavabdeh2 valideynləri) mübahisəli torpaq sahəsinə 60 ildən artıqdır ki fasiləsiz və etirazsız sahiblik edirlər. Buna əsas sübut kimi onu göstərmək olar ki, iddiaçının atası 1990-cı ildə torpağı əldə etmişdirsə, 2014-cü ilədək cavabdehlərə qarşı hər hansı etirazı olmamışdır. Bunun sadə səbəbi var – iddiaçı heç vaxt mübahisəli torpağı istifadə etməmişdir, həmin torpağın naturada harada yerləşdiyindən belə xəbərsiz imiş. Bu maddənin qüvvəsi geriyə şamil olunarkən hər hansı mülki hüquq subyekti üçün neqativ nəticə doğurmur. Çünki bu maddədə əmlakın heç bir şəxsə mənsub olmaması ilk şərt kimi göstərilmi şdir (“178.6....daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlak...”). Əgər həmin maddədə nəzərdə tutulan daşınmaz əmlaka birdən artıq şəxs iddia edərsə (birgə faktik sahiblər), onun qüvvəsinin geriyə şamil olunması həmin əmlaka 30 il ərzində fasiləsizvə etirazsız sahiblik etmiş bütün iddiaçılar üçün bərabər nəticələr doğurur. Digər sözlə, maddənin hüquqi qüvvəsinin geriyə şamil olunması hər hansı şəxsin reallıqda mövcud olan hüquqlarının məhdudlaşmasına yaxud onun mövcud vəziyyətinin pisləşməsinə səbəb olmadığından həmin maddənin hüquqi qüvvəsinin geri şamil olunduğuna dəlalət edir.

50. Göründüyü kimi,məhkəmə bu Mülki Məcəllənin 179.3-cü maddəsini tətbiq etməmiş, cavadehlərin müdafiə olunmaq hüquqlarını təmin etməmişdir. Bakı Apellyasiya məhkəməsi tətbiq edilməli olan m addi hüquq normalarını tətbiq etməmiş, torpaq sahəsi faktiki olaraq 60 ildən artıq müddətdə fasiləsiz və etirazsız cavadehlərin faktiki sahibliyində ola-ola hansısa sxematik çizgiləri əsas gətirmiş, bununla da əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

51. Bakı Apellyasiya Məhkəməsi prosessual hüquq normalarına zidd olaraq, iddiaçının atasının torpaq sahəsi ilə 1990-cı ildə bağlı yaranan hüquq münasibətlərinə yarandığı zaman qüvvədə olan Azərbaycan SSR-nin Torpaq Məcəlləsinin maddi hüquq normalarına istinad etməmişdir. Belə ki, həmin zaman qüvvədə olan Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən, vətəndaşa verilən torpaq sahəsindən dalbadal 2 il istifadə olunmadıqda və ya ondan müəyyən edilən məqsədə müvafiq surətdə istifadə edilmədikdə, torpaq sahəsindən istifadə hüququna xitam verilə b ilər. 1990-cı ildən 2014-cü ilədək (inzibati məhkəmədə iddia qaldırılanadək) iddiaçının iddia etdiyi torpaqda bir metrə belə hasarın tikməməsi, həmin torpağın harada yerləşdiyini bilməyən adamın hansı mülkiyyət hüquqlarının mövcud olmasını müəyyən etmək əvəzinə məhkəmə yalnız onunla kifayətlənmişdir ki, sxematik cizgilərdə 800 “b” nömrəli bağ sahəsi 799 nömrəli bağ sahəsinə bitişikdir, və həmin torpaq sahəsi 799 nömrəli bağ sahəsinə bitişik üç torpaq sahəsinin (800 a, 800 b, 800 v) biridir. Məhkəmə qətnamədə 800 “a” nömrəli bağ evinin xüsusi mülkiyyətdə olduğunu qeyd etsə də, həmin torpağın faktiki harada yerləşdiyini araşdırmamışdır. Faktiki vəziyyətdə 800 “a” nömrəli bağ evi 799 nömrəli bağ evindən üç ev aralıda yerləşir. Bütün bunlar belə deməyə əsas verir ki, Bakı Apellyasiya məhkəməsi, prosessual hüquq normalarına zidd olaraq, torpaq sahəsinin faktiki harda yerləşdiyini, həmin torpaq sahəsinə illərdir ki, kimin sahiblik etdiyini sübut edən sübutları qiymətləndirməmiş, iş üçün əhəmiyyətli olan halları müəyyən etməməklə prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə qəbul etdiyi qətnamədə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına tam istinad etmədiyindən MPM 217.2-ci maddəilə müəyyən olunan prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

52. Bakı Apellyasiya Məhkəməsi Ali Məhkəmənin Plenum Qərarına zidd olaraq öz qətnaməsinə iş üzrə vacib olan məsələlərə aydınlıq gətirməmiş, iş üzrə məhkəmə tərəfindən müəyyən edilən faktlardan irəli gələn qət i nəticə qətnamədə şərh edilməmiş, və qətnamədə göstərilən hallar işin materiallarına uyğun olmamışdır.

53. Cavabdehlər şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 125ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 179-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 218-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

54. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

55. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

56. Maddə 29 (hissə İİ). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasını n Mülki Məcəlləsi

57. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

58. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ dur.

59. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

60. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

61. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

62. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

63. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla ti kilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

64. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

65. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

66. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

67. Maddə 66. 1(birinci cümlə). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

68. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

69. Maddə 111.

1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zə bt edilməsi) qanunla qadağan olunur.

2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

70. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata ke çməsinə kömək göstərir.

71. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

74. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiy yətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırkı kassasiya şikayətinə əsasən, işin halları da nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir.

82. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, aşağı instansiya məhkəmələri hər bir halda iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdırlar.Hazırki iş üzrə iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 fevral 2017-ci il tarixli qərardadına əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17 fevral 2017-ci il tarixli2-1(82)-216/ 2016 saylı qərarı ləğv edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə plan-ölçünün tərtib edilməkl ə həmin sahənin dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardada əsasən məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf ona ayrıldığı göstərilən bağ sahəsinin hazırda faktiki olaraq 0, 05 ha torpaq sahəsi təşkil etdiyini, qalan torpaq sahəsinin kim tərəfindən zəbt olunduğunun dəqiq müəyyən olunmadığını, ona verilən 0, 11 ha torpaq sahəsinin naturada mövcud olmadığını bildirmişdir.Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin artıq naturada tam olaraq mövcud olmaması, bağ sahəsinin bir hissəsinin başqa şəxslərin istifadəsində olması, başqa şəxslərin adına rəsmiləşdirilməsi müəyyən olunduğundan hazırkı halda cavabdehin verd iyi imtina onun hüquqlarının pozulması kimi qəbul edilmə bilməz.

83. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 fevral 2017-ci il tarixli qərardadı ilə ləğv edilmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 17 fevral 2017-ci il tarixli 2-1(82)-216/ 2016 saylı qərarından məlum olur ki, həmin işə baxılarkən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Bakı Ərazi İdarəsi iddiaya etiraz verərək qeyd etmişdir ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvana baxış keçirərkən məlum olmuşdur ki, bağın nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bakı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən bağ sahəsi digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir.

84. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri məhz yuxarıda göstərilənləri nəzərə almaqla iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasını, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 14 fevral 2017-ci il tarixli qərardadında qeyd edilmiş, iddiaçının izahatında göstərdiyi 0, 05 ha torpaq sahəsinin harada yerləşdiyini və bunun hazırkı iş üzrə münahisənin həllinə təsirini araşdırıb hüquqi qiymətləndirmə aparmalı olduqları halda belə araşdırma və hüquqi qiymətləndirmə aparmamışlar.

85. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

86. Apellyasiya məhkəməsi müvafiq nəticəyə gələrkən Azərbaycan Respublikası İN yanında ƏMDX “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla, Məhkəmə Ekspertizası Mərkəzinin 10/7012 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyində qeyd edilən, iddiaçının sözügedən 0.1839 ha ümumi mübahisəli ərazinin cavabdehlərin bağ evi yerləşməyən şimal tərəfdəki hissəsində 0.11 ha torpaq sahəsinin qeydiyyata alınmasına razı olduğunu şifahi olaraq bildirdiyi torpaq sahəsinə dair hissədə iddianı təmin etmişdir. Göründüyü kimi torpaq sahəsinin koordinatları, sərhədləri təsdiqedici sənədlər əsasında deyil, iddiaçının istəyinə əsasən müəyyənləşdirilmişdir.

87. Halbuki göstər ilən rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 800b nömrəli bağ sahəsinin arxiv qovluğunda cizgisi olmadığından bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. “800b” nömrəli bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmadığından üst-üstə düşmənin, ümumi hasar daxilində hansı hissədə və ölçüdə olduğunu təyin etmək mümkün olmamışdır.

88. Digər tərəfdən cavabdehlər torpaq sahəsinin Cavabdeh1 atasından Cavabdeh1 qaldığını, iddiaçının torpaq sahəsi zəbt edilmədiyini, torpaq sahəsində olan tikililərin isə onlar tərəfindən inşa edildiyini, iddiaçıya məxsus torpaq sahəsinin başqa yerdə yerləşdiyini bildirmişlər.

89. İş materialları ilə də təsdiq edilir ki, 799 nömrəli torpaq sahəsi əvvəlcə Cavabdeh1 atasına ayrılmışdır. Mübahisənin həll i məqsədilə 799 nömrəli torpaq sahəsinin sərhədləri (torpaq sahəsi Cavabdeh1 atasına ayrıldığı vaxta uyğun) müəyyənləşdirilməklə həmin torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin sərhədləri ilə üst-üstə düşüb düşmədiyi məhkəmələr tərəfindən, o cümlədən apellyasiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılıb hüquqi qiymət verilməmişdir.Belə araşdırma həmçinin, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir.

90. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbinə zidd olaraq işin araşdırılmayan hallarının apellyasiya məhkəməsi tərəfindən araşdırılması istisna edilmir.

91. Apellyasiya məhkəməsinin mövqeyindən məlum olur ki, sxematik cizgilərdə 80 0 “b” nömrəli bağ sahəsi 799 nömrəli bağ sahəsinə bitişikdir və həmin torpaq sahəsi 799 nömrəli bağ sahəsinə bitişik üç torpaq sahəsinin (800 a, 800 b, 800 v) biridir. 800a (kiril) sahəsinin öz mülkiyyyətçisi var. Hazırda cavabdehlərin istifadəsində olan mübahisəli torpaq sahəsi sxematik xəritəyə görə 800б, 800в sahəsində yerləşmişdir.

92. Cavabdehlərin mövqeyinə görə iddiaçının torpaq sahəsi başqa ərazidə yerləşir.Məhkəmə qətnamədə 800 “a” nömrəli bağ evinin xüsusi mülkiyyətdə olduğunu qeyd etsə də, həmin torpağın faktiki harada yerləşdiyini araşdırmamışdır. Faktiki vəziyyətdə 800 “a” nömrəli bağ evi 799 nömrəli bağ evindən üç ev aralıda yerləşir.

93. Məhkəmələr tərəfindən mübahisənin həlli məqsədilə hazırda faktiki olaraq 800 “a” nömrəli torpaq sahəsinin 799 nömrəli torpaq sahəsi ilə q onşuluqda yerləşibyerləşməməsini (sxematik xəritəyə görə 800 b nömrəli torpaq sahəsinin də 800 a nömrəli torpaq sahəsinin qonşuluğunda yerlədiyi üçün yerini müəyyənləşdirmək məqsədilə) araşdırıb bu istiqamətdə hüquqi qiymətləndirmə aparılmamışdır.

94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən araşdırma və hüquqi qiymətləndirmə aparılması ilə əlaqədar mülki prosessual hüquq normalarının tələbləri yuxarıda göstərilən qaydada pozulmuş, bu isə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Həmçinin, prosessual hüquq normalarının belə pozuntusu maddi hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə də gəlməyə imkan vermir.

95. Məhkəmə kollegiyası onu da qeyd edir ki, yuxarıda qeyd edilən istiqamətlərdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə apa rılmadan qanuni və əsaslı nəticəyə gəlmək mümkün deyil.

96. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

97. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

98. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

99. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cüm lədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

100. Ona görə də kassasiya şikayəti təmin edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2025-ci il tarixli 2(103)- 122/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanalar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

101. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2025-ci il tarixli 2(103)122/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar