Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2243/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və X4 cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Müdafiə N azirliyi və X4 cəlb edilməklə) “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1714/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.1995-ci il tarixli, 12 nömrəli orderə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi, 2 ünvanında yerləşən 10 saylı mənzil X12 (hazırkı iş üzrə iddiaçının atası) verilmişdir. Ailə tərkibi onun özü, həyat yoldaşı X8, oğulları İddiaçı və Sənan Əmirov olmaqla 4 nəfərdən ibarət olmuşdur.
2. X14 xx.xx.2010-cu il tarixdə, X8 xx.xx.2010-cu il tarixdə vəfat etmişlər. 3. 2011-ci ildə Nuru Əmirov ilə X2 nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra Sədaqət Mürsəliyevanın soyadı Əmirovaya dəyişdirilmişdir.
4. Nuru Əmirov xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil-İstismar hissəsinin xx.xx.2022-ci il tarixli, 1928 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, hərbi şəhərcik, ev 2, 10 saylı mənzildə vətəndaş Sədaqət Əmirova qeydiyyatdadır və həmin mənzil sonuncu tərəfindən N nömrəli hərbi hissəyə təhvil verilməmişdir. Həmin mənzildə vətəndaş Sədaqət Əmirova qohumu olaraq göstərdiyi Cavabdeh1nin ailəsi ilə birgə yaşadığını bildirmişdir. Qeyd olunan mənzil Müdafiə Nazirliyinin ba lansında olması səbəbi ilə və Müdafiə Nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarının 1.13-cü bəndinə əsasən heç bir halda mülki vətəndaşa verilə bilməz.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin xx.xx.2022-ci il tarixli, 298 saylı məktubunda göstərilmişdir ki, Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı mərhum atası Nuru Əmirovun adına verilmiş xx.xx.1995-ci il tarixli 12 nömrəli xidməti orderə əsasən İddiaçı həmin mənzildə yaşamaq hüququ vardır.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 7028 saylı arayışa əsasən, Cavabdeh1 Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır.
8. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarix li cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarın dəyişdirilmədən saxlanılması barədə qərarından məlum olur ki, şikayətçi İddiaçı Cavabdeh1 N nömrəli hərbi hissənin komandiri polkovnik Ceyhun Bağırova və Mənzil istismar xidmətinin rəisi Elmar Rüstəmova rüşvət verdiyini bildirmişdir. İddiaçı təqdim etdiyi 2 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh1 Nuranə Əmirova ilə danışıqları zamanı Sədaqət Əmirovaya təmir pulu verdiyini, mənzilin sənədi hazır olduqdan sonra hərbi hissəyə pul verəcəyini bildirmişdir. Cavabdeh1 öz izahatında göstərmişdir ki, qohumu Sədaqət Əmirovanın xahişi ilə ailə üzvləri ilə birgə onunla yaşamağa başlamışdır, Nuranə Əmirovanın onları narahat etməməsi üçün başından etmək məqsədilə yalan məlumat verərək Sədaqət Əmirovaya təmi r pulu verdiyini, mənzilin sənədi hazır olduqdan sonra hərbi hissəyə pul verəcəyini bildirmişdir. Lakin qeyd olunan mənzildə yaşaması üçün hər hansı şəxsə pul və ya rüşvət verməmiş, həmin evdə yaşamaları üçün hərbi hissədən onlara hər hansı sənəd verilməmişdir. Sədaqət Əmirova tək qalmağa qorxduğu üçün həmin mənzildə qohumu Cavabdeh1 ailəsi ilə birlikdə onunla yaşamasını xahiş etmiş və bununla bağlı onlara icazə verilməsinə dair xx.xx.2022-ci il tarixdə hərbi hissə komandanlığına ərizə yazmış, iş çoxluğundan xx.xx.2022-ci il tarixdə göndərmişdir. Lakin N nömrəli hərbi hissə komandanlığı tərəfindən hər hansı icazə və ya razılıq verilməmişdir. Həmçinin N nömrəli hərbi hissənin komandiri polkovnik Ceyhun Bağırov izahatında göstərmişdir ki, Cavabdeh1 həmin mənzildə yaşaması müqabilində hər h ansı şəxsdən pul istəməmiş və ya almamışdır. Həmçinin Cavabdeh1 ailəsi ilə birlikdə həmin ünvanda yaşamasına komandanlıq tərəfindən hər hansı icazə və ya razılıq verilməmişdir. Mənzil istismar xidmətinin rəisi Elmar Rüstəmov izahatında göstərmişdir ki, Səngəçal hərbi şəhərciyində giriş-çıxış üçün hər hansı məhdudiyyət yoxdur xx.xx.2009-cu il tarixli çıxarışa əsasən iddiaçının Bakı şəhəri Qaradağ rayonu Səngəçəl qəsəbəsi, Zavod küçəsi, bina 1, 27 nömrəli mənzil tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmışdır. Həmin qərara əsasən hərbi hissənin komandanlığı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sözügedən ünvanda məskunlaşmış Cavabdeh1 mənzildən çıxması üçün xəbərdarlıq edilsə də, sonuncu mənzili təhvil verməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli arayışa əsasən Cavabdeh1 həmin mənzildən çıxarılması xx.xx.2022-ci ildə Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi verilmiş, xx.xx.2022-ci il tarixdə isə Qaradağ Rayon Polis İdarəsinə müraciət edilmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2966/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə iddiaçı X6 Cavabdeh1 qarşı mənzil sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardada əsasən iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən verilmişdir.
10. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1105/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı yaşayış s ahəsinin sosial kirayə müqaviləsinin cavabdehin köçdüyü gündən ləğv edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmənin qənaəti ondan ibarə olmuşdur ki, cavabdeh xidməti yaşayış sahəsi (Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi 2, 10 saylı mənzil) verilmiş ölmüş işçinin ailə üzvüdür və bu səbəbdən mənzil qanunvericiliyinin tələblərinə əsasən, xidməti yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməzlər. Cavabdehin daimi əsaslarla başqa ünvana köçərək mübahisəli yaşayış sahəsindən könüllü imtina etməsini təsdiq edən mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdehlər və ya ad, soyadı) qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər və ailə üzvləri X7, X3 əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçının atası Nuru Əmirov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Bakı şə həri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissəsində zabit kimi xidmət etdiyinə görə 1995-ci ildə ünvan 3 ünvanında yerləşən 3 otaqlı mənzil xx.xx.1995-ci il tarixli, 12 saylı order əsasında ona verilmişdir. İddiaçı 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə həmin orderdə göstərilməklə və həmin ünvanda qeydiyyata alınmaqla mənzildə yaşamağa başlamışlar. xx.xx.2010-cu il tarixdə həmin mənzildə həyat yoldaşı və 3 azyaşlı uşağı ilə yaşayan iddiaçının qardaşı Sənan Əmirov, xx.xx.2010-cu il tarixdə isə iddiaçının anası rəhmətə getmişdir. 2011-ci ilin sentyabr ayında atası Nuru X1 ilə rəsmi nikaha girərək ikinci dəfə ailə həyatı qurmuş və Sədaqət Əmirova da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə qeydiyyata düşməklə onlarla birlikdə yaşamağa başlamışdır. xx.xx.2021-ci il tarixdə iddiaçının atası Nuru Əmirov vəfat etmiş və vəfat etməsinə baxmayaraq Sədaqət Əmirova iddiaçı ilə birlikdə yaşamağa davam etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı əmək fəaliyyəti ilə əlaqədar olaraq Xaçmaz rayonunda olarkən, N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun şəxsi təşəbbüsü ilə mənzil qeyri-qanuni olaraq 4 nəfərdən ibarət ailə tərkibi olan Cavabdeh1na verilmişdir. İddiaçı Xaçmazdan qayıtdıqdan sonra həmin mənzilə gedərkən Cavabdeh1 onu həmin mənzilə buraxmamış, iddiaçı və mərhum qardaşının ailəsinə məxsus olan əşyaları həmin mənzildən çıxarmasını tələb etmişdir. Daha sonra, bununla bağlı iddiaçı Sədaqətə müraciət etmiş və Sədaqət həmin mənzili cavabdehlərə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovun verdiyini bildirmişdir. N saylı hərbi hissənin komandiri Ceyhun Bağırov isə həmin şəxsləri Sədaqət Əmirova öz qohumu kimi təqdim etdiyini və tək qalmamaq üçün mənzili cavabdehlərə onun verdiyini bildirmişdir. İddiaçı dəfələrlə N saylı hərbi hissənin komandiri Ceyhun Bağırovla, Sədaqət Əmirova ilə söhbətlər aparsa da, heç bir nəticə əldə etmək mümkün olmamış, onlar həmin qanunsuz əməllərini bir-birinin üzərinə atmaqla özlərinin günahsız olduqlarını bildirmişlər. Mübahisəli mənzil Müdafiə Nazirliyinin balansındadır, həmin şəhərciyə icazəsiz daxil olmaq mümkün deyildir. Hərbi hissənin komandirinin icazəsi olmadan mülki şəxs ora daxil ola bilməz. Ərizələr və sorğular əsasında iddiaçıya həmin mənzildə yaşamaq hüququnun olduğu barədə arayışlar verilmiş, lakin cavabdehlər onu mənzilə buraxmamışlar. Ceyhun Bağırov, Sədaqət Əmirovanın və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində 5 nəfərdən ibarət olan iddiaçının ailə üzvləri və 4 nəfərdən ibarət olan mərhum qardaşının ailə üzvləri küçədə qalmışdır. Sədaqət Əmirova mübahisəli mənzildə yaşamır, onun mənzildə tək qalması və cavabdehləri ora gətirməsi tamamilə yalandır. Həmin şəxs Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21-də yaşayır. Qeyd olunan mənzil isə iddiaçının atası tərəfindən Sədaqət Əmirovanın adına alınmış, sonradan Sədaqət Əmirova həmin mənzili öz bacısına bağışlamışdır. O, cavabdehləri əvvəl qohumu kimi, sonradan tanışı kimi təqdim etmiş, həqiqəti gizlədərək iddiaçının cavabdehlər tərəfindən qanuni yaşayış yerindən məhrum edilməsinə şərait yaratmışdır.
13. Məhkəmənin xx.xx.2023-cü il tarix li qərardadı ilə Sədaqət Əmirova iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
14. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, əvvəllər məcburi köçkün kimi həmin Hərbi şəhərcikdə ev 4, mənzil 6 ünvanında müvəqqəti məskunlaşmışdır. 2006-cı ildən qeyd olunan ünvandan çıxaraq kirayə yaşamağa başlamışdır. Sədaqət Əmirova ilə heç bir qohumluğu yoxdur, sadəcə tanışlıq münasibətləri var. Belə ki, həmin Hərbi şəhərcikdə ev 2, 10 saylı mübahisəli mənzildə həyat yoldaşı Cavabdeh2, iki yetkinlik yaşına çatmayan uşaqları və Sədaqət xanımla 2022-ci ildən birlikdə yaşayır, onları Sədaqət xanım müvəqqəti olaraq qonaq kimi həmin mənzilə özü yerləşdirmişdir. Sədaqət xanım nə zaman tələb etsə, çıxmağa hazırdır.
15. Məhkəmə iclasında iştirak edən Sədaqət Əmirova izahat verərək bildirmişdir ki, iddiaçı onun mərhum həyat yoldaşının ilk evliliyindən olan oğludur. Həyat yoldaşı hərbi həkim olmuşdur. O, Nuru Əmirov ilə 2011-ci ildə evlənmişdir. Mübahisə predmeti olan mənzildə həyat yoldaşı və özü yaşamış, iddiaçı və onun qardaşının ailəsi gəlib-getmişdir. Həmin vaxt münasibətləri normal olmuşdur. Həyat yoldaşı 2021-ci ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçının ona qarşı olan münasibəti dəyişməyə başlamışdır. Ona dəfələrlə hədə-qorxu gəlmişdir. O, qadın olaraq evdə tək yaşamaqdan qorxmuş və həmin zamanlar evsiz qalmış, bir zamanlar qonşuluqda kirayədə yaşayan Cavabdeh1, Cavabdeh2 övladları ilə birlikdə öz yanında yaşamağa gətirmişdir. Cavabdehlərlə heç bir qohumluğu yoxdur. Onun ca vabdehləri evə gətirməyinin tək səbəbi humanistliyidir. Aralarında heç bir razılaşma olmamışdır. Cavabdehlər məcburi köçkün kimi evlə təmin olunduqdan sonra gedəcəklər. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21 bacısı Cahan Abbasovaya məxsusdur. Həyat yoldaşı hərbçi olduğu və ev növbəsində olduğu üçün onlar həyat yoldaşının sağlığında heç bir ev almamışlar. Cavabdeh1 Qarabağ bölgəsində işlədiyi üçün bəzən evdə olmur. Raqub işdən evə gələn zaman gənc ailə olduqları üçün o, bacısına məxsus olan 21 saylı mənzilə gedib orada qalır. Həmin mənzildə başqa heç kim yaşamır. Bundan əlavə, tədqiq olunan səs yazısı ona məxsusdur. Əvvəllər vəziyyət orada qeyd olunduğu kimi olmuş, lakin sonradan fikrini dəyişərək cavabdehləri evə gətirmişdir.
16. Məhkəmə bax ışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qaynıdır. Həyat yoldaşı vəfat etmişdir. O, həyat yoldaşı, övladları, qaynı və ailəsi, həmçinin qayınatası və qayınanası Sədaqət xanım eyni mənzildə yaşamışlar. O, 2003-cü ildən qayınatası rəhmətə gedən tarixə qədər mübahisə predmeti olan mənzildə yaşamışdır. Cavabdehlər qonşuları idi. Həyat yoldaşı rəhmətə gedəndən sonra bəzən anasıgilə gedib-gəlirdi, ondan maddi dəstək alırdı. Qayınatası rəhmətə gedən vaxt o, övladları ilə birlikdə “koronovirus”a yoluxmuş, övladları ilə birlikdə həmin vaxt anasıgildə qalmışdır. Sədaqət xanım ona səsli mesaj göndərərək evi komandirə təhvil verdiyini, evdən öz əşyalarını götürüb getdiyini, onun əşyalarını isə bir otağa yığdığını, otağın açarını qonşuya verdiyini, evin açarı nın isə komandirdə olduğunu bildirmişdir. Həmin səs yazısını qaynı Zaura göndərmiş, Zaur araşdıracağını demişdir. 2022-ci ilin mart ayında həmin mənzilə getmişdir. Ona qapını cavabdehlər açmış və bildirmişlər ki, təmir xərclərini ödəyərək Sədaqət xanımdan mənzili alıblar, komandirlə də danışıblar, mənzil artıq onlarındır, mənzildən çıxmayacaqlar. Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, mənzil 21-i qayınatası sağlığında Sədaqət xanımın adına almışdır. Daha sonra, qayınatası hərbçi olduğuna və ev növbəsində olduğuna görə həmin mənzili Sədaqət xanımın bacısının adına keçirmişlər. Qayınatası sağ olarkən özü həmin mənzili aldığını onlara demişdir. Mübahisə predmeti olan mənzil isə üç otaqlıdır. Otaqlardan birində o, yaşamışdır. Hal-hazırda bəzi əşyaları, o cü mlədən yataq, mətbəx mebeli, soyuducusu həmin mənzildədir.
17. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(002)-3190/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Hüseynov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları Nicad Abdullayev, Fatimə Abdullayevanın əşyaları ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzildən çıxarılmaları, İddiaçınun Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, ev 2, 10 saylı mənzilə köçürülməsi qət edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, 12 saylı xx.xx.1995-ci il tarixli orderə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 298 saylı məktuba və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1105/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilən hallara əsasən, iddiaçı ünvan 3 ünvanında yaşamaq hüququna malikdir. Cavabdehin Sədaqət Əmirovanın qonağı kimi 2022-ci ildən həmin mənzildə yaşaması ilə bağlı dəlilləri isə mülki iş üzrə sübutlarla, o cümlədən şahidin ifadəsi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hallar, səs yazısı, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli iddia ərizəsinin surəti ilə təkzib olunur. Həmin dəlillərin əsaslı və həqiqətə uyğun olmadığı həmçinin Cavabdeh1 və Sədaqət Əmirovanın Hərbi Prokurorluqda araşdırma zamanı özlərini qohum kimi, m əhkəmə iclasında isə tanış kimi təqdim etmələri, Sədaqət Əmirovanın tək yaşamağa qorxduğu üçün cavabdehi mənzildə yaşamağa gətirdiyini dediyi halda, izahatında Cavabdeh1 işdən gələrkən hazırda bacısına məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 4, 21 saylı mənzilə gedərək orada tək qaldığını bildirməsi ilə də təsdiq olunur. Göstərilən hallar rəsmi qaydada başqa ünvanda məskunlaşan, yaşayış sahəsinin kirayəçisinin ailə üzvlərinə heç bir aidiyyəti olmayan cavabdehlərin mübahisəli mənzilə qeyri-qanuni sahiblik etdiyini birmənalı olaraq təsdiq edir.
19. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 125-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1, 5.1, 68.1, 68.3, 79.2, 79.4, 79.5, 99.4, 99.5, 99.6-cı maddələ rinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Delkur Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” işi üzrə xx.xx.1982-ci il tarixli, “X15rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
20. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzildən 2009-cu ilin fevral ayında çıxıb özünə məxsus olan evdə yaşamış, mübahisəli mənzilə heç vaxt ehtiyacı olmamı ş, öz istəyi ilə oranı uzun müddətdir ki tərk etmişdir. Özünün xüsusi mülkiyyətində olan ünvan 8 ünvanında yaşamaqda davam edir. Order əsasında mənzil verilmiş icarədar olan mərhum Nuru Əmirov xx.xx.2021-ci il tarixdə öldükdən sonra, onun ikinci həyat yoldaşı olan Sədaqət Əmirova həmin mənzilə dair istifadə hüququ olan yeganə şəxs olmuş, icarədar kimi o, hazırkı iş üzrə cavabdehləri öz razılığı ilə həmin mənzilə köçürmüşdür. Buradan aydın görünür ki, istifadə hüququnu itirmiş olan İddiaçı 2009-cu ildən həmin mənzildə yaşamadığından bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Bundan başqa, mübahisəli mənzildə yalnız Nuru Əmirovun ikinci həyat yoldaşı Sədaqət Əmirova qeydiyyatda olmaqla yaşamış, icarədar rolunda çıxış etmişdir. Eyni zamanda, Sədaqət Əmirovanın razılığı ilə mübahisəli mənzilin balans saxlayıcısı olan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sərəncamı ilə həmin mənzilə cavabdehlər köçürülmüşdür. İddiaçı hansı səbəbdən 2009-cu ilin əvvəllərindən mənzili tərk edərək 2023-cü ildə həmin evə köçmək istəməsini heç bir dəlil ilə sübuta yetirə bilməmişdir. Məhkəmə həmin mənzildə yalnız Sədaqət Əmirovanın qeydiyyatda olmaqla yaşamasına, iddiaçının uzun illərdir ki, oranı tərk etməsinə, iddiaçının özünə məxsus evinin olmasına dair işdə olan mötəbər dəlillərə qiymət verməmişdir. Bununla yanaşı, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etmək əvəzinə məhkəmə bunu etməmiş, sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud olmamış normalara istinad etmişdir. Belə ki, Mənzil Mə cəlləsinin 54-cü maddəsinin tələbinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bu mülki qanunvericiliyin tələblərinə ziddir.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1714/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrl ik edən və məruzəçi) Akif İsgəndərov və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, işin müəyyən olunmuş faktiki hallarına və işdə olan sübutlara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Hərbi şəhərcik, zabit heyətinin evi 2, 10 saylı mənzil xx.xx.1995-ci il tarixli, 12 nömrəli orderə əsasən, Nuru Əmirov və onun ailə üzvlərinə - həyat yoldaşı Lətifə Paşayeva, oğulları İddiaçı və Sənan Əmirova verilmişdir. Nuru Əmirov xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun ikinci həyat yoldaşı - hazırkı iş üzr ə üçüncü şəxs Sədaqət Əmirova cavabdehləri həmin mənzilə köçürmüşdür. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Sədaqət Əmirova və Cavabdeh1 bildirmişlər ki, onların hər hansı qohumluq əlaqələri yoxdur. Cavabdeh həmçinin bildirmişdir ki, üçüncü şəxs onu ailəsi ilə qonaq kimi müvəqqəti olaraq mənzilə yerləşdirmiş, üçüncü şəxs isə cavabdehlər gənc ailə olduğundan bəzən bacısına məxsus mənzilə getdiyini bildirmişdir. Lakin üçüncü şəxs Nuranə Əmirovaya göndərdiyi səsli mesajında bildirmişdir ki, o, özünə məxsus olan bütün əşyaları götürərək evdən tam şəkildə çıxmış, mənzilin çöl qapısına komandir başqa bir qıfıl vurmuşdur. Göstərilənlər ona dəlalət edir ki, üçüncü şəxs ilə cavabdeh birlikdə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Eyni zama nda, cavabdehin sözügedən mənzildə yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq olmuşdur.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxs cavabdehlərin mənzilə yerləşdirilməsi barədə kirayə verən qurumun qabaqcadan razılığını almamış, sonuncunun da cavabdehlərin həmin mənzilə köçürülməsinə razılığı olmamışdır. Hətta Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 859-cu hərbi hissəsinin komandiri Ceyhun Bağırov Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək məhkəməyə Cavabdeh1 qeyd olunan mənzildən çıxarılmasını xahiş etmişdir. Odur ki, birinci instansiya məhkəməsi mənzil qanunvericiliyinin müvafiq normalarını əsas tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehlər mübahisəli mənzilə qeyri-qanuni sahiblik edirlər.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlill ərinə münasibətdə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)1105/2023 nömrəli, 09 iyun 2023-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının qeyd olunan mənzildə istifadə hüququ təsbit edildiyindən, həmçinin onun daimi əsaslarla başqa ünvana köçərək mübahisəli yaşayış sahəsindən könüllü imtina etməsi müəyyən edilmədiyindən, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Bundan əlavə, hazırda mənzil cavabdehlərin faktiki sahibliyində olduğundan, iddia tələbi də onlara qarşı düzgün yönəldilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün olaraq cavabdehlərin mənzildə yerləşməsi zamanı qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarına istinad etmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hü quqi əsası kimi Azərbaycan SSR-in Mənzil Məcəlləsi (xx.xx.1982-ci il tarixli Qanunla təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 53, 60, 79, 100, 103-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.1, 68.1, 79.1, 79.2, 79.3, 79.4, 99.1, 99.4, 99.5, 99.6-cı, Mülki Məcəllənin 27.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88, 217.2, 217.3, 217.4, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin m ənzildə başqa şəxslər, eləcə də iddiaçı yaşamamış və qeydiyyatda olmamışdır. Buna dair hərbi hissənin arayışları işdə var. Order əsasında mənzil verilmiş Nuru Əmirov xx.xx.2021-ci il tarixdə ölmüş, bundan sonra onun ikinci həyat yoldaşı Sədaqət Əmirova həmin evdə tək yaşamışdır, bundan sonra sonuncunun da razılığı ilə cavabdehlərin həmin evə köçürülməsi baş vermişdir. Qeyd olunanlardan aydın olur ki, Nuru Əmirov və onun ailə üzvləri olan birinci arvadı və 2 oğlu 2009 və 2010-cu illərdə həmin mənzili birdəfəlik tərk etmiş və istifadə hüquqlarını itirmişlər. Onlardan üçü dünyasını dəyişmişdir. Yeganə sağ qalan iddiaçı isə 2009-cu ilin əvvəllərindən həmin mənzili öz istəyi ilə birdəfəlik tərk etmiş və özünə məxsus evdə ailəsi ilə yaşamışdır. Qanunvericiliyin tələbinə əsasən, icarədar ilə birl ikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu hüquq normasından aydın olur ki, order əsasında mənzil verilmiş icarədar olan mərhum Nuru Əmirov xx.xx.2021-ci il tarixdə öldükdən sonra, onun ikinci həyat yoldaşı olan Sədaqət Əmirova həmin mənzilə dair istifadə hüququ olan yeganə şəxs olmuş, icarədar kimi o, Cavabdeh1 və digər şəxsləri öz razılığı ilə həmin mənzilə köçürmüşdür. Buradan aydın görünür ki, istifadə hüququnu itirmiş olan iddiaçı 2009-cu ildən h əmin mənzildə yaşamadığından bu iddianı qaldırmağa subyektiv hüququ olmamışdır.
29. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarını tətbiq etmək əvəzinə məhkəmə bunu etməmiş, sonradan qüvvəyə minmiş və mübahisəli hüquq münasibətlərinin yaranması zamanı mövcud olmamış normalara istinad etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olara q yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Bu da mülki qanunvericiliyin tələblərinə ziddir. Mübahisəyə mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə (xx.xx.2009 ilə qədər) qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54,60, 87-ci maddələrinin tələblərinə əsasən hüquqi qiymət verilməli idi.
30. İş materiallarında olan sənədlərə düzgün qiymət verilməmişdir.
31. İddiaçı həmin mənzilə dair istifadə hüququnun olmasını, mənzilə ehtiyacının olmasını, hansı səbəbdən 2009-cu ilin əvvəllərindən mənzili tərk edərək 2023-cü ildə həmin evə köçmək istəməsini heç bir dəlil ilə sübuta yetirə bilməmişdir.
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Təq dim olunan sübutlardan isə mübahisəli mənzildə yalnız Sədaqət Əmirova qeydiyyatda olmaqla yaşamış, icarədar rolunda çıxış etmişdir. Eyni zamanda, Sədaqət Əmirovanın razılığı ilə mübahisəli mənzilin balans saxlayıcısı olan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sərəncamı ilə həmin mənzilə cavabdehlər köçürülmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
34. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvəd ə olan).
35. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
36. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
37. Maddə
79. Yaşayış sahəsinin icarədarı və onunla yaşayan ailə üzvləri, qarşılıqlı razılığa əsasən, istifadələrində olan yaşayış sahəsində başqa vətəndaşlarla (müvəqqəti sakinlərlə) əsas icarədardan icarəyə götürmə müqaviləsi bağlamadan və sahədən istifadə haqqı almadan onların müvəqqəti yaşamasına icazə verə bilərlər. Müvəqqəti sakinlərin bir ay yarımdan artıq müddətə köçməsinə yalnız bu Məcəllənin 40-cı maddəsinin birinci hissəsində müəyyən olunmuş mənzil sahəsi normasın a əməl etmək şərtilə yol verilir. Müvəqqəti sakinlər icarədarın və ya onunla yaşayan ailə üzvlərinin tələbi ilə yaşayış sahəsini dərhal boşaltmalıdırlar. Müvəqqəti sakinlər imtina etdikdə başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında çıxarılmalıdırlar.
38. Maddə
100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.
39. Maddə
103. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51, 62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydala r tətbiq edilir.
40. Maddə
104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvülüyündən xaric edilmiş və ya kolxozlardan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi.
41. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
42. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmaya n himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
43. Maddə 79.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisi və onunla birlikdə yaşayan ailə üzvləri qarşılıqlı razılaşma əsasında kirayəyə verəni qabaqcadan xəbərdar etməklə sosial kirayə müqaviləsi üzrə yaşadıqları yaşayış sahəsində müvəqqəti sakinlər qismində (müvəqqəti sakinlər) digər vətəndaşların yaşamasına icazə verə bilərlər. Kirayəyə verən müvəqqəti sakinlərin yaşamasını o halda qadağan edə bilər ki, onlar köçürüldükdən sonra müvafiq yaşayış sahəsinin orada yaşayanların hər birinə düşən ümumi sahəsi ayrıca mənzil üçün uçot normasından, kommunal mənzil üçün isə ayrılma normasından az olsun.
44. Maddə 79.2. Müvəqqəti sakinlərin yaşayış sahəsində yaşadıqları müddət ardıcıl olaraq altı aydan artıq ola bilməz.
45. Maddə 79.3. Müvəqqəti sakinlər müvafiq yaşayış sahəsindən müstəqil istifadə etmək hüququna malik deyil. Onların hərəkətlərinə görə kirayəçi kirayəyə verən qarşısında məsuliyyət daşıyır.
46. Maddə 79.4. Müvəqqəti sakinlər onlarla razılaşdırılmış müddət bitdikdən sonra, belə müddət razılaşdırılmadıqda isə kirayəçinin və ya onunla birlikdə yaşayan ailə üzvlərinin müvafiq tələbi irəli sürüldüyü gündən yeddi gün müddətində yaşayış sahəsini boşaltmağa borcludurlar.
47. Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
48. Maddə 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz.
49. Maddə 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
50. Maddə 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
53. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r.
55. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
62. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişikli k edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
64. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ara şdırması kimi qiymətləndirilməməlidir.
65. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin bütünlüklə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
67. Məhkəmə kollegiyası q eyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
68. M əhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 4 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
71. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilm iş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
72. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
73. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1714/2024 nömrə li, 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.