Məhkəmə qərarları › İş №2(102)-2244/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2244/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2244/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X10 və Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı iş üzrə QƏRARİ Açar sözləri: müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X10 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1561/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim edərək iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmiş və bu səbəbdən İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" tələbinə dair hissədə iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 nömrəli, xx.xx.2024-cü il tarixli digər qərardadı ilə məhkəmə hazırlıq iclasında müstəqil tələb irəli sürən X6 nümayəndəsi (vəkili) Vəkil1 oğlu İddiaçı münasibətdə iddia ərizəsi, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmiş və bu səbəbdən iddia ərizəsinin, ona əlavə edilmiş sənədlərin və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır.

3. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-4314/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 MTK-nın cavabdeh X13 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasına dair 2(011)-4314/2024 saylı mülki iş üzrə icraata xitam verilərək həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazovanın icraatında olan İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi" barədə iddiası üzrə 2(011)-1954/2024 saylı mülki işə birləşdirildiyindən mülki iş üzrə icraat iddiaçı Cavabdeh1 MTK-nın cavabdehlər X10 və Cavabdeh2 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissədə davam etdirilmişdir.

4. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-200/2017 nömrəli qətnaməsi ilə iddiaçı X6 Cavabdeh1 MTK-ya qarşı yaşayış və qeyri-yaşayış sahələrinin təhvil verilməsi, icarə haqqının əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" Prestij MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 39 saylı mənzili, Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A2 blokunun 11-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 40 saylı mənzili, Bakı şəhəri. Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın “A” blokunda 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 80 kv.m olan 153 saylı mağaza təyinatı qeyri-yaşayış sahəsini, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyri-yaşayış sahəsini və Bakı şəhər i, Xətai rayonu, Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın Xocalı prospektində ana yola baxan orta hissəsinin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m olan mağaza təyinatlı qeyri yaşayış sahəsinin Cavabdeh1 MTK-dan alınaraq iddiaçı X10 təhvil verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

5. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli icra vərəqəsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-5643/2017 nömrəli qətnaməsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2 (011)200/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2019-cu il tarixli xx.xx.2019cu il tarixədək tərtib olunmuş cədvəllər üzrə dəqiqləşdirilmiş auditor rəyi. 7. xx.xx.2018-cu il tarixli Müqaviləyə əsasən, həmin Müqavilənin mahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh1 MTKnın qanuni təmsilçisi Türkiyə vətəndaşı (TCNC ser: Pİİ №211954 T.C. kimlik No **********8) X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli (2 mərtəbəsi zirzəmi olmaqla) A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan (2 mərtəbəsi zirzəmi olmaqla) yaşayış, qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və q anuni təmsilçisi Şahid tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, köçürülmə proseslərinin tələb olunan qaydada sənədləşdirilməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki, Cavabdeh2 MMC-nin təsisçisi və qanuni təmsilçisi Şahid qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunmasından ibarətdir.

8. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(011)-78/2020 nömrəli hökmü ilə, X7 barəsində ittihamedici hökm çıxarılmışdır və qeyd edilən hökmdə xx.xx.2018-cu il tarixli Müqaviləyə istinad olunmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103) -3264/2021 nömrəli qərardadı ilə cavabdeh X2 və həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərindən imtinaları qəbul edilmiş və cavabdeh X3, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X8 münasibətdə apellyasiya icraatına xitam verilmişdir. 10. xx.xx.2021-ci il tarixli Barışıq Sazişindən aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3264/2021 nömrəli mülki iş üzrə iddiaçı X9, iş üzrə cavabdehlər X7 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi Yiğitdöl Hikmət, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər X15, X13 və X5 arasında bağlanmış razılaşmanın 4-cü bəndinə əsasən “Hom-Paş Prestij" MTK iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın A1 və A2 arasında 1ci mərtəbədə yerləşən 8 saylı 160 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi ilə təmin edərək, qeyr-yaşayış sahəsini Felik Məmmədovun istifadəsinə, sahibliyinə verir. Həmin Razılaşmanın 8-ci bəndinə əsasən "xxxx" MTK və X7 barışıq sazişi ilə əldə edilmiş razılığa əsasən qeyri-yaşayış sahələrinin başqa fiziki və ya hüquqi şəxslərə məxsus olmaması və gələcəkdə sazişdə qeyd edilən qeyri-yaşayış sahələri ilə bağlı yeni alqı-satqı müqavilələrinin mövcud olmamasına zəmanət verir. 11. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2018-ci il tarixli müqaviləsi ilə Cavabdeh1 MTK səlahiyyətlərini icra edən Cavabdeh2 MMC-nin direktoru Şahid ilə X13 arasında Bakı şəhəri Xocalı prospekti 32 ünvanında yerləşən yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyriyaşayış sahəsi ilə bağlı müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Hom-Paş Prestij” MTK Cavabdeh2 (**********) ilə X13 arasında bağlanmış 7 iyun 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə(VÖEN **********) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi onunla əsaslandı rılmışdır ki, Cavabdeh1 (VÖEN **********) xx.xx.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi Hikmet Yigitdöldür. MTK Bakı şəhəri, Xətai rayonu ərazisində yüksək mərtəbəli binaların tikintisini həyata keçirmiş, tikilmiş binalarda yaşayış və qeyri-yaşayış sahələrini qanunvericiliyin tələlərinə əsasən payçılara vermişdir. Bir müddət əvvəl onlara məlum olmuşdur ki, Cavabdeh2 (**********) MTK-nın səlahiyyətini qanunsuz şəkildə mənimsəyək MTK-nın adından payçı müqavilələrini ləğv edir, MTK adından qanunsuz olaraq yeni müqavilələr bağlayır. Belə ki, "xxxx" MMC ilə X13 arasında bağlanmış 07 iyun 2022-ci il tarixli müqavilədən açıq-aşkar görünür ki, MMC MTK-nın səlahiyyətlərini mənimsəyək müqavilə bağlayır. Həmin müqavilədə göstərilmişdir ki, "xxxx" MTK-nın səlahiyyətlərini ic ra edən Cavabdeh2 MMCnin direktoru Şahid ilə Məmmədov Felik razılığa gələrək müqaviləni imzalamışlar. 7 iyun 2022-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə ziddir və etibarsız hesab edilməlidir.

14. Cavabdeh X6 nümayəndəsi (vəkili) Vəkil1 oğlu öz izahında qeyd etmişdir ki, iddiaçının 182 kv.m ilə bağlı müqavilə olduğunu və müqavilənin 2022-ci ildə bağlanmalı olduğunu qeyd etməsinə münasibətdə bildirmişdir ki, əgər müqavilə mövcud olmadığı təqdirdə audit rəyində öz əksini tapmayacağını qeyd etmişdir. O audit rəyinin 2019-cu ilə aid olduğunu, audit rəyində qeyd edilən məsələnin 2017ci il tarixli icra vərəqəsi əsasında 1-ci mərtəbədə olan 100 kv.m sahə ilə 3-cü mərtəbədə 80 kv.m sahə birləşdirilərək birinci mərtəbədə 182 kv.m sahə verildiyini qeyd etmiş, öz izahatına qeyd edilən məs ələnin icra vərəqəsinə görə yarandığı, 2021-ci ilin may ayında barışıq sazişi bağlandığını və bu sazişin 4-cü və 8-ci maddələrinin Məmmədov Felikə aid olduğunu, 4-cü bənddə Məmmədov Felikə 160 kv.m, 8 saylı qeyri-yaşayış sahəsinin Məmmədov Felikə verilməsi və 8-ci bənddə həmin sahə ilə bağlı 3-cü şəxslərin adına hər hansı bir müqavilənin mövcud olmadığını qeyd etmişdir. Qeyd edilən müqavilənin Hikmet Yigitdölün həm öz adından, həm də Cavabdeh1 MTK-nın qanuni təmsilçisi olaraq etdiyini, 2022-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən bağlandığını, həmin müqaviləyə 2020-ci il tarixli hökmlə qiymət verildiyini, həmin müqaviləyə əsasən Cavabdeh2 MMC-nin təsisçisinin həm də Cavabdeh1 MTK-nın həmtəsisçisi olduğunu, Cavabdeh2 MMC-nin Cavabdeh1 MTK tərəfindən yaranan prob lemləri Cavabdeh2 MMC adından tikiləcək yaşayış binası, eyni zamanda qeyri-yaşayış sahəsi hesabına qarşılayacağı barədə öhdəlik götürməsini, Cavabdeh1 MTK-nın müqavilə bağlamaqla bağlı Cavabdeh2 MMC-yə səlahiyyət verdiyini, orda birgə möhür, birgə imza və s. qeyd edilmədiyini bildirmişdir. Həmçinin, cavabdeh X6 nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında əlavə olaraq qeyd etmişdir ki, sözügedən müqavilə 2022-ci ildə bağlanmış, bu səbəbdən etibarsızlıqla bağlı kəsici müddətlərlə bağlı məsələnin məhkəməyə aydın olduğunu, həmçinin 2022-ci ildən həmin sahədən mağaza-qeyri-yaşayış sahəsi kimi istifadə olunduğunu, müqavilənin bu gün mübahisələndirilməsinin səbəbinin əvvəl İddiaçı tərəfindən auditor rəyində olmayan köhnə tarixli müqavilə ilə mübahisələndirilməsi, daha sonra barışıq sazişinin ortaya çıxması və orada bu günkü iddiaçı X12 Felikə verilən sahə ilə bağlı hər hansı üçüncü şəxslərlə hər hansı bir müqavilə bağlanmadığını qeyd etməsi, bu iddia ərizəsinin əsassız olmasını göstərdiyini bildirmişdir. Əlavə olaraq o, qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixli Cavabdeh2 MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış səlahiyyətlərin verilməsi barədə müqavilə bağlanan zaman digər təsisçilərin də razılığı olduğunu, digər təsisçilərdən birinin X20, digərinin isə X19 olduğunu digər təsisçilərdən birinin Şahid, digərinin isə Hikmet Yigitdöl olduğunu qeyd etmişdir.

15. Cavabdeh2 MMC-nin nümayəndəsi (vəkili) öz izahında bildirmişdir ki, Cavabdeh2 MMC-nin audit rəyi ilə müəyyən edilmiş zərərçəkmiş şəxsləri evlə təmin etmək səlahiyyəti mövcuddur və Cavabdeh2 MMC-nin müqavilədə yazılan öhdəlikləri varislik əsasında həyata keçirmişdir. O həmçinin Şahid barəsində heç bir cinayət işi olmadığını bildirmişdir.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3 iyun 2024-cü il tarixli, 3-16-16/2-4/688 nömrəli ekspert rəyinin nəticəsinə əsasən, ekspertizaya təqdim edilmiş xx.xx.2006-cı il tarixli müqavilənin birinci vərəqinin aşağı sol küncündəki imza və ikinci vərəqində “Hikmət Yiğitdöl” yazısının qarşısındakı imza-EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. xx.xx.2006-cı il tarixli müqavilənin birinci vərəqənin aşağı sol küncündəki imza, ikinci vərəqində “Hikmət Yiğitdöl” yazısının qarşısındakı imza ilə xx.xx.2006-cı il tarixli maliyyə arayışındakı imza-MÜXTƏLİF ŞƏXSLƏR tərəfindən icra olunmuşdur.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspert iza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 5/536-5/544 nömrəli ekspert rəyinin nəticəsinə əsasən, xx.xx.2006-cı il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. xx.xx.2006-cı il tarixli müqavilədə və eyni tarixli maliyyə arayışında olan Cavabdeh1 MTK-nın möhürün eksperimental və ya sərbəst əks nümunələri təqdim edilmədiyindən, onlar müqayisəli tədqiqatı aparılmamışdır.

18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1954/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi təmin edilməmişdir.

19. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh İnter” MMC-nin cavabdeh Məmmədov Feliklə bu cür müqavilə bağlamaq səlahiyyətinin olmamasını iddia edərək Cavabdeh2 MMC ilə cavabdeh X13 arasında xx.xx.2022-ci il tarixində Müqavilə bağlanmış müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də bu müqavilənin onun hansı maraqlarına toxunduğunu, hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdeh Məmmədov Felik arasında xx.xx.2007-ci ildə, xx.xx.2021-ci il tarixli Barışıq Sazişində eyni binada, eyni ünvanda fərqli-fərqli ölçüdə (182 kv.m, 160 kv.m) qeyri-yaşayış obyekti ilə bağlı razılaşma mövcuddur və iddiaçı bu müqavilələri mübahisələndirmədiyni bildirmişdir.

20. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin hüquqi şəxslərlə bağlı müddəalarına istinad edilmiş, səlahiyyətsiz şəxs tərəfindən bağlandığı üçün etibarsız hesab edilməli olduğu müdafiə edilmişdir. Yəni, həmin maddə lərdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, iddia tələbinin faktiki əsası (faktiki halları) da həmin maddələrin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Hazırkı iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. Eyni zamanda iddiaçı özü də müxtəlif tarixli müqavilələrlə, məhkəmə qətnaməsi ilə cavabdeh Məmmədov Felik qarşısında öhdəlik daşımış, daha sonra bu öhdəliyin icrasını Cavabdeh2 MMC-yə həvalə etmişdir. Məhkəmə qeyd etmişdir ki, əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunması vicdanlılıq prinsipinə zidd olmamalıdır.

21. İddia tələbinin digər hissəsi Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın Xocalı prospektinə baxan orta hissəsinin 1-ci mərtəbəsində yerləşən 165 kv.m qeyri-yaşayış sahəsi Cavabdeh1nə (VÖEN **********) qaytarılması bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan, onun da təmin edilməməsini labüd edir. Çünki, iddia tələbinin bu hissəsinin təmin edilib-edilməsi sırf əsas hissələrdən asılı idi. Ona görə məhkəmə bu hissə üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına ehtiyac olmadığı qənaətinə gəlmişdir.

22. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.1, 324.2, 324.4, 337.2, 337.4, 349, 350, 355.1, 358.1, 431.1, 431.2, 431.3, 752.1ci, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 218.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasi ya instansiyası məhkəməsindəki icraat

23. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında olan münasibətlərin xronoloji ardıcıllıqla sıraladıqda açıqca məlum olur ki, MMC öz hüquqlarından sui-istifadə edərək, vicdanlılıq prinsipinə zidd hərəkət edərək MTK-nın əvəzinə müqavilə bağlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müqavilə bağlanarkən ümumi yığıncağının qərarı olub-olmaması araşdırılmamış, bu hissəyə qiymət verilməmişdir. Məhkəmə Cavabdeh2 MMC-nin səlahiyyətli olmasını iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci ildə bağlanmış müqaviləni əsas göstərmişdir. Halbuki həmin müqavilədə MMC tərəfindən MTK-nın əmlakını satmaq, müqaviləyə dəyişiklik etmək səlahiyyəti verilməmişdir. Ayrıca tərəflər arasında olan bir çox məhkəmə mübahisələrində MMC həmin müqavilə əsasında MTK-nın hüquqi varisi olmadığını bildirmişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elşən Kazımov (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və İkram Şirinov) 2(103)-1561/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

26. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, müqavilənin tərəfi olan istər MMC, istərsə də Felik Məmmədov bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişlər, əksinə, təqdim edilən sübutlar qeyri-yaşayış sahəsinin qanun i əsaslarla əldə edildiyini təsdiq edir. Demək ki, müqavilənin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, müqaviləni bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Bu hallara dair hər hansı bir sübut təqdim edilmədiyindən, müqavilənin görünüş üçün bağlandığı qənaətinə gəlmək üçün əsas yoxdur. Üstəlik, bu halların həqiqiliyi ehtimal olunsa belə, iddiaçıya sonrakı davranışlarına görə hüquqdan sui-istifadə edərək qarşı tərəfə qarşı uğursuz iddia irəli sürməyə əsas vermir.

27. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən, yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-ist ifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil- Vəkil4) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2018-ci ildə bağlanmış müqaviləyə əsaslanaraq İnter MMC-nin səlahiyyətli olmasını göstərmişdir. Halbukı, həmin müqavilədə MMC tərəfindən MTK-ya əmlakı satmaq, müqaviləyə dəyişiklik etmək səlahiyyəti verilməmişdir. Ayrıca, tərəflər arasında ol an bir çox məhkəmə mübahisələrində MMC həmin müqavilə əsasında MTK-nın hüquqi varisi olmadığını bildirmişdir. Cavabdeh2 MMC xx.xx.2021-ci il tarixli barışıq sazişinin tərəfi deyil, həmin müqavilə üzrə MMC-yə hər hansı bir səlahiyyət verilməmişdir. Apellyasiya məhkəməsi barışıq sazişindən sonra Hikmet Yiğitdöl ilə Felik Məmmədov arasında imzalanan 16 may 2021-ci il tarixli sonrakı barışıq müqaviləsinə hüquqi qiymət verməmişdir. Həmçinin, apellyasiya məhkəməsi iş materiallarına əlavə edilmiş 21 fevral 2019-cu il tarixli audit rəyinə hüquqi qiymət verməmişdir. Audit rəyinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin Felik Məmmədova verilməsi mümkün deyildir. MMC tərəfindən MTK-nın əvəzinə müqaviləyə imzalamağa dair səlahiyyətinin olduğuna dair sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə tərəfi ndən 14 may 2021-ci il tarixli və 16 may 2021-ci il tarixli müqavilələrdəki imzaların qarşılıqlı müqayisəli ekspertizasını, həmçinin X6 nümayəndəsi (vəkili) Vəkil2 imza nümunələrini alaraq ekspertiza keçirmədən sənədlərə hüquqi qiymət verilməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh F.Məmmədovun nümayəndəsi və vəkili Vəkil5 kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1561/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

35. Maddə 337.2. Əqd barəsində mü bahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

37. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

38. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

39. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

40. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

41. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

42. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir.

43. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüquq una malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

44. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar.

45. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın.

46. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər.

47. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur.

48. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əg ər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

49. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

50. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

51. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafi q surətdə hərəkət etməlidir.

52. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

53. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı:

54. Bənd

20. Əhəmiyyətsiz əqdlər fo rma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.).

55. Bənd

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.

56. Bənd

28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəm iyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur.

57. Bənd

29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zər urətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

68. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunm aması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

70. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticə ləri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

72. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məh dudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

73. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

74. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri q ətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

75. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1561/2025 nömrəli, 07 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar