Məhkəmə qərarları › İş №2(102)-2247/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-2247/2023

05.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2247/2023 05.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ (kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)1271/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu 7 mkr, 4 saylı evin 58 saylı mənzilin və ünvan 1 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sa həsinin (zirzəminin) paylara mütənasib surətdə naturada bölünməsi, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə əmlakların açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 oktyabr 2022-ci il tarixli, 2(001)-174/2022 saylı qətnaməsi ilə (hakim Abbasova Günel) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzili və ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsi açıq hərracdan satılsın və satışdan əldə edilmiş məbləğ mülkiyyətçilərin paylarına uyğun olaraq (İddiaçı 1/2, Cavabdeh 1/2) bölünməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, 4 saylı evin 58 saylı mənzilinin ilkin s atış qiyməti 140 000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilməsi və ünvan 2 ünvanında yerləşən 29.7 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 25 000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)1271/2023 nömrəli qətnaməsi ilə (hakimlər- S.Bəhramzadə (sədrlik edən və məruzəçi), X. Mərdanova və E. Həsənov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin normalarının tələblərinə cavab vermir. Belə ki, Mülki Prosessual Məcəllənin Mülki Prosessual Məcə lləsinin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə 3 saylı əlavədə müəyyən edilmişdir. Kassasiya şikayəti qeyd edilən formada tərtib edilmədiyinə görə qeyri mümkün hesab edilməlidir. Mülki Prossesual Məcəllənin 408.1.1-ci maddəsinə əsasən 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə,... kassasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, qeyri-mümkün hesab edilməli, şikayət geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir Şərh olunanları və Mülki Prosessual Məcəllənin 10-1.3, 404-1.2 və 408.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1271/2023 nömrəli 01 mart 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar