Məhkəmə qərarları › İş №2(102)-2249/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2249/2025

19.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2249/2025 19.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizəsi zonasında qanunsuz inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: neft kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(105)40/2025 n ömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində yaşayış sahəsi 41,0 kv.m., köməkçi sahəsi 24,4 kv.m. olan 3 otaqdan ibarət fərdi yaşayış evi Cavabdeh mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Həmin fərdi yaşayış evinin yaxınlığında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəməri yerləşir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istismarında olan BöyükşorSumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30,5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və çardaq tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və 100 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia belə əsaslandırılmışdır ki, iddiaçının istismarında olan Böyükşor-Sumqayıt DŞ-700 mm-lik yeraltı neft kəmərinin 30,5-ci km-də, kəmərdən təqribən 5-6 metr aralı məsafədə, kəmərə perpendikulyar, 1-ci sırada, kəmərin mühafizə zonası daxilində, 39 T 0386671;4489226 saylı koordinat üzrə ünvan 1 ünvanında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və çardaq tikilisi aşkar edilmişdir.

5. Birinci instansiya məhkəməsi tərəfindən tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2023-cü il tarixli rəyindən görünür ki, təqdim olunmuş 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisinin Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03 yanvar 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə m üəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsi ilə (hakim C.Səfiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsində Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03 yanvar 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş SOCAR-ın İddiaçı istismarında olan 50 metrlik mühafizə zolağının daxilinə düşən 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi onun öz hesabına sökülərək ərazidən çıxarılması, Cavabdeh 50 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq, idd iaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilməsi, Cavabdeh 25 manat və SOCAR-ın İddiaçındən 25 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X1 hesabına köçürülməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehə məxsus 4,7 x 9,4 metr ölçüdə çardaq tikilisi Böyükşor Sumqayıt Dş-700 mm-lik yeraltı neft kəmərindən 7-11 metr məsafədə yerləşdiyi nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və 03 yanvar 2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

8. İş materiallarından göründüyü kimi həmin tikili cavabdehin xüsusi mülkiyyətində olan yaşayış sahəsinin tərkib hissəsi kimi dövlət qeydiyyatından keçməmiş, özbaşına tikilidir və mühafizə zonasına düşür.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 22.5, 111-ci, Mülki Məcəllənin 180.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 88, 117.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11, 7-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhk əməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(105)-40/2025 nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(012)-143/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə göstərmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müə yyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

13. Apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya tərəfindən 21 fevral 2024-cü il tarixdə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertiza təyin edilmiş, 02 oktyabr 2024-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla qərardad icra edilmədən mülki iş materialları məhkəməyə geri qaytarılmışdır. Bundan sonra, 05 noyabr 2024-cü il tarixdə qərardad icra edilməsi üçün təkrarən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatla qərardad icrasız geri qaytarılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı əsasında əldə edilmiş ekspert rəyinin hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilməməsinə dair hər hansı əsas müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(105)-40/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 14.3, 180.1, 180.3, 180.4-cü, Torpaq Məcəlləsinin 111 və 180.4-cü, Mülki Prosessual Məcəllənin 6, 8, 9, 14.2, 88, 97, 101-1, 217.1, 217.3-cü maddələrinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2015-ci il tarixli Fərmanının; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinin, “Təhlükə potensiallı obyektlərin Siyahısının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarının; Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı i lə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 6.1-ci bəndinin tələbləri pozulmuşdur.

17. Belə ki, Energetika Nazirliyin və X2 Dövlət Agentliyinin icazəsi alınmadan, şəhərsalma və tikinti normalarına və qaydalarına riayət edilmədən cavabdehə hər hansı tikili inşa etməyə hüquq vermir. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllə küçəsinin yerləşən cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, dövlət qeydiyyatına alınmadan, bu tikililər neft kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanl ar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. Neft kəmərində baş verə biləcək kiçik bir sızma insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmələr iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin q arşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Cavabdeh həmin tikilini neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində inşa edir. Həmin tikili yüksək təzyiqli qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən bu halların heç birini nəzərə almamış, yalnız tikilinin cavabdehin mülkiyyətində olmasını əsas götürərək iddia tələbini təmin etməmişdir. Buna görə də həmin qətnamə qanuni və əsaslı sayıla bilməz.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi a ktlarına təsir göstərə bilər.

21. Məhkəmə kollegiyası kassasiya baxışının hədlərini müəyyən edərkən ilk olaraq qeyd edir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilməmişdir.

22. Kassator hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, q urğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tiki nti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə k eçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya i nstansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

27. Hazırda iddiaçının kassasiya şikayətinin dəlilləri iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməməsindən imtina ilə bağlıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Məcəllənin 180.1-ci maddəsində özbaşına tikilinin anlayışı belə verilmişdir: tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma v ə tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.4-cü maddəsinə görə isə özbaşına tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

29. Hazırki halda iddiaçı mübahisəli fərdi yaşayış evinin özbaşına tikili olmasını iddia etsə də, iş materiallarından müəyyən olunur ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla cavabdehin mülkiyyətindədir.

30. Belə olan halda, cavabdehin mülkiyyət hüququ qüvvədə olmaqla, sonuncuya qanunla müəyyən olunmuş qaydada müvafiq kompensasiya verilmədən, həmin binanın özbaşına tikili kimi qiymətləndirməklə, sökülməsi cavabdehin bu hüququnun pozulmasına səbəb olacaqdır.

31. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı tərəfindən veri lmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2025-ci il tarixli, 2(105)-40/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar