Məhkəmə qərarları › İş №2(102)-2254/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2254/2022

04.03.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2254/2022 04.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın qaytarılması və kirayə haqqının əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanmaması, kassasiya şikayətinə vəkilin orderinin əlavə edilməməsi, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızınd an və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(103)11241/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(003)2255/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aralarında bağlanmış 18.06.2020-ci il tarixli ilkin alğı-satqı və AN-İ №0763902 nömrəli, 29.06.2020-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələrin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 37,05 kv.m sahəsi olan mənzilin qaytarılması, eyni zamanda 10 ay müddətində aylıq 400 manat olmaqla ümumilikdə 4000 manat məbləğində ödədiyi kirayə haqqı ödənişlərinin əvəzinin ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(103)-11241/2021 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(003)-2255/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının adından vəkil Nümayəndə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(103)-11241/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından müəyyən olunur ki, iş materiallarına fərdi fəaliyyət göstərən vəkil Nümayəndə tərəfindən İddiaçı Bakı Apellyasiya Məhkəməsində hüquqi yardım göstərilməsinə dair və kil orderi əlavə edilsə də, həmin vəkilin kassasiya şikayətini tərtib edilməsinə, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinə hüquqi yardım göstərilməsinə hüquq verən vəkil orderi, habelə kassasiya şikayətini imzalamağa səlahiyyət verən etibarnamə iş materiallarına əlavə olunmamış və “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilməmişdir. Həmçinin müəyyən olunur ki, MPM-in 407.1.2-ci maddəsinin tələbləri pozularaq, kassasiya şikayətində kassasiya şikayəti verən şəxs qismində iş üzrə tərəfin özü (iddiaçı) deyil, Nümayəndə göstərilmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Beləliklə, kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyinə, şikayətə vəkil orderi və ona kassasiya şikayətini imzalamağa səlahiyyə verən sənəd əlavə olunmadığından icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 2(103)-11241/2021 nömrəli qətnaməsindən İddiaçı adından Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar