Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2254/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5/2023 saylı, xx.xx.2023-cü il ta rixli qətnaməsindən İddiaçı prosessual hüquq varisi Əlizadə Kamran Ziyad oğlunun kassasiya şikayətinə 06 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000087 saylı, 05 noyabr 1998-ci il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında 134 saylı pavilyonun yerləşdiyi 109,24 kv.metr torpaq sahəsini İddiaçı satın almış, torpaq sahəsi onun xüsusi mülkiyyətindədir.
2. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00006160 saylı Çıxarışına əsasən ünvan 1 ünvanda, istifadədə olan 0,01369 ha tor paq sahəsində yerləşən 115,60 kv.m ümumi, 104,70 kv.m əsas, 10,90 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06 may 2006-cı il tarixdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********95 saylı 02 iyun 2016-cı il tarixli məktuban görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə idarəyə müraciət etmiş, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunur. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 14 iyul 2016-cı il tarixdə iddia ərizəsi ilə ilkin olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ona məxsus torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin sökülməsi, cavabdehlərin həmin torpaqdan çıxarılması, maddi zərərin əvəzi olaraq 150000 manat və mənəvi zərərin əvəzi olaraq 50000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üçüncü şəxs qismində qoyul ub.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında yerləşən 115,6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin, həmçinin həmin ünvanda sahəsi 109,24 kv.m olan 134 nömrəli pavilyon (torpaq sahəsinin) mülkiyyətçisidir. Hər iki daşınmaz əmlaka dövlət reyestrindən vahid çıxarışın verilməsi üçün 18 may 2016-cı il tarixdə DƏDRX-in Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarə tərəfindən 02 iyun 2016-cı il tarixli məktubla cavab verilib ki, torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa edilib, bu səbəbdən ərizənin icrası mümkün deyil.
7. Buna görə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsində tikdiyi özbaşına tikinti sökülməli, cavabdehlər oradan çıxarılmalıdır.
8. Bundan başqa, cavabdehlər iddiaç ıya məxsus torpaq sahəsini 2003-cü ildən etibarən bu günədək qanunsuz olaraq istifadə etdikləri üçün qanunsuz gəlir əldə etmiş və bununla da iddiaçıya zərər vurmuşlar. Həmin zərəri iddiaçı 150.000 manat həcmində qiymətləndirir.
9. Eyni zamanda qanunsuzluq və ona qarşı edilmiş təzyiq nəticəsində iddiaçı dərin stress və sarsıntı keçirmişdir. Buna görə də bütün bu illər ərzində daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Bununla əlaqədar ona dəymiş mənəvi zərəri iddiaçı 50.000 manat məbləğində qiymətləndirir.
10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddələrinə istinad etmişdir.
11. Birinci instansiya məhkəməsi yerli baxış keçirərək müəyyən edib ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətul la küçəsi, 20 ünvanında yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sağ tərəfində cavabdehlərə məxsus ticarət obyekti yerləşir. Mübahisəli torpaq sahəsi də iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin sağ küncündə yerləşir və həmin ərazidə bir neçə girişdən ibarət ticarət obyekti inşa edilmişdir, ticarət obyekti hazırda fəaliyyət göstərməklə cavabdehlərin istifadəsindədir.
12. İddiaçı ərizə verərək, yerli baxış zamanı qanunsuz tikilinin cavabdehlərin yaxın qohumu Cavabdeh2 istifadəsində olması müəyyən edildiyi üçün həmin şəxsin də cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir.
13. Cavabdeh2 iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: - iddiaçı ilə 1999-cu il tarixdən tanışdır. Həmin ildə inşasını başlayıb 2001-ci ildə başa çatdırdığı ünvan 3 ünvanda yerləşən tikilisi nin yanında iddiaçının kiçik bir köşkü var idi və iddiaçı çox acınacaqlı vəziyyətdə tək yaşayırdı. Münasibətləri qonşu kimi çox yaxşı və səmimi olmuşdur; - cavabdeh həmin yerdə zəruri və rəsmi sənədlərə əsasən inzibati binanın tikintisini apararkən 2-ci mərtəbədən 1.40 metr həyətə çıxan balkonun altı hisəssi bərabərliyində 7 metr uzunluğunda 1 metr 40 sm enində olan torpaq sahəsinin üstündən daş hasar çəkilməsi ilə əlaqədar iddiaçının tələb və təklifinə əsasən 3000 ABŞ dollarını verib iddiaçı ilə razılaşaraq daş hasarı çəkmişdir; - cavabdeh iddiaçıya zəruri sənədləşmə aparılmasını məsləhət görsə də, iddiaçı həmin torpaq sahəsini cavabdehə verdiyini bildirmiş, iddiaçı da onun səmimiyyətinə inanmışdır. 2001-ci ildən inzibati bina və həmin torpaq sahəsində inşa edilən hasara bitişik qeyri-yaş ayış sahələrindən istifadə edirlər. Aralarında bununla əlaqədar heç bir narazılıq, fikir ayrılığı olmamışdır; - hasar çəkildikdən sonra onlar istifadə etdikləri vaxtdan 17 il sonra aralarında heç bir narazılıq-münaqişə olmadan iddiaçı cavabdehə çox pul qazanmasını, müəyyən miqdarda ona hörmət etməli olmasını bildirmiş, cavabdeh qəbul etmədiyindən onunla arında narazılıq əmələ gəlmişdir. İddiaçı həmin torpaq sahəsində günü-gündən qeyriqanuni tikililər apararaq, hətta ümumi həyətə giriş-çıxışı da bağlamışdır. İddiaçının bu özbaşınalığına son qoyan olmamış və iddiaçı müxtəlif saxta sənədlər əldə etmişdir. Həmin saxta sənədlər məhkəmə qaydasında ləğv edilməlidir; - iddiaçıya qarşı istər cavabdehlər, istərsə də, digər şəxslər tərəfindən heç bir qeyriqanuni hərəkətlərə yol verilməmiş, ona qarşı hər hansı formada təzyiq edilməmiş, hasarın çəkilməsi ilə əlaqədar şifahi razılaşaraq istədiyi 3000 ABŞ dollarını iddiaçıya vermişdir; - iddiaçının özü cavabdehlərin çəkdiyi hasarın yanında həyətin giriş hissəsində olan qapını bu yaxınlarda götürmüş, özü üçün orada əlavə tikililər aparmışdır. İddiaçıya qarşı hər qeyri-qanuni hərəkətlərə, zorakılığa, münaqişəyə yol verilsəydi iddiaçı dərhal bu barədə inzibati orqanlara, məhkəməyə müraciət etmiş olardı. Bunların heç birinə yol verilmədiyindən iddiaçı da şikayətçi olmamışdır; - iddiaçının 18 il bundan əvvəl tikilmiş və 10 il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki şəxsdən tikintinin sökülməsi ilə bərabər, 150000 manat maddi, 50000 manat mənəvi ziyanın tutulmasını tələb etməsi əsassızdır, həmçinin iddia müdd əti ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
14. Cavabdeh1 nümayəndəsi də iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi 20 ünvanda yerləşən xx.xx.1998-ci il tarixli, 000087 nömrəli şəhadətnaməyə əsasən İddiaçı məxsus 109.24 kv.m torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, ünvan 4 ünvanda yerləşən tikilinin İddiaçı məxsus 109.24 kv.m torpaq sahəsinin daxilində tikilib-tikilməməsi, əgər torpaq sahəsinin daxilində tikilmişdirsə, həmin tikilinin neçə kv.metri və hansı hissəsinin İddiaçı məxsus torpaq sahəsinin daxi lində tikilməsinin müəyyən edilməsinə dair suallar qoyulmuşdur.
16. Məhkəmə Ekspertizası Mərkəzinin 24397 saylı, 22 dekabr 2016-cı il tarixli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavininin imzaladığı xx.xx.2017-ci il tarixli məktubun məlumatlarını, tədqiq olunan torpaq sahəsinin faktiki ölçüsünün plansxemdə qeyd olunan ölçülərə uyğun olmadığını, torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıc aktı və kadastr planı tərtib olunmadığı nəzərə alınaraq, xx.xx.1998-ci il tarixli, 000087 nömrəli şəhadətnaməyə əsasən, İddiaçı məxsus 109,24 kv.metr torpaq sahəsinin faktiki sərhədlərini, eləcə də ünvan 5 ünvanda y erləşən mübahisəli tikilinin həmin torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olmadı.
17. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsinin 16 fevral 2017-ci il tarixli qərardadı ilə iş üzrə komisyon məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertin qarşısında əvvəlki qərardadda göstərilən suallardan əlavə, həmçinin qeyd edilən ünvanda yerləşən tikilinin şəhərsalma norma və qaydalarına əməl edilməklə tikilibtikilməməsi barədə sual qoyulmuşdur.
18. Məhkəmə Ekspertizası Mərkəzinin 5852 sayl,ı 29 iyun 2017-ci il tarixli ekspert rəyi ilk ekspert rəyi ilə eyni məzmunda olmuş, əlavə qoyulmuş sual üzrə isə müvafiq sənədlər olmadığı üçün tədqiqat aparılmadığı göstərilmişdir.
19. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-654/2017 saylı, xx.x x.2017ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən onların öz vəsaitləri hesabına sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizaları tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Ramin Quliyev)
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02 iyun 2016-cı il tarixli, **********95 saylı məktub əsasında İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə idarəyə edilmiş müraciətlə bağlı aparılan araşdırma zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsində digər fiziki şəxs tərəfindən tikili inşa olunaraq istifadə olunması səbəbindən ərizənin icrası mümkün olmamışdır. Bu da göstərir ki, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin sahədə özbaşına tikililər aparılmışdır. Həmin ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sağ tərəfində cavabdehlərə məxsus ticarət obyekti yerləşir. Mübahisəli to rpaq sahəsi də iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin sağ küçəsində yerləşir və həmin ərazidə bir neçə girişdən ibarət ticarət obyekti inşa edilmişdir. Ticarət obyekti hazırda fəaliyyət göstərir və cavabdehlərin istifadəsindədir. Ona görə də iddiaçıya məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililər onların öz vəsaiti hesabına sökülməlidir.
21. Birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunması nəticəsində ona maddi ziyan vurulması tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı yalnız "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini məhkəməyə təqdim edərək cavabdehlərin ona məxsus torpaq sahəsində qanunsuz inşa etdikləri 20 kv.metr sahəsi olan yüngül konstruksiyalı ticarət obyektinin icarə haqqının 21 sentyabr 2016-cı il tarix üçün 1000 manat təşkil etməsinə istinad etsə də, hazırki tələbin əsaslandırıldığı hallar üzrə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etmələri iddiaçıya maddi ziyan vurulmasına əsas ola bilməz. Belə ki, iddiaçı həmin dövrdən, yəni torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyi dövrdən hazırki vaxtadək hüququ pozulmasaydı torpaq sahəsinin zəbt olunmuş hissəsində hər hansı iş görərək gəlir əldə edə biləcəyi, əldə edə biləcəyi gəlirin məhz 150.000 manat həcmində olmasını təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
22. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı iddiasına münasibətdə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı mülkiyyətinin başqa ş əxsin qanunsuz sahibliyindən geri tələb edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbləri baxımından da bu tələbə iddia müddəti tətbiq edilə bilməz. Sözügedən maddi hüquq normasına görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ, İİ, İV-cü, Mülki Məcəllənin 21.2, 23, 152.1, 152.2, 157.2, 157.4, 180.1, 180.4, 384.0.4-cü, Torpaq Məcəlləsinin 84, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat 2
4. İddiaçı Z. Əliyev apellyasiya şikayəti verilərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edilmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri: - iddiaçı 2000-ci ildən etibarən ticarət üçün çox sərfəli yerdə yerləşən torpaq sahəsindən istifadə etmək hüququndan məhrum edilmiş, cavabdehlər isə həmin sahədə ticarət və xidmət obyektləri inşa edərək bu günədək küllü miqdarda pul qazanırlar; - həmin sahədə diş həkimi otağı, bərbərxana, telefon dükanı və Azərbaycan Beynəlxalq Bankının bankomatı yerləşir. Məhkəməyə təqdim etdiyi müstəqil qiymətləndirici şirkətin rəyinə əsasən cavabdehlər tərəfindən işlədilən ticarət obyektinin aylıq icarə qiyməti 1000 manat təşkil edir. Həmin obyekt mülkiyyətçinin özü tər əfindən işlədildiyi təqdirdə oradan daha da artıq pul qazanmaq olardı. Adı çəkilən ticarət obyektinin cavabdehlər tərəfindən 18 il ərzində işlədildiyi nəzərə alınarsa, cavabdehlər tərəfindən bu müddət ərzində ən azı 216000 manat pul vəsaitinin qazanıldığını müəyyən etmək olar; - cavabdehlər tərəfindən müəyyən təzyiqlər və hədə-qorxular vasitəsilə iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi və oradan illər ərzində istifadə edərək pul qazanmaları iddiaçının səhhətinə çox böyük zərbə vurub. Bu hadisələr baş verdikdən sonra onun ürəyində problemlər əmələ gəmiş və nəticədə 2002-ci ildə infarkt keçirmiş, halbuki ondan qabaq ürəyində heç bir problem olmamışdır. O vaxtdan bu günədək iddiaçı daimi müalicə alır və dəfələrlə xəstəxanalarda yatmışdır. Hər ay ən azı 300 manat dərmanlar üçün pul ödə yir. Xəstə olduğu müddət ərzində yalnız dərmanlara ödədiyi vəsait 50000 manatdan artıq təşkil edir.
26. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları və prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır; - məhkəmə cavabdehin izahatlarını təhrif edərək onlara əsaslanmış və qətnamədə qeyd etmişdir ki, guya cavabdeh iddiaçı ilə aralarında aparılmış razılaşmaya əsasən 3.000 ABŞ dolları pulun müqabilində iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsinin istifadə olunmasını təsdiq etmişdi r. Cavabdeh belə izahatlar verməmiş və təqdim etdiyi materiallara əlavə olunmuş etiraz ərizəsində 3.000 ABŞ dolları pulun hasarın çəkilməsi məqsədilə verildiyini göstərmişdir; - məhkəmə iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olmasını yalnız onun izahatlarına əsasən müəyyən etmişdir. Məhkəmə iddiaçının ərizəsini rədd edən və onun mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edən DƏDRX-nin məktubunun məzmununa istinad edərək qeyd etmişdir ki, “göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi cavabdehlər tərəfindən zəbt olunaraq, həmin sahədə... tikililər aparılmışdır”. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, DƏDRX-nin Bakı şəhər İdarəsi iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata almaqdan imtina etmişdir. Buna baxmayaraq, məhkəmə m ülkiyyət hüquqlarını qeydiyyata alan və tanıyan orqanların səlahiyyətlərini həyata keçirərək, DƏDRX-in mülkiyyət hüququ üzrə qeydiyyata almaqdan imtina etdiyi torpaq sahəsinə iddiaçıya mülkiyyət hüququ tanımaqla qəbul etdiyi qətnamə ilə DƏDRX-nin səlahiyyətlərini artıq icra etmişdir; - məhkəmə iş materiallarında olan sənədləri və ekspertiza rəyini, ümumiyyətlə, nəzərə almamış və onlara lazımi qiymət verməmişdir. İş mateiallarına əlavə olunmuş ekspert rəyindən və digər sənədlərdən, xüsusilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məktubundan müəyyən olunmuşdur ki, nəinki sökülməsi iddia edilən mübahisəli tikilinin iddiaçıya məxsus olan torpaq sahəsinin daxilində tikilib-tikilmədiyini müəyyən etmək mümkün olma mış, hətta həmin torpaq sahəsinin planlı yerləşməsinə dair müvafiq ayrıc aktı və kadastr planı da tərtib olunmamışdır; - məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işin həlli üçün bütün faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
28. İşin apellyasiya baxışı zamanı İddiaçı ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 115.6 kv.m olan qeyri-yaşayış binasının və 0.010924 ha torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi qeydə alınması barədə RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarışı və həmin qeyri-yaşayış binasının texniki pasportunu təqdim etmişdir.
29. Cavabdeh2 nümayəndəsi vəsatət verərək, hazırki iş üzrə cavabdeh olan Cavabdeh2 təsisçisi olduğu "xxxx" Kiçik Müəssisəsi tərəfindən 2 saylı Bakı İ nzibati-İqtisadi Məhkəməsinə iddiaçının adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarış və həmin qeyri-yaşayış binasının texniki pasportun ləğv edilməsi barədə iddia verdiyini bildirmiş və bu əsasla iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir.
30. Apellyasiya baxışı üzrə icraat dayandırılmışdır.
31. İcraatın dayandırıldığı müddət ərzində Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ilə "xxxx" X3 iddiası rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)-28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarı ilə isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ləğv edilərək, iddianın qismən təmin olunmaqla İddiaçı adına aparılmış qeydiyyat əsas ında verilən xx.xx.2017-ci il tarixli Çıxarış və digər sənədlərin "xxxx" KM-in faktiki torpaq sahəsi ilə üst-üstə düşən 21,56 kv.m hissədə ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan 3-cü şəxs Əlizadə Kamran Ziyad oğlu tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1249/2021 saylı 28 iyul 2021-ci il tarixli qərarı ilə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-(103)-28/2021 saylı 05 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-233/2022 saylı 23 sentyabr 2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" X3 apellyasiya şikayəti tə min edilməyərək, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-51/2019 saylı 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2388/2022 saylı 27 dekabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
32. Hazırki iş üzrə icraat təzələndikdən sonra İddiaçı ölümü ilə əlaqədar olaraq oğlu Kamran Əlizadə iddiaçının prosessual hüquq varisi kimi işə cəlb edilmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabd ehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Xəyalə Cəmilova (sədrlik edən və məruzəçi), Aytən Oruczadə, Rəşid Səmədov)
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış və məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, işin apellyasiya baxışı zamanı apa rılan araşdırmalar nəticəsində müəyyən olundu ki, hazırki iş üzrə icraatın dayandırılmasına əsas olmuş, iddiaçı "xxxx" X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması, torpaq ahəsinin plan-ölçüsü barədə ilkin sənədlər və texniki pasportun etibarsız sayılması, reyestrdə qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-233/2022 saylı inzibati işində məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir.
36. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-233/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, 10/48 saylı xx.xx.2022ci il tarixli ekspert rəyinə əsasən ünvan 6 ünvanında yerləşən iddiaçı "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus obyekt faktiki olaraq iş materiallarında olan həmin müəssisənin adına verilmiş ilkin sənədlərə (Nardaran-2 X3 adına olan xx.xx.2001-ci il tarixli 494 No-li registrdən çıxarışda xx.xx.2001-ci il tarixli 002504 №-li mülkiyyət şəhadətnaməsinə əlavə edilmiş xx.xx.2001-ci il tarixli 000046 No-li texniki pasportda göstərilən torpaq sahəsinin sərhədlərinə (cizgilərinə)) uyğundur. xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, "xxxx" X3 faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləşir. Müba hisəli ərazidə yerləşən "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus obyektlərin yerləşdiyi faktiki torpaq sahəsinin ölçüləri texniki pasportun göstəricilərinə uyğun olduğu nəzərə alınmaqla, müəssisə tərəfindən sərhədləri pozulmayıb. ünvan 6 ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində ilkin sənədlərə əsasən yerləşən 134 saylı pavilyona dair Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 7172 saylı şəhadətnamə və xx.xx.1997-ci il tarixdə tərtib edilmiş texniki pasport və onun adına xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarixlərdə verilmiş çıxarışlarla uyğunsuzluq təşkil edir, bu uyğunsuzluq nəzərə alınmaqla üçüncü şəxs sərhədlərini pozmuşdur. Həmin inzibati iş üzrə verilmiş ekspert rəyində göstərilənlərə aydınlıq gətirilməsi üçün ekspert Xəyyam İsgəndərov məhkəmə icl asında dindirilərkən ona verilmiş suallara əsasən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" çoxsahəli kiçik müəssisəsi faktiki olaraq öz adına olan sənədlərlə əhatə olunan torpaq sərhədləri daxilində yerləşir. Ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir (bu hal iddiaçı tərəfindən mübahisələndirilmir). Sənədlərə əsasən müəssisənin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sərhədləri üçüncü şəxs İddiaçı tərəfindən pozulmamış və onun tərəfindən baxmayaraq ki, ona məxsus obyektə dair ilkin və sonrakı sənədlər arasında uyğunsuzluq mövcud olsa da, faktiki vəziyyətində iddiaçının sənədlə əhatə olunan torpaq sahəsinə müdaxilə olunmamışdır.
37. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən inzibati iş üzrə ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, hazırki işdə mərhum İddiaçı sökülməsini cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tələb etdiyi qanunsuz tikili (obyekt) əslində "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus olmaqla yanaşı, həm də iddiaçıya məxsus torpaq sahəsində yerləşmir. Bu fakt yuxarıda adı çəkilən inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarında və həmin iş üzrə verilmiş ekspert rəyində də öz əksini tapmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, belə olan təqdirdə iddiaçı sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır ki, həmin iddia da əsassız olduğu üçün rədd edilməlidir.
39. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiqləmək məqsədilə ilk növbədə qeyd edilən cavabdehlər tərəfindən inşa edilmiş tikilinin ona məxsus torpaq sahəsində tikilməsini sübuta yetirməli və daha sonra onun həmin əmlakdan istifadəsinə hər hansı maneə yarandığını və hüquqlarının məhdudlaşdırıldığını təsdiq edən sübutlar təqdim etməli idi. Lakin iddiaçı cavabdehlər tərəfindən tikilmiş tikilinin onun hüquq və maraqlarını pozmasına dair sübutları məhkəməyə təqdim edə bilmədiyi üçün onun iddiası təmin (qismən) edilə bilməzdi.
40. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd edib ki, cavabdehlərin torpaq sahəsindən çıxarılması, maddi və mənəvi ziyanla bağlı tələblər iddiaçının əsas tələbinə əlavə tələblər qismində çıxış etdiyindən, əs as iddia tələbinin təmin edilməməsi səbəbindən bu tələblər də təmin olunmamalıdır.
41. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı prosessual hüquq varisi Əlizadə Kamran Ziyad oğlui (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
43. Kassasiya şikayəti belə əsaslandırılıb: - iş materiallarına əlavə edilmiş qeyri-yaşayış binasının (reyestr nömrəsi: ******************) Texniki Pasportunun “qeyd” hissəsindən görünür ki, “1” işarələnmiş sahə digər fiziki şəxs tərəfindən zəbt olunmuş iddiaçının mülkiyyətində olan torpaq sahəsidir və h əmin sahə (19,7 m2) təsnifatda ümumi torpaq sahəsinə daxil edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi “iddiaçının sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır ki, həmin iddia da əsassız olduğu üçün rədd edilməli olmalıdır” kimi səhv nəticəyə gəlmişdir. Halbuki ən azından iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunması, həm də fiziki şəxs tərəfindən zəbt olunması sübut edilir; - apellyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və qeyri-yaşayış binasına aid 30 avqust 2017-ci il tarixli Çıxarışın və eyni tarixli Texniki Pasportun etibarlı olması barədə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 07 may 2019-cu il tarixli qərarını nəzər ə almamış, məhkəmə qətnaməsi ilə sübut edilmiş halların iddiaçı tərəfindən yenidən sübut edilməsini gözləmişdir; - hazırki mübahisə üzrə Cavabdeh2 iddiaçıya 3000 ABŞ dolları verməsini etiraf etməsi iddianın əsaslı olmasını sübut edir; - iş materiallarında qanunsuz tikilinin (obyektin) əslində "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus olmasını təsdiq edən başqa heç bir sübut olmadığı halda, apellyasiya instansiyası məhkəməsi formal mülahizə əsasında iddiaçının iddia tələbini sübut edə bilmədiyi halda, ayrı-ayrı fiziki şəxslərə qarşı iddia qaldırmış olması nəticəsinə gəlmişdir. Halbuki nə istinad edilən ekspert rəyində, nə də qeyd edilən məhkəmə qərarında mübahisəli qanunsuz tikilinin "xxxx" çoxsahəli kiçik müəssisəsinə məxsus olmasını təsdiq edən sübuta istinad edilməmişdir. b) Kassasiya ş ikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə cavabdehlər tərəfindən etiraz verilməmişdir. 45. "xxxx" X3 nümayəndəsi və vəkilinin kassasiya şikayətinə etirazını isə məhkəmə kollegiyası həmin müəssisənin hazırki iş üzrə tərəf olmaması əsası ilə nəzərə almır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərə f öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instans iya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
50. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş 000087 saylı, 05 noyabr 1998-ci il tarixli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 20 ünvanında 134 saylı pavilyonun yerləşdiyi 109,24 kv.metr torpaq sahəsini İddiaçı satın almış, torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, 00006160 saylı Çıxarışına əsasən ünvan 1 ünvanda, istifadədə olan 0,01369 ha torpaq sahəsində yerləşən 115,60 kv.m ümumi, 104,70 kv.m əsas, 10,90 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində 06 may 2006cı il tarixdə qeydiyyata alınmışdır.
51. İddiaçı qeyd edilən sənədlərə istinadən ona məxsus 109,24 kv.metr torpaq sahəsində cavabdehlər tərəfindən tikili inşa edilməsi, bu səbəbdən hər iki əmlaka reyestrdən vahid çıxarış ala bilməməsini əsas göstərərək hazırki iddianı qaldırmışdır.
52. İşdən o da görünür ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 15 avqust 2017-ci il tarixli qətnaməsi çıxdıqdan sonra iddiaçı olmuş İddiaçı adına ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 115.6 kv.m olan qeyri-yaşayış binasının və 0.010924 ha torpaq sahəsinin xüsusi mülkiyyəti kimi qeydə alınması barədə RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarış və həmin qeyri-yaşayış binasının texniki pasportu tərtib edilmiş, həmin çıxarış və texniki pasport "xxxx" çoxsahəli kiçik müəssisəsi tərəfindən inzibati mühakimə icraatı qaydasında mü bahisələndirilsə də, iddiası təmin edilməmişdir.
53. İddianı rədd edən apellyasiya instansiyası məhkəməsi də gəldiyi nəticəni həmin inzibati iş üzrə alınmış ekspert rəyi ilə əsaslandıraraq göstərib ki, iddiaçı sökülməsini tələb etdiyi obyektin ona məxsus torpaq sahəsində yerləşdiyini sübut edə bilmədiyi halda ayrıayrı fiziki şəxslərə qarşı iddia qaldırmışdır.
54. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati iş üzrə alınmış 10/48 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş, "xxxx" X3 faktiki istifadəsində olan 2.8x7,7=21,56 kv.m. ölçüdə torpaq sahəsi, həmin müəssisəyə məxsus qeyri-yaşayış sahəsinin giriş tərəfdən sərhədlərində yerləş ir.
55. İstinad edilən ekspert rəyində xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin 2.8x7,7=21,56 kv.m. ölçüdə olan hissəsinin "xxxx" X3 faktiki istifadəsində olması qeyd edilib. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi inzibati işdə həmin rəyi verən ekspert Xəyyam İsgəndərov da məhkəmə iclasında dindirilərkən qeyd edib ki, iddiaçı "xxxx" X3 ona məxsus qeyri-yaşayış sahəsinin ön hissəsində yerləşən 2.8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədi yoxdur, faktiki istifadə edir.
56. Göründüyü kimi, istər istinad edilən ekspert rəyində, istərsə də həmin rəyi tərtib edən ekspertin inzibati işdə rəylə bağlı verdiyi izahatında "xxxx" X3 ona məxsus qeyriyaşayış sahəsinin ön hissəsində yerləşən 2. 8x7.7=21.56 kv.m. ölçüdə torpaq sahəsinə sənədinin olmaması, üstəlik, həmin sahənin xx.xx.2017-ci il tarixdə verilmiş ******* saylı reyestrdən çıxarışa əsasən üçüncü şəxs İddiaçı mülkiyyətinə verilməsi qeyd edilsə də, apellyasiya instansiyası məhkəməsinin iddianın rədd edilməsi üçün gətirdiyi arqumentlər ziddiyyətli olmuşdur.
57. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən yalnız inzibati işdə alınan rəyə istinad etmiş və nəyə görə bu nəticəyə gəlməsini əsaslandırmamışdır. 58. ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 115.6 kv.m olan qeyri-yaşayış binasının və 0.010924 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* saylı xx.xx.2017-ci il tarixli Çıxarış var, həmin qeyri-yaşayış binasının texniki pasportu tərtib edilib. Həmin çıxarışın və texniki pasportun qanuniliyi inzibati qaydada mübahisələndirilsə də, iddia uğursuz olub, Çıxarış və texniki pasport hazırda qüvvədədir.
59. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (Mülki Məcəllə, 139.1, 140, 157.2-ci maddələr)
60. İddiaçının adına xx.xx.2017-ci il tarixli vəziyyətə əsasən tərtib edilmiş texniki pasportun “Qeyd” hissəsində “1” rəqəmi ilə qeyd edilən sahənin digər fiziki şəxs tərəfindən zəbt edilən ərizəçinin mül kiyyətində olan torpaq sahəsi olması və həmin sahənin (19,7 kv.m) təsnifatda ərazinin ümumi torpaq sahəsinə daxil edilməsi qeyd edilib.
61. Hər hansı əsaslandırma olmadan, texniki pasportun “Qeyd” hissəsi ilə bağlı məqama qiymət vermədən iddiaçının adına tərtib edilmiş mülkiyyət sənədi və texniki pasport qüvvədə ola-ola yalnız inzibati işdə olan ekspert rəyinə istinad etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmək əsaslı sayıla bilməz. Üstəlik, istinad edilən rəylərin məhkəmə iclasında tədqiq edilməsi, onlara MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələbi baxımından qiymət verilməsi də işdən görünmür.
62. Bundan əlavə, Cavabdeh2 iddiaçıya hasar çəkmək üçün 3000 ABŞ dolları verməsini bildirsə də, işin bu halına da qiymət verilməmiş, həmin hasarın haradan çəkilməsi, nəyə görə məhz hasarı n çəkilməsinə görə cavabdehin iddiaçıya pul ödəməsinə aydınlıq gətirilməmişdir.
63. Başqa bir məsələ, iddia tələbi konkret fiziki şəxslərə qarşı yönəldiyi halda, "xxxx" X3 hazırki işə aidiyyəti, həmin müəssisəyə məxsusluğu bildirilən torpaq sahəsinə dair hər hansı sənəd araşdırma predmeti olmayıb.
64. Sadalanan mübahisəli hallar açıq qaldığı və onlara aydınlıq gətirilmədiyi üçün məhkəmə kollegiyası gəlinən nəticənin də əsaslı olub-olmamasına qiymət verə bilmir.
65. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
66. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsədlərindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
67. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin hallarını işdəki sübutların prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi yolu ilə müəyyən etməli, tər əflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.
68. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı prosessual hüquq varisi Əlizadə Kamran Ziyad oğlunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.