Məhkəmə qərarları › İş №2(102)-2255/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2255/2021

06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2255/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və iddiaçı Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2255/21 (Açar sözlər: əmlak, pul) Bakı şəhəri, xx xxxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X3, vəkili Vnun və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Vəkil Rnun iştirakları ilə, Sumqayıt Apellyasiya Mə hkəməsi Mülki kollegiyasının 2(105)-1497/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsində adları qeyd edilən əşyaların cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən əşyaların cavabdehdən alınaraq ona qaytarılması, həmin əşyalar yararlı olmadığı halda dəyərlərinin a lınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh özünə məxsus əşyaları götürməkdən imtina etdiyi üçün onun məcburi olaraq o əşyaların saxlanması üçün 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayına qədər ödədiyi 1200 manatın və bundan sonra cavabdeh əşyalarını götürənə qədər hər ay 50 manatdan olaraq ödəyəcəyi məbləğin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən əşyaların cavabdehdən alınaraq ona qaytarılması, həmin əşyalar yararsız hala salınaraq qaytarılması mümkün olmadıqda isə dəyərlə rinin iddia ərizəsində göstərilən bazar qiymətləri ilə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə Cavabdeh 0.02 ha torpaq sahəsi almış və 2007-ci ildə həmin torpaq sahəsində fərdi ev tikərək orada ailə üzvləri ilə birlikdə yaşamışdır. 2016-cı ilin əvvəllərində Rövşən və onun ailə üzvləri heç bir əsas olmadan onun evinə girmiş, evin əksər hissəsini uçurmuş, orada olan əmlakların bir hissəsini məhv etmiş, digər bir hissəsini isə naməlum istiqamətə aparmışdır. E yaşayış binasına görə onun adına AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2018-ci ildə RX seriyalı ******* saylı Çıxa rış verilmişdir. Həmçinin Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-1432/2018 saylı qətnaməsi ilə E saylı evə istifadə hüququ tanınmışdır. Həmin qətnamədən cavabdehin verdiyi şikayət ərizəsi Sumqavıt Apellvasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə rədd edilmiş və sözügedən qərarda göstərilmişdir ki. həmin ünvanda olan fərdi evin yerləşdiyi torpaq sahəsinin cavabdehə heç bir aidiyyatı yoxdur. Beləliklə, sözügedən ünvanda şəxsi vəsaiti hesabına inşa edilmiş əmlaklar ya məhv edilmiş, ya da cavabdeh tərəfindən ələ keçirilmişdir. Cavabdeh xx.xx.2017-ci ildə tərtib olunmuş qarşılıqlı iddia ərizəsində qeyd olunan əmlakların bəzilərinin mövcudluğunu etiraf etmişdir. Lakin bir çox əşyalar həmin siyahıda yoxdur, Cavabdehin onun əmlaklarını ələ keçirərək məhv etməs i Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-29/2017 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci tarixli, 2(105)-1208/2018 saylı, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli. 2(060)9205/2018 saylı qətnamələri ilə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx xxxxxx 2016-cı il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarı ilə təsdiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddia ərizəsində göstərilən əşyaların yerləşdiyi bina onun həyətində yerləşməklə İddiaçı kirayə yaşamaq üçün verilmiş və cavabdeh öz əşyalarını ora yığmaqla ailə üzvləri ilə birlikdə orada yaşamışdır. 2016-cı ildə o, cavabdehdən evi boşaltmağı tələb etdikdə sonuncu evi boşaltmayacağ ını bildirmişdir. Amma o, cavabdehi evdən çıxarmağa nail olmuşduur. Bundan sonra cavabdeh ona qarşı əmlak tələbinə dair iddia verərək həmin evdə olan əşyalarını tələb etmiş, o da həmin iddianı qəbul edib əşyaları qaytarmağa razı olduğunu bildirmişdir. Lakin cavabdeh bütün əşyaları deyil, yalnız orda olan 2 çemodanı götürmək istədiyini bildirmiş, o, isə bütün əşyaları götürməyi tələb etmişdir. Bu səbəbdən cavabdeh iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il qərardadı ilə iş baxılmamış saxlanmışdır. Cavabdeh əmlaklarını könüllü olaraq götürmədiyi üçün o, 2017-ci ilin yanvar ayında əşyaların çıxarılaraq bir yerə yığılmasını qərara almış, bu məqsədlə bir neçə yerdə icarə yeri axtarmış. Coratda qonşuluqda yaşayan X9 onun bu problemini bil diyi üçün özünün işləmədiyini, pula da ehtiyacı olduğunu və 50 manat haqq müqabilində evinin bir otağında həmin əşyaları saxlamağa razı olduğunu demiş, o, həmin təkliflə razılaşmış, əşyaları onun evində bir otağa yığmış, hər ay da ona 50 manat icarə haqqı ödəmişdir. Sonradan o, həbs edilmiş və həbsdə olduğu dövrdə cavabdeh sahə müvəkkilinin iştirakı ilə həmin evdən iki çemodan götürmüşdür. Bundan sonra onun arvadı cavabdehə məxsus əşyaların evdən çıxarılması üçün məhkəmədə iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə 276 adda əşyanın evdən çıxarılması qət edilmiş, lakin cavabdeh əşyaların çıxarılmasını istəmədiyi üçün şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən 1-ci instansiya məhkəməsinin qətn aməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Həmin vaxtdan cavabdehə məxsus əşyalar onun icarə haqqı ödədiyi evdə yerləşir. O, cavabdehə məxsus əşyaların hamısını qaytarmağa razıdır. Lakin cavabdeh bilərəkdən əşyaları götürməmişdir və o, məcbur olub əşyaları götürüb başqa yerdə saxlamış, əşyaların saxlanması üçün 2017-ci ilin yanvarından bu günə kimi icarə haqqı ödəmişdir. Bu 2 il ərzində ödədiyi icarə haqqının məbləği 1200 manat təşkil edir. Bu gün də həmin əşyalar başqa yerdə saxlanılır və hər ay icarə haqqı ödənir. Ona görə də bu 2 il ərzində cavabdehin əşyalarını saxlamaq üçün ödədiyi 1200 manat və əşyalar götürələnə qədər ödəyəcəyi pullar cavabdehdən alınaraq ona verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxx 2019cu il tarixli 2(060)-17 32/2019 nömrəli qətnaməsi ilə (hakim Almaz Süleymanova) ilk iddia tələbi təmin edilərək, Cavabdeh iddia ərizəsində göstərilmiş əşyaların, həmin əmlakların naturada qaytarılması mümkün olmadıqda onların dəyərinin alınaraq İddiaçı ödənilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia tələbi üzrə tələb olunan əşyaların dəyəri cavabdeh tərəfindən miibahisələndirilmədiyindən iddiaçı tərəfindən göstərilmiş qiymətlər əşyaların dəyəri kimi qəbul edilməlidir. Eləcə də məhkəmə qeyd edir ki, araşdırılan mübah isə üzrə ilkin iddia üzrə cavabdeh iddia edilən əşyaların onun saxlancında olduğunu bildirərək, iddianı etiraf etdi. Məhkəmə qarşılıqlı iddia tələbini əsassız hesab edir və qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki. qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbim məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmənin qənaətincə qarşılıqlı iddia üzrə iddiaçının iddianın əsası kimi istinad etdiyi hallar yalnız özünün ifadəsində göstərdiyi hallardan başqa, hər hansı mötəbər sübuta əsaslanmır. Məhkəmə dindirilm iş şahid ifadəsinə gəlincə isə həmin şəxsin ilkin iddia üzrə iddiaçının yaxın tanışı olmaqla iddianın nəticəsində maraqlı şəxs olduğunu hesab edir və həmin şahid ifadəsini inandırıcı, əsaslı şübhədən kənar iddianın təmin edilməsi üçün yetərli mötəbər sübut növü olaraq qəbul etmir. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119, 191.3, 217.4 və 220.4cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhk əməsində birinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Aqil Abbasov- sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-2736/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən halı ondan ibarətdir ki, E saylı ev İddiaçı mülkiyyətində olmuş (i.v.4), sonradan məhkəmə qətnamələr əsasında qeyd edilən ev üzərində Cavabdeh hüquqları tanınmışdır. Ev iddiaçının mülkiyyətində olduğu dövrdə ona məxsus əmlaklar da həmin evdə yerləşdirilmişdir. İş materiallarından görünür ki, ha zırki iş üzrə cavabdeh olan Cavabdeh arvadı X1 Ramazanova qarşı iddia qaldıraraq 276 adda əmlakın E saylı evdən çıxarılmasını tələb etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017ci il tarixli qətnaməsi ləğv edilmiş, X2 İddiaçı qarşı əmlakın çıxarılması tələbi təmin edilməmişdir. (i.v. 58, 70, 73) Göründüyü kimi, həm Cavabdeh hazırki iş üzrə qarşılıqlı iddia ərizəsində, həm də onun arvadı X2 İddiaçı qarşı əmlakın çıxarılması barədə iddia ərizəsində iddiaçıya məxsus əşyaların E saylı evdə olması sübuta yetir. Bu baxımdan, Cavabdeh iddia tələbində göstərilən əmlakların bir qisminin mövcudluğunu şübhə altına almasını və biri nci instansiya məhkəməsində ilkin iddianı qəbul etməsi barədə izahat verməməsi barədə dəlillərini məhkəmə kollegiyası qəbul etmir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində ilkin iddianı qəbul etməsi barədə izahat vermədiyini bildirsə də, onun qarşılıqlı iddiasının məzmunundan və tələbinin mahiyətindən (qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlib) görünür ki, o, iddiaçıya məxsus əmlakların mövcudluğunu və onları qaytarmalı olmasını qəbul edir. İddia tələbi digər sübutlarla da təsdiqini tapdığı üçün yazılı ərizə olmasa da, məhkəmə kollegiyası Cavabdeh iddianı etiraf etməsi barədə yazılı ərizə verməli olması barədə dəlilini formal mülahizə kimi qiymətləndirir. İddiaçı iddia ərizəsində göstərdiyi əmlakların mülkiyyətçisi olduğu üçün onu n həmin əmlakları özgənin qanunsuz sahibliyindən geri götürmək hüququ vardır. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmçinin məhkəmə kollegiyası qarşılıqlı iddiaçının təqdim etdiyi və onun bildirməsinə görə B.Ramazonovla M.Nadirov arasında olan telefon danışığının səs yazısı olan diski sübut kimi qəbul etmir. Qarşılıqlı iddiaçı bu səs yazısının M.Nadirov tərəfindən aparılmasını bildirsə də, həmin səs yazısının nə vaxt, hansı şəraitdə yazılmasını izah edə bilməmişdir. İddiaçı isə belə bir səs yazısından, ümumiyyətlə, xəbərsiz olduğunu göstərmişdir. Belə olan halda, həmin diskdə əks olunan səsyazmanın qanuni yolla əldə edilməsi təsdiq olunmadığı üçün sübut növü kimi qəbul edilə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 95.2-ci maddəsinə görə qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğu üçün ilk iddianın təmin edilən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mahiyyətcə düzgün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddianın rədd edilən hissəsində də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşılıqlı iddiaçı öz tələbini cavabdehə məxsus əmlakların haqq müqabilndə kənar şəxsin evində saxlanca qoyması, bu məqsədlə 1200 manat haqq ödəməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, qarşılıqlı iddiaçının bu tələbi sübuta yetmir. Onun birin ci instansiya məhkəməsinə təqdim etdiyi sübut – şahid ifadəsi isə inandırıcı deyil. Əvvəla, həmin şahid qarşılıqlı iddaçı Cavabdeh həmkəndlisi olmaqla, onun qonşusu olmasını, cavabdeh İddiaçı isə Rövşəngilə gedib-gələrkən gördüyünü demişdir. Bundan əlavə, qarşılıqlı iddiaçı saxlanc üçün ödədiyi pula dair hər hansı qəbz təqdim etməmişdir. Bu baxımdan, hər hansı başqa sübutlarla tamamlanmadığndan qarşılıqlı iddiaçının tanışı olan həmin şahidin ifadəsini məhkəmə kollegiyası mötəbər və ziddiyyətsiz sübut kimi qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Kasasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlqar Dəmirov sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Əhməd Əhmədov) xx xxxxxx 2020-ci il tarixli, 2(102)242/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin olunaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2736/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ilk iddia tələbinə dair hissədə ləğv edilməsi və işin həmin hissədə yeni apelyasiya baxışına qaytarılması, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, ilkin iddia tələbində göstərilən əmlakların dəyəri yalnız iddiaçı tərəfindən müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən apellyasiya şikayətində həmin əmlakların dəyəri mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində prosessual qanunvericiliyin tələbinə zidd olaraq ilkin iddianın cavabdeh tərəfindən etiraf edilməsi qeyd olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə görə cavabdehin iddianı etiraf etməsi məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə hər iki tərəf imzalayır. Bundan əlavə, cavabdeh apellyasiya şikayətinin dəlili kimi iddiaçıya məxsus əmlakların başqa şəxsə saxlanca verdiyini, həmin saxlanc yerində olan əşyaların siyahıya alınmaqla dəyərinin müəyyən edilməli olmasını qeyd etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin əsaslı dəlillərinə düzgün hüquqi qiymət verməyərək iş üzrə məhkəmə baxışının prinsipləri adlanan MPM-nin 14-cü maddəsinin tələblərinə əməl etməmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi ilkin iddia tələbi ilə bağlı hissədə həmin maddənin tələbləri baxımından işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov, Fərmayıl Zeynallı) 2(105)-1497/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq eksperti zası təyin edilmiş, ekspertizanın aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin qiymətləndirmə hesabatından əsasən, ilk iddia ərizəsi üzrə tələb edilən əşyaların dəyəri 10407 manat təşkil edir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Hökümə Babayeva, Zaur Məmmədov) 2(105)-1497/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1732/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsinin qismən - ilk iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, ilk iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 9407 manatın alınaraq İddiaçı verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyə ri olan 500 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdən görünür ki, E saylı ev İddiaçı mülkiyyətində olmuş, sonradan məhkəmə qətnamələri əsasında qeyd edilən ev üzərində Cavabdeh hüquqları tanınmışdır. Ev iddiaçının mülkiyyətində olduğu dövrdə ona məxsus əmlaklar da həmin evdə yerləşdirilmişdir. Hazırki iş üzrə cavabdeh olan Cavabdeh arvadı X1 Ramazanova qarşı iddia qaldıraraq 276 adda əmlakın E saylı evdən çıxarılmasını tələb etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2017-ci il tari xli qətnaməsi ləğv edilmiş, X2 İddiaçı qarşı əmlakın çıxarılması tələbi təmin edilməmişdir. Həm Cavabdeh hazırki iş üzrə qarşılıqlı iddia ərizəsində, həm də onun arvadı X2 İddiaçı qarşı əmlakın çıxarılması barədə iddia ərizəsində iddiaçı B.Ramazonova məxsus əşyaların E saylı evdə olması təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, iş üzrə tərəflərin izahatlarına əsasən hal-hazırda əşyaların Məsim Hacıyevin evində olmadığını nəzərə alaraq, X7 yenidən şahid qismində dindirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, Rövşən ona müraciət edərək, əşyaların onun evində saxlanılmasını xahiş etmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan Rövşənlə razılaşmış və onun gətirdiyi əşyaları evinə yerləşdirmişdir. Əşyalar 2 il 3 ay evində saxlanılmışdır. Sonradan əşyaların sahibi Bahadurla danışmış və ona əşyalarını gəlib götürməsini təklif etmişdir. Lakin Bahadur əşyaları götürməyəcəyini bildirərək, “nə istəyirsən et” demişdir. Bundan sonra əşyaları atmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əşyaların Cavabdeh tərəfindən M.Hacıyevə saxlanca verilməsinə dair tərəflər arasında yazılı müqavilə bağlanmamış, tərəflərin hüquq və öhdəlikləri yazılı şəkildə qeyd olunmamışdır. X11 Ramazanovun sözü ilə əşyaların atıldığını bildirsə də, cavabdeh tərəf həmin faktı təsdiq edəcək mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə iclasında da müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıya məxsus əmlakların əvvəllər mövcud olduğunu qəbul edir və onların saxlanılması üçün Məsim Hacıyevə verildiyini göstərir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq qeyd edir ki, İddiaçı məxsus əşyalar ona qaytarılmalı olduğundan, onların əvvəllər mövcudluğu işin mübahisəsiz halı olduğundan və həmin əşyalar hal-hazırda mövcud olmadığından, əşyaların dəyəri Cavabdeh tutulmalıdır. İş materiallarından görünür ki, ilkin iddia tələbində göstərilən əmlakların dəyəri yalnız iddiaçı tərəfindən müəyyən edilmişdir. Cavabdeh tərəfindən isə həmin əmlakların dəyəri mübahisələndirilmişdir. Məhkəmə kollegiyası mübahisələri əşyaların dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. “xxxx” MMC-nin qiymətləndirmə hesabatı ilə ilk iddia ərizəsi üzrə tələb edilən əşyaların dəyəri 10407 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi 4 nəfərin paltarlarının dəyərinin tutulması hissəsind ə (1000 manat dəyərində) qeyri-müəyyən olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı geyim əşyaları üçün 1000 manat tələb etsə də, həmin geyimlərin nədən ibarət olduğunu göstərməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 9407 (104071000=9407) manat alınaraq İddiaçı verilməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (vəkili VəkilR) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Ape llyasiya Məhkəməsi sübutları, faktları, təqdim edilmiş sənədləri, tərəflərin dediklərini, izahatlarını, sübut kimi gətirdikləri və istinad etdiyi halları, şahid İfadələrini, ekspertiza rəyini hərtərəfli, tam, obyektiv, qərəzsiz və müqayisəli şəkildə araşdırıb qiymətləndirmək əvəzinə cavabdeh tərəf kimi ona qarşı tam qanunsuz və əsassız yerə qərəzli, qeyri-obyektiv, ədalətsiz mövqe tutmuş, ilkin iddia üzrə iddiaçıya havadarlıq etmiş, hər vasitə ilə onun qanunsuz və əsassız iddia tələbinin təmin olunmasına çalışmış, cavabdeh tərəf olaraq onun, nümayəndəsinin və vəkilinin dediklərini, bununla bağlı verdikləri izahatları, gətirdikləri və istinad etdikləri faktları. sübut və dəlilləri. eyni zamanda həmin fakt və sübutları təsdiq edən və məhkəməyə təqdim etdikləri müvafiq sənədləri. eyni zamanda iş üzrə alınmış ekspertiza rəyini, şahid ifadələrini qanunsuz və əsassız olaraq nəzərə almamış, işin faktiki hallarını düzgün qiymətləndirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, ilkin iddia üzrə iddiaçının iddia tələbinin tam şəkildə təmin edilməyərək rədd olunması üçün işdə kifayət qədər fakt və sübutların olmasına baxmayaraq verdiyi apelyasiya şikayətini qismən təmin etmişdir. Apellyasiya məhkəməsində ikinci dəfə hazırkı mülki işə baxılan zaman tam müəyyən və sübut olunmuşdur ki, mülki işə əvvəllər birinci instansiya məhkəməsində, apelyasiya və Ali Məhkəmədə baxılan zaman cavabdeh kimi o, ilk iddianı heç vaxt etiraf etməmiş, həmin iddianı qəbul etməmiş, verilmiş iddianı qanunsuz və əsassız hesab etmiş, onun rədd edilməsini məhkəmələrdən xahiş etmişdir. Eyni zamanda Sumqayıt Apellya siya Məhkəməsindəı ikinci dəfə də işə baxılan zaman tam sübut olunmuşdur ki, ilk iddiaçının verdiyi iddia ərizəsində göstərdiyi əmlakların çoxu ümumiyyətlə olmamış, iddiaçı iddia ərizəsində qeyd etdiyi əmlakların sayını və növünü, eyni zamanda onların dəyərini qəsdən, bilərəkdən həddən artıq şişirtmişdir. Bütün bunları ilk iddiaçı onu və ailəsini 10 il kirayədə qaldığı özünə məxsus evdən 2016-cı ilin dekabr ayında çıxardığına görə ondan qisas almaq və pul qoparmaq məqsədilə edir. İlk iddiaçıya və ailəsinə məxsus əşyaların hamısı işlənmiş və köhnə əşyalar olmuşdur. İlk iddiaçı və ailə üzvlərinin onun evində qalan əşyaları iddia ərizəsində qeyd etdiyi və tələb etdiyi əşyalar olmamışdır. Həmin əşyalar o, həbsdə olan zaman arvadı X4 tərəfindən İddiaçı qarşı 2017-ci ildə Sumqayıt Şəhər Məhkəməs ində qaldırdığı "‘əmlakın çıxarılması tələbinə dair” iddia ərizəsində qeyd etdiyi siyahıdakı əşyalar olmuşdur. Başqa heç bir əşya olmamışdır. İddiaçı 2019-cu ildə ona qarşı Sumqayıt şəhər Məhkəməsində qaldırdığı hazırkı iddia ərizəsində qeyd etdiyi siyahıdakı əşyaların çoxu olmamış və onun evində qalmamışdır. İlk iddiaçı əvvəlcə içindəki əşyalarla bərabər iki ədəd çemodanı,daha sonra həmin əşyaların bir çoxunu gəlib aparmış, müəyyən hissəsi yenə Məsim Hacıyev və ailəsinin yaşadığı evdə qalmışdır. Onunla bərabər Məsim Hacıyevin özü də dəfələrlə ilk iddiaçıdan həmin əşyaların gəlib aparmasını və əşyalar saxlanan otağı boşaltmağı ondan dönə-dönə xahiş və tələb etmişdir. Məsim Hacıyev tərəfindən 2019-cu ilin yay aylarının birində növbəti dəfə ilk iddiaçıya zəng ediləndə sonuncu Məsim Hacıyevə bildirmişdir ki,həmin əşyalar artıq ona lazım deyil, həmin əşyalarla nə istəyir eləsin, istəyirsə həmin əşyaları evindən çıxarıb çölə tullasın. Həmin əşyalar artıq onu maraqlandırmır və ona lazım deyildir. İş üzrə alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinin tam saxta bir rəy olması da apelyasiya məhkəməsində işə baxılan zaman tam təsdiqini tapmışdır.Belə ki, ekspertiza zamanı ekspertə tədqiqat üçün heç bir əmlak təqdim olunmadığı halda, ekspert verdiyi saxta rəyini əsaslandırmaq üçün yalandan rəydə qiymətləndirmə üçün təqdim olunmuş əmlak və mövcud sənədlərin şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilməsi və əmlakın bazar dəyərinin müəyyən edilməsini qeyd etmiş və ilk iddiaçının təqdim etdiyi saxta siyahıdakı mövcud olmayan əşlayarın xx.xx.2020-ci il tarixinə uyğun bazar qiyməti ilə dəyərini 10407 manat məbləğində müəyyən etmişdir. Qeyd olunanlara əsaslan apelyasiya kollegiyasının qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili VəkilR kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqi varisi X6 və vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instans iyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzr ə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kasasiya şikayətində dəlil olaraq işə baxmış apelyasiya məhkəməsinin ilk iddiaçının izahatına əsaslanmasına, onun təqdim etdiyi sübutların və f aktların nəzərə alınmadığına, məhkəmənin saxta ekspert rəyinə istinad etdiyinə, ilk iddiaçının tələb etdiyi sayda və növdə əmlakların onda olmadığına, ilk iddiaçının əsassız iddia verməsinə, həmçinin qarşılıqlı iddia üzrə əmlakların saxlanmasına görə çəkdiyi xərcin əsassız olaraq ilk iddiaçıdan tutulmamasına istinad etmişdir. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, ilk iddia üzrə cavabdeh ilk iddia tələbində olan əmlakların onun tərəfindən etiraf edilmədiyinə istinad etsə də, kasasiya yoxlaması nəticəsində ilk iddia üzrə cavabdehin izahatı və qarşılıqlı iddia tələbi üzrə ərizəsindən aydın görünür ki, ilk iddia üzrə cavabdeh həmin əşyaların ondan olmasını dolayısı ilə etiraf etmiş, hətta həmin əmlakların saxlanmasına görə ilk iddiaçıdan pul vəsaiti də tələb et mişdir. Ona görə də ilk iddia üzrə cavabdehin bu barədə dəlili əsaslı hesab edilə bilməz. Apelyasiya kollegiyasının istinad etdiyi ekspert rəyinin saxtalığı barədə dəlil üzrə qeyd edilməlidir ki, ilk iddia üzrə cavabdeh öz mülahizəsi ilə qiymətləndirmə ekspertizasının tərtib etdiyi rəyin saxta olmasını göstərmiş olsa da, həmin rəyin qeyri-mötəbərliyi barədə hər hansı sübuta istinad edə bilməmiş və ya məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Ona görə də ilk iddia üzrə cavabdehin bu barədə də dəlili əsaslı hesab edilə bilməz. İlk iddia üzrə cavabdehin qarşılıqlı iddia üzrə çəkdiyi xərcin tutulmaması ilə əlaqədar dəlili üzrə isə qeyd edilməlidir ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, işə daha əvvəl kasasiya instansiya məhkəməsində baxılarkən məhkəmə qətnaməsi həmin hissə üzrə də yoxlanılmış və nəticədə apelyasiya kollegiyasının qəbul etdiyi qətnamə həmin hissə üzrə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda, işə ikinci dəfə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası haqlı olaraq işin araşdırılmasını ilk iddia hissəsində davam etdirmişdir. Belə olan halda, ilk iddia üzrə cavabdehin qarşılıqlı iddiaya dair dəlilləri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Göstərilənlərdən əlavə həmçinin qeyd edilməlidir ki, ümumi kasasiya yoxlaması həyata keçirilərkən əvvəlki kasasiya instansiyası məhkəməsinin göstərişlərinə aşağı instansiya məhkəməsi tərəfindən əməl edilməsi də müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1497/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar