Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2256/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçının Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 06 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 29 may 2017-ci il tar ixdə nikaha girmişlər. Nikah ərəfəsində iddiaçıya yeddi adda qızızinət əşyaları hədiyyə olunmuşdur. Bu nikahdan 15 iyun 2018-ci ildə Musa adlı uşaqları doğulmuşdur. Sonradan onların ailə münasibətləri pozulmuş və ayrı yaşamağa başlamışlar.
2. İddiaçı qızıl-zinət əşyaları ilə bağlı aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ona məxsus 7 adda və 3260 manat dəyərində olan qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh və ailəsi ilə münasibətlər kəskinləşdiyi üçün o, azyaşlı uşağını da götürüb evdən ç ıxmışdır. Başqa sözlə, evdən cavabdeh və ailəsi tərəfindən dava-dalaş zamanı qovulmuşdur. Hazırda valideynlərinin evində yaşayır. Evdən dava-dalaşla çıxdığı üçün ona məxsus qızıl-zinət əşyalarını götürə bilməmişdir. Həmin əşyalar bunlardır: qızıl-nişan üzüyü əyarı 750, çəkisi 8 qram, qiyməti 680 manat; qızıl tək gül üzük, əyarı 583 çəkisi 3 qram qiyməti 200 manat; qızıl tək qaş üzük əyarı 583, çəkisi 3 qram qiyməti 260 manat; qızıl komplekt üzük sırğa əyarı 583, çəkisi 7 qram qiyməti 560 manat; qızıl boyunbağı əyarı 583 çəkisi 17 qram qiyməti 850 manat; qızıl kulon əyarı 583 çəkisi 4 qram qiyməti 360 manat; qızıl qolbaq əyarı 583 çəkisi 7 qram qiyməti 350 manat. Hazırda həmin əşyalarını tələb etməyinə baxmayaraq, cavabdeh əşyalarını ona qaytarmaqdan imtina edir. Halbuki, həmin əşyalar ona məxsusdur və cavabdeh həmin əşyaları saxlamaqda haqlı deyildir və həmin əşyalar məhkəmə qaydasında cavabdehdən alınaraq ona verilməlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, yaşadıqları az bir müddət ərzində iddiaçı ilə xasiyyətləri uyğun gəlmədiyindən bir-birilərini başa düşməmişlər və ailə münasibətləri tədricən pozulmuşdur. İddiaçı gedəndə özünə məxsus bəzi əşyalarını və iddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Birlikdə yaşadıqları zaman iddiaçı özünə məxsus qızıl-zinət əşyalarını həmişə üzərində gəzdirmiş və özü saxlamışdır. İddia ərizəsində göstərilmiş qızıl-zinət əşyalarının iddiaçıya alınmasını və həmin qızıl-zinət əşyalarının iddiaçının istifadəsində olmasını inkar etmir. Lakin, iddiaçı birgə yaşadığı mənzili könüllü tərk edərkən özünə məxsus şəxsi əşyalarını və qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Hesab edir ki, iddiaçının iddia ərizəsi əsassızdır və təmin edilməməlidir.
6. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 30 sentyabr 2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 680 manat dəyərində 8 qram çəkidə 750 əyarlı nişan üzüyü, 180 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək gül üzük, 180 manat dəyərində 3 qram çəkidə 583 əyarlı tək qaş üzük, 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı komplekt üzük, 1020 manat dəyərində 17 qram çəkidə 583 əyarlı boyunbağı, 240 manat dəyərində 4 qram çəkidə 583 əyarlı kulon, 420 manat dəyərində 7 qram çəkidə 583 əyarlı qolbağın, bu əşyalar qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyaların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində cavabdehdən tələb etdiyi qızıl-zinyət əşyalarının cavabdehlə aralarında olan toy və nişan mərasimlərində ona hədiyyə olunması iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Ona görə də məhkəmə iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının tərəflər arasında olan toy-nişan ərəfəsində iddiaçıya hədiyyə olunmaqla, ona məxsus olmasını işin mübahisələndirilməyən halı kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh yalnız iddiaçının birgə yaşadıqları evdən gedərkən həmin əşyaları özü ilə apardığına istinad etsə də, məhkəməyə qeyd olunan halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.Rəhimov (sədrlik edən və məruzəçi), G.Tağızadə və T.Quliyev) x nömrəli iş üzrə 10 fevral 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Qoşqarlı) 30 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.Nurməmmədov və İ.Xələfov) x nömrəli iş üzrə 04 avqust 2020- ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. Baxılan işin hallarından asılı olaraq məhkəmə iddiaçının evdən getmə şəraitini nəzərə almaqla, tələb olunan əşyaların cavabdeh tərəfdə qaldığı barədə qənaətə gələ, yaxud əşyaların aparıldığını sübut etmək yükünü cavabdeh tərəfin üzərinə qoya bilər. Lakin bunun üçün iddiaçı ilk növbədə həqiqətən də birgə yaşadıqları evi mübahisəli əmlakla rı özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Abasov (sədrlik edən və məruzəçi), S.Qafari və T.Məmmədov) 06 noyabr 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin x nömrəli, 30 sentyabr 2019cu il tarixli qətnaməsi ləğv olunması, yeni qətnamə qəbul edilməsi, iddianın təmin olunmaması, şikayətlərin verilməsi üçün cavab deh tərəfindən ödənilmiş cəmi 30,80 manat dövlət rüsumları İddiaçı tutularaq Cavabdeh qaytarılması, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən verilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf qızıl-zinət əşyalarının cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir və belə olan halda, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu cür həll olunması işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da əsas götürmüşdür ki, iddiaçının evi tərk edərkən qızıl- zinət əşyalarını özü ilə götürməməsi və onları evdə qoyması ağlabatan dəlil deyildir. Belə ki, iş materiallarında iddiaçıya cavabdeh və ya ailəsi tərəfindən hər hansı təzyiq, zor tətbiq etmə və ya hədələmə halları ilə bağlı hər hansı sübut mövcud deyildir. Sakit şəraitdə evi tərk edən iddiaçıya qızıl-zinət əşyalarının özü ilə götürməsinə heç bir maneçilik ola bilməzdi. Bundan əlavə, məhkəmə iclasında hər iki tərəfin izahatı ilə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə məxsus nişan üzüyünü götürüb. Ailələrinə məxsus qızıllar eyni yerdə saxlanıldığı halda, iddiaçının özünə məxsus qızılları saxlayıb cavabdehə məxsus üzüyü götürməsi isə ağlabatan deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinə oxşar məzmundadir. Əlavə olaraq iddiaçı bildirmişdir ki, qızılların cavabdehdə qalmasının sübut edilməsi yükünün onun üzərinə qoyulması səhvdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi qətnamə çıxararkən sübutları düzgün qiymətləndirməmiş, iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh məhkəmə kollegiyasına ərizə göndərərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdeh məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxs məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüqu qi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
22. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
26. İddiaçı Cavabdeh ilə 29 may 2017-ci il tarixdə ailə qurmuşlar. Bu nikahdan onların 15 iyun 2018ci il tarixdə Musa adlı uşaqları doğulmuşdur. Tərəflərin xasiyyətləri uyğun gəlməmiş, ail ə münasibətləri pozulmuşdur.
27. Hazırkı halda tələb edilən qızıl-zinət əşyalarının hədiyyə şəklində verildiyindən iddiaçının mülkiyyətində olması mübahisə doğurmasa da, həmin əşyaların cavabdehdə olması sübut olunmur.
28. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində sadalanan əşyaların məhz bu və ya az dəyərdə olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilməmişdir. İş materiallarında Məhkəmə Ekspertizası Mərkəzinin 03.09.2019-cu il tarixli, 22052 saylı rəyi ilə bu qiymət 3140 manat məbləğində müəyyənləşdirilmişdir. Lakin iddiaçının iddia etdiyi kimi göstərilən qızılların onda olmaması halı mövcuddursa, iddiaçının belə dəqiqliklə onların çəkisini, əyarını və qiymətini necə müəyyən etməsi məhkəmə kollegiyasında şübhə doğurur.
29. Məhkəmə iclası nda iddiaçı tərəf qızıl-zinət əşyalarının cavabdehdə qalmasını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir və belə olan halda, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi tərəfindən mübahisənin bu cür həll olunması işin faktiki hallarına uyğun deyil. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da əsas götürmüşdür ki, iddiaçının evi tərk edərkən qızıl-zinət əşyalarını özü ilə götürməməsi və onları evdə qoyması ağlabatan dəlil deyildir. Belə ki, iş materiallarında iddiaçıya cavabdeh və ya ailəsi tərəfindən hər hansı təzyiq, zor tətbiq etmə və ya hədələmə halları ilə bağlı hər hansı sübut mövcud deyildir. Sakit şəraitdə evi tərk edən iddiaçıya qızıl-zinət əşyalarının özü ilə götürməsinə heç bir maneçilik ola bilməzdi. Bundan əlavə, məhkəmə iclasında hər iki tərəfin izahatı i lə təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə məxsus nişan üzüyünü götürüb. Ailələrinə məxsus qızıllar eyni yerdə saxlanıldığı halda, iddiaçının özünə məxsus qızılları saxlayıb cavabdehə məxsus üzüyü götürməsi isə ağlabatan deyildir.
30. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
31. İnsan hüquqları üzrə Avropa Məhk əməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
32. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini təmin edərkən birinci instansiya məhkəməsi əsaslı şübhələrdən azad olmayan səhv nəticəyə gəlmişdir.
33. Kollegiya hazırkı iş üzrə tələb edilən əşyaların cavabdeh in sahibliyində olması faktının sübut edilməsi yükünün iddiaçının üzərinə düşməsi, lakin həmin halın mötəbər və kifayətedici dəlillərələ sübuta yetirilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır. Bu baxımdan kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
34. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının x nömrəli iş üzrə 06 noyabr 2020ci il tarixli qətnaməsi dəyi şdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.