Məhkəmə qərarları › İş №2(108)-119/2025

Ali Məhkəmə Qətnamə — İş №2(108)-119/2025

05.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-119/2025 05.08.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh nəzdində X1rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa tələbi, iddia müddətinin tətbiqi, mediasiya müddətinin nəzərə alınması) Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Abbasov Fərman Məmməd oğlundan ibarət tərkibdə, Məmmədov Qərib Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh nəzdində X1rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(078)-308/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Naxçıvan MR Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. İddiaçı xx.xx.2021-ci il tarixdən X4 Kollecində nəqliyyatda daşımaların təşkili (dəmir yolu), İokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsində çalışmışdır. Kollec tərəfindən xx.xx.2024-cü il tarixdə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (ixtisar səbəbilə) əsası ilə əmək müqaviləsinə xitam verilmiş, əmr iddiaçıya həmin gün təqdim edilmişdir. Əmr ƏMAS sisteminə xx.xx.2024-cü il tarixində daxil edilmişdir. İddiaçı ƏMAS sistemində bu əmrlə bağlı sonrakı müddətdə tanış olduğunu iddia etsə də, bu sistemdə yerləşdirilmiş əmrin xx.xx.2024-cü il tarixində hüquqi qüv vəyə mindiyi tərəflər arasında mübahisə doğurmamışdır.

2. Əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 77-ci maddəsinin (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) tələblərinin pozulması hallarına yol verilmiş, bununla bağlı işəgötürən Əmək Müfəttişliyi tərəfindən inzibati cərimə edilmişdir.

3. İddiaçı iddia müddətinin bitməsinə bir gün qalmış - xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlamış, mediasiya prosesi xx.xx.2024-cü ildə başa çatmış və iddia müddətinin axımı davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi imzalanmadığına görə geri qaytarılmışdır. İddiaçı iddia ərizəsini imzalamış və xx.xx.2025-ci il tarixdə yenidən iddia qaldırmışdır. İİ. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh təşkilat Ca vabdeh nəzdində X1rşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh nəzdində X4 Kollecinin 11 oktyabr 2024cü il tarixli, 333 nömrəli əmrinin ləğv edilməsi, X4 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, 180 nömrəli əmrlə X4 Kollecində nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və İokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başlamış, onunla müddətsiz əmək müqavil əsi bağlanmış, Cavabdeh nəzdində X4 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsinə direktor A.Ə.Ruşanov tərəfindən xitam verilmiş, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində təsbit edilmiş müddəaların tələbləri pozulmuş, əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verilmiş, işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq həmkarlar ittifaqı orqanlarına eləcə də müvafiq icra hakimiyyəti orqanının (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində müvafiq orqana) müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verilməli olduğu halda veril məmiş, işəgötürən tərəfindən heç bir qanuni əsas olmadan onun əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(078)-308/2025 nömrəli qərardadı ilə onun ərizəsi təmin olunaraq mülki işə “Cavabdeh nəzdində X4 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli və 14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı X4 Kollecində Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi" tələbi çərçivəsində baxılmışdır.

7. Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(078)-308/2025 nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) İddiaçı işə bərpa olunma və əmək haqqı ödənilməsi tələbinə dair iddiasının iddia müddəti keçdiyindən rədd edilməsi qət edilmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 9-cu maddəsinin “k” bəndi, 68, 77, 78, 80, 294, 296.2-296.6-cı maddələri ilə əsaslandırmışdır. İİİ. Apellyasiya şikayəti və ona etirazın dəlilləri, izahatlar a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı Qafarov X3 Şəhər Məhkəməsinin 2(078)-308/2025 nömrəli, xx.xx.2025-ci tarixli mülki iş üzrə qətnaməsinin ləğv edilməsi və Cavabdeh nəzdində X4 Kollecinin 11 oktyabr 2024-cü il tarixli, 333 nömrəli və 14 oktyabr 2024-cü il tarixli 335 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı X4 Kollecində Nəqliyyatda daşıma ların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, işəgötürən tərəfindən onun işdən azad olunması barədə iki əmr verilmiş, işdən azad olunmağı ilə bağlı işəgötürən tərəfindən verilən 14 oktyabr 2024-cü il tarixli, 335 nömrəli əmrdən o hazırkı iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı məlumatlı olmuş, məhkəmə tərəfindən onun işdən azad olunmağı barədə 335 nömrəli əmri hansı tarixdə əldə etməyi və bununla bağlı hüquqi müda fiəni hansı gündə irəli sürməyi barədə faktlar araşdırılmamış və qiymətləndirilməmiş, dolayısı ilə onun hansı əmrlə işdən azad olunmağı və işdən azad edilməyinə dair rəsmi olaraq qəbul edilən 335 nömrəli əmrə münasibətdə qiymətləndirmə aparılmamış, məhkəmə araşdırması zamanı iddia ərizəsinin imzalanmadığı üçün geri qaytarılması, yenidən iddia ərizəsi ilə müraciət edilməsi, həmçinin işdən azad olunmağı ilə bağlı işəgötürən tərəfindən verilən 335 nömrəli əmri məhkəmə icraatı zamanı əldə etməyi nəzərə alınmamış, işdən azad olunmağı ilə bağlı 335 nömrəli əmr (ƏMAS sisteminə daxil edilən əmr) barədə məhkəmə icraatı zamanı məlumatlı olduqdan sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddia müddətinin tətbiqi əsası ilə iddianı rədd edən zaman 335 nö mrəli əmri hansı tarixdə əldə etməyinə dair fakta qiymət verməyərək əsassız olaraq iddia müddətinin keçməsi qənaətinə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı izahatında 2021-ci ildə Cavabdeh nəzdində X4 Kollecində iki ixtisas üzrə yəni, Nəqliyyatda daşımaların təşkili (dəmir yolu) və Lokomotiv və elektrik qatarı təsərrüfatı ixtisasları üzrə müəllim vəzifəsinə təyin olunduğunu, sonradan Kollecin direktoru Asəf Ruşanovun əsas gətirərək 2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən ixtisaslardan birinin ixtisar edildiyini ona bildirdiyini, halbuki onu 2021-ci ildə işə götürdüklərini, 2024-cü ildə isə heç bir əsas ol madan işdən çıxartdıqlarını, Kollecin direktoru Asəf Ruşanovla bu barədə söhbət edib şikayət edəcəyini bildirdiyini, hətta həmkarların iclasında da iştirak etdiyini, həmkarların xanım sədrinin açıq-aşkar Asəf Ruşanova mübahisənin hansı formada həll olunmasını istəyirsə elə də həll olunacağını bildirdiyini, buna etiraz etsə də onun etirazına əhəmiyyət verilmədiyini, daha sonra Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə şikayət etdiyini, X5 Xidməti tərəfindən ona göndərilmiş məktubda aparılmış xidməti araşdırma zamanı Cavabdeh nəzdində X4 Kollecinin direktoru Asəf Ruşanovun əmək qanunvericiliyinin tələblərinə düzgün əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən 1600 manat cərimə edildiyin in bildirildiyini, birinci instansiya məhkəməsində işə baxılarkən bu halların nəzərə alınmadığını, işdən çıxarılma əmrinin əsas götürüldüyünü, işdən çıxarılmağı barədə əmrin 14 oktyabr 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin elektron sisteminə yükləndiyini, əmri həmin gün alıb məhkəməyə təqdim etdiyini, məhkəmənin 5 ay işə baxdıqdan sonra müddətin keçdiyini əsas gətirərək iddia tələbini rədd etdiyini, məhkəmə tərəfindən işə baxılan zaman ona müddətin keçməsi barədə heç bir məlumatın verilmədiyini, buna görə də müddətin keçdiyini bilmədiyini, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarında lazımi əsaslara istinad etmədiyini qeyd etdiyini bildirmişdir. Suallara cavabında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlandığını, həqiqətən də iddia müddətinin 1 ay və ya 5 ay olmasından məlumatsız olduğunu, göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir.

13. Cavabdeh nəzdində X4 Kolleci lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İV. Tətbiq edilən hüquq normaları a) Azərbaycan Respublikasının Əmək Məcəlləsi

14. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

15. Maddə 71 (3-cü bənd). İ şəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

16. Maddə 76 (1-ci bənd). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

17. Maddə 77 (1-ci bənd). İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

18. Maddə 77 (2-ci bənd). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

19. Maddə 79 (1-ci bənd). İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər ha nsı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

20. Maddə 80 (1-ci bənd). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

21. Maddə 83 (1-ci bənd). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

22. Maddə 300 (1-ci bənd). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barəd ə qərardad çıxarır.

23. Maddə 296 (2-ci bənd). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

24. Maddə 296 (7-ci bənd). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. b) “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

26. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müd dətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində (arayış və ya protokolun verilməsi) nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. c) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə

9. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

28. Maddə 375.2. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. d) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları

29. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirm ələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı)

30. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. (L.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli)

31. Qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı o lmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır. (B.Mürsəlovun şikayəti üzrə 12 mart 2020-ci il tarixli qərar) e) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. V. Apellyasiya baxışının hədləri

36. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Hazırkı ape llyasiya şikayətində iddiaçı Qafarov X3 Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(078)-308/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən qətnamə tam yoxlanılır. Vİ. Məhkəmə kollegiyasının mövqeyi

38. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi nəticə etibarilə əsaslı və qanunidir.

39. Əvvəlcə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, iddia müddətinin tətbiqinin hüquqi nəticələrə səbəb olub-olmamasını müəyyən etməzdən öncə “əgər iddia müddəti tətbiq olunmasaydı, iddia təmin oluna bilərdimi” sualına aydınlıq gətirmək zəruridir. İş üzrə araşdırılan hallara əsasən bu suala cavab mənfidir. Belə ki, işəgötürən tə rəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi (işçilərin sayı və ya ştatların ixtisarı) əsasında xitam verilmiş, 77-ci maddəyə uyğun iddiaçıya xəbərdarlıq verilmədiyi, işaxtarma müddəti ilə təmin olunmadığı, bundan başqa son haqq-hesabın düzgün ödənilmədiyi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsi qeyd olunan hallar üzrə işçilərə təminatlar nəzərdə tutur. Lakin bu maddədəki tələblərin pozulması əmək müqaviləsinə xitam verilməsinin əsasının, yəni 70-ci maddənin “b” bəndinin özlüyündə etibarsızlığına səbəb olmur. Əmək Məcəlləsinin 300-cü maddəsində əmək müqaviləsinin ləğvinin qeyri-şərtsiz etibarsız sayılması yalnız 68, 69, 70, 73, 74 və 75-ci maddələrdəki əsasların pozulması, yaxud 71, 76 və 79-cu maddələrdəki xüsusi prosedur qaydalarının pozulması ilə b ağlı hallarda nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulan təminatlar (xəbərdarlıq müddəti, iş axtarma vaxtı, və s.) əmək müqaviləsinə xitam verilərkən işəgötürənin yerinə yetirməli olduğu sosial öhdəliklərdir və 70-ci maddənin “b” bəndinin tətbiqini hüquqi baxımdan etibarsız etmir. Başqa sözlə 77-ci maddə özlüyündə təminat xarakterlidir və bu baxımdan 70-ci maddənin tətbiqinin hüquqi əsasları formasında genişləndirici təfsirə məruz qala bilməz. Bu təminatlar yerinə yetirilmədikdə əmək müqaviləsinin ləğv edilməsi deyil, işçiyə müvafiq kompensasiyanın ödənilməsi hüququ verir.

40. Kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsi 80-ci maddəsi ilə hüquqi mahiyyətcə fərqlənir. Əmək Məcəlləsinin 80-ci maddəsi konkret olaraq 70-ci ma ddənin “b” və “ç” bəndləri üzrə tətbiq olunduqda, həmkarlar ittifaqının razılığı tələbini irəli sürür. Bu tələb əmək müqaviləsinə xitam verilməsi hüququnun şərti kimi çıxış edir. Əgər bu razılıq alınmayıbsa, artıq xitam üçün hüquqi əsas yaranmamış sayılır və bu da 70-ci maddənin tətbiqini etibarsız edir. Bu baxımdan, 80-ci maddənin pozulması halları 300-cü maddənin birinci hissəsində birbaşa göstərilməsə belə 70-ci maddənin “əsas şərti” kimi əsas pozuntulara aid edilir və bu halda əmək müqaviləsinə xitam verilməsi barədə əmrin özü ləğv edilməlidir. Hazırkı işdə isə belə prosedur pozuntusu mövcud deyildir. Yalnız 77-ci maddənin tələblərinə əməl edilmədiyi müyyən olunur ki, bu da işçinin sosial təminat hüququnun pozulması kimi qiymətləndirilə bilər. Belə pozuntu əmək müqaviləsinin xitamını etibarsız etmir və yalnız kompensasiya öhdəlikləri yaradır.

41. Kollegiya iddiaçının iddia müddətinin səhv tətbiq edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin hesablanmasında düzgün nəticəyə gəlmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrin əmək münasibətlərinin elektron informasiya sisteminə xx.xx.2024-cü il tarixində yerləşdirildiyi və gücləndirilmiş elektron imza ilə rəsmiləşdirildiyi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr gücləndirilmiş elektron imza ilə imzalanaraq elektron informasiya sisteminə daxil edildiyi andan hüquqi qüvvəyə minir. Bu səbəbdən də iddia müddətinin məhz 14 oktyabr 2024-cü il tarixindən hesablanması qanunvericiliyin tələbl ərinə uyğundur. İddiaçının "14 oktyabr əmri verilməyib" arqumenti, artıq iddia müddətini süni şəkildə uzatmaq cəhdidir. Məhkəmə artıq şəraitin onun xeyrinə hesablandığı hüquqi əsasdan çıxış edərək ən optimal qərarı vermişdir. Yəni şəxs 11 oktyabr 2024-cü il tarixdə eyni məzmunlu əmri aldığı vaxtdan öz hüqunun pozulduğunu bildiyi halda məhkəmə əmrin qanuni qüvvəyə mindiyi 14 oktyabr 2024-cü il tarixini şəxsin hüququnun pozulduğunu bildiyi an kimi qəbul etməklə əslində mövcud situasiyanı iddiaçının mənafeyinə uyğun qiymətləndirmişdir. İş materiallarından aydın olur ki, iddiaçı bir aylıq iddia müddətinin bitməsinə bir gün qalmış - xx.xx.2024-cü il tarixdə mediasiya prosesinə başlamış, yuxarıda qeyd edilən mediasiya qanunvericiliyinə uyğun iddia müddətinin axımı dayanmış və xx.xx.2024-cü il ta rixində mediasiya prosesi başa çatdıqdan sonra qalan bir günlük müddətin axımı davam etmişdir. İddia ərizəsi isə xx.xx.2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Beləliklə, bir aylıq iddia müddət iddiaçı tərəfindən aşkar şəkildə buraxılmışdır. Buna görə də birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə iddianı rədd etməsi qanuna uyğun hesab olunmalıdır.

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti t əmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, 2(078)-308/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan MR Ali Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Sənan Qarayev, Fərman Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar