Məhkəmə qərarları › İş №2(102)-2260/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2260/2025

12.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2260/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil-tikinti kooperativlərinin fəaliyyətindən irəli gələn mübahisələr, ilkin müqavilə, öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi, təmirinə şərait yaradılması, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-717/2024 nömrəli iş üzrə, 21 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh1 MTK-nın sədri X8 ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən, MTK Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 114,14 kv.m sahəsi olan 3 otaqlı mənzili 68484 manata payçı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri tam ödənilmişdir.

2. İddiaçı Cavabdeh1 MTK-ya xx.xx.2024-cü il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq aralarında bağlanmış müqaviləyə əsasən, həmin mənzili 5 iş günü ərzində təhvil verməsi və mənzilin təmirinə şərait yaradılması tələb edilmiş, əks təqdirdə tərəfindən məhkəməyə müraciət ediləcəyi və bütün məhkəmə xərclərinin Cavabdeh1 MTK-dan tələb olunacağı bildirilmişdir. Lakin Cavabdeh1 MTK tərəfindən heç bir cavab verilməmiş və mənzil təhvil verilməmişdir.

3. X8 tərəfindən X9 özündə müəyyən səlahiyyətləri əks etdirən xx.xx.2016-cı il tarixli etibarnamə verilmişdir.

4. Cavabdeh1 MTK-nın sədri X2 ilə Cavabdeh2 arasında bağlanılmış 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən, MTK Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6 mərtəbəsində 3 otaqlı, sahəsi 133,26 kv.m olan 79 nömrəli mənzili 95000 manata Cavabdeh2 satmışdır. Mənzilin dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir.

5. X5 xx.xx.2023-cü il tarixdə Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş ərizəsinə əsasən, Cavabdeh1 MTK-nın Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyində yerləşən 10 bloklu çoxmərtəbəli yaşayış binasının müqavilə ilə ona məxsus blok D, mərtəbə 6, 3 otaqlı sahəsi 114,14 kv.m olan mənzilinə pay hüququndan imtina edir, həmin pay hüququnun və həmin mənzilin digər şəxsin adına sənədləşməsinə heç bir etirazı olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK ilə onun arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 MTK-nın Xırdalan şəhə ri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində tikdiyi 10 bloklu çoxmərtəbəli yaşayış binasının D blok, 6-cı mərtəbəsində 3 otaqlı mənzilinin ona təhvil verilməsi və mənzilin təmirinə şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbini işin hallarına uyğun əsaslandıraraq qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən binanın qarşısında 28.7 kv.m ümumi sahəsi olan qaraj son 30 ildə onun istifadəsində olmuş, həmin qarajı ƏMDX-yə aylıq icarə haqqı ödəməklə avtomobil yuma məntəqəsi kimi istifadə etmişdir. 2014-cü ilin sentyabr ayında qonşu, habelə bina inşa edən şəxs kimi tanıdığı Nofəl Hacıyev ona müraciət edib qarajın yerləşdiyi yerdə bina inşa etmək istədiyini, həmin yerdə yerləşən obyekt sahiblərini razılaşma yolu ilə oradan çıxardığını bild irib, ona razılaşma təklif etmişdir. Bildirmişdir ki, həmin qarajın onun tərəfindən özəlləşdirilməsinə icazə verməklə bağlı ƏMDX-nə ərizə yazsa, Nofəlin faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri ərazisində inşa edilən binadan ona bir ədəd mənzil verəcəkdir. O da həmin şərtlə razılaşıb, bir neçə gün sonra, yəni 23 sentyabr 2014-cü il tarixdə ƏMDX-yə getməklə sözügedən qarajdan imtina etməyi ilə bağlı ərizə yazmışdır. Bundan bir gün sonra Nofəl Hacıyev onu İ.Dadaşov 57 ünvanda yerləşən ofisinə dəvət edib, orada onun faktiki rəhbəri olduğu Cavabdeh1 MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində sa tılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilə və MTK-ya mənzilə görə 68.484 manat məbləğində vəsait ödənilməsi barədə qəbz vermişdir. Ancaq illər keçməsinə baxmayaraq, mənzil hələ də ona təhvil verilməmişdir. Ödənişin tam həcmdə edilməsinə və binanın tikintisinin başa çatmasına baxmayaraq, bu günə kimi mənzil hələ də ona təhvil verilməmişdir.

8. İddia ərizəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 113.1, 113.2, 113.3, Mülki Məcəlləsinin 109.1, 109.4, 146.1, 385.1, 448.1, 452.1-ci, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli qərarına istinadən əsaslandırılmışdır.

9. Daha sonra məhkəmə baxışı zamanı iddiaçı iddia tələbinin həcminin artırılmasın a dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh kimi göstərməklə MTK ilə aralarında bağlanılmış müqaviləyə əsasən həmin mənzilin ona təhvil verilməsi, mənzilin təmirinə şərait yaradılması və MTK ilə Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbinin həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı MTK ilə Cavabdeh2 arasında olan 19 avqust 2023-cü il tarixli mənzilin tikintisi haqqında müqavilə, Cavabdeh2 məxsus sənədlər məhkəməyə təqdim edilmişdir. Bu sənədlərə əsasən sözügedən mənzilə dair MTK ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli mənzil alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır və hə min mənzilə aid maliyyə arayışı da mövcuddur. Belə olduğu təqdirdə, həmin mənzil üzərində onun sahiblik və istifadə hüququ yaranmış və həmin mənzil MTK-nın balansından çıxmışdır. Buna görə də, MTK artıq özünün balansında olmayan əmlakı digər şəxsə sata bilməz. Lakin MTK üzərində sahiblik və istifadəsində olan əmlakı 3-cü şəxsə satmışdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 337-ci maddələrinə, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.x x.2010-cu il tarixli qərarına əsasən iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh2 izahatında bildirmişdir ki, 19 avqust 2023-cü il tarixdə MTK ilə onun arasında bağlanan müqaviləyə əsasən, o, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində ümumi sahəsi 133,26 kv.m olan 10 bloklu yaşayış binasının giriş D bloku, 6-cı mərtəbə, 79 saylı, 3 otaqlı və təmirsiz mənzilini almışdır. Həmin mənzilə görə MTK-ya 97000 manat pul ödəmiş və bu barədə rəsmi arayış, müqavilə və ödənişlərə dair maliyyə çıxarışı verilmişdir. Bundan sonra qeyd olunan mənzilə görə dörd ay ərzində tam təmir işləri görmüş və mənzili tam təmir etdirmişdir. Həmin mənzilin təmirinə 46000 manatdan çox xərc çəkmişdir. O mənzili kommunal xidmətlərlə təmin edərək bu barədə a idiyyəti qurumlarla abonentlik haqqında rəsmi müqavilə bağlamışdır. Bundan qısa müddət sonra isə həmin mənzilə ailəsi, övladları və onların ailəsi ilə köçərək orada yaşamış və mənzilə sahiblik etmişdir. Sonradan məhkəmədən gələn SMS bildirişlə məlumatı olmuşdur ki, həmin mənzil iddia ərizəsində iddia edildiyi formada digər şəxsə satılmışdır. Bundan əlavə bildirmişdir ki, onun Neftçilər metro-stansiyasının yaxınlığında evi var idi, ailə nəfər sayının çox olması səbəbindən həmin mənzili sataraq böyük sahəli ev almaq istəmişdir. Həmin MTK-da Vüsal adlı şəxslə tanış olmuş, onunla satışda olan evlər barəsində danışmışdır. O, əslən Ağsu rayonundan olmasını və MTK-nın həmin dövrdəki müdirinin kürəkəni olmasını bildirmişdir. Mənzillərin qanuni satıldığını soruşduqda ona əsla elə bir hal ola bilməd iyini demişdir. Orada bu mənzili satan və müqaviləni onlarla bağlayan həmin Abbas adlı şəxslə görüşmüş, o, özünü MTK rəhbərinin adından çıxış edən və həmin MTK-nın etibarnamə əsasında rəsmi nümayəndəsi kimi təqdim etmişdir. Ona deyilmişdir ki, hazırkı iddiaçı Fuad adlı şəxs evi MTK-nın birinci müdiri olan Nofəl adlı şəxsdən alıb, sonra Nofəl, Fuada onlara məxsus olan Təbriz MTK-dan başqa bir mənzil vermiş və bununla da, məsələ aralarında öz həllini tapmışdır. Bütün bunları da Cavabdeh2 Abbas adlı “Çinar-AN MTK”-nın rəsmi əməkdaşı bildirmişdir. Cavabdeh2 həmin zaman bir az təskinlik tapsa da, zamanla görmüşdür ki, bu iş məhkəmədə davam edir. Amma Cavabdeh2 evə 97.000 manat pul ödəmiş və 46.000 manatdan çox pul xərcləyib onu təmir etdirmişdir. O, evi alan zaman həmin mənzil Rasim adlı şəxs in adına olmuş, sonradan həmin şəxs cari mənzildən imtina etmiş və buna görə də bu mənzil boş qaldığından ona satılmışdır. Bu barədə Rasimin imtina ərizəsini şəxsən ona MTK-nın Abbas adlı nümayəndəsi təqdim etmişdir və o da onu oxuyub tanış olmuşdur. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-190/2025 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbi təmin edilməmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, MTK tərəfindən Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m sahəsi olan mənzilin 64.484 manat müqabilində satılması barədə 24 sentyabr 2014-cü il tarixli müqavilədə mənzilin nö mrəsi göstərilməmişdir. Həmçinin iddiaçının ona təhvil verilməsini iddia etdiyi mənzillə bağlı Cavabdeh2 ilə 19 avqust 2023-cü il tarixdə Cavabdeh1 MTK ilə arasında bağlanmış müqavilədə mübahisəli mənzilin nömrəsi 79 saylı olmuşdur. Həmçinin, mənzilin nömrəsindən əlavə, iddiaçı ilə bağlanmış müqavilədəki mənzilin ölçüləri (114,14 kv.m) Cavabdeh2 satılmış mənzilə göstərilən ölçülərlə (133,26 kv.m) eynilik təşkil etməmişdir. Eləcə də, iddiaçı mənzillə əlaqədar 24 sentyabr 2014-cü il tarixli müqavilə və ödəniş qəbzinin Nofəl Hacıyevin verməsini, maliyyə arayışının isə MTK-nın sədri X8 tərəfindən imzalanmasını və MTK-nın möhürü ilə təsdiq edilməsini göstərsə də, Cavabdeh1 MTK-nın keçmiş sədri X3 qardaşı X9 MTK-nın adından lazımi sənədləşmə işlərinin aparılması, alqısatqı müqavilələrinin bağlan ması və imzalanması səlahiyyətinin verilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli etibarnamə verilmişdir. Cavabdehin bununla bağlı etirazında qeyd etdiyi Abşeron Rayon Məhkəməsində xx.xx.2022-ci il tarixdə 2(012)-58/2022-saylı mülki iş üzrə iddiaçı X1 cavabdeh Çinar-AN” MTK-ya qarşı oxşar mübahisə üzrə mülki işə baxılarkən Cavabdeh1 MTK-nın keçmiş sədri X8 məhkəmə iclasında şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməmişdir. Cavabdeh tərəfin istinad etdiyi qətnamənin hazırkı işə aidiyyəti olmasa da, həmin iş üzrə Cavabdeh1 MTK-nın keçmiş sədri X3 şahid qismində verdiyi ifadəsində MTK-nın adından müqavilə bağlanılması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə verməməsini göstərsə də, hazırkı iş üzrə verd iyi ifadəsində bütün işləri onun verdiyi etibarnamə əsasında qardaşı X14 aparmasını və demək olar ki, bütün müqavilələrə Hacıyev Nofəl qol çəkməsini göstərməsinə qiymət verilməsi zəruridir. Belə ki, əvvəla X14 MTK-nın rəsmi işçisi olmamış və Cavabdeh1 MTK-nın keçmiş sədri X3 verdiyi qeyd edilən etibarnamə hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə zidd olmuş və qanunun tələblərinə uyğun olmayan əqd olmuşdur. MTK-nın Nizamnaməsində MTK-nın sədrinin belə bir səlahiyyətinin olmasını təsdiq edən sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

14. Məhkəmə iddiaçı tərəfin şahid ifadələrinə və iddiaçı tərəfin izahatlarına qiymət verərək hesab etmişdir ki, bu ifadə və izahatlar özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edil ə bilməz. İddiaçı tərəfin izahatları və şahidlərinin ifadələri cavabdeh tərəfin təqdim etdiyi sübutlarla və işin araşdırılmış halları ilə təkzib edilmişdir.

15. Belə ki, iddiaçı tərəfin iddia etdiyi kimi mənzil 2022-ci ildə Rasim adlı şəxsə, daha sonra isə həmin şəxs tərəfindən mənzilin Cavabdeh2 satılmasına baxmayaraq, iddiaçı mübahisəli mənzillə əlaqədar adı qeyd edilən Rasim adlı şəxslə bağlanmış müqaviləni mübahisələndirməmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş "xxxx" MMC illə Cavabdeh1 MTK arasında imzalanmış Qaz sayğaclarının quraşdırılması barədə dislokasiya cədvəlindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində yerləşən 10 bloklu yaşayış binasının giriş D bloku, 79 saylı mənzil X5 adına qeydə alınmışdır. Həm in mənzilə dair əvvəlcə X15 ilə müqavilə bağlanmış, daha sonra sonuncu xx.xx.2023-cü il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsi ilə mübahisəli mənzilə dair pay hüququndan imtina edərək, həmin pay hüququnun digər şəxsin adına və sənədləşdirilməsinə etiraz etmədiyini bildirmiş və onun payçılıqdan azad edilməsini xahiş etmişdir. Qeyd edilən mənzil Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 19 avqust 2023-cü il tarixli “Mənzilin Tikintisi Haqqında Müqavilə”yə əsasən Cavabdeh2 95.000 manata satılmış və o həmin məbləği 2 dəfəyə ödəyərək ona xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli borcun olmaması barədə maliyyə arayışları verilmişdir. Cavabdeh2 mənzili aldıqdan sonra təmir işləri aparmış, qaz, işıq və su sayğacları qoyulmuşdur. Həmçinin, həmin mənzilə Cavabdeh2 və onun ailə üzv ləri – oğlanları X19, X17, arvadı X4 və gəlini X11 qeydiyyata düşmüşlər. Göstərilənlərə əsasən məhkəmə iş üzrə yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 340.2, 389.1, 405.1, 452.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə faktiki halları araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı Cavabdeh1 MTK ilə 24 sentyabr 2014-cü il tarixində bağlamış olduğu müqaviləyə əsasən MTK-nın Xırdalan şəhəri, Bakı-Qub a avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa etmiş olduğu binanın D blokunun 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 114,14 kv.m olan mənzili 64.484 manat ödəniş müqabilində əldə etmişdir. Bundan 9 il sonra yəni, 19 avqust 2023-cü il tarixində Cavabdeh1 MTK ilə digər Cavabdeh2 arasında bağlanmış olan müqaviləyə əsasən ona məxsus olan mənzil sonuncuya satılmışdır. Bu səbəbdən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə qətnaməsi yanlış əsaslandırılmışdır. Belə ki, X6 Cavabdeh1 MTK-nın rəsmi işçisi olmadığından həmin vaxt MTK-nın sədri olmuş X3 qardaşı X10 vermiş olduğu 15 iyul 2014-cü il tarixli etibarnamənin- hüquqi şəxsin adından bağlanan əqd olmaqla onun nizamnaməsində göstərilən məqsədlərə zid d olması və qanunun tələblərinə uyğun olmaması barədə məhkəmənin nəticəsi tamamilə absurddur. Əvvəla, işin faktiki hallarından da göründüyü kimi, X14 MTK-nın inşa etmiş olduğu binanın əsas maliyyələşdirəni və faktiki sahibi olmuşdur. X3 qardaşı X10 vermiş olduğu 15 iyul 2014-cü il tarixli etibarnamənin etbarlılığı şərtləri hüquqi şəxsin nizamnaməsi ilə deyil, Mülki Məcəlləninin müvafiq normaları ilə tənzimlənir. Bu baxımdan X3 qardaşı X10 vermiş olduğu 15 iyul 2014-cü il tarixli etibarnamənin nizamnaməyə zidd olması barədə məhkəmənin gəlmiş olduğu nəticə tamamilə əsasızdır. Çünki, etibarnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinin tələbinə uyğun tərtib edilmişdir. Hətta həmin vaxt MTK-nın sədri olmuş X8 məhkəmədə şahid qismində dindirilərkən 2011—2016-cı illərdə Cavabd eh1 MTK-nın sədri olduğunu lakin bütün işlərin onun verdiyi etibarnamə əsasında qardaşı X14 tərəfindən aparıldığını özü təsdiq etmişdir. Digər tərəfdən məhkəmənin 24 sentyabr 2014-cü il tarixli müqavilədə mənzilin nömrəsinin göstərilməməsi və mənzilin nömrəsindən əlavə mənzilin ölçülərinin eynilik təşkil etməməsi barədə gəldiyi nəticə də işin həqiqətən tam və hərtərəfli araşdırılmadığını və gəlinmiş nəticənin işin faktiki hallarına uyğun olmadığını bir daha təsdiq edir. Çünki, Cavabdeh1 MTK ilə iddiaçı arasında 24 sentyabr 2014-cü il tarixli müqavilə bağlanarkən bina hələ hazır deyildi və onun təxminən 3 mərtəbəsi inşa edilmişdi. Həmin vaxt mənzillərin nömrəsi müəyyən olunmadığından müqavilədə də əks olunmamışdır. Eyni zamanda, iş materiallarında olan həmin vaxt MTK tərəfindən ona verilm iş “Broşurdan” da göründüyü kimi 6-cı mərtəbədə yalnız bir 3 otaqlı mənzil olmuşdur. Ümumiyyətlə isə mənzillərin eyniliyini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli olduğu halda işin tam və obyektiv araşdırılması təmin edilməmişdir. Məhkəmə mülki prosessual hüquq norması baxımından da yanlış nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsində “iddiaçı tərəfin şahid ifadələrinə tənqidi yanaşdığını qeyd edir. Belə ki, cavabdeh tərəfin istinad etdiyi Abşeron Rayon Məhkəməsinin qətnaməsində Cavabdeh1 MTK-nın keçmiş sədri X3 şahid qismində ifadəsində MTK-nın adından müqavilə bağlanması barədə qardaşı Nofəl Hacıyevə etibarnamə vermədiyini, hazırkı işdə ifadəsində isə bütün işləri onun verdiyi etibarnamə ilə qardaşı X7 aparmasını göstərərək bu ifadələrin ziddiyyətli olmasını q eyd edir”. Halbuki Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin istinad etdiyi qətnamədə iddiaçı tərəf olmamışdır. Bütün bunlar işə baxan məhkəmənin lazımı qaydada araşdırma aparmadığını sübut edir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-602/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Ayaz Mahmudov - sədrlik edən və məruzəçi, Afiq Hüseynzadə və Səyyad Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnam əsi ləğv edilərək, iddia tələbi təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan kollegiya qeyd etmişdir ki, məhkəmə iddia tələbini rədd etsə də, mövqeyini bir neçə istiqamətdə həm mübahisəli mənzilə münasibətdə iddiaçının müqaviləsinin əhəmiyyətsiz olması, həm də mənzillərin fərqli olması səbəbindən tələbin sübut olunmaması istiqamətində əsaslandırmışdır.

21. Apellyasiya icraatı zamanı cavabdeh mənzilin yerləşdiyi mərtəbənin eskiz layihəsini də təqdim etmişdir ki, həmin layihəyə əsasən mübahisəli mənzilin sahəsinin 133.26 kv.m olması təsdiqini tapmışdır.

22. Məhkəmə kollegiyası işin faktiki hallarından, eləcə də iddia tələbindən və iddiaçının vermiş olduğu izahatdan belə qənaətə gəlmişdir ki, iddiaçı özünə məxsus olan qeyri-yaşayış sahəsinin (q arajın) yerləşdiyi ərazini MTK-ya verməklə, əvəzində MTK-nın Bakı şəhəri Z.Bünyadov prospektində inşa etdiyi binadan qeyri-yaşayış sahəsi əldə etməli idi. Lakin iddiaçı görəndə ki, sözügedən ünvanda tikinti işləri yubanır, onda hər ehtimala qarşı hazırkı müqaviləni bağlamağa razı olmuşdur. Əsl həqiqətdə isə iddiaçının hazırkı binada (Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 14-cü kilometrliyinin qərb hissəsində inşa edilən binada) hüquqi marağı olmamışdır. Bundan əlavə iddiaçı özü də etiraf etmişdir ki, araşdırılan cinayət işi üzrə məhz Bakı şəhəri Z.Bünyadov prospektində inşa edilən tikintidən ona çatmalı əmlakla bağlı zərərçəkən qismində tanınmışdır.

23. Həmçinin, eyni binanın eyni mərtəbəsində iki fərqli şəxslə (iddiaçının mənzilinin nömrəsi də müəyyən deyil) ayrı-ayrılıqda müqavilə bağlanmış, lakin hazırda iddiaçı olan birinci alıcı mənzilə faktiki sahibliyi həyata keçirməməklə yanaşı, bu ötən müddət ərzində mənzillə bağlı mübahisə də açmamışdır. İkinci alıcı (cavabdeh) Cavabdeh2 isə MTK ilə müqavilə bağladıqdan sonra, mənzili təmir edib yaşamaqla faktiki sahibliyi həyat keçirmiş, bütün kommunal xidmətlərlə bağlı müqavilə bağlamış, hətta qanunvericiliklə müəyyən olunmuş qaydada özü və ailə üzvləri mübahisəli mənzilə müvəqqəti qeydiyyata alınmışdır.

24. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mübahisələndirilən mənzillə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci il iyulun 1-dən əvvəl qüvvədə olan mətnini tətbiq etmək düzgün olmazdı. Belə ki, baxmayaraq ki, iddiaçının müqaviləsi cavabd ehə münasibətdə daha əvvəl tarixə təsadüf edir, lakin sonuncunun etibarsızlığını tələb etdiyi müqavilədəki mənzillə özünün müqaviləsindəki mənzilə dair məlumatlar eynilik təşkil etmir. Yəni hər iki müqavilədəki mənzilin “D” blokunun 6-cı mərtəbəsində yerləşməsi hələ həmin mənzillərin eyni olması anlamına gəlmir. Konkret halda isə hazırkı icraatda olan iş mülki qanunvericiliyin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə uzlaşmır. Həmçinin, işin müəyyən olunmuş digər hallarına görə İddiaçı ilə müqavilə bağlandıqdan sonra mənzilin ona faktiki olaraq təhvil verilməsi, bununla bağlı hər hansı sənədləşmənin aparılması (təhvil-təslim aktı, mənzilin açarlarının iddiaçıda olması, təmir etdirməsi və s.) müəyyən edilməmiş, qeyd edilənlərlə bağlı sonuncu tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdeh2 tərəfindən isə əksinə, mənzilin onun tərəfindən təmir olunması, hazırda əşyalarını həmin mənzilə yerləşdirməklə ailəsi ilə birlikdə orada daimi olaraq yaşaması, kommunal xidmətlərlə bağlı müqavilələrin onun adına olması, vaxtaşırı kommunal ödənişlər etməsi, hətta müvəqqəti qeydiyyata alınması kimi sübutlar iş üçün əhəmiyyət kəsb edən hallardandır.

25. Məhkəmə kollegiya eyni zamanda qeyd etmişdir ki, iddiaçının cavabdeh MTK ilə bağladığı müqavilə özlüyündə etibarlı sayıldığı halda da belə, onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşya olmuşdur. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh MTK ilə digər Cavabdeh2 arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı mənzilin cavabdeh MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin Cavabdeh2 təhvil verildiyi andan aradan qalxmışdır.

26. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlmişdir ki, hazırkı halda iddiaçının qanunla qorunan hər hansı hüququ pozulmuş olsa da belə, onun cavabdeh MTK və ya direktoru (təsisçiləri) arasında kompromis mövqenin olmaması, digər bir şəxsin, konkret halda Cavabdeh2 hüquqlarının pozulması hesabına aradan qaldırıla bilməz. Bu halda iddiaçı MTK-nın hərəkətləri nəticəsində ona dəymiş ziyanla bağlı ayrıca iddia qaldırmaqla, ona dəymiş ziyanı tələb etmək hüququndan istifadə edə bilər. Hazı rkı mübahisəli əmlak üzərində bu iki şəxs arasındakı mənafe toqquşmasında, mənzili təmir edərək uzun müddət orada yaşayan, polis orqanı tərəfindən müvəqqəti qeydiyyata alınan, bütün kommunal xidmətlər göstərən təşkilatlarla müqavilə bağlanan şəxsə daha üstün mövqedən yanaşılmalı, iddiaçıya isə mübahisəli mənzilə dair ödənilmiş pulun qaytarılması və zərərin ödənilməsini ilə bağlı MTK-ya qarşı mülki qaydada tələb etmək hüququnun istisna edilməməsi izah olunmalıdır.

27. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 452.1, 567, 568.1, 575.2, Mənzil Məcəlləsinin 109.1, 112, 113.2, 113.3-cü, Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 82.3 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiy ası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işə yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası icraatda olan işlə bağlı tərəflər arasındakı münasibətə qanunun tələbinə zidd olaraq, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etmək əvəzinə, mübahisələndirilən mənzillə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 178.8-ci maddəsinin 2018-ci ilin iyulun 1-dək qüvvədə olan mətnini tətbiq etməyin düzgün olmadığı qənaətinə gəlmiş və konkret halda hazırkı icraatda olan iş mülki qanunvericiliyin 178.8-ci maddəsinin əvvəlki redaksiyasına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qe yd olunan hüquqi mövqeyi ilə uzlaşmadığını qeyd etmiş, bunu onunla əsaslandırmışdır ki, iddiaçının etibarsızlığını tələb etdiyi müqavilədəki mənzillə özünün müqaviləsindəki mənzilə dair məlumatlar eynilik təşkil etmir. Yəni, hər iki müqavilədəki mənzilin “D” blokunun 6-cı mərtəbəsində yerləşməsi hələ həmin mənzillərin eyni olması anlamına gəlmir. Bu isə gəlinmiş nəticənin tamamilə qanunsuz və əsassız olması anlamına gəlir. Ümumiyyətlə isə mənzillərin eyniliyini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməli olduğu halda işin tam və obyektiv araşdırılması təmin edilməmişdir. Halbuki, MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İddiaçı hüquqşünas deyil və məhkəmədə vəkillə iştirak etməmişdir. Bu səbəbdən hər iki müqavilədə göstərilən mənzillərin eyniliyinin müəyyən edilməsi məhz xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertizanın təyin edilməsi vacibliyini yaratdığı halda və məhkəmədə bu qeyri-müəyyənliyi aydınlaşdırmaq üçün ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir.

30. Cavabdeh2 vəkili və nümayəndəsi kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-717/2024 nömrəli iş üzrə, 21 aprel 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 324.1. Əqd mülki hüquq münasibəti nin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

32. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

33. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 35. maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərə fli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

38. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

39. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

41. Maddə 575.2. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtin a etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

42. Maddə 109.1. Yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir.

43. Maddə

112. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.

44. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tiki nti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.

45. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhk əməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

56. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma yetərli olmuşdur, bu səbəbdən onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Kassasiya şikayətində iddiaçının iddia etdiyi mənzillə cavabdehin istifadəsində olan mənzilin eyni olub-olmaması ilə bağlı işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən müvafiq ekspertizanın keçirilməməsinə istinad edilmişdir. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfindən məhkəmə baxışının gedişində belə bir vəsatətin verilməsi iş materialları ilə müəyyən edilmir. Məhkəmənin öz təşəbbüsü ilə belə bir ekspertizanın keçirilməsi isə mülki prosesin təməl prinsipləri olan çəkişmə və dispozitivlik prinsiplərinə uyğun olmazdı. Belə ki, qeyd edilən ekspertizanın keçirilməsi faktiki olaraq, iddianın dəlillərinin təsdiqi üçün sübutun əldə edilməsi ilə bağlıdır. 5

8. Qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Doğrudur, qanunverici mülki prosesdə məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməsə də, nəzərə alınmalıdır ki, məhkəmənin baxılan mülki işlə bağlı həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq kimi bir vəzifəsi yoxdur. Mülki prosesdə məhkəmənin fəallığı o zaman yolveriləndir ki, bu fəallıq çəkişmə prinsipindən kənara çıxmasın və onun qarşısını almasın. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapmışdır. (Məs. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri bar ədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərar, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərar).

59. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir və bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

60. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hü quq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya on un olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyas iya Məhkəməsi Mülki kollegiyasının 2(106)-717/2024 nömrəli iş üzrə, 21 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar