Məhkəmə qərarları › İş №2(102)-2942/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2942/2023

18.09.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2942/2023 18.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 ASC-yə qarşı “hərracın nəticələri barədə protokolun, həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1620/202 3 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Nəsimi Rayon Məhkəməsinin 2(006)-110/2020 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1açıq hərracda 146.625 manata Cavabdeh2 ASC-yə satılmışdır. 2. “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 230000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-dan ilkin satış qiyməti 195.500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə xəbərdarlıq bildirişlər İddiaçı, X4, Nəsimi rayon İcra Şöbəsinə və Cavabdeh2 ASC-yə göndərilmişdir. Hərracın keçirilməsi barədə “Market” qəzetində məlumat dərc edilmişdir. 3. “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə X4 və İddiaçı ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildirişlər həmin ünvandan alınmışdır. “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı və X4 ünvan 1 ünvanına göndərilən “Açıq hərracın keçirilməsi” barədə bildirişlər “ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər “X1 Mərkəzi” MMC və Cavabdeh2 ASC-yə qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3zilinə dair hərracın nəticələri barədə 30 noyabr 2021-ci il tarixli YP 162 saylı protokolun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər Cavabdeh2 ASC və “X1 Mərk əzi” MMC arasında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, icranın həvalə edildiyi Nəsimi rayon İcra şöbəsinin sifarişi əsasında ünvan 3zil açıq hərracda satışa çıxarılmışdır. “X1 Mərkəzi” MMC tərəfindən 27 oktyabr 2021-ci il tarixdə və 10 noyabr 2021-ci il tarixdə hərraclar keçrilmiş, lakin iddiaçı bir mülkiyyətçi olaraq sözügedən hərraclar barədə məlumatlandırılmamışdır.

6. Hərrac təşkilatında mənzillə bağlı aparılan hərracın qovluğuna əlavə edilən bildirişlər iddiaçıya çatdırılmayıb və bildirişlərdə iddiaçının adı qeyd edilsə də, imzalar ona məxsus deyildir.

7. İddiaçı xx.xx.2021-ci il tarixdə “X1 Mərkəzi” MMC-yə rəsmi müraciət etdikdən sonra əldə etdiyi sənədlərdən ona mə lum olmuşdur ki, cavabdeh “X1 Mərkəzi” MMC 10 noyabr 2021-ci il tarixli hərracı keçirib və həmin tarixdə icra predmeti olan mənzilin hərraclar zamanı satılmayıb və əmlakı almaq üçün müqavilə bağlanması Cavabdeh2 ASC-yə təklif olunmuşdur. Öz növbəsində Cavabdeh2 ASC 19 noyabr 2021-ci il tarixli cavab məktubu ilə mənzili 146625 manata almaq təklifini qəbul etmişdir.

8. Cavabdeh “X1 Mərkəzi” MMC-nin 30 noyabr 2021-ci il tarixli YP162 saylı hərracın nəticələri haqqında protokol tərtib olunmuş və cavabdehlər arasında mənzilin alqı-satqısı müqaviləsi bağlanmışdır. Odur ki, cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP162 saylı protokol və onun əsasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Protokola əsasən istinad edilən əmlak 146.625 manat məbləğində pula hərracda satı lıb. Lakin əmlakın ilkin qiyməti 230.000 manat müəyyən edilmişdir.

9. Bundan əlavə, Nəsimi Rayon Məhkəməsini 17 iyun 2020-ci il tarixli 2(006)110/2020 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh2 ASC-yə olan borc məbləğinin yarıdan çox hissəsi ödənilmiş hazırda banka olan borc 54.000 manat təşkil edir. Borcun mütəmadi şəkildə ödənilməsinə dair Bankla aralarında olan şifahi razılaşmaya baxmayaraq Cavabdeh2 ASC iddiaçını aldadaraq onun iştirakı olmadan qanunsuz hərrac keçirərək mülkiyyətində olan mənzili ələ keçirmək niyyətində olmuşdur.

10. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 319, 415 və 416-cı maddələrinə istinad etmişdir.

11. İddiaçının nümayəndəsinin (vəkil) vəsatəti əsasında bildirişdəki imzanın iddiaçıya məxsusluğunu müəyyən etmək məqsədilə birinci instan siya məhkəməsi 21 iyun 2022-ci il tarixli qərardadla məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir.

12. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/1128 nömrəli ekspert rəyinə əsasən “X1 Mərkəzi” MMC-nin xx.xx.2021-ci il tarixdə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 saylı evin 158 saylı mənzilinə göndərilən 040239 nömrəli qaimədə “Alanın soyadı və imzası” qrafasında “Ləzimova” əlyazması və qarşısındakı imza, “02.10.21” rəqəmləri İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

13. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi göstərib ki, bildirişdəki imza iddiaçının imzasına oxşasa da, onun imzası deyil. Sonuncu bildirişi iddiaçı özü almışdır, lakin hərrac mərkəzinə gedəndə məlum olmuşdur ki, hərrac artıq yekunlaşı b.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(004)644/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Günel Əkbərli)

15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hərrac mərkəzi tərəfindən iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi ünvanına iki dəfə bildiriş göndərilmiş, kütləvi informasiya vasitələrində iki dəfə elan dərc edilmiş, mənzilin satış qiyməti birinci dəfə 230000 manat, ikinci dəfə isə 195500 manat müəyyən edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun özünün yaşayış yeri olaraq göstərdiyi ünvan ünvan 3zildir. İşin faktiki hallarından da müəyyən edilir ki, hərraca dair bildirişlər də qeyd olunan ünvana göndərildiyindən, MPM-nin tələbinə əsasən bildiri şlər rəsmi qaydada çatdırılmış hesab olunmalıdır. Bundan başqa iddiaçı özü də qeyd etmişdir ki, sonuncu hərracdan məlumatlı olmuşdur.

17. İddiaçının banka olan borcunu hissə-hissə ödəməsini barədə vəkilinin dəlilinə münasibətdə birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi qanunla müəyyən edilmiş müddətlərdə tam şəkildə icra edilməlidir. İcra sənədi üzrə tələbkar isə hissə-hissə icraya dair razılıq verməmişdir. İşin faktiki hallarında isə müəyyən edilir ki, icra sənədi üzrə borclu olan iddiaçının borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Hərracdan satılan mənzil isə borc üçün təminat altına alınaraq yüklü edilmişdir.

18. Birinci instansiya məhkəməsi belə hesab etmişdir ki, iddiaçı hərracla bağlı məlumatının olmamasını bildirsə də, yalnız bildiriş lərdə deyil, hərracın keçirilməsi barədə elan “Market” qəzetində də dərc edilmişdir. Odur ki, iddiaçı hərracdan və nəticələrindən məlumatsız olduğunu iddia etsə də, onun bu iddia tələbi əsassızdır.

19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 416.1, 416.2-ci, “İpoteka haqqında” Qanunun 41.2, 42.1-ci, “İcra haqqında” Qanunun 62.1-ci, Mülki Prosessual Məcəllənin, 14.2, 77.1 və 82.3-cü maddələri ilə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsində icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məlumat üçün göndərilən bildi rirşlər iddiaçıya çatdırılmamış, bu səbəbdən də hərrac barədə iddiaçının heç bir məlumatı olmamışdır. Ekspertiza rəyindən də görünür ki, hərrac Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2(103)-1620/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdiyev, Fərrux Qasımov)

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “F.Cavadov və V.Aslanovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2- ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinə görə qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməs inə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək vəzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının adına bildirişlər iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvana göndərilmiş, həmin ünvandan imza edilərək təhvil alınmışdır. Hətta iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində sonuncu hərracın bildirişini aldıqlarını bildirmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi vurğulayıb ki, iş materiallarına əlavə edilm iş xx.xx.2021-ci il tarixli, 177 nömrəli və xx.xx.2021-ci il tarixli, 122 nömrəli “Market” qəzetinin surətinə əsasən “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 230000 manat və xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ilkin satış qiyməti 195.500 manat müəyyən edilməklə hərracın keçirilməsi barədə məlumat qəzetdə dərc edilmişdir. Bütün qeyd olunanlarla yanaşı, iddiaçının borcunu tam ödəməsi ilə bağlı iş materiallarında heç bir sübut da mövcud deyildir.

27. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, apellyatorun bildirişdəki imzanın onun tərəfindən icra edilməməsi ilə bağlı dəlili əsassız hesab edilməklə, hərracın etibarlılığını şübhə altına ala bilməz. Əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qayda sı barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

28. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, ipoteka predmeti olmuş mənzilə tutmanın yönəldilməsi məqsədilə “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunun tələblərinə riayət edilməklə ipoteka saxlayana, ipoteka qoyana keçiriləcək hərracla bağlı məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur.

29. Apellyasiya instansiya məhkəməsi gəl diyi nəticəni Mülki Məcəllənin 337.1, 415.2, 416-cı, “İpoteka haqqında” Qanunun 41.2, 42.1, 42.3, 43, 44-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci, “Poçt haqqında” Qanunun 1.0.10-cu maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şiayətinin məzmununa uyğun olmaqla onunla əsaslandırılmışdır ki, bildirişlər iddiaçıya çatdırılmamış, bu səbəbdən onun keçirilən hərrac barədə məlumatı olmamışdır. Nəticədə Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci maddələri pozulm uşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə Cavabdeh2 ASC-nin etiraz daxil olmuşdur. Etirazda göstərilib ki, işə mahiyyəti üzrə baxan məhkəmələr təqim edilmiş sübutları ətarflı araşdırmış, hansı sübutun mötəbər və qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldikləri nəticəni əsaslandırmışlar. Kassasiya şikayətində göstərilən dəlillər əsassızdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və ke çirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 41.2.Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) h ərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndəriş (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3.İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsind ə nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şi kayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyas iya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq o lunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

34. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Apellyasiya instansiyası məhkəməsi iddia tələbləri, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

38. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 2329-cu bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.

39. Belə ki, iddia tələbi hərracın nəticələrinin etibarsız hesab edilməsi və həmin tələbdən doğan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi Hərrac Mərkəzi tərəfindən ona hərrac barədə məlumat verilməməsinə istinad etmişdir.

40. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə isə iddiaçının istinad etdiyi bu hallar təkzib edilmiş, ipoteka qoyan İddiaçı bildiriş göndərilməsi, üstəlik, hərrac barədə KİV-də elan verilməsi təsdiq edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi özü də məhkəmə b axışında sonuncu hərrac barədə bildirşin iddiaçı tərəfindən alınmasını etiraf etmişdir.

41. Göründüyü kimi, iddiaçı hərracın qanunvericiliyə uyğun qaydada keçirilməməsinə (ipoteka qoyana bildiriş göndərilməməsi) istinad etsə də, işin məhkəmlər tərəfindən müəyyən edilən halları bunun əksini, yəni hərracın “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd edilən normaları baxımından qanuni olmasını göstərir, bu da iddianın təmin edilməsini istisna edir.

42. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olmadığından iddia tələbinin təmin edilməsi istisna edildiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qən aətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1620/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar