Məhkəmə qərarları › İş №2(102)-2794/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2794/2023

18.07.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2794/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata dair çıxarışın etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh ASC-yə qarşı çıxarışın etibarsız hesab edilməsi dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1321/2023 nömrəli, 01 mart 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (bundan sonra – mübahisəli əmlak) xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə Cavabdeh ASC-nin (bundan sonra – cavabdeh və ya Bank) adına qeydiyyata alınmışdır.

2. İddiaçı (bundan sonra – iddiaçı) Banka, əri X1 (ipoteka qoyan) və notariat kontoruna qarşı mübahisəli əmlakın Bankın xeyrinə ipoteka qoyulmasına onun razılığının alınmadığına istinad edərək, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, həmin iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Qətnamə qanuni qüvvəsini almışdır.

3. Qətnamədə qeyd edilmişdir ki,...iddiaçı əri tərəfindən daşınmaz əmlakın ipoteka qoyulmasından, kredit alınmasından və kredit məbləğinin nə üçün lazım olduğundan xəbəri olmuş, şəxsən özü notariat kontorunda buna razılıq verməsinə dair ərizə ilə tanış olaraq imzalamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən cavabdehin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli əmlakı əri X2 ilə birgə nikahda olduqları dövrdə əldə et mişlər. 2018-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, əri onun xəbəri olmadan həmin qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edərək kredit götürmüş və həmin kredit məbləğini ödəmədiyi üçün Bank məhkəmədə iddia qaldıraraq kreditin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Bundan xəbər tutan kimi aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edərək, həmçinin məhkəmədə iddia qaldıraraq, pozulmuş hüquqlarının bərpa olunması üçün ona köməklik edilməsini xahiş etmişdir. Cari ilin noyabr ayında məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli çıxarışla Bankın mülkiyyətinə keçmişdir. Hesab edir ki, əmlak üzərində Bankın mülkiyyət hüququnun rəsmiləşdirilməsi barədə çıxarış qanunsuz əldə edildiyindən etibarsız dır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-646/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının bundan əvvəlki iddiası üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə mübahisəli əmlaka dair iddiaçının əri ilə Bank arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 1-KTKDX1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunmasına səbəb olacaq hər hansısa bir hal müəyyən olunmamış və sözügedən qeyri-yaşayış sahəsi qanuni olaraq ipoteka müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən əmlakın açıq hərracda satılması yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Odur ki, mübahisəli qe yri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bankın mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edildiyindən qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139.1-139.3, 140, 152.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsi ilə eyni məzmun da əsaslandırmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1321/2023 nömrəli, 01 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.Musayeva (sədrlik edən və məruzəçi), R.Həsənov və M.Məmmədov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı nə iddia ərizəsində, nə də apellyasiya şikayətində hərracın keçirilməsinin qanuniliyini mübahisələndirməmiş, ümumiyyətlə mübahisə predmeti olan çıxarışın etibarsız hesab edilməsi üçün hər hansı əsasın mövcudluğuna istinad etməmişdir. Buna baxmayaraq, məhkəmə qanuni qüvvəsini almış və bu iş üçün preyudisiya əhəmiyyəti daşıyan məhkəmə aktlarına əsasən mübahisəli əmlakın Bankın xeyrinə yüklü edildiyi zaman iddiaçının qanunla nəzərdə tutulmuş qaydada razılığı alındığını müəyyən etmişdir.

12. Bundan başqa, Məhkəmə kollegiyası öz xidməti vəzifəsinə əsaslanaraq çıxarışın verilməsinə əsas olmuş hərracın düzgün keçirilib-keçirilmədiyini araşdırmaq üçün apellyasiya baxışı zamanı təqdim edilmiş mübahisəli qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracla bağlı sənədlərə baxış keçirərək, hərrac təşkilatı tərəfindən hərracın müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq keçirildiyini, yəni hərracın keçirilməsi barədə iddiaçının qeydiyyatda olduğu ünvana bildirişlər göndərildiyini və qəzetlərdə elanlar verildiyini, ipoteka predmeti olan daşınmaz əmlakın hərrac vasitəsilə Banka satıldığını və mülkiyyət hüququ ilə sonuncunun adına qeydiyyata alındığını müəyyən etmişdir. Göründüyü kimi, mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bankın mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edilmiş, qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmaqla, həmçinin göstərilmişdir ki, məhkəmə i clasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilmədiyindən məhkəmədə hüquqlarını müdafiə edə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

17. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirə nin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

18. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində bax ır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı daha əvvəl mübahisəli əmlaka dair ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmamasına istinad edərək ipoteka müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmış və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiası rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, onun notarial razılığı alınmışdı r. Hazırda isə eyni əsaslardan (ipoteka müqaviləsi bağlanarkən razılığının alınmaması) çıxış edərək, əmlaka dair Bankın adına verilmiş çıxarışın etibarsızlığını tələb edir.

30. Apellyasiya instansiyası məhkəməsinin eyni məzmunlu dəlilləri ilə bağlı qənaətinə görə mübahisəli qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Bankın mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edilmiş, qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş dur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

32. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(103)-1321/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar