Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2774/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər:ipoteka müqavilənin və razılaşmanın etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-738/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə 27 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin ha lları
1. X5 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, Bank tərəfindən X4 istehlak məqsədi ilə 36 ay müddətinə, illik 19 %lə, 127.000 ABŞ dolları kredit verilmişdir.
2. X5 ilə Bank arasında bağlanmış 04 mart 2013-cü il və xx.xx.2013-cü il tarixli “kommersiya kredit müqaviləsi”nə və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı, xx.xx.2016-cı il tarixli razılaşmaya əsasən, “kredit alan”ın “Bank”a xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapitallaşdırılaraq 81.745 ABŞ dolları müəyyən edilmiş və hazırki “razılaşma”nın imzalandığı tarixdən “kredit alan” kredit məbləğini kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 24 ay müddət ərzində istifadə etməyi və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kre ditdən istifadəyə görə “Bank”a illik 16% faiz ödəməyi öhdəsinə götürmüş, “kredit alan” xx.xx.2016-cı il tarixinə kapitallaşdırılmış kredit məbləğindən əlavə 4.949 ABŞ dolları cərimə borcu mövcud olmuş, bu razılaşmanın tərkib hissəsi sayılan əlavələr (ödəniş qrafikləri) imzalandığı tarixdən, xx.xx.2013 cü il və xx.xx.2013-cü il tarixli “kommersiya kredit müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma üzrə imzalanmış əlavə qüvvədən düşmüş hesab edilmiş və həmin “kommersiya krediti müqavilələri”nin mətni üzrə yeni əlavə ilə əvəz olunmuş, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli “kommersiya krediti müqavilələri”nin tərkib hissəsi olan 1 saylı razılaşma qüvvədən düşmüş hesab edilmiş, xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli “kommersiya krediti müqavilələri”nin digər şərtləri dəy işdirilmədən qüvvədə qalmışdır.
3. X4 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın kredit öhdəliklərinin təminatı olaraq Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklü edilmiş əmlaka tutma yönəldiləcəyi təqdirdə həmin əmlakı könüllü olaraq boşaltmağı və təhvil verməyi öhdəsinə götürmüşdür.
4. Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) xx.xx.2018-ci il tarixli, 2(006)-484/2018 saylı qətnaməsi ilə X3 Cavabdeh ASC-nə qarşı “kredit müqaviləsinin ləğv edilməsi və hesablanmış borcun silinməsi” barədə ilk iddia rədd, Cavabdeh ASC-nin X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və sair barədə qarşılıqlı iddiası qismən təmin edilərəki, X2 65497,30 ABŞ dolları əsas borcun, 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 65697,30 ABŞ dolları kredit borcunun ödəniş vaxtı milli manata məzənnədə tutulub Cavabdeh ASC-yə ödənilməsi, tutmanın X4 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 423 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ilkin satış qiymətinin 255.000 manat müəyyən edilməklə açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən 65.697,30 ABŞ dolları məbləğində pulun ödəniş vaxtı milli manata məzənnədə Cavabdeh ASC-nə ödənilməsi, qalan məbləğin X4 verilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o, satıldıqdan sonra 1 ay ərzində X3 fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılması qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11698/2018 saylı qətnaməsi ilə X5 tərəfində n verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4821/2019 saylı qərarı ilə X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11698/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.
7. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1086/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) X3 Cavabdeh ASC-yə qarşı “kredit müqavilələrinin və razılaşmanın etibarsız hesab edilməsi” barədə iddiası rədd edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 6098/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-1712/2021 saylı qərarı ilə X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilənin etibarsız hesab edilməsi və sair” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə X5 arasında xx.xx.2013-cü il tarixli, 112918-1-6735/1 saylı və xx.xx.2013-cü il tarixli, 112918-67351/2 saylı “kommersiya krediti müqavilələri” və onun tərkib hissəsi olan 1 saylı razılaşmaya dəyişiklər və əlavələr edilməsi barədə 20 may 2016-cı il tarixli, 02 saylı razılaşma bağlanmışdır. xx.xx.2016-cı il tarixli, 02 saylı razılaşmaya əsasən “kredit alanın” Banka xx.xx.2016-cı il tarixə mövcud olan borcu kapılallaşdırılaraq, 24 ay müddət ərzində aylıq 16%, 81.745 ABŞ dolları həcmində müəyyənləşdirilmişdir. Kreditin təminatı kimi əri X5 onlara məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 1-ci yaşayış massivi, döngə 9-da istifadədə olan 0,0425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,68 kv.metr yaşayış, 89,4 kv.metr köməkçi sahədən ibarət 423 saylı fərdi yaşa yış evini xx.xx.2013-cü il tarixli, 112918-NEDVİJ-1230 saylı “daşınmaz əmlakın ipoteka müqaviləsi” əsasında Bank qarşısında ipoteka ilə yuklü etmişdir. Kreditin götürülməsindən xəbəri olsa da, əri X5 tərəfindən ümumi əmlakları olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs, 1-ci yaşayış massivi, döngə 9-da istifadədə olan 423 saylı fərdi yaşayış evini Bank qarşısında ipoteka ilə yüklü etməsindən xəbəri olmayıb. Yazılı razılığı olmadan onların ümumi əmlakları üzərində onun tərəfindən sərəncam əqdi bağlamasından indi xəbər tutulmuşdur. Belə ki, ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Lakin, onun tərəfindən belə bir razılıq verilməmişdir. Buna görə də X5 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 112918-NEDVİJ-1230 saylı ipoteka müqaviləsi etibarsız hesab edilməlidir. Nikah müddətində əldə etdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 9-ca istifadədə olan 0,0425 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 145,68 kv.metr yaşayış, 89,4 kv.metr köməkçi sahədən ibarət 423 saylı fərdi yaşayış evi onların ümumi birgə mülkiyyəti sayılır. Hesab edir ki, qeyd olunan ev onların ümumi birgə mülkiyyəti olduğundan, X5 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilərkən iddiaçının razılığı olmalı idi. Göstərilənlərə əsasən X5 ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli, 112918-NEDVİJ-1230 saylı ipoteka müqaviləsinin və xx.xx.2016-c ı il tarixli razılaşmanın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
12. Məhkəmə-xəttşünaslıq ekspertizanın xx.xx.2022-ci il tarixli rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 130-cu vərəqəsində olan xx.xx.2013-cü il tarixli, 112918-NRDVİJ-1230 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013- cü il tarixli, 7E/10-8023 reyestr saylı razılıq ərizəsində “imza” qrafasındakı imza və “Nəzərova” soyadı – İddiaçı tərəfindən icra olunmuşdur.
13. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-627/2022 saylı, 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) İddiaçı 28 saylı Notariat Kontorunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdeh ASC-nə qarşı “ipoteka müqavi lənin etibarsız hesab edilməsi və sair” barədə iddiası təmin edilməmişdir.
14. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək hesab etmişdir ki, iddiaçı ipoteka müqaviləsindən xəbəri olmadığını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ipoteka müqaviləsinə əsasən əmlakın ipoteka qoyulmasına dair xx.xx.2013-cü il tarixli razılıq ərizəsindəki imza iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, əmlakın ipotekaya qoyulmasına dair razılıq ərizəsindəki imza iddiaçıya aiddirsə, iddiaçının ipoteka müqaviləsindən xəbəri olmuşdur.
15. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 329.1, 331.1, 337.1, 339-cu maddələrinə, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1, 217.1-ci maddələrinə istin ad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o əri tərəfindən ümumi əmlakları olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 9-da yerləşən 423 saylı fərdi yaşayış evinin Bank qarşısında ipoteka ilə yüklü edilməsindən xəbəri olmamışdır və onun tərəfindən belə bir razılıq verilməmişdir. Məhkəmə isə ekspetiza keçirmiş və ekspertizanın nəticəsinə uyğun olaraq iddianı rədd etmişdir. Ekspertizanın rəyi ilə razı olmamış və işə nümayəndəsi vəkil qismində yeni qoşulduğundan məhkəmə mülki iş materialları ilə tanış olmağına və təkrar ekspertiza keçirilməsi ilə bağlı vəsatət verməyinə imkan verməmişdir. Məhkəmə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub- olmaması məsələsi həll edilərkən formal mülahizələrdən çıxış edərək, ər-arvadın rəsmi nigah münasibətlərinə olsalar da ailə münasibətlərinə xitam verilib-verilməməsi, birgə təsərrüfat aparıb-aparılmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmamışdır.
18. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-738/2023 saylı, xx.xx.2023 tarixli qətnaməsi ilə ( hakimlər Fuad Talışınski sədrlik edən, məruzəçi, Azad İmanov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirərək hesab etmişdir ki, ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində, hal-hazırki mübahisə üzrə pul vəsaitlərinə dair sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət etmişdir. Daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı olmuşdur. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şi kayətinin dəlilləri
20. İddiaçı (Vəkil2 Manaf oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi əsassız olaraq birinci instansiya məhkəməsinin iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırması qənaətinə gələrək, apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirirlmədən saxlamışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər
24. Maddə 315.1. İpotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər.
25. Maddə 3 15.2. Əgər şəxsi borclu ipoteka saxlayanı təmin edirsə, ipoteka ona keçir. Bu zaman o, mülkiyyətçidən əvəz verməyi tələb edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
26. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
27. Maddə 33.2. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir.
28. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahi sələndirilə bilər.
29. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan 31. istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş fa ktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş f aktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, X1 arasında bağlanılmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Bank tərəfindən X4 36 ay müddətinə, illik 19% dərəcəsi ilə 127.000 ABŞ dolları kredit verilmişdir. Bundan sonra X1 arasında 20 may 2016-cı il tarixli razılaşma bağlanılmış və həmin razılaşmaya əsasən X3 xx.xx.2016-cı il tarixə Banka olan borcu kapitallaşdırılaraq, kreditin qaytarılma müddəti 24 ay, faiz dərəcəsi 16%, kreditin məbləği 81.745 ABŞ dolları müəyyən edilmişdir. Kreditin təminatı kimi xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X3 mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 423 saylı fərdi yaşayış evi Bankın xeyrinə ipoteka qoyulmuşdur.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, məhkəməxətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/715 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli, 112918-NRDVİJ-1230 saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013-cü il tarixli, 7E/10-8023 reyestr saylı razılıq ərizəsində “imza” qrafasındakı imza və “Nəzərova” soyadı – İddiaçı tərəfindən icra olunmuşdur.
44. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Əqdin etibarsızlığı dedikdə- Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Yəni əqd o halda etibarsız hesab edilə bilər ki, onun bağlanmasında iştirak edən subyektlərin tərkibi qanuna uyğun olmasın, əqdin qanunla tələb olunan bağlanma formasına riayət olunmasın, əqdin bağlanmasında iradə ifadəsi olması müəyyən edilməsin vəəqdin məzmunu qanunun tələblərinə zidd olsun. Mülki Məcəllənin 6-cı maddəsində müəyyənləşdirilmiş mülki qanunvericiliyin prinsipləri sırasında birbaşa nəzərdə tutulub ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Göründüyü kimi mülki hüquqların əldə edilməsi şəxsin iradəsinə və mənafeyinə uy ğun olmalıdır.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Həmin Məcəllənin 339.1-339.4-cü maddələrinə əsasən, hakimiyyətdən suiistifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcəəlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirməəqdin aldatma olmadan bağlana bilməyəcəy inin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi müba hisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetməəqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə dəəqdin mübahisələndirilməsinəəsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməkl ə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
47. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (maddə 329.2).
48. Qanunvericiliyin tələblərinə əsasən əqdlər yazılı və şifahi olur. Əqdin etibarlı hesab edilməsi əsaslarından biri həmin əqdi bağlayanın buna iradə ifadəsi olmasıdır. Hazırki iddia üzrə iddiaçı məhz bu əsasla çıxış edərək kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mübahisəli predmeti olan əqd yazılı formada bağlanan kredit xətti müqaviləsidir və həmin müqavilədə iradə ifadənin olması onu bağlay an şəxs tərəfindən imzalanması ilə müəyyən edilir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən vəəqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
50. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, iddiaçı ipoteka müqaviləsindən xəbəri olmadığını iddia etsə də, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulan əmlakın ipotekaya qoyulmasına dair xx.xx.2013cü il tarixli razılıq ərizəsindəki imza iddiaçıya məxsusdur.
51. Belə olan halda apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən mənzilin ipotekaya qoyulmasına dair razılıq ərizəsindəki imza iddiaçıya aiddir və iddiaçının ipoteka müqaviləsindən xəbəri olmuşdur. Ona görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir.
52. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbə r tutub Məhkəmə kollegiyası q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2(103)-738/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.