Məhkəmə qərarları › İş №2(102)-4002/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4002/2023

16.10.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4002/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X12 ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qa rşı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5940/2022 nömrəli, 14 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə X16 arasında 27 yanvar 1993-cü il tarixdə, 134 nömrə qeydə alınmış nikah bağlanmışdır.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 nömrəli, 26 noyabr 2010-cu il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin X4, Cavabdeh1 və Cavabdeh5 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia tələbi təmin edilərək X2 K-4111 nömrəli kredit müqaviləsi 302600 ABŞ dollar məbləğində əsas borc, 73911 ABŞ dollar məbləğində faiz borcu, cəmi 376511 ABŞ dollar məbləğində borc, K-4112 nömr əli kredit müqaviləsi üzrə 525200 ABŞ dollar məbləğində əsas borc, 170016 ABŞ dollar məbləğində faiz borcu, cəmi 695216 ABŞ dollar məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 nömrəli evin 3-cü mənzilə və Cavabdeh5 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin mənzilin və qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunmuş məbləğ iddiaçı "xxxx" ASC-nin tələblərindən artıq olduqda artıq məbləğin cavabdehlərə qaytarılması, ipoteka qoyulmuş ev satıldıqdan sonra Cavabdeh1 və Cavabdeh5 müvafiq olaraq bir ay ərzində evi və qeyri-yaşayış sahəsini tərk etmələri, cavabdehlər qeyd olunan müddə t ərzində evi və qeyri-yaşayış sahəsini könüllü olaraq tərk etmədikdə onlar məcburi qaydada evdən və qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. 3. 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsinə əsasən “Azəriqazbank ASC ilə X5 arasında illik 21 faiz olmaqla 302650 (üç yüz iki min altı yüz əlli ) ABŞ dolları məbləğində kredit ayrılmışdır. 4. 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli "xxxx" ASC ilə borcalan X5, ipotekaya qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 260000 ABŞ dolları məbləğində müəyyən edilmiş K3779 saylı xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Cavabdeh1 öz mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilin i bankın xeyrinə ipotekaya qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayana verir. 5. 3779 nömrəli İpoteka müqaviləsinə əlavə olan xx.xx.2009-cu il tarixli "xxxx" ASC ilə borcalan X5, ipotekaya qoyan Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavə olan razılıqdan görünür ki, 14 aprel 2009-cu il tarixli, K-4111 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə İpoteka qoyan əmlakı ipotekaya qoyur, ona olan hüquq və maraqları ipoteka saxlayana verir. Kreditin məbləği 302650 ABŞ dolları müəyyən edilmişdir.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1785/2012 nömrəli, 24 dekabr 2012-ci il qətnaməsi xx.xx.2013-cü il tarixdə icraya yönəldilmişdir. İcra vərəqəsinin m əzmununa görə "xxxx" MMC-nin 29 dekabr 2011-ci il tarixli, 11-1083 saylı və 24 yanvar 2012-ci il tarixli 12005 saylı “Əmlakın Qiymətləndirilməsi barədə hesabat”lar ləğv edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-646/10 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri Cavabdeh5 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən 19 nömrəli ½ mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin qiymətinin ******* manat olduğu əsas götürülməklə həyata keçirilməsi, Yasamal Rayon Məhkəməsinin 26 noyabr 2010-cu il tarixli, 2(004)-646/10 saylı qətnamə əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsində yerləşən 8 nömrəli mənzilin qiymətinin 350000 manat olduğu əsas göt ürülməklə həyata keçirilməsi qərara alınmışdır.

7. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 22 sentyabr 2021-ci il tarixli, 18148962 nömrəli məktubuna görə 22 sentyabr 2021-ci il tarixli qərarla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2010 saylı, xx.xx.2010-cu il icra sənədi üzrə icraat dayandırılmışdır.

8. İddiaçı tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə İddiaçı "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2009cu il tarixli, K-4111 və xx.xx.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraç uxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 1 mərtəbəli binada ünvanda Cavabdeh1 məxsus olan 5 otaqlı, 3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir.

9. Cavabdeh1 tərəfindən "xxxx" ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizə ilə Cavabdeh1 "xxxx" ASC və X6 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, K-4111 və xx.xx.2009-cu il tarixli, K-1112 saylı kredit müqavilələrinin və onlara edilmiş və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixli, İ-3779 saylı İpoteka müqaviləsinə və ona ediləcək bütün əlavələrə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara-çuxur qəsəbəsi, Neftçi küçəsində istifadədə olan 0.00992 ha torpaq sahəsində yerləşən 8 nö mrəli, 1 mərtəbəli binada ünvanda Cavabdeh1 məxsus olan 5 otaqlı, 3 nömrəli mənzilin ipoteka kimi qoyulmasına öz razılığını vermişdir.

10. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X8 Könül Nuru qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 041007 nömrəli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir.

11. Daşınar və Daşınmaz Əmlakların satışı üzrə X8 Könül Nuru qızına ünvanlanmış xx.xx.2020-ci il tarixli, 041448 nömrəli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişlə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, ev 8, 3 saylı mənzildə hərracın keçirilməsi xx.xx.2020-ci il tarixə, saat 11:00-a t əyin edilmişdir.

12. Ləğv prosesində olan "xxxx" ASC-nin Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinə ünvanlanmış **********083 nömrəli, 19 yanvar 2021-ci il tarixli məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, ev 8, 3 saylı mənzil xx.xx.2020-ci il tarixdə keçirilmiş hərrac nəticəsində X3 etibarnamə əsasında nümayəndəsi X1 7 təqvim günü ərzində alış qiymətinin ödənilməsi tələb edilmişdir.

13. Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin 04 fevral 2021-ci il tarixli, 18155726/19-9 nömrəli məktubu ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi,ev 8, 3 saylı mənzilin satış ilə bağlı Suraxanı Rayon İcra Şöbəsinin depozit hesabına heç bir ödəniş edilməmişdir. 14. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/391 nömrəli ipoteka pre dmetinin əldə olunmasına dair təklifin surətindən görünür ki, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 82875 (səksən iki min səkkiz yüz yetmiş beş) manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur.

15. ƏİV seriyalı, 184137 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonuna əsasən "xxxx" MMC tərəfindən Cavabdeh1 ünvanlanmış məktubu xx.xx.2021-ci il tarixdə Aytəkin İsmayılova tərəfindən təhvil almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC-yə, Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsinə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə, Cavabdeh5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və "xxxx" ASC (Ləğv prosesində olan "xxxx") arasında bağlanmış 22 aprel 2008-ci il tarixli, 1-3779 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh5 10000 (on min) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 27 yanvar 1993-cü il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzilini əldə etmişlər. Sonradan ona məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi mənzili onun razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kre dit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşmar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətləin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və ona ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı onun iştirakı təmin edilməli, əmlakın yarı payı ona aiddir, həmin əmlaklar həyat yoldaşının borcuna görə o da payından məhrum ola bilər, onun bu borclardan xəbəri olmayıb, ipotekaya qoyulanda onun razılığı alınmayıb və əmlak satılanda digər mülkiyyətçi kimi ona əmlak təklif edilməyib. Eyni zamanda ipoteka müqaviləsindən onun xəbəri olmamış, razılıq verməmişdir. Bundan b aşqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi ona məxsusdur. Cavabdeh1 ipoteka ilə yüklü edilməyə, ancaq öz payına nisbətdə razılıq verə bilərdi. Yaxud ipoteka müqaviləsində o da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Bundan başqa ipoteka müqaviləsində kredit müqaviləsinin, götürülmüş kreditin şərtləri (kreditin müddəti, illik faiz dərəcəsi) göstərilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X18 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim: N.Cəfərli) 2(008)857/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ipoteka müqaviləsini bağlanan zaman ipoteka predmeti ola n daşınmaz əmlak yalnız cavabdeh X9 mülkiyyətində olmuşdur. İddiaçı ipoteka predmeti olan daşınmaz əmlak nikah dövründə əldə edildiyindən birgə mülkiyyət olduğunu, həmin əmlakdan onun da payı olduğunu irəli göstərib ipoteka müqaviləsi bağlanan zaman onun razılığının alınmadığını, ümumiyyətlə onun müqavilədən xəbərinin olmadığını əsas gətirərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, bu faktı təsdiq edən hər hansı hüquqmüəyyənedici (çıxarış, payların müəyyən edilməsinə dair məhkəmə qətnaməsi və sair) sənəd təqdim edə bilməmiş, belə bir sənədin mövcud olması məhkəmədə müəyyən edilməmişdir.

21. Bundan başqa iddiaçı qeyd edilən əmlakın ipotekaya qoyulması zamanı onun razılığının alınmadığını qeyd etsə də, Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş İddiaçı tərəfindən "xxxx " ASC-ə ünvanlanmış 15 aprel 2009-cu il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə müəyyən edilir ki, iddiaçı ipoteka müqaviləsinin bağlanmasından məlumatlı olmuşdur.

22. İddiaçı xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsində kreditin əsas şərtləri, müddəti, faiz dərəcəsi və məbləğinin qeyd edilmədiyini iddia etsə də, iddiaçı tərəfindən təqdim edilmiş 22 aprel 2008-ci il tarixli, İ-3779 nömrəli ipoteka müqaviləsindən 1.2-ci bəndində kredit müqaviləsinə dair məlumatlar öz əksini tapmışdır.

23. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü dəlillər öz təsdiqini tapmadığına görə xx.xx.2008-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinin etibarsız sayıla bilməz, ona görə də iddia tələbi həmin hissədə rədd olumalıdır.

24. Birinci instansiya məhkəməsi iddi a tələbinin digər hissədini əhatə edən cavabdeh X10 onun xeyrinə 10000 manat məbləğində pulun tutulmasına münasibət bildirərək göstərmişdir ki, nə iddia ərizəsində, nə də məhkəmə iclası zamanı iddiaçı qeyd edilən pul məbləğinin Cavabdeh5 hansı əsaslar üzrə tələb edilməsini göstərməmiş və buna dair sübutlar təqdim etməmişdir, ona görə də həmin hissədə də iddia tələbi rədd edilməlidir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 6, 324, 337 və 404-cü maddələrinə, Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.

27. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının mənzili onun məlumatı və razılığı olmadan ipotekaya qoyulmuşdur. Cavabdehlərin hüquqdan sui-istifadə etməsi nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Nəzərə alınmalıdır ki, İddiaçı 27 yanvar 1993-cü il tarixində Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylı mənzili əldə etmişdirlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mən zili onun razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Daha sonra həmin kredit borcu ilə bağlı məhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətlərin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və iddiaçıya ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı iddiaçının iştirakı təmin edilməmiş və əmlak satılanda da mülkiyyətçi kimi əmlak iddiaçıya təklif edilməmişdir. Ümumilikdə nəzərə alınmalıdır ki, ipoteka müqaviləsindən iddiaçının xəbəri olmamış və müqavilənin bağla nmasına razılıq verməmişdir. Bundan başqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi iddiaçıya məxsusdur. Cavabdeh1 əmlakın ipoteka ilə yüklü edilməsinə ancaq öz payına nisbətdə razılıq verə bilərdi, yaxud ipoteka müqaviləsində iddiaçı da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Lakin bu şərtlər cavabdehlər tərəfindən təmin edilməmişdir. Göstərilən çoxsaylı pozuntu halları məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının mülkiyyət hüququ pozulmuşdur.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər A.V.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, İ.S.Şirinov və X.A.Mərdanova) 2(103)-5940/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

29. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş halları, sübutların qiymətləndirilməsi, maddi və prosessual hüququ normalarının tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətində əmlakın ipoteka qoyulmasından xəbəri olmadığını və buna razılıq vermədiyini bildirsə də, iş materialları əsasında bunun əksi, yəni razılıq ərizəsinin iddiaçı tərəfindən verilməsi (i.v. 185) öz təsdiqini tapmışdır, apellyasiya şikayətinin bu dəlili də qətnamənin ləğvi üçün əsas ola ğilməz.

30. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə, Mülki Məcəllənin 6, 324, 337 və 404-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 77, 78, 80 və 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (vəkil X13) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd olunmuşdur ki, İddiaçı 27 yanvar 1993-cü il tarixində Cavabdeh1 ilə nikaha daxil olmuşdur. Birgə nikah dövründə Bakı şəhəri, Suraxanırayonu, Qaraçuxur qəsəbəsi, Neftçi küçəsi, 8 saylı evin, 3 saylımənzilini əldə etmişdirlər Sonradan iddiaçıya məlum olmuşdur ki, həyat yoldaşı Cavabdeh1 birgə nikah dövründə əldə etdikləri mənzili iddiaçının razılığı olmadan ipoteka ilə yüklü edərək "xxxx" ASC-nin (Ləğv prosesində olan "xxxx" ) xeyrinə banka girov qoymuşdur. Dah a sonra həmin kredit borcu ilə bağlıməhkəmə prosesləri olmuş və borca görə həmin əmlak Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılmış və əmlak tələbkar Əmanətlərin Sığortalanması Fonduna təklif edilərək onun tərəfindən alınmışdır. Cavabdeh5 kredit müqaviləsi üzrə tərəf olsa da, öz ipotekada olan əmlakını müxtəlif vasitə ilə ipoteka predmetinə yönəldilmədən yayındırmış və iddiaçıya ziyan vurmuşdur. Keçirilmiş hərraclar zamanı iddiaçının iştirakı təmin edilməmiş və əmlak satılanda da mülkiyyətçi kimi əmlak iddiaçıya təklif edilməmişdir. Ümumilikdə nəzərə alınmalıdır ki, ipoteka müqaviləsindən iddiaçının xəbəri olmamış və müqavilənin bağlanmasına razılıq verməmişdir. Bundan başqa qeyd olunan mənzil birgə nikah dövründə əldə edildiyindən həmin mənzilin ½ hissəsi iddiaçıy a məxsusdur. Cavabdeh1 əmlakın ipoteka ilə yüklü edilməyinə ancaq öz payına nisbətdə razılıq verə bilərdi, yaxud ipoteka müqaviləsində iddiaçı da müqavilə üzrə tərəf kimi göstərilməli idi. Lakin bu şərtlər cavabdehlər tərəfindən təmin edilməmişdir. Göstərilən çoxsaylı pozuntu halları məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə iddiaçının konstitusion mülkiyyət hüququ pozulmuşdur. İddiaçının mənzili özünün məlumatı və razılığı olmadan ipotekaya qoyulmuşdur. Cavabdehlər öz mülki hüquqlarından sui istifadə etmiş, nəticədə isə iddiaçının mülkiyyət hüququnun pozulmasına və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə iş üzrə bütün hallarını araşdırmadan, zəruri sübutlara düzgün hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Ape llyasiya şikayətinin İİ hissəsinin 1 və 2-ci bəndlərində göstərilən halların heç birini məhkəmə araşdırmamış, hüquqi qiymət verməmişdir. Nəticədə qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmişdir. Həmçinin iş üzrə ətraflı araşdırılma aparılmadığı, iddiaçının göstərdiyi hallara hüquqi qiymət verilmədiyi üçün qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Qətnamədə məhkəmənin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar dəqiq göstərilməmişdir. Məhkəmə yalnız öz fərziyyələrinə, cavabdehlərin yalan məlumatlarına əsaslanmaqla qərar qəbul etmişdir. Məhkəmə yalnız cavabdehlərin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, hər bi r sübutu qətnamədə şərh etməmiş, sübutlar əlaqələndirilməmiş və sübutun işə hansı aidiyyətinin olmasını müəyyən etməmişdir. İddiaçının göstərdiyi sübutlara isə ümumilikdə heç bir qiymət verməmişdir. Göründüyü kimi məhkəmə iddiaçının hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki iddiaçı özünün haqlı olmağını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız cavabdehlərin dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

34. Mad də 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

36. Maddə 324.5 İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.

39. Maddə 337.4. Etibarsız əqd o nun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə n əticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır və həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

50. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5940/2022 nömrəli iş üzrə 14 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar