Məhkəmə qərarları › İş №2(102)-2263/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2263/2020

03.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2263/2020 03.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh 2İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 və vəkili Osmanov Elxan Osman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə aç ıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)1281/2019 saylı qətnaməsi ilə (sədrlik edən hаkim K.Z.Hüseynov) İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh 2İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, ünvan 1 mülkün ½ hissəsi üzərində Cavabdeh1, ½ hissəsi üzərində İddiaçı1 payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva, Ə.İ.Məmmədov) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)-1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 məxsus olan Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən mülkün ½ hissəsinə payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 21.11.1980-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Birgə nikah dövründə onlar Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini 01 saylı Notariat Kontorunun 06.10.2000-ci il tarixli, 3M-3-389 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin adına almışlar və həmin alqı-satqı müqaviləsinə əsasən 05.07.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli ç ıxarış verilmişdir. O, cavabdehlə həmin evdə birlikdə yaşamış, aralarında olan narazılığa əsasən nikahları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14.02.2018-ci il tarixli, 2(044)-212/2018 saylı qətnaməsi ilə pozulmuş, lakin o, hazırda da həmin evdə yaşayır. Belə ki, həmin həyətdə iki tikilidən ibarət evlər var, həmin evlərin birində o və oğlu ailəsi ilə birlikdə yaşayır, digərində isə cavabdeh tək yaşayır. Nikahları ləğv edildikdən sonra, evlər bütünlükdə cavabdehin adında qalmışdır. Ona görə də, o birgə nikah dövründə aldıqları ümumi əmlak payının müəyyən edilməsini tələb etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddiasına uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh1 həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili Osmanov Elxan Osman oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası hüququn tətbiqində səhvə yol vermiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan m addi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı1, cavabdehlər Cavabdeh1, Cavabdeh 2İdarəsinin və üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh1 kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktları n müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan 01 saylı Notariat Kontorunda bağlanmış 06 oktyabr 2000-ci il tarixli, 3M-3- 389 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, Nizami rayonu, X12 küçəsində yerləşən 97 nömrəli fərdi yaşayış evini Cavabdeh1 satmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 iyul 2007-ci il tarixli, MH seriyalı 009838 nömrəli çıxarışın surətindən görünür ki, X. ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 174 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh 2İdarəsinin 26 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, ünva n 1 fərdi yaşayış evi 1 saylı Notariat Kontorunun 06 oktyabr 2000-ci il tarixli, 3M-3-389 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Həsən qızına satılmış və ona 05 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu fərdi yaşayış evi “xxxx” ASC-nin Gəncə filialının xeyrinə yüklüdür. İş materiallarında olan Cavabdeh 2İdarəsinin 26 noyabr 2018-ci il tarixli məktubundan görünür ki, X. ünvanında yerləşən mənzil Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının 24 noyabr 1992-ci il tarixli, 3935 nömrəli sərəncamına əsasən X5 şəxsi mülkiyyətinə verilmiş və ona 14 yanvar 1993-cü il tarixli, 9056 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 2 saylı Notariat Kontorunun 10 noyabr 2004-cü il tarixli, 4Ə-4-490 nömrəli alqısatqı müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 tərəfindən X1. İ ş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2018ci il tarixli, 2(044)-212/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı1 arasında 21 noyabr 1980-ci il tarixdə X13 qeydə alınmış nikahın pozulması qət edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Ailə Məcəlləsinin 32, 36, 37-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərl ə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.4-cü maddəsinə görə ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. -3 6.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. -36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. -37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh1 21 noyabr 1980-ci il tarixdə nikahlarını rəsmiləşdirərə k ailə qurmuşlar və birgə nikah dövründə 06 oktyabr 2000-ci il tarixli, 3M-3-389 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına Gəncə şəhəri, Ordubadi küçəsi 97 nömrəli fərdi yaşayış evini almışlar və buna dair sonuncunun adına daşınmaz əmlakın Dövlət reyestrindən 05 iyul 2007-ci il tarixli MH seriyalı, 009838 nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2018-ci il tarixli, 2(044)-212/2018 nömrəli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Ona görədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instasiya məhkəməsidə iddianı təmin etmişdir. Mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə alqı-satqı yolu ilə əldə edildiyindən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməs inin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Cavabdeh tərəf fərdi yaşayış evinin ona əvəsiz olaraq verilmiş mənzilin satışından əldə olunan vəsait hesabına alındığını qeyd etsə də, lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilini əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarında olan 06 oktyabr 2000-ci il tarixli, 3M-3-389 nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunmuşdur ki, mübahisəli mənzil alqı-satqı yolu ilə 2000-ci ildə alınmışdır. X. ünvanında yerləşən mənzil isə 10 noyabr 2004-cü il tarixdə satılmışdır. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətində olan X. ünvanı satılmamışdan əvvəl əldə olunmuşdur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən hüququn tə tbiqində səhvə yol verildiyini, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar