Məhkəmə qərarları › İş №2(102)-2264/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2264/2024

24.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2264/2024 24.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibi Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair (Maraqlı şəxs Mehdi oğlu) mülki iş üzrə QƏRARİ iş № 2(102)-2264/2024 Açar sözlər: işin məhkəmə aidiyyətı, məhkəmə aidiyyəti ilə bağlı məsələlərə baxılması qaydası Bakı şəhəri 24 may 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlunun (məruzəçi), İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan Kommersiya kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlundan ibarət qarşıq tərkibdə, Ərizəçi barışıq sazişinin t əsdiq edilməsinə dair (Maraqlı şəxs Mehdi oğlu) iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə ayrıca yazılı icraat qaydasında baxaraq İşin halları

1. Maraqlı şəxs Mehdi oğlu ilə Ərizəçi arasında 19 dekabr 2023-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə sahibkarlıq subyektləri olan Maraqlı şəxs Mehdi oğlu Ərizəçinə olan 8687,70 manat məbləğində borcunu xx.xx.2024-cü il tarixədək tam olaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi MMC Maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdi q edilməsi barədə qətnamə qəbul edilməsini və ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin alınaraq, Ərizəçi MMC-yə ödənilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm hüquq münasibətlərinin, həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, qərardaddan şikayət verilməsi müddəti və qaydası göstərilməklə ərizə və ona əlavə edilmiş sənədlərin, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pulun Ərizəçi MMC-yə geri qaytarılması qərara alınmış, ərizəçiyə aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir.

4. Ərizəçi MMC hə min qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və ərizənin icraata qəbul olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Ərizəçi MMC tərəfindən verilmiş şikayət vəkil tərəfindən imzalanmadığından və şikayətə vəkilin orderi əlavə edilmədiyindən, həmin şikayətin geri qaytarılması qərara alınmış, qərardaddan şikayət verilməsi müddəti və qaydası göstərilmişdir.

6. Ərizəçi MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və qərardaddan verilmiş şikayətin icraata qəbul olunmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ə sassızdır. Belə ki, məhkəmənin e-2(006)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı iddia ərizəsinin geri qaytarılması barədədir. Mülki Prosessual Məcəllənin 152-ci maddəsində göstərilən əsaslarla iddia ərizəsi geri qaytarılarkən, qərardaddan şikayətlərə MPM-nin 269-cu maddəsində göstərilən ümumi qaydada baxılır və bu şikayətlərə vəkil imzası, orderi tələb olunmur. Əgər aiddiyyət haqqında qərardaddan şikayət verilərsə, bu zaman şikayətdə vəkil imzası və orderi olmalıdır. Hazırki mübahisədə nə məhkəmə işi aidiyyəti üzrə məhkəməyə göndərmişdir, nə də tərəf aidiyyət haqqında ərizə vermişdir. Hakim ümumiyyətlə iddia ərizəsini icraata qəbul etmədən geri qaytarmışdır və bu halda qərardad aidiyyət qərardadı deyil, iddianın geri qaytarılması qərardadı hesab olunur. Təsadüfi deyil ki, hak im iddianı geri qaytararkən 152.1.3-cü maddəyə əsaslanmışdır. Məhkəmə tərəfindən yol verilən pozuntu budur ki, iddia ərizəsinin geri qaytarılması qərardadını, aidiyyət qərardadı hesab etmiş və həmin qərardaddan verilən şikayəti geri qaytararkən aidiyyət qərardadlarından verilən şikayətin qaydalarını tətbiq etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini dəqiq aydınlaşdırmadan yanlış qərardad qəbul etmişdir. Məhkəmə iddianın geri qaytarılması qərardadını aidiyyət qərardadı hesab etməklə, qanunvericiliyin imperativ normalarına deyil, öz subyektiv mülahizəsinə uyğun nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işin halları ilə heç bir uyğunluq təşkil etmir. İddianın geri qaytarılması qərardadından şikayət verilərkən vəkil orderi tələb olunmur.

8. Bakı şəhər Nəsimi rayon Məh kəməsinin 23 aprel 2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək baxılması üçün işlə birlikdə Azərbaycan Respublikası Ali məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

10. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

11. Maddə 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

12. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

13. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.

14. Maddə 355-23.1. (fəsil 40-7) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışı q sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

15. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir.

16. İlk növbədə qeyd olunmalıdır ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən (MPM, maddə 32 və 403-1) məhkəmə aidiyyəti ilə bağlı yaranmış mübahisələrin və məhkəmələr arasında fikir ayrılıqlarının həlli barədə məsələ birbaşa kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid edilmişdir.

17. Birinci instansiya məhkəməsi 23 aprel 2024 -cü il tarixli qərardadında qeyd etmişdir ki, ərizə mülki prosessual qanunvericiliyin məhkəmə aidiyyəti qaydalarının pozulması ilə aidiyyəti üzrə kommersiya məhkəməsinə deyil, ümumi məhkəməyə verildiyindən geri qaytarılmalıdır.

18. Lakin sonuncu qərardadı qəbul edərkən birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aidiyyətlə bağlı qərardaddan verilmiş şikayət əsassız hesab olunacağı təqdirdə baxılması və məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün apellyasiya məhkəməsinə deyil, Azərbaycan Respublikası Ali Məhkəməsinə göndəriləcəyindən, deməli, həmin şikayət məhz kassasiya şikayəti üçün nəzərdə tutulmuş tələblərə müvafiq qaydada tərtib edilməlidir. Məhkəmə hesab edir ki, bu tələb hazırki şikayət üçün də məcburidir. Lakin ərizəçi təkidlə mülki prosessual qanunvericiliyin qeyd edilən tələbi nə əməl etməyərək, hazırki şikayəti də əvvəlki qərardaddan verdiyi şikayətlə eyni qaydada məhkəməyə təqdim etmişdir. Məhkəmə prosessual qənaət prinsipinə əsaslanaraq, həmçinin, ərizəçinin məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmaması məqsədilə hesab etmişdir ki, hazırki şikayətin də mübahisələndirilən qərardadda göstərilmiş əsasla geri qaytarılması ərizəçinin şikayətlərinin dövri olaraq təkrarlanması ilə nəticələnəcək, yəni heç bir nəticə verməyəcəkdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ərizəçinin şikayətinə aidiyyəti yuxarı instansiya məhkəməsi tərəfindən mahiyyəti üzrə baxılıb müvafiq hüquqi qiymət verilməsi daha məqsədə müvafiqdir. Çünki məhkəmə şikayətə mahiyyəti üzrə baxan zaman şikayətin dəlillərini əsassız hesab edir.

19. Birinci instansiya məhkəməsi nin mövqeyindən aşkar olaraq müəyyən edilir ki, şikayətin qeyri-mümkünlüyü məhkəməyə aydın olmuş, lakin prosessual qənaət prinsipinə riayət edilməsi və lüzumsuz prosessual hərəkətlərinin qarşısının alınması məqsədi ilə şikayətə Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə uyğun baxaraq yuxarı instansiya məhkəməsinə göndərilməsini zəruri hesab etmişdir.

20. Lakin birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsini tətbiq edərək faktiki olaraq icraatı mümkünsüz olan şikayətə baxmaqla daha əvvəl qəbul etmiş olduğu qərardadda istinad etdiyi hamı üçün məcburi olan prosessal qaydaların pozulması ilə nəticələn mövqe nümayiş etdirmişdir. Bu halda məhkəmə istinad etdiyi qayda çıxış yolu axtarmamalı (10-cu bəndə göstərilən qaydada) və yaranmış vəziyyətə uyğun olaraq Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinin tətbiqini müzakirə etməli idi.

21. Göstərildiyi kimi baxılan iş üzrə birinci instansiya məhkəməsi tərəfindən ərizə işin kommersiya məhkəməsinə aid olması əsası ilə geri qaytarılmışdır.

22. Bu baxımdan Məhkəmə tərkibi hesab edir ki, qəbul edilmiş qərardad aidiyyət məsələsinin həlli ilə bağlı olduğundan hazırkı şikayətin mümkünlüyünə onun dəlillərində göstərilən formal mülahizələrdən asılı olmayaraq kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması üçün müəyyən edilmiş qaydada baxılmalıdır. Bu qayda isə məcəllənin 403-1-ci maddəsində nəzərə tutulmuş qaydadır. 23. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yar anan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarına müvafiq olaraq, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakteri nə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

24. Baxılan işdə hər iki tərəf sahibkarlıq subyekti - kommersiya hüquqi şəxsi və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Mübahisə isə sahibkarlıq fəaliyyəti ilə əlaqədar müqavilədən yaranmış, nəticədə isə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmışdır. Tərəflər özləri mediasiyada barışıq sazişi bağlayarkən fəaliyyə tlərinin kommersiya fəaliyyəti olmasını da müəyyən etmişlər. Məhz həmin fəaliyyət nəticəsində yaranmış mübahisəni mediasiya qaydasında həll edərək, könüllü qaydada icrası mümkünsüz olan barışıq sazişinin məcburi icrasının təmin etmək məqsədi ilə xüsusi icraat qaydasında təsdiq olunması tələb olunur.

25. Məhkəmə tərkibi artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən qeyd edir ki, MPM-in 25.2 və 26.2-ci maddələrində xüsusi icraat işləri ilə bağlı kommersiya məhkəmələri tərəfindən baxılan işlər sırasında MPM-in 40-7-ci fəsli əks olunmasa da, Məcəllənin 26.1-ci maddəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri (kommersiya mübahisələrini) kommersiya məhkəmələrinə aid etmişdir.

26. Digər tərəfdən, MPM-in 26.2-ci maddəsi xüsusi icraat qaydasında kommersiya məhkəməl əri tərəfindən baxılan konkret icraat növlərini sadalamaqla yanaşı, qanunla onların səlahiyyətlərinə aid edilən digər işləri də kommersiya məhkəmələrinin səlahiyyətinə aid etmişdir.

27. Həmçinin nəzərə alınmalıdır ki, ki, “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat” başlıqlı 40-7-ci fəsil MPM-ə 26.2-ci maddəsinin sonuncu redaksiyasının qəbul edilməsindən sonra – 25 iyul 2021-ci il tarixdə əlavə olunmuşdur.

28. Məhkəmə tərkibi qeyd olunanları, habelə işlərin məhkəmə aidiyyəti üzrə bağlı qanunvericinin əsas götürdüyü prinsipləri, məqsəd və meyarları nəzərə alaraq belə qənaətə gəlir ki, kommersiya subyektləri arasında kommersiya mübahisələri ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraa t qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır.

29. Ərizəçinin şikayətində göstərdiyi digər dəlillərinə münasibətdə isə Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardaddan verilən şikayəti geri qaytararkən şikayətin vəkil tərəfindən tərtib olunmaması, imzalanmaması, şikayətə vəkilin orderinin əlavə olunmamasına əsaslanmışdır. Həmin qərardaddan verilən şikayətin məzmununda da aydın olur ki, xx.xx.2024-cü il tarixli qərardaddan verilən şikayət də eyni prosessual normaların pozulması ilə tərtib edilmişdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş təl əblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

31. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

32. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

33. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayəti vəkil orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilmədikdə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

34. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kas sasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

35. Məhkəmə tərkibi yekun olaraq belə qənaətə gəlir ki, şikayət istinad olunan normalara uyğun formada və məzmunda tərtib olunmadığı üçün onun icraatı mümkünsüzdür və qeyri-mümkün hesab edilərək müvafiq birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

36. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır (403-1.6). Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər (403-1.8.3).

37. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2288/2024 nömrəli, 06 aprel 2024cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar