Məhkəmə qərarları › İş №2(102)-2266/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2266/2021

04.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2266/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı1 İddiaçı: İddiaçı2 İddiaçı: İddiaçı3 İddiaçı: İddiaçı4 Cavabdeh: Cavabdeh İddia tələbi: “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin onlara təhvil verilməsi” Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(107)-2218/2020 saylı qətnaməsindən Cavabdeh tərəf indən verilmiş kassasiya şikayətinə dair işə 04 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri, Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, X6 və İddiaçı4 adına 02 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 141 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası ƏMDK ya nında DƏDRX-nin tərəfindən 15 sentyabr 2017- ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X1, X9, X2, X3 və X5 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 19 dekabr 2017-ci il tarixdə verdiyi RX seriyalı ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala rayonu, Muxax kən dində yerləşən 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X1, X9, X2, X3 və X5 ümumi birgə mülkiyyətləri kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. -AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ƏMDK yanında DƏDRX tərəfindən 15 sentyabr 2017-ci il tarixdə X4, X14, X7, X10 və X8 verilmiş qeydiyyat nömrəsi ********** olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,75 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5.000 manata Cavabdeh satılmışdır. -AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin tərəfindən 12 dekabr 2017-ci il tarixdə X4, X14, X7, X 10 və X8 verilmiş qeydiyyat nömrəsi ********** olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 5.000 manata Cavabdeh satılmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2017 nömrəli, 25 iyun 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsibovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İdd iaçı1, İddiaçı2, X12 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli və ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar əsasında X11 oglu, X13, X7, X10 və X5 ümumı birgə mülkiyyətinə verilmiş 0,75 ha və 0,2416 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və tərtib olunmuş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətinə verilmiş 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,67 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 (bundan sonra iddiaçı və ya İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4) Cavabdeh qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh) iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu, Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala Ərazi İdarəsinin verdiyi 02.11.2018-ci il tarixli qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəl i dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,7429 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına, həmin torpaq sahəsinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin iddiaçılara məxsus 0,7429 ha torpaq sahəsinin 0,67 ha hissəsindən çıxarılmasına və həmin hissənin iddiaçılara təhvil verilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir Zaqatala Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(033)-109/2020 nömrəli qətnaməsi ilə (hakim T.H.Həsənov) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin onlara təhvil verilməsi” tələbinə dair iddiаsı təmin edilərək Cavabdeh Zaqatala rayonu, Muxax kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin verdiyi 02.11.2018-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 0,7429 ha torpaq sahəsinin zəbt etdiyi 0,67 ha hissəsindən çıxarılması, torpaq sahəsinin həmin hissəsinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təhvil verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(107)-2218/2020 sa ylı qətnaməsi ilə (hakimlər – G.Q.Abbasov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və E.Ş.Hüseynov) Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməyərək, Zaqatala Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli 2(033)-109/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmiş, işə səthi, qeyri-obyektiv yanaşmış, apellyasiya şika yətinin dəlilinə əsaslı hüquqi qiymət vermədən mütəxəssis və ekspert rəylərinin doğru olması qənəatinə gəlmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan b axılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin pa yı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. -213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. -222.1-ci maddəsinə görə, əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. -222.2-ci maddəsinə görə, birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. -238.1, 238.3-cü maddələrinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. -239.2-ci maddəsinə görə, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -67-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. -68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. -82-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qoru nur. -111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məs ələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə predmeti olan Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,7429 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehin həmin torpaq sahəsinin zəbt edilmiş 0,67 ha hissəsinə heç bir hüququ yoxdur. Qeyd olunanlar mütəxəssis və ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Apellyasiya instansiyası məhkəməsinin fikrincə birinci instansiya məhkəməsi hazırkı iş üzrə ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli, 2(107)-2218/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar