Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2275/2023 01.05.2023 ALİ MƏHKƏMƏ kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov X2 (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-226/2023 saylı,18 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)226/2023 saylı,18 yanvar 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayət vermişdir. Kassasiya şikayəti nəzərdən keçirilərkən məlum olmuşdur ki, iş materiallarına ******* saylı order əlavə edilsə də, orderdə on un aid olduğu vəkilin adı qeyd edilməmişdir. Belə ki, “Vəkil orderi və ondan istifadə qaydası haqqında” Əsasnamənin (bundan sonra - əsasnamə) 1.5-ci bəndinə əsasən vəkil orderi müvəkkil ilə vəkil qurumu və ya fərdi vəkil arasında bağlanmış müqavilə əsasında vəkilə verilən tapşırıq üzrə yalnız bir istintaq (təhqiqat) orqanında və ya bir məhkəmə instansiyasında təmsilçilik və hüquqi yardımın göstərilməsi, inzibati tapşırıq üzrə isə müqavilədə göstərilən idarə və təşkilatlarda təmsilçilik səlahiyyətlərinin verilməsini təsdiq edən sənəddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiy a instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.3-cü maddəsinə əsasən, 408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənləri və MPM-nin 10-1.3, 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.3, 408.1.7-ci maddələrini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh qıznın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)226/2023 saylı, 18 yanvar 2023-cü il tarixli qətnaməsindən verdiyi Kassasiya şikayət qeyri-mümkün hesab edilsin və iş Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-2275/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-2275/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver